Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(004)-883/2024 02.04.2024 BAKI ŞƏHƏRİ YASAMAL RAYON MƏHKƏMƏSİ Hakim Hacıyev Vahid Məcid oğlunun sədrliyi, Həsənova Aysel Zaur qızının katibliyi, İddiaçı nümayəndəsi və vəkili Vəkil, cavabdeh Bakı şəhəri Cavabdeh nümayəndəsi Nümayəndə2, mübahisə predmeti barəsində müstəqil tələblər irəli sürməyən üçüncü şəxs qismində cəlb edilmiş Yasamal Bələdiyyəsinin nümayəndəsi Nümayəndə1 iştirakı ilə, İddiaçı cavabdeh Bakı şəhəri Cavabdehnə qarşı “torpaq sahəsinə dair icarə müqaviləsinin bağlanması” tələbinə dair iddiası üzrə mülki işə məhkəmənin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: İddiaçı cavabdeh Bakı şəhəri Cavabdehnə qarşı “torpaq sahəsinə dair icarə müqaviləsinin bağlanması” tələbinə dair iddia ərizəsi ilə xx.xx.2023-cü il tarixdə məhkəməyə müraciət edərək, Bakı şəhəri Yasamal rayonu Qanlı gölün cənub hissəsində yerləşən və uzun müddət istifadədə olan 30374,6 kv.metr torpaq sahəsi ilə əlaqədar onunla icarə müqaviləsi bağlanması öhdəliyinin cavabdeh Bakı şəhəri Cavabdehnə üzərinə qoyulması barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Yasamal Bələdiyyəsi mübahisə predmeti barəsində müstəqil tələblər irəli sürməyən üçüncü şəxs qismində işə cəlb edilmişdir. İddiaçı nümayəndəsi və vəkili Vəkil məhkəmə iclasında iddia tələbini müdafiə etdi və izahatında bildirdi ki, Bakı şəhəri Yasamal rayonu Qanlı Gölün cənub hissəsi ünvanda cəmi 30374,6 kv.metr torpaq sahəsində lazımi təmizlik işləri apararaq uzun illərdir ki, oradan istifadə və sahiblik etməklə, ərazidə müxtəlif tikinti işləri apararaq sahibkarlıq fəaliyyəti ilə məşğul olur. Cavabdehnə ərizə yazaraq həmin torpaq sahəsinin sənədləşdirilməsinə köməklik göstərilməsi xahiş edilmişdir. Rayon İcra Hakimiyyəti qeyd edilən torpaq sahəsinin uzun illərdir onun, faktiki istifadəsində olduğunu, 28674 kv.m 1700 kv.m torpaq sahəsinin 5-21/2-İ-7-091/2023 saylı 06 aprel 2023-cü il tarixli məktubla şəhid anası İddiaçı hazırkı müraciətini nəzərə alaraq, qanunvericiliyə uyğun İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti ilə icarə müqaviləsi bağlanmasını tövsiyyə etməklə, hər iki torpaq sahəsinin eskiz-planını təsdiq etmişdir. Bakı şəhəri Yasamal rayonu Qanlı Gölün cənub hissəsi ünvanda yerləşən İddiaçı istifadəsində olan torpaq sahəsinin eskiz-planı Bakı şəhəri Cavabdeh tərəfindən tərtib edilmişdir. İddiaçı torpaq sahəsinə dair icarə müqaviləsinin bağlanması üçün Bakı şəhəri Cavabdehnə müraciət etmişdir. Lakin Bakı şəhəri Cavabdeh əsassız olaraq İddiaçı ilə torpaq sahəsinə dair icarə müqaviləsi bağlamaqdan əsassız olaraq imtina etmişdir. Torpaq sahəsinin İddiaçı ayrılmasına dair hər hansı bir hüquqmüəyyənedici (sərəncam, ayrıc aktı və yerquruluşu planı) sənəd olmasa da, hesab edir ki, bu torpaq sahəsinə dair iddiaçı ilə cavabdehin arasında icarə müqaviləsi bağlanmalıdır. Odur ki, iddia tələbinin təmin edilməsini xahiş edir. Cavabdeh Bakı şəhəri Cavabdeh nümayəndəsi Nümayəndə2 məhkəmə iclasında iddia tələbini qəbul etmədi və izahatında bildirdi ki, İddiaçı Bakı şəhəri Yasamal rayonu Qanlı gölün cənub hissəsində yerləşən və uzun müddət istifadədə olan 30374,6 kv.metr torpaq sahəsi ilə əlaqədar onunla icarə müqaviləsi bağlanması üçün Bakı şəhəri Cavabdehnə müraciət etmişdir. Həmin torpaq sahəsinin iddiaçıya ayrılmasına dair hər hansı bir sənəd yoxdur. Torpaq sahəsi rayon ərazisində yerləşdiyinə görə Bakı şəhəri Cavabdeh iddiaçının müraciətinə əsasən torpaq sahəsinə dair icarə müqaviləsinin bağlanmasına etiraz etmədiyinə dair Əmlak Məsələləri Dövlət Xidmətinə razılıq məktubu ünvanlamışdır. Torpaq sahəsi dövlət mülkiyyətində olmaqla, Bakı şəhəri Cavabdeh balansında deyildir. Torpaq sahəsinə dair icarə müqaviləsi bağlanması İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidmətinin səlahiyyətindədir. Odur ki, iddianın rədd edilməsini xahiş edir. Mübahisə predmeti barəsində müstəqil tələblər irəli sürməyən üçüncü şəxs qismində cəlb edilmiş Yasamal Bələdiyyəsinin nümayəndəsi Nümayəndə1 məhkəmə iclasında iddia tələbi əsassız hesab etdi və izahat verərək bildirdi ki, İddiaçı icarə müqaviləsini bağlanmasını istədiyi Bakı şəhəri Yasamal rayonu Qanlı gölün cənub hissəsində yerləşən və uzun müddət istifadədə olan 30374,6 kv.metr torpaq sahəsi Yasamal Bələdiyyəsinin ərazisində yerləşsə də, Yasamal Bələdiyyəsinin mülkiyyətində olan torpaqların siyahısına daxil deyildir. Yasamal Bələdiyyəsi iddiaçıya torpaq sahəsi ayırmamışdır. Odur ki, icarə müqaviləsi bağlana bilməz. Məhkəmə tərəflərin izahatlarını dinləyib, iş materiallarında olan sənədləri nəzərdən keçirib, sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra hesab edir ki, iddia rədd edilməlidir. Belə ki, Bakı şəhəri Cavabdeh tərəfindən Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidmətinə ünvanlanmış P-9/2-091/2-1-H saylı xx.xx.2022-ci il tarixli məktubda bildirilmişdir ki, ərizəçi İddiaçı rayon İcra Hakimiyyətinə ərizə ilə müraciət edərək bildirmişdir ki, Bakı şəhəri Yasamal rayonu Qanlı Gölün cənub hissəsi ünvanda yerləşən 2950 kv.m torpaq sahəsi uzun illərdir onun istıfadəsindədır. Həmin torpaq sahəsinin 1250 kv.m sahəsi mühafizə zonasına düşdüyündən 1700 kv.m torpaq sahəsinin Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti arasında icarə muqaviiəsının bağlanmasına köməklik göstərilməsi xahiş edilmişdir. Bakı şəhəri Yasamal rayonu Qanlı Gölün cənub hissəsi ünvanında 1700 kv.m torpaq sahəsi uzun illərdir vətəndaş İddiaçı faktiki istifadəsindədır. İddiaçı tərəfindən həmin torpaq sahəsindən sahibkarlıq məqsədi ilə istifadə olunur. Qeyd edilən 1700 kv.m torpaq sahəsinə dair qanunvericiliyə uyğun olaraq İddiaçı ilə Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsəiələri Dövlət Xidməti arasında icarə müqaviləsinin bağlanılması məsələsi Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidmətinin mülahizəsinə təqdim edilmişdir. Bakı şəhəri Cavabdeh tərəfindən Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidmətinə ünvanlanmış 5-21/2-P-7- 091/2023 saylı xx.xx.2023-cü il tarixli məktubda bildirilmişdir ki, ərizəçi İddiaçı Cavabdehnə müraciət edərək faktiki istifadəsində olan Yasamal rayonu, Qanlı Gölün cənub hissəsi ünvanında yerləşən 28674,6 kv.m və 1700,0 kv.m torpaq sahələrinin təsdiq olunmuş eskiz planlarının müvafiq olaraq 20 may 2022-ci il tarixli, P-9-091 saylı və 20 iyul 2022-ci il tarixli, P-9/2-091 /2-t/1 saylı məktublarla Əmlak Məsələləri Dövlət Xidmətinə göndərildiyini bildirmiş, lakin səhhətində yaranmış ciddi problemlərlə əlaqədar bu günə qədər həmin sahələrin sənədləşməsi ilə məşğul ola bilmədiyindən qeyd olunan məktubların yeni tarixlə təkrar göndərilməsini xahiş etmişdir. Şəhid anası İddiaçı hazırkı müraciətini nəzərə alaraq, qeyd olunan torpaq sahələrinə dair qanunvericiliyə uyğun olaraq İddiaçı ilə Əmlak Məsələləri Dövlət Xidməti arasında icarə müqaviləsi bağlanması məsələsi barədə xx.xx.2022-ci il tarixli P-9- 091 saylı və xx.xx.2022-ci il tarixli P-9/2-091/2-t/1 saylı məktubları yenidən baxılması üçün Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidmətinin mülahizəsinə təqdim edilmişdir. Bakı İnzibati Məhkəməsinin xx.xx.2023-cü il tarixli 2-1(112)-9907/2023 nömrəli qərarı ilə İddiaçı cavabdeh Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidmətinə qarşı “torpaq sahəsinə dair icarə müqaviləsinin bağlanması” tələbinə dair iddiası rədd edilmişdir. Həmin qərarla müəyyən edilmişdir ki, Bakı şəhəri Yasamal rayonu Qanlı gölün cənub hissəsində yerləşən və uzun müddət istifadədə olan 30374,6 kv.metr torpaq sahəsinin İddiaçı istifadəsinə ayrılmasına dair müvafiq torpaqayırma sənədləri (sərəncam, ayrıc aktı və ya yerquruluşu planı) mövcud deyildir. Azərbaycan Respublikası MPM-in 82.3-cü maddəsinə əsasən bir mülki iş üzrə qanuni qüvvəyə minmiş məhkəmə qətnaməsi ilə müəyyən edilmiş faktlar həmin işdə iştirak edən şəxslər tərəfindən başqa məhkəmə prosesində mübahisələndirilmir və yenidən sübut edilmir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 139.1-ci maddəsinə əsasən mülkiyyət hüququ və daşınmaz əmlaka digər hüquqlar, bu hüquqların məhdudlaşdırılması, əmələ gəlməsi, başqasına keçməsi və xitamı dövlət qeydiyyatına alınmalıdır. Mülkiyyət hüququ, istifadə hüququ, ipoteka, servitutlar, habelə daşınmaz əmlaka digər hüquqlar bu Məcəllədə və qanunvericilikdə nəzərdə tutulan hallarda qeydə alınmalıdır. Mülki Məcəllənin 241.1-ci maddəsinə əsasən torpaq sahəsinin mülkiyyətçisi onu başqa şəxslərin istifadəsinə, o cümlədən icarəsinə verə bilər. Mülki Məcəllənin 241.2-ci maddəsinə əsasən dövlət və ya bələdiyyə mülkiyyətində olan torpaq sahəsindən istifadə hüququ fiziki və hüquqi şəxslərə torpaq sahələrini bu cür istifadəyə verməyə vəkil edilmiş dövlət orqanının və ya yerli özünüidarə orqanının qərarına əsasən, qanunla müəyyənləşdirilmiş qaydada verilir. Mülki Məcəllənin 700.2-ci maddəsinə əsasən icarə predmeti torpaq sahələri, binalar, daşınar əşyalar, hüquqlar və müəssisələr ola bilər. Torpaq Məcəlləsinin 66.1-ci maddəsinə əsasən dövlət mülkiyyətində olan torpaq sahələrinin hər hansı hüquqda hüquqi və fiziki şəxslərə verilməsi müvafiq icra hakimiyyəti orqanının qərarı və tərəflər arasında bağlanmış müqavilə əsasında həyata keçirilir. İddiaçı Bakı şəhəri Yasamal rayonu Qanlı gölün cənub hissəsində yerləşən və uzun müddət istifadədə olan 30374,6 kv.metr torpaq sahəsi ilə əlaqədar icarə müqaviləsi bağlanması öhdəliyinin cavabdeh Bakı şəhəri Cavabdehnə üzərinə qoyulması tələb etsə də, bu torpaq sahəsinin qanuni əsaslarla (sərəncam, qərar, ayrıc aktı və ya yerquruluşu planı və sair rəsmi sənədlə) ona ayrılmasını və qanuni istifadəsində olmasını təsdiq edən sənədləri məhkəməyə təqdim edə bilməmişdir. Torpaq sahəsi iddiaçının qanunsuz istifadəsindədir və zəbt edilmiş torpaq sahəsi hesab edilir. Bu səbəblərdən iddia tələbi təmin edilə bilməz. Azərbaycan Respublikası MPM-in 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Azərbaycan Respublikası MPM-in 81-ci maddəsinə əsasən qanuna və ya digər normativ hüquqi aktlara əsasən müəyyən sübutetmə vasitələri ilə təsdiq edilməli olan işin halları başqa sübutlarla təsdiq oluna bilməz. Məhkəmə qeyd edir ki, iddia tələbinin əsasını tərəfin gümanları və düşüncələri deyil, mötəbər yazılı sübutlar və rəsmi sənədlər təşkil edə bilər. İddiaçı isə belə bir mötəbər sübutun olmasını təsdiq edən yazılı sənədləri məhkəməyə təqdim edə bilməmiş, yəni sübutetmə vəzifələrini yerinə yetirməmişdir. Bu səbəbdən iddiaçının iddia tələbi özü-özlüyündə əsassız olduğundan rədd edilməlidir. Yuxarıda şərh olunanlara əsasən və Azərbaycan Respublikası MPM-in 119, 216-220, 227, 233, 357, 360, 362-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddiaçı cavabdeh Bakı şəhəri Cavabdehnə qarşı “Bakı şəhəri Yasamal rayonu Qanlı gölün cənub hissəsində yerləşən və uzun müddət istifadədə olan 30374,6 kv.metr torpaq sahəsi ilə əlaqədar İddiaçı ilə icarə müqaviləsi bağlanması öhdəliyinin cavabdeh Bakı şəhəri Cavabdehnə üzərinə qoyulması” tələbinə dair iddiası rədd edilsin. Qətnamədən, işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 1 ay müddətində Bakı şəhəri Yasamal rayon Məhkəməsi vasitəsilə (Azərbaycan Respublikası MPM-in 10-1.3-cü maddəsinə əsasən “Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinet vasitəsilə) Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasına apellyasiya şikayəti verilə bilər. Sədrlik edən: Vahid Hacıyev
Məhkəmə qərarları › İş №2(004)-883/2024
Bakı Şəhəri Yasamal Rayon Məhkəməsi Qətnamə — İş №2(004)-883/2024
02.04.2024 · Müqavilələrin bağlanması
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver