Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(004)-749/2023 16.02.2023 BAKI ŞƏHƏRİ YASAMAL RAYON MƏHKƏMƏSİ Hakim Əkbərli Günel Bəkir qızının sədrliyi Hacıyev Ceyhun Kamal oğlunun katibliyi, İddiaçı, cavabdeh "xxxx" MMC-nin nümayəndəsi Nümayəndə iştirakı ilə İddiaçı cavabdeh "xxxx" MMC-yə qarşı “əmrin ləğvi, işə bərpa və əmək haqqı” tələbinə dair iddiası üzrə mülki işə məhkəmənin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: İddiaçı cavabdeh "xxxx" MMC-yə qarşı “işə bərpa və əmək haqqı” tələbinə dair iddia ərizəsi ilə xx.xx.2022-ci il tarixdə məhkəməyə müraciət etmişdir. İddiaçı xx.xx.2023-ci il tarixdə iddia tələbinin dəqiqləşdirilməsi ilə bağlı ərizə verərək cavabdeh "xxxx" MMC tərəfindən onunla bağlanmış əmək müqaviləsinə xitam verilməsi barədə xx.xx.2022-ci il tarixli, 168 saylı əmin ləğv olunması, X5 X1 10-cu dərəcəli mühəndis vəzifəsinə bərpa olunması və məcburi iş buraxmaya görə əmək müqaviləsinə xitam verildiyi gündən işə bərpa olunduğu günə kimi əmək haqqının hesablanaraq ödənilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, iddiaçı 1982-ci ildə Bakı Rabitə Elektrotexnikomuna daxil olmuş, X4 üzrə təhsil almışdır. 1985-ci ildə təhsilini başa vurduqdan sonra həmin ilin oktyabr ayının 4-dən etibarən Qəbələ Rayon Avtomat Telefon Stansiyasında mühəndis kimi əmək fəaliyyətinə başlamış və 2007-ci ilə kimi həmin qurumda işləmişdir. 2007-ci ildən xidməti yerdəyişmə ilə əlaqədar Cavabdeh MMC-nin X5 Stansiyasında 2022-ci ilə qədər qüsursuz işləmişdir. Lakin, 2022-ci ildə onun razılığı olmadan əmək müqaviləsinə dəyişiklik edilərək müddətli, 3 aylıq əmək müqaviləsi bağlanmışdır, bundan sonra müqavilənin müddəti uzadılmadan 14 oktyabr 2022-ci il tarixdə Əmək Məcəlləsinin 68-ci maddəsinin “b” bəndi ilə işdən uzaqlaşdırılmışdır. Bununla bağlı ona heç bir xəbərdarlıq olunmamışdır. O öz narazılığını bildirdikdə isə ona onlarda ona uyğun iş olmadığı bildirilmişdir. Bildirmək istəyir ki, o, uzun illər dövlətə xidmət etmişdir, peşəkar, işdə yüksək staja malik olan şəxsdir. Onunla əmək müqaviləsinin müddətli bağlanması üçün hərhansı əsas mövcud olmamışdır. Məhkəmə iclasında iştirak edən İddiaçı iddia tələbini müdafiə edərək izahatında əlavə olaraq bildirmişdir ki, o, 1985-ci ildən hazıradək, yəni 37 ildən artıq müddətdir "xxxx" MMC-də, eləcə də həmin Cəmiyyətin tabeliyində olan müxtəlif departament və müəssisələrdə müxtəlif vəzifələrdə işləmişdir. Belə ki, o, xx.xx.1985-ci ildə Qəbələ Rayon Avtomat Telefon Stansiyasında mühəndis kimi əmək fəaliyyətinə başlamış, 2007-ci ildə Cəmiyyətin Beynəlxalq Avtomat X3 Şöbəsinə sosial məzuniyyətdə olan işçinin yerinə böyük mexanik vəzifəsinə köçürülmüşdür. Daha sonra xx.xx.2010-cu il tarixdə həmin şöbəyə daimi olaraq böyük elektro mexanik vəzifəsinə keçirilmişdir. xx.xx.2018-ci il tarixdə Azərbaycan Respublikası Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar Nazirliyinin nəzdində olan Cavabdeh MMC-nin Texniki Departamentində Şəbəkə idarəetmə Mərkəzinin Operativ idarəetmə sektoruna bir daha sosial məzuniyyətdə olan digər işçinin yerinə mütəxəssis vəzifəsinə keçirilmişdir. xx.xx.2018-ci ildə "xxxx" MMC-nin X5 X2 mühəndis vəzifəsinə keçirilmişdir. Əvvəllər onunla əmək müqaviləsi müddətsiz bağlanmışdır, sonradan müddətli əmək müqaviləsinə keçirmişlər. 2018-ci ildən iki dəfə əmək müqaviləsi 1 il müddətinə bağlanmış, daha sonra 6 və 3 aylıq müddətlərdə bağlanmışdır.. Verilmiş suallara əsasən iddiaçı bildirmişdir ki, əmək müqaviləsinin müddətli bağlanmasına etiraz etsə də, o, müddətli əmək müqavilələrinə və işdən azad olmaya dair ərizəni ona görə imza etmişdir ki, işəgötürən ona bildirmişdir ki, imza etməyəcəyi təqdirdə işdən tamamilə azad ediləcəkdir. Ona görə də müqavilələrə və ərizəyə işini itirməmək qorxusu ilə məcbur qalaraq imza çəkmişdir. Göstərilənlərə əsasən iddianın təmin olunmasını xahiş edir. İddiaçı həmçinin izahatında bu günə kimi ailə qurmamasının, valideynlərinin, övladlarının olmamasının, himayəsində olan yeganə qardaşının isə psixi xəstə olmasının, həmçinin kirayədə yaşamaqla işdən çıxarıldığı üçün də kirayə pulunu ödəyə bilməməsinin nəzərə alınmasını məhkəmədən xahiş etdi. Məhkəmə iclasında iştirak edən cavabdehin nümayəndəsi Nümayəndə izahatında bildirmişdir ki, iddiaçı uzun müddət Cavabdeh MMC-də və onun tabeliyində olan müəssisələrdə işləmiş, sonuncu iş yeri isə 2018-ci ildən Cavabdeh MMC-nin tabeliyində olan X5 Stansiyasında mühəndis vəzifəsi olmuşdur. Belə ki, iddiaçı 2018-ci ilin mart ayında öz ərizəsi ilə işdən azad edilmiş və Cavabdeh MMC-nin Texniki Departamentinə mütəxəssis kimi işə qəbul edilmişdir. Daha sonra o, 2018-ci ilin oktyabr ayında öz iradə ifadəsi ilə ərizə yazaraq, işdən azad edilməsini xahiş etmiş və Cavabdeh MMC-də texniki departamentin mütəxəsisi vəzifəsindən azad edilib X5 Stansiyasının maliyyə şöbəsinə mühəndis vəzifəsinə təyin edilmişdir. Həmin vaxtdan başlayaraq işçi ilə bağlanmış müqavilə müddətli olmuşdur. Əvvəlcə müqavilələr bir illik müddətə, xx.xx.2021-ci il tarixdən etibarən müqaviləyə edilmiş əlavə razılaşmaya əsasən 3 aylıq müddətə bağlanmışdır. Həmin razılaşmaları iddiaçı özü imza edərək razılığını bildirmişdir. Odur ki, iddianın əsassız hesab edilərək rədd edilməsini xahiş edir. Hesab edir ki, işdən azad edilməyə dair ərizəni, eləcə də müqavilənin 3 aylıq müddətə bağlanmasına dair razılaşmanı iddiaçı imza etməklə öz razılığını bildirmişdir. Razılıq isə iddiaçının sərbəst iradə ifadəsini əks etdirmişdir. Hazırda isə iddiaçının müddətli əmək müqaviləsinin bağlanmasına məcbur edilməsini təsdiq edən sübut yoxdur. Suala cavab olaraq bildirir ki, işçinin fəaliyyətində hər hansı nöqsan olmamışdır. Həmçinin müddətli əmək müqaviləsinin bağlanmasının səbəbi işəgötürənin səlahiyyətidir. Əmək Məcəlləsinə uyğun olaraq işəgötürənlə işçi öz iradələrini ifadə edərək müddətli əmək müqaviləsi bağlaya bilər. Texniki Departament və X5 Stansiyası Cavabdeh MMC-nin tabeliyində ayrıca hüquqi şəxslərdir. Onlar hər biri ayrı-ayrı işəgötürənlərdir. Ona görə də bir müəssisədən digərinə işdən azad olmaya dair ərizəsi əsasında keçirilmişdir. İşə qəbul zamanı onlar arasında hər hansı razılığın olub-olmamasını bilmir. İddiaçı sonuncu iş yerindən əmək müqaviləsinin müddətinin bitməsinə əsasən çıxmışdır. İşəgötürən iş yükü baxımından işçi sayından asılı olaraq həmin vəzifənin daimi xarekter daşımadığını hesab edib 3 aylıq müddətə əmək müqaviləsi bağlamışdır. İddianın rədd olunmasını xahiş edir. Məhkəmə tərəfləri dinləyib, iş materiallarını araşdırıb və sübutlara məcmu halda hüquqi qiymət verərək hesab edir ki, iddia təmin edilməlidir. Belə ki, iş materiallarında olan "xxxx" MMC-nin X5 Stansiyası ilə İddiaçı arasında bağlanmış xx.xx.2018-ci il tarixli, 94 nömrəli əmək müqaviləsindən müəyyən edilir ki, İddiaçı xx.xx.2018-ci il tarixdən xx.xx.2019-cu il tarixədək Maliyyə şöbəsinə 10-cu dərəcəli mühəndis vəzifəsinə təyin edilmişdir. Əmək haqqısı 387,2 manat olmuşdur. İş materiallarında olan "xxxx" MMC-nin X5 Stansiyası ilə İddiaçı arasında bağlanmış xx.xx.2019-cu il tarixli, 156 nömrəli əmək müqaviləsindən müəyyən edilir ki, İddiaçı xx.xx.2019-cu il tarixdən BATS-ın Maliyyə şöbəsinə 7-ci vəzifə kateqoriyalı mühəndis vəzifəsinə keçirilmişdir. Əmək haqqısı 410 manat müəyyən edilmişdir. İş materiallarında olan xx.xx.2019-cu il tarixli, 156 nömrəli əmək müqaviləsinə 1 saylı, xx.xx.2019-cu il tarixli 1 saylı əlavəyə əsasən müəyyən edilir ki, müqavilənin 2.2-ci bəndi “Bu əmək müqaviləsində tərəflərin hüquq bərabərliyi prinsipinə əməl edilməklə, onların qarşılıqlı razılığı ilə xx.xx.2019-cu il tarixdən xx.xx.2020-ci il tarixədək bir il müddətinə bağlanmışdır” olaraq dəyişdirilmişdir. İş materiallarında olan xx.xx.2019-cu il tarixli, 156 nömrəli əmək müqaviləsinə 2 saylı, xx.xx.2020-ci il tarixli 2 saylı əlavəyə əsasən müəyyən edilir ki, müqavilənin 2.2-ci bəndi “Bu əmək müqaviləsində tərəflərin hüquq bərabərliyi prinsipinə əməl edilməklə, onların qarşılıqlı razılığı ilə xx.xx.2020-ci il tarixdən xx.xx.2021-ci il tarixədək bir il müddətinə bağlanmışdır” olaraq dəyişdirilmişdir. İş materiallarında olan xx.xx.2019-cu il tarixli, 156 nömrəli əmək müqaviləsinə 3 saylı, xx.xx.2021-ci il tarixli 3 saylı əlavəyə əsasən müəyyən edilir ki, müqavilənin 2.2-ci bəndi “Bu əmək müqaviləsində tərəflərin hüquq bərabərliyi prinsipinə əməl edilməklə, onların qarşılıqlı razılığı ilə xx.xx.2021-ci il tarixdən xx.xx.2022-ci il tarixədək 3 ay müddətinə bağlanmışdır” olaraq dəyişdirilmişdir. İş materiallarında olan xx.xx.2019-cu il tarixli, 156 nömrəli əmək müqaviləsinə 4 saylı, xx.xx.2022-ci il tarixli 4 saylı əlavəyə əsasən müəyyən edilir ki, müqavilənin 2.2-ci bəndi “Bu əmək müqaviləsində tərəflərin hüquq bərabərliyi prinsipinə əməl eidilməklə, onların qarşılıqlı razılığı ilə xx.xx.2022-ci il tarixdən xx.xx.2022-ci il tarixədək 3 ay müddətinə bağlanmışdır” olaraq dəyişdirilmişdir. İş materiallarında olan xx.xx.2019-cu il tarixli, 156 nömrəli əmək müqaviləsinə 5 saylı, xx.xx.2022-ci il tarixli 5 saylı əlavəyə əsasən müəyyən edilir ki, müqavilənin 2.2-ci bəndi “Bu əmək müqaviləsində tərəflərin hüquq bərabərliyi prinsipinə əməl eidilməklə, onların qarşılıqlı razılığı ilə xx.xx.2022-ci il tarixdən xx.xx.2022-ci il tarixədək 3 ay müddətinə bağlanmışdır” olaraq dəyişdirilmişdir. İş materiallarında olan xx.xx.2019-cu il tarixli, 156 nömrəli əmək müqaviləsinə 6 saylı, xx.xx.2022-ci il tarixli 6 saylı əlavəyə əsasən müəyyən edilir ki, müqavilənin 2.2-ci bəndi “Bu əmək müqaviləsində tərəflərin hüquq bərabərliyi prinsipinə əməl eidilməklə, onların qarşılıqlı razılığı ilə xx.xx.2022-ci il tarixdən xx.xx.2022-ci il tarixədək 3 ay müddətinə bağlanmışdır” olaraq dəyişdirilmişdir. İş materiallarında olan "xxxx" MMC-nin X5 Stansiyasının xx.xx.2022-ci il tarixli, 168 nömrəli əmrinə əsasən maliyyə şöbəsinin mühəndisi İddiaçı xx.xx.2022-ci il tarixdən AR əmək Məcəlləsinin 68-ci maddəsinin ikinci hissəsinin “b” bəndinə əsasən - əmək müqaviləsinin müddətinin bitməsi əsası ilə əmək müqaviləsinə xitam verilərək vəzifəsindən azad edilmişdir. İşçiyə istifadə etmədiyi əmək məzuniyyətinə görə kompensasiyanın hesablanaraq köçürülməsi əmr edilmişdir. İş materiallarında olan İddiaçı ******* nömrəli əmək kitabçasının surətinə əsasən müəyyən edilir ki, o, xx.xx.1985-ci ildə Qəbələ (Qutqaşen) rayon ATS-də elektro-mexanik vəzifəsinə təyin edilmiş, xx.xx.1991-ci ildə öz ərizəsinə əsasən işdən azad edilmiş, xx.xx.1994-cü il tarixdə Qəbələ rayon Rabitə Qovşağında radio əməliyyatçısı vəzifəsinə təyin edilmiş, xx.xx.2007-ci il tarixdə əmək müqaviləsinə xitam verilərək eyni tarixdə BATSda 9-cu dərəcəli böyük mexanik vəzifəsinə qəbul edilmiş, xx.xx.2028-ci il tarixdə əmək müqaviləsinə öz xahişi ilə xitam verilərək xx.xx.2018-ci il tarixdə Texniki departament Şəbəkə idarəetmə mərkəzinin operativ idarəetmə sektoruna mütəxəssis vəzifəsinə qəbul edilmiş, xx.xx.2018-ci il tarixdə ərizəsinə əsasən öz xahişi ilə tutduğu vəzifədən azad edilmişdir, xx.xx.2018-ci il tarixdə xx.xx.2018-ci il tarixli, 496 nömrəli əmrə əsasən X5 Stansiyası (BATS) Maliyyə şöbəsinə 10-cu dərəcəli mühəndis vəzifəsinə qəbul edilmiş, 147 saylı, xx.xx.2019-cu il tarixli əmrə əsasən BATS-ın yeni təsdiq olunmuş ştat cədvəlinə əsasən Maliyyə şöbəsinə 7-ci vəzifə kateqoriyalı mühəndis vəzifəsinə keçirilmiş, xx.xx.2022-ci il tarixdə isə xx.xx.2022-ci il tarixli, 168 nömrəli əmrə əsasən AR Əmək Məcəlləsinin 68-ci maddəsinin 2-ci hissəsinin “b” bəndinə əsasən əmək müqaviləsinə xitam verilərək tutduğu vəzifədən azad edilmişdir. İş materiallarında olan hesabdan çıxarışdan müəyyən edilir ki, İddiaçı sonuncu əmək haqqı məbləği xx.xx.2022-ci il tarixdə köçürülmüşdür. Beləliklə, işin müəyyən edilmiş halları odur ki, iddiaçı xx.xx.1985-ci ildə Qəbələ (Qutqaşen) rayon ATS-də elektro-mexanik vəzifəsində işləməyə başlamış, xx.xx.1991-ci ildə öz ərizəsinə əsasən işdən azad edilmiş, xx.xx.1994-cü il tarixdə Qəbələ rayon Rabitə Qovşağında radio əməliyyatçısı vəzifəsinə təyin olunmuş, həmin vaxtdan müxtəlif vəzifələrdə işləmiş və xx.xx.2007-ci il tarixdə əmək müqaviləsinə xitam verilərək eyni tarixdə BATS-da 9-cu dərəcəli böyük mexanik vəzifəsinə qəbul edilmiş, xx.xx.2018-ci il tarixdə əmək müqaviləsinə öz xahişi ilə xitam verilərək xx.xx.2018-ci il tarixdə Texniki departament Şəbəkə idarəetmə mərkəzinin operativ idarəetmə sektoruna mütəxəssis vəzifəsinə qəbul edilmiş, xx.xx.2018-ci il tarixdə ərizəsinə əsasən öz xahişi ilə tutduğu vəzifədən azad edilmişdir, bundan sonra iddiaçı ilə cavabdeh arasında bir il müddətinə bağlanmış əmək müqaviləsinə əsasən cavabdehin tabeliyində olan X5 Stansiyasında xx.xx.2018-ci il tarixdən 10-cu dərəcəli mühəndis vəzifəsində işləməyə başlamış, xx.xx.2019-cu il tarixdə 7-ci vəzifə kateqoriyalı mühəndis vəzifəsinə keçirilmiş, müqavilənin müddəti xx.xx.2019-cu il tarixdə bir il, xx.xx.2020-ci il tarixdə bir il, xx.xx.2021-ci il tarixdə 3 ay, xx.xx.2022-ci il tarixdə 3 ay, xx.xx.2022-ci il tarixdə 3 ay, xx.xx.2022-ci il tarixdə 3 ay müddətinə (xx.xx.2022-ci ilədək) uzadılmış və xx.xx.2022-ci il tarixli əmrə əsasən xx.xx.2022-ci il tarixdən AR Əmək Məcəlləsinin 68-ci maddəsinin 2-ci hissəsinin “b” bəndinə əsasən əmək müqaviləsinə xitam verilməklə işdən azad edilmişdir. İşin faktiki hallarından göründüyü kimi, iddiaçı "xxxx" MMC-nin (əvvəl "xxxx" İstehsalat Birliyi) nəzdində fəaliyyət göstərən qurumlarda 1985-ci ildən kiçik fasilələrlə 2018-ci ilədək uzun illər işləmişdir. "xxxx" İstehsalat Birliyi müştəri yönümlü biznes modelinin tətbiqi və iş proseslərinin təkmilləşdirilməsi məqsədi ilə 2015-ci ildə Cavabdehnə çevrilmişdir. İddiaçı xx.xx.2018-ci il tarixdə öz ərizəsi ilə işdən azad edildikdən bilavasitə sonrakı gün – xx.xx.2018-ci il tarixdə müddətli əmək müqaviləsi bağlanmaqla yenidən işə qəbul edilmişdir. Bir il müddətinə bağlanılmış həmin əmək müqaviləsi iki dəfə yenidən bir il müddətinə uzadıldıqdan sonra, xx.xx.2021-ci il tarixli müqaviləyə əlavəyə əsasən müqavilənin müddəti 3 ay müəyyən edilmiş, bundan sonra da 3 dəfə 3 ay olmaqla müddət uzadılmış və xx.xx.2022-ci il tarixdə sonuncu uzadılma müddəti (3 ay) bitdiyindən əmək müqaviləsinə müqavilənin müddətinin bitməsi əsası ilə xitam verilmişdir. Hazırda iddiaçı əmək müqaviləsinə xitam verilməsi barədə əmr ləğv edilərək əvvəlki iş yerinə və vəzifəsinə bərpa olunmasını və məcburi işburaxma müddəti üçün əmək haqqının hesablanaraq ona ödənilməsini xahiş edir. Cavabdeh isə işdən azad olunma barədə əmrin əsaslı olduğunu bildirərək iddianın rədd edilməsini xahiş edir. Məhkəmə hesab edir ki, iddia tələbi əsaslıdır. Belə ki, müddətsiz əmək müqaviləsi əsasında eyni müəssisədə, eyni fəaliyyət istiqaməti üzrə xx.xx.1985-ci ildən xx.xx.2018-ci il tarixədək işləyən işçinin öz təşəbbüsü ilə könüllü olaraq əmək müqaviləsinə xitam verilməsi barədə ərizə verməsi və onun dərhal sonra yenidən işə qəbul olunmaq üçün ərizə verərək 1 illik, daha sonra isə 3 aylıq müddətli əmək müqaviləsi bağlamaq istəməsi inandırıcı deyildir. Belə ki, mübahisəsizdir ki, müddətsiz əmək müqaviləsinin bağlanması işçinin əmək hüquqlarının təmin edilməsi üçün daha uyğundur. Həmçinin müəyyən edilir ki, iddiaçı ilə müddətli əmək müqaviləsi işəgötürənin diqtəsi ilə bağlanmış və iddiaçının həqiqi iradəsini ifadə etməmişdir. İddiaçı özü də bildirir ki, müəssisədə yenidən işə bərpa olunmaqdan məhrum olmamaq üçün məcburiyyət qarşısında qalaraq ərizə yazmalı olmuşdur. Eyni zamanda məhkəmə hesab edir ki, İddiaçı əmək fəaliyyəti dövründə hər hansı nöqsanlara yol verməsi, əmək funksiyalarını lazımınca yerinə yetirməməsi ilə bağlı hal müəyyən edilmədi. Məhkəmə qeyd edir ki, yalnız struktur dəyişikliyi olmuş, eyni Cəmiyyətin tabeliyində olan bir müəssisədən digər müəssisəyə köçürülmüş, lakin fəaliyyət istiqaməti daimi xarakter daşıyan müəssisədə eyni vəzifə olmamasına baxmayaraq, işçi ilə bir il müddətinə əmək müqaviləsinin bağlanması, sonrakı tarixlərdə isə 3 dəfə bir il, 4 dəfə isə üç ay müddətinə müddətinin uzadılması işçinin əmək hüquqlarının pozulması kimi qiymətləndirilməlidir. İşçi ilə bağlanmış əmək müqaviləsinin məzmunundan görünür ki, iddiaçının tutduğu vəzifə daimi xarakterə malik olmuş və işin bu halı cavabdeh tərəfindən mübahisə olunmur. Həmçinin yeni yaradılan MMC iddiaçının əvvəl işlədiyi İB-in hüquqi varisidir və struktur dəyişikliyindən sonra onun bazasında eyni fəaliyyətlə (mühəndis) məşğul olmuşdur ki, iddiaçı əvvəl həmin müəsisədə müddətsiz əmək müqaviləsi əsasında uzun illər işləmişdir. Göründüyü kimi ƏM-nin 45 və 47-ci maddələrinin tələblərinə əsasən əmək funksiyasının yerinə yetirilməsi şərtlərinə görə iddiaçının gördüyü işin daimi xarakterə malik olması qabaqcadan işəgötürənə bəlli olduğu halda işçi ilə əsassız olaraq müddətli əmək müqaviləsi bağlanmışdır. Məhkəmə iddiaçının müddətli əmək müqaviləsi bağlayarkən onun işsiz qalmaq təhlükəsi ilə üzləşməsini nəzərə alaraq hesab edir ki, iddiaçı ilə işəgötürən cavabdeh arasında müddətli əmək müqaviləsi bağlanarkən hüquq bərabərliyi prinsipinə riayət olunmamışdır. Məhkəmə hesab edir ki, əmək müqaviləsinin qüvvədə olma vaxtını məhdudlaşdıran hallar olmadığı halda, görüləcək işin xarakteri, onun yerinə yetirilməsi şərtləri nəzərə alınmadan müddətli əmək müqaviləsini bağlanması qanunsuzdur və nəticədə ƏM-nin 43cü maddəsinin 3-cü hissəsində nəzərdə tutulan hüquq və təminatların səviyyəsini azaldır. İşəgötürən tərəfindən işçinin müəyyən edilmiş hüquq və təminatlarının səviyyəsinə əməl olunmaması isə belə hərəkətlərin qanunsuz olmasına səbəb olur. Konstitusiya Məhkəməsinin Plenumunun Azərbaycan Respublikası Əmək Məcəlləsinin 239-cu maddəsinin bəzi müddəalarının şərh edilməsinə dair 15 iyul 2011-ci il tarixli qərarında ifadə olunmuş hüquqi mövqeyə görə işçi əmək hüquq münasibətlərində işəgötürənə nisbətən iqtisadi cəhətdən daha zəif tərəfdir. İşəgötürən işçidən fərqli olaraq iqtisadi baxımdan daha güclü tərəf olmaqla, təşkilati-sərəncamvercici səlahiyyətlərə malik olur. Təsadüfi deyildir ki, Mülki Prosessual Məcəllənin 77.2-ci maddəsi dövlət orqanlarının, icra və sair orqanların aktlarının etibarsız hesab edilməsi barədə mübahisələrə baxıldıqda, həmin aktların qəbul edilməsi üçün əsas olmuş halları sübut etmək vəzifəsini də bu aktı qəbul etmiş orqanların üzərinə qoyur. Azərbaycan Respublikası Əmək Məcələsinin Əmək Məcəlləsinin 2-ci maddəsinin üçüncü bəndinə əsasən Əmək Məcəlləsi əmək münasibətlərində tərəflərin mənafelərinin haqq-ədalətə və qanunun aliliyinin təmin olunması ilə qorunması prinsipinə əsaslanır. Azərbaycan Respublikasının Əmək Məcəlləsinin 12-ci maddəsinin 1-ci hissəsinin “b” bəndinə görə Məcəllənin və əmək qanunvericiliyinə dair digər normativ hüquqi aktların tələblərini yerinə yetirmək; “c” bəndinə görə əmək müqavilələrini bu Məcəllədə nəzərdə tutulmuş əsaslarla və qaydada pozmaq işəgötürənin əsas vəzifəsidir. Həmin məcəllənin 45.1-ci maddəsinə əsasən, əmək müqaviləsi müddətsiz və ya müddətli bağlanılır. Müddətli əmək müqaviləsi tərəflərin razılaşdığı müddətə bağlanılır. Həmin məcəllənin 45-ci maddəsinin 3-cü bəndinə əsasən müddəti müəyyən edilmədən bağlanmış əmək müqaviləsi hər iki tərəfin razılığı olmadan birtərəfli qaydada müddətli əmək müqaviləsi ilə əvəz edilə bilməz. Həmin məcəllənin 45-ci maddəsinin 4-cü bəndinə əsasən əmək funksiyasının yerinə yetirilməsi şərtlərinə görə işin və ya göstərilən xidmətlərin daimi xarakterə malik olduğu qabaqcadan bəlli olduğu hallarda, bu Məcəllənin 47-ci maddəsi ilə müəyyən edilən hallar istisna olmaqla, əmək müqaviləsi müddəti müəyyən edilmədən bağlanmalıdır. Həmin məcəllənin 47-ci maddəsinin “f” bəndinə əsasən tərəflərin hüquq bərabərliyi prinsipinə əməl edilməklə onların qarşılıqlı razılığı ilə müddətli əmək müqaviləsi bağlanıla bilər. Həmin məcəllənin 68-ci maddəsinin 2-ci hissəsinin “b” bəndinə əsasən əmək müqaviləsinin müddətinin qurtarması əsası ilə əmək müqaviləsinə xitam verilə bilər. Həmin məcəllənin 84-cü maddəsinin 1-ci bəndinə əsasən əmək müqaviləsinin ləğv edilməsi haqqında əmrin məzmununda əmək müqaviləsinin ləğv edilməsinin əsası və həmin əsasla əmək müqaviləsinin ləğv edilməsi qaydası nəzərdə tutulmuş bu Məcəllənin müvafiq maddəsi, hissəsi və bəndi göstərilməlidir. Məhkəmə həmçinin qeyd edir ki, işəgötürən-cavabdeh tərəfindən Əmək Məcəlləsinin 69-cu maddəsinin tələbi pozmaqla əmək müqaviləsinə xitam verildiyindən işçinin işdən azad edilməsi barədə əmr ləğv edilməli və o, işə bərpa olunmalıdır. Eyni zamanda işçiyə məcburi iş buraxma müddəti üçün əmək haqqı ödənilməlidir. Belə ki, Azərbaycan Respublikası Əmək Məcələsinin 300-cü maddəsinin 1-ci bəndinə əsasən əgər, işəgötürən əmək müqaviləsinin bu Məcəllənin 68, 69, 70, 73, 74 və 75-ci maddələrində nəzərdə tutulmuş ləğv edilməsi əsaslarını pozaraq və ya 71, 76-cı maddələri ilə müəyyən edilmiş qaydaların tələblərinə əməl etmədən, habelə 79-cu maddəsində nəzərdə tutulmuş hallara əhəmiyyət vermədən işçi ilə əmək münasibətlərinə xitam vermişdirsə, əmək mübahisəsini həll edən məhkəmə iddia ərizəsini və işin faktiki hallarını araşdıraraq məcburi iş buraxma müddəti üçün əmək haqqı ödənilməklə işçinin vəzifəsinə bərpa edilməsi barədə qətnamə və ya bu maddənin ikinci hissəsinə müvafiq olaraq tərəflərin barışıq sazişinin təsdiq edilməsi barədə qərardad çıxarır. Məhkəmə qətnamədə işçiyə iddiası üzrə dəymiş zərərin məbləğinin işəgötürən tərəfindən ödənilməsini də nəzərdə tuta bilər. Beləliklə, məhkəmə belə nəticəyə gəlir ki, iddia təmin edilməli, cavabdeh "xxxx" MMC-nin əmək müqaviləsinə xitam verilməsi barədə xx.xx.2022-ci il tarixli, 168 nömrəli əmri ləğv edilməli, İddiaçı işdən çıxarıldığı xx.xx.2022-ci il tarixdən işə bərpa olunduğu günədək məcburi iş buraxma müddəti üçün orta aylıq əmək haqqı ödənilməklə sonuncu iş yeri olan "xxxx" MMC-nin X5 stansiyasının Maliyyə şöbəsinə 7-ci vəzifə kateqoriyalı mühəndis vəzifəsinə bərpa edilməlidir. Məhkəmə həmçinin hesab edir ki, tələb təmin edildiyindən cavabdeh "xxxx" MMCdən 50 (əlli) manat məbləğində pul dövlət nəfinə tutulmalıdır. “Dövlət rüsumu haqqında” qanunun 9.1-1-ci bəndinə əsasən qiymətləndirilməyən iddia ərizəsinin, məhkəmə əmri haqqında ərizənin, xüsusi icraat qaydasında baxılan iş üzrə ərizənin məhkəməyə verilməsinə görə 100 manat məbləğində dövlət rüsumu ödənilməlidir. “Dövlət rüsumu haqqında” qanunun 9.1-1-ci bəndinə əsasən “Mediasiya haqqında” Azərbaycan Respublikasının Qanununa uyğun olaraq mediasiya prosesinin nəticəsinə dair barışıq sazişi bağlanmadıqda məhkəməyə müraciət edərkən mediasiya prosesi ilə bağlı xərclərin öz üzərinə düşən hissəsini ödəmiş tərəf və ya həmin Qanunun 36.2-ci maddəsinə uyğun olaraq mediasiya xərclərini ödəmiş tərəf dövlət rüsumunu ödəməkdən azad olunur. Bu Qanunda nəzərdə tutulmuş dövlət rüsumunun məbləği çəkilmiş xərclərdən artıq olduqda, tərəf çəkdiyi xərc həddində dövlət rüsumundan azad edilir. “Dövlət rüsumu haqqında” qanunun 9.1.1-ci bəndinə əsasən məhkəmədə verilən iddialara görə əməyin ödənilməsi və əmək fəaliyyəti ilə bağlı digər tələblər üzrə iddiaçılar məhkəməyə müraciət edərkən dövlət rüsumu ödəməkdən azad olunurlar. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 119.2-ci maddəsinı əsasən iddiaçı müəyyən olunmuş qaydada dövlət rüsumunu ödəməkdən azad edilmişsə, dövlət rüsumu iddianın təmin edilmiş hissəsinə mütənasib olaraq cavabdehdən tutularaq dövlət gəlirlərinə alınır. Yuxarıda göstərilənlərə əsasən və MPM-nin 216-220-ci, 358-ci və 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddia təmin edilsin. "xxxx" MMC-nin əmək müqaviləsinə xitam verilməsi barədə xx.xx.2022-ci il tarixli, 168 nömrəli əmri ləğv edilsin. İddiaçı əvvəlki vəzifəsinə, yəni "xxxx" MMC-nin X5 stansiyasının Maliyyə şöbəsinə 7-ci vəzifə kateqoriyalı mühəndis vəzifəsinə bərpa edilsin. "xxxx" MMC tərəfindən məcburi işburaxma müddəti üçün xx.xx.2022-ci il tarixdən işə bərpa edildiyi günə qədər ştat cədvəli üzrə ödənilməli olan əmək haqqı hesablanaraq İddiaçı ödənilsin. Cavabdeh "xxxx" MMC-dən 50 (əlli) manat dövlət rüsumu tutularaq Azərbaycan Respublikasının dövlət büdcəsinə keçirilsin. Qətnamə işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində “Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinetdən Bakı şəhəri Yasamal Rayon Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasına apellyasiya şikayəti verilə bilər. Sədrlik edən: Günel Əkbərli
Məhkəmə qərarları › İş №2(004)-749/2023
Bakı Şəhəri Yasamal Rayon Məhkəməsi Qətnamə — İş №2(004)-749/2023
16.02.2023 · Əmək mübahisələri - İşə bərpa - Əmək mübahisələri - Əmək haqqı tələbi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver