Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(004)-836/2022 10.02.2022 BAKI ŞƏHƏRİ YASAMAL RAYON MƏHKƏMƏSİ Hakim Axundova Günay Təyar qızının sədrliyi, Hacıyev Ceyhun Kamal oğlunun katibliyi, İddiaçı iştirakı ilə, İddiaçı Cavabdeh QSC-yə qarşı “müqavilənin etibarsız hesab edilməsi” tələbinə dair iddia ərizəsi üzrə mülki işə məhkəmənin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: İddiaçı Cavabdeh QSC-yə qarşı “müqavilənin etibarsız hesab edilməsi” tələbinə dair iddia ərizəsi ilə 22.12.2021-ci il tarixdə məhkəməyə müraciət edərək, onunla Cavabdeh QSC arasında bağlanmış 21.10.2016-cı il tarixli, 022S**********01 saylı zaminlik müqaviləsinin etibarsız hesab edilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Cavabdeh QSC 24.01.2022-ci ildə iddia müddətinin tətbiq olunması ilə bağlı ərizə verərək iş üzrə iddia müddətinin tətbiq olunaraq iddianın rədd ounması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Məhkəmə iclasında iştirak edən İddiaçı izahat verərək bildirir ki, Cavabdeh QSC ilə X5 arasında bağlanmış 30.12.2014-cü il tarixli, 22L000007094 saylı kredit xətti müqaviləsi olmuşdur. Daha sonra bankla X5 arasında 30.12.2014-cü il tarixli kredit razılaşması imzalanmışdır. Daha sonra guya onunla 21.10.2016-cı il tarixdə zaminlik müqaviləsi bağlanmışdır. Onun bu müqavilədən Salyan rayon İcra Şöbəsinin icra məmuru zamin kimi onu dəvət edəndə xəbəri olmuşdur. O, guya X3 zamin durmuşdur. Əslində isə ümumiyyətlə X3 zamin durmamışdır. Suala cavab olaraq bildirir ki, zamin olduğunu bilməmişdir. O, yalnız boş vərəqə imza çəkmişdir. İddianın təmin olunmasını xahiş edir. Məhkəmə iclasının yeri və vaxtı barədə lazımi qaydada xəbərdar edilmiş, lakin cavabdeh məhkəmə iclasında nümayəndənin iştirakını təmin etməmiş və bunun səbəbləri barədə məlumat verməmişdir. Belə olan halda məhkəmə işə cavabdehin iştirakı olmadan baxılmasını mümkün hesab edir. Məhkəmə iddiaçının izahatını dinləyib, iş materiallarını araşdırıb və sübutlara məcmu halda hüquqi qiymət verərək hesab edir ki, iddia tələbi təmin edilməməlidir. Belə ki, iş materiallarında olan İddiaçı ilə Cavabdeh QSC arasında bağlanmış 21.10.2016-cı il tarixli, 022S**********01 nömrəli zaminlik müqaviləsinin surətinə əsasən İddiaçı Cavabdeh QSC ilə X5 arasında bağlanmış 22L000007094 saylı, 27.05.2014-cü il tarixli kredit xətti müqaviləsinin icra edilməsi üçün tam məsuliyyəti öz üzərinə götürmüşdür. İş materiallarında olan Salyan rayon Məhkəməsinin 2(057)-1376/2020 saylı, 22.10.2020-ci il tarixli qətnaməsinə əsasən iddiaçı Cavabdeh QSC ilə cavabdeh X5 arasında bağlanmış 30.12.2014-cü il tarixli, 022R********** saylı kredit razılaşması və ona əlavə olunmuş sazişlər üzrə cavabdehlər X6, İddiaçı, X4 və X2 müştərək qaydada 2714,88 manat məbləğində kredit borcu və ödənilmiş 30 manat dövlət rüsumunun iddiaçı Cavabdeh QSC-nin xeyrinə tutulması qət edilmişdir. İşin məhkəmə tərəfindən müəyyən edilmiş halları ondan ibarətdir ki, İddiaçı Cavabdeh QSC ilə zaminlik müqaviləsi bağlayaraq Cavabdeh QSC ilə X5 arasında bağlanmış kredit müqaviləsi üzrə öhdəliklərin icrası üçün birgə məsuliyyət daşımağı öhdəsinə götürmüşdür. X1 öhdəliklərini lazımı qaydada yerinə yetirmədiyindən məhkəmə qətnaməsinə əsasən yaranmış borc X5, İddiaçı və digərlərindən müştərək qaydada tutulmuşdur. Hazırda iddiaçı zaminlik müqaviləsinin bağlanmasından xəbərdar olmadığını və bank tərəfindən aldadıldığını bildirərək zaminlik müqaviləsinin etibarsız hesab edilməsini xahiş edir. Məhkəmə hesab edir ki, iddia əsassızdır. Çünki, iddiaçı zaminlik müqaviləsinin bağlanmasından xəbərdar olmadığını bildirsə də, imza etdiyini etiraf edir. Eyni zamanda məhkəmə qətnaməsinə əsasən hazırki iş üzrə iddiaçıdan və digərlərindən kredit borcunun müştərək tutulması qət edilmiş, qətnamə 22.10.2020-ci ildə çıxarılmasına baxmayaraq cavabdehlər tərəfindən apelyasiya şikayəti verilməmişdir. Qanunvericiliyin tələbinə əsasən bir mülki iş üzrə qanuni qüvvəyə minmiş məhkəmə qətnaməsi ilə müəyyən edilmiş faktlar həmin işdə iştirak edən şəxslər tərəfindən başqa məhkəmə prosesində mübahisələndirilmir və yenidən sübut edilmir. Belə ki, müqavilə tərəflərin iradə ifadəsinə əsaslanan və tərəflər üçün hüquq və vəzifələr yaradan, öhdəliklərin əmələ gəlməsinə səbəb olan əqddir. Müqavilə bağlanarkən tərəflərin iradə ifadəsi həmin müqavilənin bağlanılmasının zəruri şərtidir. Müqavilənin bağlanılmasının zəruri şərtlərindən biri də müqavilə azadlığı prinsipinə riayət edilməsidir. Yəni müqaviləni bağlayıb-bağlamamaq məsələsini şəxs öz iradəsi ilə həll edir. İnsanın şəxsi marağından yaranan və daxili aləmindən gələn bu iradənin formalaşması və ifadəsi onun özünə mənsubdur. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 6.1.5-ci maddəsinə əsasən müqavilələr azadlığı mülki qanunvericiliyin prinsiplərindən biridir. Mülki Məcəllənin 337.1-ci maddəsinə əsasən, bu Məcəllədə müəyyənləşdirilmiş şərtləri pozmaqla bağlanmış əqd etibarsızdır. Etibarsız əqdlər mübahisə edilən əqdlər və ya əhəmiyyətsiz əqdlər ola bilər. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 82.3-cü maddəsinə əsasən, bir mülki iş üzrə qanuni qüvvəyə minmiş məhkəmə qətnaməsi ilə müəyyən edilmiş faktlar həmin işdə iştirak edən şəxslər tərəfindən başqa məhkəmə prosesində mübahisələndirilmir və yenidən sübut edilmir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 14.2-ci maddəsinə əsasən, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Beləliklə, məhkəmə qeyd edir ki, İddiaçı onunla Cavabdeh QSC arasında bağlanmış 21.10.2016-cı il tarixli, 022S**********01 saylı zaminlik müqaviləsinin etibarsız hesab edilməsi tələbinə dair iddiası rədd edilməlidir. Məhkəmə qeyd edir ki, iddia rədd edildiyindən iş üzrə ödənilmiş dövlət rüsumu iddiaçıya aid edilməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 119-cu maddəsinə əsasən, məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Yuxarıda göstərilənlərə əsasən və Mülki Prosessual Məcəllənin 216-220-ci, 358-ci və 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə Q Ə T E T D İ: İddiaçı onunla Cavabdeh QSC arasında bağlanmış 21.10.2016-cı il tarixli, 022S**********01 saylı zaminlik müqaviləsinin etibarsız hesab edilməsi tələbinə dair iddiası rədd edilsin. Ödənilmiş dövlət rüsumu iddiaçıya aid edilsin. Qətnamədən, qətnamə işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 1 ay müddətində Bakı şəhəri Yasamal Rayon Məhkəməsi vasitəsilə Bakı Apelyasiya Məhkəməsinin Mülki Kollegiyasına apelyasiya şikayəti verilə bilər. Sədrlik edən: Günay Axundova
Məhkəmə qərarları › İş №2(004)-836/2022
Bakı Şəhəri Yasamal Rayon Məhkəməsi Qətnamə — İş №2(004)-836/2022
10.02.2022 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Zaminlik müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver