Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(004)-749/2025 16.01.2025 BAKI ŞƏHƏRİ YASAMAL RAYON MƏHKƏMƏSİ Hakim Sultanova-Məmmədova Ayşən Ramiz qızının sədrliyi, Həsənova Aysel Zaur qızının katibliyi, İddiaçı, Cavabdeh iştirakı ilə, İddiaçı Cavabdeh qarşı "pul" tələbinə dair mülki işə açıq məhkəmə iclasında baxaraq, müəyyənetdi: İddiaçı Cavabdeh qarşı "pul" tələbi dair iddia ərizəsi və iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Cavabdeh 13.200 manat məbləğində pulun və 129,60 manat ödədiyi dövlət rüsumunun alınıb iddiaçının xeyrinə verilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddiaçı tələbini onunla əsaslandırmışdır ki, o, uzun müddət tanıdığı X2 18200 manat pul alıb həmin pulun 13200 manatını Cavabdeh vermişdir. Cavabdeh Vüqarın tanıdığı şəxslərə pensiya düzəldəcəkdi. Tural oğlu Əzizov Elminlə sinifyoldaş olmuşlar. Cavabdeh həmin işi düzəldə bilmədiyi üçün o ondan həmin pulları tələb etdi. Cavabdeh Tural həmin pulu X3 verdiyini, sonuncu isə vədlərinə əməl etmədiyindən CM-nin 178.2.2 və 178.2.4-cü maddələri ilə təqsirli bilinərək məhkum edilmişdir. Pulu cavabdehə verdiyi tanışı olan X7 da bilirdi. Cavabdeh pulu qaytarmadığı üçün X1 rayon Məhkəməsinə müraciət edərək, 18200 manat məbləğində pulun cavabdehdən alınaraq ona verilməsi barədə qətnamə çıxarılmasını xahiş etmiş, məhkəmənin 15 may 2024-cü il tarixli qətnaməsi ilə iddia təmin edilməmiş, buna əsas kimi məhkəmə qətnaməsində qeyd edilmişdir ki, X4 ona qarşı iddia qaldırmaq, onun da Cavabdeh qarşı iddia tələbinə baxılması da digər hüquq münasibəti kimi mümkündür. Daha sonra X7 ona qarşı pul tələbinə dair iddia qaldırmış, məhkəmənin 29 avqust 2024-cü il tarixli qətnaməsi ilə ondan 13200 manat məbləğində pul və 129,60 manat məbləğində dövlət rüsumu tutularaq, X5 verilməsi qət edilmişdir. Məhkəmə qətnaməsində də onun cavabdehə qarşı iddia qaldırmaq hüququ izah edilmişdir. Hər iki qətnamə qanuni qüvvəsini almışdır. Cavabdeh məhkəmədə və məhkəməyə göndərdiyi ərizələrdə ondan 13200 manat pul aldığını etiraf etmişdir. Cavabdehdən pulunu ala bilmir. Dəfələrlə onun istifadəsində olan telefon nömrəsinə zəng edərək pulumu qaytarmasını tələb etsəm də, cavabdeh borcunu qaçıraraq yayınmışdır. Bu səbəbdən məcbur olub, məhkəmədə iddia qaldırır. Məhkəmə iclasında iştirakı edən İddiaçı iddia ərizəsinin məzmununa uyğun izahat verərək, iddianın təmin edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Məhkəmə iclasında iştirak edən Cavabdeh məhkəməyə verdiyi izahatında göstərmişdir ki, iddia tələbi ilə razı deyil və qəbul etmir. Bildirir ki, bu məsələ ilə bağlı Respublika Hərbi Prokurorluğunda araşdırma aparılıb və Bakı Hərbi Məhkəməsi höküm çıxarıb. Onuda qeyd etdi ki, icraatda olan bu işdə üçüncü şəxs olan X4 qurduğu bir oyundur. X4 onunla düşmənçiliyi 2019-cu ildə aralarında olan torpaq alış veriş zamanı H.Vüqarın onu aldatmasından sonra yaranıb. Belə ki, o, Salyan rayonu, Dayıkənd kənd sakini olan Sadığ adlı bir şəxsi, səni Ədliyyə Nazirliyinin Penitensiyar Xidmətinə nəzarətçi vəzifəsinə işə düzəldəcəm deyərək ondan 24,000 manat pul alıb və Sadığ da, ona bu pulun düzəlməsi üçün “öz torpağımı satacam deyib, əgər iş düzəlməsə mənim torpağımı alıb qaytaracaqsan.” H. Vüqar da, bu şərtlə razılaşıb və təsadüfən 2018-ci ilin əvvələrində həmin Sadığın torpağını rəsmi qaydada, o almışdı. 2019-cu ildə H. Vüqar onun evinə gələrək o, torpağı yenidən Sadığa satmağını xahiş etdi və ona bildirdi ki, Sadığ ona vaxt verib və deyib ki, ya onun torpağını alıb qaytaracaqsan ya da, səni vuracam, ona kömək elə torpağı sat, Sadığa pulunu o verəcək. O da bir insan kimi, bir müsəlman kimi bunun düşdüyü vəzyəti nəzərə alaraq torpağı 27,000 manata satdı. Sadığa ki, Sadığ H. Vüqarı vurmasın. Hüseynov Vüqar ona çox sağol demək əvəzinə onu aldatdı, torpağın pulunu bir həftəyə çatdıracam deyərək söz verdi, lakin 5 aya hissə-hissə 25,000 manat pul verdi 2,000 manatını isə onu şantaj edərək ödəmədi. O da H. Vüqara zəng edərək onun nə olduğunu və kim olduğunu aqresiv şəkildə bildirdi. Ona görə də, H. Vüqarın ondan xoşu gəlmir və onunla prinsip aparır pılanlı şəkildə onun əleyhinə oyunlar qurur. Bunun nəticəsidir ki, onu loru dildə desək “zibilə salmaqdan” ötəri Ə.Sevdadan bir alət kimi istifadə etməkdədir. Belə ki, 2022-ci ilin əvvəllərində H. Vüqar, Ə. Sevdaya bildirir ki, o, R.Turalla danışmır, “sən danış onunla və soruş gör Sosiyal Müdafiə Nazirliyində tanışı varsa saxta yol ilə pensiya çıxmaq istəyənlər var, onları pensiya çıxaraq, 2,000 manat da, sənə verəcəm, ancaq R. Tural bilməsin pulu mən sənə verirəm bilsə pulu səndən götürməyəcək, bu işə qol qoymayacaq.” Ə.Sevda da, H. Vüqarın bu təklifi ilə razılaşaraq ona zəng edib bildirir ki, onun qohumları var və onların pensiyası kəsilib ödənilmir onu bərpa edə bilərsən, o da Ə. Sevdaya bildirdi ki, o elə işlərə baxmır, amma M.Ceyhun adında bir dostu var, o işlərlə məşğul olur, onunla danışıb məlumat verər və o M.Ceyhunla danışdı. Ə.Sevdaya məlumat verdi ki, M. Ceyhun deyir bu işi o görər və o M.Ceyhunun telefon nömrəsini vermişdir. Ə.Sevda da nömrəni verib H. Vüqara və H. Vüqar, M. Ceyhunla söhbət əsnasında M. Ceyhunun onun qohum olduğunu bilib və bunlar danışaraq razılığa gəliblər ki, 27,200 manat pul müqabilində 6 nəfər şəxsi pensiyaya çıxaracaqlar. H.Vüqar planın bir hissəsi olaraq Ə. Sevdaya 13,200 manat pul verərək bu pulu R. Turalla çatdırmağını tapşırır və Ə. Sevda ona zəng edib 13,200 manatı gəlib götürməyi və M. Ceyhuna çatdırmağı xahiş etdi, o da ona işinin çox olması ilə əlaqədər olaraq ora gələ bilməyəcəyini və pulu M.Ceyhuna verə biləcəyini bildirdi, o da ona sual verdi ki, “sən bu adamı tanıyırsan? pulu ona verə bilərəm? sonra birdən iş düzəlməz nəsə olar düz adamdı?” deyə soruşdu o da dedi ki, bəli tanıyır. Pulu verə bilər, problem yoxdur əgər iş düzəlməsə pulunu qaytaracaq. Sonra M.Ceyhun ona zəng edərək pulu Ə.Sevdadan götürdüyünü bildirdi və onunla söhbət əsnasında H.Vüqardan danışdı dedi bu adam ona iş ötürəcək, o da, o, işləri görəcək. “Sən narahat olma mən özüm H. Vüqarla razılsşmışam.” O ondan sonra bildi ki, pul Ə. Sevdanın yox H. Vüqarındı və Ə. Sevdaya zəng edərək öz etirazını bildirdi ki, “sən mənə düzünü niyə deməmisən pul H. Vüqarın imiş”. Ə.Sevda etiraf edərək ona dedi ki, H. Vüqar demişdi ki, R.Tural bilməsin pul onundur, bilsə bu işə qol qoymayacaq. O da bundan sonra bu məsələyə baş qoşmadı, çünki H. Vüqarın necə bir adam olduğunu bilirdi, M.Ceyhuna da onun necə adam olduğunu bildirdi. Sonradan H.Vüqar M.Ceyhuna əlavə pullar verib öz aralarında pul alış verişləri olub bundan nə Ə.Sevdanın nə də ki, onun xəbəri olmayıb. M.Ceyhun 2022-ci ilin dekabr ayına qədər H. Vüqara 33,000 manat pul verib və ona dedi ki, “ sənin xəbərin olan pulu mən qaytardım H. Vüqara mənim ona özümün şəxsən 31,000 manat pul borcum var onu da verməyəcəm.” M.Ceyunun bu sözündən sonra o dərhal H. Vüqara zəng etdi və bu məsələni dəqiqləşdirdi. H.Vüqar o, pulları ondan aldığını etiraf etdi lakin bildirdi ki, o pulların 27,200 manatdan yalnız 9000 manatını çıxıram, dedim niyə, dedi ki, “onu sən M.Ceyhundan alıb mənə vermişdin, ona görə qalanını özüm vermişəm, özüm də almışam.” Sonda Bakı Hərbi Məhkəməsində Hökm oxundu və həmin 6 nəfər şəxslərin yani zərərçəkmişlərin pulları M.Ceyhun tərəfindən ödənildi və bu hökmdə də, öz əksini tapır. İndi H. Vüqar həmin o, yerdə qalan pulu yəni bizdən xəbərsiz verdiyi 31,000 manatın 13,200 manatını ondan və ya Ə. Sevdadan almağa çalışır, çünki 13.200 manatını Ə. Sevdaya verib və Sevda da o, pulu M. Ceyhuna verib H. Vüqar Ə. Sevdadan soruşanda ki, “sən pulu R. Turala niyə verməmisən?” Ə.Sevda da H.Vüqara bildirib ki, R.Tural ona deyib ki, verin M.Ceyhuna, problem yoxdu nəsə olsa mənlikdir, ona görə də H. Vüqar Ə.Sevdanı öyrədir ki, “sən R.Turaldan Yasamal rayon Məhkəməsinə şikayət et və o, pulu tələb et əgər Turaldan şikayət etməsən o, pulu səndən Salyan rayon İcra Purobasiya şöbəsinə müraciət edərək sənin əmək haqqının 50 faizini tutduracam.” Odur ki, o, iddia tələbinin rədd edilməsini məhkəmədən xahiş etmişdir. Məhkəmə tərəflərin izahatlarını dinləyib, iş üzrə təqdim olunmuş digər sübutlarla yanaşı yoxlayaraq, iddia tələbinin dəlillərini, işdə olan sübutları işin bütün faktiki hallarının tam, hərtərəfli və obyektiv araşdırılmasına əsaslanmaqla qiymətləndirərək belə hesab edir ki, iddia tələbi rədd edilməlidir. Belə ki, iş materiallarında olan: Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin 2(004)-1070/2024 saylı, xx.xx.2024-cü il tarixli qətnaməsi ilə iddiaçı X4 Cavabdeh qarşı “pul” tələbi rədd edilmişdir. Salyan Rayon Məhkəməsinin 2(004)-1388/2024 saylı, xx.xx.2024-cü il tarixli qətnaməsi ilə iddiaçı X4 cavabdeh İddiaçı qarşı “pul” tələbinə dair iddia tələbinin qismən təmin edilməsi; cavabdeh İddiaçı 13200 (on üç min iki yüz) manat pul və iddia tələbinin təmin olunmuş hissəsinə mütənasib olaraq, ödənilmiş dövlət rüsumu əvəzində 129.60 (bir yüz iyirmi doqquz manat altmış qəpik) manat olmaqla, cəmi 13329.60 manat (on üç min üç yüz iyirmi doqquz manat almış qəpik) məbləğində pulun alınaraq, iddiaçı X5 ödənilməsi; iddianın qalan hissədə təmin edilməməsi qət edilmişdir. Bakı Hərbi Məhkəməsinin 1-1(093)-172/2023 saylı, 25 oktyabr 2023-cü il tarixli hökmünə əsasən X6 Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 178.2.2 və 178.2.4-cü maddələri ilə nəzərdə tutulmuş cinayət əməllərini törətməkdə təqsirli bilinməsi; X3 Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 178.2.2 və 178.2.4-cü maddəsi ilə 5000 (beş min) manat məbləğində cərimə cəzasının təyin edilməsi hökm edilmişdir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin: 385.1-ci maddəsinə əsasən öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. 386.1-ci maddəsinə əsasən, öhdəliyin zərər vurulması, əsassız varlanma və ya bu Məcəllədə nəzərdə tutulmuş digər əsaslar nəticəsində əmələ gəlməsi halları istisna olmaqla, öhdəliyin əmələ gəlməsi üçün onun iştirakçıları arasında müqavilə olmalıdır. Beləliklə, məhkəmə tərəfindən müəyyən edilmişdir ki, İddiaçı tanışı X2 18200 manat pul alıb həmin pulun 13200 manatını tanışlarına pensiya düzəltmək üçün Cavabdeh tanışı X3 vermişdir. Nəticə etibarilə, Bakı Hərbi Məhkəməsinin 1-1(093)-172/2023 saylı, 25 oktyabr 2023-cü il tarixli hökmünə əsasən X6 Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 178.2.2 və 178.2.4-cü maddələri ilə nəzərdə tutulmuş cinayət əməllərini törətməkdə təqsirli bilinərək, 5000 (beş min) manat məbləğində cərimə cəzasına məhkum olunmuşdur. Hökmün təsviri-əsaslandırıcı hissəsindən görünür ki, X6 ona irəli sürülmüş epizodlar üzrə vətəndaşlara vurulmuş maddi ziyanı ödəmişdir. Azərbyacn Respublikası Mülki Prosessual Məcəlləsinin 82.4-cü maddəsinə əsasən məhkəmənin qanuni qüvvəyə minmiş hökmü, habelə cinayət təqibi üzrə qüvvəyə minmiş digər qərarı mülki işə və kommersiya mübahisəsinə baxılarkən məhkəmə üçün hadisənin olub-olmaması və şəxsin həmin hadisəyə aidiyyəti hissəsində məcburidir. X4 Cavabdeh qarşı “pul” tələbi iddiası Yasamal Rayon Məhkəməsinin 2(004)-1070/2024 saylı, xx.xx.2024-cü il tarixli qətnaməsi ilə rədd edilmişdir. Daha sonra V.Hüseynov İddiaçı qarşı “pul” tələbi iddiası qaldırmış, nəticə etibarilə, Salyan Rayon Məhkəməsinin 2(004)-1388/2024 saylı, xx.xx.2024-cü il tarixli qətnaməsi ilə iddia tələbi qismən təmin edilərək, cavabdeh İddiaçı 13200 (on üç min iki yüz) manat pul və iddia tələbinin təmin olunmuş hissəsinə mütənasib olaraq, ödənilmiş dövlət rüsumu əvəzində 129.60 (bir yüz iyirmi doqquz manat altmış qəpik) manat olmaqla, cəmi 13329.60 manat (on üç min üç yüz iyirmi doqquz manat almış qəpik) məbləğində pulun alınaraq, iddiaçı X5 ödənilməsi qət edilmişdir. Hazırda İddiaçı müvafiq qətnamə ilə ondan tutulan məbləğin Cavabdeh tutulması tələbi ilə məhkəməyə müraciət etmişdir. Cavabdeh tərəf iddianı qəbul etmir. İş materiallarına əlavə edilmiş hökmdən görünür ki, C.Məmmədov vətəndaşlara vurulmuş maddi ziyanı ödəmişdir. Göründüyü kimi, iddiaçı iddiasının əsaslığını təsdiq edə biləcək hər hansı bir sübutu məhkəməyə təqdim edə bilməmişdir. Halbuki, hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Odur ki, İddiaçı Cavabdeh qarşı "pul" tələbinə dair iddia ərizəsi təmin edilməməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğlərinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Ödənilmiş dövlət rüsumu iddiaçıya aid edilməlidir. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 216- 220, 227, 233 və 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddiaçı Cavabdeh qarşı "pul" tələbinə dair iddia ərizəsi təmin edilməsin. Ödənilmiş dövlət rüsumu iddiaçıya aid edilsin. Qətnamədən onun rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində “Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinet vasitəsilə Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasına apellyasiya şikayəti verilə bilər. Hakim: Ayşən Sultanova-Məmmədova
Məhkəmə qərarları › İş №2(004)-749/2025
Bakı Şəhəri Yasamal Rayon Məhkəməsi Qətnamə — İş №2(004)-749/2025
16.01.2025 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Sair öhdəliklər üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver