Məhkəmə qərarları › İş №2(004)-75/2020

Bakı Şəhəri Yasamal Rayon Məhkəməsi Qətnamə — İş №2(004)-75/2020

04.09.2020 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Kredit müqaviləsi üzrə mübahisələr - İpoteka müqaviləsi üzrə mübahisələr - İpoteka borcunun ödənilməsinin əmlaka yönəldilməsinə dair mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(004)-75/2020 04.09.2020 BAKI ŞƏHƏRİ YASAMAL RAYON MƏHKƏMƏSİ Hakim Axundov Toğrul Bəhruz oğlunun sədrliyi, Həmidova Nargilə Akif qızının katibliyi, iddiaçının nümayəndəsi X6, cavabdeh "Cavabdeh3" MMC-nin nümayəndəsi və vəkili Vəkil1, müstəqil tələb irəli sürməyən LPO Cavabdeh4 ASC-nin ləğvedicisi X1 nümayəndəsi X7 iştirakı ilə, İddiaçı Azərbaycan Respublı̇kası Mərkəzi Bankının cavabdehlər Zeynalov Fı̇krət Məmməd Sadıx oğluna, "xxxxxx" MMC-yə və "Cavabdeh3" MMC-yə qarşı “kredit müqaviləsi üzrə borcun ödənilməsi üçün tutmanın ipoteka və girov predmetlərinə yönəldilməsi tələbinə dair” iddia ərizəsi üzrə mülki işə Bakı şəhərində Yasamal Rayon Məhkəməsinin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: İddiaçı Azərbaycan Respublı̇kasının Mərkəzi Bankı cavabdehlər Zeynalov Fı̇krət Məmməd Sadıx oğluna, "xxxxxx" MMC-yə və "Cavabdeh3" MMC-yə qarşı “kredit müqaviləsi üzrə borcun ödənilməsi üçün tutmanın ipoteka və girov predmetlərinə yönəldilməsi tələbinə dair” iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, Azərbaycan Respublikasının Mərkəzi Bankı (bundan sonra - Mərkəzi Bank) ilə borclu Cavabdeh4 ASC arasında xx.xx.2007-ci il tarixli, 978-180-07 nömrəli, xx.xx.2009-cu il tarixli, KBS09-1277 nömrəli kredit müqavilələri, həmçinin Mərkəzi Bank, “xxxxxxxxxxx” ASC, Cavabdeh4 ASC və Cavabdeh3 MMC arasında xx.xx.2009-cu il tarixli borcun köçürülməsi barədə müqavilə bağlanmışdır. xx.xx.2007-ci il tarixli, 978-180-07 nömrəli kredit müqaviləsinə əsasən, Mərkəzi Bank tərəfindən Cavabdeh4 ASC-yə illik 9,5% olmaqla 180 gün müddətinə 1 200 000 (bir milyon iki yüz min) manat məbləğində banklararası kredit verilmişdir. Müqavilədə kredit üzrə əsas borcun xx.xx.2007-ci il tarixinədək ödənilməli olduğu göstərilmişdir. Kredit müqaviləsinə edilmiş xx.xx.2007-ci il tarixli əlavəyə əsasən kredit resursunun ödənilmə vaxtı xx.xx.2008-ci il tarixinədək uzadılmış, illik faiz dərəcəsi isə 13% həcmində müəyyən edilmişdir. Bu kredit müqaviləsi üzrə öhdəliyin təminatı olaraq xx.xx.2007-ci il tarixli ipoteka müqaviləsinə əsasən “xxxxxx” MMC-yə xüsusi mülkiyyət hüququ ilə məxsus Bakı şəhəri, Nəsimi rayonu, Vladislav Plotnikov küçəsində istifadədə olan 0,05828 ha torpaq sahəsində yerləşən 21 nömrəli 13 mərtəbəli binanın 1-ci mərtəbəsində 235,2 kv.m ümumi, 190,4 kv.m əsas, 44,8 kv.m köməkçi sahədən ibarət qeyri-yaşayış sahəsi Mərkəzi Bank qarşısında ipoteka ilə yüklü edilmişdir. xx.xx.2009-cu il tarixli KBS09-1277 nömrəli kredit müqaviləsinə əsasən, Mərkəzi Bank tərəfindən Cavabdeh4 ASC-yə illik 2% olmaqla 360 gün müddətinə 20 000 000 (iyirmi milyon) manat məbləğində sonuncu instansiya krediti verilmişdir. Müqavilədə kredit üzrə əsas borcun xx.xx.2010-cu il tarixinədək ödənilməli olduğu göstərilmişdir. Kredit müqaviləsinə edilmiş xx.xx.2010-cu il tarixli əlavəyə əsasən sonuncu instansiya kreditinin ödənilmə vaxtı xx.xx.2011-ci il tarixinədək uzadılmışdır. Bu kredit müqaviləsi üzrə öhdəliyin təminatı olaraq xx.xx.2009-cu il tarixli İBS09-1277/1 nömrəli, xx.xx.2009-cu il tarixli İBS09-1277/6 nömrəli, xx.xx.2009-cu il tarixli İBS09- 1277/7 nömrəli ipoteka müqavilələri və xx.xx.2009-cu il tarixli GBS09-1277/2 nömrəli girov müqaviləsi bağlanmışdır. İBS09-1277/1 nömrəli ipoteka müqaviləsinə əsasən, “xxxxxx” MMC-yə xüsusi mülkiyyət hüququ ilə məxsus Bakı şəhəri, Nəsimi rayonu, Vladislav Plotnikov küçəsində stifadədə olan 0,05828 ha torpaq sahəsində yerləşən 21 nömrəli 13 mərtəbəli binanın 1-ci mərtəbəsində yerləşən 235,2 kv.m ümumi, 190,4 kv.m əsas, 44,8 kv.m köməkçi sahədən ibarət qeyri-yaşayış sahəsi Mərkəzi Bank qarşısında ipoteka ilə yüklü edilmişdir. GBS09-1277/2 nömrəli girov müqaviləsinə əsasən, Cavabdeh3 MMC-yə xüsusi mülkiyyət hüququ ilə məxsus “xxxxx” ASC-nin nominal dəyəri 2 (iki) manat olan 389 665 (üç yüz səksən doqquz min altı yüz altmış beş) ədəd səhmi Mərkəzi Bankın xeyrinə yüklü edilmişdir. İBS09-1277/6 nömrəli ipoteka müqaviləsinə əsasən, Cavabdeh1 xüsusi mülkiyyət hüququ ilə məxsus Bakı şəhəri, Nəsimi rayonu, Vladislav Plotnikov küçəsində istifadədə olan 0,05828 ha torpaq sahəsində yerləşən 21 nömrəli 13 mərtəbəli binanın 1-ci girişində, 13-cü mərtəbəsində yerləşən 165,4 kv.m ümumi, 81,55 kv.m yaşayış sahəsindən ibarət 4 otaqlı 47 nömrəli mənzil Mərkəzi Bank qarşısında ipoteka ilə yüklü edilmişdir. İBS09-1277/7 nömrəli ipoteka müqaviləsinə əsasən, Cavabdeh1 xüsusi mülkiyyət hüququ ilə məxsus Bakı şəhəri, Nəsimi rayonu, Vladislav Plotnikov küçəsində istifadədə olan 0,05828 ha torpaq sahəsində yerləşən 21 nömrəli 13 mərtəbəli binanın 1-ci girişində, 13-cü mərtəbəsində yerləşən 127,5 kv.m ümumi, 66,5 kv.m yaşayış sahəsindən ibarət 3 otaqlı 45 nömrəli mənzil Mərkəzi Bank qarşısında ipoteka ilə yüklüedilmişdir. xx.xx.2009-cu il tarixli borcun köçürülməsi barədə müqaviləyə əsasən, Mərkəzi Bank və “xxxxxxxxxxx” ASC arasında bağlanmış xx.xx.2007-ci il tarixli 1004-180-07 nömrəli kredit müqaviləsi ilə ‘xxxxxxxxxxx” ASC-nin Mərkəzi Bank qarşısında olan 5 000 000 (beş milyon) manat həcmində kredit borcu üzrə bütün öhdəliklər (5 000 000 (beş milyon) manat əsas borc və 1 255 972,22 (bir milyon iki yüz əlli beş min doqquz yüz yetmiş iki manat iyirmi iki qəpik) manat faiz borcu) xx.xx.2009-cu il tarixli borcun köçürülməsi barədə müqaviləyə əsasən Cavabdeh4 ASC-nin üzərinə köçürülmüşdür. 1004-180-07 nömrəli kredit müqaviləsi üzrə Mərkəzi Bank tərəfindən “xxxxxxxxxxx” ASC-yə illik 12% olmaqla 180 gün müddətinə 5 000 000 (beş milyon) manat məbləğində Kredit verilmiş və kredit üzrə əsas borcun 03.11 2007-ci tarixinədək ödənilməli olduğu təsbit edilmişdir. Bu müqaviləyə edilmiş xx.xx.2007-ci il tarixli Əlavəyə əsasən kredit resursunun ödənilmə vaxtı xx.xx.2008-ci il tarixədək uzadılmış, kredit üzrə illik faiz dərəcəsi 13% həcmində müəyyən edilmişdir. xx.xx.2009-cu il tarixli borcun köçürülməsi barədə müqavilənin 1.4-cü bəndinə əsasən Cavabdeh3 MMC-yə xüsusi mülkiyyət hüququ ilə məxsus “xxxxx” ASCnin nominal dəyəri 2 (iki) manat olan 389 665 (üç yüz səksən doqquz min altı yüz altmış beş) ədəd səhmin Cavabdeh4 ASC-nin Mərkəzi Bank qarşısında götürdüyü öhdəliyin təminatı qismində çıxış etməsi göstərilmişdir. Bildirir ki, 1 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsinin xx.xx.2015-ci il tarixli 1(81)- 3855/2015 nömrəli qərarı ilə Cavabdeh4 ASC müflis elan edilmiş və “X2 Company” MMC ləğvedici qismində təyin edilmişdir. Hazırda bankın ləğvedicisi X3 və bank barəsində iflas prosedurunun həyata keçirilməsini davam etdirir. Göstərilən kredit müqavilələri üzrə qalıq borc məbləği həcmində Mərkəzi Bankın kreditor tələbləri ləğv prosesində olan Cavabdeh4 ASC-nin ləğvedicisinə xx.xx.2016-cı il tarixli, 05-00532-2016 nömrəli məktubla təqdim edilməsinə və bu tələblərin ləğvedici tərəfindən qeydə alınmasına baxmayaraq, bankın vəsaitinin olmaması səbəbindən qeyd olunan kredit müqavilələri üzrə borcun ödənilməsi indiyə kimi mümkün olmamışdır. Ləğv prosesində olan Cavabdeh4 ASC-nin xx.xx.2015-ci il tarixinə Mərkəzi Bank qarşısında qeyd edilən kredit müqavilələri üzrə borcu aşağıdakı kimidir: xx.xx.2007-ci il tarixli, 978- 180-07 nömrəli kredit müqaviləsi üzrə 251950,00 manat faiz borcu; xx.xx.2009-cu il tarixli borcun köçürülməsi barədə müqaviləyə əsasən, 1264305,55 manat faiz borcu; xx.xx.2009-cu il tarixli, KBS09-1277 nömrəli kredit müqaviləsi üzrə 20 000 000 yirmi milyon) manat əsas, 2006721,97 manat faiz borcu olmaqla, ümumilikdə 22006721,97 manat kredit borcu. Mərkəzi Bank ipoteka və girov predmetlərinə tutmanın yönəldilməsi barədə bildirişləri ipoteka qoyanlar Cavabdeh1 xx.xx.2016-cı il tarixli 05-00153-2016 nömrəli və xx.xx.2016-cı il tarixli 05-00154-2016 nömrəli, Cavabdeh3 MMC-yə xx.xx.2016cı il tarixli 05-00155-2016 nömrəli, girov qoyan “xxxxxx” MMC-yə xx.xx.2016-cı il tarixli 05- 00157-2016 nömrəli və ləğvedici “X2 Company” MMC-yə xx.xx.2016-cı il tarixli 05-00158- 2016 nömrəli məktublarla göndərmişdir. Mərkəzi Bank tərəfindən ipoteka və girov predmetlərinə tutmanın yönəldilməsi barədə bildirişlər “İpoteka haqqında” Qanunun 36.3cü maddəsinə uyğun olaraq qeydə alınması üçün aidiyyəti üzrə göndərilmiş və Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin xx.xx.2016-cı il tarixli **********95 nömrəli və xx.xx.2016-cı il tarixli **********94 nömrəli, xx.xx.2016-cı il tarixli **********93 nömrəli məktubları, Milli Depozit Mərkəzinin xx.xx.2016-cı il tarixli, 01/02-184 nömrəli məktubu ilə bildirişlərin qeydə alındığı bildirilmişdir. Göstərilənlərə əsasən Ləğv prosesində olan Cavabdeh4 ASC-nin xx.xx.2007-ci il tarixli, 978-180-07 nömrəli kredit müqaviləsi üzrə 251 950,00 (iki yüz əlli bir min doqquz yüz əlli) manat faiz borcu, xx.xx.2009-cu il tarixli borcun köçürülməsi barədə müqavilə üzrə 1 264 305,55 (bir milyon iki yüz altmış dörd min üç yüz beş manat əlli beş qəpik) manat faiz borcu, xx.xx.2009-cu il tarixli, KBS09-1277 nömrəli kredit müqaviləsi üzrə 20 000 000 (iyirmi milyon) manat əsas, 2 006 721,97 (iki milyon altı min yeddi yüz iyirmi bir manat doxsan yeddi qəpik) manat faiz borcu olmaqla, ümumilikdə 20 000 000 (iyirmi milyon) manat əsas, 3 522 977,52 (üç milyon beş yüz iyirmi iki min doqquz yüz yetmiş yeddi manat əlli iki qəpik) manat faiz borcunun ödənilməsi üçün tutmanın “xxxxxx” MMC-yə xüsusi mülkiyyət hüququ ilə məxsus Bakı şəhəri, Nəsimi rayonu, Vladislav Plotnikov küçəsində istifadədə olan 0,05828 ha torpaq sahəsində yerləşən 21 nömrəli 13 mərtəbəli binanın 1-ci mərtəbəsində yerləşən 235,2 kv.m ümumi, 190,4 kv.m əsas, 44,8 kv.m köməkçi sahədən ibarət qeyri-yaşayış sahəsinə; Cavabdeh1 xüsusi mülkiyyət hüququ ilə məxsus Bakı şəhəri, Nəsimi rayonu, Vladislav Plotnikov küçəsində istifadədə olan 0,05828 ha torpaq sahəsində yerləşən 21 nömrəli 13 mərtəbəli binanın 1-ci girişində, 13-cü mərtəbəsində yerləşən 165,4 kv.m ümumi, 81,55 kv.m yaşayış sahəsindən ibarət 4 otaqlı 47 nömrəli mənzilə; Cavabdeh1 xüsusi mülkiyyət hüququ ilə məxsus Bakı şəhəri, Nəsimi rayonu, Vladislav Plotnikov küçəsində istifadədə olan 0,05828 ha torpaq sahəsində yerləşən 21 nömrəli 13 mərtəbəli binanın 1-ci girişində, 13-cü mərtəbəsində yerləşən 127,5 kv.m ümumi, 66,5 kv.m yaşayış sahəsindən ibarət 3 otaqlı 45 nömrəli mənzilə; Cavabdeh3 MMC-yə xüsusi mülkiyyət hüququ ilə məxsus “xxxxx” ASC-nin nominal dəyəri 2 (iki) manat olan 389 665 (üç yüz səksən doqquz min altı yüz altmış beş) ədəd səhminə yönəldilməsi; həmin əmlakların ilkin satış qiymətləri (likvid qiymət) göstərilməklə ləğv prosesində olan Cavabdeh4 ASC-nin ləğvedicisi X5 tərəfindən açıq hərracdan satılması, satışdan əldə olunmuş pul vəsaitləri hesabına “Cavabdeh4 ASC-nin qeyd olunan kredit müqavilələri üzrə Mərkəzi Bank qarşısındakı borcunun və tutmanın yönəldilməsi ilə bağlı bütün xərclərin müvafiq təsdiqedici sənədlər əsasında ödənilməsi barədə qətnamə qəbul edilməsi xahiş edilmişdir. Məhkəmə iclasında iştirak edən iddiaçı Azərbaycan Respublı̇kası Mərkəzi Bankının nümayəndəsi X9 iddia tələbini müdafiə edərək iddia ərizəsinin məzmununa uyğun izahat verdi və əlavə olaraq bildirdi ki, cavabdehlər tərəfindən məhkəməyə təqdim edilmiş iddia müddətinin ötürülməsinə dair ərizələrinin heç bir hüquqi əsassız yoxdur. Belə ki, iddia tələbi borcun tutulmasına dair deyil, artıq mövcud borcun ipoteka və girov predmetlərinə yönəldilərək realizə edilməsindən ibarətdir. Məhz bu baxımdan da, tələb borcun tutulmasında ibarət olmadığından, həm də mövcud borcun müəyyən olunması ilə bağlı keçirilmiş və iş materiallarında mövcud olan ekspert rəyinə istinad edilməsi də, əsassızdır. Qeyd edilənlərə əsasən hazırki halda idddia müddəti təqbiq edilə bilməz. Göstərilənlərə əsasən iddia tələbinin təmin edilməsini məhkəmədən xahiş edir. Məhkəmə iclasında iştirak edən Cavabdeh3 MMC-nin nümayəndəsi və vəkili Vəkil1 iddia tələbinə etiraz etdi və məhkəməyə iddia müddətinin tətbiqinə dair ərizə təqdim edərək izahatında bildirdi ki, iddia ərizəsində iddiaçı tərəf olan Azərbaycan Respublikası Mərkəzi Bankının göstərdiyi kredit borcu aşağıdakı kimi göstərilmişdir: xx.xx.2007-ci il tarixli müqaviləyə əsasən 251950 (iki yüz əlli bir min doqquz yüz əlli) AZN xx.xx.2009-cu il tarixli kredit müqaviləsi üzrə 1264305,55 (bir milyon iki yüz altmış dörd min üç yüz beş manat, 55 qəpik) AZN faiz borcu, xx.xx.2009-cu il tarixli kredit müqaviləsinə əsasən 20.000.000 (iyirmi milyon) əsas borc, 2.006.721,97 (iki milyon altı min yeddi yüz iyirmi bir manat. 97 qəpik) AZN faiz borcu ümumilkdə 20.000.000 (iyirmi milyon) əsas borc, 522977,52 (beş yüz iyirmi iki min doqquz yüz yetmiş yeddi manat, 52 qəpik) faiz borcu. Mülki Məcəllənin 372.2-ci maddəsinə əsasən hüququ pozulmuş şəxsin iddiası ilə hüququn müdafiəsi üçün müddət iddia müddəti sayılır. Həmçinin Məcəllənin 373.2-ci maddəsində qeyd edilmişdir ki, Müqavilə tələbləri üzrə iddia müddəti üç il, daşınmaz əşyalarla bağlı müqavilə tələbləri üzrə iddia müddəti isə altı ildir. Mülki Məcəllənin 375.1-ci maddəsində qeyd edilmişdir ki, hüququn müdafiəsi haqqında tələb iddia müddətinin keçməsindən asılı olmayaraq məhkəmə tərəfindən baxılmağa qəbul edilir. Həmin məcəllənin 375.2-ci maddəsində Məhkəmə tərəfindən iddia müddəti yalnız mübahisə tərəfinin məhkəmə qərarı çıxarılanadək verdiyi ərizə əsasında tətbiq edilir. Mübahisə tərəfinin tətbiq edilməsi barədə ərizə verdiyi iddia müddətinin keçməsi məhkəmənin iddiadan imtina barəsində qərar çıxarması üçün əsasdır. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 373-cü maddəsinin şərh edilməsinə dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Qərarında da qeyd edilir ki, “İddia müddətinin əhəmiyyəti aşağıdakdardan ibarətdir: birinci, o, hüquq münasibətləri iştirakçüarını intizamlandırır, onları öz hüquqlarını vaxtında müdafiə etməyə məcbur edir, müqavilə və maliyyə intizamının nizamlanmasına kömək edir; ikinci, iddia müddəti institutu mülki hüquq münasibətlərində qeyri-müəyyənliyin, qeyrisabitliyin aradan qaldırılmasına xidmət göstərir; üçüncü, iddia müddəti tərəflərə üzərindən çox vaxt ötmüş mötəbərliyinin yoxlanılması çətin və ya qeyri-mümkün olan sübutlara istinad etməsini aradan qaldıraraq ədalət mühakiməsi orqanlarına mübahisələri obyektiv əsaslarla həll etmək imkanı yaradır. Qanunda başqa qayda nəzərdə tutulmayıbsa, bütün tələblər üzrə iddia müddəti şamil edilir. İddia müddətlərinin müəyyən edilməməsi yaranmış münasibətlərin daim mübahisələndirilməsinə zəmin yaradardı. İddia müddətləri iki növə bölünür - ümumi və xüsusi. Ümumi iddia müddəti nə hüquq münasibəti subyektlərinin hüquqi statusundan, ıə də mülkiyyətin formasından və növündən asılı deyildir. İddia müddətinin ötürülməsi ilə qaldırılmış iddia, hətta müddət ötürülməmiş olsaydı belə, tamamilə əsassız və Konstitusiya ilə qorunan hüquqlarının pozulmasına cəhd hesab edilməlidir. Yuxarıda göstərilənləri nəzərə alaraq iddia müddəti tətbiq edilərək iddia ərizəsinin rədd olunması barədə qətnamə çıxarılmasını xahiş etdi. Məhkəmə iclasında iştirak edən müstəqil tələb irəli sürməyən LPO Cavabdeh4 ASCnin ləğvedicisi X1 nümayəndəsi X10 cavabdehlər tərəfindən təqdim edilmiş iddia müddətinin tətbiq edilməsinə dair ərizənin əsassız olduğunu bildirərək, iddia tələbinin təmin olunub-olunmamasını məhkəmənin mülahizəsinə buraxdığını bildirdi. Məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada məlumatlandırılmış cavabdehlər Zeynalov Fı̇krət Məmməd Sadıx oğlu, “xxxxxx” MMC və müstəqil tələb irəli sürməyən üçüncü şəxs “xxxxx” ASC məhkəmə iclasına gəlməmiş, gəlməməsinin üzürlü səbəbləri barədə məhkəməyə heç bir məlumat verməmişdir. Əvvəki məhkəmə iclasında iştirak etmiş cavabdeh "xxxxxx" MMC-nin nümayəndəsi və vəkili Vəkil2 məhkəməyə iddia müddətinin tətbiqinə dair ərizə təqdim edərək bildirmişdir ki, Mülki Məcəllənin 373.2-ci maddəsinə əsasən, müqavilə tələbləri üzrə iddia müddəti üç il, daşınmaz əşyalarla bağlı müqavilə tələbləri üzrə iddia müddəti isə altı ildir. Mülki Məcəllənin 375.1-ci maddəsində qeyd edilmişdir ki, hüququn müdafiəsi haqqında tələb iddia müddətinin keçməsindən asılı olmayaraq məhkəmə tərəfindən baxılmağa qəbul edilir. Həmin məcəllənin 375.2-ci maddəsinə görə məhkəmə tərəfindən iddia müddəti yalnız mübahisə tərəfınin məhkəmə qərarı çıxarılanadək verdiyİ ərizə əsasında tətbiq edilir. Mübahisə tərəfınin tətbiq edilməsi barədə ərizə verdiyi iddia müddətinin keçməsi məhkəmənin iddiadan imtina barəsində qərar çıxarması üçün əsasdır. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 373-cü maddəsinin şərh edilməsinə dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Qərarında da qeyd edilir ki, “İddia müddətinirı əhəmiyyəti aşağıdakılardan ibarətdir: birinci, o, hüquq münasibətləri iştirakçılarını intizamlandırır, onları öz hüquqlarını vaxtında müdafiə etməyə məcbur edir, müqavilə və maliyyə intizamının nizamlanmasına kömək edir; ikinci, iddia müddəti institutu mülki hüquq münasibətlərində qeyri-müəyyənliyin, qeyri-sabitliyin aradan qaldırılmasına xidmət göstərir; üçüncü, iddia müddəti tərəflərə üzərindən çox vaxt ötmüş mötəbərliyinin yoxlanılması çətin və ya qeyri-mümkün olan sübutlara istinad etməsini aradan qaldıraraq ədalət mühakiməsi orqanlarına mübahisələri obyektiv əsaslarla həll etmək imkanı yaradır.” İddia müddətinin ötürülməsi ilə qaldırılmış iddia, hətta müddət ötürülməmiş olsaydı belə, tamamilə əsassız və Konstitusiya ilə qorunan hüquqların pozulmasına cəhd hesab edilməlidir. Yuxarıda göstərilənləri nəzərə alaraq iddia müddəti tətbiq edilərək iddia ərizəsinin rədd olunması barədə qətnamə çıxarılmasını xahiş etdi. Məhkəmə qeyd edilənləri nəzərə alaraq hazırkı mülki işə cavabdeh Zeynalov Fı̇krət Məmməd Sadıx oğlu, Zeynalov Fı̇krət Məmməd Sadıx oğlu, “xxxxxx” MMC və müstəqil tələb irəli sürməyən üçüncü şəxs “xxxxx” ASC-nin nümayəndəsinin iştirakı olmadan baxılmasını mümkün sayır. Məhkəmə işdə iştirak edən şəxslərin izahatlarını dinləyib, işdə olan sübutları işin bütün faktiki hallarının tam, hərtərəfli və obyektiv araşdırılmasına əsaslanmaqla qiymətləndirərək belə hesab edir ki, iddia ərizəsi aşağıda göstərilənlərə əsasən qismən təmin olunmalıdır. Belə ki, iş materiallarında olan Azərbaycan Milli Bankı ilə Cavabdeh4 ASC arasında imzalanmış xx.xx.2007-ci il tarixli, 978-180-07 nömrəli kredit müqaviləsinin surətindən görünür ki, borcalana xx.xx.2007-ci il tarixdən 180 gün müddətinə illik 9.5 faiz hesablanmaqla 1.200.000 manat məbləğində banklar arası kredit verilmiş və borcalan xx.xx.2007-ci il tarixədək əsas borcun ödənilməsinə öhdəlik götürmüşdür. İş materiallarında olanAzərbaycan Milli Bankı ilə Cavabdeh4 ASC arasında imzalanmış xx.xx.2007-ci il tarixli kredit müqaviləsinə əlavənin surətindən görünür ki, xx.xx.2007-ci il tarixli, 978-180-07 nömrəli müqaviləsinin müddəti xx.xx.2008-ci il tarixədək uzadılmış və illik kredit faizi 9.5 faizdən 13 faizə artırılmışdır. İş materiallarında olanAzərbaycan Milli Bankı, Cavabdeh4 ASC və Cavabdeh2 arasında bağlanmış xx.xx.2007-ci il tarixli ipoteka müqaviləsinin surətindən görünür ki,, Cavabdeh2 mülkiyyətində olan Bakı şəhəri, Nəsimi rayonu, Vladislav Plotnikov küçəsində istifadədə olan 0,05828 ha torpaq sahəsində yerləşən 21 nömrəli 13 mərtəbəli binanın 1-ci mərtəbəsində 235.2 ümumi, 190.4 kv.m əsas, 44.8 kv.m köməkçi sahədən ibarət qeyriyaşayış sahəsini xx.xx.2007-ci il tarixli, 978-180-07 nömrəli kredit müqaviləsinin təminatı kimi ipotekaya qoymuşdur. İpoteka predmetinin ilkin satış qiyməti 2.000.000 manat məbləğində qiymətləndirilmişdir. İpoteka müqaviləsi daşınmaz əmlakın dövlət reyestrində 13 nömrəli reyestr kitabının 1365 nömrəli vərəqində xx.xx.2007-ci il tarixdə qeydiyyata alınmışdır. İş materiallarında olanAzərbaycan Respublikasının Mərkəzi Bankı ilə Cavabdeh4 ASC arasında bağlanmış xx.xx.2009-cu il tarixli, KBS09-1277 nömrəli kredit müqaviləsinin surətindən görünür ki, borcalana 360 gün müddətinə, illik 2 faizlə 20.000.000 manat məbləğində kredit verilmiş və borcalan xx.xx.2010-cu il tarixədək əsas borcun ödənilməsinə öhdəlik götürmüşdür. İş materiallarında olanAzərbaycan Respublikasının Mərkəzi Bankı ilə Cavabdeh4 ASC arasında bağlanmış xx.xx.2010-cu il tarixli kredit müqaviləsinə əlavənin surətindən görünür ki,, xx.xx.2009-cu il tarixli, KBS09-1277 nömrəli kredit müqaviləsinin müddəti xx.xx.2011-ci il tarixədək uzadılmışdır. İş materiallarında olanAzərbaycan Respublikasının Mərkəzi Bankı, Cavabdeh4 ASC və Cavabdeh2 arasında bağlanmış xx.xx.2009-cu il tarixli, İBS09-1277/1 nömrəli sonrakı ipoteka müqaviləsinin surətindən görünür ki, Cavabdeh2 mülkiyyətində olan Bakı şəhəri, Nəsimi rayonu, Vladislav Plotnikov küçəsində istifadədə olan 0,05828 ha torpaq sahəsində yerləşən 21 nömrəli 13 mərtəbəli binanın 1-ci mərtəbəsində 235.2 ümumi, 190.4 kv.m əsas, 44.8 kv.m köməkçi sahədən ibarət qeyri-yaşayış sahəsini xx.xx.2009-cu il tarixli, KBS09-1277 nömrəli kredit müqaviləsinin təminatı kimi ipotekaya qoymuşdur. İpoteka predmetinin ilkin satış qiyməti 2.000.000 manat məbləğində qiymətləndirilmişdir. İpoteka müqaviləsi daşınmaz əmlakın dövlət reyestrində 12 nömrəli reyestr kitabının 1365 nömrəli vərəqində xx.xx.2010-cu il tarixdə qeydiyyata alınmışdır. İş materiallarında olanAzərbaycan Respublikasının Mərkəzi Bankı, Cavabdeh4 ASC və Cavabdeh1 arasında bağlanmış xx.xx.2009-cu il tarixli, İBS09-1277/6 nömrəli sonrakı ipoteka müqaviləsinin surətindən görünür ki, Cavabdeh1 mülkiyyətində olan Bakı şəhəri, Nəsimi rayonu, Vladislav Plotnikov küçəsində istifadədə olan 0,05828 ha torpaq sahəsində yerləşən 21 nömrəli 13 mərtəbəli binanın 13-cü mərtəbəsində yerləşən 165.4 kv.m ümumi, 81.55 kv.m yaşayış sahəsindən ibarət 4 otaqlı, 47 nömrəli mənzili xx.xx.2009-cu il tarixli, KBS09-1277 nömrəli kredit müqaviləsinin təminatı kimi ipotekaya qoymuşdur. İpoteka predmetinin ilkin satış qiyməti 800.000 manat məbləğində qiymətləndirilmişdir. İpoteka müqaviləsi daşınmaz əmlakın dövlət reyestrində 44 nömrəli reyestr kitabının 4200 nömrəli vərəqində xx.xx.2010-cu il tarixdə qeydiyyata alınmışdır. İş materiallarında olanAzərbaycan Respublikasının Mərkəzi Bankı, Cavabdeh4 ASC və Cavabdeh1 arasında bağlanmış xx.xx.2009-cu il tarixli, İBS09-1277/7 nömrəli sonrakı ipoteka müqaviləsinin surətindən görünür ki, Cavabdeh1 mülkiyyətində olan Bakı şəhəri, Nəsimi rayonu, Vladislav Plotnikov küçəsində istifadədə olan 0,05828 ha torpaq sahəsində yerləşən 21 nömrəli 13 mərtəbəli binanın 13-cü mərtəbəsində yerləşən 127.5 kv.m ümumi, 66.5 kv.m yaşayış sahəsindən ibarət 3 otaqlı, 45 nömrəli mənzili xx.xx.2009cu il tarixli, KBS09-1277 nömrəli kredit müqaviləsinin təminatı kimi ipotekaya qoymuşdur. İpoteka predmetinin ilkin satış qiyməti 600.000 manat məbləğində qiymətləndirilmişdir. İpoteka müqaviləsi daşınmaz əmlakın dövlət reyestrində 44 nömrəli reyestr kitabının 4197 nömrəli vərəqində xx.xx.2010-cu il tarixdə qeydiyyata alınmışdır. İş materiallarında olan Azərbaycan Respublikasının Mərkəzi Bankı, Cavabdeh4 ASC və Cavabdeh3 MMC arasında bağlanmış xx.xx.2009-cu il tarixli, GBS09-1277/2 nömrəli sonrakı girov müqaviləsinin surətindən görünür ki, Cavabdeh3 MMC ona məxsus olan xxxxx ASC-nin nominal dəyəri 2 manat olan 389.665 ədəd səhmi xx.xx.2009-cu il tarixli, KBS09-1277 nömrəli kredit müqaviləsinin təminatı kimi girov qoymuşdur. İş materiallarında olanAzərbaycan Milli Bankı ilə xxxxxxxxxxx ASC arasında imzalanmış xx.xx.2007-ci il tarixli, 1004-180-07 nömrəli kredit müqaviləsinin surətindən görünür ki, borcalana xx.xx.2007-ci il tarixdən 180 gün müddətinə illik 12 faiz hesablanmaqla 5.000.000 manat məbləğində banklararası kredit vermiş və borcalan xx.xx.2007-ci il tarixədək əsas borcun ödənilməsinə öhdəlik götürmüşdür. İş materiallarında olanAzərbaycan Milli Bankı ilə xxxxxxxxxxx ASC arasında bağlanmış xx.xx.2007-ci il tarixli kredit müqaviləsinə əlavənin surətindən görünür ki, xx.xx.2007-ci il tarixli, 1004-180-07 nömrəli kredit müqaviləsinin müddəti xx.xx.2008-ci il tarixədək uzadılmış və illik kredit faizi 12 faizdən 13 faizə artırılmışdır. İş materiallarında olanAzərbaycan Milli Bankı, xxxxxxxxxxx ASC və Cavabdeh3 MMC arasında bağlanmış xx.xx.2007-ci il tarixli girov müqaviləsinin surətindən görünür ki, Cavabdeh3 MMC ona məxsus olan xxxxx ASC-nin nominal dəyəri 2 manat olan 389.665 ədəd səhmi xx.xx.2007-ci il tarixli, 1004-180-07 nömrəli kredit müqaviləsinin təminatı kimi girov qoymuşdur. İş materiallarında olan Azərbaycan Respublikasının Mərkəzi Bankı, xxxxxxxxxxx ASC, Cavabdeh3 MMC və Cavabdeh4 ASC arasında bağlanmış borcun köçürülməsi barədə xx.xx.2009-cu il tarixli müqavilənin surətindən görünür ki, Azərbaycan Respublikasının Mərkəzi Bankı (bank) ilə xxxxxxxxxxx ASC arasında bağlanmış xx.xx.2007-ci il tarixli, 1004-180-07 saylı kredit müqaviləsi üzrə borcalanın bank qarşısında olan 5.000.000 manat həcmində kredit borcu üzrə öhdəliklər 5.000.000 manat əsas borc və 1.255.972,22 manat faiz borcu Cavabdeh4 ASC-nin (yeni borcalanın) üzərinə köçürülmüşdür. Yeni borcalanın bank qarşısında götürdüyü öhdəliyin təminatı qismində Cavabdeh3 MMC-yə məxsus xüsusi mülkiyyət hüququ ilə məxsus xxxxx ASCnin nominal dəyəri 2 manat olan 389665 ədəd səhmi çıxış etmişdir. Ləğv prosesində olan Cavabdeh4 ASC-nin xx.xx.2015-ci il tarixinə Mərkəzi Bank qarşısında qeyd edilən kredit müqavilələri üzrə borcu aşağıdakı kimidir: xx.xx.2007-ci il tarixli, 978-180-07 nömrəli kredit müqaviləsi üzrə 251.950 manat faiz borcu; xx.xx.2009-cu il tarixli borcun köçürülməsi barədə müqaviləyə əsasən, 1.264.305,55 manat faiz borcu; xx.xx.2009-cu il tarixli, KBS09-1277 nömrəli kredit müqaviləsi üzrə 20.000.000 manat əsas, 2.006.721,97 manat faiz borcu olmaqla, cəmi 22.006.721,97 manat kredit borcu. İş materiallarında olan AR ƏMDK yanında DƏDRX-nin 1 saylı Bakı Ərazi İdarəsinin xx.xx.2016-cı il tarixli məktublarından görünür ki, yuxarıda sadalanan ipoteka predmetləri olan daşınmaz əmlaklara tutmanın yönəldilməsinə dair bildirişlər həmin idarədə qeydiyyata alınmışdır. İş materiallarında olan AR Milli Depozit Mərkəzinin xx.xx.2016-cı il tarixli məktubundan görünür ki, Cavabdeh3 MMC-yə məxsus xüsusi mülkiyyət hüququ ilə məxsus xxxxx ASC-nin nominal dəyəri 2 manat olan 389665 ədəd səhmə tutmanın yönəldilməsi haqqında bildiriş “Bütün qiymətli kağızların girovunun Rəsmi Reyestri”ndə qeydə alınmışdır. İş materiallarında olan xəbərdarlıq məktublarının surətindən görünür ki, cavabdehlərə kredit müqavilələri üzrə borcun ödənilməsi təklif olunmuş, əks təqdirdə qanunvericiliyə müvafiq tədbirlər görüləcəyi barədə xəbərdarlıq olunmuşdur. Məhkəmənin xx.xx.2019-cu il tarixli qərardadı ilə Azərbaycan Respublı̇kası Mərkəzi ̇Bankı ilə Cavabdeh4 ASC arasında bağlanmış xx.xx.2007-ci il tarixli, 978-180-07 saylı kredit müqaviləsi üzrə, xx.xx.2009-cu il tarixli borcun köçürülməsi barədə müqavilə üzrə və xx.xx.2009-cu il tarixli, KBS09-1277 saylı kredit müqaviləsi üzrə ödənilmiş məbləğlər müqavilələrin şərtlərinə uyğun olaraq düzgün silinməsinin, Ləğv prosesində olan Cavabdeh4 ASC tərəfindən aparılmış ödənişlər nəzərə alınmaqla xx.xx.2007-ci il tarixli, 978-180-07 saylı kredit müqaviləsi üzrə, xx.xx.2009-cu il tarixli borcun köçürülməsi barədə müqavilə üzrə qalıq faiz borcunun və xx.xx.2009-cu il tarixli, KBS09-1277 saylı kredit müqaviləsi üzrə qalıq əsas və faiz borcunun məbləğinin müəyyən edilməsi məqsədi ilə iş üzrə məhkəmə-mühasibatlıq ekspertizası təyin edilmişdir. İş materiallarında olan Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin xx.xx.2020-ci il tarixli, 26774 saylı ekspert rəyi ilə rəyin tədqiqat hissəsində göstərilənlərə əsasən, Cavabdeh4 ASC-nin Azərbaycan Respublikası Mərkəzi Bankına ödənilməii olan borcu aşağıdakı kimi müəyyən olunur: xx.xx.2007-ci il tarixli 978- 180-07 savlı kredit müqaviləsi üzrə: iş materiallarında olan hesabdan çıxarış, maliyyə arayışı məlumatları və xx.xx.2007-ci il tarixli 978-180-07 saylı kredit müqaviləsinin, xx.xx.2007-ci il tarixli əlavə razılaşmanın şərtləri nəzərə alınmaqla “Cavabdeh4" ASC-nin xx.xx.2008-cı il tarixinə (müqavilə müddəti qüvvədə olduğu tarixədək) Azərbaycan Respublikası Mərkəzi Bankına olan borcu 1.249.416,67 manat məbləğində müəyyən olunur, o cümlədən: əsas borc üzrə - 1.200.000,00 manat; faiz borcu üzrə - 49.416,67 manat. Cavabdeh4 ASC tərəfində xx.xx.2008-ci il tarixdən sonrakı dövrdə, yəni xx.xx.2009-ci il tarixdə ümumilikdə 1.209.100,00 manat məbləğində ödəniş aparılmışdır ki, həmin ödənişin 1.200.000,00 manatı əsas borcdan, 9.100,00 manatı isə faiz borcundan silinir. Beləliklə Azərbaycan Respublikası Mərkəzi Bankı ilə Cavabdeh4 ASC arasında bağlanmış 09fevral2007-ci il tarixli 978-180-07 saylı kedit müqaviləsi üzrə xx.xx.2008-ci il tarixdən (müqavilə müddətinin bitdiyi tarixdən) sonrakı dövrdə kredit borcu üzrə illik 5% dərəcəsi ilə hesablanmış faiz borcu nəzərə alınmaqla Cavabdeh4 ASC-nin ödənilməli olan borcu aşağıdakı kimi müəyyən olunur: əsas borc üzrə - 0,00 manat; faiz borcu üzrə - 154.650,00 manat. xx.xx.2009-cu il tarixli borcun köcürülməsi barədə müqavilə üzrə: iş materiallarında olan hesabdan çıxarış, maliyyə arayışı məlumatları və xx.xx.2007-ci il tarixli 1004-180-07 saylı kredit müqaviləsinin, həmçinin xx.xx.2007-ci il tarixli əlavə razılaşmanın şərtləri nəzərə alınmaqla “Cavabdeh4’’ ASC-nin xx.xx.2008-cı il tarixinə (müqavilə müddəti qüvvədə olduğu tarixədək) Azərbaycan X4 borcu 5.614.305,56 manat məbləğində müəyyən olunur, o cümlədən: əsas borcu üzrə - 5.000.000,00 manat; faiz borcu üzrə -- 614.305,56 manat. Cavabdeh4 ASC tərəfində xx.xx.2008-ci il tarixdən sonrakı dövrdə, yəni xx.xx.2009-ci il tarixdə ümumilikdə 5.037.916,67 manat məbləğində ödəniş aparılmışdır ki, həmin ödənişin 5.000.000,00 manatı əsas borcdan, 37.916,67 manatı isə faiz borcundan silinir. Beləliklə xx.xx.2008-ci il tarixdən (müqavilə müddətinin bitdiyi tarixdən) sonrakı dövrdə kredit borcu üzrə illik 5 % dərəcəsi ilə hesablanmış faiz borcu nəzərə alınmaqla və xx.xx.2009-cu il tarixdə ödənilmiş 5.037.916,67 manat məbləğində pui vəsaiti tərəflər arasında bağlanmış xx.xx.2009-cu il tarixli Borcun köçürülməsi barədə müflavilə üzrə borcun ödənilməsinə yönəldiyi təqdirdə Cavabdeh4 ASC tərəfindən ödənilməli oian məbləğ aşağıdaks kimi müəyyən olunur: əsas borc üzrə - 0,00 manat; faiz borcu üzrə - 992.361,11 manat. Qeyd edilir ki, xx.xx.2009-cu il tarixdə ödənilmiş 5.037.916,67 manat məbləğində pul vəsaiti xx.xx.2009-cu il tarixli Borcun köçürülməsi barədə müqavilə üzrə borcun ödənilməsinə deyil, digər kredit müqaviləsi üzrə ödəniş kimi nəzərə alındığı təqdirdə isə Cavabdeh4 ASC-nin xx.xx.2015-ci il tarixə (iddia ərizəsində tələb oiunan tarixə) ödənilməli olan borcu aşağıdakı kimi müəyyən olunur: əsas borc üzrə - 5.000.000,00 manat; faiz borcu üzrə - 2.511.527,28 manat. xx.xx.2009-cu il tarixli KBS09-1277 savlı kredit müqaviləsi üzrə: iş materiallarında olan hesabdan çıxarış, maliyyə arayışı məlumatları və xx.xx.2009-cu il tarixli KBS09-1277 saylı kredit müqaviləsinin şərtləri nəzərə alınmaqla Cavabdeh4 ASC-nin xx.xx.2015-ci il tarixinə (iddia ərizəsində tələb olunan tarixə) Azərbaycan Respublikası Mərkəzi Bankına olan borcu 21.981.166,67 manat məbləğində müəyyən olunur, o cümlədən: əsas borcu üzrə - 20.000.000,00 manat; faiz borcu üzrə - 1.981.166,67 manat. Cavabdeh4 ASC tərəfindən xx.xx.2009-cu il tarixdə aparılmış 5.037.916,67 manat məbləğində ödəniş xx.xx.2009-cu il tarixli KBS09-1277 saylı kredit müqaviləsi üzrə borcun ödənilməsinə yönəldiyi təqdirdə Cavabdeh4 ASC-nin xx.xx.2015-ci il tarixə (iddia ərizəsində tələb olunan tarixə) Azərbaycan Respublikası Mərkəzi Bankına ödənilməli olan borcu 16.345.443,17 manat məbləğində müəyyən edilir, o cümlədən: əsas borc üzrə - 14.964.417,23 manat; faiz borcu üzrə - 1.391.025,94 manat. Məhkəmənin xx.xx.2019-cu il tarixli qərardadı ilə ipoteka predmetlərinin orta bazar qiymətinin müəyyən edilməsi məqsədi ilə iş üzrə məhkəmə əmtəəşünaslıq ekspertizası təyin edilmişdir. İş materiallarına əlavə edilmiş “xxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxx” MMC-nin xx.xx.2019-cu il tarixli, 157/E saylı ekspert rəyinə əsasən “xxxxxx” MMC-yə xüsusi mülkiyyət hüququ ilə məxsus Bakı şəhəri, Nəsimi rayonu, Vladislav Plotnikov küçəsində istifadədə olan 0,05828 ha torpaq sahəsində yerləşən 21 nömrəli 13 mərtəbəli binanın 1-ci mərtəbəsində 235,2 kv.m ümumi, 190,4 kv.m əsas, 44,8 kv.m köməkçi sahədən ibarət qeyri-yaşayış sahəsinin hazırda orta bazar dəyərinin 365.000 manat, Cavabdeh1 xüsusi mülkiyyət hüququ ilə məxsus Bakı şəhəri, Nəsimi rayonu, Vladislav Plotnikov küçəsində istifadədə olan 0,05828 ha torpaq sahəsində yerləşən 21 nömrəli 13 mərtəbəli binanın 1-ci girişində, 13-cü mərtəbəsində yerləşən 165,4 kv.m ümumi, 81,55 kv.m yaşayış sahəsindən ibarət 4 otaqlı 47 nömrəli mənzilin hazırda orta bazar dəyərinin 165.000 manat və 127,5 kv.m ümumi, 66,5 kv.m yaşayış sahəsindən ibarət 3 otaqlı 45 nömrəli mənzilin hazırda orta bazar dəyərinin 135.000 manat təşkil etdiyi müəyyən edilmişdir. Qeyd etmək lazımdır ki, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 6.2-ci maddəsinə əsasən fiziki və hüquqi şəxslər mülki hüquqları öz mənafelərini gerçəkləşdirmək üçün iradələrinə uyğun olaraq əldə edir və həyata keçirirlər. Onlar müqavilə əsasında öz hüquq və vəzifələrini müəyyənləşdirməkdə və qanunvericiliyə zidd olmayan hər hansı müqavilə şərtləri qoymaqda sərbəstdirlər. Azərbaycan Respublikası Mülki Məcəlləsinin: 739.1-ci maddəsinə görə borc müqaviləsinə görə, iştirakçılardan biri (borc verən) pula və ya digər əvəz edilən əşyalara mülkiyyət hüququnu digər iştirakçıya (borc alana) keçirməyi öhdəsinə götürür, digər iştirakçı (borc alan) isə aldıqlarını müvafiq olaraq pul və ya eyni keyfiyyətdə və miqdarda olan eyni növlü əşyalar şəklində borc verənə qaytarmağı öhdəsinə götürür. 385.1-ci maddəsinə görə öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkətləri etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. 386.1-ci maddəsinə əsasən öhdəliyin əmələ gəlməsi üçün onun iştirakçıları arasında müqavilə olmalıdır. 425.1-ci maddəsində qeyd edilmişdir ki, öz hüquqlarını həyata keçirərkən və vəzifələrini icra edərkən tərəflərdən hər biri vicdanlılığın tələb etdiyi tərzdə, yəni şərtləşdirilmiş vaxtda və yerdə lazımi şəkildə, öhdəliyin şərtlərinə və bu Məcəllənin tələblərinə müvafiq surətdə, belə şərtlər və tələblər olmadıqda isə işgüzar adətlərə və ya adətən irəli sürülən digər tələblərə müvafiq surətdə hərəkət etməlidir. 442-ci maddəsinə əsasən öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunun ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. 445.1-ci maddəsinə görə icranı gecikdirmiş borclu gecikdirmə nəticəsində vurduğu zərər üçün və gecikdirmə zamanı təsadüfən baş vermiş icra mümkünsüzlüyünün nəticələri üçün kreditor qarşısında məsuliyyət daşıyır. 445.2.1-ci maddəsinə görə öhdəliyin onun icrası üçün müəyyənləşdirilmiş müddətdə icra edilməməsi borclunun icranı gecikdirməsi sayılır. 448.1-ci maddəsinə əsasən borclu onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdehdir. Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 319.1-ci maddəsinə əsasən əgər borclu icrasını təmin etmək üçün əşyanın ipotekaya verildiyi öhdəliklərin yerinə yetirilməsini gecikdirmişsə, ipoteka saxlayan ipoteka ilə yüklü edilmiş obyekti açıq hərracdan satmaq hüququna malikdir. “İpoteka haqqında” Azərbaycan Respublikası Qanununun 34-cü maddəsinə əsasən ipoteka saxlayanın ipoteka predmetinə tutmanın yönəldilməsi hüququnun yaranmasına əsas verən hallar aşağıdakılardır: 34.1.1. əsas öhdəliyin, yaxud onun bir hissəsinin icrasının 90 təqvim günü və daha çox müddətə gecikdirilməsi; 34.1.3. ipoteka müqaviləsində nəzərdə tutulmuş və ipoteka saxlayana ipotekaya tutma yönəltmək hüququ verən şərtinin baş verməsi; 34.1.4. bu Qanunda nəzərdə tutulmuş digər hallarda. “İpoteka haqqında” Azərbaycan Respublikası Qanununun 39.3 və 39.3.3-cü maddələrinə əsasən məhkəmə ipoteka predmetinə tutmanın yönəldilməsi haqqında qərar qəbul edərkən qərarda ipoteka predmetinin ilkin satış qiymətini göstərməlidir. İlkin satış qiyməti ipoteka qoyanla ipoteka saxlayanın razılaşması əsasında, mübahisə olduqda isə müstəqil qiymətləndiricinin rəyi əsasında məhkəmə tərəfindən müəyyən edilir. Məhkəmə eyni zamanda cavabdehlər Cavabdeh3 MMC və “xxxxxx” MMC-nin iddia müddətinin tətbiqi barədə ərizələrini və iddiaçının mövcud iddia tələbi ilə məhkəməyə müraciət etmə imkanını araşdıraraq hesab edir ki, mübahisə edilən hüquq münasibəti üzrə iddia müddəti tətbiq edilə bilməz və əsaslı olan iddia tələbi iddia müddətinin ötürülməsi əsasına görə rədd edilə bilməz. Belə ki, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 373.2-ci maddəsinə əsasən, müqavilə tələbləri uzrə iddia müddəti üç il təşkil edir. Həmin Məcəllənin 377.2-ci maddəsinə əsasən, icra müddəti müəyyənləşdirilmiş öhdəliklər üzrə iddia müddətinin axımı icra müddəti bitdikdə başlanır. Qeyd edilən Məcəllənin 449.4-cü maddəsinə əsasən, özgə vəsaitindən istifadə üçünfaizləəgər müqavilədə faizlərin hesablanması üçün daha qısa müddət müəyyənləşdirilməyibsə, həmin vəsait məbləğinin kreditora ödənildiyi günə qədər tutulur. Məhkəmə hesab edir ki, iddia müddəti iddiaçı tərəfindən ötürülmədiyindən, cavabdehlər Cavabdeh3 MMC və “xxxxxx” MMC-nin iddia müddətinin tətbiq edilməsi barəsində ərizəsinin dəlilləri əsassızdır. Buna görə də, mübahisə edilən hüquq münasibəti üzrə iddia müddəti tətbiq edilə bılməz. Digər tərəfdən, ləğv prosesində olan Cavabdeh4 ASC-nin ləğvedici olmuş “X2 Company” MMC-nin xx.xx.2016-cı il tarixli, 83 nömrəli məktubundan görünür ki, Azərbaycan Mərkəzi Bankınön xx.xx.2016-cı il tarixli, 05-00532-2016 nömrəli müraraciətinə cavab olaraq iflas prosesində olan Cavabdeh4 ASC-nin xx.xx.2015-ci il tarixinə Mərkəzi Bank qarşısında vaxtı keçmiş öhdəliklər üzrə cəmi 20.000.000 manat əsas və 5.236.721,97 manat faiz borcu üzə kreditor tələbi qeydiyyata alınmış, bankların müflisləşməsini və iflas prosedurlannı tənzımləyən “Banklar haqqında” Azərbaycan Respublikası Qanununun 77.6-cı maddəsinə uyğun olaraq iflas prosesində olan “Cavabdeh4’' ASC-yə qarşı yuxarıda göstərilən məbləğdə irəli sürülmüş kredit tələbinin növbəti rüb üzrə kreditorların qəbul edilmiş tələblərinin təzələnən siyahısına daxil edilməsi və məhkəmənln təsdiqi ilə verilməsinin təmin olunacağı bildirilmiş, bununla da, iddiaçıya olan mövcud borcunu etiraf etmişdir. Göründüyü kimi, ləğv prosesində olan Cavabdeh4 ASC-nin ləğvedici olmuş “X2 Company” MMC-nin xx.xx.2016-cı il tarixdən sonra borcun etirafı ilə əlaqədar hərəkətlər edildiyindən iddia müddətinin axımı kəsilmişdir. Belə kı, qeyd edilən müqavilə üzrə iddia müddətinin axımı həmin tarixdən yenidən başlandığından iddia müddəti iddiaçı tərəfındən ötürülməmişdir. Belə ki, Azərbaycan Respublikası MM-nin 380.1-ci maddəsinə əsasən, müəyyənləşdirilmiş qaydada iddia irəli sürüldükdə, habelə borclu şəxs borcu etiraf etməsini göstərən hərəkətlər etdikdə iddia müddətinin axımı kəsilir. Həmin Məcəllənin 380.2-ci maddəsinə əsasən, fasilədən sonra iddia müddəti yenidən başlanır. Fasiləyə qədər keçmiş vaxt yeni müddətə daxil edilmir. Sadalanan qanunvericilik aktları normalarına əsasən məhkəmə hesab edir ki. cavabdehin iddia müddətinin ötüriilməsinə dair dəlilləri əsassızdır. Buna görə də, mübahisə edilən hüquq münasibəti üzrə iddia müddəti tətbiq edilə bilməz. Bundan başqa, Azərbaycan Respublikası MPM-nin 101.6-cı maddəsinə əsasən ekspert rəyində aparılmış tədqiqatların müfəssəl təsviri, onlara əsasən çıxarılmış nəticələr və məhkəmə tərəfindən qoyulmuş suallara əsaslandırılmış cavablar verilməlidir. Əgər ekspert ekspertiza apararkən iş üçün əhəmiyyəti olan, haqqında sual qoyulmayan halları müəyyən edirsə, o, bu hallar barədə mülahizələrini öz rəyinə daxil etməyə haqlıdır. Həmin Məcəllənin 101.7-ci maddəsinə görə ekspertin rəyi məhkəmədə tədqiq olunur və digər sübutlarla yanaşı qiymətləndirilir. Həmin Məcəllənin 103.1-ci maddəsinə görə isə ekspertin rəyi məhkəmə üçün məcburi deyildir və bu Məcəllənin 88-ci maddəsində müəyyən edilmiş qaydalar üzrə məhkəmələr tərəfindən qiymətləndirilir. Bununla bağlı məhkəmə qeyd edir ki, xx.xx.2020-ci il tarixli, 26774 saylı ekspert rəyində ekspert haqqında sual qoyulmayan hallar barədə mülahizələrini öz rəyinə daxil etsə də, həmin hallar iş üçün əhəmiyyətli olmadığından və iddia tələblərindən kənara çıxdığından, ekspert rəyi həmin hissələrdə hazırki iş üzrə sübut növü kimi qəbul edilə bilməz. Məhkəmə eyni zamanda iddia tələbinin ipoteka predmeti olan əmlakların ləğv prosesində olan Cavabdeh4 ASC-nin ləğvedicisi X5 tərəfindən açıq hərracdan satılması hissəsinə münasibət bildrirərək hesab edir ki, bu hissədə iddia tələbi əsassız olduğundan təmin edilməməlidir. Belə ki, ipoteka predmeti olan əmlakların hərracdan satılaraq əldə edilmiş pul vəsaitləri hesabına borcun ödənilməsi, icra mərhələsinə aid olaraq, icra qrumunun vəzifə və səlahiyyətlərinə aiddir. Bundan başqa məhkəmə ipoteka predmeti olan əmlakların ilkin satış qiymətini müəyyən edərkən, xx.xx.2009-cu il tarixli borcun köçürülməsi barədə müqaviləsi üzrə girov predmeti olan Cavabdeh3 MMC-yə xüsusi mülkiyyət hüququ ilə məxsus “xxxxx” ASC-nin nominal dəyəri 2 manat olan 389665 ədəd səhmlərin ilkin satış qiymətlərinin icra mərhələsində müəyyən edilməsini məqsədə müvafiq hesab edir. Bununla yanaşı, məhkəmə hesab edir ki, iddia xx.xx.2007-ci il tarixli, 978-180-07 nömrəli kredit müqaviləsi üzrə 251.950 manat faiz borcunun, xx.xx.2009-cu il tarixli borcun köçürülməsi barədə müqavilə üzrə 1.264.305,55 manat faiz borcunun və xx.xx.2009-cu il tarixli, KBS09-1277 nömrəli kredit müqaviləsi üzrə 2.006.721,97 manat faiz borcunun tutulması hissələrində qismən təmin olunmalı, xx.xx.2020-ci il tarixli, 26774 saylı ekspert rəyində göstərilənlər (kredit müqavilələrinin qüvvədə olduğu tarixə olan və kredit müqavilələrinin icra müddəti bitdikdən sonra ödənilmiş məbləğlər) nəzərə alınaraq, cavabdeh ləğv prosesində olan Cavabdeh4 ASC-nin ASC-nin Azərbaycan Respublikası Mərkəzi Bankına olan xx.xx.2007-ci il tarixli, 978-180-07 nömrəli kredit müqaviləsi üzrə kredit müqaviləsinin müddətinin bitdiyi xx.xx.2008-ci il tarixə olan 40.316,67 manat faiz borcu (kredit müqaviləsi üzrə kredit müqaviləsinin müddətinin bitdiyi xx.xx.2008-ci il tarixə olan 49416.67 manatdan – kredit müqaviləsinin müddətinin bitdiyi tarixdən sonra ödənilmiş 9100 manat nəzərə alınmaqla), xx.xx.2009-cu il tarixli borcun köçürülməsi barədə müqavilə üzrəkredit müqaviləsinin müddətinin bitdiyi xx.xx.2008-ci il tarixə olan 576.388,89 manat faiz borcu (kredit müqaviləsi üzrə kredit müqaviləsinin müddətinin bitdiyi xx.xx.2008-ci il tarixə olan 614305.56 manatdan – kredit müqaviləsinin müddətinin bitdiyi tarixdın sonra ödənilmiş 37916.67 manat nəzərə alınmaqla),,xx.xx.2009-cu il tarixli, KBS09-1277nömrəli kredit müqaviləsi üzrə iddia ərizəsində tələb olunan xx.xx.2015-ci il tarixə olan 1.981.166,67 (ekspert rəyinə əsasən) manat faiz borcu ipoteka və girovla yüklü edilmiş əmlaklara yönəldilməli, həmin əmlaklar açıq hərracda satılaraq əldə olunmuş vəsait borcun ödənilməsinə yönəldilməlidir. Belə ki, Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası Mülki Məcəlləsinin 399.3, 399.4, 445 və 449-cu maddələrinin bəzi müddəalarının şərh edilməsinə dair” xx xxxxxx 2014-cü il Qərarında göstərilmişdir ki, “kreditor kredit müqaviləsindən irəli gələn öhdəliyin icrası üçün nəzərdə tutulmuş müddət bitənədək pul vəsaitindən istifadə haqqının (faizlərin), həmin müddətdən sonrakı dövr üçün isə öhdəliyin icra edilməməsinə görə mülki qanunvericilikdə nəzərdə tutulmuş və hesablanmış faiz formasında zərərin (real zərər və əldən çıxmış faydanın) ödənilməsini tələb edə bilər”, kreditor vəsaitdən yenidən istifadə edə bilməməsi ilə bağlı ona daha böyük ziyanın vurulduğunu sübut etdikdə Mülki Məcəllənin 21.2-ci maddəsi və müvafiq hallarda həmin Məcəllənin 449.3-cü maddəsinə əsasən onun zərərin əvəzinin ödənilməsini tələb etməyə əlavə hüququ yaranır”. Beləliklə, məhkəmə işin faktiki hallarını və qanunvericiliyin qeyd edilən müddəalarını nəzərə alaraq hesab edir ki, iddia tələbi qismən təmin edilməli, Ləğv prosesində olan Cavabdeh4 ASC-nin Azərbaycan Respublikası Mərkəzi Bankına olan xx.xx.2007-ci il tarixli, 978-180-07 nömrəli kredit müqaviləsi üzrə 40316 (qırx min üç yüz on altı) manat 67 (altmış yeddi) qəpik faiz borcu “xxxxxx” MMC-yə xüsusi mülkiyyət hüququ ilə məxsus Bakı şəhəri, Nəsimi rayonu, Vladislav Plotnikov küçəsində istifadədə olan 0,05828 ha torpaq sahəsində yerləşən 21 nömrəli 13 mərtəbəli binanın 1-ci mərtəbəsində 235,2 kv.m ümumi, 190,4 kv.m əsas, 44,8 kv.m köməkçi sahədən ibarət qeyri-yaşayış sahəsinə yönəldilməli, ipoteka predmetinin satışından əldə edilmiş vəsait hesabına borc ödənildikdən sonra artıq pul vəsaiti qalarsa, artıq qalmış pul vəsaiti “xxxxxx” MMC-yə verilməli, ipoteka predmetinin ilkin satış məbləği 365.000 (üç yüz altmış beş min) manat müəyyən edilməli; xx.xx.2009cu il tarixli borcun köçürülməsi barədə müqaviləyə əsasən 576.388,89 manat faiz borcu Cavabdeh3 MMC-yə xüsusi mülkiyyət hüququ ilə məxsus “xxxxx” ASC-nin nominal dəyəri 2 manat olan 389665 ədəd səhminə yönəldilməli, girov predmetinin satışından əldə edilmiş vəsait hesabına borc ödənildikdən sonra artıq pul vəsaiti qalarsa, artıq qalmış pul vəsaiti Cavabdeh3 MMC-yə verilməli; xx.xx.2009-cu il tarixli, KBS09-1277 nömrəli kredit müqaviləsi üzrə 20.000.000 (iyirmi milyon) manat əsas, 1.981.166 (bir milyon doqquz yüz səksən bir min yüz altmış altı) manat 67 (altmış yeddi) qəpik faiz borcu olmaqla, cəmi 21.981.166 (iyirmi bir milyon doqquz yüz səksən bir min yüz altmış altı) manat 67 (altmış yeddi) qəpik məbləğində borc “xxxxxx” MMC-yə xüsusi mülkiyyət hüququ ilə məxsus Bakı şəhəri, Nəsimi rayonu, Vladislav Plotnikov küçəsində istifadədə olan 0,05828 ha torpaq sahəsində yerləşən 21 nömrəli 13 mərtəbəli binanın 1-ci mərtəbəsində 235,2 kv.m ümumi, 190,4 kv.m əsas, 44,8 kv.m köməkçi sahədən ibarət qeyri-yaşayış sahəsi; Cavabdeh1 xüsusi mülkiyyət hüququ ilə məxsus Bakı şəhəri, Nəsimi rayonu, Vladislav Plotnikov küçəsində istifadədə olan 0,05828 ha torpaq sahəsində yerləşən 21 nömrəli 13 mərtəbəli binanın 1-ci girişində, 13-cü mərtəbəsində yerləşən 165,4 kv.m ümumi, 81,55 kv.m yaşayış sahəsindən ibarət 4 otaqlı 47 nömrəli və 127,5 kv.m ümumi, 66,5 kv.m yaşayış sahəsindən ibarət 3 otaqlı 45 nömrəli mənzillərə yönəldilməli, ipoteka predmetinin satışından əldə edilmiş vəsait hesabına borc ödənildikdən sonra artıq pul vəsaiti qalarsa, artıq qalmış pul vəsaiti “xxxxxx” MMC və Cavabdeh1 verilməli, ipoteka predmetləri Bakı şəhəri, Nəsimi rayonu, Vladislav Plotnikov küçəsində istifadədə olan 0,05828 ha torpaq sahəsində yerləşən 21 nömrəli 13 mərtəbəli binanın 1-ci mərtəbəsində 235,2 kv.m ümumi, 190,4 kv.m əsas, 44,8 kv.m köməkçi sahədən ibarət qeyri-yaşayış sahəsinin ilkin satış qiyməti 365.000 (üç yüz altmış beş min) manat; Bakı şəhəri, Nəsimi rayonu, Vladislav Plotnikov küçəsində istifadədə olan 0,05828 ha torpaq sahəsində yerləşən 21 nömrəli 13 mərtəbəli binanın 1-ci girişində, 13-cü mərtəbəsində yerləşən 165,4 kv.m ümumi, 81,55 kv.m yaşayış sahəsindən ibarət 4 otaqlı 47 nömrəli mənzilin ilkin satış qiyməti 165.000 (bir yüz altmış beş min) manat və 127,5 kv.m ümumi, 66,5 kv.m yaşayış sahəsindən ibarət 3 otaqlı 45 nömrəli mənzilin ilkin satış qiyməti 135.000 (bir yüz otuz beş min) manat müəyyən edilməlidir. Azərbaycan Respublikası MPM-nin 119.1-ci maddəsinə əsasən, məhkəmə xərcləri ödənilmiş iddia tələbinin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. “Dövlət rüsumu haqqında” Azərbaycan Respublikası Qanununun 3.2-ci maddəsinə əsasən Azərbaycan Respublikasının Mərkəzi Bankı dövlət rüsumunun bütün növlərinin ödənilməsindən azaddır. İş materiallarında olan Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin xx.xx.2020-ci il tarixli, 26774 saylı ekspert rəyinə əlavə olunmuş ekspertiza xərclərinə dair bildirişdən göründüyü kimi, aparılmış tədqiqatın dəyəri 145 manat təşkil etməklə dövlət büdcəsinə keçirilməlidir. Məhkəmə hesab edir ki, iş üzrə ödənilməli 30 manat dövlət rüsumu və ekspertiza tədqiqatının dəyəri olan 145 manat cavabdehlərdən müştərək qaydada tutularaq dövlət büdcəsinə köçürülməlidir. Azərbaycan Respublikası MPM-nin 14.2-ci maddəsinə əsasən, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 77.1-ci maddəsinə əsasən, hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Həmin Məcəllənin 217.4-cü maddəsinə əsasən, məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Yuxarıda göstərilənləri nəzərə alaraq və Azərbaycan Res-pub-li--ka-sı Mülki Prosessual Məcəlləsinin 119, 216-220, 222.2. və 360-cı maddələrini rəh-bər tutaraq, QƏT ETDİ: İddia tələbi qismən təmin edilsin. Ləğv prosesində olan Cavabdeh4 ASC-nin Azərbaycan Respublikası Mərkəzi Bankına olan xx.xx.2007-ci il tarixli, 978-180-07 nömrəli kredit müqaviləsi üzrə 40316 (qırx min üç yüz on altı) manat 67 (altmış yeddi) qəpik faiz borcu “xxxxxx” MMC-yə xüsusi mülkiyyət hüququ ilə məxsus Bakı şəhəri, Nəsimi rayonu, Vladislav Plotnikov küçəsində istifadədə olan 0,05828 ha torpaq sahəsində yerləşən 21 nömrəli 13 mərtəbəli binanın 1-ci mərtəbəsində 235,2 kv.m ümumi, 190,4 kv.m əsas, 44,8 kv.m köməkçi sahədən ibarət qeyri-yaşayış sahəsinə yönəldilsin, ipoteka predmeti açıq hərracdan satılsın və satışdan əldə edilmiş vəsait hesabına borc ödənilsin. İpoteka predmetinin ilkin satış məbləği 365.000 (üç yüz altmış beş min) manat müəyyən edilsin. İpoteka predmetinin satışından əldə edilmiş vəsait hesabına borc ödənildikdən sonra artıq pul vəsaiti qalarsa, artıq qalmış pul vəsaiti “xxxxxx” MMC-yə verilsin. Ləğv prosesində olan Cavabdeh4 ASC-nin Azərbaycan Respublikası Mərkəzi Bankına olan xx.xx.2009-cu il tarixli, borcun köçürülməsi barədə müqaviləyə əsasən 576.388,89 manat faiz borcu Cavabdeh3 MMC-yə xüsusi mülkiyyət hüququ ilə məxsus “xxxxx” ASC-nin nominal dəyəri 2 manat olan 389665 ədəd səhminə yönəldilsin, girov predmeti açıq hərracdan satılsın və satışdan əldə edilmiş vəsait hesabına borc ödənilsin. Girov predmetinin satışından əldə edilmiş vəsait hesabına borc ödənildikdən sonra artıq pul vəsaiti qalarsa, artıq qalmış pul vəsaiti Cavabdeh3 MMC-yə verilsin. Ləğv prosesində olan Cavabdeh4 ASC-nin Azərbaycan Respublikası Mərkəzi Bankına olan xx.xx.2009-cu il tarixli, KBS09-1277 nömrəli kredit müqaviləsi üzrə 20.000.000 (iyirmi milyon) manat əsas, 1.981.166 (bir milyon doqquz yüz səksən bir min yüz altmış altı) manat 67 (altmış yeddi) qəpik faiz borcu olmaqla, cəmi 21.981.166 (iyirmi bir milyon doqquz yüz səksən bir min yüz altmış altı) manat 67 (altmış yeddi) qəpik məbləğində borc “xxxxxx” MMC-yə xüsusi mülkiyyət hüququ ilə məxsus Bakı şəhəri, Nəsimi rayonu, Vladislav Plotnikov küçəsində istifadədə olan 0,05828 ha torpaq sahəsində yerləşən 21 nömrəli 13 mərtəbəli binanın 1-ci mərtəbəsində 235,2 kv.m ümumi, 190,4 kv.m əsas, 44,8 kv.m köməkçi sahədən ibarət qeyri-yaşayış sahəsinə; Cavabdeh1 xüsusi mülkiyyət hüququ ilə məxsus Bakı şəhəri, Nəsimi rayonu, Vladislav Plotnikov küçəsində istifadədə olan 0,05828 ha torpaq sahəsində yerləşən 21 nömrəli 13 mərtəbəli binanın 1-ci girişində, 13-cü mərtəbəsində yerləşən 165,4 kv.m ümumi, 81,55 kv.m yaşayış sahəsindən ibarət 4 otaqlı 47 nömrəli və 127,5 kv.m ümumi, 66,5 kv.m yaşayış sahəsindən ibarət 3 otaqlı 45 nömrəli mənzillərə yönəldilsin, ipoteka predmeti açıq hərracdan satılsın və satışdan əldə edilmiş vəsait hesabına borc ödənilsin. İpoteka predmetləri Bakı şəhəri, Nəsimi rayonu, Vladislav Plotnikov küçəsində istifadədə olan 0,05828 ha torpaq sahəsində yerləşən 21 nömrəli 13 mərtəbəli binanın 1-ci mərtəbəsində 235,2 kv.m ümumi, 190,4 kv.m əsas, 44,8 kv.m köməkçi sahədən ibarət qeyri-yaşayış sahəsinin ilkin satış qiyməti 365.000 (üç yüz altmış beş min) manat; Bakı şəhəri, Nəsimi rayonu, Vladislav Plotnikov küçəsində istifadədə olan 0,05828 ha torpaq sahəsində yerləşən 21 nömrəli 13 mərtəbəli binanın 1-ci girişində, 13-cü mərtəbəsində yerləşən 165,4 kv.m ümumi, 81,55 kv.m yaşayış sahəsindən ibarət 4 otaqlı 47 nömrəli mənzilin ilkin satış qiyməti 165.000 (bir yüz altmış beş min) manat və 127,5 kv.m ümumi, 66,5 kv.m yaşayış sahəsindən ibarət 3 otaqlı 45 nömrəli mənzilin ilkin satış qiyməti 135.000 (bir yüz otuz beş min) manat müəyyən edilsin. İpoteka predmetinin satışından əldə edilmiş vəsait hesabına borc ödənildikdən sonra artıq pul vəsaiti qalarsa, artıq qalmış pul vəsaiti müvafiq qaydada “xxxxxx” MMC və Cavabdeh1 verilsin. Məhkəməyə müraciət edilməsi üçün ödənilməli olan 30 (otuz) manat dövlət rüsumu cavabdehlər Zeynalov Fı̇krət Məmməd Sadıx oğluna, "xxxxxx" MMC-yə və "Cavabdeh3" MMC-dən müştərək qaydada tutularaq dövlət büdcəsinə köçürülsün. Ekspertiza tədqiqatının dəyəri 145 (bir yüz qırx beş) manat cavabdehlər Zeynalov Fı̇krət Məmməd Sadıx oğluna, "xxxxxx" MMC-yə və "Cavabdeh3" MMC-dən müştərək qaydada tutularaq Dövlət Xəzinədarlığı Agentliyi, Kod 210005, VÖEN **********, müxbir hesab AZ 41 NABZ******************** SFİFT BİK: CTREAZ 22, Məhkəmə Ekspertiza Mərkəzi VÖEN **********, AZ34CTRE******************** nömrəli hesabına köçürülsün. İddia tələbi qalan hissədə təmin edilməsin. Qətnamədən, onun tərəflərə rəsmi qaydada təqdim edildiyi gündən 1 (bir) ay müddətində Bakı Şəhəri Yasamal Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apelyasiya Məhkəməsinə apelyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədikdə, qəbul edildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir. Sdərlik edən: Toğrul Axundov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar