Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(004)-805/2021 09.02.2021 BAKI ŞƏHƏRİ YASAMAL RAYON MƏHKƏMƏSİ Hakim Məmmədov Ayaz Süleyman oğlunun sədrliyi, X8 qızının katibliyi, Ərizəçi iştirakı ilə, Ərizəçi Maraqlı şəxsnə qarşı “hüquqi əhəmiyyəti olan faktın müəyyən edilməsinə dair” mülki işə Bakı şəhər Yasamal Rayon Məhkəmə binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə M Ü Ə Y Y Ə N E T D İ: Ərizəçi Maraqlı şəxsnə qarşı “hüquqi əhəmiyyəti olan faktın müəyyən edilməsinə dair” ərizə ilə məhkəməyə müraciət edərək, onun xx xxxx 1981-ci ildə vəfat etmiş X7 nəvəsi olması faktının müəyyən edilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Məhkəmə iclasında iştirak edən Ərizəçi ərizəni müdafiə edərək, məhkəməyə verdiyi izahatında göstərdi ki, o, X7 vərəsəsidir. X4 xx.xx.1981-ci ildə vəfat etmişdir. X3 xx.xx.1999-cu ildə vəfat etmişdir. Bu barədə Yasamal rayonu Qeydiyyat şöbəsində xx.xx.2011-ci ildə ölüm haqqında şəhadətnamə verilmişdir. xx.xx.1970-ci ildə Bakı şəhəri Oktyabr rayon VVAQ tərəfindən verilmiş A3 №1941013 nömrəli doğum haqqında şəhadətnaməsinin surətindən də məlum olur ki, o X5 qızıdır. Atasının doğum haqqında şəhadətnaməsi itirilmişdir. X4 ilə aralarında qohumluq münasibətlərinin müəyyən edilməsi barədə sənəd alınması qeyri-mümkündür. Belə ki, bununla bağlı xx.xx.2020-ci il tarixdə Bakı şəhəri 5 saylı “Asan Xidmət” Mərkəzinə müraciət etmiş, “Azərbaycan Respublikası Ədliyyə Nazirliyi yanında notariat və vətəndaşlıq vəziyyəti aktları idarəsi” arxiv fondunda mühafizə edilən sənədlər arasında atasının doğum haqqında şəhadətnaməsinin tapılmaması haqqında xx.xx.2020-ci il №DA-002211-2020 nömrəsi üzrə məktub verilmişdir. X11 ünvan 1 ünvanında yerləşən mənzilin mülkiyyətçisi olmuşdur. Hal-hazırda özü həmin evdə yaşayır. Gələcəkdə vərəsəlik isinin aparılması üçün xx.xx.1981-ci ildə vəfat etmiş X7 nəvəsi olması faktının müəyyən olunması zəruridir. Odur ki, ərizəçi məhkəmədən ərizənin təmin edilməsini xahiş etdi. Maraqlı şəxs məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada məlumatlandırılsa da, məhkəmə iclasında nümayəndəsinin iştirakını təmin etməmişdir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 185.5-ci maddəsinə əsasən məhkəmə maraqlı şəxsin nümayəndəsinin iştirakı olmadan işə baxılmasını mümkün hesab edir. Məhkəmə ərizəçinin izahatını dinləyib, iş materiallarını araşdırıb və sübutlara məcmu halda hüquqi qiymət verərək hesab edir ki, ərizə təmin edilməlidir. Belə ki, iş materiallarına əlavə edilmiş: AZ seriyalı, ******* saylı Doğum haqqında şəhadətnamənin surətindən görünür ki, Ərizəçi xx.xx.1969-cu il tarixdə Bakı şəhərində anadan olmuşdur. X3, anası isə X1r. Bakı şəhəri Oktyabr rayon VVAQ tərəfindən verilmiş ölüm haqqında şəhadətnamənin surətindən görünür ki, X11 xx.xx.1981-ci il tarixdə ölmüşdür. Bakı şəhəri Maraqlı şəxs tərəfindən verilmiş ölüm haqqında şəhadətnamənin təsdiq olunmuş surətindən görünür ki, X9 xx.xx.1999-cu il tarixdə vəfat etmişdir. AR Milli Arxiv İdarəsi tərəfindən verilmiş ərizəyə cavab məktubundan görünür ki, «Azərbaycan Respublikası Ədliyyə Nazirliyi yanında notariat və vətəndaşlıq vəziyyəti aktları idarəsi” arxiv fondunda mühafizə edilən sənədlərində 1942-ci ə dair Bakı şəhəri Oktyabr (Yasamal) və Caparidze (Nəsimi) rayonları üzrə doğum haqqında qeydiyyat kitablarında X2 təvəllüdü haqqında heç bir məlumat yoxdur. Azərbaycan Respublikası MPM-in 307.1-ci maddəsinə əsasən məhkəmə fiziki və hüquqi şəxslərin şəxsi və ya əmlak hüquqlarının əmələ gəlməsi, dəyişməsi, xitam verilməsinin asılı olduğu faktları müəyyən edir. Azərbaycan Respublikası MPM-in 307.2.1-ci maddəsinə əsasən məhkəmə şəxslərin qohumluq münasibətlərinin müəyyən edilməsi barədə işlərə baxır. Həmin Məcəllənin 307.2.3-cü maddəsinə əsasən məhkəmə hüquqi əhəmiyyəti olan doğumun, övladlığa götürmənin, nikahın, boşanmanın, ölümün qeyd edilmə faktının müəyyən edilməsi barədə işlərə baxır. Sözügedən Məcəllənin 308-ci maddəsinin tələbinə görə məhkəmə hüquqi əhəmiyyəti olan faktları o zaman müəyyən edə bilər ki, ərizəçi həmin faktları təsdiq edən lazımi sənədləri başqa qaydada ala bilməsin, yaxud itirilmiş sənədlərin bərpası mümkün olmasın. Azərbaycan Respublikası MPM-nin 77.1-ci maddəsinin tələbinə görə, hər bir tərəf öz tələb və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. MPM-nin 14.2-ci maddəsinin tələbinə görə, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 217.4-cü maddəsinin tələbinə görə, məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Beləliklə, məhkəmə araşdırılması zamanı müəyyən edilmişdir ki, Ərizəçi X3 xx.xx.1981-ci ildə vəfat etmiş X7 doğma oğlu olmuşdur.Odur ki, ərizəçi haqlı olaraq, mərhum Məlik Əliyevin onun babası olduğunu iddia edir. Arxiv fondunda mühafizə edilən sənədlərində X7 təvəllüdü haqqında heç bir məlumat olmadığından ərizəçi əsaslı olaraq, məhkəməyə müraciət etmiş və bu fakt məhkəmə araşdırılması zamanı öz əksini tapmışdır. Belə olduğu halda, məhkəmə hesab edir ki, ərizə təmin edilməlidir. Məhkəmə iş üzrə sübutlara Mülki Prosessual Məcəllənin 88-ci maddəsinin tələblərinə uyğun olaraq obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət vermiş, iddia ərizəsində qoyulmuş tələblər üzrə nəticəyə gələrkən isə Mülki Prosessual Məcəllənin 217.4-cü maddəsində təsbit edilmiş bilavasitəlilik prinsipinə uyğun olaraq yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlara əsaslanmışdır. Yuxarıdakılara əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220, 227, 358, 360 və 362-ci maddələrini rəhbər tutaraq, məhkəmə Q Ə T E T D İ: Ərizə təmin edilsin. Ərizəçi xx xxxx 1981-ci ildə vəfat etmiş X7 nəvəsi olması faktı müəyyən olunsun. Qətnamədən rəsmi qaydada verildiyi gündən bir ay müddətində Yasamal rayon Məhkəməsi vasitəsilə Bakı Apelyasiya Məhkəməsinə apelyasiya şikayəti verilə bilər. Sədrlik edən:Ayaz Məmmədov
Məhkəmə qərarları › İş №2(004)-805/2021
Bakı Şəhəri Yasamal Rayon Məhkəməsi Qətnamə — İş №2(004)-805/2021
09.02.2021 · Hüquqi əhəmiyyəti olan faktların müəyyən edilməsi haqqında - Şəxslərin qohumluq münasibətlərinin müəyyən olunması faktı
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver