Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 2(004)-815/2024 02.07.2024 BAKI ŞƏHƏRİ YASAMAL RAYON MƏHKƏMƏSİ Hakim Hacıyev Vahid Məcid oğlunun sədrliyi, Həsənova Aysel Zaur qızının katibliyi, İddiaçı və Cavabdeh nümayəndəsi Nümayəndə1 iştirakı ilə, İddiaçı cavabdeh Azərbaycan Respublikası Elm və Təhsil Nazirliyinə qarşı “təhsil haqqından azad edilmə və ödənilmiş təhsil haqqının qaytarılması” tələbinə dair iddiası üzrə mülki işə məhkəmənin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: İddiaçı Cavabdehnə qarşı “təhsil haqqından azad edilmə və ödənilmiş təhsil haqqının qaytarılması” tələbinə dair iddia ərizəsi ilə xx.xx.2023-cü il tarixdə məhkəməyə müraciət edərək, onun təhsil aldığı 2021-2022-ci tədris ili üçün Cavabdeh hesabına ödədiyi 2.000 manat təhsil haqqının Cavabdehndən tutularaq ona ödənilməsi, onun Cavabdeh “Metallurgiya” fakültəsində təhsil aldığı 2022-2023-cü tədris ili üçün məcburi köçkün statusuna malik olduğu üçün təhsil haqqından azad edilməsi vəzifəsinin Cavabdeh üzərinə qoyulması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Bakı şəhəri Yasamal rayon Məhkəməsinin xx.xx.2024-cü il tarixli 2(004)-815/2024 nömrəli qərardadı ilə İddiaçı Cavabdehnə qarşı “İddiaçı təhsil aldığı 2021-2022-ci tədris ili üçün Cavabdeh hesabına ödədiyi 2.000 manat təhsil haqqının Cavabdehndən tutularaq İddiaçı ödənilməsi, Cavabdeh “Metallurgiya” fakültəsində təhsil aldığı 2022-2023-cü tədris ili üçün məcburi köçkün statusuna malik olduğu üçün təhsil haqqından azad edilməsi vəzifəsinin Cavabdeh üzərinə qoyulması” tələbinə dair mülki iş üzrə icraata, işə mülki məhkəmə icraatı qaydasında baxılmalı olmadığına görə xitam verilmişdir. İddiaçı izah edilmişdir ki, hazırkı iddia tələbi ilə Bakı İnzibati Məhkəməsinə müraciət etmək hüququ vardır. İddiaçı nümayəndəsi və vəkili Nümayəndə2 xx.xx.2024-cü il tarixdə elektron kabinet vasitəsilə şikayət verərək, Bakı şəhəri Yasamal rayon Məhkəməsinin xx.xx.2024-cü il tarixli 2(004)- 815/2024 nömrəli qərardadının ləğv olunmasını və iddia ərizəsinin icraata qəbul edilərək mahiyyəti üzrə baxılmasını xahiş etmişdir. Bakı şəhəri Yasamal rayon Məhkəməsinin xx.xx.2024-cü il tarixli 2(004)-815/2024 nömrəli qərardadı ilə İddiaçı iş üzrə Bakı şəhəri Yasamal rayon Məhkəməsinin xx.xx.2024-cü il tarixli 2(004)-815/2024 nömrəli qərardadından verdiyi şikayət rədd edilmiş, şikayət mülki işlə birlikdə baxılması üçün 7 gün müddətində Bakı Apellyasiya Məhkəməsinə göndərilmişdir. Bakı Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının xx.xx.2024-cü il tarixli 2(103)-3093/2024 nömrəli qərardadı ilə İddiaçı şikayəti qismən təmin edilmiş, Bakı şəhəri Yasamal rayon Məhkəməsinin xx.xx.2024-cü il tarixli 2(004)-815/2024 nömrəli qərardadı ləğv edilmiş və İddiaçı Cavabdehnə qarşı “təhsil haqqından azad edilmə və ödənilmiş təhsil haqqının qaytarılması” tələbinə dair iddia ərizəsinin icraata qəbul edilməsi məsələsinə yenidən baxılması üçün mülki iş Bakı şəhəri Yasamal Rayon Məhkəməsinə göndərilmişdir. Məhkəmə kollegiyası qeyd etmişdir ki, məhkəmə ilk növbədə hazırki iddia tələbinin iddiaya cavab verməli olan şəxsə qarşı qaldırılıb-qaldırılmamasına qiymət verməmişdir. Hazırkı mübahisə publik hüquq münasibətindən irəli gələn tələbdirsə və tələbə cavab verməli olan şəxs qismində Azərbaycan Respublikası Elm və Təhsil Nazirliyinin, yoxsa Cavabdeh çıxış etməli olmasını məhkəmə müəyyən etməmişdir. Çünki, əgər inzibati icraat qaydasında hazırki iddia tələbi Azərbaycan Respublikası Elm və Təhsil Nazirliyinə qarşı verilməli tələbdirsə, o zaman məhkəmə Cavabdehnə qarşı iddia tələbinin əsl olmayan cavabdehə qarşı verilməsinə qiymət verməli idi. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2007-ci il 28 avqust tarixli 136 nömrəli qərarı ilə təsdiq edilmiş “İnzibati orqanların Təsnifatı”ndan görünür ki, Azərbaycan Respublikasının Elm və Təhsil Nazirliyi, Naxçıvan Muxtar Respublikasının Elm və Təhsil Nazirliyi, Azərbaycan Respublikasının Elm və Təhsil Nazirliyi yanında Peşə Təhsili üzrə Dövlət Agentliyi, Azərbaycan Respublikası Elm və Təhsil Nazirliyinin Bakı Şəhəri üzrə Təhsil İdarəsi, regional təhsil idarələri inzibati orqan hesab edilir. Məhkəmə apellyasiya məhkəməsinin göstərişini yerinə yetirərək, əsas olmayan Cavabdeh, əsl cavabdeh Azərbaycan Respublikası Elm və Təhsil Nazirliyi ilə əvəz edilməsi barədə iddiaçının fikrini soruşur. İddiaçı məhkəmə iclasında məhkəmənin təklifi ilə razılaşaraq xx.xx.2024-cü il tarixdə məhkəməyə ərizə təqdimm edərək, iş üzrə əsl olmayan Cavabdeh, əsl cavabdeh Azərbaycan Respublikasının Elm və Təhsil Nazirliyi ilə əvəz edilməsini xahiş etdi. Cavabdeh nümayəndəsi Nümayəndə1 məhkəmə iclasında izahat verərək bildirdi ki, əsl olmayan Cavabdeh, əsl cavabdeh Azərbaycan Respublikası Elm və Təhsil Nazirliyi ilə əvəz edilməsinə etiraz etmir. Qeyd edir ki, Cavabdeh təhsil haqqını ödəməkdən azad olunan tələbələrin sənədlərini toplayaraq Azərbaycan Respublikası Elm və Təhsil Nazirliyinə göndərir. Azərbaycan Respublikası Elm və Təhsil Nazirliyinin qərarı ilə həmin tələbələrin təhsil haqqı dövlət vasiti hesabına Azərbaycan Texniki Universitetə ödənilir. İddia tələbi haqlı olsa belə, bunun icrası mexanizmini nazirlik həyata keçirir. Məhkəmə Azərbaycan Respublikası MPM-in 54-cü maddəsinin tələbinə uyğun olaraq iddiaçının razılığı ilə əsl olmayan Cavabdeh, əsl cavabdeh Azərbaycan Respublikasının Elm və Təhsil Nazirliyi ilə əvəz edir. Azərbaycan Respublikası MPM-in 54.1-ci maddəsinə əsasən iddia tələb hüququ olmayan şəxs tərəfindən verildikdə və ya iddiaya cavab verməli olmayan şəxsə verildikdə məhkəmə işin məhkəmədə baxılmağa hazırlanması yekunlaşana qədər iddiaçının yazılı razılığı ilə iddiaçını və ya cavabdehi əsl iddiaçı və ya cavabdeh ilə əvəz edə bilər. Məhkəmə baxışı zamanı iddiaçının və ya cavabdehin əsl iddiaçı və ya cavabdeh ilə əvəz edilməsinə o halda yol verilir ki, bunun üçün əsaslar məhkəmə baxışı gedişində əmələ gəlmiş olsun. 54.2. İddiaçı özünün əsl iddiaçı ilə və ya cavabdehin əsl cavabdehlə əvəz edilməsinə razı olmadıqda, məhkəmə işə irəli sürülmüş tələblər üzrə baxır. 54.4. Əsl olmayan tərəf əvəz edildikdən sonra işə əvvəldən baxılmağa başlanır. Məhkəmə Azərbaycan Respublikası MPM-in 54-cü maddəsinin tələbinə uyğun olaraq iddiaçının razılığı ilə əsl olmayan Cavabdeh, əsl cavabdeh Azərbaycan Respublikasının Elm və Təhsil Nazirliyi ilə əvəz etdikdən sonra, İddiaçı məhkəməyə iddia ərizəsinin və ona əlavə edilmiş sənədlərin geri qaytarılması barədə ərizə verərək, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 259.0.11-ci maddəsinin tələbinə uyğun olaraq iddia ərizəsinin baxılmamış saxlanılmasını xahiş etdi. Məhkəmə iddiaçının iddia ərizəsinin baxılmamış saxlanılmasına dair ərizəsini və işdə olan sənədləri nəzərdən keçirib hesab edir ki, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 259.0.11-ci maddəsinin tələbinə uyğun olaraq iddia ərizəsi baxılmamış saxlanılmalıdır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 259.0.11-ci maddəsinə əsasən iddia ərizəsinin qaytarılması barəsində ərizə verildikdə və cavabdeh işin mahiyyəti üzrə həll olunmasını tələb etmədikdə məhkəmə ərizəni baxılmamış saxlayır. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası MPM-nin 259, 259.0.11, 260, 263-264, 266-268-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARA ALDİ: İddiaçı cavabdeh Azərbaycan Respublikası Elm və Təhsil Nazirliyinə qarşı “təhsil haqqından azad edilmə və ödənilmiş təhsil haqqının qaytarılması” tələbinə dair iddia ərizəsi baxılmamış saxlanılsın. Qərardaddan rəsmi qaydada verildiyi vaxtdan 10 gün müddətində “Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinetdən Bakı şəhəri Yasamal Rayon Məhkəməsinə şikayət verilə bilər. Hakim: Vahid Hacıyev
Məhkəmə qərarları › İş №2(004)-815/2024
Bakı Şəhəri Yasamal Rayon Məhkəməsi Qərardad — İş №2(004)-815/2024
02.07.2024 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Sair öhdəliklər üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver