Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(004)-792/2024 16.02.2024 BAKI ŞƏHƏRİ YASAMAL RAYON MƏHKƏMƏSİ Hakim Hacıyev Vahid Məcid oğlunun sədrliyi, Həsənova Aysel Zaur qızının katibliyi, İddiaçı, onun nümayəndəsi və vəkili Vəkil, cavabdeh “Akademik Ə.M.Mirqasımov adına Respublika Klinik Xəstəxanası” X15 nümayəndəsi Nümayəndə iştirakı ilə, İddiaçı cavabdeh “Akademik Ə.M.Mirqasımov adına Respublika Klinik Xəstəxanası” X11rşı “işə bərpa edilməsi və məcburi iş buraxmaya görə əmək haqqının ödənilməsi” tələbinə dair iddia ərizəsi üzrə mülki işə məhkəmənin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: İddiaçı cavabdeh “Akademik Ə.M.Mirqasımov adına Respublika Klinik Xəstəxanası” X11rşı “işə bərpa edilməsi və məcburi iş buraxmaya görə əmək haqqının ödənilməsi” tələbinə dair iddia ərizəsi ilə xx.xx.2023-cü il tarixdə məhkəməyə müraciət edərək, “Akademik Ə.M.Mirqasımov adına Respublika Klinik Xəstəxanası” X12 xx.xx.2023-cü il tarixli 18-1-3/3-1826/2023 nömrəli əmrinin ləğv edilməsi, İddiaçı “Akademik Ə.M.Mirqasımov adına Respublika Klinik Xəstəxanası” X15 X3 həkim mama-ginekoloq vəzifəsinə işə bərpa edilməsi, işə bərpa olunduğu günədək məcburi buraxdığı iş dövrünə görə əmək haqqının və mediasiya xərcləri üçün ödədiyi 60 manat pul vəsaitinin ona ödənilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddiaçı məhkəmə iclasında iddia tələbini müdafiə etdi və izahatında bildirdi ki, o, Azərbaycan Tibb Universitetində tibb təhsili alaraq xx.xx.1990-cı ildə Naxçıvan Respublikası Doğum Mərkəzində intema mama-ginekoloq kimi fəaliyyət göstərməyə başlamışdır. xx.xx.1991-ci il tarixdən xx.xx.1993-cü il tarixə kimi Naxçıvan Respublikası ‘‘Ana və X10”n-də ginekoioq olaraq işləmişdir. xx.xx.1993-cü il tarixdən indiki “Akademik M.Ə.Mirqasımov adma Respublika Klinik Xəstəxanası” X13 (bundan sonra - Xəstəxana) X4 həkim mama-ginekoloq vəzifəsində çalışmağa başlamış və xx.xx.2023-cü il tarixdə əmək müqaviləsinə 18-1-3/3-1-826/2023 nömrəli əmr ilə Əmək Məcəlləsinin 68-ci maddəsinin 2-ci hissəsinin “a” bəndinə əsasən xitam verilmişdir. Həkim mamaginekoioq kimi çalışdığı bu illər ərzində əhaliyə təmənnasız tibbi xidmət aksiyalarında fəal şəkildə iştirak edərək xalqına borcu olan xidməti göstərmişdir. X1 Şöbəsində daim dərman və tibbi ləvazimatların çatışmazlığı problemi olmuşdur. Baxmayaraq ki, Xəstəxanaya məxsus dərmanların və tibbi ləvazimatların saxlandığı aptek var, yenə də bu problemlər bu günə kimi davam edir. Xəstəxananın baş tibb bacısı X8 aptekində dərmanlar olmasına baxmayaraq, hansısa dərmanın təcili lazım olduğunu bildirdikdə, o hər dəfə dərmanların aptekdə bitdiyini bildirərək onlara dərmanla təmin etmirdi. Xəstələrin əməliyyatı və əməliyyatdan sonrakı müalicə dönəmində dərman və tibbi ləvazimatlardan istifadə mütləqdir. Xəstəxana həkimləri bu vasitələrlə təmin elmədiyinə görə onlar xəstələrə istifadə üçün həmin dərman və tibbi ləvazimatları öz hesablarına alaraq öz şkaflarında saxlayırdılar. 2023-cü ilin avqust ayında onun məzuniyyətdə olduğu vaxtda xəstəxananın mühafizə xidmətinin rəisi Pərviz və digərləri tərəfindən həkimlərin şəxsi vəsaitləri hesabına əldə etdikləri və şkaflarında saxladıqları dərman vasitələri və digər tibbi ləvazimatlar həmin şkaflar sındırılaraq götürülmüşdür. Eyni əməl xx.xx.2023-cü il tarixdə təkrarlanmışdır. xx.xx.2023-cü il tarixdə X7 rəisi Esmira xanım onu xəstəxananın dərmanlarını oğurlamaqda ittiham etmişdir. Bu hadisədən bir gün sonra - xx.xx.2023-cü il tarixdə X2 rəhbəri Adilə xanım ona bildirmişdir ki, Əlviz müəllim ona onun barəsində dərman oğurluğu ilə bağlı təqdimat hazırlayıb təqdim edib, onu Azərbaycan Respublikası Əmək Məcəlləsinin 70-ci maddəsinin “ç” bəndi ilə işdən çıxarmaq istəyir. Adilə xanım ona demişdir ki, ən yaxşısı özün öz xoşunla ərizə yaz işdən çıx, qeyd edilən maddə ilə səni işdən çıxarsalar sonra həkim kimi hansısa tibb müəssisəsində işləməyin mümkün olmayacaq, heç bir müəssisə səni işə götürməz. O, dərmanları öz vəsaiti hesabına aldığını, xəstəxanaya heç bir aidiyyəti olmadığını, dərmanların özünə məxsus olmasını sübut edə biləcəyini demişdir. Qeyd edir ki, 2023-cü ilin fevral ayından qanaxmalara qarşı oksitosin dərmanı çatışmırdı, o, Naxçıvanda yaşayan bacısı qızından xahiş etmişdir ki, 3-5 qutu həmin dərmandan alıb göndərsin. Dərmanların qiyməti 170 manat tutmuşdur. Həmin yazışmalar onun telefonunda qalır, onları xx.xx.2023-cü il tarixdə sübut kimi göstərmişdir və araşdırma aparılacağını ona bildirmişlər. Sonra ondan soruşdmuşar ki, sizə deməyiblər ki, özünüzdə dərman saxlamaq olmaz? O da daha sonra 9 nəfər iş yoldaşıyla birlikdə akt tərtib etmişlər ki, onlara şöbə müdiri özlərində dərman saxlaya bilmyəcəklərini deməmiş və hamısı həmin akta imza etmişlər. Daha sonra xəstəxananın direktoru Əlviz bəy də, onunla məsələ barədə danışarkən bildirmişdir ki, ya ərizə yaz çıx, ya da biz səni Əmək Məcəlləsinin 70-cl maddəsinin “ç” bəndi ilə işdən çıxaracağıq. O, bu təzyiqlər nəticəsində öz iradəsi olmadan öz xahişi ilə işdən çıxmaq istəməsi barədə xx.xx.2023-cü il tarixdə ərizə yazaraq işəgötürənə vermişdir. xx.xx.2023-cü il tarixdə yazdığı ərizə əsasında xəstəxananın direktoru Əlviz Qasımovun xx.xx.2023-cü il tarixli 18-1-3/3-1826/2023 nömrəli əmr ilə o, xəstəxanada tutduğu vəzifədən azad edilmişdir. O, qanaxma və şök əleyhinə dərmanları, tikiş saplarını, steril əlcəkləri öz vəsaiti hesabına alaraq, iş otağında şkafında saxlamış və xəstələrin müalicəsi və əməliyyatı zamanı istifadə etmişdir. Xəstəxanadan verilən əlcəklərin ölçüsü 7 və 8 nömrədir. Onun əlinin ölçüsü 6,5 olduğu üçün əlcəkləri özü alır. O, 2023-cü ilin avqust ayında məzuniyyətdə olmuş və xx.xx.2023-cü il tarixə işə qayıtmışdır. Şkafının açıldığını və paltarlarının yerdə olduğunu görərək, ondan icazəsiz şkafın açılmasına görə hay-küy salmış, mühafizəçi Pərvizlə mübahisə etmişdir. Vüsalə tibb bacısı onun şkafını çəkmişdir. xx.xx.2023-cü il tarixdə o, otağındakı şkafda saxladığı dərmanları götürüb avtomobilinə qoymuşdur. İkinci dəfə dərmanları avtomobilinə apararkən mühafizəçi qapıda onu saxlamış və dərmanları ondan almışdır. Avtomobilinə qoyduğu dərmanları da ondan götürmüşlər ki, dərmanların xəstəxanaya məxsus olub-olmamasını araşdırsınlar. O. dərmanları xidməti işi ilə bağlı xəstələrin müalicəsinə istifadə etmək üçün şkafında saxlayıb. Həmin dərmanlar xəstanaya deyil, onun özünə məxsus olmuşdur. Otağında və avtomobilində dərman aşkarlandığına görə, ona Əmək Məcəlləsinin 70-ci maddəsinin “ç” bəndi ilə işdən azad ediləcəyini bildirmişlər. Əmək kitabçası korlanmasın deyə öz ərizəsi ilə işdən çıxmağa məcbur olmuşdur. O, xx.xx.2023-cü il tarixdə ərizə verərək öz xahişi ilə xx.xx.2023-cü il tarixdən işdən azad edilməsi xahiş etmişdir. xx.xx.2023-cü il tarixdə fikrini dəyişmiş və ərizə yazaraq əvvəlki ərizəsini geri götürmək istədiyini bildirmişdir. Bu zaman ona xx.xx.2023-cü il tarixdən işdən azad edildiyini bildirmişlər, işdən çıxma əmrini, əmək kitabçasını və son-haqq hesabını ona vermişlər. xx.xx.2023cü il tarixli ərizəsində öz xahişi ilə əmək müqaviləsinə xitam verilməsini xahiş etsə də, bu onun iradəsinə zidd yazılmışdır. X6 bildirmişdir ki, ƏM-nin 70-ci maddəsinin “ç” bəndi ilə işdən çıxarılmaqdansa, öz xahişi ilə işdən azad olunması yaxşıdır. Bu səbəbdən o, öz xahişi ilə işdən çıxması barədə ərizə yazıb. Əslində onun işdən çıxmaq niyyəti olmamışdır. Odur ki, iddia tələbinin təmin edilməsini xahiş edir. İddiaçı nümayəndəsi və vəkili Vəkil məhkəmə iclasında İddiaçı izahatı ilə razı olduğunu bildirdi, əlavə olaraq qeyd etdi ki, İddiaçı Əmək Məcəlləsinin 68-ci maddəsinin 2-ci hissəsinin “a” bəndi ilə əmək müqaviləsinə xitam verilməsi qanunsuz olmuşdur. Çünki, İddiaçı xx.xx.2023-cü il tarixdə ərizə verərək öz xahişi ilə xx.xx.2023-cü il tarixdən işdən azad edilməsi xahiş etmişdir. Ərizənin verildiyi gün cümə günü olmaqla iş günü olmuşdur. İşəgötürən həmin gün işçinin əmək müqaviləsinə xitam verilməsi barədə əmr verməmişdir. İşçi xx.xx.2023-cü il tarixdə ərizə yazaraq əvvəlki ərizəsini geri götürmək istədiyini bildirmişdir. Bu zaman ona xx.xx.2023-cü il tarixli əmrlə işdən çıxarılması bildirilmişdir. Hesab edir ki, işçinin əmək müqaviləsinə xitam verilərkən Əmək Məcəlləsinin 69-cu maddəsinin və Mülki Məcəllənin 337.1-ci maddəsinin tələbləri pozulmuşdur. xx.xx.2023-cü il tarixdə işəgötürən işçidən işdən çıxmaq niyyətinin olub-olmamasını soruşmalı və bunu dəqiqləşdirəndən sonra əmr verə bilərdi. Əmək Məcəlləsinin 68-ci maddəsinin 2-ci hissəsinin “a” bəndinin işçi ilə bağlanmış əmək müqaviləsinə xitam verilməsinin əsasıdır. Əmək Məcəlləsinin 69-cu maddəsi isə əmək müqaviləsinə xitam verilməsinin qaydasını nəzərdə tutur. İşdən çıxma barədə xx.xx.2023-cü il tarixli ərizəsini iddiaçı öz iradəsinə zidd yazıb. Analogiya üzrə Mülki Məcəllənin 337.1-ci maddəsinin tələbinə əsasən etibarsız sayılmalıdır. İddiaçının işdən çıxarılması zamanı Əmək Məcəlləsinin 69-cu maddəsində nəzərdə tutulmuş bir aylıq müddət gözlənilməli idi. İddiaçı işdən çıxandan sonra pozulmuş hüquqlarının bərpası üçün TƏBİB-ə və İTS Agentliyinə müraciətlər edib və üzürlü səbəblərdən iddia müddətini buraxıb. Odur ki, buraxılmış iddia müddətinin bərpa edilməsini, iddia tələbinin təmin edilməsini xahiş edir. Cavabdeh “Akademik Ə.M.Mirqasımov adına Respublika Klinik Xəstəxanası” X15 nümayəndəsi Nümayəndə məhkəmə iclasında iddianı qəbul etmədi və izahatında bildirdi ki, İddiaçı xx.xx.1993-cü il tarixdən “Akademik M.Ə.Mirqasımov adına Respublika Klinik Xəstəxanası” X15 hamiləliyin potologiyası şöbəsində həkim mama-ginekoloq vəzifəsində işləmişdir. İşlədiyi müddət ərzində şiddətli töhməti olmuş və töhmətin müddəti bitmişdir. Xəstəxanada dərmanlar açıq şəffaf şüşə şkafda saxlanılır, açarları böyük tibb bacısında və növbətçi tibb bacısında olur. Xəstələrə dərman və tibbi ləvazimat lazım olanda tibb bacısı həkimin tələbinə əsasən bunları təmin edir. Əməyin mühafizəsi qaydalarında və daxili intizam qaydalarında qeyd olunub ki, həkimin otağında olan şkaflarda kimyəvi maddələr saxlanıla bilməz. Yoxlama aparılması barədə xəstəxananın rəhbərliyinin əmri vardır. Xəstəxananın daxili intizam qaydaları var və Həmkarlar İttifaqı Komitəsinin razılığı ilə təsdiq edilib. Xəstəxananın çıxışında praktiki tibbi fəaliyyətlə məşğul olan hər kəsin çantasına baxış keçirilir ki, xəstəxanadan dərman çıxarılmasın. İcbari Tibbi Sığortanın tətbiqi ilə bağlı bütün dərmanlar pulsuz verilir. Oksasilin dərmanları alıblar. Protokola yazılıb təmin edilir. Həkimlər və tibb işçiləri sığorta paketində olan xəstəyə lazım olandan az istifadə edirlər, artıq qalan dərmanları özlərində saxlayırlar. İddiaçı avtomobilindən və otağındakı şkafdan dərmanlar aşkar edilmişdir. İddiaçı hərəkətində xx.xx.2023-cü il tarixdə səhər saatlarında mühafizəçinin diqqətini çəkən bəzi hallar olmuşdur. Mühafizəçilər İddiaçı əlində təkrar olaraq çantalarla şöbədən çıxış etdiyini, idarə etdiyi Toyota Prado markalı ** NH *** nömrəli avtomobilinə bəzi əşyalar qoyduğunu görmüşlər. Günorta vaxtı İddiaçı avtomobilinə minərək xəstəxananı tərk edərkən mühafizəçilər ona yaxınlaşaraq avtomobilinə baxış keçirilməsini xahiş etmişlər. İddiaçı etiraz etməmiş və avtomobilə baxış keçirərkən oradan çox saylı dərman preparatları aşkar etmişlər. Aşkar olunan dərman və tibbi sərfiyyatların siyahıya alınaraq xəstəxanaya təhvil verilmişdir. Bu barədə xx.xx.2023-cü il tarixdə akt tərtib edilmiş və X5 Bölməsinin müdiri Pərviz Əkbərov yazılı mülahizə ilə xəstəxanının direktrouna bu barədə məlumat vermişdir. İddiaçı xx.xx.2023-cü il tarixdə ərizə ilə müraciət edərək, onunla bağlanmış əmək müqaviləsinə xx.xx.2023-cü il tarixdən xitam verilməsini xahiş etmişdir. Ərizənin verildiyi gün cümə günü olmuş, ərizə kitabda qeydiyyata alınmışdır. Növbəti gün şənbə günü olduğuna və direktorun iş günləri İ-V günlər olduğuna görə, növbəti ilk iş günü “Akademik Ə.M.Mirqasımov adına Respublika Klinik Xəstəxanası” X12 direktoru Ə.Qasımovun xx.xx.2023-cü il tarixli 18-1-3/3-1-826/2023 nömrəli əmri ilə İddiaçı əmək müqaviləsinə Əmək Məcəlləsinin 68-ci maddəsinin 2-ci hissəsinin “a” bəndinə əsasən (öz təşəbbüsü ilə) xx.xx.2023-cü il tarixdən xitam verilmişdir. Əmək müqaviləsinə xitam verilməsi ilə bağlı əmək müqaviləsi bildirişi xx.xx.2023-cü il tarixdə elektron imza ilə alt sistemə yerləşdirilmişdir. Əmrin surəti, əmək müqaviləsi və son haqqhesabı verilmişdir. İddiaçı xx.xx.2023-cü il tarixdə ərizə verərək, işinə davam etmək istədiyini bildirmişdir. Bu zaman ona bildirilmişdir ki, əmək müqaviləsinə xx.xx.2023-cü il tarixdən xitam verildiyinə görə, onun işinə davam etməsi mümkün deyildir. İddiaçı ilə bağlanmış əmək müqaviləsinə xitam verilərkən qanunvericiliyin tələblərinə əməl edilmişdir. Hesab edir ki, iddia tamamilə əsassızdır. Bundan başqa iddiaçı Əmək Məcəlləsinin 296-cı maddəsinin 2-ci hissəsinə əsasən iddia müddətini buraxmışdır. İddia müddətinin tətbiqinə dair ərizə təqdim edərək, iddianın rədd edilməsini xahiş edir. Hesab edir ki, iddiaçı tərəfindən müddətin buraxılmasında heç bir üzürlü səbəb yoxdur. İddiaçıya öz təşəbbüsü ilə əmək müqaviləsinə xitam verilməsinə dair ərizə verməsi üçün hər hansı təzyiq edilməyib. İddiaçının nümayəndəsi tərəfindən dərman vasitələrinin İddiaçı dolabında aşkar edilməsi və digər iddialarla bağlı bildirir ki, əlavə olaraq məhkəmədə səsləndirilən fikirlər iddianın predimetinə aid deyildir. Həmin məslələrlə bağlı Yasamal rayon prokurorluğuna rəsmi müraciət etmişlər. Orada araşdırma aparılır və hüquqi qiymət veriləcəkdir. İddiaçı ilə bağlanmış əmək müqaviləsinə işçinin təşəbbüsü ilə xitam verilmişdir. Odur ki, iddia tələbinin əsassız olduğuna və iddia müddəti ötürüldüyünə görə rədd edilməsini xahiş edir. Məhkəmə işdə iştirak edən şəxslərin izahatlarını dinləyib, iş materiallarında olan sənədləri nəzərdən keçirib, sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra hesab edir ki, iddia əsassız olduğundan rədd edilməlidir. Belə ki, tərəflərin izahatları və işdə olan rəsmi sənədlərlə təsdiq edilir ki, İddiaçı xx.xx.1993-cü il tarixdən xx.xx.2023-cü il tarixə kimi “Akademik M.Ə.Mirqasımov adına Respublika Klinik Xəstəxanası” X15 hamiləliyin potologiyası şöbəsində həkim mama-ginekoloq vəzifəsində işləmişdir. “Akademik Ə.M.Mirqasımov adına Respublika Klinik Xəstəxanası” X12 direktoru Ə.Qasımovun xx.xx.2023-cü il tarixli 18-1-3/3-1-826/2023 nömrəli əmri ilə “Akademik Ə.M.Mirqasımov adına Respublika Klinik Xəstəxanası” X12 X4 həkim mama-ginekoloq vəzifəsində çalışan İddiaçı ilə bağlanmış xx.xx.1993-cü il tarixli əmək müqaviləsinə Azərbaycan Respublikası Əmək Məcəlləsinin 68-ci maddəsinin 2-ci hissəsinin “a” bəndinə (öz təşəbbüsü ilə) əsasən xx.xx.2023-cü il tarixdən etibarən xitam verilmişdir. Əmək Məcəlləsinin 144-cü maddəsinin ikinci hissəsinə əsasən istifadə etmədiyi əmək məzuniyətinə görə maliyyə şöbəsi tərəfindən 15 təqvim günü pul əvəzi ödənilməsi və işçi ilə son haqq-hesab aparılması əmr edilmişdir. xx.xx.2023-cü il işçinin son iş günü hesab edilmişdir. Əmrin verilməsinə əsas: İddiaçı ərizəsi və direktorun dərkənarı olmuşdur. İddiaçı xx.xx.2023-cü il tarixli ərizə ilə “Akademik M.Ə.Mirqasımov adına Respublika Klinik Xəstəxanası” X12 direktork Ə.Qasımova müraciət edərək, onunla bağlanmış əmək müqaviləsinə xx.xx.2023-cü il tarixdən xitam verilməsini xahiş etmişdir. Əmək Məcəlləsinin 3-cü maddəsinin 5-ci hissəsinə əsasən əmək müqaviləsi (kontraktı) (bundan sonra ismin müvafiq halında “əmək müqaviləsi”) - işəgötürənlə işçi arasında fərdi qaydada bağlanan əmək münasibətlərinin əsas şərtlərini, tərəflərin hüquq və vəzifələrini əks etdirən yazılı müqavilədir. Əmək Məcəlləsinin 68-ci maddəsinin 2-ci hissəsinin “a” bəndinə əsasən əmək müqaviləsinə tərəflərdən birinin təşəbbüsü ilə xitam verilə bilər. Əmək Məcəlləsinin 83-cü maddəsinin 1-ci hissəsinə əsasən əgər işçi ilə bağlanmış əmək müqaviləsində onun ləğv edilməsinin sənədləşdirilməsi barədə bu fəsildə müəyyən edilmiş qaydalardan fərqli olan başqa qaydalar nəzərdə tutulmayıbsa, onda istər işçi, istərsə işəgötürən tərəfindən və istərsə də tərəflərin iradəsindən asılı olmayan hallarda bu Məcəllənin 68, 69, 70, 73, 74 və 75-ci maddələrində nəzərdə tutulan əsaslara və qaydalara müvafiq olaraq əmək müqaviləsinin ləğv edilməsi işəgötürənin əsaslandırılmış əmri (sərəncamı, qərarı) ilə rəsmiləşdirilməlidir. Əmək Məcəlləsinin 83-cü maddəsinin 2-ci hissəsinə əsasən əmək müqaviləsinə xitam verilməsi barədə işəgötürənin əmri (sərəncamı, qərarı) onun tərəfindən imzalanmalı və müəssisənin möhürü ilə təsdiqlənməlidir. Bu əmrin surəti, işçinin əmək kitabçası və işəgötürənin son haqq-hesabı (istifadə edilməmiş əmək məzuniyyətinə görə pul əvəzi, işçiyə ödənilməli əmək haqqı və digər ödəmələr) ilə birlikdə sonuncu iş günü işçiyə verilməlidir. Əmək Məcəlləsinin 49.1-ci maddəsinə əsasən bu Məcəllənin 7-ci maddəsinin 2-1-ci hissəsi və bu maddənin 1-2-ci hissəsi ilə müəyyən edilmiş hallar istisna olmaqla, əmək müqaviləsinin bağlanılması, ona dəyişiklik edilməsi və ya xitam verilməsi bununla bağlı elektron informasiya sisteminə gücləndirilmiş elektron imza vasitəsi ilə daxil edilmiş əmək müqaviləsi bildirişinin həmin elektron informasiya sistemində qeydiyyata alınmasından və bu barədə işəgötürənə elektron qaydada məlumat göndərilməsindən sonra hüquqi qüvvəyə minir. Əmək müqaviləsi bildirişinin forması və onun elektron informasiya sisteminə daxil edilməsi qaydaları, əmək müqaviləsi bildirişinin qeydiyyata alınması ilə bağlı işəgötürənə və Azərbaycan Respublikasının Vergilər Nazirliyinə göndərilən məlumat forması, habelə qeydiyyata alınmış əmək müqaviləsi bildirişinin məlumatlarını real vaxt rejimində əldə etməklə bağlı Qaydalar”ın təsdiq edilməsi haqqında Nazirlər Kabinentinin xx.xx.2014-cü il tarixli 183 nömrəli qərarının 1-ci bəndindən müəyyən edilir ki, Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin mərkəzləşdirilmiş elektron informasiya sistemində (bundan sonra - elektron informasiya sistemi) əmək müqaviləsinin bağlanılmasının, onda dəyişiklik edilməsinin və ya xitam verilməsinin elektron qaydada qeydiyyata alınması məqsədi ilə işəgötürən tərəfindən mövcud əmək şəraiti şərtləri və məlumatları əsasında əmək müqaviləsi bildirişi elektron informasiya sisteminə gücləndirilmiş elektron imza vasitəsilə daxil edilir. Həmin qərarın 3.4-cü bəndinə əsasən əmək müqaviləsi bildirişinin elektron informasiya sisteminə daxil edilməsi “Elektron hökumət” portalının gücləndirilmiş elektron imza ilə daxil olmağa imkan verən autentifikasiya vasitələrindən istifadə edilməklə, bilavasitə işəgötürən tərəfindən və ya “Elektron hökumət” portalında yerləşdirilmiş “Səlahiyyətli şəxsin qeydiyyatdan keçirilməsi” xidməti vasitəsilə işəgötürənin səlahiyyət verdiyi şəxslər tərəfindən həyata keçirilir. xx.xx.2024-cü il tarixdə çap edilmiş əmək müqaviləsinə xitam verilməsi ilə bağlı əmək müqaviləsi bildirişindən müəyyən edilir ki, “Akademik Ə.M.Mirqasımov adına Respublika Klinik Xəstəxanası” X12 xx.xx.2023-cü il tarixli 18-1-3/3-1-826/2023 nömrəli əmrinə əsasən İddiaçı ilə bağlanmış xx.xx.1993-cü il tarixli əmək müqaviləsinə Əmək Məcəlləsinin 68-ci maddəsinin 2-ci hissəsinin “a” bəndinə (öz təşəbbüsü ilə) əsasən xx.xx.2023-cü il tarixdən etibarən xitam verilməsi ilə bağlı əmək müqaviləsi bildirişi işəgötürən tərəfindən Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin mərkəzləşdirilmiş elektron informasiya sisteminə gücləndirilmiş elektron imza vasitəsilə xx.xx.2023-cü il tarixdə daxil edilmişdir. Əmək müqaviləsinə xitam verilməsi xx.xx.2023-cü il tarixdən hüquqi qüvvəyə minmişdir. İddiaçı xx.xx.2023-cü il tarixdə ərizə ilə “Akademik Ə.M.Mirqasımov adına Respublika Klinik Xəstəxanası” X12 direktoruna müraciət edərək, işinə davam etmək istədiyini bildirmişdir. Lakin İddiaçı ilə bağlanmış əmək müqaviləsinə bir gün əvvəl xx.xx.2023-cü il tarixdən xitam verilmişdir. Məhkəmə qeyd edir ki, cavabdehin əmrinin ləğv edilməsinə və iddiaçının işə bərpa edilməsinə qanuni əsaslar mövcud deyildir. İşin qeyd olunan halları tərəflərin məhkəməyə təqdim etdikləri rəsmi sənədlərlə sübuta yetirilir. Bu səbəbdən iddia tələbi təmin edilə bilməz. Həmçinin məhkəmə onu da qeyd etməyi zəruri hesab edir ki, iddiaçı öz təşəbbüsü ilə işdən çıxmış, hətta işdən çıxmaq barədə ərizəsində hansı tarixdən işdən çıxmaq istədiyini göstərmişdir. Ərizənin verildiyi gün cümə günü olmuş, ərizə kitabda qeydiyyata alınmışdır. Növbəti gün şənbə günü olduğuna və direktorun iş günləri İ-V günlər olduğuna görə, növbəti ilk iş günü xx.xx.2023-cü il tarixdə işəgötürən işçinin ərizəsinə əsasən onunla bağlanmış əmək müqaviləsinə xitam vermişdir. Əmək müqaviləsinə xitam verilməsi barədə işəgötürənin əmri verildikdən sonra, işçinin işdən çıxmaq barədə ərizəsini geri götürməsi qanunvericilikdə nəzərdə tutulmamışdır. İddiaçı ilə bağlanmış əmək müqaviləsinə xitam verilərkən Əmək Məcəlləsinin 68 və 83-cü maddələrinin tələblərinə əməl edilmişdir. Burada əsas rolu işəgötürən tərəfindən verilən əmrin məzmunu oynayır. Əmrin məzmunundan isə aydın olur ki, işçinin təşəbbüsü ilə əmək müqaviləsinə xitam verilmişdir. Həmçinin məhkəmə cavabdehin iddia müddətinin tətbiq edilməsi barədə ərizəsi ilə razılaşır və qeyd edir ki, iddia əsassız olduğuna və iddia müddəti keçdiyinə görə rədd edilməlidir. Məhkəmə iddiaçının iddia müddətinin bərpası barədə ərizəsini əsassız hesab edərək, iddia müddətinin üzrlü səbəblər olmadan buraxıldığını qənaətə gəlir. İddiaçının işə bərpa olunması ilə bağlı məhəkəməyə deyil, digər orqanlara müraciət etməsi onun iddia müddətinin üzürlü səbəbdən buraxması kimi qiymətləndirilə bilməz. Əmək Məcəlləsinin 296-cı maddəsinin 2-ci hissəsinə əsasən bu maddənin birinci hissəsində göstərilən haldan başqa qalan bütün hallarda fərdi əmək mübahisəsinin həll edilməsi üçün işçi hüququnun pozulduğunu aşkar etdiyi gündən etibarən 1 təqvim ayı ərzində məhkəməyə müraciət edə bilər. Məhkəmə iddiaçı xx.xx.2023-cü il tarixli əmrlə işdən azad edilməsindən xx.xx.2023-cü il tarixdə məlumatı olmuşdur, işdən azad edilməsi ilə bağlı əmrin surətini, əmək kitabçası və son haqqhesabı həmin gün ona təqdim edilmişdir. İddiaçı işdən azad edildiyi xx.xx.2023-cü il tarixdən bir aylıq müddəti buraxaraq xx.xx.2023-cü il tarixdə mediasiya təşkilatına, xx.xx.2023-cü il tarixdə isə məhkəməyə müraciət etmişdir. Yəni, iddiaçı hüququnun pozulduğunu aşkar etdiyi gündən etibarən 1 təqvim ayı ərzində məhkəməyə müraciət etməmişdir. Cavabdeh elektron kabinet vasitəsilə iddia müddətinin tətbiqinə dair xx.xx.2024-cü il tarixdə ərizə vermişdir. Mülki Məcəllənin 375.2-ci maddəsinə əsasən məhkəmə tərəfindən iddia müddəti yalnız mübahisə tərəfinin məhkəmə qərarı çıxarılanadək verdiyi ərizə əsasında tətbiq edilir. Mübahisə tərəfinin tətbiq edilməsi barədə ərizə verdiyi iddia müddətinin keçməsi məhkəmənin iddiadan imtina barəsində qərar çıxarması üçün əsasdır. Yuxarıda şərh olunanlara əsasən və Azərbaycan Respublikası MPM-in 119, 216-220, 227, 233, 357, 360, 362-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddiaçı cavabdeh “Akademik Ə.M.Mirqasımov adına Respublika Klinik Xəstəxanası” X11rşı ““Akademik Ə.M.Mirqasımov adına Respublika Klinik Xəstəxanası” X12 xx.xx.2023-cü il tarixli 18- 1-3/3-1826/2023 nömrəli əmrinin ləğv edilməsi, İddiaçı “Akademik Ə.M.Mirqasımov adına Respublika Klinik Xəstəxanası” X15 X3 həkim mama-ginekoloq vəzifəsinə işə bərpa edilməsi, işə bərpa olunduğu günədək məcburi buraxdığı iş dövrünə görə əmək haqqının və mediasiya xərcləri üçün ödədiyi 60 manat pul vəsaitinin ona ödənilməsi” tələbinə dair iddiası rədd edilsin. Qətnamədən, işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 1 ay müddətində Bakı şəhəri Yasamal rayon Məhkəməsi vasitəsilə (Azərbaycan Respublikası MPM-in 10-1.3-cü maddəsinə əsasən “Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinet vasitəsilə) Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasına apellyasiya şikayəti verilə bilər. Sədrlik edən: Vahid Hacıyev
Məhkəmə qərarları › İş №2(004)-792/2024
Bakı Şəhəri Yasamal Rayon Məhkəməsi Qətnamə — İş №2(004)-792/2024
16.02.2024 · Əmək mübahisələri - İşə bərpa - Əmək mübahisələri - Əmək haqqı tələbi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver