Azərbaycan Respublikası adından ƏLAVƏ QƏTNAMƏ Bakı şəhəri İş № 2(004)-854/2021 19.08.2021 BAKI ŞƏHƏRİ YASAMAL RAYON MƏHKƏMƏSİ X3 İlham oğlunun sədrliyi ilə İddiaçı cavabdeh AR Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi Dayanıqlı və Operativ Sosial Təminat X1rşı “əmrin ləğv edilməsi, işə bərpa, dəymiş zərərin ödənilməsi” tələbinə dair iddia ərizəsi üzrə mülki işə açıq məhkəmə iclasında baxaraq, Müəyyən etdi: İddiaçı cavabdeh AR Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi Dayanıqlı və Operativ Sosial Təminat X1rşı “əmrin ləğv edilməsi, işə bərpa, dəymiş zərərin ödənilməsi” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək cavabdeh AR Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi Dayanıqlı və Operativ Sosial Təminat X4 Mərkəzinin 03 fevral 2020-ci il tarixli **********3№-li əmək müqaviləsinə xitam verilməsi ilə bağlı əmrinin ləğv edilməsi, Siyəzən rayon Kommunal Müəssisələr Kombinatına 03 fevral 2020-ci il tarixə qədər tutduğu vəzifəyə bərpa olunması, 2020-ci ilin yanvar ayından etibarən işə bərpa olunacağı günə qədər məcburi iş buraxma müddəti üçün əmək haqqının hesablanaraq X8 tərəfindən ona ödənilməsi, X6 ididaçıya vurduğu mənəvi ziyana görə 15000 manat pulun alınaraq iddiaçıya ödənilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Yasamal Rayon Məhkəməsinin 06.07.2021-ci il tarixli qətnaməsi ilə iddia tələbinin qismən təmin edilməsi, Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi Dayanıqlı və Operativ Sosial Təminat X7 mərkəzinin 03 fevral 2020-ci il tarixli **********3 №-li əmək müqaviləsinə xitam verilməsi ilə bağlı əmri ləğv edilməsi, iddiaçı Nadirov X2 rayon Kommunal Müəssisələr Kombinatına 03 fevral 2020-ci il tarixə qədər tutduğu vəzifəyə bərpa olunması, 03 fevral 2020-ci il tarixdən etibarən məhkəmə qərarının qüvvəyə mindiyi günə qədər məcburi iş buraxma müddəti üçün minimum əmək haqqı miqdarında əmək haqqı hesablanaraq X8 tərəfindən İddiaçı ödənilməsi, iddia tələbi qalan hissədə rədd edilməsi qət edilmişdir. Məhkəmə iclasının vaxtı və yeri barədə tərəflərə rəsmi qaydada məlumat verilməsinə baxmayaraq məhkəmə iclasına gəlməmiş, məhkəmə iclasının onların iştirakı olmadan keçirilməsini xahiş etmişdir. Məhkəmə tərəflərin iştirakı olmadan məhkəmə prosesinin keçirilməsini mümkün hesab etmişdir. Məhkəmə qeyd edir ki, Yasamal Rayon Məhkəməsinin 24.11.2020-ci il tarixli 2(004)-5947/2020 saylı qərardadına əsasən İddiaçı cavabdeh AR Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi Dayanıqlı və Operativ Sosial Təminat X1rşı “əmrin ləğv edilməsi, işə bərpa, dəymiş zərərin ödənilməsi” tələbinə dair mülki iş üzrə məhkəmə-xətşünaslıq ekspertizası təyin edilmiş və 17.05.2021-ci il tarixdə qeyd edilən mülki iş üzrə ekspert rəyi məhkəməyə daxil olmuşdur. Ekspert rəyinə əlavə ekspertiza xərclərinə dair bildirişdə aparılmış tədqiqatın dəyəri 140 manat təşkil etmişdir. Yasamal Rayon Məhkəməsinin 06.07.2021-ci il tarixdə qəbul edilmiş qətnaməsində hakim tərəfindən məhkəmə xərcləri haqqında məsələ hakim tərəfindən həll edilmədiyindən məhkəmə qeyd edir ki, iş üzrə əlavə qətnamə qəbul edilməli və iş üzrə aparılmış 140 (bir yüz qırx) manat məbləğində ekspertiza xərci cavabdeh “AR Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi Dayanıqlı və Operativ Sosial Təminat X4 Mərkəzindən tutularaq Məhkəmə Ekspertiza Mərkəzinin VÖEN **********, m/h AZ41NABZ********************, SFİFT BİK CTREAAZ22, MEM VÖEN **********, AZ34CTRE******************** hesabına köçürülməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 229.1.3-cü maddəsinə əsasən iş üzrə qətnamə çıxarmış hakim, məhkəmə xərcləri haqqında məsələ hakim tərəfindən həll edilməmişsə işdə iştirak edən şəxslərin ərizəsi ilə və ya onları xəbərdar edərək əlavə qətnamə çıxara bilər. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 229.2-ci maddəsinə əsasən əlavə qətnamənin çıxarılması barədə məsələyə qətnamənin qanuni qüvvəyə minməsinə qədər baxıla bilər. Əlavə qətnamə məsələnin məhkəmə iclasında müzakirəsindən sonra məhkəmə tərəfindən çıxarılır. İşdə iştirak edən şəxslər məhkəmə iclasının vaxtı və yeri haqqında xəbərdar edilirlər, lakin onların gəlməməsi əlavə qətnamənin çıxarılması məsələsinə baxmağa mane olmur. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 229.2-ci maddəsinə əsasən əlavə qətnamə çıxarmaqdan imtina barədə qərardaddan və ya əlavə qətnamədən şikayət verilə bilər. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 14.2-ci maddəsinə görə məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Yuxarıdakılara əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220, 227, 358, 360 və 362-ci maddələrini rəhbər tutaraq, məhkəmə Qət etdi: İş üzrə aparılmış 140 (bir yüz qırx) manat məbləğində ekspertiza xərci cavabdeh “AR Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi Dayanıqlı və Operativ Sosial Təminat X4 Mərkəzindən tutularaq Məhkəmə Ekspertiza Mərkəzinin VÖEN **********, m/h AZ41NABZ********************, SFİFT BİK CTREAAZ22, MEM VÖEN **********, AZ34CTRE******************** hesabına köçürülsün. Hakim :Fərid Əyyubov
Məhkəmə qərarları › İş №2(004)-854/2021
Bakı Şəhəri Yasamal Rayon Məhkəməsi Əlavə qətnamə — İş №2(004)-854/2021
19.08.2021 · Əmək mübahisələri - İşə bərpa - Mülki hüquq pozuntularından (deliktlərdən) əmələ gələn öhdəliklər üzrə mübahisələr - Əmək mübahisələri - Mənəvi zərərin ödənilməsi - Əmək haqqı tələbi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver