Məhkəmə qərarları › İş №2(004)-748/2024

Bakı Şəhəri Yasamal Rayon Məhkəməsi Qətnamə — İş №2(004)-748/2024

15.01.2024 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Sair öhdəliklər üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(004)-748/2024 15.01.2024 BAKI ŞƏHƏRİ YASAMAL RAYON MƏHKƏMƏSİ Hakim Babazadə Gülnar Vidadi qızının sədrliyi, X1, İddiaçı, Cavabdeh iştirakları ilə, İddiaçı Cavabdeh qarşı “pul” tələbinə dair iddia ərizəsi üzrə mülki işə məhkəmənin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: İddiaçı Cavabdeh qarşı “pul” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Cavabdehdan 1472 manat məbləğində pul vəsaitinin və dövlət rüsumu olaraq ödənilmiş dövlət rüsumunun əvəzinin tutularaq ona ödənilməsi barədə qətnamə çıxarılmasını məhkəmədən xahiş etmişdir. İddiaçı iddia ərizəsini onunla əsaslandırmışdır ki, xx.xx.2023-cü il tarixdə 10:21-də DİN-in 102 xidmətinə müraciət edərək, iş yoldaşı olan Cavabdeh adlı şəxsin ondan 2000 manat borc alması, bir qismini ödəyib, 1472 manat borcu odəməməsi barədə məlumat vermişdir. 2023-cü il tarixində iyun ayında Səbail rayonu, Xəqani küçəsində yerləşən "Malakanes" çay evində işlədiyi müddətdə onunla birgə çalışan Cavabdeh adlı şəxs iddiaçıdan 2000 manat borc pul istəmişdir. Cavabdeh maşın alacağını və maşını aldıqdan sonra pulu qaytaracağını bildirmişdir. 2023-cü ilin iyun ayında səhər işdən çıxan zaman, Üzeyir Hacıbəyli küçəsində qoyulmuş "Kapital Bank"-a məxsus olan bankomatdan 2000 manat pulu çıxarmış və Cavabdeh vermişdir. Bir ay sonra həmin işlədiyi yerindən iddiaçı çıxmışdır. Cavabdeh iddiaçının "Kapital Bank"-a aid kartına hissə-hissə aldığı puldan qaytarmağa başlamış və bu günədək cəmi 528 manat qaytarmışdır. Lakin bir neçə aydır ki, ***-***-**-** mobil nömrəsinə zəng vursa da, zənglərə cavabdeh cavab verməmişdir. Yaşadığı ünvanı bilmədiyi üçün, ünvanına gedə bilməmişdir. Ona görə də DİN-in 102 xidmətinə müraciət edərək, bu barədə məlumat vermişdir. Bakı şəhəri Səbail Rayon Polis İdarəsinin 39-cu polis bölməsi tərəfindən iş üzrə cinayət işinin başlanılması rədd edilməsi barədə qərar qəbul edilərək İddiaçı məhkəməyə müraciət etməyi tövsiyyə edilmişdir. Odur ki, iddia tələbi ilə məhkəməyə müraciət etmişdir. Məhkəmə hazırlıq iclasında iştirak edən iddiaçı idddia tələbinin dəqiqləşdirilməsinə dair ərizə təqdim edərək, Cavabdeh 1030 manat məbləğində pul vəsaitinin və ödənilmiş 36 manat məbləğində dövlət rüsumunun qaytarılması barədə qətnamə çıxarılmasını məhkəmədən xahiş etmişdir. Məhkəmə hazırlıq iclasında iştirak edən Cavabdeh iddia tələbini qəbul edərək bu barədə yazılı ərizəsini məhkəməyə təqdim etmişdir. Məhkəmə iclasında iştirak edən İddiaçı iddia tələbini müdafiə edərək, iddianın təmin olunması barədə qətnamə qəbul edilməsini məhkəmədən xahiş edir. Məhkəmə iclasında iştirak edən Cavabdeh iddia tələbini qəbul edərək bildirmişdir ki, 2000 manat məbləğində pul vəsaitini hər ay 500 manat qaytarmaq şərti ilə borc olaraq almış, bir hissəsini qaytarsa da daha sonra işdən çıxdığından qalıq 1030 manat məbləğində pulu qaytara bilməmişdir. İddianın təmin edilməsinə etiraz etmədiyini bildirir. Məhkəmə tərəflərin izahatlarını, iddia tələbinin dəlillərini, cavabdehin etirafını və işdə olan sübutları işin bütün faktiki hallarının tam, hərtərəfli və obyektiv araşdırılmasına əsaslanmaqla qiymətləndirərək belə hesab edir ki, aşağıda göstərilənlərə əsasən iddia tələbi təmin edilməlidir. İş materiallarında olan və məhkəmə baxışında tədqiq olunmuş sübutlarla müəyyən olunmuşdur ki: Səbail Rayon Polis İdarəsinin 39-cu PB-nin baş təhqiqatçısı Azər Əliyevin HK- 1/785 nömrəli materialı üzrə 29 sentyabr 2023-cü il tarixli “cinayət işinin başlanılmasının rədd edilməsi barədə” qərardan görünür ki, tolanmış material üzrə cinayət işinin başlanılması rədd edilmiş və İddiaçı mülki mühakimə icraatı qaydasında məhkəməyə müraciət etmək hüququnun olması izah edilmişdir. İş materiallarına əlavə olunmuş xx.xx.2023-cü il tarixli ********** nömrəli mədaxil qəbzindən görünür ki, 416973******6105 saylı kart hesabından 500 manat pul vəsaiti 416973******6963 saylı kart hesabına ödənilmişdir. İş materiallarına əlavə olunmuş xx.xx.2023-cü il tarixli ********** nömrəli mədaxil qəbzindən görünür ki, 416973******6105 saylı kart hesabından 470 manat pul vəsaiti 416973******6963 saylı kart hesabına ödənilmişdir. İş materiallarında olan xx.xx.2023-cü il tarixli ********** nömrəli mədaxil qəbzindən görünür ki, İddiaçı tərəfindən məhkəmədə iddia qaldırılması üçün 36 manat məbləğində dövlət rüsumu ödənilmişdir. Məhkəmə ilk növbədə iddia ərizəsinin borc tələbinə mülki və mülki prosessual qanunvericiliyin tələblərinə uyğun hüquqi qiymət verilməsini zəruri hesab edir. Belə ki, Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 14.2, 217.3 və 217.4-cü maddələrinə əsasən mahiyyəti üzrə işə baxan məhkəmə tərəfindən qətnamə tərəflərin məntiqi izahı əsasında deyil, yalnız tərəflərin təqdim etdikləri sübutlardan istifadə etməklə, məhkəmə iclasında müəyyən edilmiş həqiqi hallar və tədqiq olunmuş sübutlar üzrə çıxarılır. Azərbaycan Respublikası Mülki Məcəlləsinin: 385.1-ci maddəsinə əsasən, öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır; 739.1-ci maddəsinə əsasən borc müqaviləsinə görə iştirakçılardan biri (borc verən) pula və ya digər əvəz edilən əşyalara mülkiyyət hüququnu digər iştirakçıya (borc alana) keçirməyi öhdəsinə götürür, digər iştirakçı (borc alan) isə aldıqlarını müvafiq olaraq pul və ya eyni keyfiyyətdə və miqdarda olan eyni növlü əşyalar şəklində borc verənə qaytarmağı öhdəsinə götürür; 740.1-ci maddəsinə əsasən borc müqaviləsi şifahi bağlanır. Tərəflərin razılaşması ilə yazılı formadan da istifadə edilə bilər; 740.2- ci maddəsinə əsasən borc müqaviləsi predmetinin məbləği üç min manatdan çoxdursa və ya məbləğindən asılı olmayaraq müqavilənin iştirakçısı hüquqi şəxsdirsə, borc müqaviləsi yazılı formada bağlanmalıdır. Məhkəmə baxışında tədqiq olunmuş sübutlarla müəyyən edilmişdir ki, borc verən İddiaçı borcalan Cavabdeh 2000 manat məbləğində borc pul verdiyini bildirir. Məhkəmə borcun verilməsinə dair hissədə bu halı cavabdehin etirafı, yəni 2000 manat məbləğində pulun borc verilməsi kimi qiymətləndirir. İddiaçı 970 manat borcun cavabdeh tərəfindən qaytarıldığını bildirmişdir. Məhkəmə iddiaçının bu hissədə etirafını nəzərə alaraq qeyd edir ki, 970 manat pulun cavabdeh tərəfindən qaytarılması işin mübahisəsiz halıdır. Məhkəmə hesab edir ki, Cavabdeh tərəfindən məhkəməyə təqdim etdiyi ərizədə iddia tələbi etiraf edilmiş və həmin etiraf hər hansı bir şəxsin hüquqlarını və qanunla qorunan mənafeyini pozmur. Ona görə də, cavabdeh tərəfindən məhkəməyə təqdim edilmiş ərizə qəbul edilməli, iddia tələbi təmin edilməli, cavabdehdən iddiaçının xeyrinə 1030 (min otuz) manat məbləğində pul tutularaq ödənilməlidir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 191.1-ci maddəsinə əsasən iddiaçının iddiadan imtina etməsi, iddia tələbinin dəyişdirilməsi, cavabdehin iddianı etiraf etməsi və ya tərəflərin barışıq sazişi şərtləri məhkəmə iclasının protokoluna yazılır və protokolu müvafiq surətdə iddiaçı, cavabdeh və ya hər iki tərəf imzalayır. İddiadan imtina etmə, iddianın dəyişdirilməsi, cavabdehin iddianı etiraf etməsi və ya tərəflərin barışıq sazişi, bu hərəkətlərin nəticəsi aydın surətdə şərh olunan, məhkəməyə göndərilən yazılı ərizələrdə də ifadə oluna bilər. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 191.3-cü maddəsinə əsasən cavabdeh tərəfindən iddia etiraf edildikdə və bu, məhkəmə tərəfindən təsdiq edildikdə, məhkəmə iddiaçının irəli sürdüyü tələblərin təmin olunması barədə qətnamə çıxarır. Bundan başqa Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 107-ci maddəsinə əsasən, məhkəmə xərcləri dövlət rüsumundan və işə baxılması ilə əlaqədar olan məsrəflərdən ibarətdir. Mülki Prosessual Məcəllənin 119.1-ci maddəsinə əsasən, məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Məhkəmə hesab edir ki, iddia təmin edildiyindən ödənilmiş 36 (otuz altı) manat məbləğində dövlət rüsumu cavabdehdən iddiaçının xeyrinə tutulmalıdır. Mülki Prosessual Məcəllənin 217.3-cü maddəsinə əsasən qətnamə iş üzrə müəyyən edilmiş həqiqi hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır. Mülki Prosessual Məcəllənin 217.4-cü maddəsinə əsasən, məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 119, 216-220, 227, 233-cü maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddia təmin edilsin. Cavabdeh 1030 (min otuz) manat məbləğində pul tutularaq İddiaçı ödənilsin. Ödənilmiş dövlət 36 (otuz altı) manat Cavabdeh tutularaq İddiaçı ödənilsin. Qətnamədən, qətnamə işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən bir ay müddətində “Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinetdən Bakı şəhəri Yasamal Rayon Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasına apelyasiya şikayəti verilə bilər. Hakim Gülnar Babazadə

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar