Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(004)-86/2024 10.12.2024 BAKI ŞƏHƏRİ YASAMAL RAYON MƏHKƏMƏSİ Hakim Sultanova-Məmmədova Ayşən Ramiz qızının sədrliyi, Həsənova Aysel Zaur qızının katibliyi, İddiaçı1 iştirakı ilə, İddiaçılar İddiaçı1, İddiaçı3, İddiaçı2 və İddiaçı4 qızının cavabdehlər Cavabdeh1, X3 və X4 qarşı “qanunsuz tikilinin sökülməsi və torpaq sahəsinin boşaldılaraq təhvil verilməsi” tələbinə dair mülki işə Bakı şəhəri Yasamal Rayon Məhkəmə binasında, açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: İddiaçılar İddiaçı1, İddiaçı3, İddiaçı2 və İddiaçı4 qızı cavabdehlər Cavabdeh1, X3 və X4 qarşı “qanunsuz tikilinin sökülməsi və torpaq sahəsinin boşaldılaraq təhvil verilməsi” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, cavabdehlər-Cavabdeh1, X5 və X2 Azərbaycan Respublikası ƏMDK yanında DƏDRX-nin Bakı şəhər Ərazi İdarəsi tərəfindən verilmiş RX seriyalı, ******* nömrəli, ********** qeydiyyat nömrəli və xx.xx.2018-ci il tarixli hüquqların dövlət qeydiyatı haqqqında daşınmaz əmlakın dövlət reyestrindən çıxarışa əsasən onların xüsusi mülkiyyətində olan Bakı şəhəri, Yasamal rayonu, Vasif Əliyev küçəsi 189 saylı evin texniki pasportunda göstərilən tikililərindən və həmin tikilinin yerləşdiyi 0,0287 ha torpaq sahəsindən çıxarılaraq torpaq sahəsinin boşaldılması və onlara təhvil verilməsi və dövlət rüsumu kimi ödədiyi 100 manat pulun həmin şəxslərdən alınaraq, onlara ödənilməsi haqqında qətnamə qəbul edilməsini xahiş etmişdir. İddiaçılar tələbini onunla əsaslandırmışdırlar ki, Bakı Apellyasiya Məhkəməsinin 2(103)-1786//2021 saylı, xx.xx.2021-ci il tarixli qanuni qüvvəyə minmiş qətnaməsinə əsasən cavabdehlər Cavabdeh1, X5, X2 Azərbaycan Respublikası ƏMDK yanında DODRX-nin Bakı şəhər Ərazi İdarəsi tərəfindən verilmiş RX seriyalı, ******* nömrəli, 1 ********* qeydiyyat nömrəli və xx.xx.2018-ci il tarixli hüquqların dövlət qeydiyatı haqqqında daşınmaz əmlakın dövlət reyestrindən çıxarışa əsasən bizim xüsusi mülkiyyətimizdə olan Bakı şəhəri, Yasamal rayonu. Vasif Əliyev küçəsi 189 saylı evin texniki pasportunda göstərilən tikililərindən çıxarılması qət edilmişdir. Sözügedən məhkəmə qətnaməsi icraya yönəldilmişdir. Məhkəmə qətnaməsinin icrası zamanı həmin şəxslərin ona məxsus olan evdən və torpaq sahəsindən çıxarılması mümkün olmamışdır. Belə ki, icra prosesi zamanı Yasamal rayon İcra və Probasiya Şöbəsinin icra məmuru ona bildirdiki, məhkəmə qətnaməsində cavabdehlərin sənə məxsus evin texniki pasportunda göstərilən tikililərdən çxarılması göstərilsə də, lakin onların hazırda yaşadıqları qanunsuz tikilidən və torpaq sahəsindən çıxarılması qət edilməmişdir. Bunun üçün onun yenidən məhkəməyə müraciət etməyini tövsiyyə etdilər. Bundan sonra o xüsusi mülkiyyətində olan evin yerləşdiyi və dövlət mülkiyyətində olan 0,0287 ha torpaq sahəsinin özəlləşdirilməsi üçün yenidən Azərbaycan Respublikası İİN yanında ƏMDX-nin DƏDK və Reyestri Publik Hüquqi Şəxsinə müraciət etdim. Həmin İdarə tərəfindən onlara verilmiş ********** qeydiyyat nömrəli və xx.xx.2023-cü il tarixli hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrindən çıxarışdan da göründüyü kimi sözügedən və cavabdehlərin hazırda mülkiyyət hüquqlarının həyata keçirilməsinə mane olduğu evin yerləşdiyi 0,0287 ha torpaq sahəsi paylı xüsusi mülkiyyət hüququ əsasında onların adına qeydiyyatdan keçmişdir. Məhz bundan sonra da onlar yenidən məhkəməyə müraciət etmək qərarına gəldilər. Belə ki, məhkəmənin bir daha diqqətinə çatdırmaq istəyirlər ki, cavabdehlər onların mülkiyyətində olan torpaq sahəsində olan bir otaqlı qanunsuz tikilidə yaşamaqla onlara xüsusi mülkiyyətində olan torpaq sahəsində tam mülkiyyət hüquqlarının həyata keçirilməsinə ciddi manelər yaradır və onların konstitusion mülkiyyət hüquqları kobud şəkildə pozmaqda davam edirlər. Daha sonra İddiaçı1 məhkəməyə iddia tələbinin dəqiqləşdirilməsinə dair ərizə verərək, 0,287 ha torpaq sahəsində olan qanunsuz tikilinin sökülərək, torpaq sahəsinin boşaldılması və onlara təhvil verilməsinə dair qətnamə qəbul edilməsini xahiş etmişdir. Məhkəmə iclasında iştirak edən İddiaçı1 iddia ərizəsinin məzmununa uyğun izahat verərək, iddianın təmin edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Məhkəmə iclasının vaxtı və yeri barədə lazimi qaydada məlumatlandırılmış cavabdehlər məhkəmə iclasına gəlməmiş və işə onların iştirakı olmadan baxılmasını xahiş etməmişdirlər. Məhkəmə cavabdehlərin iştirakı olmadan işə baxılmasını mümkün hesab etmişdir. Məhkəmə iddiaçının izahatını dinləyib, iş materiallarında olan sənədləri nəzərdən keçirib, sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra hesab edir ki, iddia təmin edilməlidir. Belə ki, iş materiallarında olan və məhkəmə baxışında tədqiq edilmiş: ƏMDX Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri Publik Hüquqi Şəxsi Hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrindən çıxarışa əsasən Bakı şəhəri, Yasamal rayonu, Vasif Əliyev küç., 189 saylı ev 3/6 hissədə İddiaçı1, 1/6 hissədə İddiaçı3, 1/6 hissədə Alışova X9, 1/6 hissədə İddiaçı2 paylı mülkiyyətindədir. Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin 2(004)-4590/2020 saylı, 08 oktyabr 2020-ci il tarixli qətnaməsinə əsasən iddiaçılar İddiaçı1, İddiaçı3, İddiaçı2 və İddiaçı4 qızının iddia ərizələri təmin edilərək, cavabdehlər Cavabdeh1, Cavabdeh3, Cavabdeh2 Baladai oğlunun iddiaçıların mülkiyyətində olan Bakı şəhəri, Vasif Əliyev küç., 189 saylı evdən çıxarılmaları qət edilmişdir. Bakı Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının 2(103)-1786/2021 saylı, 05 fevral 2021-ci il tarixli qətnaməsinə əsasən Cavabdeh1 apellyasiya şikayəti qismən təmin edilərək, Yasamal Rayon Məhkəməsinin 08 oktyabr 2020-ci il tarixli qətnaməsinin ləğv edilməsi; iddianın təmin edilməsi; cavabdehlər Cavabdeh1, Cavabdeh3, Cavabdeh2 Baladai oğlunun Bakı şəhəri, Yasamal rayonu, Vasif Əliyev küçəsində yerləşən 189 nömrəli evin texniki pasportunda göstərilən tikililərdən çıxarılması qət edilmişdir. Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki Kollegiyasının 2(102)-6043/2021 saylı, 06 dekabr 2021-ci il tarixli qərarına əsasən Cavabdeh1 tərəfindən verilmiş kassasiya şikayətinin təmin edilməyərək, Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının 2(103)-1786/2021 saylı, 05 fevral 2021-ci il tarixli qətnaməsinin dəyişdirilmədən saxlanılması qərara alınmışdır. Azərbaycan Respublikasının Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertiza Mərkəzinin 25 oktyabr 2024-cü il tarixli, 10/4617 saylı ekspert rəyindən görünür ki, ünvan 1 ünvanında yerləşən fərdi yaşayış evinə dair texniki pasportun məlumatları ilə faktiki tikililərin planda yerləşməsi müqayisə olduğu zamanı cavabdehlərin faktiki istifadələrində texniki pasportun məlumatlarında nəzərdə tutulmayan sahələri 13,3m2 (3,25x4,10) və 13,9m2 (3,30x4,20) tikililərin mövcud olduğu müəyyən edilir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin: 152.1-ci maddəsinə əsasən mülkiyyət hüququ - subyektin ona mənsub əmlaka (əşyaya) öz istədiyi kimi sahib olmaq, ondan istifadə etmək və ona dair sərəncam vermək üzrə dövlət tərəfindən tanınan və qorunan hüququdur. 157.1-ci maddəsinə əsasən mülkiyyətçinin mülkiyyət hüququnun tanınmasını tələb etmək ixtiyarı vardır. 157.2-ci maddəsinə əsasən mülkiyyətçi özgəsinin qanunsuz sahibliyindən öz əmlakını geri tələb edə bilər. 180.1-ci maddəsinə əsasən tikinti məqsədləri üçün ayrılmayan torpaq sahəsində və ya buna lazımi icazələr almadan və ya şəhərsalma və tikinti normalarını və qaydalarını ciddi surətdə pozmaqla tikilmiş yaşayış evi, digər tikili, qurğu və ya başqa daşınmaz əmlak özbaşına tikinti sayılır. 180.2-ci maddəsinə əsasən özbaşına tikinti aparmış şəxs ona mülkiyyət hüququ əldə etmir. Onun tikintiyə dair sərəncam vermək - onu satmaq, bağışlamaq, icarəyə vermək, digər əqdlər bağlamaq ixtiyarı yoxdur. 180.4-cü maddəsinə əsasən tikinti məqsədləri üçün ayrılmayan torpaq sahəsində və ya buna lazımi icazələr almadan və ya şəhərsalma və tikinti normalarını və qaydalarını ciddi surətdə pozmaqla tikilmiş bina və qurğular müvafiq icra hakimiyyəti orqanlarının və ya maraqlı tərəfin müraciəti üzrə qəbul edilmiş məhkəmənin qərarı əsasında sökülə bilər. Qeyd olunan tələblərin əsaslı olub-olmadığının yoxlanılması üçün aşağıdakı hallar araşdırılmalıdır: 1) iddia tələbində göstərilən tikilinin özbaşına tikinti olub-olmadığı, 2) iddiaçının Mülki Məcəllənin 180.4-cü maddəsində göstərilən şəxslərə aid olub-olmadığı. Mülki Məcəllənin qeyd olunan maddənin dispozitiv şərtlərindən məlum olur ki, özbaşına tikinti hesab edilən daşınmaz əmlaklar yalnız məhkəmənin qərarı əsasında sökülə bilər və bu iddiaları müvafiq icra hakimiyyəti orqanları və ya maraqlı tərəf irəli sürə bilər. Həmçinin maddədə göstərilən “maraqlı tərəf” dedikdə, özbaşına tikintinin aparılması nəticəsində qanunla qorunan maraqları və hüquqları pozulmuş şəxslər başa düşülür. Beləliklə, məhkəmə araşdırması zamanı müəyyən edilmişdir ki, Bakı Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının 2(103)-1786/2021 saylı, 05 fevral 2021-ci il tarixli qanuni qüvvəyə minmiş qətnaməsinə əsasən cavabdehlər Cavabdeh1, Cavabdeh3 və Cavabdeh2 Baladai oğlunun Bakı şəhəri, Yasamal rayonu, Vasif Əliyev küçəsində yerləşən 189 nömrəli evin texniki pasportunda göstərilən tikililərdən çıxarılması qət edilmişdir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 82.3-cü maddəsinə əsasən bir mülki iş üzrə qanuni qüvvəyə minmiş məhkəmə qətnaməsi ilə müəyyən edilmiş faktlar həmin işdə iştirak edən şəxslər tərəfindən başqa məhkəmə prosesində mübahisələndirilmir və yenidən sübut edilmir. Məhkəmə gedişatında təyin olunmuş ekspertizanın rəyi əsasında cavabdehlərin ünvan 1 ünvanında yerləşən fərdi yaşayış evinə dair texniki pasportun məlumatları ilə faktiki tikililərin planda yerləşməsi müqayisə olduğu zamanı cavabdehlərin faktiki istifadələrində texniki pasportun məlumatlarında nəzərdə tutulmayan sahələri 13,3m2 (3,25x4,10) və 13,9m2 (3,30x4,20) tikililərin mövcud olduğu müəyyən edilmişdir. Beləliklə, məhkəmə hesab edir ki, iddiaçıların ünvan 1 ünvanında yerləşən 0,0287 hektar torpaq sahəsinə mülkiyyət hüquqları pozulduğundan və hazırki mülki iş üzrə AR Mülki Məcəlləsinin 180.4-cü maddəsinin dispozisiya şərtləri müəyyən edildiyindən, ünvan 1 ünvanında yerləşən 0,0287 hektar torpaq sahəsində cavabdehlər Cavabdeh1, X6 və X4 məxsus qanunsuz tikililər sökülməli, torpaq sahəsi boşaldılaraq ididiaçılar İddiaçı1, İddiaçı3, İddiaçı2 və İddiaçı4 qızına təhvil verilməlidir. Azərbaycan Respublikası MPM-nin 107-ci və 119.1-ci maddələrinə əsasən, məhkəmə xərcləri dövlət rüsumundan və işə baxılması ilə əlaqədar olan məsrəflərdən ibarətdir. Ödənilmiş dövlət rüsumu cavabdehlərdən müştərək qaydada tutularaq, iddiaçılara ödənilməlidir. Şərh olunanlara və Azərbaycan Respublikası MPM-nin 216-220, 227və 360-cı maddələrinə əsasən, məhkəmə QƏT ETDİ: İddia tələbi təmin edilsin. ünvan 1 ünvanında yerləşən 0,0287 hektar torpaq sahəsində cavabdehlər Cavabdeh1, X6 və X4 məxsus qanunsuz tikililər sökülsün, torpaq sahəsi boşaldılaraq ididiaçılar İddiaçı1, İddiaçı3, İddiaçı2 və İddiaçı4 qızına təhvil verilsin. Ödənilmiş 100 (bir yüz) manat məbləğində dövlət rüsumu cavabdehlər Cavabdeh1, X6 və X1 müştərək qaydada tutularaq iddiaçılara ödənilsin. Qətnamədən tərəflərə rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Bakı şəhəri Yasamal Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Sədrlik edən: Ayşən Sultanova-Məmmədova
Məhkəmə qərarları › İş №2(004)-86/2024
Bakı Şəhəri Yasamal Rayon Məhkəməsi Qətnamə — İş №2(004)-86/2024
10.12.2024 · Torpaq mübahisələri - Torpaq münasibətləri üzrə sair mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver