Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(004)-841/2022 07.09.2022 BAKI ŞƏHƏRİ YASAMAL RAYON MƏHKƏMƏSİ Məmmədov Ayaz Süleyman oğlunun sədrliyi, Məmmədova Ayşən Müşviq qızının katibliyi, İddiaçının nümayəndəsi və vəkili Vəkil1 iştirakı ilə, İddiaçı Cavabdeh qarşı “pul tələbinə dair” mülki işə Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: İddiaçı Cavabdeh qarşı "pul tələbinə dair" iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, cavabdehdən 27300 manat pulun və ödənilmiş 172 manat dövlət rüsumunun alınaraq ona verilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddia tələbini onunla əsaslandırmışdır ki, Cavabdeh 27300 manat dəyərində mərmər daşları vermişdir. Cavabdeh də bu barədə xx.xx.2020-ci il tarixli məktubu ilə həmin borcunu qəbul etmiş və 1 ay müddətində borcunu ödəyəcəyini bildirmişdir. Lakin aradan bu qədər müddət keçməsinə baxmayaraq, cavabdeh bu günkü günə qədər borcunu ödəməmişdir. Ona görə də hazırkı iddia tələbi ilə məhkəməyə müraciət edir. Cavabdeh iddia ərizəsinə etiraz edərək göstərmişdir ki, ddia ərizəsində göstərilən xüsusatlar, tamamilə əsassız və böhtan xarakterlidir. Belə ki, bir müddət öncə iddiaçının vəkil tərəfındən ona göndərilən tarixsiz pretenziya məktubundan ona məlum olmuşdur ki, İddiaçı adlı şəxsə 27,300 borcu var həmin məbləği iddiaçı tərəfə vaxtında ödəməmişdir. Bununla yanaşı həmin məktubda qeyd olunmuşdur ki, əgər həmin məbləği ödəməsə məhkəmədə iddia qaldırılacaqdır. İddiaçının ona qarşı iddia qaldırması qeyri ciddi (gülünc) tələb olmaqla yanaşı həm də, hüquqi baxımdan mümkünsüzdür, yəni onun məhkum və İddiaçı ilə Azərbaycan Respublikasında hər-hansı biznes münasibətləri və alış-verişi olmadığı halda həmin şəxsin ona qarşı (pul tələbinə dair) iddia qaldırması mümkünsüzdür, daha doğrusu həmin şəxsin və ona məsləhət verənlərin buna subyektiv hüququ yoxdur. Məlum olduğu kimi subyektiv hüquq, subyekt tərəfindən müəyyən bir hüquqi əlaqənin yaranması ilə yanaşı hüquqi fakt əsasında əldə edilir. Bu baxımdan iddiaçının hər hansı subyektiv hüququnun və qanuni mənafelərinin pozulması barədə irəli sürdüyü iddia tam əsassızdır. Yuxarıda qeyd edilənləri nəzərə alaraq məhkəmədən iddia tələbinin rədd edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Məhkəmə iclasında iştirak edən iddiaçının nümayəndəsi və vəkili Vəkil1 iddia ərizəsinin məzmununa uyğun izahat verərək, onun təmin olunmasını məhkəmədən xahiş etmişdir. Məhkəmə iclasının vaxtı və yeri barədə lazimi qaydada məlumatlandırılmış cavabdeh məhkəmə iclasına gəlməmiş və işə onun iştirakı olmadan baxılmasını xahiş etməmişdir. Məhkəmə AR MPM-nin 185.5-ci maddəsini rəhbər tutaraq, cavabdehin iştirakı olmadan işə baxılmasını mümkün hesab etmişdir. Məhkəmə iddiaçının nümayəndəsinin izahatını və şahid ifadələrini dinləyib, iş materiallarını araşdırıraq, məhkəmə baxışı zamanı tədqiq olunmuş sübutlara məcmu halda hüquqi qiymət verərək hesab edir ki, iddia tələbi qismən təmin edilməlidir. Belə ki, məhkəmə Azərbaycan Respublikası Mülki Məcəlləsinin 385, 386.1 və 739-cu maddələrinin tələblərini rəhbər tutaraq, məhkəmə araşdırması zamanı müəyyən etmişdir ki, iş materiallarına əlavə edilmiş, fars dilində tərtib olunaraq azərbaycan dilinə tərcümə olunmuş və notariat qaydasında təqdiqlənmiş qəbzdən müəyyən olunur ki, xx.xx.2020-ci il tarixdə İddiaçı tərəfindən Cavabdeh 4.475.093.000 İran rialı dəyərində mərmər daşları verilmişdir. Məhkəmənin xx.xx.2023-ci il tarixli qərardadı ilə iş materiallarında olan xx.xx.2020-ci il taixli qəbzdə olan imzanın Cavabdeh tərəfindən icra olunun-olmamasının tam və dəqiq araşdırılması üçün məhkəmə-xətşünaslıq ekspertizası təyin olunmuş, ekspertizanın aparılması Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertizası Mərkəzinin ekspertinə tapşırılmışdır. İş üzrə AR Ədliyyə Nazirliyi Məhkəmə Ekspertiza Mərkəzi tərəfindən keçirilmiş məhkəmə xətşünaslıq ekspertizasının xx.xx.2022-ci il tarixli, 4/470 saylı ekspert rəyindən görünür ki, tədqiq olunan imzanı Vali Mehrdadın imza nümunələri ilə müqayisə etdikdə məlum olmuşdur ki, tədqiq olunan imzada qrafik materialın azlığı, cizgilərin sadəliyi, sərbəst imza nümunələrinin təqdim edilməməsi səbəbləri müqayisə vaxtı imkan vermir ki, eyniləşdirici və ya fərqləndirici əlamətlər külliyyətini seçib ayırmaq mümkün olsun. Odur ki, tədqiq olunan imzanın Vali Mehrdad tərəfindən və ya başqa şəxs tərəfindən icra olunubolunmaması müəyyən etmək mümkün olmamışdır. Beləliklə, məhkəmədə araşdırılmış sübutlarla müəyyən edilmişdir ki, Cavabdeh İddiaçı 4.475.093.000 İran rialı dəyərində mərmər daşları almış, həmin daşların dəyərini iddiaçıya verməyi öhdəsinə götürməsinə baxmayaraq, borcun qaytarılmasından yayınmışdır. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 385.1-ci maddəsinə görə öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkətləri etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. Mülki Məcəllənin 882.1-ci maddəsinə əsasən borcun etiraf edilməsini, həm də öhdəliyə əsas verən şəkildə etiraf edilməsini nəzərdə tutan hər hansı müqavilənin (mövcud borcun etirafı haqqında mücərrəd müqavilənin) yalnız o halda qüvvəsi vardır ki, borc öhdəliyi yazılı şəkildə və mövcudluğu etiraf edilən borcun əsaslandırılması üçün müəyyənləşdirilmiş forma üzrə verilsin. Əgər mövcudluğu etiraf edilmiş öhdəlik münasibətlərinin yaranması üçün ayrı forma nəzərdə tutulubsa, etiraf üçün də belə forma tələb edilir. Həmin Məcəllənin 425.1-ci maddəsində qeyd edilmişdir ki, öz hüquqlarını həyata keçirərkən və vəzifələrini icra edərkən tərəflərdən hər biri vicdanlılığın tələb etdiyi tərzdə, yəni şərtləşdirilmiş vaxtda və yerdə lazımi şəkildə, öhdəliyin şərtlərinə və bu Məcəllənin tələblərinə müvafiq surətdə, belə şərtlər və tələblər olmadıqda isə işgüzar adətlərə və ya adətən irəli sürülən digər tələblərə müvafiq surətdə hərəkət etməlidir. Öhdəliyin yerinə yetirilməməsi anlayışını müəyyən edən Mülki Məcəllənin 442-ci maddəsinə görə isə öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi başa düşülür. Bu mənada, öhdəliyin lazımınca icra edilməməsi dedikdə öhdəliyin vaxtında icra edilməməsi, xammalın, işin və xidməti qüsurlu icrası və ya öhdəliyin tərkibini müəyyən edən digər şərtlərin pozulması başa düşülməlidir. Mülki Məcəllənin tələblərinə görə bu Məcəllə ilə və müqavilə ilə ayrı qayda müəyyənləşdirilməyibsə, borclu onun risk dairəsində daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdehdir. Həmin maddənin 2-ci bəndinə əsasən isə borclu öz öhdəliklərinin hər bir təqsirli pozuntusu (hərəkət və ya hərəkətsizlik) üçün məsuliyyət daşıyır. Odur ki, iddiaçılar X1 və X4 haqlı olaraq, hazırki tələblə məhkəməyə müraciət etmişdirlər. Bundan başqa, Azərbaycan Respublikası MPM-nin 97.5-ci maddəsinə əsasən, tərəf ekspertizanın keçirilməsində iştirak etməkdən imtina edirsə və ya onun keçirilməsinə mane olursa (ekspertizaya gəlmir, zəruri tədqiqat predmetlərini ekspertə təqdim etmir, ekspertizanın aparılması üçün tələb olunan xərcləri ödəmir və s.) və işin hallarına görə bu tərəfin iştirakı olmadan ekspertizanı keçirmək mümkün deyilsə, məhkəmə hansı tərəfin iştirak etməkdən imtina etməsindən, habelə bunun onun üçün hansı əhəmiyyət kəsb etməsindən asılı olaraq, ekspertiza təyin edilən faktı, onun hüquqi nəticələrini əsaslandırmaqla təsdiq olunmuş və yaxud rədd edilmiş hesab edə bilər. Beləliklə, məhkəmənin gəldiyi qənaətə görə, iddia tələbi qanuni və əsaslı olduğundan təmin edilməli, Cavabdeh 4.475.093.000 İran rialı və 172 manat dövlət rüsumu tutularaq, İddiaçı xeyrinə ödənilməlidir. Azərbaycan Respublikası MPM-nin 119.1-ci maddəsinə görə məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Azərbaycan Respublikası MPM-nin 14.2-ci maddəsinə əsasən, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 77.1-ci maddəsinə əsasən, hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Həmin Məcəllənin 217.4-cü maddəsinə əsasən, məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Yuxarıdakılara əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 14.2, 77.1, 88, 216-220, 227, 358, 360 və 362-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏTETDİ: İddia tələbi qismən təmin edilsin. Cavabdeh 4.475.093.000 (dörd miyard dörd yüz yetmiş beş milyon 93 min) İran rialı (ödəniş günü Azərbaycan Respublikası Mərkəzi Bankının rəsmi məzənnəsinə uyğun olaraq manatla) və 172 (yüz yetmiş iki) manat dövlət rüsumu tutularaq, İddiaçı xeyrinə ödənilsin. Ekspertiza tədqiqatının dəyəri olan 127 (yüz iyirmi yeddi) manat məbləğində pul Cavabdeh tutularaq, X2, Kod 210005, VÖEN **********, müxbir hesab AZ 41 NABZ**********0000003944 SFİFT BİK: CTREAZ 22, Məhkəmə Ekspertiza Mərkəzi VÖEN **********, AZ34CTRE******************** nömrəli hesabına köçürülsün. İddia tələbi qalan hissədə təmin edilməsin. Qətnamə rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Bakı şəhəri Yasamal Rayon Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Sədrlik edən: Ayaz Məmmədov
Məhkəmə qərarları › İş №2(004)-841/2022
Bakı Şəhəri Yasamal Rayon Məhkəməsi Qətnamə — İş №2(004)-841/2022
07.09.2022 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Sair öhdəliklər üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver