Məhkəmə qərarları › İş №2(004)-831/2022

Bakı Şəhəri Yasamal Rayon Məhkəməsi Qətnamə — İş №2(004)-831/2022

13.04.2022 · Hüquqi əhəmiyyəti olan faktların müəyyən edilməsi haqqında - Şəxslərin qohumluq münasibətlərinin müəyyən olunması faktı
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(004)-831/2022 13.04.2022 BAKI ŞƏHƏRİ YASAMAL RAYON MƏHKƏMƏSİ Hakim Məmmədli Orxan Qədir oğlunun sədrliyi, İsmayılov Pərvin Pərviz oğlunun katibliyi, Ərizəçi və onun nümayəndəsi və vəkili Vəkil iştirakı ilə, Ərizəçi maraqlı şəxslər Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Maraqlı şəxs2 və Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Qeydiyyat və notariat baş idarəsinə qarşı xüsusi icraat qaydasında verilmiş “qohumluq faktının müəyyən olunması” tələbinə dair ərizəsi üzrə mülki işə Bakı Şəhəri Yasamal Rayon Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: Ərizəçi maraqlı şəxslər Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Maraqlı şəxs2 və Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Qeydiyyat və notariat baş idarəsinə qarşı xüsusi icraat qaydasında verilmiş “qohumluq faktının müəyyən olunması” tələbinə dair xüsusi icraat qaydasında ərizə ilə Yasamal Rayon Məhkəməsinə müraciət edərək, Ərizəçi X6 əmisi nəvəsi olması faktının müəyyən edilməsinə dair qətnamə çıxarılmasını xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, onun qohumu – atasının əmisi oğlu X25 15.02.1950-ci il tarixdə Bakı şəhərində anadan olmuş və 05.07.2020-ci il tarixdə vəfat etmişdir. Qohumu X25 rəhmətə getdikdən sonra onun miras qismində qalmış əşyalarının üzərində faktiki sahibliyi o həyata keçirmişdir. X6 adına yeni adı “Yelo Bank”, əvvəlki adı isə “Nikoil Bank” olan bankda əmanət hesabında pul vəsaiti qalmışdır. Həmin hesab üzrə əmanətin qaytarılması tarixi bu ilin avqust ayında tamamlansa da, həmin vaxt əmisi nəvəsi X6 həyatda olmaması səbəbindən, həmçinin mövcud pandemiya şəraitində digər qayğılardan irəli gələrək, vərəsəlik şəhadətnaməsinin alınması mümkün olmamışdır. Həmin vəsaiti almaq əmisi nəvəsinin varisi olaraq onun hüququdur. Beləliklə həmin vəsaiti əldə etmək üçün onun qohumu və qanun üzrə vərəsəsi olmağı faktının müəyyən olunması zərurəti yaranmışdır. Onun atası X23r. Onun atası yəni babası X15r. X2 ölüm haqqında şəhadətnaməsi onda olsa da, atasının sənədləri təəssüf ki, itmişdir. Babasının qardaşı X16r. Babasının qardaşının doğum və ölüm haqqında sənədləri də onlarda yoxdur. Babasının qardaşının yeganə oğlu X17r. Təəssüf ki, qeyd olunan şəxsin doğum haqqında sənədləri onlarda mövcud deyildir. X3 və X18 doğum haqqında sənədləri mövcud olsa idi, onların qohumluq münasibətlərinin sübuta yetirilməsi mümkün olacaqdı. X6 ölümündən sonra onların qohum olduğuna dair sənədləri və məlumatları əldə etmək məqsədilə dövlət orqanlarına müraciət etməsinə baxmayaraq zəruri sənədlərin alınması mümkün olmamışdır. Belə ki, AR Milli Arxiv İdarəsinin 28 iyul 2021-ci il tarixli, 4/1441 nömrəli məktubu ilə vəkil sorğusuna cavab olaraq dövlət arxivində X19 və X6 barəsində hər hansı məlumatın olmadığı bildirilmişdir. X1 və X11 ilə bağlı sənədlərin alınması üçün vəkil sorğusu göndərilmiş və Milli Arxiv İdarəsinin 30 sentyabr 2021-ci il tarixli 4/1876 nömrəli məktubu ilə qeyd olunan şəxslər barəsində də hər hansı məlumatın olmaması bildirilmişdir. Eyni məzmunlu vəkil sorğusuna Ədliyyə Nazirliyindən verilmiş 30 iyul 2021-ci il tarixli 05/2-6593/16 nömrəli və 20 oktyabr 2021-ci il, 05/2-9473/16 nömrəli məktublarla da sorğu olunan şəxslər barəsində hər hansı məlumatın olmadığı bildirilmişdir. Bundan başqa AR Dövlət Arxivindən təqdim olunmuş 29 iyul 2020-ci il tarixli və 4 sentyabr 2020-ci il tarixli məktublarında da X12 doğumu haqqında hər hansı məlumatın olmadığı bildirilmişdir. Belə ki, onun babası X9 doğum tarixi 1893-cü il, ölüm tarixi isə 09.10.1987-ci il, atası X19 isə müvafiq olaraq doğum tarixi 17.09.1925, ölüm tarixi isə 04.07.2008-ci il olmuşdur. Belə ki, X6 atası X13 ilə onun babası Ağasibəyov X55 doğma qardaşlar olmuşlar. Göründüyü kimi qohumu X20 öz babasının və onun ulu babasının adı verilmişdir. Məhkəmə iclasında iştirak edən Ərizəçi nümayəndəsi və vəkili Vəkil ərizəni müdafiə edərək izahatında bildirmişdir ki, təmsil etdiyi Ərizəçi X10 yaxın qohumudur və 10 ilə yaxın həmin şəxsin qayğısına qalmışdır. Daha sonra X45 05.07.2020-ci ildə rəhmətə getmişdir. Rəhmətə gedən şəxs Ərizəçi atasının əmisi oğludur və qanunvericilik üzrə 5-ci dərəcədən qanuni vərəsəsi sayılır. Lakin bununla bağlı sənədlərdə çatışmazlıqlar var. Atasının əmisi olduğunu sübut etmək üçün doğum haqqında şəhadətnamə və digər sənədlər lazımdır və bunula bağlı dəfələrlə Ədliyyə Nazirliyinə, Arxiv İdarəsinə müraciətlər olunub. Ancaq sənədlərin toplanması mümkün olmamışdır. Çünki köhnə tarixdə doğulmuş şəxslərdir və cavab verilmişdir ki heç bir sənəd mövcud deyildir. Ərizə ilə hazırda müraciət etməyin məqsədi odur ki, rəhmətə gedən şəxs X10 “Yelo Bank”-da əmanəti var və həmin vəsaitin vərəsəlik üzrə Nurlana xanıma verilməsini istəyirlər. Məhkəmə iclasında iştirak edən Ərizəçi ərizəni müdafiə edərək məhkəmədən təmin olunması baradə qətnamə qəbul olunmasını xahiş etdi. Əlavə olaraq məhkəmə iclasında bildirmişdir ki, X26 onun babasıdır. Rəhmətə gedən isə atasının əmisi oğlu X21r. Qohum olmasına dair heç bir sənədi əldə etmək mümkün olmadığından o, sadəcə ad uyğunluğuna görə qohum olduğunu bildirmişdir. Əvvəlki məhkəmə iclasında iştirak edən Maraqlı şəxs2 nümayəndəsi X72 izahatında qeyd etmişdir ki, işlə tanışdır, buradakı məsələ qeydiyyat şöbəsi ilə əlaqəli deyil. Vətandaş qohumluq faktı ilə qeydiyyat şöbəsinə müraciət edəndə vətəndaşa məhkəməyə müraciət etmək tövsiyə edilir. Məhkəmə iclasında dindirilmiş şahid X48 ifadəsində qeyd etmişdir ki, Ağasıyeva Nurlana onun bacısıdır. Rəhmətlik Mirələkbər də onun babasının qardaşı oğludur. Onun babası Mirhüseyn, Mir Ələkbərin atası Fəxrəddin ilə qardaş olmuşlar və ikisi də rəhmətə getmişdir. O rəhmətliyi yaxşı tanıydı. Onların münasibətləri çox yaxşı olmuşdur. Ağasıyev Mirələkbərin qohum əqrabası az olduğuna görə onlarla münasibətdə çox olurmuş, mərhumun yasını da onun qardaşı vermişdir. Mərhumun onlardan başqa qohumu yoxdur. Ağasıyev Mirələkbər ailə həyatı qurmamış və uşağı da olmamışdır. İki qardaş olmuşlar və ikisi də rəhmətə getmişdir. Qardaşı belə evli olmamışdır. Məhkəmə iclasında dindirilmiş şahid X38 ifadəsində qeyd etmişdir ki, Ağasıyeva Nurlana onun bacısıdır, mərhum Mir Ələkbər isə onun babasının qardaşı oğludur. Mərhum ilə münasibətləri yaxşı olmuşdur. Son anına kimi onlarda olmuşdur. Ona bacısı Nurlana baxmışdır. Vəfat etdikdən sonra yasını da o vermişdir. Onlar iki bacı bir qardaşdırlar. Digər bacısı isə X34r. Mir Ələkbərgil iki qardaş olmuşlar. Hər ikisi də rəhmətə getmişdir. Onlar heç vaxt ailə həyatı qurmamış, uşaqları da olmamışdır. Mir Ələkbərin digər qohumlarının olduğunu bilmir, əgər varsa da o onları tanımır. Məhkəmə iclasında dindirilmiş şahid X52 ifadəsində qeyd etmişdir ki, o, tibb bacısıdır. Nurlana xanım ondan əmisi oğlu xəstə olduğuna görə ona sistem qoşmağı xahiş etmişdir. O da 7-8 gün ona sistem qoşmağa getmişdir. Mərhum yataq xəstəsi olmuşdur. Ona Nurlana xanım baxırmış. Həmçinin Nurlana xanımın bir bacısı da gəlib gedirmiş. Hətta mərhum özü də deyirmiş ki, ona əmisi nəvələri baxırmış. Bu hadisə 2 il bundan qabaq yay aylarında olmuşdur. Mərhuma Nurlana xanımdan başqa baxan görməmişdir. X80 müəllimdən ona baxacaq yoldaşının və ya uşaqlarının olub-olmaması barədə soruşmuş, o isə cavabında ailə həyatı qurmadığını söyləmişdir. Məhkəmə iclasında dindirilmiş şahid X61 ifadəsində qeyd etmişdir ki, X39 onun həyat yoldaşıdır. X5 xanımın qardaşıdır. Onlar 2 bacı bir qardaşdırlar. Nurlana xanım onun baldızıdır. Mir Ələkbər müəllim də yoldaşının qohumudur, lakin nəyi olduğunu dəqiq bilmir və o, onlara tez-tez gəlib-gedirmiş. Mərhuma Nurlana xanım baxırmış. Onlar iki qardaş olmuşlar və hər ikisi də rəhmətə getmişdir. Onların başqa qohumu olmamışdır. Mir Ələkbər müəllim onlara çox gəlmişdir. Məhkəmə iclasında dindirilmiş şahid X53 ifadəsində qeyd etmişdir ki, Ağasıyeva Nurlananı, Mir Ələkbər müəllimi və X35 yaxşı tanıyır. X48 onun mərhum qardaşının həyat yoldaşı olmuşdur. O vaxtdan da münasibətləri yaxşı olmuşdur. Mir Ələkbər müəllimi də yaxşı tanıyırdı. Mir Ələkbər müəllimi qardaşı ailə həyatı qurduqdan sonra tanımışdır. Turan xanım Mirələkbər müəllimin əmisi nəvəsi olmalıdır. Nurlana xanımgil iki bacı bir qardaşdırlar. Hazırda da Nurlana xanımla münasibətləri çox yaxşıdır. Qardaşı rəhmətə gedəndən sonra da Mir Ələkbər müəllimi Nurlana xanımgildə çox görmüşdür. Mir Ələkbər müəllimə Nurlana xanım baxmışdır, onun uşaqları olmamışdır. Məhkəmə ərizəçinin nümayəndəsinin izahatını və şahid ifadələrini dinləyib, iş materiallarını araşdıraraq belə hesab edir ki, ərizə əsaslı olduğundan təmin edilməlidir. İş materiallarında olan: AZ-İİ seriyalı 091536 nömrəli Ölüm haqqında Şəhadətnamənin surətinə əssən X25 05.07.2020-ci il tarixdə ölmüşdür və bu barədə ölüm haqqında akt qeydləri kitabında 252 nömrə ilə qeyd edilmişdir. Hesab nömrəsi 6-329548-3 olan əmanət kitabçasına əsasən X6 adına “Nikoil Bank”da əmanət hesabında pul vəsaiti vardır. Azərbaycan Respublikasının Milli Arxiv İdarəsinin 28 iyul 2021-ci il tarixli, 4/1441 nömrəli məktubunda X28 və X25 barəsində olan sorğuya cavab olaraq bildirilmişdir ki, VVAQ orqanlarının sənədləri Azərbaycan Respublikası Dövlət Arxivinə yalnız 1944-cü ildə təhvil verilmişdir. "Milli arxiv fondu haqqında" Azərbaycan Respublikası Qanununun 10-cu maddəsinə əsasən vətəndaşlıq vəziyyəti aktları, notarial fəaliyyət, məhkəmə işləri və şəxsi heyət barədə sənədlər 75 il müddətinə (dövlət arxivinə verilənə qədər) həmin sənədlərin yaranmış olduğu dövlət idarə, müəssisə və təşkilatlarında yaradılan arxivlərdə müvəqqəti mühafizə olunur. Azərbaycan Respublikasının Milli Arxiv İdarəsinin 30 sentyabr 2021-ci il tarixli, 4/1876 nömrəli məktubunda ünvanlanmış sorğuya cavab olaraq bildirilmişdir ki, sorğuda qeyd edilən şəxslərin doğum haqqında sənədlərini əldə etmək üçün doğum aktlarının tarixləri və onların qeydiyyata alındığı inzibati ərazi vahidləri qeyd olunmalıdır. Bu məlumatlar göstərilmədiyi üçün sorğunu icra etmək imkan xaricindədir. Azərbaycan Respublikasının Ədliyyə Nazirliyi Vətəndaşlıq Vəziyyəti Aktlarının Reyestri Xidmətinin 30.07.2021-ci il tarixli, 05/2-6593/16 nömrəli məktubunda X28 və X6 doğumu və ölümü haqqında şəhadətnamələrin istənilməsi ilə bağlı müraciətə cavab olaraq bildirilmişdir ki, müvafiq ölüm haqqında akt qeydləri nəzərdən keçirilərkən S.Ağasiyevin 17.09.1927-ci ildə Salyan rayonunda, M.Ağasiyevin isə 15.02.1950-ci ildə Bakı şəhərində doğulduğu məlum olmuşdur. Azərbaycan Respublikası Nazirlər kabinetinin 2001-ci il 1 mart tarixli 52 nömrəli qərarı ilə təsdiq edilmiş “Akt kitablarının saxlanılması qaydası və müddətləri”nin 1-ci bəndinə əsasən vətəndaşlıq vəziyyəti aktlarının qeydiyyat kitabları onların tərtib edildiyi vaxtdan 75 il müddətində Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin rayon (şəhər) qeydiyyat şöbələrinin və vətəndaşlıq vəziyyəti aktlarının reyestri xidmətinin arxivində saxlanılır. Bu müddət qurtardıqdan sonra qeydiyyat kitabları saxlanılmaq üçün Dövlət Arxivinə təhvil verilir. Göstərilənlərə əsasən S.Ağayevin doğumuna dair sənədlərin əldə olunması üçün Azərbaycan Respublikasının Milli Arxiv İdarəsinə müraciət olunması tövsiyə olunmuşdur. Azərbaycan Respublikasının Ədliyyə Nazirliyi Vətəndaşlıq Vəziyyəti Aktlarının Reyestri Xidmətinin 20.10.2021-ci il tarixli, 05/2-9473/16 nömrəli məktubunda X22 və X4 doğumu haqqında şəhadətnamələrin istənilməsi ilə bağlı müraciətə cavab olaraq bildirilmişdir ki, vətəndaşlıq vəziyyəti aktlarının qeydiyyat kitabları onların tərtib edildiyi vaxtdan 75 il müddətində Azərbaycan Respublikası Əliyyə Nazirliyinin rayon (şəhər) qeydiyyat şöbələrinin və vətəndaşlıq vəziyyəti aktlarının reyestri xidmətinin arxivində saxlanılır. Bu müddət qurtardıqdan sonra qeydiyyat kitabları saxlanılmaq üçün Azərbaycan Respublikasının Milli Arxiv İdarəsinə təhvil verilir. Hazırda vətəndaşlıq vəziyyətinə dair akt qeydləri Xidmətin arxivində 1946-cı ildən saxlanılır. S.Ağasıbəyovun doğumu barədə sənəd qeyd edilən ildən əvvəlki dövrə aid olduğundan onun əldə edilməsi üçün qanun üzrə vərəsələri ölümü və onunla qohumluq faktını təsdiq edən sənədləri təqdim etməklə özü və ya notariat qaydasında təsdiq olunmuş etibarnamə əsasında səlahiyyətli nümayəndəsi vasitəsilə Azərbaycan Respublikasının Milli Arxiv İdarəsinə müraciət etməlidir. Azərbaycan Respublikası Dövlət Arxivinin 04.09.2020-ci il tarixli, DA-00147-2020 nömrəli məktubunda Bakı 3 saylı “Asan Xidmət” Mərkəzindən daxil olan 16 iyul 2020-ci il tarixli ərizəyə cavab olaraq bildirilmişdir ki, “Azərbaycan Respublikası Ədliyyə Nazirliyi yanında notariat və vətəndaşlıq vəziyyəti aktları idarəsi” arxiv fondunda mühafizə edilən sənədlərində 1927-ci ilə dair Bakı sovetinin inzibati şöbəsi, Bakı şəhəri Oktyabr (Yasamal) rayonu üzrə doğum haqqında qeydiyyat kitablarında X12 təvəllüdü haqqında heç bir məlumat yoxdur. Azərbaycan Respublikası Dövlət Arxivinin 29.07.2020-ci il tarixli, DA-00006-2020 nömrəli məktubunda Bakı 3 saylı “Asan Xidmət” Mərkəzindən daxil olan 16 iyul 2020-ci il tarixli ərizəyə cavab olaraq bildirilmişdir ki, “Azərbaycan Respublikası Ədliyyə Nazirliyi yanında notariat və vətəndaşlıq vəziyyəti aktları idarəsi” arxiv fondunda mühafizə edilən sənədlərində 1927-ci ilə dair Bakı sovetinin inzibati şöbəsi, Bakı şəhəri Lenin (Sabunçu) rayonu üzrə doğum haqqında qeydiyyat kitablarında X12 təvəllüdü haqqında heç bir məlumat yoxdur. İİİ-JQ seriyalı, 415299 nömrəli Ölüm haqqında Şəhadətnamənin surətinə əsasən Ağasibəyov X55 09.10.1987-ci il tarixdə ölmüşdür və bu barədə ölüm haqqında akt qeydləri kitabında 082 nömrə ilə qeyd edilmişdir. AZ-İ seriyalı 287497 nömrəli Ölüm haqqında Şəhadətnamənin surətinə əsasən X30 04.07.2008-ci il tarixdə ölmüşdür və bu barədə ölüm haqqında akt qeydləri kitabında 859 nömrə ilə qeyd edilmişdir. 867189 nömrəli Doğum haqqında Şəhadətnamənin surətindən görünür ki, Ərizəçi xx.xx.1959-cu il tarixdə Bakı şəhərində anadan olmuşdur. Atası X29, anası X36r. İş materiallarında olan AZE seriyalı 07914203 nömrəli şəxsiyyət vəsiqəsinin sutrətinə əsasən X25 15.02.1950-ci il tarixdə anadan olmuşdur. Azərbaycan Respublikasının Ədliyyə Nazirliyi Vətəndaşlıq Vəziyyəti Aktlarının Reyestri Xidmətinin 07.02.2022-ci il tarixli, 05/2-657/13 nömrəli Yasamal Rayon Məhkəməsinə ünvanlanmış sorğuya cavab məktubunda qeyd edilmişdir ki, valideynləri X27 və X32 olan 15.02.1950-ci il təvəllüdlü Mirələkbər Ağasiyevin doğumunun Bakı şəhəri Yasamal arayon qeydiyyat şöbəsi tərəfindən dövlət qeydiyyatına alındığı müəyyən edilmişdir. 19.05.1972-ci ildə vəfat etmiş F.Ağasiyevin ölümü 20.06.1972-ci ildə, 22.06.1992-ci ildə vəfat etmiş T.İsgəndərovnın ölümü isə 23.06.1992-ci ildə Maraqlı şəxs2 tərəfindən qeydə alınmışdır. “Vətəndaşlıq vəziyyəti aktları” avtomatlaşdırılmış qeydiyyat informasiya sisteminə daxil edilmiş məlumatlar öyrənilərkən adıçəkilən şəxsin nikahı, övladları və bacı-qardaşlarının doğumuna dair məlumat aşkar edilməmişdir. Azərbaycan Respublikası Dövlət Arxivinin 11.02.2022-ci il tarixli, DA-00249-2022 nömrəli Yasamal Rayon Məhkəməsinə ünvanlanmış sorğuya cavab məktubunda qeyd edilmişdir ki, “Azərbaycan Respublikası Ədliyyə Nazirliyi yanında notariat və vətəndaşlıq vəziyyəti aktları idarəsi” arxiv fondunda mühafizə edilən sənədlərində 1925-ci ilə dair Bakı şəhəri Voroşilov (Səbail) rayonu, Bakı sovetinin inzibati şöbəsi üzrə doğum haqqında qeydiyyat kitablarında, 1920-1927-ci illərə dair Bakı sovetinin inzibati şöbəsi, 1920-1935-ci illərə dair Bakı şəhəri Oktyabr (Yasamal), Voroşilov (Səbail) rayonları üzrə doğum haqqında bərpa kitablarında X19 təvəllüdü haqqında heç bir məlumat aşkarlanmamışdır. Belə ki, 1925-ci ilə dair Salyan rayonu üzrə doğum haqqında qeydiyyat kitabları arxivə dövlət mühafizəsinə verilməmişdir. Azərbaycan Respublikası Dövlət Tarix Arxivinin 15.02.2022-ci il tarixli, TA-00105- 2022 nömrəli Yasamal Rayon Məhkəməsinə ünvanlanmış sorğuya cavab məktubunda qeyd edilmişdir ki, sorğuda adı çəkilən X9 doğum yeri və doğum tarixi haqqında məlumat verilmədiyi üçün ərizənin icrası mümkün olmamışdır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 307.1-ci maddəsinə əsasən, məhkəmə fiziki və hüquqi şəxslərin şəxsi və ya əmlak hüquqlarının əmələ gəlməsi, dəyişməsi, xitam verilməsinin asılı olduğu faktları müəyyən edir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 307.2, 307.2.1-ci maddəsinə əsasən, məhkəmə şəxslərin qohumluq münasibətlərinin müəyyən edilməsi barədə işlərə baxır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 311-ci maddəsinə əsasən, məhkəmənin qətnaməsi faktı təsdiq edən sənədi, qeydə alınmalı faktlar üzrə isə qeydiyyatı həyata keçirən orqanların verdiyi sənədləri əvəz etməməklə, belə qeydəalınma üçün əsasdır. Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 12 aprel 2019-cu il tarixli, 03 saylı qərarının 2-ci bəndində qeyd edilmişdir ki, Azərbaycan Respublikası MPM-nin 307.2.1-ci maddəsi qohumluq münasibətləri faktının, yalnız belə münasibətlər hüquqi nəticələrə səbəb olacağı təqdirdə (məsələn: həmin faktın təsdiq edilməsi ərizəçiyə mirasdan pay almaq üçün; ailə başçısının itirməyə görə pensiya və ya sosial müavinət almaq hüququnu rəsmiləşdirmək üçün və sair) müəyyən edilməsini nəzərdə tutur. Qohumluq münasibətində olma faktının başqa məqsədlər, məsələn yaşayış sahəsinə hüququ təsdiq etmək üçün müəyyən edilməsi yolverilməzdir. Yaşayış sahəsinə hüquqların tanınması əsasları Mənzil Məcəlləsi ilə tənzimlənir. Həmin Qərarın 2.3-cü bəndinə əsasən qohumluq münasibətlərində olma faktının müəyyən edilməsi haqqında işlərə dair məhkəmənin qətnaməsində ərizəçinin müvafiq şəxslə qohumluğunun dərəcəsi göstərilməlidir. Əgər ikinci və sonrakı növbə vərəsələrlə qohumluq münasibətlərinin müəyyən edilməsi xahiş olunursa, onda qətnamədə əvvəlki növbə vərəsələrin olmaması da öz əksini tapmalıdır. Beləliklə, məhkəmə işdə iştirak edən şəxslərin izahatlarını və şahid ifadələrini dinləyib, iş materiallarını tədqiq edib əldə olunmuş sübutlara qiymət verərək hesab edir ki, Ərizəçi X6 əmisi nəvəsi olması faktı müəyyən edilməlidir. Məhkəmə araşdırması zamanı müəyyən olunmuşdur ki, Ağasiyev X14 Nurlana Saadətdin qızının atasının əmisi oğludur. Ərizəçi isə X6 əmisi nəvəsidir. Göstərilən hal məhkəmə iclasında tədiq olunmuş sübutlarla və şahid ifadələri ilə öz təsdiqini tapmışdır. Belə ki, ərizəçi həmin faktları təsdiq edən lazımi sənədləri başqa qaydada ala bilmədiyindən qohumluq faktının məhkəmə qaydasında təsdiq edilməsi üçün məhkəməyə müraciət etməli olmuşdur. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 77.1-ci maddəsinə əsasən, hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Həmin Məcəllənin 14.2-ci maddəsinə əsasən, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Azərbaycan Respublikası MPM-nin 217.4-cü maddəsinə əsasən, məhkəmə öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Göstərilənləri nəzərə alaraq və Azərbaycan Respublikası MPM-nin 216-220, 227, 307.2.1 və 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə Q Ə T E T D İ: Ərizə təmin edilsin. Ərizəçi X6 əmisi nəvəsi olması faktı müəyyən edilsin. Qətnamədən tərəflərə rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Bakı Şəhəri Yasamal Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Hakim: Orxan Məmmədli

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar