Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(004)-833/2020 26.10.2020 BAKI ŞƏHƏRİ YASAMAL RAYON MƏHKƏMƏSİ Hakim Hacıyev Vahid Məcid oğlunun sədrliyi Kərimova Leyla Abbas qızının katibliyi ilə, İddiaçı nümayəndəsi və vəkili X2 və Cavabdeh ASC-nin nümayəndəsi X1 iştirakı ilə, İddiaçı Cavabdeh ASC-yə qarşı “xx.xx.2013-cü il tarixli 101-HFS-28432/1 nömrəli zaminlik müqaviləsinə xitam verilməsi” tələbinə dair iddiası üzrə mülki işə məhkəmənin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: İddiaçı Cavabdeh ASC-yə qarşı “xx.xx.2013-cü il tarixli 101-HFS-28432/1 nömrəli zaminlik müqaviləsinə xitam verilməsi” tələbinə dair iddia ərizəsi ilə xx.xx.2019-cu il tarixdə məhkəməyə müraciət edərək, Cavabdeh ASC ilə onun arasında bağlanmış xx.xx.2013-cü il tarixli 101-HFS- 28432/1 nömrəli zaminlik müqaviləsinə xitam verilməsi barədə barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddiaçı nümayəndəsi və vəkili X5 məhkəmə iclasında iddia tələbini müdafiə etdi və izahatında göstərdi ki, İddiaçı ilə Cavabdeh ASC arasında xx.xx.2013-cü il tarixdə zaminlik müqaviləsi bağlanmışdır. Zaminlik müqaviləsinin 1.2-ci bəndinə əsasən zaminliklə təyin edilən öhdəlik bankla borcalan arasında bağlanmış xx.xx.2013-cü il tarixli kredit xətti müqaviləsindən irəli gələn öhdəlikdir. Həmin müqaviləyə əsasən borcalan götürdüyü 3.416.000 manat kreditin hesaba daxil olduğu gündən etibarən 36 ay müddətinə ödənilməsini öhdəsinə götürmüşdür. Kredit xətti müqaviləsində göstərilir ki, kredit xətti xx.xx.2016-cı il tarixə qədər açılır. Belə ki, iddiaçının təmin etdiyi öhdəliyin icrası vaxtının çatdığı xx.xx.2016-cı il tarixdən etibarən 1 il ərzində bank tərəfindən zaminə qarşı heç bir iddia irəli sürülmədiyindən zaminliyə xitam verilməsi üçün əsas yaranmışdır. Odur ki, iddia tələbinin təmin edilməsini xahiş edir. Cavabdeh ASC-nin nümayəndəsi X3 məhkəmə iclasında iddia tələbini qəbul etmədi və izahatında bildirdi ki, xx.xx.2013-cü il tarixli 101-28432/KX/2 nömrəli kredit xətti müqaviləsinə əsasən CavabdehASC “xxxxxxxxxxxx” MMC-yə 36 ay müddətinə illik 17%-lə 3.416.000 manat kredit vermişdir. Öhdəliyin icrasının təmini məqsədilə bank xx.xx.2013-cü il tarixdə X7, xx.xx.2013cü tarixdə İddiaçı ilə zaminlik müqavilələri bağlamışdır. Lakin borclu müqavilə üzrə öhdəliyini yerinə yetirməmiş banka olan borcunu ödəməmişdir. İddiaçı Cavabdeh ASC cavabdehlər X7, İddiaçı və “xxxxxxxxxxxx” MMC-yə qarşı “kredit müqaviləsi üzrə borcun tutulması, tutumanın ipoteka və girov predmetinə yönəldilməsi” tələbinə dair iddia ərizəsi ilə xx.xx.2016-ci il tarixdə Binəqədi rayon Məhkəməsinə müraciət etmişdir. Bakı şəhəri Binəqədi rayon Məhkəməsinin xx.xx.2016-cı il tarixli qərardadı ilə cavabdeh İddiaçı mülki işin baxılması üçün Bakı şəhəri Yasamal rayon Məhkəməsinə göndərilməsi barədə ərizəsi rədd edilmişdir. Bakı şəhəri Binəqədi rayon Məhkəməsinin xx.xx.2016cı il tarixli qərardadı ilə iş üzrə məhkəmə mühasibatlıq ekspertizası təyin olunmuşdur. Həmin işə 2019-cu ilə kimi baxılmış və Bakı şəhəri Binəqədi rayon Məhkəməsinin xx.xx.2019-cu il tarixli qətnaməsi ilə iddia qismən təmin edilmiş, cavabdehlər “xxxxxxxxxxxx” MMC-dən, X4 və Fətullayev Bahadur oğlundan müştərək qaydada xx.xx.2013-cü il tarixl kredit müqaviləsi üzrə yaranmış 2.631.615 manat əsas, 649.657,57 manat faiz, 50.000 manat cərimə olmaqla, cəmi 3.331.272,57 manat borcun tutularaq iddiaçı Cavabdeh ASC-yə ödənilməsi qət edilmişdir. Cavabdeh ASC kredit və zaminlik müqaviləsinin müddətinin xx.xx.2016-cı il tarixdə bitməsinədək, yəni xx.xx.2016-cı il tarixdə borcalana və zaminlərə qarşı tələb irəli sürmüşdür və zamin İddiaçı bundan məlumatı olmaqla, həmin iş üzrə qəbul edilmiş məhkəmə aktlarından şikayət də vermişdir. Hesab edir ki, İddiaçı ilə Cavabdeh ASC arasında bağlanmış xx.xx.2013-cü il tarixli zaminlik müqaviləsinə xitam verilməsi üçün qanuni əsaslar yoxdur. Odur ki, iddianın rədd edilməsini xahiş edir. Məhkəmə iddiaçının nümayəndəsi və vəkilinin, cavabdehin nümayəndəsinin izahatlarını dinləyib, iş materiallarında olan sənədləri nəzərdən keçirib, sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra hesab edir ki, iddia rədd edilməlidir. Belə ki, Cavabdeh ASC ilə “xxxxxxxxxxxx” MMC arasında bağlanmış xx.xx.2013-cü il tarixli 101-28432/KX/2 nömrəli kredit xətti müqaviləsinə əsasən Cavabdeh ASC “xxxxxxxxxxxx” MMC-yə 36 ay müddətinə illik 17%-lə 3.416.000 manat kredit vermişdir. “xxxxxxxxxxxx” MMC-nin bank qarşısında öhdəliyinin icrası məqsədilə Cavabdeh ASC ilə X7 arasında xx.xx.2013-cü il tarixdə, Cavabdeh ASC ilə İddiaçı arasında xx.xx.2013-cü tarixdə zaminlik müqavilələri bağlamışdır. Göründüyü kimi, tərəflər arasında kredit müqaviləsi bağlanmaqla Mülki Məcəllənin 386-cı maddəsinə əsasən həmin müqavilədən irəli gələn öhdəliklər yaranmışdır. İddiaçı müqavilə üzrə üzərinə götürdüyü öhdəliyini icra etmiş, lakin borcalan öhdəliyini yerinə yetirməmişdir. Bu səbəbdən, iddiaçı Cavabdeh ASC cavabdehlər X7, İddiaçı və “xxxxxxxxxxxx” MMC-yə qarşı “kredit müqaviləsi üzrə borcun tutulması, tutumanın ipoteka və girov predmetinə yönəldilməsi” tələbinə dair iddia ərizəsi ilə xx.xx.2016-ci il tarixdə Binəqədi rayon Məhkəməsinə müraciət etmişdir. Bakı şəhəri Binəqədi rayon Məhkəməsinin xx.xx.2016-cı il tarixli 2(001)-6022/2016 nömrəli qərardadı ilə cavabdeh İddiaçı mülki işin baxılması üçün Bakı şəhəri Yasamal rayon Məhkəməsinə göndərilməsi barədə ərizəsi rədd edilmişdir. Bakı şəhəri Binəqədi rayon Məhkəməsinin xx.xx.2016-cı il tarixli 2(001)-6022/2016 nömrəli qərardadı ilə iş üzrə məhkəmə mühasibatlıq ekspertizası təyin olunmuşdur. Həmin işə 2016-cı ilədən 2019-cu ilə kimi məhkəmədə baxılmış və Bakı şəhəri Binəqədi rayon Məhkəməsinin xx.xx.2019-cu il tarixli 2(001)-131/2019 nömrəli qətnaməsi ilə iddia qismən təmin edilmiş, cavabdehlər (borcalan) “xxxxxxxxxxxx” MMC-dən, (zamin) X4 və (zamin) Fətullayev Bahadur oğlundan müştərək qaydada xx.xx.2013-cü il tarixl kredit müqaviləsi üzrə yaranmış 2.631.615 manat əsas, 649.657,57 manat faiz, 50.000 manat cərimə olmaqla, cəmi 3.331.272,57 manat borcun tutularaq iddiaçı Cavabdeh ASC-yə ödənilməsi qət edilmişdir. Mülki Məcəllənin 470.1-ci maddəsinə görə zaminlik müqaviləsi üzrə zamin başqa şəxsin kreditoru qarşısında həmin şəxsin öz öhdəliyini tamamilə və ya hissə-hissə icra etməsi üçün məsuliyyəti öz üzərinə götürür. Mülki Məcəllənin 477.0.4-cü maddəsinə əsasən zaminlik müqavilsində göstərilmiş onun verilmə müddəti qurtardıqda zaminliyə xitam verilir. Belə müddət təyin edilmədikdə zaminliyə onun təmin etdiyi öhdəliyin icrası vaxtının çatdığı gündən bir il ərzində kreditorun zaminə qarşı iddia irəli sürmədiyi halda xitam verilir. İşin müəyyən edilmiş həqiqi halları ilə təsdiq edilir ki, Cavabdeh ASC tərəflər arasında bağlanmış kredit və zaminlik müqaviləsinin müddətinin xx.xx.2016-cı il tarixdə bitməsinə kimi, yəni xx.xx.2016-cı il tarixdə borcalana və zaminlərə qarşı tələb irəli sürmüşdür və zamin İddiaçı bundan məlumatı olmaqla, həmin iş üzrə qəbul edilmiş məhkəmə aktlarından şikayət də vermişdir. Məhkəmə qeyd edir ki, zaminlik müqaviləsinin müddəti bitənədək Cavabdeh ASC borcalana və zaminlərə qarşı tələb irəli sürdüyünə görə, zamin İddiaçı ilə kreditor Cavabdeh ASC arasında bağlanmış xx.xx.2013-cü il tarixli 101-HFS-28432/1 nömrəli zaminlik müqaviləsinə xitam verilməsi üçün qanuni əsaslar yoxdur. Odur ki, məhkəmə belə qənaətə gəlir ki, iddia rədd edilməli, ödənilmiş 10 manat dövlət rüsumu iddiaçıya aid edilməlidir. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası MPM-in 119, 216-220, 227, 233, 357, 360, 362-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddiaçı Cavabdeh ASC-yə qarşı “İddiaçı ilə Cavabdeh ASC arasında bağlanmış xx.xx.2013cü il tarixli 101-HFS-28432/1 nömrəli zaminlik müqaviləsinə xitam verilməsi” tələbinə dair iddiası rədd edilsin. Ödənilmiş 10 manat dövlət rüsumu iddiaçıya aid edilsin. Qətnamədən, qətnamə işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 1 ay müddətində Bakı şəhəri Yasamal rayon Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasına apellyasiya şikayəti verilə bilər. Sədrlik edən:Vahid Hacıyev
Məhkəmə qərarları › İş №2(004)-833/2020
Bakı Şəhəri Yasamal Rayon Məhkəməsi Qətnamə — İş №2(004)-833/2020
26.10.2020 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Zaminlik müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver