Məhkəmə qərarları › İş №2(004)-828/2021

Bakı Şəhəri Yasamal Rayon Məhkəməsi Qətnamə — İş №2(004)-828/2021

20.05.2021 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Kredit müqaviləsi üzrə mübahisələr - İpoteka müqaviləsi üzrə mübahisələr - İpoteka borcunun ödənilməsinin əmlaka yönəldilməsinə dair mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(004)-828/2021 20.05.2021 BAKI ŞƏHƏRİ YASAMAL RAYON MƏHKƏMƏSİ Məmmədov Ayaz Süleyman oğlunun sədrliyi, X3 qızının katibliyi, İddiaçının nümayəndəsi X1, Cavabdeh1 Seydiağa oğlunun iştirakı ilə, İddiaçı "İddiaçı" ASC-nin cavabdehlər Cavabdeh1 Seydiağa oğluna, Cavabdeh2, Cavabdeh3, Cavabdeh4, Cavabdeh5 və Cavabdeh6 qarşı "borc tələbi və tutmanın ipoteka predmetinə yönəldilməsinə dair" mülki işə Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: İddiaçı "İddiaçı" ASC cavabdehlər Cavabdeh1 Seydiağa oğluna, Cavabdeh2, Cavabdeh3, Cavabdeh4, Cavabdeh5 və Cavabdeh6 qarşı "borc tələbi və tutmanın ipoteka predmetinə yönəldilməsinə dair" iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, cavabdeh Rəsulov tslam Seyidağa oğlundan İddiaçı ASC-nin xeyrinə 02.10.2015-ci il tarixli kredit müqaviləsi üzrə 4289,36 ABŞ dolları əsas, 5807,68 ABŞ dolları faiz, 635,48 ABŞ dolları cərimə və 02.10.2018-ci il tarixdən 08.09.2020-ci il tarixədək gecikdirilmiş vaxt üçün illik 5 faizlə hesablanmış 499,20 ABŞ dolları məbləğində əldən çıxmış fayda olmaqla, cəmi 11231,72 ABŞ dolları məbləğində borcun, 30 manat ödənilmiş dövlət rüsumunun, ipoteka predmeti olan daşınmaz əmlaka tutmanın yönəldilməsi haqqında bildirişin qeydə alınması üçün ödənilmiş 10 manat dövlət rüsumunun və 20 manat xidmət haqqının tutulması, tutmanın Rəsulov tslam Seyidağa oğlunun mülkiyyətində olan Bakı şəhəri, Yasamal rayonu, Həsənbəy Zərdabi prospektində yerləşən, 29.22 kv.m ümumi sahədən ibarət 45 nömrəli evin 48 nömrəli mənzilinə yönəldilərək hərracdan satılması, borcun satışdan əldə olunan vəsait hesabına ödənilməsi, satışdan əldə olunmuş vəsait qətnamənin icrasına kifayət etmədiyi halda qətnamənin qalan hissədə ümumi qaydada icra edilməsi, mənzilə tutma yönəldikdə və o satıqldıqdan 1 ay sonra cavabdehlərin mənzilə olan istifadə hüquqlarının itirilmiş hesab edilərək mənzildən çıxarılmaları, mənzilin boşaldılması və banka təhvil verilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddiaçı tələbini onunla əsaslandırılmışdır ki, 02.10.2015-ci il tarixli kredit müqaviləsinə əsasən Cavabdeh1 “xxxx” İKB ASC-nin “10 saylı” filialından illik 25%-lə 36 ay müddətinə 8500 ABŞ dolları məbləğində kredit götürmüşdür. Borcun təminatı olaraq, Cavabdeh1 mülkiyyətindəki Bakı şəhəri, Yasamal rayonu, Həsənbəy Zərdabi prospektində yerləşən, 29.22 kv.m. ümumi sahədən ibarət 45 nömrəli evin 48 nömrəli mənzili 02.10.2015-ci il tarixli ipoteka müqaviləsilə yüklü edilmişdir. İpoteka müqaviləsi notarial qaydada təsdiq edilmiş, dövlət reyestrində qeydə alınmışdır. Kredit müqaviləsinə görə şərtləşdirilmiş cədvəldə göstərilən ödəniş aparılmalı gün ödəniş edilmədikdə, müqavilənin 1.14-cii bəndinə əsasən hər gecikdirilən gün üçün gecikdirilmiş məbləğin illik 36 faizlə cərimə hesablayıb borcludan tələb edir. 08.09.2020-ci il tarixinə Cavabdeh1 02.10.2015-ci il tarixli kredit müqaviləsi üzrə banka 4289,36 ABŞ dolları əsas, 5807,68 ABŞ dolları faiz, 635,48 ABŞ dolları cərimə və kredit müqaviləsi üzrə 02.10.2018-ci il tarixdən 08.09.2020-ci il tarixədək gecikdirilmiş vaxt üçün illik 5 faizlə hesablanmış 499,20 ABŞ dolları məbləğində əldən çıxmış fayda olmaqla, cəmi 11231.72 ABŞ dolları borcu vardır. Xəbərdarlıq edilməsinə baxmayaraq Cavabdeh1 borcu ödəməkdən boyun qaçırır. Bu səbəbdən qanunla müəyyən edilmiş qaydada və müddətdə ipoteka predmetinə tutmanın yönəldilməsinə dair cavabdehə bildiriş verilmişdir. Eyni zamanda reyestr orqanına ərizə göndərilmişdir. Ərizə bu orqanda qeydə alınmışdır. Müddətin keçməsinə baxmayaraq cavabdeh bildirişə münasibətini bildirmir. Qeyd olunmalıdır ki, banklar əsasən bağladıqları kredit müqavilələri ilə faizlər əldə etmək üçün fəaliyyət göstərirlər və nəticə etibarilə verilən əsas borcla yanaşı, kredit müqaviləsində nəzərdə tutulan faizlərin əldə edilməməsi bankları ödənilməyən bu məbləği dəyərləndirmək imkanlarından məhrum edir. Buna görə də, kredit borcunu vaxtında ödəməməklə borclu kreditora faktiki olaraq əldən çıxmış fayda şəklində zərər vurmuş olur. Məhkəmə iclasında iştirak edən iddiaçının nümayəndəsi X2 iddia ərizəsinin məzmununa uyğun izahat verərək, onun təmin edilməsini məhkəmədən xahiş etmişdir. Məhkəmə iclasında iştirak edən Cavabdeh1 Seydiağa oğlu iddia tələbini qəbul etməyərək , məhkəmədən onun təmin olunmamasını xahiş etmişdir. Məhkəmə iclasının vaxtı və yeri barədə lazimi qaydada məlumatlandırılmış digər cavabdehlər məhkəmə iclasına gəlməmiş və işə onların iştirakı olmadan baxılmasını xahiş etməmişdirlər. Məhkəmə Azərbaycan Respublikası MPM-nin 185.5-ci maddəsinə əsasən digər cavabdehlərin iştirakı olmadan işə baxılmasını mümkün hesab etmişdir. Məhkəmə iddiaçının nümayəndəsinin və Cavabdeh1 Seydiağa oğlunun izahatını dinləyib, iş materiallarını araşdırıb və sübutlara məcmu halda hüquqi qiymət verərək hesab edir ki, iddia tələbi qismən təmin edilməlidir. Belə ki, məhkəmə Azərbaycan Respublikası Mülki Məcəlləsinin 21.1, 317.1, 385.1, 442, 445.1, 448.2, 472, 739-cu, "İpoteka haqqında" Azərbaycan Respublikası Qanununun 34, 36 və 59-cu maddələrinin, Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin 24 dekabr 2014-cii il tarixli, “Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 399.3, 399.4, 445 və 449-cu maddələrinin bəzi müddəalarının şərh olunmasına dair” Plenumunun Qərarının tələblərini nəzərə alaraq, müəyyən etmişdir ki, borc verən “xxxx” İKB ASC-nin “10 saylı” filialı ilə borc alan Cavabdeh1 arasında bağlanmış 02.10.2015-ci il tarixli 22-G1-1-0-396-15 saylı kredit müqaviləsinə əsasən bank tərəfindən borc alana illik 25%-lə 36 ay müddətinə 8500 ABŞ dolları məbləğində kredit verilmişdir. Kredit müqaviləsinin təminatı olaraq, 02.10.2015-ci il tarixli ipoteka müqaviləsinə əsasən Rəsulov tslam Seyidağa oğlunun mülkiyyətində olan Bakı şəhəri, Yasamal rayonu, Həsənbəy Zərdabi prospektində yerləşən, 29.22 kv.m ümumi sahədən ibarət 45 nömrəli evin 48 nömrəli mənzili bank qarşısında ipoteka ilə yüklü etmişdir. Hazırda iş materiallarına əlavə edilmiş 08.09.2020-ci il tarixli maliyyə arayışından görünür ki, cavabdehlərin müvafiq kredit müqaviləsi üzrə banka 4289,36 ABŞ dolları əsas, 5807,68 ABŞ dolları faiz, 635,48 ABŞ dolları cərimə və 02.10.2018-ci il tarixdən 08.09.2020-ci il tarixədək gecikdirilmiş vaxt üçün illik 5 faizlə hesablanmış 499,20 ABŞ dolları məbləğində əldən çıxmış fayda olmaqla, cəmi 11231,72 ABŞ dolları məbləğində borcu qalmışdır. Göründüyü kimi, bank kredit müqaviləsi üzrə öhdəliklərini yerinə yetirdiyi halda, cavabdehlərin hərəkətləri öhdəliyin lazımınca icra edilməməsi kimi qiymətləndirilməlidir. Öhdəliyin yerinə yetirilməməsi anlayışını müəyyən edən Mülki Məcəllənin 442-ci maddəsinə görə isə öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi başa düşülür. Bu mənada, öhdəliyin lazımınca icra edilməməsi dedikdə öhdəliyin vaxtında icra edilməməsi, xammalın, işin və xidməti qüsurlu icrası və ya öhdəliyin tərkibini müəyyən edən digər şərtlərin pozulması başa düşülməlidir. Mülki Məcəllənin tələblərinə görə bu Məcəllə ilə və müqavilə ilə ayrı qayda müəyyənləşdirilməyibsə, borclu onun risk dairəsində daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdehdir. Həmin maddənin 2-ci bəndinə əsasən isə borclu öz öhdəliklərinin hər bir təqsirli pozuntusu (hərəkət və ya hərəkətsizlik) üçün məsuliyyət daşıyır. Odur ki, iddiaçı haqlı olaraq, hazırki tələblə məhkəməyə müraciət etmişdir. Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki və Kommersiya kollegiyalarının ““İpoteka haqqında” Azərbaycan Respublikası Qanununun tətbiqi üzrə ipoteka predmeti olan əmlakın ilkin satış qiymətinin müəyyən edilməsi məsələsinə dair” 20 iyul 2020-ci il tarixli, 1 nömrəli Qərardadına əsasən “İpoteka haqqında” Azərbaycan Respublikası Qanununun 39.3.3-cü maddəsinə əsasən məhkəmə qətnaməsində göstərilən ilkin satış qiyməti ipoteka predmeti olan əmlakın likvid qiyməti ilə müəyyən edilməlidir. Məhkəmə onu da qeyd edir ki, məhkəmə tərəfindən təyin edilmiş məhkəməəmtəəşünaslıq ekspertizası əsasında iş materiallarına əlavə edilmiş “xxxx” MMC tərəfindən verilmiş 11.03.2021-ci il tarixli rəydən görünür ki, Bakı şəhəri, Yasamal rayonu, Həsənbəy Zərdabi prospektində yerləşən, 29.22 kv.m ümumi sahədən ibarət 45 nömrəli evin 48 nömrəli mənzilinin real bazar dəyəri 60.000 manat, likvid dəyəri 55.000 manat təşkil edir. Beləliklə, məhkəmənin gəldiyi qənaətə görə, iddia tələbi qanuni və əsaslı olduğundan qismən təmin edilməli, cavabdehdən 02.10.2015-ci il tarixli 22-G1-1-0-396-15 saylı kredit müqaviləsinə əsasən 4289,36 ABŞ dolları əsas borc, 5807,68 ABŞ dolları faiz borcu və 02.10.2018-ci il tarixdən 08.09.2020-ci il tarixədək gecikdirilmiş vaxt üçün illik 5 faizlə hesablanmış 499,20 ABŞ dolları məbləğində əldən çıxmış fayda, 30 manat məhkəmə üçün və 30 manat ipotekanın qeydə alınması üçün, cəmi 60 manat məbləğində dövlət rüsumu iddiaçının xeyrinə tutulmalı, tutma ipoteka predmetinə yönəldilməli, ipoteka predmeti ilkin satış qiyməti 55.000 manat dəyərində qiymətləndirilməklə açıq hərracda satılmalı, satışdan əldə olunmuş pul vəsaiti iddia tələbi həcmində, banka ödənilməli və ipoteka predmeti satıldıqdan sonra 1 ay ərzində boşaldılmaldır. İddia cərimənin tutulmasının qalan hissəsinə münasibətdə təmin edilməməlidir. Belə ki, məhkəmə AR Mülki Məcəlləsinin 467-ci maddəsinə əsasən məhkəmə işin hallarını nəzərə alaraq, tənasübsüz surətdə yüksək dəbbə pulunun azaldılmasını məqbul saymışdır. Məhkəmə qeyd edir ki, ipoteka predmeti satıldıqdan sonra, mülkiyyətçi dəyişdiyinə görə yeni mülkiyyətçinin mənzildən istifadə hüquqlarının itirilmiş hesab edilməsi, mənzilin boşaldılmış vəziyyətdə təhvil verilməsini tələb etmə hüququ olduğundan, müvafiq olaraq, iddiaçının həmin tələblə çıxış etməyə dair subyektiv hüququ olmadığından iddia həmin hissədə təmin edilməməlidir. Azərbaycan Respublikası MPM-nin 119-cu maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Yuxarıdakılara əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 14.2, 77.1, 88, 216-220, 227, 358, 360 və 362-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ : İddia tələbi qismən təmin edilsin. 02.10.2015-ci il tarixli 22-G1-1-0-396-15 saylı kredit müqaviləsi üzrə 34289,36 ABŞ dolları əsas, 5807,68 ABŞ dolları faiz, 635,48 ABŞ dolları cərimə və 02.10.2018-ci il tarixdən 08.09.2020-ci il tarixədək gecikdirilmiş vaxt üçün illik 5 faizlə hesablanmış 499,20 ABŞ dolları məbləğində əldən çıxmış fayda olmaqla, cəmi 11231,72 (on bir min iki yüz otuz bir dollar 72 sent) ABŞ dolları məbləğində borc (ödəniş günü Mərkəzi Bankın məzənnəsinə uyğun olaraq tutulsun), 30 manat məhkəmə üçün və 30 manat ipotekanın qeydə alınması üçün, cəmi 60 (altmış) manat məbləğində dövlət rüsumu Cavabdeh1 Seydiağa oğlundan tutularaq, iddiaçı "İddiaçı" ASC-nin xeyrinə ödənilsin. Tutma Bakı şəhəri, Yasamal rayonu, Həsənbəy Zərdabi prospektində yerləşən, 29.22 kv.m ümumi sahədən ibarət 45 nömrəli evin 48 nömrəli mənzilinə, (ipoteka predmetinin ilkin satış qiyməti 55.000 (əlli beş min) manat dəyərində qiymətləndirilməklə) yönəldilsin və açıq hərracda satılsın. Əldə olunan vəsait hesabına "İddiaçı" ASC-yə olan borc ödənilsin. İpoteka predmetinin satışından əldə edilmiş vəsait borcun ödənilməsinə kifayət etmədikdə çatışmayan məbləğ ümumi qaydada cavabdehdən tutulsun. İddiaçının tələbi ödənildikdən sonra ipoteka predmetinin satışından əldə olunan vəsaitin artıq qalan hissəsi mülkiyyətçiyə qaytarılsın. İpoteka predmeti satıldıqdan sonra 1 ay ərzində boşaldısın. İddia tələbi qalan hissədə təmin edilməsin. Qətnamədən rəsmi qaydada verildikdən sonra tərəflər 1 (bir) ay müddətində Bakı Şəhəri Yasamal Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apelyasiya Məhkəməsinə apelyasiya şikayəti verə bilərlər. Sədrlik edən: Ayaz Məmmədov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar