Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 2(004)-812/2023 26.01.2023 BAKI ŞƏHƏRİ YASAMAL RAYON MƏHKƏMƏSİ Hakim Xudayev Kərim Bahəddin oğlunun sədrliyi, Almasova Aytən Asəf qızının katibliyi, İddiaçı, Cavabdeh Azərbaycan Televiziya və Radio Verilişləri QSC-nin nümayəndələri Nümayəndə2 və Nümayəndə1 iştirakları ilə, İddiaçı cavabdeh Azərbaycan Televiziya və Radio Verilişləri QSC-yə qarşı “alınmamış məzuniyyət pulunun verilməsi” tələbinə dair mülki işə məhkəmənin binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə, müəyyənetdi: İddiaçı cavabdeh Azərbaycan Televiziya və Radio Verilişləri QSC-yə qarşı “alınmamış məzuniyyət pulunun verilməsi” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, cavabdeh Azərbaycan Televiziya və Radio Verilişləri QSC-dən 2005-ci ildən 2019-cu ilin noyabr ayınadək alınmamış məzuniyyət pulunun əvəzinin tutularaq onun xeyrinə ödənilməsinə dair qətnamə çıxarılmasını xahiş etmişdir. Məhkəmə iclasında iştirak edən İddiaçı məhkəməyə barışıq sazişi təqdim edərək, hazırda iddia ərizəsi üzrə cavabdeh Azərbaycan Televiziya və Radio Verilişləri QSC ilə razılığa gəldiklərini və barışıq sazişi tərtib edildiyini bildirmişdir. Barışıq sazişinin təsdiq edilməsi və iş üzrə icraata xitam verilməsi barədə qərardad qəbul edilməsini məhkəmədən xahiş etmişdir.(bu barədə ərizəsi iş materiallarına əlavə edilir.) Məhkəmə iclasında iştirak edən cavabdeh Azərbaycan Televiziya və Radio Verilişləri QSCnin nümayəndələri Nümayəndə2 və Nümayəndə1 alınmamış məzuniyyət pulunun verilməsi tələbi ilə bağlı tərəflər arasında barışıq sazişinin imzalandığını və barışıq sazişinin şərtləri ilə razı olduqlarını bildirmişdir. Barışıq sazişindən görünür ki, tərəflər aşağıdakılar barədə razılığa gəlmişlər: 1.Cavabdeh iddiaçının işlədiyi müddət ərzində çıxmadığı məzuniyyət illərinə görə 7 (yeddi) ilin məzuniyyət pulunu - cəmi 4200 manatı birdəfəlik ödəməyi öz öhdəsinə götürür. 2.İddiaçı da yuxarıda qeyd edilən məzuniyyət pulunu aldıqdan sonra cavabdehə qarşı Bakı şəhəri Yasamal Rayon Məhkəməsində irəli sürdüyü alınmamış məzuniyyət pulunun ödənilməsinə dair iddia tələbindən imtina edir. 3.X1 imzalandığı andan təsdiq edilir və qüvvəyə minir. 4.Barışıq sazişinin şərtlərinin pozulması və ya layiqincə icra edilməməsi məhkəmə tərəfindən təsdiqlənməklə icra üzrə icraatın başlanılması üçün əsasdır. 5.Bu sazişin 3 nüsxədən ibarət tərtib və təsdiq olunur. Nüsxələrin ikisi tərəflərdə qalır və digər nüsxəsi isə təsdiq edilməsi üçün Bakı şəhəri Yasamal Rayon Məhkəməsinə təqdim olunur. Azərbaycan Respublikası MPM-nin 52.3 və 52.5-ci maddəsinə əsasən, tərəflər məhkəmə işini bilavasitə özləri, yaxud mediasiya vasitəsilə barışıq sazişi bağlamaqla qurtara bilərlər. İddiaçının iddiadan imtina etməsi, iddianın cavabdeh tərəfindən etiraf edilməsi və tərəflərin barışıq sazişi qanuna zidd olarsa və ya hər hansı bir şəxsin hüquqlarını və qanunla qorunan mənafeyini pozarsa, məhkəmə belə hərəkətləri qəbul etmir. Belə hallarda məhkəmə mübahisəyə mahiyyəti üzrə baxır. Azərbaycan Respublikası MPM-nin 52.4-cü maddəsinə əsasən, məhkəmə prosesin istənilən mərhələsində tərəflərə mübahisənin hüquqi həlli ilə bağlı məlumat və barışıq sazişi, yaxud mübahisənin mediasiya vasitəsilə həlli üçün təkliflər verməyə haqlıdır. Həmin Məcəllənin 191.1-ci maddəsinə əsasən, iddiaçının iddiadan imtina etməsi, iddia tələbinin dəyişdirilməsi, cavabdehin iddianı etiraf etməsi, mübahisənin mediasiya vasitəsilə həllinə dair tərəflərin razılığı və ya tərəflərin barışıq sazişi şərtləri məhkəmə iclasının protokoluna yazılır və protokolu müvafiq surətdə iddiaçı, cavabdeh və ya hər iki tərəf imzalayır. İddiadan imtina etmə, iddianın dəyişdirilməsi, cavabdehin iddianı etiraf etməsi, mübahisənin mediasiya vasitəsilə həllinə dair tərəflərin razılığı və ya tərəflərin barışıq sazişi, bu hərəkətlərin nəticəsi aydın surətdə şərh olunan, məhkəməyə göndərilən yazılı ərizələrdə də ifadə oluna bilər. Həmin Məcəllənin 191.2-ci maddəsinə əsasən, hakim iddiaçının iddiadan imtina etməsini, cavabdehin iddianı etiraf etməsini və tərəflərin barışıq sazişini təsdiq edənə qədər onlara müvafiq prosessual hərəkətlərin nəticələrini izah edir. İddiaçı iddiadan imtina etdikdə və bu, məhkəmə tərəfindən təsdiq edildikdə və ya tərəflərin barışıq sazişini təsdiq etdikdə məhkəmə bu barədə qərardad çıxararaq, bu qərardadla eyni zamanda iş üzrə icraata xitam verir. Tərəflərin məhkəmə tərəfindən təsdiq edilən barışıq sazişinin şərtləri qərardadda göstərilməlidir. Həmin Məcəllənin 261.0.5-ci maddəsinə əsasən tərəflər barışıq sazişi bağlamışlarsa və bu saziş məhkəmə tərəfindən təsdiq edilmişsə hakim iş üzrə icraata xitam verir. Qeyd olunan Məcəllənin 262.4-ci maddəsinə əsasən işin icraatına xitam verildikdə, eyni tərəflər arasında, eyni predmet haqqında və eyni əsaslar üzrə mübahisə barəsində məhkəməyə müraciət edilməsinə yol verilmir. Məhkəmə barışıq sazişini iş materiallarını ilə müqayisəli şəkildə araşdırıb, proses iştirakçılarının izahatlarını dinləyib hesab edir ki, İddiaçı cavabdeh Azərbaycan Televiziya və Radio Verilişləri QSC-yə qarşı “alınmamış məzuniyyət pulunun verilməsi” tələbinə dair iddia ərizəsi üzrə mülki iş ilə əlaqədar bağlanmış və müvafiq şərtləri özündə əks etdirən 25 yanvar 2023-cü il tarixli barışıq sazişi qanuna zidd olmadığından və ya hər hansı bir şəxsin hüquqlarını və qanunla qorunan mənafeyini pozmadığından, təsdiq edilməli, iş üzrə icraata xitam verilməlidir. Şərh olunanlara əsaslanaraq və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 52, 191, 261, 263 və 264-cü maddələrini rəhbər tutaraq, məhkəmə qəraraaldı: İddiaçı cavabdeh Azərbaycan Televiziya və Radio Verilişləri QSC-yə qarşı “alınmamış məzuniyyət pulunun verilməsi” barədə iddiasına dair mülki iş üzrə tərəflər arasında 25 yanvar 2023-cü il tarixdə bağlanmış, aşağıdakı şərtlərdən ibarət barışıq sazişi təsdiq edilsin:
1. Cavabdeh İddiaçının işlədiyi müddət ərzində çıxmadığı məzuniyyət illərinə görə 7 (yeddi) ilin məzuniyyət pulunu - cəmi 4200 manatı birdəfəlik ödəməyi öz öhdəsinə götürür.
2. İddiaçı da yuxarıda qeyd edilən məzuniyyət pulunu aldıqdan sonra cavabdehə qarşı Bakı şəhəri Yasamal Rayon Məhkəməsində irəli sürdüyü alınmamış məzuniyyət pulunun ödənilməsinə dair iddia tələbindən imtina edir.
3. X1 imzalandığı andan təsdiq edilir və qüvvəyə minir. 4.Barışıq sazişinin şərtlərinin pozulması və ya layiqincə icra edilməməsi məhkəmə tərəfindən təsdiqlənməklə icra üzrə icraatın başlanılması üçün əsasdır.
5. Bu sazişin 3 nüsxədən ibarət tərtib və təsdiq olunur. Nüsxələrin ikisi tərəflərdə qalır və digər nüsxəsi isə təsdiq edilməsi üçün Bakı şəhəri Yasamal Rayon Məhkəməsinə təqdim olunur. İddiaçı cavabdeh Azərbaycan Televiziya və Radio Verilişləri QSC-yə qarşı “alınmamış məzuniyyət pulunun verilməsi” tələbinə dair mülki iş üzrə icraata xitam verilsin. Tərəflərə izah olunsun ki, Azərbaycan Respublikası MPM-in 262.4-cü maddəsinə əsasən işin icraatına xitam verildikdə, eyni tərəflər arasında eyni predmet haqqında və eyni əsaslar üzrə mübahisə barəsində məhkəməyə təkrar müraciət edilməsinə yol verilmir. Qərardaddan, qərardad tərəfə rəsmi qaydada verildikdən sonra 10 (on) gün müddətində Bakı şəhəri Yasamal Rayon Məhkəməsinə şikayət verilə bilər.
Hakim Kərim Xudayev