Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(004)-770/2024 22.01.2024 BAKI ŞƏHƏRİ YASAMAL RAYON MƏHKƏMƏSİ Hakim Babazadə Gülnar Vidadi qızının sədrliyi, Məhkəmə iclas katibi X2, İddiaçı iştirakları ilə, İddiaçı Cavabdeh qarş pul tələbinə dair iddia ərizəsi üzrə mülki işə məhkəmənin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: İddiaçı Cavabdeh qarş pul tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Cavabdeh 3000 manat borc pul, 50 manat dövlət rüsumu, hüquqi xidmətə gorə 100 manat olmaqla, cəmi 3150 (üç min yüz əlli) manat pulun iddiaçının xeyrinə tutulması barədə qətnamə çıxarılmasını məhkəmədən xahiş etmişdir. İddiaçı iddia ərizəsini onunla əsaslandırmışdır ki, cavabdeh xx.xx.2023-cü il tarixdə İddiaçı 1 aylıq müddətinə 3000 manat borca pul almışdır. O, həmin borcu növbəti aydan başlayaraq hər ay 500 manat olmaqla qaytaracağına söz vermiş və bu barədə İddiaçı müvafiq qəbz vermişdir. Lakin üstündən 3 aydan çox vaxt keçməyinə baxmayaraq o, aldığı pulu iddiaçıya qaytarmaqdan imtina edir. İddiaçı xx.xx.2023-cü il tarixdə cavabdehə bildiriş-xəbərdarlıq məktubu göndərərək aldığı pulu bu bildiriş ona çatdırıldığı gündən sonra 10 gün ərzində qaytarmağını xahiş etmiş və əks halda məhkəməyə müraciət etmək məcburiyyətində qalacağını və bu zaman borcdan əlavə məhkəmə xərclərinin də (hüquqi yardım və ərizənin yazılması üçün, həmçinin dövlət rüsumunun) ondan tutulmasını tələb edəcəyini bildirmişdir. Poçt xəbəmaməsinə əsasən iddiaçının bildiriş-xəbərdarlıq məktubu xx.xx.2023-cü il tarixdə cavabdehə çatdırılmışdır. Lakin cavabdeh tərəfindən məktuba heç bir reaksiya verilməmişdir. Məhkəmə iclasında iştirak edən İddiaçı iddia ərizəsinə uyğun izahat verərək iddianın təmin olunması barədə qətnamə qəbul olunmasını xahiş etmişdir. Cavabdeh məhkəmə baxış iclasının vaxtı və yeri barədə lazımi qaydada xəbərdar edilməsinə, AZEMİS vasitəsilə cavabdehə məxsus mobil nömrəyə SMS bildiriş göndərilməsinə baxmayaraq, cavabdeh məhkəmə iclaslarına gəlməmiş və gəlməməsinin səbəbləri barədə məhkəməyə məlumat verməmişdir. Məhkəmə Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 185.5-ci maddəsinə əsasən işə cavabdehin iştirakı olmadan baxılmasını mümkün etmişdir. Məhkəmə iddiaçının izahatını, şahid ifadələrini dinləyib, iddia tələbinin dəlillərini, işdə olan sübutları işin bütün faktiki hallarının tam, hərtərəfli və obyektiv araşdırılmasına əsaslanmaqla qiymətləndirərək belə hesab edir ki, aşağıda göstərilənlərə əsasən iddia tələbi təmin edilməlidir. İş materiallarına əlavə edilmiş Cavabdeh tərəfindən yazılmış və imzalanmış xx.xx.2023-cü il tarixli qəbz-iltizamdan görünür ki, İddiaçı xx.xx.2023-cü il tarixdə almış olduğu 3 min manat borcu hissə-hissə ödəyəcəyini bildirmişdir. İş materiallarında olan 01 noyabr 2023-cü il tarixli 330829 saylı mədaxil qəbzindən görünür ki, İddiaçı tərəfindən xx.xx.2023-cü il tarixində hüquqi məsləhət və ərizənin yazılmasına görə 100 manat ödəniş edilmişdir. İş materiallarında olan 11 dekabr 2023-cü il tarixli ********** nömrəli mədaxil qəbzindən görünür ki, İddiaçı tərəfindən məhkəmədə iddia qaldırılması üçün 50 (əlli) manat dövlət rüsumu ödənilmişdir. İş materiallarında olan İddiaçı tərəfindən Cavabdeh ünvanlanmiş 01 noyabr 2023-cü il tarixli xəbərdarlıq məktubundan görünür ki, 3000 (üç min) manat məbləğində borcun 10 gün müddətində qaytarılması, əks halda məhkəməyə müraciət olunacağı barədə məlumat vermişdir. Məhkəmə iclasında iştirak edən şahid X1 ifadəsində bildirmişdir ki, iddiaçı ilə dostluq münasibətləri var. İddiaçının cavabdehə borc pulu təqdim etdiyi vaxt o da onlarla bərabər idi. Bir kafedə yemək yeyirmişlər. Cavabdehlə də münasibəti var və həmin kafedə yemək yeyərkən cavabdeh iddiaçıya pula ehtiyacı olmasını bildirmiş, pulun iddiaçı tərəfindən verilməsi anına şahid olmasa da, cavabdehin ona pul verilməsi barədə cavabdehin etirafını yazılı qaydada yazmasına şahid olmuşdur. Orada cavabdeh şifahi də bildirmişdir ki, pensiya alır və 500 manat aylıq ödənişlərlə borcunu qaytaracaqdır. Məhkəmə iclasında iştirak edən şahid X3 ifadəsində bildirmişdir ki, ehtiyatda olan polkovnikdir, hərbi xidmət edərkən iddiaçı ilə də həmin zamanda tanış olmuşdur. 2023-cü ilin avqust ayında iddiaçı və cavabdeh də daxil olmaqla bir neçə nəfər görüşmüşlər. Bu zaman cavabdeh iddiaçıdan borc pul istəmiş, 3000 manat pulu əvvəlcə o saymış, sonra cavabdeh sayaraq götürmüşdür. Özü cavabdehin borcu alması barədə kağızda yazmasını xahiş etmiş, cavabdeh də bu barədə yazmışdır. Hər ay 500 manat olmaqla borcu geri qaytaracağını bildirmişdir. Bundan sonra cavabdehlə onun bir sıra danışıqları olmuş, borcu ödəməsə iddiaçının onu məhkəməyə verəcəyini bildirmiş, o isə pulu olmadığını, “məhkəməyə müraciət etmək istəyirsə, etsin” - deyə bildirmişdir. Daha sonradan isə telefon zənglərinə də cavab verməmişdir. Məhkəmə baxışında tədqiq olunmuş sübutlarla müəyyən edilmişdir ki, İddiaçı Cavabdeh 3000 (üç min) manat məbləğində borc pul vermiş, pulun verilməsi borcalan Cavabdeh tərəfindən imzalanmış qəbz-iltizamla və şahid ifadələri ilə sübuta yetir. Cavabdeh tərəfindən həmin pulun qaytarılmasına dair hər hansı sübut təqdim edilməmişdir. Odur ki, iddia tələbi təmin edilməli, Cavabdeh 3000 (üç min) manat məbləğində pul tutularaq İddiaçı ödənilməlidir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin: 385.1-ci maddəsinə əsasən, öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır; 739.1-ci maddəsinə əsasən, borc müqaviləsinə görə bir tərəf (borcverən) pul vəsaitinə və ya digər əvəz edilən əşyalara mülkiyyət hüququnu digər tərəfə (borcalana) verməyi öhdəsinə götürür, borcalan isə aldıqlarını müvafiq olaraq eyni məbləğdə pul vəsaiti və ya eyni keyfiyyətdə və miqdarda olan eyni növlü əşyalar şəklində borcverənə qaytarmağı öhdəsinə götürür. 739.2-ci maddəsinə əsasən, borc müqaviləsi predmetinin məbləği üç min manatdan çoxdursa və ya məbləğindən asılı olmayaraq, müqavilənin iştirakçılarından biri hüquqi şəxsdirsə, borc müqaviləsi yazılı formada bağlanılmalıdır. Bundan başqa Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 107-ci maddəsinə əsasən, məhkəmə xərcləri dövlət rüsumundan və işə baxılması ilə əlaqədar olan məsrəflərdən ibarətdir. Məhkəmə iddia tələbinin hüquqi xidmətə görə ödənilmiş 100 (yüz) manat məbləğində pulun cavabdehdən tutulması ilə bağlı qeyd edir ki, iş materiallarında hüquqi xidmətə görə 100 manat ödənilməsinə dairi qəbz olduğundan həmin hissədə də iddia tələbi əsaslıdır və təmin edilməlidir. Mülki Prosessual Məcəllənin 119.1-ci maddəsinə əsasən, məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Məhkəmə eyni zamanda, hesab edir ki, iddia təmin olunduğundan ödənilmiş dövlət rüsumunun əvəzi olan 50 (əlli) manat məbləğində pul Cavabdeh İddiaçı xeyrinə tutulmalıdır. Müki Prosessual Məcəllənin 9.1, 9.3, 14.2, 88, 217.1, 218.1, 218.3 və 220.4-cü maddələrinə görə hər hansı mübahisənin qanuni və əsaslı həlli üçün məhkəmə baxışı zamanı məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli olan hüquq normalarına müvafiq qiymət verməlidir. Məhkəmənin qətnaməsi qanuni və əsaslı olmalıdır. Hakim işdə iştirak edən şəxslərin verdiyi tələblər üzrə qətnamə çıxarır. Qətnamə çıxarıldıqda hakim sübutları qiymətləndirir, iş üçün əhəmiyyətli olan nə kimi halların müəyyən edildiyini, nə kimi halların müəyyən edilmədiyini, tərəflərin hansı hüquqi münasibətdə olmalarını, həmin iş üzrə hansı qanunun tətbiq edilməli olduğunu və iddianın təmin olunub-olunmadığını müəyyən etməlidir. Mülki Prosessual Məcəllənin 217.3-cü maddəsinə əsasən qətnamə iş üzrə müəyyən edilmiş həqiqi hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır. Mülki Prosessual Məcəllənin 217.4-cü maddəsinə əsasən, məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 119, 216-220, 227, 233-cü maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddia təmin edilsin. Cavabdeh 3000 (üç min) manat, hüquqi xidmətə görə ödənilmiş 100 (yüz) manat və ödənilmiş dövlət rüsumunun əvəzi olan 50 (əlli) manat olmaqla, cəmi 3150 (üç min yüz əlli) manat məbləğində pul tutularaq İddiaçı ödənilsin. Qətnamədən, qətnamə işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən bir ay müddətində “Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinetdən Bakı şəhəri Yasamal Rayon Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasına apelyasiya şikayəti verilə bilər. Hakim: Gülnar Babazadə
Məhkəmə qərarları › İş №2(004)-770/2024
Bakı Şəhəri Yasamal Rayon Məhkəməsi Qətnamə — İş №2(004)-770/2024
22.01.2024 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Sair öhdəliklər üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver