Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(004)-818/2021 08.04.2021 BAKI ŞƏHƏRİ YASAMAL RAYON MƏHKƏMƏSİ Hakim Məmmədli Orxan Qədir oğlunun sədrliyi, Ağalı Tural Qara oğlunun katibliyi, İddiaçı, Cavabdehlər Cavabdeh1 və Mehdiyev Cavabdeh2 iştirakları ilə, İddiaçı cavabdehlər Cavabdeh1 və Mehdiyev Cavabdeh2 qarşı “pul” tələbinə dair mülki işə açıq məhkəmə iclasında baxaraq, məhkəmə M Ü Ə Y Y Ə N E T D İ : İddiaçı cavabdehlər Cavabdeh1 və Mehdiyev Cavabdeh2 qarşı “pul” tələbinə dair iddia ərizəsi və iddia tələbinin dəqiqləşdirilməsinə dair ərizə ilə məhkəməyə müraciət edərək, cavabdehlər Cavabdeh1 və Mehdiyev Cavabdeh2 müştərək qaydada onun xeyrinə 14145 manat məbləğində pulun və 30 manat dövlət rüsumunun tutulması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, Cavabdeh1 keçmiş gəlini, digər cavabdeh Mehdiyev Cavabdeh2 isə oğludur. Onlar xx xxxx 2010-cu il tarixdə rəsmi nikaha daxil olaraq ailə qurmuşdular. Birgə nikahlarından xx xxxxxxxx 2010-cu il təvəllüdlü Mehdizadə Ümayra Cavabdeh2 qızı anadan olmuşdur. Cavabdeh1 ilə münasibəti yaxşı olmamışdır. Ona görə də, oğlu Cavabdeh2 Mehdiyevlə keçmiş gəlini Cavabdeh1 kirayədə yaşamışlar. xx xxxxxxx 2010-cu il tarixdə Abşeron rayonu, Xırdalan şəhəri, 26-cı məhəllədə yerləşən, “xxxx” MTK-ya məxsus 3 saylı yaşayış binasının, 1 otaqdan ibarət 31 saylı mənzilini 5000 manat ilkin ödənişlə ümumilikdə isə 19520 manat məbləğində pul ödəməklə almışdır. Müqavilə oğlu Cavabdeh2 adına qeydə alınmışdır. Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin xx xxx 2019-cu il tarixli qətnaməsi ilə Mehdiyev Cavabdeh2 ilə Cavabdeh1 arasında xx xxxx 2009-cu il tarixdə Yasamal rayon Qeydiyyat Şöbəsində 633 nömrəli akt qeydi ilə bağlanmış nikah pozulmuşdur. Cavabdehlərin nikahları pozulduqdan sonra Cavabdeh1 Bakı şəhəri Yasamal Rayon Məhkəməsinə iddia ərizəsi ilə müraciət edərək Abşeron rayonu, Xırdalan şəhəri, 26-cı məhəllədə yerləşən, “xxxx” MTK-ya məxsus 3 saylı yaşayış binasının, 1 otaqdan ibarət 31 saylı mənzilində payın müəyyən olunması barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Yasamal Rayon Məhkəməsinin xx xxxx 2019-cu il tarixli qətnaməsi ilə Cavabdeh1 ilə Mehdiyev Cavabdeh2 birgə nikah dövründə əldə etdikləri Abşeron rayonu, Xırdalan şəhəri, 26-cı məhəllə, “xxxx” MTK-ya məxsus 3 saylı binanın, 31-ci mənzilin 7/50 hissəsinə Cavabdeh1 pay hüququ tanınmışdır. Bakı Apellyasiya Məhkəməsinin MK-nın 2(103)-12108/2019 saylı iş üzrə xx xxxxxx 2019-cu il tarixli qətnaməsi ilə apellyasiya şikayəti təmin edilmiş, Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin xx xxxx 2019- cu il tarixli 2(004)-3027/2019 nömrəli qətnaməsi ləğv olunmuş, iddia təmin olunmuş, Abşeron rayonu, Xırdalan şəhəri, 26-cı məhəllə ünvanında yerləşən “xxxx MTK”-ya məxsus, 3 saylı yaşayış binasının, 31 saylı mənzilində 1/2 pay haqqı müəyyən olunmuşdur. Payların müəyyən olunması barədə məhkəmə iclaslarında cavabdehlər etiraf etmişdilər ki, həqiqətən də, mənzilin ilkin ödənişini və aylıq ödənişlərini əsas hissəsini o ödəyib. Hazırda cavabdehlərin mənzilə 1/2 payları müəyyən olunmuşdur. Cavabdehlər mənzildə olan paylarına uyğun şəkildə də onun ödədiyi pulu qaytarmalıdırlar. Cavabdeh1 xx.xx.2020-ci il tarixdə məhkəməyə etiraz ərizəsi ünvanlayaraq etirzında qeyd etmişdir ki, hazırki iddianın qanunsuz, əsassız və qeyri-obyektiv olmasını görmək üçün hüquqşünas olmağa belə ehtiyac yoxdur. İddiaçı Yasin qızı onun keçmiş qaynanasıdır. O, oğlu Cavabdeh2 Mehdiyev tərəfindən mübahisəli mənzilin əlindən alınmasına nail olunmadığına və məqsədlərinə çatmadığına görə belə bir iddia ilə məhkəməyə müraciət etmişdir. Mehdiyev Cavabdeh2 ilə “xxxx MTK” arasında bağlanmış müqavilə artıq onu deməyə əsas verir ki, Mehdiyev Cavabdeh2 mənzilin artıq ehtimal olunan mülkiyyətçisidir. Bu halda pulun kim tərəfindən ödənilməsinin heç bir hüquqi qüvvəsi yoxdur. Yəni, mənzilin pulu V.Mehdiyevin anası İddiaçı Yasin qızı tərəfindən ödənilmiş olsa belə bu heç nəyi dəyişmir. Belə ki, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 387.3-cü maddəsinə əsasən öhdəlik tərəf kimi onda iştirak etməyən şəxslər (üçüncü şəxslər) üçün vəzifələr yaratmır. Tərəflərin razılaşmasında nəzərdə tutulmuş hallarda öhdəlik üçüncü şəxslər üçün öhdəliyin bir və ya hər iki tərəfi barəsində hüquqlar yarada bilər. Göründüyü kimi, Mehdiyev Cavabdeh2 ilə “xxxx MTK” arasında bağlanmış müqavilə nə İddiaçı Yasin qızı üçün vəzifə yarada, nə də oğlunun adından ödənişlər etməsi onun üçün hüquqlar yarada bilərdi. Məhkəmə iclasında iştirak edən iddiaçı iddia ərizəsini müdafiə edərək, izahatında bildirdi ki, xx.xx.2011-ci il tarixdən sonra cavabdehlərin evinin pulunu o ödəyib. Evin ilkin ödənişini də o edib. xx.xx.2011-ci il tarixdən hər ay 300 manat ödəniş etmişdir. Oğlu – Mehdiyev Cavabdeh2 oğlu ona kirayə qaldığı evin pulunu ödəyə bilmədiyini bildirmişdir. O da evin haqqını ödəməyi öz üzərinə götürmüşdür. İndi isə cavabdehlər arasında nikah pozulub və həmin ev ½ payla tərəflər arasında bölünmüşdür. O da ev üçün etdiyi ödənişləri cavabdehlərdən müştərək qaydada geri istəyir. xx.xx.2011-ci il tarixədək ödənişləri Cavabdeh2 özü edib. Həmin tarixdən sonrakı bütün ödənişləri isə iddiaçı edib və bunu öz imzası ilə təsdiq edir. 5000 manat ilkin ödənişlə birlikdə ev üçün 14145 manat ödəniş etmişdir. Məhkəmə iclasında iştirak edən Cavabdeh1 iddia ərizəsinə etiraz edərək, izahatında bildirmişdir ki, onlar sözügedən evi birgə nikah dövründə almışlar. Qarşı tərəf heç bir sübut olmadan iddia qaldırıb ki, guya aybaay ev üçün ödəniş edib. İddiaçı bildirir ki, onun ödənişlə bağlı sənəddə imzaları var. O imzaları o da görüb, lakin onlar pulu iddiaçıya vermişlər, o isə aparıb şirkətə ödəyib. Ona görə də o, məhkəmədən iddia ərizəsinin təmin edilməməsi barədə qətnamə qəbul edilməsini xahiş etdi. Məhkəmə iclasında iştirak edən cavabdeh Mehdiyev Cavabdeh2 iddia tələbini etiraf edərək, izahatında bildirmişdir ki, hakim Fərid Əyyubovun icraatında olan mülki işdə Cavabdeh1 ödəniş cədvəlində iddiaçının və onun imzalarının olduğunu təsdiqləmişdir. Həmin mülki işdə Cavabdeh1 etiraf etmişdir ki, ilkin ödənişi İddiaçı ödəyib. İndi isə deyir ki, pulun onlar tərəfindən iddiaçıya verildiyini bildirir. Bu tamamilə absurddur. O, məhkəmədən iddia ərizəsinin ona aid olan hissədə təmin edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etdi. Məhkəmə iş materiallarını araşdırıb, tərəflərin izahatlarını dinləyib və iş üzrə toplanmış sübutlara hüquqi qiymət verərək hesab edir ki, iddia tələbi aşağıdakı əsaslara görə qismən təmin edilməlidir. İş materiallarında olan Mehdiyev Cavabdeh2 ilə “xxxx MTK” arasında bağlanmış xx.xx.2010-cu il tarixli mənzilin alqı-satqı müqaviləsindən görünür ki, Abşeron rayonu, Xırdalan şəhəri, 26-cı məhəllədə yerləşən, “xxxx” MTK-ya məxsus 3 saylı yaşayış binasının, 1 otaqdan ibarət 31 saylı mənzili 19520 manata “xxxx MTK” tərəfindən Mehdiyev Cavabdeh2 satılmışdır. İş materiallarında olan Yasamal Rayon Məhkəməsinin 2(004)-3027/2019 saylı, xx.xx.2019-cu il tarixli qətnaməsindən görünür ki, iddiaçı Cavabdeh1 ilə cavabdeh Mehdiyev Cavabdeh2 birgə nikah dövründə əldə etdikləri Abşeron rayonu, Xırdalan şəhəri, 26-cı məhəllə, “xxxx" MTK-ya məxsus 3 saylı binanın 31-ci mənzilinin 7/50 hissəsinə iddiaçı Cavabdeh1 pay hüququ tanınmışdır. İş materiallarında olan Bakı Apelyasiya Məhkəməsiin 2(103)-12108/2019 saylı, xx xxxxxx 2019-cu il tarixli qətnaməsindən görünür ki, Yasamal Rayon Məhkəməsinin 2(004)- 3027/2019 saylı, xx.xx.2019-cu il tarixli qətnaməsi ləğv edilmiş, iddiaçı Cavabdeh1 Abşeron rayonu, Xırdalan şəhəri, məhəllə ünvanında yerləşən “xxxx MTK”-ya məxsus, 3 saylı yaşayış binasının, 3 mənzilində ½ pay haqqı müəyyən olunmuşdur. İş materiallarında olan Azərbaycan Respublikası Ali Məhkəməsinin 2(102)- 3880/2020 saylı, xx.xx.2020-ci il tarixli Qərarından görünür ki, Bakı Apelyasiya Məhkəməsiin 2(103)-12108/2019 saylı, xx xxxxxx 2019-cu il tarixli qətnaməsi dəyişdirilmədən saxlanmışdır. İş materiallarında olan xx.xx.2019-cu il tarixdə Cavabdeh1 tərəfindən Yasamal Rayon Məhkəməsinin hakimi Fərid Əyyubova ünvanlanmış məktubun surətindən görünür ki, İddiaçı Abşeron rayonu, Xırdalan şəhəri, 26-cı məhəllə, “xxxx” MTK-ya məxsus 3 saylı binanın, 31-ci mənzilin ilkin ödənişi olaraq 5000 manat ödəniş etmişdir. İş materiallarında olan pul pay haqları haqqında ödəniş cədvəlinin surətindən görünür ki, ödəniş edən kimi cavabdeh Mehdiyev Cavabdeh2 adı qeyd edilmişdir. İş materiallarında olan Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Sosial Müdafiə Fondunun Bakı Şəhəri Yasamal Rayon Şöbəsi tərəfindən təqdim edilmiş arayışdan görünür ki, İddiaçı şöbədən yaşa görə 285,61 manat məbləğində pensiya alır. Beləliklə məhkəmə araşdırması zamanı müəyyən edilmişdir ki, cavabdehlər xx xxxx 2010-cu il tarixdə nikaha daxil olmuşlar. Onlar arasında bağlanmış nikah Yasamal Rayon Məhkəməsinin xx xxx 2019-cu il tarixli qətnaməsi ilə pozulmuşdur. Nikah pozulduqdan sonra Cavabdeh1 Yasamal Rayon Məhkəməsinə iddia ərizəsi ilə müraciət edərək Abşeron rayonu, Xırdalan şəhəri, 26-cı məhəllədə yerləşən, “xxxx” MTK-ya məxsus 3 saylı yaşayış binasının, 1 otaqdan ibarət 31 saylı mənzilində payın müəyyən olunması barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Yasamal Rayon Məhkəməsinin xx xxxx 2019-cu il tarixli qətnaməsi ilə Cavabdeh1 ilə Mehdiyev Cavabdeh2 birgə nikah dövründə əldə etdikləri Abşeron rayonu, Xırdalan şəhəri, 26-cı məhəllə, “xxxx” MTK-ya məxsus 3 saylı binanın, 31-ci mənzilin 7/50 hissəsinə Cavabdeh1 pay hüququ tanınmışdır. Bakı Apellyasiya Məhkəməsinin 2(103)-12108/2019 saylı iş üzrə xx xxxxxx 2019-cu il tarixli qətnaməsi ilə apellyasiya şikayəti təmin edilmiş, Yasamal Rayon Məhkəməsinin xx xxxx 2019-cu il tarixli 2(004)-3027/2019 saylı qətnaməsi ləğv olunmuş, iddia təmin olunmuş, Abşeron rayonu, Xırdalan şəhəri, 26-cı məhəllə ünvanında yerləşən “xxxx MTK”-ya məxsus, 3 saylı yaşayış binasının, 31 saylı mənzilində 1/2 pay haqqı müəyyən olunmuş, qətnamə qanuni qüvvəsini almışdır. Hazırda İddiaçı cavabdehlər Cavabdeh1 və Mehdiyev Cavabdeh2 qarşı “pul” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, cavabdehlər Cavabdeh1 və Mehdiyev Cavabdeh2 müştərək qaydada onun xeyrinə 14145 manat əsas borcun və 30 manat dövlət rüsumunun tutulması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Məhkəmə iş materiallarını araşdıraraq hesab edir ki, iddia tələbi qismən təmin edilməlidir. Belə ki, ilk öncə məhkəmə cavabdeh Mehdiyev Cavabdeh2 pulun tutulması hissəsi üzrə hesab edir ki, iddia ərizəsi bu hissədə təmin edilməlidir. Belə ki, iş materiallarında olan cavabdeh Mehdiyev Cavabdeh2 tərəfindən verilmiş etiraf ərizəsindən görünür ki, o, iddia tələbini özünə aid olan hissədə qəbul edərək, 7072,50 manat məbləğində pulun ödənilməsinə razı olduğunu bildirmişdir. Azərbaycan Respublikası MPM-nin 106.3-cü maddəsinə əsasən, tərəfin tələb və etirazlarının əsaslandırdığı faktları digər tərəfin etiraf etməsi əks tərəfi gələcəkdə bu faktları sübut etmə vəzifəsindən azad edir. Məcəllənin 191.3-cü maddəsinə əsasən, cavabdeh tərəfindən iddia etiraf edildikdə və bu, məhkəmə tərəfindən təsdiq edildikdə, məhkəmə iddiaçının irəli sürdüyü tələblərin təmin olunması barədə qətnamə çıxarır. Sadalanan qanunvericilik aktı normalarına əsasən məhkəmə hesab edir ki, iddiaçının iddia tələbinin əsası kimi istinad etdiyi hallar cavabdeh Mehdiyev Cavabdeh2 tərəfindən 7072,50 manat pulun ondan alınaraq iddiaçıya ödənilməsi hissəsində etiraf edilərək, qəbul edildiyindən, iddiaçı həmin faktları sübut etmək vəzifəsindən azaddır. Odur ki, göstərilən hallar işin sübut olunmuş xüsusatları kimi qəbul edilərək, göstərilən qaydada qiymətləndirilməli, cavabdeh Mehdiyev Cavabdeh2 7072.50 manat məbləğində pul vəsaiti tutularaq İddiaçı Yasın qızına ödənilməlidir. Məhkəmə hesab edir ki, iddia ərizəsi Cavabdeh1 aid hissədə təmin edilməməlidir. Belə ki, Azərbaycan Respublikası Ali Məhkəməsinin 2(102)-3880/2020 saylı, xx.xx.2020-ci il tarixli qərarında qeyd olunmuşdur ki, həm xx xxxxxxx 2010-cu il tarixli “xxxx MTK”-ya məxsus mənzilin alqı-satqısı haqqında müqaviləsində “payçı”xxxx“xxxx MTK” tərəfindən verilmiş pul pay haqları haqqında ödəniş cədvəlində ödəniş edən kimi cavabdehin (Cavabdeh2Mehdiyev) adı qeyd olunmuşdur. “xxxx MTK" tərəfindən verilmiş pul pay haqları haqqında ödəniş cədvəlində olan xx.xx.2011-ci il tarixdən xx.xx.2014-cü il tarixədək 9145 manat pul ödənişi barədə qəbzin cavabdehin anası İddiaçı Yasin qızı tərəfindən imzalanması barədə qeydlər isə, yəni ödənişin icrasının üçüncü şəxs tərəfindən həyata keçirilməsi özü-özlüyündə həmin məbləğin sonuncu tərəfindən ödənilməsini təsdiq edən sübut kimi qiymətləndirilə bilməz. Azərbaycan Respublikası MPM-in 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Məhkəmə hesab edir ki, iddia tələbi qismən, yəni cavabdeh Mehdiyev Cavabdeh2 münasibətdə təmin edildiyindən İddiaçı tərəfindən ödənilmiş 30 manat məbləğində dövlət rüsumu cavabdeh Mehdiyev Cavabdeh2 tutularaq İddiaçı xeyrinə ödənilməlidir. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası MPM-in 216-220-ci maddələrini rəhbər tutaraq, məhkəmə Q Ə T E T D İ İddia ərizəsi qismən təmin edilsin. Cavabdeh Mehdiyev Cavabdeh2 7072,50 (yeddi min yetmiş iki manat əlli qəpik) manat pul və ödənilmiş 30 (otuz) manat dövlət rüsumu tutularaq İddiaçı ödənilsin. İddia ərizəsi qalan hissədə təmin edilməsin. Qətnamədən tərəflərə rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Bakı Şəhəri Yasamal Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Hakim Orxan Məmmədli
Məhkəmə qərarları › İş №2(004)-818/2021
Bakı Şəhəri Yasamal Rayon Məhkəməsi Qətnamə — İş №2(004)-818/2021
08.04.2021 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Sair öhdəliklər üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver