Məhkəmə qərarları › İş №2(004)-798/2021

Bakı Şəhəri Yasamal Rayon Məhkəməsi Qətnamə — İş №2(004)-798/2021

09.03.2021 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Kredit müqaviləsi üzrə mübahisələr - İpoteka müqaviləsi üzrə mübahisələr - İpoteka borcunun ödənilməsinin əmlaka yönəldilməsinə dair mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(004)-798/2021 09.03.2021 BAKI ŞƏHƏRİ YASAMAL RAYON MƏHKƏMƏSİ Hakim Axundova Günay Təyar qızının sədrliyi, Hacıyev Ceyhun Kamal oğlunun katibliyi, iddiaçı ləğv prosesində olan İddiaçı ASC-nin nümayəndəsi Nümayəndə iştirakı ilə İddiaçı ləğv prosesində olan İddiaçı ASC-nin Cavabdeh qarşı “kredit” tələbinə dair mülki işə məhkəmənin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: İddiaçı ləğv prosesində olan İddiaçı ASC Cavabdeh qarşı “kredit müqaviəsi üzrə borcun tutulması” tələbinə dair iddia ərizəsi ilə xx.xx.2020-ci il tarixdə məhkəməyə müraciət edərək Cavabdeh xx xxxx 2007-ci il tarixli 478 saylı kredit müqaviləsinə əsasən əsas borc üzrə 6205 manat, faiz borcu üzrə 155,69 manat, Konstitusiya Məhkəməsinin Plenumunun xx xxxxxx 2014-cü il tarixli qərarına əsasən hesablanan faiz borcu üzrə 3692,98 manat olmaqla, cəmi 10052, 98 manat və ödənilmiş dövlət rüsumunun əvəzi olan 30 manat 40 qəpik məbləğində pulun ləğv prosesində olan İddiaçı ASC-nin xeyrinə tutulması, Cavabdeh mülkiyyətində olan, (ban WDB1240191j038451; tip Sedan; rəngi Gümüşü; buraxılış ili 1994-cu il; “MERCEDES BENZ-200” markalı **-XX-*** dövlə nömrə nişanlı minik avtomobilinə yönəldilməsi, girov predmetinə ilkin satış qiyməti təyin edilməklə açıq hərracdan satılması və satışdan əldə olunan vəsaitin borcun ödənilməsinə yönəldilməsi, ipoteka predmetinin satışından əldə olunan vəsait Cavabdeh borcunun tam ödənilməsinə kifayət etmədiyi halda qalan borc məbləğinin Cavabdeh tutularaq ləğv prosesində olan İddiaçı ASC-yə ödənilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Cavabdeh xx.xx.2021-ci il tarixdə iddia müddətinin tədbiq olunması barədə ərizə ilə məhkəməyə müraciət edərək iddiaçı ləğv prosesində olan İddiaçı ASC-nin Cavabdeh qarşı “kredit” tələbinə dair mülki işə iddia müddəti tətbiq edilərək xitam verilməsini xahiş etmişdir. Məhkəmə iclasında iştirak edən iddiaçı ləğv prosesində olan İddiaçı ASC-nin nümayəndəsi Nümayəndə izahat verərək bildirir ki, İddiaçı ASC ilə Cavabdeh arasında bağlanmış xx.xx.2007-ci il tarixli 478 saylı kredit müqaviləsinə əsasən İddiaçı ASC Cavabdeh 18 ay müddətinə illik 31% faiz dərəcəsi ilə 6205 manat məbləğində kredit verməyi, Cavabdeh isə borcu müqavilə ilə müəyyən edilmiş müddətdə fazləri ilə birlikdə geri qaytarmağı öhdəsinə götürmüşdür. Kredit müqaviləsinin təminatı kimi Cavabdeh mülkiyyətində olan (ban WDB1240191j038451; tip Sedan; rəngi Gümüşü; buraxılış ili 1994-cu il; “MERCEDES BENZ-200” markalı **-XX-*** dövlə nömrə nişanlı minik avtomobili girov predmeti olaraq ipoteka yüklü etmişdir. Hazırda Cavabdeh xx xxxx 2007-ci il tarixli 478 saylı kredit müqaviləsinə əsasən əsas borc üzrə 6205 manat, faiz borcu üzrə 155,69 manat, Konstitusiya Məhkəməsinin Plenumunun xx xxxxxx 2014-cü il tarixli qərarına əsasən hesablanan faiz borcu üzrə 3692,98 manat olmaqla, cəmi 10052,98 manat məbləğində borcu vardır. Cavabdehə göndərilmiş xəbərdarlığa baxmayaraq o, borcun ödənilməsi üçün heç bir tədbir görməmişdir. İddianın təmin olunmasını xahiş edir. Əvvəlki məhkəmə iclasında iştirak edən Cavabdeh izahat verərək bildirmişdir ki, pulu o götürməmişdir. Adına maşın yoxdur, onun heç vaxt maşını olmayıb. Pulu götürənin adı Elxan idi. Maşını onun adına keçirib pulu götürmüşdür. Məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada xəbərdar edilmiş Cavabdeh məhkəmə iclasına gəlməmiş və gəlməməsinin səbəbləri barədə məhkəməyə məlumat verməmişdir. Məhkəmə Azərbaycan Respublikası MPM-in 185.5-ci maddəsinin tələbinə uyğun olaraq işə cavabdehin iştirakı olmadan baxılmasını mümkün hesab edir. Məhkəmə iddiaçının izahatını dinləyib, iş materiallarını araşdıraraq hesab edir ki, iddia rədd edilməlidir. Belə ki, iş materallarında olan iddiaçının istinad etdiyi İddiaçı ASC ilə Cavabdeh arasında bağlanmış xx.xx.2007-ci il tarixli 478 saylı kredit müqaviləsinə əsasən İddiaçı ASC Cavabdeh 18 ay müddətinə illik 31% faiz dərəcəsi ilə 6205 manat məbləğində kredit verməyi, Cavabdeh isə borcu müqavilə ilə müəyyən edilmiş müddətdə fazləri ilə birlikfə geri qaytarmağı öhdəsinə götürmüşdür. İş materiallarında olan İddiaçı ASC ilə Cavabdeh arasında xx.xx.2007-ci il tarixli 478 saylı kredit müqaviləsinin təminatı kimi bağlanmış xx.xx.2007-ci il tarixli 478 saylı ipoteka müqaviləsinə əsasən Cavabdeh mülkiyyətində olan (ban WDB1240191j038451; tip Sedan; rəngi Gümüşü; buraxılış ili 1994-cu il; “MERCEDES BENZ-200”markalı **-XX-*** dövlə nömrə nişanlı minik avtomobilini bank qarşısında ipoteka ilə yüklü etmişdir. İş materiallarında olan xx.xx.2020-ci il tarixli **********470 saylı maliyyə arayışına əsasən müəyyən olunur ki, Cavabdeh kredit müqaviləsi üzrə 6205 manat məbləğində əsas borc, 155,69 manat mələğində faiz borcu, 3692,98 manat məbləğində gecikdirilmiş vaxt üçün hesablamış illik faiz dərəcəsi, ümumilikdə isə 10052,67 manat məbləğində pul borcu yaranmışdır. İş materialları ilə müəyyən olunur ki, iddiaçı ilə Cavabdeh arasında kredit müqaviləsi bağlanmış və Cavabdeh tərəfindən kredit müqaviləsi üzrə borc ödənilməmişdir. Cavabdeh iddia müddətinin tətbiq edilməsinə dair ərizə ilə məhkəməyə müraciət etmişdir. Məhkəmə qeyd edir ki, iddiaçı iddia qaldırmaq üçün iddia müddətini ötürmüşdür. Belə ki, İddiaçı ASC ilə Cavabdeh arasında müqavilə xx.xx.2007-ci ildə 18 ay müddətinə bağlanmışdır. Müqavilə müddəti xx.xx.2009-cu ildə bitmişdir. İddiaçı isə hazırki iddia ərizəsi ilə on bir il keçdikdən sonra məhkəməyə müraciət etmişdir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 372.2-ci maddəsinə görə hüququ pozulmuş şəxsin iddiası ilə hüququn müdafiəsi üçün müddət iddia müddəti sayılır. Həmin Məcəllənin 375.2-ci maddəsinə əsasən, məhkəmə tərəfindən iddia müddəti yalnız mübahisə tərəfinin məhkəmə qərarı çıxarılanadək verdiyi ərizə əsasında tətbiq edilir. Mübahisə tərəfinin tətbiq edilməsi barədə ərizə verdiyi iddia müddətinin keçməsi məhkəmənin iddiadan imtina barəsində qərar çıxarması üçün əsasdır. “Azərbaycan Respublikası Mülki Məcəlləsinin 373.2 və 384.0.4-cü maddələrinin şərh edilməsinə dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin xx xxxx 2013-cü il tarixli qərarında qeyd edilmişdir ki, iddia müddəti institutu mülki dövriyyənin, hüquq münasibətlərinin müəyyənliyini və sabitliyini yaratmaq, onların iştirakçılarını intizamlandırmaq, hüquq münasibətlərinin subyektlərinin hüquq və qanuni maraqlarının müddət baxımından vaxtında müdafiəsini və bərpasını təmin etmək məqsədi daşıyır. Belə ki, pozulmuş hüquqların məcburi müdafiəsi üçün ağlabatan müddət məhdudiyyətlərinin olmaması işin baxılması üçün əhəmiyyət kəsb edən sübutların toplanmasının və saxlanmasının lazım olduğunu nəzərə almayan cavabdehlərin və üçüncü şəxslərin qanunla qorunan hüquq və maraqlarının pozulmasına gətirib çıxarardı. Mübahisə tərəfinin ərizəsi əsasında məhkəmə tərəfindən iddia müddətinin tətbiqi mülki mübahisə tərəflərini əsaslandırılmamış çəkişmələrdən qoruyur və eyni zamanda, onları öz hüquqlarını vaxtında həyata keçirmələrinə və müdafiəsinə məcbur edir. Kredit münasibətlərindən yaranan mübahisələrə Azərbaycan Respublikası Mülki Məcəlləsinin 373.2-ci maddəsində nəzərdə tutulan üç illik iddia müddəti tətbiq edilməlidir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 373.2 və 377.2-ci maddələrinin mənasına görə kredit müqaviləsində başqa hal nəzərdə tutulmayıbsa, iddia müddətinin axımı bu müqavilədə müəyyənləşdirilmiş bütün öhdəliklər üzrə icra müddəti bitdikdə başlanır. İddia müddətlərinin və onların müəyyənləşdirilməsinin qaydalarını nəzərdə tutan qanunun tələbləri əsasən imperativ xarakter daşıyır. Eyni zamanda qanun məhkəmə tərəfindən iddia müddətinin yalnız mübahisə tərəfinin məhkəmə qərarı çıxarılanadək verdiyi ərizə əsasında tətbiq edilməsi barədə son dərəcə vacib qaydanı nəzərdə tutur (MM 375.2-ci maddəsi). Bu o deməkdir ki, cavabdeh iddia müddətinin keçməsindən istifadə etmək istəmirsə və məsələ ilə bağlı ərizə vermirsə məhkəmə işə mahiyyəti üzrə baxmalı və hər hansı müddətin keçməsinə baxmayaraq iddiaçı və cavabdeh arasında olan maddihüquqi mübahisə üzrə qərar qəbul etməlidir. Beləliklə, məhkəmə qeyd edir ki, iddia təmin edilməməlidir. Yuxarıdakılara əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220, 227, 358, 360 və 362-ci maddələrini rəhbər tutaraq, Q Ə T E T D İ: Ləğv prosesində olan İddiaçı ASC-nin Cavabdeh xx xxxx 2007-ci il tarixli 478 saylı kredit müqaviləsinə əsasən əsas borc üzrə 6,205 AZN, faiz borc üzrə 155 manat 69 qəpik AZN, Konstitusiya Məhkəməsinin Plenumunun xx xxxxxx 2014-cü il tarixli qərarına əsasən hesablanan faiz borcu üzrə 3,692 manat 98 qəpik, cəmi 10,052 manat 98 qəpik və ödənilmiş dövlət rüsumunun əvəzi olan 30 manat 40 qəpik məbləğində pulun ləğv prosesində olan İddiaçı ASC-nin xeyrinə tutulması, Cavabdeh mülkiyyətində olan, (ban WDB1240191j038451; tip Sedan; rəngi Gümüşü; buraxılış ili 1994-cu il; “MERCEDES BENZ-200” markalı **-XX-*** dövlə nömrə nişanlı minik avtomobilinə yönəldilməsi, girov predmetinə ilkin satış qiyməti təyin edilməklə açıq hərracdan satılması və satışdan əldə olunan vəsaitin borcun ödənilməsinə yönəldilməsi, ipoteka predmetinin satışından əldə olunan vəsait Cavabdeh borcunun tam ödənilməsinə kifayət etmədiyi halda qalan borc məbləğinin Cavabdeh tutularaq ləğv prosesində olan İddiaçı ASC-yə ödənilməsi barədə iddia tələbi təmin edilməsin. Ödənilmiş dövlət rüsumu iddiaçıya aid edilsin. Qətnamədən, qətnamə işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 1 ay müddətində Bakı şəhəri Yasamal Rayon Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasına apellyasiya şikayəti verilə bilər. Sədrlik edən:Günay Axundova

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar