Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(004)-878/2021 03.05.2021 BAKI ŞƏHƏRİ YASAMAL RAYON MƏHKƏMƏSİ Hakim Axundova Günay Təyar qızının sədrliyi, Hacıyev Ceyhun Kamal oğlunun katibliyi, İddiaçı, Cavabdehin nümayəndəsi X1 iştirakları ilə, İddiaçı cavabdeh "Cavabdeh QSC-yə qarşı "zaminlik müqaviləsinə xitam verilməsi tələbinə dair" mülki işə məhkəmənin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: İddiaçı cavabdeh "Cavabdeh QSC-yə qarşı "zaminlik müqaviləsinə xitam verilməsi tələbinə dair" iddia ərizəsi ilə 12.11.2020-ci il tarixdə məhkəməyə müraciət edərək cavabdeh “xxxx” QSC ilə X2 arasında 28.02.2008-ci il tarixdə bağlanmış kredit müqaviləsinin təminatı kimi xxxx QSC ilə İddiaçı arasında bağlanmış zaminlik müqaviləsinə xitam verilməsi, cavabdeh “xxxx” QSC-dən ödənilmiş 500 manat məbləğində pulun və ödənilmiş dövlət rüsumunun iddiaçının xeyrinə tutulması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Məhkəmə iclasında iştirak edən İddiaçı izahat verərək bildirir ki, o, şəxsi istifadəsi və müxtəlif təyinatlarına görə dəfələrlə son vaxtlara kimi müxtəlif banklardan kredit götürürmüşdür və vaxtı-vaxtında ödənişlər edərək kredit borclarını ödəmişdir. Hazırda Azərbaycan Beynəlxalq Bankına işlək kredit borcu vardır, həmin kredit müqaviləsinin müddəti 03.04.2021-ci ildə bitir. Qeyd olunan kredit borcu üzrə də vaxtı-vaxtında kredit borcunu ödəyir. 27.02 2019-cu il tarixdə o, cavabdeh “xxxx” QSC ilə də 05.03.2021-ci il tarix müddətinə kimi kredit müqaviləsi bağlayaraq 5000 (beş min) manat məbləğində kredit götürmüşdür və vaxtı-vaxtında həmin kredit müqaviləsi üzrə borcunu ödəyir, hazırda cəmi 1737,56 manat kredit borcu qalmışdır. Həmin kredit borcunu ödəməmiş, cavabdeh “xxxx” QSC ondan 500 manat kredit borcunu nağd ödənişlə almışdır. Sonradan ona məlum olmuşdur ki, həmin ödənişi 28.02.2008-ci il tarixdə cavabdehin X2 ilə bağladığı onun və digər zaminin zamin olduğu kredit müqaviləsi üzrə borcdan siliblər. Dəfələrlə cavabdehə 28.02.2008-ci il tarixli kredit müqaviləsi üzrə onun zaminliyinə xitam verilməsini, həmin ödənişin qaytarılmasını və ya hazırki, kredit borcundan silinməsini xahiş etsə də cavabdeh pulunu qaytarmir və kredit borcundan silməyir, onun 28.02.2008-ci il tarixli kredit müqaviləsi üzrə zaminliyinə xitam vermir. Məhkəmənin nəzərinə çatdırır ki, 28.02.2008-ci il tarixdə cavabdeh X2 ilə kredit müqaviləsi bağladığdan sonra ona qarşı 12 ildir ki, heç bir tələbi olmamışdır, aralarında məhkəmə mübahisəsi aparılmamışdır. Lakin 12 ildən sonra cavabdeh onu kredit borcu adı ilə aldadaraq 500 manatı mənimsəmiş, ona saxta qəbz vermişdir. İddianın təmin olunmasını xahiş edir. Məhkəmə iclasında iştirak edən cavabdehin nümayəndəsi X4 izahat verərək bildirir ki, iddia ilə bağlı zaminlik müqaviləsini məhkəməyə təqdim edə bilməsə də belə bir zaminlik müqaviləsi mövcuddur. İddiada 500 manatla bağlı iddiaçının müddət ötürməklə bağlı qeyd etdiyi məsələyə isə münasibət bildirir ki, burada öhdəlik yaranıbsa müddət ötməkdən danışmaq olmaz. İddiaçı qeyd edir ki, bankla hazırda başqa öhdəliyi də var. Mülki məcəlləyə uğun olaraq əgər gecikmiş öhdəlik varsa silinmə aparıla bilər. Məhkəmə tərəflərin izahatını dinləyib, iş materiallarında olan sənədləri nəzərdən keçirib, sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra hesab edir ki, iddia qismən təmin edilməlidir. Belə ki, iş materiallarında olan “xxxx” MMC tərəfindən verilmiş 24.09.2020-ci il tarixli çıxarışın surətinə əsasən İddiaçı 28.02.2008-ci il tarixdə 18 ay müddətinə bağlanmış kredit müqaviləsi üzrə zaminlik öhdəliyi mövcuddur. İş materiallarında olan 17.04.2019-cu il tarixli pul vəsaitinin təhvil-təslimi haqqında aktın surətinə əsasən İddiaçı Cavabdeh QSC-yə X3 məxsus olan kredit borcu üzrə 500 manat ödəniş etmişdir. İşin məhkəmə tərəfindən müəyyən edilmiş halları odur ki, İddiaçı Cavabdeh QSC ilə X5 arasında bağlanmış 28.02.2008-ci il tarixli kredit müqaviləsi üzrə zamin durmuşdur. Həmin öhdəliyin icrası üzrə 500 manat ödəniş etmişdir. Hazırda iddiaçı onunla bank arasında bağlanmış zaminlik müqaviləsinə xitam verilməsi və ödədiyi 500 manat məbləğində pulun cavabdehdən onun xeyrinə tutulmasını xahiş edir. Məhkəmə qeyd edir ki, cavabdeh zaminə qarşı iddia sürməsi üçün nəzərdə tutulan müddət axımı 28.08.2009-cu il tarixdən başlamış və həmin vaxtdan bir il ərzində kreditor zaminə qarşı iddia irəli sürməmiş, zaminin öhdəliklərinə xitam verilmişdir. Belə olan halda məhkəmə qeyd edir ki, İddiaçı ilə bağlamış zaminlik müqaviləsinə xitam verilməlidir. Məhkəmə qeyd edir ki, iddia tələbi 500 mant məbləğində pulun cavabdehdən tutulması hissəsində təmin edilə bilməz. Belə ki, iddiaçı zaminlik öhdəliyi üzrə 500 manat məbləğində ödəniş etmişdir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 477.0.4-cü maddəsinə əsasən, zaminlik müqaviləsində göstərilmiş onun verilmə müddəti qurtardıqda zaminliyə xitam verilir. Belə müddət təyin edilmədikdə zaminliyə onun təmin etdiyi öhdəliyin icrası vaxtının çatdığı gündən bir il ərzində kreditorun zaminə qarşı iddia irəli sürmədiyi halda xitam verilir. Əsas öhdəliyin icrası müddəti göstərilmədikdə və müəyyənləşdirilə bilmədikdə və ya tələbetmə məqamı ilə müəyyənləşdirilə bildikdə zaminliyə zaminlik müqaviləsinin bağlandığı gündən iki il ərzində kreditorun zaminə qarşı iddia irəli sürmədiyi halda xitam verilir. Beləliklə, məhkəmə qeyd edir ki, iddia qismən təmin edilməli, cavabdeh xxxx QSC ilə X2 arasında 28.02.2008-ci il tarixdə bağlanmış kredit müqaviləsinin təminatı kimi xxxx QSC ilə İddiaçı arasında bağlanmış zaminlik müqaviləsinə xitam verilməli, iddia tələbi qalan hissədə təmin edilməməlidir. Məhkəmə qeyd edir ki, iddia qismən təmin edildiyindən ödənilmiş 30 manat dövlət rüsumunun 10 manatı cavabdehdən iddiaçının xeyrinə tutulmalıdır. Azərbaycan Respublikası MPM-in 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Yuxarıda göstərilənlərə əsasən və Mülki Prosessual Məcəllənin 119, 216-220-ci, 358-ci və 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddia tələbi qismən təmin edilsin. Cavabdeh QSC ilə X2 arasında 28.02.2008-ci il tarixdə bağlanmış kredit müqaviləsinin təminatı kimi xxxx QSC ilə İddiaçı arasında bağlanmış zaminlik müqaviləsinə xitam verilsin. İddia tələbi qalan hissədə təmin edilməsin. Ödənilmiş dövlət rüsumunun əvəzi olan 30 (otuz) manatın 10 (on) manatı Cavabdeh QSC-dən İddiaçı xeyrinə tutulsun, 20 manatı isə iddiaçıya aid edilsin. Qətnamədən, qətnamə işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 1 ay müddətində Bakı şəhəri Yasamal Rayon Məhkəməsi vasitəsilə Bakı Apelyasiya Məhkəməsinə apelyasiya şikayəti verilə bilər. Sədrlik edən: Günay Axundova
Məhkəmə qərarları › İş №2(004)-878/2021
Bakı Şəhəri Yasamal Rayon Məhkəməsi Qətnamə — İş №2(004)-878/2021
03.05.2021 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Zaminlik müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver