Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(004)-804/2021 12.07.2021 BAKI ŞƏHƏRİ YASAMAL RAYON MƏHKƏMƏSİ Hakim Məmmədli Orxan Qədir oğlunun sədrliyi, Dəmirova Nəcimə Arif qızının katibliyi, İddiaçının nümayəndəsi X1 iştirakı ilə, İddiaçı Açıq Səhmdar Cəmiyyətinin Cavabdeh qarşı “borcun ödənilməsi və tutmanın ipoteka predimetinə yönəldilməsi” tələbinə dair mülki işə Bakı Şəhəri Yasamal Rayon Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: İddiaçı Açıq Səhmdar Cəmiyyəti Cavabdeh qarşı “borcun ödənilməsi və tutmanın ipoteka predimetinə yönəldilməsi” tələbinə dair iddia ərizəsi və iddia tələbinin artırılmasına dair ərizə ilə məhkəməyə müraciət edərək, Cavabdeh İddiaçı ASC-nin xeyrinə 27 avqust 2015-ci il tarixli kredit müqaviləsi üzrə banka 12692.40 ABŞ dolları əsas, 14591.11 ABŞ dolları faiz, 3441.53 ABŞ dolları cərimə və kredit müqaviləsi üzrə 27.08.2018-ci il tarixdən 24.09.2020-ci il tarixədək gecikdirilmiş axt üçün illik 5 faizlə hesablanmış 1318.25 ABŞ dolları məbləğində əldən çıxmış fayda olmaqla, ümumilikdə cəmi 32043.29 ABŞ dolları borcun və 30 manat ödənilmiş dövlət rüsumunun, ipoteka predmeti olan daşınmaz əmlaka tutmanın yönəldilməsi haqqında bildirişin qeydə alınması üçün ödənilmiş 10 manat dövlət rüsumunun və 20 manat xidmət haqqının ödənilməsi, tutmanın Cavabdeh məxsus olan ünvan 1 ünvanında yerləşən 23 nömrəli fərdi yaşayış evi və 0.025 ha torpaq sahəsinə yönəldilməsi, həmin fərdi yaşayış evininin açıq hərracdan satılması və borcun ünvan 1 ünvanında yerləşən 23 nömrəli fərdi yaşayış evi və 0.025 ha torpaq sahəsinin hərracdan satışdan əldə olunan vəsait hesabına İddiaçı ASC-nə ödənilməsi, satışdan əldə olunmuş vəsait qətnamənin icrasına kifayət etmədiyi halda qətnamənin qalan hissədə ümumi qaydada icra edilməsi, Cavabdeh məxsus olan ünvan 2 ünvanında yerləşən 23 nömrəli fərdi yaşayış evi və 0.025 ha torpaq sahəsinə yönəldikdə və satıldıqdan 1 ay sonra Cavabdeh və digər şəxslərin ünvan 1 ünvanında yerləşən 23 nömrəli fərdi yaşayış evi və 0.025 ha torpaq sahəsinə olan istifadə hüquqlarının itirilmiş hesab edilməsi, Cavabdeh və digər şəxslərin həmin fərdi yaşayış evindən çıxarılmaları, həmin fərdi yaşayış evinin boşaldılması və banka təhvil verilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, 27 avqust 2015-ci il tarixli kredit müqaviləsinə əsasən Cavabdeh "xxxx" İKB ASC-nin “11 saylı” filialından illik 25%-lə 36 ay müddətinə 18000 ABŞ dolları məbləğində kredit götürmüşdür. Borcun təminatı olaraq, Cavabdeh mülkiyyətindəki ünvan 3 ünvanında yerləşən 23 nömrəli fərdi yaşayış evi və 0.025 ha torpaq sahəsi 2015-ci il 27 avqust tarixli ipoteka müqaviləsilə yüklü edilmişdir. İpoteka müqaviləsi notarial qaydada təsdiq edilmiş, dövlət reyestrində qeydə alınmışdır. 2015-ci il 27 avqust tarixli kredit müqaviləsinə görə şərtləşdirilmiş cədvəldə göstərilən ödəniş aparılmalı gün ödəniş edilmədikdə, müqavilənin 1.14-cü bəndinə əsasən hər gecikdirilən gün üçün gecikdirilmiş məbləğin illik 36 faizlə cərimə hesablayıb borcludan tələb edir. Xəbərdarlıq edilməsinə baxmayaraq Cavabdeh borcu ödəməkdən boyun qaçırır. Bu səbəbdən qanunla müəyyən edilmiş qaydada və müddətdə ipoteka predmetinə tutmanın yönəldilməsinə dair cavabdehə bildiriş verilmişdir. Eyni zamanda reyestr orqanına ərizə göndərilmişdir. Ərizə bu orqanda qeydə alınmışdır. Müddətin keçməsinə baxmayaraq cavabdeh bildirişə münasibətini bildirmir. Tərəflər arasında imzalanmış ipoteka müqaviləsində ipoteka predmetinin dəyəri tərəflər arasında qarşılıqlı razılaşmaya əsasən müəyyən olunmuşdur. Cavabdeh kredit müqaviləsindən irəli gələn öhdəliyini vaxtında və lazımi qaydada icra etmədiyi üçün bu öhdəliyin icrasını təmin etmək məqsədilə ipoteka predmeti olan əmlaka tutma yönəldilməli, həmin əmlak hərracda satılmalı və onun satışından əldə edilmiş pul vəsaiti borcun əvəzinə yönəldilməlidir. Bundan başqa, 24 sentyabr 2020-ci il tarixli maliyyə arayışına əsasən Cavabdeh 27 avqust 2015-ci il tarixli kredit müqaviləsi üzrə banka 12692.40 ABŞ dolları əsas, 14591.11 ABŞ dolları faiz, 3441.53 ABŞ dolları cərimə və kredit müqaviləsi üzrə 27.08.2018-ci il tarixdən 24.09.2020-ci il tarixədək gecikdirilmiş vaxt üçün illik 5 (beş) faizlə hesablanmış 1318.25 ABŞ dolları məbləğində əldən çıxmış fayda olmaqla, ümumilikdə cəmi 32043.29 ABŞ dolları borcu vardır. 27 avqust 2015-ci il tarixli kredit müqaviləsi qüvvədə olduğu müddətdə və kredit müqaviləsinin müddətinin bitdiyi tarixdən hazırkı vaxta kimi cavabdeh tərəfindən götürülmüş kreditə görə öhdəliklər lazımi qaydada yerinə yetirilməmişdir. Bu səbəbdən də cavabdeh tərəfindən götürülmüş kreditə görə hesablanmış faizlər cavabdeh tərəfindən ödənilməlidir. Belə ki, kredit müqaviləsinin 9.3-cü bəndinə əsasən borc alan üzərinə qoyulduğu öhdəlikləri yerinə yetirməməsi və ya lazımınca yerinə yetirməməsi nəticəsində əldə etdiyi gəlir məbləğindən az olmayan miqdarda, Kreditorun əldən çıxmış faydası şəkilində zərər, qanunvericilikdə nəzərdə tutulmuş digər zərər Banka dəymiş və ödənilməli olan zərər kimi göstərilmişdir. Məhkəmə iclasında iştirak edən iddiaçının nümayəndəsi iddia ərizəsini müdafiə edərək, yuxarıda qeyd edilmiş izahata uyğun izahat verərək iddia ərizəsinin təmin edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etdi. Cavabdehə məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada məlumat verilməsinə baxmayaraq, o, heç bir üzrlü səbəb təqdim etmədən məhkəmə iclasında iştirak etməmişdir. Məhkəmə, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin (bundan sonra – MPM) 185.5-ci maddəsinə əsasən, işə cavabdehin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə iddiaçının nümayəndəsinin izahatını dinləyib və iş materiallarını araşdırıb və sübutlara məcmu halda hüquqi qiymət verərək hesab edir ki, iddia tələbi qismən təmin edilməlidir. İşin məhkəmə tərəfindən müəyyən edilən hallarından görünür ki, tərəflər arasında kredit və ipoteka müqavilələrinin bağlanmasından irəli gələn öhdəlik hüquq münasibətləri yaranmışdır. Müqavilə isə öhdəliyin əmələ gəlmə əsaslarından biridir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 739-cu maddəsinə əsasən kredit müqaviləsinə görə, iştirakçılardan biri (borc verən) pula mülkiyyət hüququnu digər iştirakçıya (borc alana) keçirməyi öhdəsinə götürür, digər iştirakçı (borc alan) isə aldıqlarını müvafiq olaraq pul şəklində borc verənə qaytarmağı öhdəsinə götürür. İddiaçı ASC-nin 11 saylı filialı ilə Cavabdeh arasında bağlanmış 27 avqust 2015-ci il tarixli kredit müqaviləsinə əsasən Cavabdeh "xxxx" İKB ASC-nin “11 saylı” filialından illik 25%-lə 36 ay müddətinə 18000 ABŞ dolları məbləğində kredit götürmüşdür. İddiaçı müqavilə üzrə üzərinə düşən öhdəliyini icra edərək cavabdeh - borc alana krediti versə də, borc alan müəyyən olunmuş qrafik əsasında ödənişləri həyata keçirməmişdir. Kredit müqavilələri üzrə borcun məbləğinin müəyyən edilməsi üçün məhkəməmühasibatlıq ekspertizası təyin edilmişdir. 25.05.2021-ci il tarixli, 9/1952 saylı ekspert rəyinə əsasən cavabdeh – borc alanın banka 27.08.2018-ci il tarixə əsas borc üzrə 16244,34 ABŞ dolları, faiz borcu üzrə 7139,60 ABŞ dolları olduğu müəyyən edilmişdir. İş materiallarında olan 24.09.2020-ci il tarixli maliyyə arayışından görünür ki, Cavabdeh 27.08.2015-ci il tarixli kredit müqaviləsi üzrə müqavilə müddəti bitdikdən sonra əsas borca hesablanmış 5 % əldən çıxmış fayda olaraq 1318,25 ABŞ dolları borcu vardır. Beləliklə, cavabdeh – borc alan müəyyən olunmuş qrafik əsasında ödənişləri vaxtında həyata keçirməməklə, MM-nin 425.1-ci maddəsinin tələblərini pozaraq, müqavilə üzrə öhdəliyini lazımınca icra etməmişdir. Yəni vicdanlılığın tələb etdiyi tərzdə şərtləşdirilmiş vaxtda lazımi şəkildə, öhdəliyin şərtlərinə müvafiq surətdə hərəkət etməyərək, öhdəliyi vaxtında icra etməmişdir (MM, maddə 442). Halbuki tərəflər müəyyən nəticələrə nail olmaq üçün öhdəlik hüquq münasibətlərinə daxil olurlar və öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır (MM, maddə 385.1). Beləliklə, iddiaçı cavabdehdən kredit müqaviləsinin icrasını tələb etmək üzrə subyektiv hüquqa malikdir. Cavabdeh isə müqavilə üzrə üzərinə düşən öhdəliyi icra etməməklə, iddiaçının bu hüququnu pozmuşdur. Belə ki, kredit müqaviləsi üzrə borc verənin krediti verməsi borc alanın aldığı pul vəsaitini borc verənə qaytarmasını şərtləndirir. Cavabdeh öz müqavilə öhdəliyini icra etmədiyindən, MPM-nin 4.1-ci maddəsinə əsasən iddiaçının, qanunla qorunan hüququnun və marağının təmin edilməsi üçün məhkəmə müdafiəsindən istifadə etmək hüququ yaranmışdır. Məhkəmə mülki qanunvericiliyin yuxarıda qeyd edilən müddəalarını və ekspert rəyini əsas götürərək hesab edir ki, Cavabdeh kredit müqaviləsi üzrə üzərinə düşən öhdəlikləri tam icra etmədiyindən iddia tələbi 27.08.2015-ci il tarixli kredit müqaviləsi üzrə 12692,40 (on iki min altı yüz doxsan iki, qırx sent) ABŞ dolları əsas borc, 7139,60 (yeddi min yüz otuz doqquz, altmış sent) ABŞ dolları faiz borcu, kredit müqaviləsi üzrə 27.08.2018-ci il tarixdən 24.09.2020-ci il tarixədək gecikdirilmiş vaxt üçün illik 5 faizlə hesablanmış 1318,25 (bir min üç yüz on səkkiz ABŞ dolları iyirmi beş sent) ABŞ dolları Cavabdeh iddiaçının xeyrinə tutulması hissəsində əsaslı olduğu üçün təmin edilməlidir. Məhkəmə eyni zamanda iddianın cərimənin ödənilməsi barəsində hissəsini də araşdıraraq hesab edir ki, iddianın həmin hissəsi qismən əsaslıdır. Belə ki, Azərbaycan Respublikası MM-nin 462.1-ci maddəsinə əsasən, dəbbə pulu (cərimə, penya) müqavilə ilə müəyyənləşdirilən, öhdəliyin icra edilmədiyi və ya lazımınca icra edilmədiyi, o cümlədən icranın gecikdirildiyi halda borclunun kreditora ödəməli olduğu pul məbləğidir. Məhkəmə hesab edir ki, iddiaçının iddia ərizəsində göstərilən cərimə əsassız və yüksək məbləğdir. Azərbaycan Respublikası MM-nin 467-ci maddəsinə əsasən, məhkəmə işin hallarını nəzərə alaraq tənəsübsüz surətdə yüksək cəriməni azalda bilər. İşin hallarını nəzərə alaraq, məhkəmə 27.08.2015-ci il tarixli kredit müqaviləsi üzrə məhkəmə iddia ərizəsində göstərilən cərimənin 3441.53 ABŞ dolları məbləğində deyil, 500 manat məbləğində müəyyən edilməsini ədalətli və məqsədə müvafiq sayır. Həmçinin məhkəmə tərəfindən müəyyən edilmişdir ki, 27.08.2015-ci il tarixli Kredit müqaviləsinin təminatı kimi İddiaçı ASC ilə Cavabdeh arasında sonuncuya məxsus ünvan 1 ünvanında yerləşən 23 nömrəli fərdi yaşayış evi və 0.025 ha torpaq sahəsinin ipotekaya qoyulması barədə 27.08.2015-ci il tarixli ipoteka müqaviləsi bağlanmışdır. Azərbaycan Respublikası MM-nin 269-cu və 270.1-ci maddələrinə görə girov və ipoteka hüququ girov qoyanın əşyası barəsində girov saxlayanın əşya hüququdur. Girov və ipoteka əlavə (aksessor) əşya hüququ olmaqla yanaşı, həm də borclunun girov saxlayan qarşısında pul və ya başqa öhdəliyinin icrasının təmin edilməsi üsuludur. Öhdəliyin icrasının təmin edilmə üsulu kimi ipoteka əsas öhdəliyin icrasına zəmanət verməklə, əmlakdan məhrum olma təhlükəsi altında borclunu lazımı icraya stimullaşdırmaq məqsədi daşıyır. İpoteka daşınmaz əşyalara, habelə rəsmi reyestrdə qeydə alınmalı olan daşınar əşyalara əşya hüquqlarının məhdudlaşdırılmasıdır. Girov və ipoteka müqavilə üzrə əmələ gəlir. “İpoteka haqqında” Qanunun (bundan sonra – Qanun) 1.0.6-cı, 3.1-ci, 10.4-cü, 11.1ci, 11.2-ci maddələrinə əsasən ipoteka ilə borc, alqı-satqı, podrat və başqa mülki-hüquqi müqavilələrdən irəli gələn həqiqi tələblər təmin edilə bilər. İpoteka müqaviləsi dövlət qeydiyyatına alınmalıdır və dövlət qeydiyyatına alındığı andan qüvvəyə minir və ipoteka hüququ həmin andan əmələ gəlir. Daşınar əşyanın ipotekası haqqında müqavilə daşınar əmlakın rəsmi reyestrində qeydə alınmalıdır. İpoteka hüququ - borclu əsas öhdəliyi icra etmədikdə, ipoteka saxlayanın ipoteka predmetinə tutmanın yönəldilməsi hüququdur. Cavabdeh əsas öhdəliyini lazımınca icra etmədiyindən, iddiaçının ipoteka predmetinə tutmanın yönəldilməsi hüququ yaranmışdır. Belə ki, Qanunun 34.1.1-ci və 34.1.2-ci maddələrində əsas öhdəliyin, yaxud onun bir hissəsinin vaxtında icra olunmaması ipoteka saxlayanın ipoteka predmetinə tutmanın yönəldilməsi hüququnun yaranması anı kimi təsbit edilmişdir. 27.05.2021-ci il tarixli Legal Prime MMC tərəfindən verilmiş mütəxəssis rəyindən görünür ki, ipoteka predmeti olan ünvan 1 ünvanında yerləşən 23 nömrəli fərdi yaşayış evi və 0.025 ha torpaq sahəsinin bugünki tarixə olan likvid dəyəri 75000 manat, hazırki bazar dəyəri 83000 manat təşkil edir. Cavabdeh tərəf ipoteka predmetinin dəyərini mübahisələndirməmişdir. Məhkəmə həmçinin iddianın 30,40 manat məbləğində dövlət rüsumunun və ipoteka predmetinə tutma haqqında bildirişin dövlət qeydiyyatına alınması üçün köçürülmüş dövlət rüsumunu və manat xidmət haqqının cavabdehdən alınmasına dair hissəsini də araşdıraraq hesab edir ki, iddianın bu hissəsi də əsaslıdır. Ona görə ki, Cavabdeh iddia üzrə iddiaçı qarşısında aralarındakı müqavilədən irəli gələn vəzifələrini icra etməmələri nəticəsində, iddiaçı məhkəmədə iddia qaldırması ilə əlaqədar dövlət rüsumunu və digər xərcləri ödəməsi ilə ona əlavə zərər vurmuşdur. Odur ki, kredit borcu Cavabdeh alınmaqla yanaşı eyni zamanda, iddiaçının dövlət rüsumunu və digər xərcləri ödəməsi nəticəsində çəkdiyi əlavə zərər də cavabdehdən alınaraq iddiaçıya ödənilməlidir. Belə ki, Azərbaycan Respublikası MPM-nin 119.1-ci maddəsinə əsasən, məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Göstərilən qanunvericilik aktı normalarına əsasən məhkəmə hesab edir ki, məhkəmə xərcləri iddianın təmin edilmiş hissələrinə müvafiq olaraq tərəflərə aid edilməli olduğundan, məhkəmə xərcinə daxil olan dövlət rüsumu və digər xərclər Cavabdeh aid edilməli və ondan alınaraq iddiaçıya ödənilməlidir. Məhkəmə eyni zamanda hesab edir ki, ekspertiza xərci Cavabdeh tutulmalıdır. Belə ki, 25.05.2021-ci il tarixli, 9/1952 saylı ekspert rəyindən göründüyü kimi, ekspertiza tədqiqatının dəyəri 50 manat məbləğindədir. Məhkəmə hesab edir ki, iddia qismən təmin edildiyindən, işə baxılması ilə əlaqədar məsrəflər də – ekspertizanın tədqiqatının dəyəri olaraq 50 manat məbləğində pul vəsaiti Cavabdeh tutularaq Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin hesabına ödənilməlidir. Həmçinin məhkəmə hesab edir ki, iddia tələbi Cavabdeh məxsus olan ünvan 2 ünvanında yerləşən 23 nömrəli fərdi yaşayış evi və 0.025 ha torpaq sahəsinə yönəldikdə və satıldıqdan 1 ay sonra Cavabdeh ünvan 1 ünvanında yerləşən 23 nömrəli fərdi yaşayış evi və 0.025 ha torpaq sahəsinə olan istifadə hüquqlarının itirilmiş hesab edilməsi, Cavabdeh həmin fərdi yaşayış evindən çıxarılmaları, həmin fərdi yaşayış evinin boşaldılması və banka təhvil verilməsi hissəsində qismən təmin edilməlidir. Belə ki, qeydiyyatda olan şəxslərin mənzilə istifadə hüquqlarının itirilmiş hesab edilməsi və mənzilin təhvil verilməsi tələbi ilə iddia qaldırmaq, subyektiv hüquq olaraq mənzilin mülkiyyətçisinə aid olduğundan, mənzili əldə etmiş yeni mülkiyyətçisi tərəfindən qeyd olunan iddia tələbi ilə məhkəməyə müraciət oluna bilər. «İpoteka haqqında» Azərbaycan Respublikasının Qanununun 59.3 və 59.3.1 maddələrinə əsasən ipoteka qoyulmuş yaşayış evinə və ya mənzilə tutma yönəldildikdə və ya o, satıldıqda ipoteka qoyan və onunla birlikdə yaşayan ailə üzvləri və digər şəxslər tutduqları yaşayış sahəsini ən geci bir ay ərzində tərk etməlidirlər bu şərtlə ki, yaşayış evi və ya mənzil ipoteka müqaviləsi üzrə kreditin qaytarılması üçün ipotekaya qoyulmuş olsun. Qeyd olunanlara əsasən məhkəmə hesab edir ki, ipoteka predmeti olan ünvan 1 ünvanında yerləşən 23 nömrəli fərdi yaşayış evi və 0.025 ha torpaq sahəsinə tutma yönəldikdən və satıldıqdan ən geci 1 (bir) ay ərzində Cavabdeh fərdi yaşayış evini könüllü surətdə tərk etmədikdə həmin mənzildən çıxarılmalı və mənzil boşaldılmalıdır. Beləliklə məhkəmə iş üzrə təqdim edilmiş sübutları məcmu halında qiymətləndirərək hesab edir ki, iddia qismən təmin edilərək, Cavabdeh 12692,40 (on iki min altı yüz doxsan iki ABŞ dolları qırx sent) ABŞ dolları əsas borc, 7139,60 (yeddi min yüz otuz doqquz ABŞ dolları altmış sent) ABŞ dolları faiz borcu olmaqla, 500 (beş yüz) ABŞ dolları cərimə, kredit müqaviləsi üzrə 27.08.2018-ci il tarixdən 24.09.2020-ci il tarixədək gecikdirilmiş vaxt üçün illik 5 faizlə hesablanmış 1318,25 (bir min üç yüz on səkkiz ABŞ dolları iyirmi beş sent) ABŞ dolları, cəmi 21650,25 (iyirmi bir min altı yüz əlli ABŞ dolları iyirmi beş sent) ABŞ dolları məbləğində borc, ipoteka predmetinə tutma haqqında bildirişin dövlət qeydiyyatına alınması üçün ödənilmiş 10 (on) manat, 20 (iyirmi) manat xidmət haqqı, 30 (otuz) manat dövlət rüsumu tutularaq, iddiaçı olan İddiaçı Açıq Səhmdar Cəmiyyətinin xeyrinə tutulmalı, iddia tələbi Cavabdeh mülkiyyətində ünvan 1 ünvanında yerləşən 23 saylı fərdi yaşayış evi və 0.025 ha torpaq sahəsinə yönəldilərək, açıq hərracda satılmalı, ünvan 1 ünvanında yerləşən 23 saylı fərdi yaşayış evi və 0.025 ha torpaq sahəsinin ilkin satış qiyməti 75000 (yetmiş beş min) manat müəyyən edilməklə, onun satışından əldə olunmuş məbləğ kredit məbləğinin ödənilməsinə yönəldilməli, iddiaçının tələbi ödənildikdən sonra ünvan 1 ünvanında yerləşən 23 saylı fərdi yaşayış evi və 0.025 ha torpaq sahəsinin satışından əldə olunan vəsaitin artıq qalan hissəsi Cavabdeh verilməli, ünvan 1 ünvanında yerləşən 23 saylı fərdi yaşayış evi və 0.025 ha torpaq sahəsinin satışından əldə olunan vəsait borcun ödənilməsinə kifayət etmədikdə qalan məbləğ ümumi qaydada Cavabdeh iddiaçının xeyrinə tutulmalı, məhkəmə-mühasibatlıq ekspertizasının tədqiqatının dəyəri olaraq 50 (əlli) manat məbləğində pul vəsaiti Cavabdeh tutularaq Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin hesabına ödənilməli, ünvan 1 ünvanında yerləşən 23 saylı fərdi yaşayış evi və 0.025 ha torpaq sahəsi açıq hərracda satıldıqdan sonra Cavabdeh həmin fərdi yaşayış evindən çıxarılmalı və həmin ev və torpaq sahəsi boşaldılmalıdır. Azərbaycan Respublikası MPM-in 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Həmin Məcəllənin 88-ci maddəsinə əsasən məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Mülki Prosessual Məcəlləsinin 217.4-cü maddəsinə əsasən məhkəmə öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Bundan əlavə Azərbaycan Respublikası MPM-in 218.3-cü maddəsinə əsasən hakim işdə iştirak edən şəxslərin verdiyi tələblər üzrə qətnamə çıxarır. Şərh olunanlara əsaslanaraq və Azərbaycan Respublikası MPM-nin 216-220-ci maddələrini rəhbər tutaraq, məhkəmə Q Ə T E T D İ: İddia ərizəsi qismən təmin edilsin. Cavabdeh 12692,40 (on iki min altı yüz doxsan iki ABŞ dolları qırx sent) ABŞ dolları əsas borc, 7139,60 (yeddi min yüz otuz doqquz ABŞ dolları altmış sent) ABŞ dolları faiz borcu olmaqla, 500 (beş yüz) ABŞ dolları cərimə, kredit müqaviləsi üzrə 27.08.2018-ci il tarixdən 24.09.2020-ci il tarixədək gecikdirilmiş vaxt üçün illik 5 faizlə hesablanmış 1318,25 (bir min üç yüz on səkkiz ABŞ dolları iyirmi beş sent) ABŞ dolları, cəmi 21650,25 (iyirmi bir min altı yüz əlli ABŞ dolları iyirmi beş sent) ABŞ dolları məbləğində borc, ipoteka predmetinə tutma haqqında bildirişin dövlət qeydiyyatına alınması üçün ödənilmiş 10 (on) manat, 20 (iyirmi) manat xidmət haqqı, 30 (otuz) manat dövlət rüsumu tutularaq, iddiaçı olan İddiaçı Açıq Səhmdar Cəmiyyətinin xeyrinə tutulsun. İddia tələbi Cavabdeh mülkiyyətində ünvan 1 ünvanında yerləşən 23 saylı fərdi yaşayış evi və 0.025 ha torpaq sahəsinə yönəldilərək, açıq hərracda satılsın. ünvan 1 ünvanında yerləşən 23 saylı fərdi yaşayış evi və 0.025 ha torpaq sahəsinin ilkin satış qiyməti 75000 (yetmiş beş min) manat müəyyən edilməklə, onun satışından əldə olunmuş məbləğ kredit məbləğinin ödənilməsinə yönəldilsin. İddiaçının tələbi ödənildikdən sonra ünvan 1 ünvanında yerləşən 23 saylı fərdi yaşayış evi və 0.025 ha torpaq sahəsinin satışından əldə olunan vəsaitin artıq qalan hissəsi Cavabdeh verilsin. ünvan 1 ünvanında yerləşən 23 saylı fərdi yaşayış evi və 0.025 ha torpaq sahəsinin satışından əldə olunan vəsait borcun ödənilməsinə kifayət etmədikdə qalan məbləğ ümumi qaydada Cavabdeh iddiaçının xeyrinə tutulsun. Məhkəmə-mühasibatlıq ekspertizasının tədqiqatının dəyəri olaraq 50 (əlli) manat məbləğində pul vəsaiti Cavabdeh tutularaq Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin hesabına ödənilsin. ünvan 1 ünvanında yerləşən 23 saylı fərdi yaşayış evi və 0.025 ha torpaq sahəsi açıq hərracda satıldıqdan sonra Cavabdeh həmin mənzildən çıxarılsın və həmin mənzil və torpaq sahəsi boşaldılsın. İddia ərizəsi qalan hissədə təmin edilməsin. Qətnamədən tərəflərə rəsmi qaydada verildikdən sonra 1 (bir) ay müddətində Bakı Şəhəri Yasamal Rayon Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Hakim Orxan Məmmədli
Məhkəmə qərarları › İş №2(004)-804/2021
Bakı Şəhəri Yasamal Rayon Məhkəməsi Qətnamə — İş №2(004)-804/2021
12.07.2021 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Kredit müqaviləsi üzrə mübahisələr - İpoteka müqaviləsi üzrə mübahisələr - İpoteka borcunun ödənilməsinin əmlaka yönəldilməsinə dair mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver