Məhkəmə qərarları › İş №2(004)-827/2021

Bakı Şəhəri Yasamal Rayon Məhkəməsi Qətnamə — İş №2(004)-827/2021

23.02.2021 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Kredit müqaviləsi üzrə mübahisələr - İpoteka müqaviləsi üzrə mübahisələr - İpoteka borcunun ödənilməsinin əmlaka yönəldilməsinə dair mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(004)-827/2021 23.02.2021 BAKI ŞƏHƏRİ YASAMAL RAYON MƏHKƏMƏSİ Hakim Əyyubov Fərid İlham oğlunun sədrliyi Şirinova Lamiyə Fehruz qızının katibliyi İddiaçının nümayəndəsi X1, Cavabdeh iştirakı ilə, İddiaçı ASC-nin Cavabdeh qarşı “borc” tələbinə dair mülki işə açıq məhkəmə iclasında baxaraq məhkəmə MÜƏYYƏN ETDİ: İddiaçı ASC iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Cavabdeh ilə aralarında bağlanmış xx xxxxxx 2012-ci il tarixli 17-A-1-0-3590-12 saylı kredit müqaviləsindən irəli gələn ödənilməmiş 3570.93 manat əsas borc, müqavilənin müddətinin başa çatma tarixinə, yəni xx xxxxxx 2014-cü il tarixə ödənilməmiş 1163.78 manat faiz, həmin günə hesablanmış 6110.81 manat dəbbə pulu, ümumilikdə 10845,52 manat, iddia qaldırılması üçün ödənilmiş 30 manat dövlət rüsumu cavabdehdən İddiaçı ASC -nin xeyrinə tutulması, tutmanın kreditin təminatı kimi cavabdehə məxsus 2012-ci il buraxılışlı, VAZ-21144” markalı, **-RG-*** dövlət qeydiyyat nişanlı, XTA211440C5140064 ban, ******* mühərrik nömrəli, ağ rəngli avtomobilə yönəldilməsi, həmin avtomobilin açıq hərracdan satış yolu ilə realizə edilməsi və satışdan əldə ediləcək məbləğdən iddia tələbi həcmində iddiaçının xeyrinə ödənilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Daha sonra iddiaçının nümayəndəsi iddia tələbinin dəqiqləşdirilməsi barədə ərizə ilə məhkəməyə müraciət edərək, Cavabdeh ilə aralarında bağlanmış xx xxxxxx 2012-ci il tarixli 17-A-1-0-3590-12 saylı kredit müqaviləsindən irəli gələn ödənilməmiş 3570.93 manat əsas borc, müqavilənin müddətinin başa çatma tarixinə, yəni xx xxxxxx 2014-cü il tarixə ödənilməmiş 1163.78 manat faiz borcu, xx xxxxxx 2020-ci il tarixə hesablanmış 6110.81 manat dəbbə pulu, ümumilikdə 10845,52 manat, iddia qaldırılması üçün ödənilmiş 30 manat dövlət rüsumu cavabdehdən İddiaçı ASC -nin xeyrinə tutulması, tutmanın kreditin təminatı kimi cavabdehə məxsus 2012-ci il buraxılışlı, “VAZ-21144” markalı, **-RG- *** dövlət qeydiyyat nişanlı, XTA211440C5140064 ban, ******* mühərrik nömrəli, ağ rəngli avtomobilə yönəldilməsi, həmin avtomobilin açıq hərracdan satış yolu ilə realizə edilməsi və satışdan əldə ediləcək məbləğdən iddia tələbi həcmində iddiaçının xeyrinə ödənilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Məhkəmə iclasında iştirak edən iddiaçının nümayəndəsi iddia ərizəsinə uyğun izahat verərək, iddia tələbinin təmin edilməsini məhkəmədən xahiş etmişdir. Məhkəmə iclasında iştirak edən cavabdeh banka borcu olduğunu, lakin mülki iş üzrə iddia müddətinin ötürüldüyünü bildirmiş, həmçinin iddia müddətinin tətbiq edilməsi barədə ərizə təqdim edərək, iddia tələbinin təmin edilməməsini məhkəmədən xahiş etmişdir. İş materiallarında olan sübutlara əsasən məhkəmə tərəfindən müəyyən edilmişdir ki, “xxxx” ASC ilə Cavabdeh arasında xx.xx.2012-ci il tarixdə bağlanmış 17-A-1-0-3590-12 saylı kredit müqaviləsinə əsasən bank tərəfindən borcalana 24 ay müddətinə, illik 21 faiz olmaqla, 7000 manat məbləğində kredit verilmişdir. İş materiallarında olan xx.xx.2012-ci il tarixli, 17-A-1-0-3590-12 saylı kreditin verilməsi haqqında müqaviləyə əlavə olunan 1 saylı əlavədən görünür ki, Cavabdeh sonuncu ay 349 manat olmaq şərtilə, hər ay 360 manat olmaqla, ümumilikdə 8629 manat məbləğində pulu banka ödəməyi öhdəsinə götürmüşdür. “xxxx” ASC ilə Cavabdeh arasında bağlanmış xx.xx.2012-ci il tarixli, 17-A-1-0-3590- 12 saylı ipoteka müqaviləsinə əsasən kredit müqaviləsi üzrə öhdəliyin icrasının təminatı kimi İpoteka qoyan “VAZ-21144” markalı, **-RG-*** dövlət qeydiyyat nişanlı avtomobili İpoteka saxlayanın xeyrinə ipoteka ilə yükləməyi və müvafiq Dövlət Orqanlarında yüklülük qeydiyyatının aparılmasını üzərinə götürür. İş materiallarında olan Azərbaycan Respublikası DİN BDYPİ tərəfindən verilmiş xx xxxxxx 2012-ci il tarixli, AA seriyalı, 089300 nömrəli ipoteka müqaviləsinin qeydiyyata alınması ilə əlaqədar danışar əmlakın müvafiq rəsmi reyestrindən çıxarışından görünür ki, Cavabdeh mülkiyyətində olan “VAZ-21144” markalı, **-RG-*** dövlət qeydiyyat nişanlı avtomobilin “Nikoyl” İKB-nin 6 saylı filialı qarşısında ipoteka ilə yüklü edilməsinə dair müqavilə qeydiyyata alınmışdır. İş materiallarında olan “xxxx” ASC tərəfindən verilmiş arayışdan görünür ki, Cavabdeh xx xxxxxx 2012-ci il tarixli 17-A-1-0-3590-12 saylı kredit müqaviləsinə əsasən ödənilməmiş 3570.93 manat əsas borc, xx xxxxxx 2014-cü il tarixə ödənilməmiş 1163.78 manat faiz borcu, xx xxxxxx 2020-ci il tarixə hesablanmış 6110.81 manat dəbbə pulu olmaqla, ümumilikdə 10845,52 manat təşkil edir. Məhkəmə iş materiallarını tədqiq edərək və iş üzrə sübutlara hüquqi qiymət verərək hesab edir ki, iddia tələbi rədd edilməlidir. Belə ki, “Nikoyl” İKB ilə Cavabdeh arasında bağlanan xx xxxxxx 2012-ci il tarixli 17-A-1-0-3590-12 saylı kredit müqaviləsinin müddəti xx xxxxxx 2014-cü il tarixdə bitsə də, iddiaçı xx.xx.2020-ci il tarixdə iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir. Yəni iş üzrə pozulmuş hüququn müdafiəsi üçün iddia müddət ötürülmüşdür. Göstərilənlərə əsasən məhkəmə hesab edir ki, iddiaçı tərəfindən iddia verilməsi üçün müddət ötürüldüyünə görə iddia tələbi təmin edilməməli və iddia tələbi təmin edilmədiyindən iddiaçı tərəfindən ödənilmiş dövlət rüsumu özünə aid edilməlidir. “Azərbaycan Respublikası Mülki Məcəlləsinin 373-cü maddəsinin şərh edilməsinə dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Qərarında qeyd olunur ki, iddia müddətinin əhəmiyyəti aşağıdakılardan ibarətdir: birinci, o, hüquq münasibətləri iştirakçılarını intizamlandırır, onları öz hüquqlarını vaxtında müdafiə etməyə məcbur edir, müqavilə və maliyyə intizamının nizamlanmasına kömək edir; ikinci, iddia müddəti institutu mülki hüquq münasibətlərində qeyri-müəyyənliyin, qeyri-sabitliyin aradan qaldırılmasına xidmət göstərir; üçüncü, iddia müddəti tərəflərə üzərindən çox vaxt ötmüş mötəbərliyinin yoxlanılması çətin və ya qeyri-mümkün olan sübutlara istinad etməsini aradan qaldıraraq ədalət mühakiməsi orqanlarına mübahisələri obyektiv əsaslarla həll etmək imkanı yaradır. Azərbaycan Respublikasının MM-nin 373.1, 373.2 və 373.3–cü maddələrinə əsasən ümumi iddia müddəti on il təşkil edir; müqavilə tələbləri üzrə iddia müddəti üç il, daşınmaz əşyalarla bağlı müqavilə tələbləri üzrə iddia müddəti isə altı ildir; vaxtaşırı icra edilməli öhdəliklərdən irəli gələn tələblər üzrə iddia müddəti üç ildir. Həmin Məcəllənin 375.2-ci maddəsinə əsasən məhkəmə tərəfindən iddia müddəti yalnız mübahisə tərəfinin məhkəmə qərarı çıxarılanadək verdiyi ərizə əsasında tətbiq edilir. Mübahisə tərəfinin tətbiq edilməsi barədə ərizə verdiyi iddia müddətinin keçməsi məhkəmənin iddiadan imtina barəsində qərar çıxarması üçün əsasdır. Mülki Məcəllənin 386.1-ci maddəsinə görə, öhdəliyin zərər vurulması, əsassız varlanma və ya bu Məcəllədə nəzərdə tutulmuş digər əsaslar nəticəsində əmələ gəlməsi halları istisna olmaqla, öhdəliyin əmələ gəlməsi üçün onun iştirakçıları arasında müqavilə olmalıdır. Mülki Prosessual Məcəllənin 14.2-ci maddəsinə görə məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 77.1-ci maddəsinə əsasən isə hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Həmin Məcəllənin 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Göstərilənlərə əsasən və Azərbaycan Respublikasının MPM-nin 216-220, 227, 358, 360 və 362-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddiaçı ASC-nin Cavabdeh qarşı “borc” tələbinə dair iddiası rədd edilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Bakı şəhəri Yasamal Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apelyasiya Məhkəməsinə apelyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədikdə, qəbul edildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir. Sədrlik edən: Fərid Əyyubov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar