Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(004)-807/2025 28.01.2025 BAKI ŞƏHƏRİ YASAMAL RAYON MƏHKƏMƏSİ Hakim Sultanova-Məmmədova Ayşən Ramiz qızının sədrliyi, Həsənova Aysel Zaur qızının katibliyi, Cavabdeh3 nümayəndəsi Nümayəndə2 iştirakı ilə, İddiaçı cavabdehlər "xxxx" MMC-ya, Cavabdeh2 və Cavabdeh3 qarşı “müqavilənin bağlanmış hesab edilməsi, sahiblik və istifadə hüququnun müdafiəsi” tələbinə dair mülki işə açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: İddiaçı cavabdehlər "xxxx" MMC-ya, Cavabdeh2 və Cavabdeh3 qarşı “müqavilənin bağlanmış hesab edilməsi, sahiblik və istifadə hüququnun müdafiəsi” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, iddianı təmin edərək, ünvan 1 ünvanında inşa edilmiş çoxmənzilli yaşayış binasının 1-ci mərtəbəsində 124 kv.m qeyri-yaşayış sahəsinin (mağaza) xx.xx.2013-cü il tarixli alqı-satqı müqaviləsinin bağlanmış hesab edilməsi, həmin sahəyə sahiblik və istifadəyə qarşı pozuntulara cavabdehlər tərəfindən son qoyulması barədə qətnamə çıxarılmasını məhkəmədən xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, cavabdehlərdən "xxxx" MMC ilə aralarında bağlanmış xx.xx.2013 il tarixli müqavilə əsasında ünvan 2 ünvanında yaşayış binasının 1-ci mərtəbəsində ümumi sahəsi 124 kv.m olan qeyri-yaşayış sahəsini 372000 manat ödəməklə almışdır. Həmin qeyri-yaşayış sahəsində 100.000 (yüz min) manat məbləğində şəxsi vəsaitiylə təmir etmiş, hal-hazırda icarəyə vermişdir. Bakı Ağır Cinayətlər Məhləməsinin 1- (101 )-598/2019 saylı, xx.xx.2019-cu il tarixli hökmü ilə "xxxx" MMC-nin direktoru vəzifəsində işləmiş E.Məmmədov, əsas təsisçilərdən olan A.Qədirov barədə ikili və təkrar satışların aparılması ilə bağlı hərəkətləri qanunsuz və cinayət hesab edilərək azadlıqdan məhrum etmə cəzası verilmişdir, hazırda cəzaçəkmə müəssisəsində cəza çəkirlər. Bakı Ağır Cinayətlər Məhkəməsini hökmü ilə həmin işdə o zərərçəkmiş kimi tanınmış və ona dəymiş maddi ziyanın, alqı-satqı ilə aldığı qeyri-yaşayış sahəsinin onda olması əsası ilə, tam ödənilməsi nəzərə alınmışdır. Yasamal Rayon Məhkəməsinin xx.xx.2021-ci ıl tarixli, 2(004)-678/2021 saylı qətnaməsilə cavabdeh ‘MEQA-SİTİ HOLDİNQ” MMC-nin lahiyə üzrə ümumi sahəsi 124 kvadratdan ibarət olan həmin qeyri-yaşayış sahəsinin İddiaçı təhvil verilməsi öhdəliyi üzrə həmin qeyri-yaşayış sahəsi sahibliyimdə olmaqla bərabər ona təhviltəslim aktı üzrə təhvil verilmişdir. 2021 -ci ildə ona məlum olmuşdur ki, "xxxx" MMC tərəfindən ünvan 3 ünvanında inşa edilmiş binanın 1 -ci mərtəbəsində Cavabdeh2 ümumi sahəsi 126 kvadrat metr olan qeyri-yaşayış sahəsinin alqı-satqısı barədə xx.xx.2014-cü ıl tarixdə alqı-satqı müqaviləsi bağlanmışdır. Onu da bildirir ki, 1 saylı Bakı İnzibati İqtisad Məhkəməsinin 2-1 (81)-6105/2017 saylı iş üzrə xx.xx.2017-ci il tarixli qərarı ilə cavabdehlərdən Cavabdeh2 bu daşınmaz əmlakın hüquqi qeydyyata alınması barədə qərar çıxarılmış və həmin qərar icra olunmuşdur. Onuda bildirir ki, Cavabdeh2 xx.xx.2019-cu il tarixdə mübahisələndirilən əmlakı dayısı Cavabdeh3 adına rəsmiləşdirmişdir. Hazıda göstərilən mübahisə üzrə Bakı Apelliyasiya Məhkəməsinə apelliyasiya şikayəti verilmişdir. Belə ki, həmin Bakı Şəhər İnzibati Məhkəməsində və Bakı Apelliyasiya Məhkəməsində mübahisələndirilən işdə "xxxx" ASC-də iştirakçıdır. Cavabdeh "xxxx" MMC tərəfindən dəyəri ödənilməklə sahiblik və istifadəsinə təhvil verilmiş hazırda icarəyə verdiyi, təmirdən sonra sahəsi 114 kvadrat metr olan mübahisələndirilən qeyri-yaşayış sahəsi ona təhvil veriləndə sahənin yerləşdiyi yer təsdiq edilmiş cizgi planla eynilik təşkil etmiş onda uyğun olaraq həmin cizgi planda təyin edilmiş sahənin öz maliyyə xərciylə təmir edərək istifadə edir. Cavabdehə göndərilmiş sorğusuna cavab məktubunda onun ilkin alıcı olduğu eyni zamanda fəaliyyət göstərdiyi sahənin verdikləri cizgi planla eynilik təşkil etdiyi göstərilir həmin sahədə və yerdə cavabdehlərdən Cavabdeh2 bu sahənin verilmədiyi satılmadığı, o cümlədən, cizgi planda verilmədiyi müəyyən edilir. Odur ki, cavabdehlərdən Cavabdeh2 xx.xx.2014-cü ildə satılmış, onun tərəfindən sonradan Cavabdeh3 bağışlanmış sahənin onun "xxxx" MMC-dən aldığı cizgi planda göstərilmiş sahəyə heç bir aiddiyatı olmadığı halda həmin yerə cavabdehlərin həmin yerə iddia etməsini əsassız sayır. Cavabdehlərdən "xxxx" MMC-nin cavab məktubunda Cavabdeh2 sonradan əldə etdiyi xx.xx.2014-cü il tarixli alqı-satqı müqaviləsi üzrə cizgi planı verilmədyi və həmin yerin İddiaçı alqı-satqı edilmiş, hazırda istifadəmdə olan sahə ilə eynilik təşkil etmədiyi bildrilir. Belə ki, cavabdehlərdən ‘MEQA-SİTİ HOLDİNQ” MMC ilə bağlanmış xx.xx.2013-cü il tarixli qüvvədə olan alqı-satqı müqaviləsi, 372000 manatın alqı-satqı məbləğini təsdiq edən maliyyə arayışı sahənin MMC tərəfindən verilmiş cizgi planın məhz həmin sahənin təhvil-təslim verilməsi haqqında yazılı arayış həmin qeyri-yaşayış sahəsində maliyyə riskiylə əsaslı təmir apardığını təsdiq edən fakt Bakı Ağır Cinayətlər Məhkəməsinin zərərçəkmış statusunda tanınmağı və qeyri-yaşayış sahəsinin ona təhvil verilməsi ilə bağlı dəymiş ziyanın ödənilməsi faktı həmin qeyri-yaşayış sahəsinin təmir edilməsi hazırda icarəyə verməyi ilə bağlı xüsusatlar iddia tələbinin əsaslı olduğunu təsdiq edən hüquq əhəmiyyətli faktdır. Belə ki, mübahisələndirilən qeyr-yaşayış sahəsi Yasamal rayonu ərazisində yerləşir həmçinin alqı-satqı müqaviləsinin icra yeri Yasamal rayonunda yerləşən çoxmənzilli yaşayış binasının 1-ci mərtbəsində olan qeyriyaşayış sahəsinə aiddir. Belə ki, işə əlavə etdiyi alqı-satqı müqaviləsi, sahənin cizgi planı,maliyyə arayışı və digər sənədlərlədə ilkin alıcı olmağı, həmçinin həmin qeyri-yaşayış sahəsi edilərkən 3-cü şəxslər azad və boş koordinatları cizgi planla üst-üstə düşən hazırda sahibliyində olan qeyri-yaşayış olduğu təsdiq edilir. Belə ki, ona bu qeyri-yaşayış sahəsinin xx.xx.2013-cü il tarixli alqı-satqısından sonraki tarixdə yəni Cavabdeh2 xx.xx.2014 tarixdə onun yeriylə eynilik təşkil etməyən ilkin cizgi planı olmayan sahənin koordinatları mühəndis texniki ekspertiza təyin etməklədə yəni ekspertiza rəyi ilədə müəyyənləşdirilə bilər. Cavabdehlərdən əsas mülkiyyətçi "xxxx" MMC tərəfindən verilən yazılı cavabda da ilkin alıcı olmağı bildirilir. Məhkəmə iclasında cavabdehin nümayəndəsi Nümayəndə2 iddia tələbini qəbul etməyərək, onun rədd olunmasını məhkəmədən xahiş etmişdir. İddiaçıya və digər cavabdehlərə məhkəmə iclasının vaxtı və yeri barəsində lazımi qaydada məlumat verilməsinə baxmayaraq onlar məhkəmə iclasına gəlməmiş, gəlməmələrinin səbəbləri barədə məhkəməyə məlumat verməmişdir. Məhkəmə Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 185.5-ci maddəsinə əsasən onların iştirakı olmadan məhkəmə iclasının keçirilməsini mümkün hesab etmişdir. Məhkəmə cavabdehin nümayəndəsinin izahatını dinləyib, iş materiallarını araşdıraraq hesab edir ki, iddia ərizəsi rədd edilməlidir. Belə ki, iş materiallarında olan: "xxxx" (satıcı) ilə Cavabdeh2 (alıcı) arasında bağlanmış xx.xx.2014-cü il tarixli alqısatqı müqaviləsinə əsasən Bakı şəhəri, Yeni Yasamal yaşayış massivi ünvanında inşa edilən 1 saylı yaşayış binasının 1 mərətbəsində ümumi sahəsi 126 kv.m ibarət olan qeyriyaşayış sahəsi mağaza alıcının mülkiyyətinə verilir. Alıcı yuxarıda göstərilən yaşayış binasının ümumi sahəsi 126 kv.m-dən ibarət olan, qeyri-yaşayış sahəsinin hər kvadrat metri üçün 1.500 manat AR Milli Bankının kursuna ekvivalent olaraq manatla ödəməyi öz öhdəsinə götürür. "xxxx" tərəfindən verilmiş xx.xx.2014-cü il tarixli maliyyə arayışından görünür ki, Pənahov X2 rayonu, Talıblı küçəsində inşa edilən 1 saylı yaşayış binasının 1 mərtəbəsində ümumi 126 kv.m. ibarət olan qeyri-yaşayış sahəsinin dəyərini tam ödəyib və şirkətə borcu yoxdur. "xxxx" (satıcı)ilə İddiaçı (alıcı) arasında bağlanmış xx.xx.2013-cü il tarixli müqavilədən görünür ki, Bakı şəhəri, Yeni Yasamal yaşayış massivi ünvanında inşa edilən 1 saylı yaşayış binasının ümumi sahəsi 124 kv.m ibarət olan qeyri-yaşayış sahəsi mağaza alıcının mülkiyyətinə verilir. Alıcı yuxarıda göstərilən yaşayış binasının ümumi sahəsi 124 kv.m-dən ibarət olan, qeyri-yaşayış sahəsinin hər kvadrat metri üçün 3.000 manat AR Milli Bankının kursuna ekvivalent olaraq manatla ödəməyi öz öhdəsinə götürür. "xxxx" tərəfindən verilmiş 207 nömrəli, xx.xx.2014-cü il tarixli maliyyə arayışından görünür ki, Yasamal rayonu Talıblı küçəsində inşa edilən 1 saylı yaşayış binasında yerləşən ümumi sahəsi 124 kv.m. ibarət olan qeyri-yaşayış sahəsinin dəyərini tam ödəyib və şirkətə borcu yoxdur. Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin 2(004)-678/2021 saylı, xx.xx.2021-ci il tarixli qətnaməsinə əsasən İddiaçı cavabdeh "xxxx" MMC-yə qarşı “qeyri-yaşayış sahəsinə sahiblik hüququnun tanınması, maneələrin aradan qaldırılması və qeyri-yaşayış sahəsinin təhvil verilməsi” tələbi təmin edilmiş, İddiaçı Bakı şəhəri, Yasamal rayonu, Yeni Yasamal yaşayış massivi, Talıblı küçəsində Cavabdeh1 MMC-nin inşa etdiyi 1 saylı yaşayış binasının 1 mərtəbəsində ümumi sahəsi 124 kv.m. ibarət olan qeyri-yaşayış sahəsinə sahibik və istifadə hüququ tanınması, Bakı şəhəri, Yasamal rayonu, Yeni Yasamal yaşayış massivində yerləşən 1 saylı b inanın 1-ci mərtəbəsində ümumi sahəsi 124 kv.m.-dən ibarət olan qeyriyaşayış sahəsinin (mağazanın) maneələrin aradan qaldırılaraq, İddiaçı təhvil verilməsi öhdəliyi cavabdeh "xxxx" MMC-nə həvalə edilməsi qət edilmişdir. Azərbaycan Respublikasının Ali Məhkəməsinin Mülki Kollegiyasının 2(102)- 4563/2022 saylı, xx.xx.2022-ci il tarixli qərarından görünür ki, İddiaçı kassasiya şikayətinin təmin edilməməsi və Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının 2(103)- 7222/2021 saylı, xx.xx.2021-ci il tarixli qətnaməsinin dəyişdirilmədən saxlanılması qərara alınmışdır. Həmin qərardan görünür ki, Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının 2(103)-7222/2021 saylı, xx.xx.2021-ci il tarixli qətnaməsi ilə apellyasiya şikayətinin təmin edilməsi; birinci instansiya məhkəməsinin qətnaməsinin ləğv edilərək, yeni qərar qəbul edilməsi; İddiaçı cavabdeh "Meqa-Siti Holding” Məhdud Məsuliyyətli Cəmiyyətinə qarşı "cavabdehlə aralarında bağlanmış xx.xx.2013-cü il tarixli alqı-satqı müqaviləsi əsasında mülkiyyətinə verilmiş, Bakı şəhəri, Yasamal rayonu, Yeni Yasamal yaşayış massivi, Talıblı küçəsində cavabdehin inşa etdiyi 1 saylı binanın 1-ci mərtəbəsində ümumi sahəsi 124 kv.mdən ibarət olan qeyri-yaşayış sahəsinə sahiblik və istifadə hüququnun tanınması və həmin “qeyri-yaşayış sahəsinə (mağazanın) olan maneələrin aradan qaldırılaraq ona təhvil verilməsi öhdəliyinin cavabdehə həvalə edilməsi” tələbinə dair iddiası təmin edilməmişdir. AR ƏMDK yanında DƏDRX Hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrindən çıxarışa əsasən ünvan 4 ünvanında yerləşən qeyri-yaşayış sahəsi xx.xx.2019-cu il tarixli qeydiyyatla Cavabdeh3 xüsusi mülkiyyətindədir. Bakı Kommersiya Məhkəməsinin 2-2(113)-3577/2021 saylı, xx.xx.2021-ci il tarixli qətnaməsinə əsasən iddiaçı X1 cavabdehlər "xxxx" MMC-yə qarşı “21 yanvar 2010-cu il tarixli alqı-satqı müqaviləsinin və nəticələrinin etibarsız sayılması” tələbinin rədd edilməsi qət edilmişdir. Bakı İnzibati Məhkəməsinin 2-1(112)-264/2024 saylı, xx.xx.2024-cü il tarixli qərarından görünür ki, "xxxx" MMC tərəfindən ünvan 5 ünvanında inşa edilmiş yaşayış binasının 1-ci mərtəbəsində yerləşən 126 kv.m. ibarət qeyri-yaşayış sahəsi üzərində iddiaçı Cavabdeh2 xüsusi mülkiyyət hüquqlarının Daşınmaz Əmlakın Dövlət Reyestrində ilkin hüquqi qeydiyyata alınaraq, bu barədə daşınmaz əmlakın dövlət reyestrindən çıxarışın verilməsi öhdəliyi cavabdeh AR İqtisadiyyat Nazirliyi yanında ƏMDX DƏDK və RPHŞ 1 saylı Bakı Ərazi İdarəsinin üzərinə qoyulması qərara alınmışdır. AR Ali Məhkəməsinin Mülki Kollegiyasının 2(102)-2123/2024 saylı, xx.xx.2024-cü il tarixli qərarından görünür ki, Bakı şəhəri Xəzər Rayon Məhkəməsinin 2(003)-137/2022 saylı işi üzrə 29 sentyabr 2022-ci il tarixli qətnaməsi ilə iddia tələbi təmin edilmiş, cavabdeh "Meqasiti Holdinq MMC”-nin ünvan 6 ünvanında (yeni ad Əsəd Əhmədov küçəsi) 1 saylı yaşayış binasının 1-ci mərtəbəsində, ümumi sahəsi 126 kv.m qeyri-yaşayış sahəsinə dair Cavabdeh2 arasında bağlanmış xx.xx.2014-cü il tarixli alqı-satqı müqaviləsi və xx.xx.2014cü il tarixli maliyyə arayışının etibarsız sayılması qət edilmişdir. Bakı Apellyasiya Məhkəməsinin Mülki kollegiyasının 2(103)-178/2024 nömrəli iş üzrə 15 yanvar 2024-cü il tarixli qətnaməsi ilə cavabdehlərin apelyasiya şikayəti təmin edilmiş, birinci instansiya məhkəməsinin qətnaməsinin ləğv edilməsi, iş üzrə yeni qətnamə qəbul edilərək iddianın rədd edilməsi qət edilmişdir. Nəticə etibarilə, kassasiya şikayəti təmin edilməməsi və Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının 2(103)-178/2024 saylı, xx.xx.2024-cü il tarixli qətnaməsinin dəyişdirilmədən saxlanılması qərara alınmışdır. Azərbaycan Respublikası Mülki Məcəlləsinin: 139.1-ci maddəsinə əsasən mülkiyyət hüququ və daşınmaz əmlaka digər hüquqlar, bu hüquqların məhdudlaşdırılması, əmələ gəlməsi, başqasına keçməsi və xitamı dövlət qeydiyyatına alınmalıdır. Mülkiyyət hüququ, istifadə hüququ, ipoteka, servitutlar, habelə daşınmaz əmlaka digər hüquqlar bu Məcəllədə və qanunvericilikdə nəzərdə tutulan hallarda qeydə alınmalıdır. 152.1-ci maddəsinə əsasən mülkiyyət hüququ - subyektin ona mənsub əmlaka (əşyaya) öz istədiyi kimi sahib olmaq, ondan istifadə etmək və ona dair sərəncam vermək üzrə dövlət tərəfindən tanınan və qorunan hüququdur. 157.2-ci maddəsinə əsasən mülkiyyətçi özgəsinin qanunsuz sahibliyindən öz əmlakını geri tələb edə bilər. 324.1-ci maddəsinə əsasən əqd mülki hüquq münasibətinin əmələ gəlməsinə, dəyişdirilməsinə və ya xitamına yönəldilmiş birtərəfli, ikitərəfli və ya çoxtərəfli iradə ifadəsidir. Beləliklə, məhkəmə tərəfindən müəyyən edilmişdir ki, "xxxx" (satıcı) ilə Cavabdeh2 (alıcı) arasında bağlanmış xx.xx.2014-cü il tarixli müqaviləyə görə Bakı şəhəri, Yeni Yasamal yaşayış massivi ünvanında inşa edilən 1 saylı yaşayış binasının ümumi sahəsi 126 kv.m ibarət olan qeyri-yaşayış sahəsi alıcının mülkiyyətinə verilmişdir. Daha sonra Cavabdeh2 də bağışlama müqaviləsi əsasında həmin əmlakı Cavabdeh3 bağışlamışdır. İş materiallarından göründüyü kimi, ünvan 7 ünvanında yerləşən 114.4 kv.m ümumi sahəsi olan qeyri-yaşayış sahəsi Cavabdeh3 xüsusi mülkiyyətindədir. Bakı Ağır Cinayətlər Məhkəməsinin 1(101)-598/2019 saylı işi üzrə 22 oktyabr 2019cu il tarixli hökmü ilə İddiaçı zərərçəkmiş şəxs kimi tanınmış və ona dəymiş maddi ziyanın tam ödənilməsinin nəzərə alınması qeyd edilmişdir. Azərbaycan Respublikasının Ali Məhkəməsinin Mülki Kollegiyasının 2(102)- 4563/2022 saylı, xx.xx.2022-ci il tarixli qərarından göründüyü kimi, İddiaçı kassasiya şikayətinin təmin edilməməsi və Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının 2(103)-7222/2021 saylı, xx.xx.2021-ci il tarixli qətnaməsinin dəyişdirilmədən saxlanılması qərara alınmışdır. Həmin qərarda qeyd edilir ki, “ Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının 2(103)-7222/2021 saylı, xx.xx.2021-ci il tarixli qətnaməsi ilə apellyasiya şikayətinin təmin edilməsi; birinci instansiya məhkəməsinin qətnaməsinin ləğv edilərək, yeni qərar qəbul edilməsi; İddiaçı cavabdeh "Meqa-Siti Holding” Məhdud Məsuliyyətli Cəmiyyətinə qarşı "cavabdehlə aralarında bağlanmış xx.xx.2013-cü il tarixli alqı-satqı müqaviləsi əsasında mülkiyyətinə verilmiş, Bakı şəhəri, Yasamal rayonu, Yeni Yasamal yaşayış massivi, Talıblı küçəsində cavabdehin inşa etdiyi 1 saylı binanın 1-ci mərtəbəsində ümumi sahəsi 124 kv.m-dən ibarət olan qeyri-yaşayış sahəsinə sahiblik və istifadə hüququnun tanınması və həmin “qeyri-yaşayış sahəsinə (mağazanın) olan maneələrin aradan qaldırılaraq ona təhvil verilməsi öhdəliyinin cavabdehə həvalə edilməsi” tələbinə dair iddiası təmin edilməmişdir.” AR Ali Məhkəməsinin Mülki Kollegiyasının 2(102)-2123/2024 saylı, xx.xx.2024-cü il tarixli qərarından göründüyü kimi, Bakı şəhəri Xəzər Rayon Məhkəməsinin 2(003)-137/2022 saylı işi üzrə 29 sentyabr 2022-ci il tarixli qətnaməsi ilə iddia tələbi təmin edilmiş, cavabdeh "Meqasiti Holdinq MMC”-nin ünvan 6 ünvanında (yeni ad Əsəd Əhmədov küçəsi) 1 saylı yaşayış binasının 1-ci mərtəbəsində, ümumi sahəsi 126 kv.m qeyri-yaşayış sahəsinə dair Cavabdeh2 arasında bağlanmış xx.xx.2014-cü il tarixli alqı-satqı müqaviləsi və xx.xx.2014cü il tarixli maliyyə arayışının etibarsız sayılması qət edilmişdir. Bakı Apellyasiya Məhkəməsinin Mülki kollegiyasının 2(103)-178/2024 nömrəli iş üzrə 15 yanvar 2024-cü il tarixli qətnaməsi ilə cavabdehlərin apelyasiya şikayəti təmin edilmiş, birinci instansiya məhkəməsinin qətnaməsinin ləğv edilməsi, iş üzrə yeni qətnamə qəbul edilərək iddianın rədd edilməsi qət edilmişdir. Nəticə etibarilə, kassasiya şikayəti təmin edilməməsi və Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının 2(103)-178/2024 saylı, xx.xx.2024-cü il tarixli qətnaməsinin dəyişdirilmədən saxlanılması qərara alınmışdır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 82.3-cü maddəsinə əsasən bir mülki iş üzrə qanuni qüvvəyə minmiş məhkəmə qətnaməsi ilə müəyyən edilmiş faktlar həmin işdə iştirak edən şəxslər tərəfindən başqa məhkəmə prosesində mübahisələndirilmir və yenidən sübut edilmir. Göründüyü kimi, hazırki mübahisənin mahiyyətini təşkil edən hüquqi məsələlərə artıq hüquqi qiymət verildiyindən və bu preyudisial əhəmiyyət kəsb etdiyindən, məhkəmə belə qənaətə gəlir ki, hazırki iddia tələbi rədd edilməlidir. Odur ki, məhkəmə hesab edir ki, İddiaçı cavabdehlər "xxxx" MMC-ya, Cavabdeh2 və Cavabdeh3 qarşı “müqavilənin bağlanmış hesab edilməsi, sahiblik və istifadə hüququnun müdafiəsi” tələbinə dair iddia ərizəsi təmin edilməməlidir. Azərbaycan Respublikası Mülki- Prosessual Məcəlləsinin 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə itirak edən şəxslərə aid edilir. İddia ərizəsi rədd edildiyindən ödənilmiş dövlət rüsumu iddiaçıya aid edilməlidir. Qeyd olunanlara əsaslanaraq və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220, 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddiaçı cavabdehlər "xxxx" MMC-ya, Cavabdeh2 və Cavabdeh3 qarşı “müqavilənin bağlanmış hesab edilməsi, sahiblik və istifadə hüququnun müdafiəsi” tələbinə dair iddia ərizəsi təmin edilməsin. Ödənilmiş dövlət rüsumu iddiaçıya aid edilsin. Qətnamədən onun rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində “Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinet vasitəsilə Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasına apellyasiya şikayəti verilə bilər. Hakim: Ayşən Sultanova-Məmmədova
Məhkəmə qərarları › İş №2(004)-807/2025
Bakı Şəhəri Yasamal Rayon Məhkəməsi Qətnamə — İş №2(004)-807/2025
28.01.2025 · Müqavilələrin bağlanması
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver