Məhkəmə qərarları › İş №2(004)-797/2021

Bakı Şəhəri Yasamal Rayon Məhkəməsi Qətnamə — İş №2(004)-797/2021

25.02.2021 · Mənzil mübahisələri - Mənzilə köçürmə
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(004)-797/2021 25.02.2021 BAKI ŞƏHƏRİ YASAMAL RAYON MƏHKƏMƏSİ Hakim Məmmədov Ayaz Süleyman oğlunun sədrliyi, X6 qızının katibliyi, İddiaçı, Cavabdeh iştirakı ilə, İddaçı İddiaçı Cavabdeh qarşı “mənzilə köçürülmə tələbinə dair” iddia ərizəsi üzrə mülki işə Bakı şəhəri Yasamal Rayon Məhkəmə binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: İddiaçı Cavabdeh qarşı “mənzilə köçürülmə tələbinə dair” iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, ünvan 1 A ünvanında yerləşən mənzilə köçürülməsinə dair qətnamə çıxarılmasını xahiş etmişdir. İddiaçı tələbini onunla əsaslandırmışdır ki, ünvan 2 ünvanında 40 ildən artıq müddətdir ki, qeydiyyatdadır və həmin mənzildə doğulub böyümüşdür. Həmin mənzil 5 otaqdan ibarətdir. 20 il öncə atası X2, 8 il bundan qabaq isə anası X3 vəfat etmişlər. X1 və X4 ailə quraraq başqa mənzilə köçmüşlər. Cavabdeh isə ailə quraraq həmin mənzildə yaşayır. O isə 1994-cü ildə ailə qursa da 199 -ci ildə nikahı pozulmuş, bundan sonra isə valideyinləri sağ olduğu dövrddə həmin mənzildə yaşamışdır. Bir müddət əvvəl evə gələrkən qardaşı və yoldaşı qapını açmayaraq onu mənzilə buraxmadılar. Mənzilə daxil olmaq istəyərkən isə polisə şikayət etdilər. Həmin vaxtdan bu günədək Cavabdeh onu həmin mənzilə buraxmır. Həmin mənzilə maneəsiz gediş-gəlişinin təmin edilməsinə dair Yasamal Rayon Məhkəməsinə iddia ərizəsi ilə hə müraciət etmiş, məhkəmənin xx.xx.2020-ci il tarixli, 2(004)-691/2020 saylı qətnaməsi ilə iddası təmin edilmişdir. Bundan sora isə Yasamal rayon İcra və probasiya şöbəsi işi icra etməmiş, cavabında həmin mənzilə köçrülmə tələbinə dair məhkəmə qətanaməsinin olduğu təqdirdə onu həmin evə köçürə biləcəyini bildirmişdir. Məhkəmə iclasında iştirak edən İddiaçı iddia ərizəsinin məzmununa uyğun izahat verərək, onun təmin edilməsini məhkəmədən xahiş etmişdir. Məhkəmə iclasında iştirak edən Cavabdeh məhkəməyə verdiyi izahatında gösətrmişdir ki, o, qardaşının evə köçürülməsinə razı deyil. Odur ki, iddia tələbi əsassız və qanunsuz olub rədd edilməlidir. Məhkəmə proses iştirakçılarının izahatlarını dinləyib, iş materiallarını araşdırıb və sübutlara məcmu halda hüquqi qiymət verərək hesab edir ki, iddia tələbi təmin edilməlidir. Belə ki, iş materiallarına əlavə edilmiş Bakı Şəhəri Yasamal Rayon Məhkəməsinin xx.xx.2020-ci il tarixli, 2(004)-691/2020 saylı qətnaməsinin surətindən görünür ki, İddiaçı Cavabdeh qarşı mənzilə maneəsiz gediş-gəlişin təmin edilməsi tələbinə dair iddiası təmin edilərək, iddiaçının ünvan 1 A ünvanında yerləşən mənzilə gediş-gəlişinə maneçilik törədilməsi cavabdehə qadağan edilmişdir. Məhkəmə baxışı zamanı tədqiq olunmuş sübutlarla mübahisəli mənzilin iddiaçının valideyninə məxsus olması, uşaqlıqdan həmin mənzildə yaşaması və qeydiyyatda olması, bununla da həmin mənzilə istifadə hüquqlarının mövcud olması müəyyən edilmişdir. Qətnamə qanuni qüvvəsini almış və icraya yönəldilmişdir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 82.3-cü maddəsinə əsasən bir mülki iş üzrə qanuni qüvvəyə minmiş məhkəmə qətnaməsi ilə müəyyən edilmiş faktlar həmin işdə iştirak edən şəxslər tərəfindən başqa məhkəmə prosesində mübahisələndirilmir və yenidən sübut edilmir. Beləliklə ki, məhkəmə 1986-cı il tarixli Mənzil Məcəlləsinin 53 və 123 maddələrinin tələblərini rəhbər tutaraq, məhkəmə araşdırması zamanı müəyyən etmişdir ki, İddiaçı ünvan 1 A ünvanında yerləşən mənzilə istifadı hüququ olan şəxs olmasına baxmayaraq, Cavabdeh tərəfindən heç bir qanuni əsas olmadan mübahisəli mənzilə buraxılmır. Hazırda iddiaçı haqlı olaraq, məhkəməyə müraciət etmişdir. Azərbaycan Respublikası Konstitusiyasının 43-cü maddəsinə əsasən heç kəs yaşadığı mənzildən qanunsuz məhrum edilə bilməz. Məhkəmə hesab edir ki, iddiaçının mübahisəli mənzildən istifadə hüququ olduğundan, cavabdeh onu yaşadığı mənzildən məhrum edə bilməz. Belə olduğu halda, məhkəmə hesab edir ki, iddia tələbi təmin edilməli, iddiaçı mübahisəli mənzilə köçürülməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəllənin 14.2-ci maddəsinə görə məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 77.1-ci maddəsinə görə isə hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Həmin Məcəllənin 217.3-cü maddəsinə əsasən qətnamə iş üzrə müəyyən edilmiş həqiqi hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır. Həmin Məcəllənin 218.3-cü maddəsinə müvafiq olaraq o, iddia tələblərinin hədlərindən kənara çıxmadan işdə iştirak edən şəxslərin verdiyi tələblər üzrə qətnamə çıxarmalıdır. Həmin Məcəllənin 220.5-ci maddəsinə əsasən qətnamənin nəticə hissəsində iddianın tam və ya qismən təmin edilməsi və ya rədd edilməsi haqqında məhkəmənin hansı nəticəyə gəldiyi, məhkəmə xərclərinin bölüşdürülməsi, qətnamədən şikayət vermə müddəti və qaydası göstərilməlidir. Yuxarıdakılara əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 14.2, 77.1, 88, 119.1, 216-220, 227, 358, 360 və 362-ci maddələrini rəhbər tutaraq, məhkəmə Q Ə T E T D İ: İddia tələbi təmin edilsin. İddiaçı ünvan 1 A ünvanında yerləşən mənzilə köçürülsün. Qətnamədən rəsmi qaydada verildikdən sonra tərəflər 1 (bir) ay müddətində işə baxan Bakı Şəhəri Yasamal Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apelyasiya Məhkəməsinin mülki kollegiyasına apelyasiya şikayəti verə bilərlər. Sədrlik edən:Ayaz Məmmədov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar