Məhkəmə qərarları › İş №2(004)-798/2024

Bakı Şəhəri Yasamal Rayon Məhkəməsi Qətnamə — İş №2(004)-798/2024

22.04.2024 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Sair öhdəliklər üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(004)-798/2024 22.04.2024 BAKI ŞƏHƏRİ YASAMAL RAYON MƏHKƏMƏSİ Hakim Babazadə Gülnar Vidadi qızının sədrliyi, İmanzadə Ziya Yadigar oğlunun katibliyi, İddiaçının nümayəndəsi və vəkili Vəkil iştirakı ilə, İddiaçı Cavabdeh qarşı "pul" tələbinə dair iddia ərizəsi üzrə mülki işə məhkəmənin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: İddiaçı Cavabdeh qarşı "pul" tələbinə dair iddia ərizəsi ilə müraciət edərək, Cavabdeh ondan alacağı torpağa görə ona verdiyi 15000 (on beş min) manat pulun, həmin torpaqda apardığı təmir-tikinti işlərinə görə xərclədiyi 3500 (üç min beş yüz) manat pulun və məhkəməyə iddiaçı tərəfindən ödənilmiş 145,50 (yüz qırx beş manat əlli qəpik) dövlət rüsumunun, ümumilikdə 18.645,50 (on səkkiz min altı yüz qırx beş manat əlli qəpik) manat pulun alınaraq iddiaçıya ödənilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Daha sonra iddiaçının nümayəndəsi və vəkili Vəkil "pul" tələbinə dair iddiaya dəqiqləşmə ərizəsi təqdim edərək, iddia ərizəsinin birinci səhifəsinin yuxarı hissəsində texniki səhvə yol verərək cavabdeh kimi yazdığı X1 ad, soyadı, və ata adını Cavabdeh kimi qəbul edilməsini xahiş etmişdir. İddiaçı iddia ərizəsini onunla əsaslandırmışdır ki, təxminən 2016-cı ilin may ayının sonu iyun ayının əvvəllərində tanışları X2 və X3 ilə Sumqayıt şəhəri, 3-cü Polis Bölməsinin yaxınlığında olan çayxanaların birində oturub çay içən zaman Söhbət iddiaçıya Sumqayıt şəhəri, Corat bağları ərazisi 2363 nömrəli 20 sot əraziyə malik torpaq sahəsi və həmin sahədə yarımçıq tikili evin olduğunu və həmin yerin sahibinin həmin ərazini satmaq istəməsini bildirdi. Həmçinin həmin torpaq sahəsini yarım tikili ilə birlikdə 65.000 (altmış beş min) manata satdığını, lakin 60.000 (altmış min) manata almağın da mümkün olduğunu bildirmişdir. Bu söhbətdən təxminən bir həftə sonra iddiaçı həmin torpaq sahəsinin sahibi olan Fikrət adlı şəxslə görüşüb sonradan Kazım və Söhbət ilə birlikdə sonuncunun avtomaşını ilə torpaq sahəsinə baxmışlar. Sonra iddiaçı Fikrət ilə həmin torpaq sahəsinin alınması ilə bağlı 60.000 (altmış min) manata razılaşmışdır. İddiaçı həmin ərəfələrdə, təxminən 2016-cı ilin iyun ayının əvvəllərində Sumqayıt şəhəri, 17-ci Məhəllə ərazisində yerləşən "xxxx"ın yanında olan çayxanada ilkin olaraq torpağın alınması üçün Söhbətin və Kazımın yanında Fikrətə 5000 (beş min) manat pul vermişdir. Təxminən bir həftə sonra, yəni 2016-cı ilin iyun ayının ortalarında Sumqayıt şəhəri, 30-cu Məhəllə ərazisində yerləşən “Səadət” şadlıq sarayının qarşısında iddiaçının oğlu Asəfin yanında Fikrətə yenidən 10.000 (on min) manat pul vermişdir. Həmin vaxtı Kazım və Söhbət də orada idilər və iddiaçının Fikrətə pul verməyinin şahidi olmuşlar. Həmin pulları Fikrətdən alacağı torpaqla əlaqədar ona verəcəyi pulun bir hissəsi kimi vermişdir. Həmin pulları iddiaçı beh kimi verməmiş və həmin vaxtı heç beh barədə onların aralarında söhbət də olmamışdır. Pulun beh şəklində verilməsi barədə cavabdehin yazdıqları tam yalandır. İddiaçı pulu verəndən sonra belə razılığa gəlmişlər ki, qalan 45.000 (qırx beş min) manat pulu 2 ay ərzində tam olaraq ödəyib torpaq sahəsinə sahib olacaq. İddiaçı həmin ərəfələrdə həmin torpaq sahəsində olan yarımtikilmiş evdə iş görmək üçün təxminən 3.500 (üç min beş yüz) manatlıq taxta və digər tikinti alətləri almış və 2 nəfər fəhlə ilə birlikdə təxminən bir həftə həmin torpaq sahəsində işləmişdir. Sonradan Kazım və Söhbət gəlib iddiaçını işləməyə qoymadılar, pulu tam olaraq ödədikdən sonra işləyə biləcəyini bildirdilər. İddiaçı buna etiraz etmədi və işi dayandı. İddiaçı torpaqla əlaqədar verəcəyi pulu tam olaraq hazırlayıb və təxminən 2016-cı ilin iyul ayının əvvəllərində pulu vermək istəyən zaman həmin torpaq sahəsində kimlərinsə iş gördüyünü, yəni ev tikdiklərini gördü. Kazıma və Söhbətə bu barədə deyən zaman onlar həmin torpaq sahəsini hissə-hissə bölərək Fikrətin kimlərəsə satdığını bildirdilər. İddiaçı Kazım və Söhbətə Fikrəti onların vasitəsi ilə tanıdığını bu səbəbdən də Fikrətə nağd şəkildə verdiyi 15.000 (on beş min) manatı və təmirə xərclədiyi 3500 (üç min beş yüz) manat pulu onlardan tələb etmişdir. Söhbət və Kazım isə iddiaçıdan vaxt istəyib Fikrətlə görüşüb, iddiaçıdan aldığı pulu ondan geri tələb etməyə başladılar. Fikrət isə müxtəlif bəhanələrlə onları və iddiaçını aldadaraq əldə etmiş olduğu 15.000 (on beş min) manatı qaytarmaqdan imtina etmişdir. Sonradan məlum oldu ki, həmin torpaq sahəsi Fikrətə məxsus olmamış, Anar adlı şəxsə məxsus olmuşdur. İddiaçıya həmin torpaq sahəsinin içərisində yarımtikilmiş vəziyyətdə olan ev ilə birlikdə satdıqdan və iddiaçıdan pul aldıqdan sonra həmin torpaq sahəsini hissə-hissə digər şəxslərə satmış, təxminən 9 nəfərdən çox adam orada ev tikmiş və hazırda yaşayırlar. Fikrət iddiaçıya qarşı dələduzluq hərəkətləri edərək ümumilikdə 18.500 (on səkkiz min beş yüz) manat maddi ziyan vurmuşdur. Belə ki, 15.000 (on beş min) manat torpağa vermiş, 3500 (üç min beş yüz) manat isə yarımtikilmiş olan evə xərcləmişdir. Yuxarıda göstərdiyi xüsusatları istintaq zamanı yazdığı ifadəsində və Cavabdeh ilə üzləşmə zamanı da bir daha təsdiq etmişdir. Açıq aydın məlum olur ki, Fikrət adlı şəxs iddiaçıya qarşı ona olan etibarından sui-istifadə edərək iddiaçıya qarşı dələduzluq etmişdir. 29 sentyabr 2022-ci il tarixdə Sumqayıt şəhər prokuroru 3-cü dərəcəli dövlət ədliyyə müşaviri Müqəddəs Sultanov tərəfindən fakta bağlı Azərbaycan Respublikası CM-nin 178.2.4-cü maddəsi ilə cinayət işi başlanmış və aidiyyəti üzrə qeyd olunan tarixdə Sumqayıt ŞPİ-nin İŞ-nə göndərilmişdir. İş üzrə Sumqayıt şəhər Polis İdarəsinin İstintaq Şöbəsində işin bilavasitə iştirakçısı olmuş şəxslər dindirilmiş və hərtərəfli araşdırma aparılmışdır. Beləliklə də, istintaqla belə nəticəyə gəlinmişdir ki, Cavabdeh özgənin əmlakını ələ keçirmək məqsədi ilə İddiaçı etibarından sui-istifadə etməklə, ona Sumqayıt şəhəri, Corat qəsəbəsi ərazisində olan 20 sot torpaq sahəsini satmağı vəd verərək aldadıb, bu məqsədlə Cavabdeh 2016-cı ilin iyun ayının əvvəllərində Sumqayıt şəhəri, 17-ci Məhəllə ərazisində yerləşən "xxxx" ASC-nin qarşısında 5.000 (beş min) manat, 2016-cı ilin iyun ayının ortalarında Sumqayıt şəhəri, 30-cu Məhəllə ərazisində yerləşən “Səadət” şadlıq sarayının qarşısında 10.000 (on min) manat pulunu alaraq ələ keçirməklə zərərçəkmiş İddiaçı vahid niyyətlə 15.000 (on beş min) manat məbləğində xeyli miqdarda maddi ziyan vurmaqla dələduzluq etmişdir. Ona görə də, 10 iyun 2023-cü il tarixdə Cavabdeh Azərbaycan Respublikası CM-nin 178.2.4cü maddəsi ilə təqsirləndirilməsinə dair ittiham aktı tərtib edilərək təsdiq olunmasından ötrü Sumqayıt şəhər Prokurorluğuna göndərilmiş, həmin cinayət işi Sumqayıt şəhər prokurorluğunda öyrənilərkən baş vermiş hadisənin tam, hərtərəfli araşdırılmaması, ifadələr arasındakı ziddiyyətlərin istintaq zamanı aradan qaldırılmaması səbəbi göstərilməklə 15 iyun 2023-cü il tarixli Qərarla ittiham aktı təsdiq edilmədən cinayət işi Sumqayıt ŞPİ-nin İŞ-nə qaytarılmış, 22 iyun 2023- cü il tarixdə cinayət işi müstəntiq tərəfindən icraata qəbul edilmişdir. 29 iyun 2023-cü il tarixdə Cavabdeh müdafiəçisi Rəşad Cabbarovla birlikdə Sumqayıt ŞPİ-nin İŞ-nə ərizə ilə müraciət edərək məsuliyyətə cəlb etmə müddətinin bitməsi ilə əlaqədar Azərbaycan Respublikası CM-nin 178.2.4-cü maddəsi ilə istintaq olunan cinayət işinin icraatına bəraətverici əsaslar olmadan xitam verilməsini xahiş etmişdir. Toplanmış istintaq materiallarından görünür ki, Cavabdeh İddiaçı qarşı törətmiş olduğu cinayət hadisəsi 2016-cı ilin may ayından iyun ayının ortalarınadək olan müddətdə baş vermiş və hal-hazırda hadisənin törənmə vaxtından yeddi ildən artıq müddət keçmişdir. Odur ki, iş üzrə Azərbaycan Respublikası CM-nin 178.2.4-cü maddəsi ilə təqsirləndirilən şəxs Cavabdeh cinayət məsuliyyətinə cəlb etmə müddəti keçdiyindən ********* saylı cinayət işi üzrə icraata bəraət verici əsaslar olmadan xitam verilməlidir. Cinayət işi üzrə icraata xitam verilməsi haqqında Qərardan göründüyü kimi Cavabdeh iddiaçıya satası torpaqla əlaqədar müxtəlif vaxtlarda 15000 (on beş min) manat pulu alması iş materialında olan şahid ifadələri və digər sübutlarla öz təsdiqini tapmışdır. Məhkəmə iclasında iştirak edən iddiaçının nümayəndəsi və vəkili Vəkil, iddia tələbinin məzmununa uyğun izahat verərək iddianın təmin edilməsini məhkəmədən xahiş etdi. Məhkəmə iclasının vaxtı və yeri barədə Cavabdeh qanunla müəyyən olunmuş qaydada məlumat verilsə də, AZEMİS vasitəsilə ona məxsus telefon nömrəsinə SMS bildiriş göndərilsə də, cavabdeh heç bir səbəb göstərmədən məhkəmə iclasına gəlməmişdir. Məhkəmə, Azərbaycan Respublikası MPM-in 185.5-ci maddəsinin tələbinə uyğun olaraq cavabdehin iştirakı olmadan işə mahiyyəti üzrə baxılmasını mümkün hesab edir. Məhkəmə iddiaçının nümayəndəsinin və vəkilinin izahatını dinləyib, işdə olan sübutları araşdıraraq hesab edir ki, iddia tələbi rədd edilməlidir. Belə ki, iş materiallarında olan Sumqayıt ŞPİ-nin İŞ-nin 01 iyul 2023-cü il tarixli Cinayət işi üzrə icraata xitam verilməsi haqqında Qərarına əsasən qərarın təsviri hissəsində göstərilənlərə əsasən Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 178.2.4cü maddəsi ilə olan ********* nömrəli cinayət işi üzrə icraata cinayət məsuliyyətinə cəlbetmə müddəti keçdiyinə görə xitam verilməsi qərara alınmışdır. Sumqayıt Apellyasiya Məhkəməsinin Cinayət Kollegiyasının xx.xx.2024-cü il tarixli 6(105)-13/2024 nömrəli qərarı ilə, Sumqayıt Şəhər Məhkəməsinin 6(060)-11/2024 saylı, 23 yanvar 2024-cü il tarixli qərarı ləğv edilməsi, Cavabdeh şikayəti baxılması üçün material birinci instansiya məhkəməsinə qaytarılması qərara alınmışdır. İş materiallarında olan ********* saylı arxiv cinayət işində olan Cavabdeh ifadəsində göstərmişdir ki, qeydiyyatda olduğu mənzildə təmir işləri pulsuzluqdan yarımçıq qaldığına görə, ailəsinin isə yaşamağa başqa yeri olmadığı üçün xatırladığına görə 2014-cü ilin son aylarında faktiki olaraq özünə məxsus, lakin qohumu Anarın adına olan Sumqayıt şəhəri Corat bağları ərazisi 2363 nömrəli içərisində 4 otaqlı 110 kvadrat metr sahədən ibarət təmirsiz ev olan 0.181 ha torpaq sahəsini 105000 (yüz beş min) manata satmaq istəmişdir. Təxminən 2015-ci ilin iyun ayında Sumqayıt şəhərinə gəlib, Söhbət və Kazımla, eləcə də onlarla birlikdə olan ilk dələ görüb tanıdığı Yaqubla görüşmüşdür. Görüş zamanı Yaqub, torpaq sahəsinə Söhbət və Kazımla birlikdə baxdığını, torpaq sahəsini almağa razı olduğunu, pulun bir hissəsini – 1000 (on min) manatı beh kimi əvvəldən verməyi, qalan hissəsini yəni, 75000 manatı yaxın bir bir aya verəcəyini demişdir. O, onun dediyi şərtlərlə razı olmamışdır. Yaqub isə zavodu olduğunu, satıb ən geci bir aya pulun qalan hissəsini verəcəyini, verə bilməsə behi də ondan istəməyəcəyini bildirib onu inandırmışdır. Bundan bir neçə gün sonra, Sumqayıt şəhərində xatırladığına görə Sumqayıt şəhəri, 30cu məhəllədə yerləşən Səadət şadlıq sarayının yaxınlığında Söhbət, Kazım və Yaqubla görüşəndə Söhbət və Kazımın iştirakı ilə Yaqub ona torpaq sahəsinin pulundan beh kimi 2015-ci ilin iyun ayında 10000 (on min) manat vermiş və torpaq sahəsini satmamış, onu gözləməyini xahiş etmişdir. O, da onlara inandığından aralarında hər hansı yazılı sənədləşmə istəməmişdir. Yaqub gedəndən sonra beh pulundan 1000 (min) manat Söhbətə vermişdir. Söhbət də Kazımla birlikdə oradan getmişdir. Bundan təxminən bir ay sonra Yaqub, qalan məbləği ödəmədiyinə görə onunla əlaqə saxlayaraq pulun qalan hissəsini niyə vermədiyini soruşmuşdur. Yaqub bildirmişdir ki, ‘‘bir ay da möhlət ver, pulu çatdıracam”. O, Yaqubla razılaşmamış, ona təcili pul lazım olduğunu, məcbur olub torpaq sahəsini başqa şəxsə satmalı olacağını dedikdə Yaqub torpaq sahəsini özü alacağını deyib, təkidlə onu gözləməyini xahiş etmişdir. Hətta Söhbət və Kazımla əlaqə saxlamış, buna görə iradını da bildirsə də Yaqubun xahişlərindən sonra əlacsız qalıb razılaşmışdır. Bundan təxminən bir ay sonra Söhbət ona zəng edib, torpaq sahəsinə görə pul ödəmək üçün görüşə çağırmışdır. O, da Sumqayıt şəhərinə gəlib, xatırlamadığı ünvanda Söhbətlə görüşəndə Söhbət ona ikilikdə təxminən 2015-ci ilin avqust ayında 5000 (beş min) manat pul vermişdir. O. pulun tam ödəniləcəyini fikirləşərək görüşə gəldiyindən narazılıq etmiş və pulun niyə belə az olduğunu soruşduqda, Söhbət Yaqubun cəmi 5000 (beş min) manat verdiyini bildirmişdir. O, Yaqubun pulun qalan hissəsini tam şəkildə ödəməyi söz verdiyini, indi də pulun tam verildiyini fikirləşib gəldiyini, artıq iki aydı onu gözlədiyini deyib narazılıq etmişdir. Yaqubla da əlaqə saxlayıb bu barədə ona bildirəndə o, göndərdiyi 5000 manatı da beh kimi qəbul elməyini, pulun qalan hissəsini ödəməsi üçün uzağı iki ay da möhlət verməyini, torpaq sahəsini satmayıb, onu gözləməyini, tez bir vaxtda pulu ödəyəcəyini və s. bu kimi sözlər deyərək qalan pıılu ödəməsə beh kimi ödədiyi pulları istənıəyəcəyini bildirmişdir. O, da Yaquba, torpaq sahəsinə görə pulun qalan hissəsini söz verdiyi vaxtda tam ödəməsə hər bir halda behin batacağını demişdir. Belə olan halda, yəni Yaqubun torpaq sahəsinə görə pulun qalan hissəsini söz verdiyi vaxtda - təxminən 2015-ci ilin sentyabr ayının sonlarınadək ödəməsə beh kimi verdiyi 15 000 manatın onda qalmasına razılıq verməsi və onun əminliklə qalan məbləği tez bir vaxtda ödəyəcəyini deməsi onda ona inamı artırmışdır. Yaqubun ilk əvvəl ona beh kimi verdiyi 10000 manatı o, şəxsi işlərinə xərclədiyindən onun 10.000 manatını qaytamaq üçün maddi imkanı yox idi. Bu səbəblərdən o, əlacsız qalıb razılaşmış və Söhbətin gətirdiyi 5 000 manatı götürmüşdür. O. həmin puldan Söhbətə 2000 manat pu! zəhmət haqqı kimi vermişdir. Lakin, təxminən 2015- ci ilin sentyabr ayı olsa da Yaqubdan bir xəbər olmamışdır. O, Yaqubla əlaqə saxlayanda o, bir qədər də vaxt verməyini, yaxın 2-3 aya pulun qalan hissəsini də ödəyəcəyini dedikdə o, razılaşmayıb, torpaq sahəsini müştəri düşsə satacağını demişdir. İlk vaxlar Yaqub etiraz etməmiş və ödədiyi behi də istəməmişdir. O, da torpaq sahəsini satmaq üçün başqa müştəri axtarmağa başlamışdır. 2016-cı ilin təxminən ortalarında Yaqub, beh kimi verdiyi 15000 manatı qaytarmağını istəmişdir. O. əslində danışığa görə behin qaytarılmadığını desə də söz-söhbət olmasın deyə, pulu olmadığından pulun əvəzinə 0,04 ha torpaq sahəsi verməyi təklif etmişdir. İlk əvvəl Yaqub razı olmuş və onlar, yəni Yaqub, Söhbət, Kazım və o, birlikdə Sumqayıt şəhərində yerləşən BTİ-yə getmişlər. BT1- yə sənədləri təqdim edəndə Yaqub, 0.04 ha yox, bütün torpaq sahəsini, yanı 018 hanı bütövlükdə onun adma keçirməyini istəmiş, qalan məbləği yaxın vaxtlarda ödəyəcəyini demişdir. Yaqubun əsassız istəyinə isə o, razı olmamışdır. 0.18 ha torpaq sahəsinin tam olaraq Yaqubun adma keçirilməsinə Söhbət və Kazım da öz etirazlarını bildirmişlər. Beləcə onlar orta razılığa gəlməmişlər. Sonradan o, Söhbət və Kazımdan xahiş etmişdir ki, torpaq sahəsini başqa bir şəxsə satmaq üçün ona köməklik etsinlər. 2016-cı ildən torpaq sahəsini əvvəl tanımadığı şəxslərə hissə-hissə satmışdır. Bundan sonra Yaqub, özü səhv olduğunu başa düşərək heç onu axtarmamışdır. Çünki, Yaqub özü verdiyi pulların beh olduğunu, behin qaytarılmadığını bilirdi. Bu səbəbdən anlarında olan söhbətlərdən təxminən 7 il sonra şikayət etmişdir. Onu aldatmışdırsa hansı səbəbdən hüquq mühafizə orqanlarına həmin vaxtlarda müraciət etməmişdir. Yaqub, torpaq sahəsini almaq istədiyini dedikdən və pulu ödəmədikdən sonra o, torpaq sahəsini təxminən bir il sonra satmışdır. Onun Yaqubu aldatmaq niyyəti olmamış, onu aldatmaq niyyəti olsa idi ona pulun əvəzində 0,04 ha torpaq sahəsi təklif etməzdi, O, İddiaçı ilə Kazım və Söhbətə inandığından və BTİ səbəbdən beh müqaviləsi bağlamamışdır. Yaqubun da uzun müddətdir ki, onu axtarmaması və onunla əlaqə saxlamaması, bu barədə hüquq mühafizə orqanlarına müraciət etməməsi pulları beh kimi verdiyini, özünün də anladığını göstərir. İş materiallarına əlavə edilmiş Cavabdeh poçt vasitəsilə daxil olmuş 08 aprel 2024cü il tarixli ərizəsində qeyd edilmişdir ki, İddiaçı iddiası üzrə cavabdeh qismində olduğu 2(004)-798/2024 saylı mülki iş icraatdadır. İddiaçı iddia tələbi üzrə iddia müddəti keçdiyinə görə qanunsuzdur. İddia tələbi keçdiyi üçün iddia tələbinin rədd edilməsini xahiş edir. Məhkəmə qeyd edir ki, İddiaçı ilə Cavabdeh arasında Sumqayıt şəhəri, Corat bağları ərazisi 2363 nömrəli 20 sot əraziyə malik torpaq sahəsinə alqı-satqısına dair hər hansı bir müqavilə bağlanmamışdır. Hazırda İddiaçı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, 15000 (on beş min) manat pulun, həmin torpaqda apardığı təmir-tikinti işlərinə görə xərclədiyi 3500 (üç min beş yüz) manat pulun və məhkəməyə iddiaçı tərəfindən ödənilmiş 145.50 (yüz qırx beş manat əlli qəpik) dövlət rüsumunun, ümumilikdə 18.645.50 (on səkkiz min altı yüz qırx beş manat əlli qəpik) pulun əvəzinin Cavabdeh alınaraq ona ödənilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Daha sonra Cavabdeh məhkəməyə hazırki iddia tələbinə “iddia müddətinin tətbiqinə dair” ərizə təqdim edərək iddiaçı tərəfindən iddia ilə əlaqədar qanunvericilikdə nəzərdə tutulan iddia müddəti ötürüldüyündən iddia tələbinin rədd olunması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Cavabdeh tərəfindən iddia müddətinin tətbiqi barədə məhkəməyə ərizə təqdim edildiyindən, həqiqətən iddiaçı tərəfindən qanunvericiliklə nəzərdə tutulmuş iddia müddətinin ötürülüb-ötürülməməsinin müəyyən edilməsi zəruridir. Belə ki, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 372.1-ci maddəsinə əsasən, başqa şəxsdən hər hansı hərəkəti yerinə yetirməyi və ya yerinə yetirməkdən çəkinməyi tələb etmək hüququna müddət şamil edilir. Həmin Məcəllənin 373.4-cü maddəsinə əsasən tələblərin ayrı-ayrı növləri üçün bu Məcəllə ilə ümumi müddətə nisbətən qısaldılmış və ya uzadılmış xüsusi iddia müddətləri təyin edilə bilər. Həmin Məcəllənin 373.5-ci maddəsinə əsasən bu Məcəllənin bu fəslində müəyyənləşdirilmiş qaydalar, əgər qanunla ayrı hal müəyyənləşdirilməyibsə, xüsusi iddia müddətlərinə də şamil edilir. Mülki Məcəllənin 375.2-ci maddəsinə əsasən, məhkəmə tərəfindən iddia müddəti yalnız mübahisə tərəfinin məhkəmə qərarı çıxarılanadək verdiyi ərizə əsasında tətbiq edilir. Mübahisə tərəfinin tətbiq edilməsi barədə ərizə verdiyi iddia müddətinin keçməsi məhkəmənin iddiadan imtina barəsində qərar çıxarması üçün əsasdır. Mülki Məcəllənin 377.1-ci maddəsinə əsasən, iddia müddətinin axımı şəxsin öz hüququnun pozulduğunu bildiyi və yaxud bilməli olduğu vaxtdan hesablanır. “E.S.Həkimovun şikayəti ilə əlaqədar Azərbaycan Respublikasının Ali Məhkəməsinin Məhkəməsinin xx.xx.2007-ci il tarixli qərarının Azərbaycan Respublikası Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 03 noyabr 2008-ci il tarixli qərarında qeyd edilmişdir ki, iddia hüququnun şəxsin hüququnun pozulmasını bilməli olduğu gündən əmələ gəlməsinə dair göstərişin təyinatı və məqsədi subyektiv hüquqların və qanuni mənafelərin müdafiəsilə bağlı məsuliyyət hissinin artırılmasına xidmət etməklə yanaşı, onun həyata keçirilməsinə yarana biləcək laqeyd, səhlənkar münasibətin aradan qaldırılmasına və sui-istifadə hallarının qarşısının alınmasına yönəlmişdir. Qeyd edilən qərarında həmin məhkəmə iddia müddətinin axımının başlanğıcının bir tərəfdən subyekti hüququn pozulduğu obyektiv anla, digər tərəfdən isə səlahiyyətli şəxsin öz hüquqlarının pozulduğunu bildiyi və ya bilməli olduğu subyektiv anla əlaqəli olduğunu, bu iki müxtəlif faktorun mövcudluğunun, habelə, onların heç də hər zaman üst-üstə düşməsinin iddia müddətinin başlanğıcının təyin olunmasına təsir göstərən mühüm amil olduğunu qeyd etmişdir. Məhkəmə qeyd edir ki, iddia müddəti anlayışı iddia və iddia hüququ anlayışları ilə sıx surətdə bağlıdır. Vətəndaşlar öz şəxsi və əmlak hüquqlarının, habelə, qanunla qorunan mənafelərinin məhkəmə müdafiəsini iddia vermək yolu ilə həyata keçirirlər. Əgər şəxsin hər hansı mülki hüququ başqa şəxs tərəfindən pozularsa, maraqlı tərəf müdafiə üçün məhkəmə orqanlarına müraciət edə bilər. Bu cür müraciət iddia adlanır. İddia hüququ isə pozulmuş və ya mübahisə edilən hüququ müdafiə etmək üçün məhkəməyə müraciət etmək imkanıdır. Bu hüquqa bütün ölkə vətəndaşları və hüquqi şəxsləri, eləcə də, xarici ölkə vətəndaşları, vətəndaşlığı olmayan şəxslər və əcnəbi hüquqi şəxslər malikdirlər. Qanunvericilik mülki hüquqların müdafiəsi üçün müddət müəyyən etmişdir ki, həmin müddət ərzində də səlahiyyətli şəxs öz pozulmuş hüquqlarının məcburi qaydada həyata keçirilməsini müvafiq orqanlardan tələb edə bilər. Bu müddət, yəni, müddəti öz hüquqlarını müdafiə etmək haqqında tələblə məhkəməyə müraciət olunması üçün səlahiyyətli şəxsə verilən vaxt dövrüdür. Məhz həmin vaxt dövrü ərzində hüququ pozulmuş şəxs öz hüququnu müdafiə etmək üçün məhkəməyə müraciət edə blər. İddia müddətinin mahiyyəti əsasən ondan ibarətdir ki, bu müddət ərzində səlahiyyətli şəxs öz pozulmuş mülki hüququnu iddia qaydasında məhkəmə icraatı vasitəsilə məcburi qaydada müdafiə etmək imkanına malik olur. L.İ.Binnətovanın şikayəti üzrə Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki işlər üzrə məhkəmə kollegiyasının 05 iyun 2007-ci il tarixli qərarının Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin 08 may 2008-ci il tarixli qərarında qeyd edilmişdir ki, iddia müddətlərinin və onların müəyyənləşdirilməsinin qaydalarını nəzərdə tutan qanunun tələbləri əsasən imperativ xarakter daşıyır. Eyni zamanda, qanun məhkəmə tərəfindən iddia müddətinin yalnız mübahisə tərəfinin məhkəmə qərarı çıxarılanadək verdiyi ərizə əsasında tətbiq edilməsi barədə son dərəcə vacib qaydanı nəzərdə tutur (Azərbaycan Respublikası Mülki Məcəlləsinin 375.2-ci maddəsi). Bu o deməkdir ki, cavabdeh iddia müddətinin keçməsindən istifadə etmək istəmirsə və məsələ ilə bağlı ərizə vermirsə məhkəmə işə mahiyyəti üzrə baxmalı və hər hansı müddətin keçməsinə baxmayaraq iddiaçı və cavabdeh arasında olan maddi-hüquqi mübahisə üzrə qərar qəbul etməlidir. Belə ki, hazırki mübahisədə tərəflər arasında hər-hansı bir müqavilə bağlanmamışdır, yəni əsassız varlanmanın əsası hər hansı bir müqavilə deyil, digər səbəblərdən yaranmış əsassız varlanmadır. Odur ki, mövcud mübahisə ilə bağlı iddia müddəti iki ildir. Hazırki mövcud mübahisəyə qeyd edilənlər nöqteyi nəzərdən yanaşılsa belə bir nəticəyə gəlmək olur ki, iddiaçı iddia tələbində qeyd etdiyi əsassız varlanma obyekti olan pul vəsaitinin qaytarılması ilə bağlı tələbi cavabdehin onu aldatdığını, torpağa dair alqısatqı müqaviləsini bağlamayacağını müəyyən etdiyi vaxtdan iki il ərzində həyata keçirə bilərdi. Belə ki, iddia ərizəsinin məzmunundan, iddiaçının nümayəndəsinin məhkəmə iclasında hakimin verdiyi suala cavab olaraq bildirmişdir ki, cavabdehin iddiaçını aldatdığını, torpağa dair alqı-satqı müqaviləsini bağlamayacağını, yəni hüququnun pozulduğunu, 2016-cı ilin iyul ayında, yəni torpağın qalan məbləğini ödəmək istədikdə artıq həmin torpaq sahəsinin hissə-hissə başqa adamlara satıldığı, Fikrətin isə 15000 manatı qaytarmaqdan müxtəlif bəhanələrlə yayındığını bilmişdir. İddiaçı mövcud tələblə xx.xx.2023-cü il tarixdə məhkəməyə müraciət etmişdir. Lakin iddiaçı iddia müddətinin axımının başladığı 2016-cı ilin ortalarından qanunvericilikdə nəzərdə tutulmuş 2 il ərzində, məhkəməyə müraciət etməmiş, xx.xx.2023-cü il tarixdə məhkəməyə müraciət edərkən iki illik iddia müddətini ötürmüş, Həmçinin, iddiaçı qeyd edilən mübahisə ilə bağlı polis orqanına müraciət edən zaman da iddia müddəti artıq ötürülmüşdü. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 1091.1-ci maddəsinə əsasən, əsassız varlanan o şəxs (varlanmış şəxs) sayılır ki, hüquqi əsas olmadan başqa şəxsin (məhrum olanın) hesabına əmlak əldə etsin. Mülki Məcəllənin 1091.2-ci maddəsinə əsasən, əsassız varlanma yalnız o zaman baş verir ki, bu cür varlanmaya haqq qazandıran qanuni əsas və ya müqavilə əsası olmur. Hüquqi əsas olmadan varlanma həmçinin o hallarda baş vermiş sayılır ki, bu cür varlanma həyata keçirilməmiş əsasa və ya sonralar aradan qalxmış əsasa söykənir. Mülki Məcəllənin 1095-ci maddəsində əsassız varlanma ilə bağlı tələblər üçün qanunvericilikdə xüsusi iddia müddəti nəzərdə tutulmuşdur. Belə ki, həmin maddədə qeyd edilmişdir ki, əsassız varlanma obyektini qaytarmaq hüququ məhrum olana öz hüququnun məlum olduğu vaxtdan ən geci iki il sonra müddətin keçməsinə görə qüvvədən düşür. Qalan hallarda müddətin keçməsi ümumi göstərişlərə uyğun müəyyənləşdirilir. Bununla yanaşı Azərbaycan Respublikası Mülki Məcəlləsinin 337, 339.6, 346.1 və 354-cü maddələrinin əlaqəli şəkildə şərh edilməsinə dair Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 02 aprel 2021-ci il tarixli Qərarında əhəmiyyətsiz əqd əsasında əsassız varlanma halı ilə digər səbəblərdən yaranmış əsassız varlanma halı bir-birindən fərqləndirilmiş və Qərarda qeyd edilmişdir ki, əhəmiyyətsiz əqd əsasında əsassız varlanma halı baş verdiyi təqdirdə, Mülki Məcəllənin 354.1-ci maddəsinə uyğun olaraq qarşı tərəfin əhəmiyyətsiz əqd əsasında əldə etdiklərinin geri qaytarılması, bu mümkün olmadıqda onların dəyərinin ödənilməsi ilə bağlı tələb hüququ bir il ərzində irəli sürülə bilər. Digər səbəblərdən yaranmış əsassız varlanma hallarında (məsələn, bankın yanlışlıqla şəxsin hesabına pul vəsaiti köçürməsi) isə əsassız varlanma obyektini qaytarmaq hüququ məhrum olana öz hüququnun məlum olduğu vaxtdan ən geci iki il sonra müddətin keçməsinə görə qüvvədən düşür. Bu müddət tələb hüququ ilə bağlı nəzərdə tutulmuş iddia müddətidir. Məhkəmə qanunvericiliyin qeyd edilən normalarını nəzərə alaraq sübutlara məcmu halda hüquqi qiymət verməklə hesab edir ki, mövcud iddia tələbi iddiaçı belə hüququnun həyata keçirilməsi ilə bağlı iddia müddətini ötürdüyündən və cavabdeh tərəfindən iddia müddətinin tətbiqi ilə bağlı məhkəməyə ərizə təqdim olunduğundan İddiaçı Cavabdeh qarşı pul tələbi “15000 manat” məbləğinə münasibətdə iddia müddəti ötürüldüyündən təmin edilməməlidir. Məhkəmə həmçinin qeyd edir ki, iddiaçı həmin torpaqda apardığı təmir-tikinti işlərinə görə xərclədiyi 3500 (üç min beş yüz) manat pulun cavabdehdən tutulmasına dair tələb irəli sürsə də, iddiaçı tərəfindən həmin məbləğdə pulun xərclənməsinə dair məhkəməyə hər hansı mötəbər sübut təqdim edilməmişdir. İddiaçının nümayəndəsi və vəkili sədrlik edənin sualına cavab olaraq da həmin hissədə hər hansı sübutun olmamasını bildirmişdir. Bununla əlaqədar sadəcə polis orqanında dindirilmiş şahid - usta Şəhriyar Rzayevin dəmir qapı düzəltməsi, iddiaçının özünün 3500 manatlıq material (taxta və digər alətlər) almasını iddia ərizəsində qeyd etməsi (hal-hazırda həmin materiallarla bağlı hər hansı qaimə-sənəd təqdim edilməmiş və həmin materialların hələ də orada olmasına dair sübut təqdim edilməmişdir), bu hissədə iddia tələbinin təmin edilməsi üçün mötəbər sübut hesab edilə bilməz. Hansı ki, həmin hissədə də sübutemə iddiaçının üzərindədir. Belə olan halda, iddia həmin hissədə əsassız olduğundan təmin edilməməlidir. Məhkəmə iş üzrə sübutlara Mülki Prosessual Məcəllənin 88-ci maddəsinin tələblərinə uyğun olaraq obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət vermiş, iddia ərizəsində qoyulmuş tələblər üzrə nəticəyə gələrkən isə Mülki Prosessual Məcəllənin 217.4-cü maddəsində təsbit edilmiş bilavasitəlilik prinsipinə uyğun olaraq yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlara əsaslanmışdır. İş üzrə çəkilmiş məhkəmə xərcləri Azərbaycan Respublikasının MPM-nin 119.1-ci maddəsi ilə müəyyən edilmiş qaydada ödənilmiş iddia tələbinin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilməli, yəni iddia rədd edildiyindən, hazırkı iddianın qaldırılması ilə əlaqədar iddiaçı tərəfindən dövlət büdcəsinə ödənilmiş dövlət rüsumu ona aid olunmalıdır. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası MPM-in 119, 216-220, 227, 233, 357, 360, 362-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddiaçı Cavabdeh qarşı ondan alacağı torpağa görə ona verdiyi 15000 manat, torpaqda apardığı təmir-tikinti işlərinə görə 3500 manat olmaqla, cəmi 18500 (on səkkiz min beş yüz) manat məbləğində pul tələbinə dair iddia ərizəsi təmin edilməsin. Ödənilmiş dövlət rüsumu iddiaçıya aid edilsin. Qətnamədən, qətnamə işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən bir ay müddətində “Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinetdən Bakı şəhəri Yasamal Rayon Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasına apellyasiya şikayəti verilə bilər. Sədrlik edən: Gülnar Babazadə

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar