Məhkəmə qərarları › İş №2(004)-768/2025

Bakı Şəhəri Yasamal Rayon Məhkəməsi Qətnamə — İş №2(004)-768/2025

18.02.2025 · Vərəsəlik hüququ üzrə mübahisələr - Qanun üzrə vərəsəlik hüququnun tanınması
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(004)-768/2025 18.02.2025 BAKI ŞƏHƏRİ YASAMAL RAYON MƏHKƏMƏSİ Hakim Sultanova-Məmmədova Ayşən Ramiz qızının sədrliyi, Həsənova Aysel Zaur qızının katibliyi, İddiaçı, Müstəqil tələb irəli sürməyən üçüncü şəxs X9 iştirakı ilə, İddiaçı müstəqil tələb irəli sürməyən üçüncü şəxs qismində X19 və X20 cəlb edilməklə Cavabdehna qarşı "qanun üzrə vərəsəlik şəhadətnaməsinin verilməsi vəzifəsinin cavabdehin üzərinə qoyulması” tələbinə dair mülki işə açıq məhkəmə iclasında baxaraq, M ü ə y y ə n e t d i: İddiaçı müstəqil tələb irəli sürməyən üçüncü şəxs qismində X19 və X20 cəlb edilməklə, Cavabdehna qarşı "qanun üzrə vərəsəlik şəhadətnaməsinin verilməsi vəzifəsinin cavabdehin üzərinə qoyulması” iddia ərizəsi ilə məhkəmə müraciət edərək, ona X12ndan miras qalmış Bakı şəhəri, Binəqədi rayonunun 9-cu mikrorayonunda yerləşən 119 saylı evin 24 saylı mənzilə və AR Ədliyyə Nazirliyi tərəfindən verilmiş xx.xx.1994-cü il tarixli, 19758 №-li Nizamnaməyə və AR Ədliyyə Nazirliyi tərəfindən verilmiş xx.xx.1994-cü il tarixli, 19758 №-li Şəhadətnaməyə əsasən qeydiyyatdan keçmiş “Beyləqan” kiçik müəssisəsindəki paya dair qanun üzrə vərəsəlik şəhadətnaməsinin verilməsi vəzifəsinin 3 saylı Bakı “ASAN XİDMƏT” Mərkəzinin Notariat Ofisinə həvalə edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddia ərizəsi onunla əsaslandırılmışdır ki, Bakı şəhəri Binəqədi rayonunun 9-cu mikrorayonunda yerləşən 119 saylı evin 24 saylı mənzili Bakı şəhəri XDS-nin İcarə Komitəsi tərəfindən verilmiş 30 yanvar 1979-cu il tarixli 173276 seriyalı order əsasında mərhum X12na məxsus olmuşdur. O, İddiaçı həmin evdə anası və atası ilə birlikdə yaşamış, 1998-ci ildə ailə qurduqdan sonra ailəsiylə birlikdə ünvan 1 ünvanda evdə köçüb yaşamağa başlamış. Lakin həmin evdən çıxmağına baxmayaraq, atası vəfat etdiyi günədək, yəni xx.xx.2016-cı günədək həmin evə gəlib-getmiş, istifadə hüquqlarını həyata keçirmiş. Atası vəfat etdikdən sonra isə ona (iddiaçıya) atasından qalmış evə gəlibgetməyə qoymamışlar. O mübahisə predmeti olan evin hüquqi statusunun müəyyənləşməsi üçün Azərbaycan Respublikası ƏMK yanında DƏDRX-nin Dövlət Kadastrı və Reyestr publik hüquqi şəxsi 1 saylı Bakı Ərazi İdarəsinə müraciət etmiş və həmin idarə tərəfindən verilmiş **********550 nömrəli,xx.xx.2022-ci il tarixli rəsmi cavab məktubunda bildirilmişdir ki, Bakı şəhəri Binəqədi rayonun 9-cu mikrorayonda yerləşən 119 saylı evin 24 saylı mənzili xx.xx.2021 -ci il tarixdə xüsusi mülkiyyət hüququ əsasında X10 adına ilkin hüquqi qeydiyyatdan keçmiş və sonradan 5 saylı ASAN Xidmət Mərkəzində notariat ofisinin xüsusi notariusu R.Z.Zülfüqarov tərəfindən təsdiqlənmiş 40- 1907 reyest nömrəli xx.xx.2021 -ci il tarixli alqı-satqı müqaviləsi əsasında X3 adma qeydiyyatdan çıxmış və hazırda onun xüsusi mülkiyyətindədir. Onu da qeyd edir ki, X2 mənzilin alqı-satqı müqaviləsini onlardan xəbərsiz və məlumatsız Binəqədi rayon məhkəməsindən həmin mənzilə dair mübahisə qetdiyi zaman həyata keçirilmişdir. Çox təəssüf ki, alqı-satqı müqaviləsini təsdiq etmiş 5 saylı ASAN Xidmət Mərkəzində notariat ofisinin xüsusi notariusu R.Z.Zülfuqarov mübahisə predmeti olan mənzilə dair alqı-satqı müqaviləsini təsdiq edərkən həmin evin mülkiyyətçisi olmuş X12nun birinci dərəcəli vərəsəsi kimi onu da məlumatlandırmalı olduğu halda, əksinə, bu barədə onlara məlumat verilməmiş və onların razılığı olmadan belə bir qanunsuz alqı-satqı müqaviləsini təsdiqləmişdir. Bundan əlavə xx.xx.2015-ci il tarixli müəssisədəki payın bağışlanma müqaviləsinə əsasən X12 özünə məxsus olan Bakı şəhəri, Binəqədi rayonu, 9 mikrorayonun yuxarı dairəsi hüquqi ünvanla “Beyləqan” kiçik müəssisəsini (AR Ədliyyə Nazirliyi tərəfindən verilmiş xx.xx.1994-cü il tarixli, 19758 №-li Nizamnamə, AR Ədliyyə Nazirliyi tərəfindən verilmiş xx.xx.1994-cü il tarixli, 19758 №-li Şəhadətnaməyə əsasən qeydiyyatdan keçmişdir) onun (iddiaçının) razılığı və xəbəri olmadan bacısı X13 bağışlamışdır. Həmin bağışlanma müqaviləsinin mövcud olmasından o (iddiaçı), bu yaxınlarda Bakı şəhəri 32 saylı notariat kontorunda maraqlandıqda bilmiş. O (iddiaçı), X12ndan miras qalmış əmlaklara dair ona (iddiaçıya) qanun üzrə vərəsəlik şəhadətnaməsinin verilməsi haqqında 3 saylı Bakı “ASAN XİDMƏT” Mərkəzinin Notariat Ofisinə xx.xx.2024-cü ildə ərizə ilə müraciət etdi. Notariat Ofisi onun (iddiaçının) ərizisənə baxaraq “Notariat hərəkətini aparmaqdan imtina barəsində 1134 nömrəli,xx.xx.2024-cü il tarixli qərar qəbul etmişdir. Həmin qərardan görünür ki, imtinanın əsası kimi cavabdeh orqan miras əmlakı faktiki qəbul müddətinin ötürülməsinə istinad etmişdir. Məhkəmə iclasında iştirak edən İddiaçı iddia tələbini müdafiə edərək, iddia tələbinin təmin olunması barədə qətnamə çıxarılmasını məhkəmədən xahiş etmişdir. Məhkəmə iclasında müstəqil tələb irəli sürməyən üçüncü şəxs qismində iştirak edən X20 izahat verərək bildirmişdir ki, 2017-ci ildə mənzil atasının adına özəlləşdirilmişdi, bu zaman onlar razılıq vermişdilər. Daha sonra mənzilin satılmasından xəbəri olmamışdı. Məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada məlumat verilmiş cavabdeh nümayəndəsi və digər üçüncü şəxs məhkəmə iclasına gəlməmişdirlər. Məhkəmə işə onların iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə proses iştirakçılarının izahatını dinləyib, iş materiallarını araşdırıb və sübutlara məcmu halda hüquqi qiymət verərək hesab edir ki, iddia tələbi rədd edilməlidir. Belə ki, iş materiallarına əlavə edilmiş və məhkəmə baxışında tədqiq edilmiş: Azərbaycan SSSR Jdanov (Beyləqan) rayonu tərəfindən verilmiş İ-ЖГ seriyalı, 366185 saylı Nikah haqqında Şəhadətnamədən görünür ki, X28 ilə X8 21 avqust 1961-ci il tarixdə 38 saylı akt qeydli nikaha daxil olmuşdurlar. Nikah bağlandıqdan sonra ərə Nağıyev, arvada isə Nağıyeva soyadı verilmişdir. AЗ seriyalı, ******* saylı Doğum haqqında Şəhadətnamədən görünür ki, X22 xx.xx.1967-ci il tarixdə Bakı şəhərində anadan olmuşdur. X12, anası isə X6r. xx.xx.1979-ci il tarixli Nəsimi rayon Xalq deputatları Soveti İcraiyyə Komitəsinin iclası tərəfindən verilmiş orderdən görünür ki, X21 ailə tərkibində 10 nəfər olmaqla 5 otaqlı, 76.18 kv.m., blok 2, 5-ci mərtəbə, mənzil 24, ev 53, 9-cu mikrorayonda ev verilib. xx.xx.2015-ci il tarixli müəssisədəki payın bağışlanma müqaviləsinə əsasən birinci tərəf X28 ilə İkinci tərəf X20 arasında predmet “Beyləqan” kiçik müəssisənin nizamnamə kapitalında olan 100% pay. Birinci tərəf aşağıda göstərilən payı bağışlayır İkinci tərəf isə həmin payı qəbul edir. Payın məxsus olduğu “Beyləqan” kiçik müəssisəsi Bakı şəhəri, Binəqədi rayonu, 9-cu mkr-nın yuxarı dairəsi hüquqi ünvanla AR Ədliyyə Nazirliyi tərəfindən verilmiş xx.xx.1994-cu il tarixli, 19758 nömrəli nizamnamə, AR Ədliyyə Nazirliyi tərəfindən verilmiş xx.xx.1994-cu il tarixli, 19758 nömrəli şəhadətnaməyə əsasən qeydiyyatdan keçmişdir. Azərbaycan Respublikasının Daxili İşlər Nazirliyi “yaşayış yeri üzrə qeydiyyat haqqında” 905996 nömrəli arayışdan görünür ki, Bakı şəhəri, Binəqədi rayonu, 9-cu mkr, A.Məmmədov küçəsi, ev 119, mənzil 24-də X18, X26, X29, X19, X11 qeydiyyatdadılar. Binəqədi rayon qeydiyyat şöbəsi tərəfindən verilmiş AZ-İ seriyalı, 779280 saylı ölüm haqqında şəhadətnamədən görünür ki, X28 xx.xx.2016-ci il tarixdə vəfat etmişdir. Ölümün səbəbi kimi kəskin koronar çatmamazlığı göstərilmişdir. xx.xx.2024-cü il tarixli, 1134 saylı Azərbaycan Respublikasının Ədliyyə Nazirliyi 3 saylı “ASAN Xidmət” Mərkəzində Notariat ofisinin qərarından görünür ki, İddiaçı vərəsəlik hüququ haqqında şəhadətnamənin verilməsindən imtina edilməsi qərara alınmışdır. Bakı İnzibati Məhkəməsinin 2-1(112)-8789/2022 saylı, xx.xx.2022-ci il tarixli qərarından görünür ki, İddiaçı cavabdeh AR İqtisadiyyat Nazirliyi yanında ƏMDX DƏDKR publik hüquqi şəxsin 1 saylı Bakı Ərazi İdarəsinə qarşı (3-cü şəxslər X19 və X7) “mənzilə hüququların dövlət reyestrində qeydiyyatının ləğv edilməsi” tələbinin təmin edilməməsi qərara alınmışdır. Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin 2(001)-7697/2016 saylı, xx.xx.2016-cı il tarixli qətnaməsi ilə İddiaçı cavabdeh X13 qarşı “qanuni vərəsəlik” tələbinin təmin edilməməsi qət edilmişdir. Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin 2(001)-388/2024 saylı, xx.xx.2024-cü il tarixli qətnaməsi ilə İddiaçı cavabdehlər X14, X4, ƏMDX DƏDKR publik hüquqi şəxsin 1 saylı Bakı Ərazi İdarəsinə və 5 saylı Bakı “ASAN” xidmət mərkəzində notariat ofisinə qarşı “alqı-satqı müqaviləsinin və çıxarışın ləğv edilməsi” tələbinin təmin edilməməsi qət edilmişdir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin: 1291-ci maddəsinə əsasən miras şərikləri arasında mirasın bölüşdürülməsi haqqında ixtilaflar olduqda, mübahisəyə məhkəmə baxır. Əmlakın bölüşdürülməsi zamanı məhkəmə bölüşdürülməli əmlakın xarakterini, miras şəriklərindən hər birinin fəaliyyətini və digər konkret halları nəzərə almalıdır. 1133.1-ci maddəsinə əsasən, ölmüş şəxsin (miras qoyan) əmlakı başqa şəxslərə (vərəsələrə) qanun üzrə və ya vəsiyyət üzrə və ya hər iki əsasla keçir. 1133.2-ci maddəsinə əsasən, qanun üzrə vərəsəlik o zaman qüvvədə olur ki, miras qoyan vəsiyyətnamə qoymur. 1321.1-ci maddəsinə əsasən Vərəsəliyə çağırılmış şəxslər mirasın açıldığı yerdəki notariat orqanından vərəsəlik şəhadətnaməsi tələb edə bilərlər. 1325-ci maddəsinə əsasən Vərəsəlik şəhadətnaməsi həm bütün miras, həm də onun bir hissəsi üçün verilə bilər. Şəhadətnamə həm bütün vərəsələrə birlikdə, həm də ayrılıqda hər birinə arzularına uyğun olaraq verilir. Vərəsələrdən birinə mirasın bir hissəsi üçün vərəsəlik şəhadətnaməsinin verilməsi digər vərəsələri mirasın qalan hissəsi üçün şəhadətnamə almaq hüququndan məhrum etmir. Beləliklə, məhkəmə araşdırılması zamanı müəyyən edilmişdir ki, hazırki mübahisənin predmetini Bakı şəhəri, Binəqədi rayonunun 9-cu mikrorayonunda yerləşən 119 saylı evin 24 saylı mənzili və “Beyləqan” kiçik müəssisəsindəki paya dair qanun üzrə vərəsəlik şəhadətnaməsinin verilməsi təşkil edir. İş materiallarından görünür ki, mübahisəli mənzil 06 oktyabr 2021-ci il tarixdə X10 adına qeydiyyatdan keçmiş (atasından miras qalmış əmlak), 40-1907 saylı, 11 oktyabr 2021-ci il tarixli alqı-satqı müqaviləsinə əsasən X1. Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin 2(001)-388/2024 saylı, xx.xx.2024-cü il tarixli qətnaməsi ilə İddiaçı cavabdehlər X14, X4, ƏMDX DƏDKR publik hüquqi şəxsin 1 saylı Bakı Ərazi İdarəsinə və 5 saylı Bakı “ASAN” xidmət mərkəzində notariat ofisinə qarşı “alqı-satqı müqaviləsinin və çıxarışın ləğv edilməsi” tələbinin təmin edilməməsi qət edilmişdir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 82.3-cü maddəsinə əsasən bir mülki iş üzrə qanuni qüvvəyə minmiş məhkəmə qətnaməsi ilə müəyyən edilmiş faktlar həmin işdə iştirak edən şəxslər tərəfindən başqa məhkəmə prosesində mübahisələndirilmir və yenidən sübut edilmir. Məhkəmə onu da qeyd edir ki, iddiaçı Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası Mülki Məcəlləsinin 1246 və 1273-1-ci maddələrinin Azərbaycan Respublikası Konstitusiyasının 29-cu maddəsinin Vİİ hissəsinə uyğunluğunun yoxlanılmasına dair” 26 dekabr 2023-cü il tarixli qərarına isinad edərək, mirasın qəbul edilməsi müddətini ötürmədiyini bildirmişdir. Halbuki, müvafiq plenum qərarında konkret olaraq, bu qərarın qüvvəyə mindikdən sonra yaranacaq vərəsəlik münasibətlərinə və hazırda məhkəmələrin icraatında olan mübahisələr üzrə işlərə şamil edilmişdir. Nəzərə alaraq ki, miras qoyan Əli Nağıyev 01 fevral 2016-cı il tarixdə vəfat etmişdir, həmin qərarın müddəaları bu mübahisənin həllində tətbiq edilə bilməz. İddiaçı eyni zamanda “Beyləqan” kiçik müəssisəsindəki paya dair qanun üzrə vərəsəlik şəhadətnaməsinin verilməsini tələb etmişdir. Bununla əlaqədar məhkəmə qeyd edir ki, Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin 2(001)-7697/2016 saylı, xx.xx.2016-cı il tarixli qətnaməsi ilə İddiaçı cavabdeh X13 qarşı “atasından miras qalan mənzil və ictimai iaşə obyektinin vəfat edənin övladları arasında bərabər pay olmaqla bölünməsi” tələbi rədd edilmişdir. Göründüyü kimi, hazırki mübahisənin mahiyyətini təşkil edən hüquqi məsələlərə artıq hüquqi qiymət verildiyindən və bu preyudisial əhəmiyyət kəsb etdiyindən, məhkəmə belə qənaətə gəlir ki, hazırki iddia tələbi rədd edilməlidir. Belə olduğu halda, məhkəmə hesab edir ki, İddiaçı müstəqil tələb irəli sürməyən üçüncü şəxs qismində X19 və X20 cəlb edilməklə Cavabdehna qarşı "qanun üzrə vərəsəlik şəhadətnaməsinin verilməsi vəzifəsinin cavabdehin üzərinə qoyulması” tələbinə dair iddia ərizəsi təmin edilməməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəllənin 14.2-ci maddəsinə görə məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 77.1-ci maddəsinə görə isə hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. AR Mülki Prosessual Məcəllənin 119.1-ci maddəsinə görə məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Ödənilmiş dövlət rüsumu iddiaçıya aid edilməlidir. Şərh olunanlara əsaslanaraq və Azərbaycan Respublikası MPM-nin 307-311-ci və 216-220-ci maddələrini rəhbər tutaraq məhkəmə, Q ə t e t d i: İddiaçı müstəqil tələb irəli sürməyən üçüncü şəxs qismində X19 və X20 cəlb edilməklə Cavabdehna qarşı "qanun üzrə vərəsəlik şəhadətnaməsinin verilməsi vəzifəsinin cavabdehin üzərinə qoyulması” tələbinə dair iddia ərizəsi təmin edilməsin. Ödənilmiş dövlət rüsumu iddiaçıya aid edilsin. Qətnamədən onun rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində “Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinet vasitəsilə Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasına apellyasiya şikayəti verilə bilər. Hakim: Ayşən Sultanova-Məmmədova

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar