Məhkəmə qərarları › İş №2(004)-889/2022

Bakı Şəhəri Yasamal Rayon Məhkəməsi Qətnamə — İş №2(004)-889/2022

10.02.2022 · Hüquqi əhəmiyyəti olan faktların müəyyən edilməsi haqqında - Mirasın qəbul edilməsi və vərəsəliyin açılma yerinin müəyyən edilməsi faktı
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(004)-889/2022 10.02.2022 BAKI ŞƏHƏRİ YASAMAL RAYON MƏHKƏMƏSİ Hakim Məmmədov Ayaz Süleyman oğlunun sədrliyi, Məmmədova Ayşən Müşfiq qızının katibliyi, İddiaçı Ərizəçi iştirakı ilə, Ərizəçi marqlı şəxs Masallı Regional “Asan Xidmət” Mərkəzində Notariat Ofisinə qarşı “miras əmlakın qəbul edilməsi faktının və vərəsəliyin açılma yerinin müəyyən edilməsinə dair” mülki işə Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə M Ü Ə Y Y Ə N E T D İ: Ərizəçi marqlı şəxs Masallı Regional “Asan Xidmət” Mərkəzində Notariat Ofisinə qarşı “miras əmlakın qəbul edilməsi faktının və vərəsəliyin açılma yerinin müəyyən edilməsinə dair” ərizə ilə məhkəməyə müraciət edərək, anası X3 13-09-2009-cu ildə Masallı rayonun Şərəfə kəndində vəfat etməsi ilə əlaqədar mirasın açıldığı yerinin və vaxtının, 0.30 ha miras əmlak olan həyətyanı torpaq sahəsinin onun tərəfindən qəbul edilmə faktının müəyyən edilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Ərizəni onunla əsaslandırmışdır ki, atası X14 03.06.1999-cu ildə, anası X7 13.09.2009-cu ildə Masallı rayonun Şərəfə kəndində vəfat etmiş və həmin kəndin qəbirstanlığında dəfn edilmişlər. Valideynləri Masallı rayon Şərəfə kəndində yaşamış, orada onlara məxsus yaşayış evi və 0.30 ha həyatyanı torpaq sahəsi olmuşdur. Valideynlərinin vəfatından sonra miras qalmış 0.30 ha torpaq sahəsi onun istifadəsində və sahibliyində olmuş və hazırki vaxtadək ondan başqa heç kim istifadə etmir. Valideynlərinin vəfatından sonra 4 nəfər birinci növbəli vərəsəsi qalmışdır. Həmin vərəsələr mirası qəbul etməmiş və mirasdan pay tələb etmirlər. Bu barədə onların ərizələri vardır. Məhkəməyə müraciət etməzdən əvvəl vərəsəlik şəhadətnaməsi verməkdən ötrü notariat orqanına müraciət etmişdir. Lakin mirası qəbul etməsinə baxmayaraq vəırəsəlik hüquqlarının rəsmləşməsinə mane olan hüquqi əsasları, yəni miras qoyan valideynlərinin miras əmlaklarına dair hüquq müəyyənediçi sənədləri əldə edə bilməməsi nəticəsində vərəsəlik şəhadətnaməsinin verilməsindən imtina etmişdir. Məhkəmə iclasında Ərizəçi ərizəni müadifə edərək, onun təmin edilməsinə dair qətnamə çıxarılmasını xahiş etmişdir. Məhkəmə iclasının vaxtı və yeri haqqında lazimi qaydada məlumatlandırılmış maraqlı şəxs Masallı Regional “Asan Xidmət” Mərkəzində Notariat Ofisi məhkəməyə məktubla müraciət edərək, məhkəmə iclasının nümayəndəsinin iştirakı olmadan keçirilməsini məhkəmədən xahiş etmişdir. Məhkəmə maraqlı şəxsin nümayəndəsinin iştirakı olmadan məhkəmə iclasının keçirilməsini mümkün hesab etmişdir. Məhkəmə ərizəçinin izahatını dinləyib, iş materiallarını araşdırıraq, məhkəmə baxışı zamanı tədqiq olunmuş sübutlara məcmu halda hüquqi qiymət verərək hesab edir ki, ərizə təmin edilməlidir. Belə ki, iş materiallarına əlavə edilmiş: AR ƏMDK yanında DƏDRX-nin 8 saylı Cəlilabad şəhər Ərazi İdarəsi tərəfindən verilmiş 03.12.2021-ci il tarixli arayışdan görünür ki, X3 adına Masallı rayonu, Şərəfə kəndində 0.30 ha həyatyanı torpaq sahəsi vardır. Masallı rayon Şərəfə Ərazi Nümayəndəliyi tərəfindən verilmiş AZ-İİ № 186043 seriyalı ölüm haqqında şəhadətnamənin surətindən görünür ki, CX18 oğlu 03.06.1999-cu il tarixdə vəfat etmişdir. Masallı rayon Şərəfə Ərazi Nümayəndəliyi tərəfindən verilmiş AZ-İİ № 186044 seriyalı ölüm haqqında şəhadətnamənin surətindən görünür ki, X7 13.09.2009-cu il tarixdə vəfat etmişdir. Masallı Rayon İcra Hakimiyyəti Başçısının Şərəfə Kənd İnzibati Ərazi Dairəsi üzrə Nümayəndəliyi tərəfindən verilmiş 03.12.2021-ci il tarixli arayışdan görünür ki, Ərizəçi Masallı rayonunun Şərəfə kəndində yerləşən mərhum atası X6 və mərhum anası X3 adına olan həyətyanı torpaq sahəsindən istifadə etmiş və hal-hazırda istifadə edir. Masallı Regional “Asan Xidmət” Mərkəzində Notariat Ofisi tərəfindən Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin yanında Daşınmaz Əmlakın Dövlət Reyestr Xidmətinin Ərazi İdarəsinin rəisinə ünvanlanmış 22.06.2021-ci il tarixli məktubdan görünür ki, Bakı ş., Yasamal r., 11-ci Xrebtovı dön, ev.72 ünvanda yaşayan Ərizəçi notariat ofisinə müraciət edərək mərhum 03.06.1999-cu ildə vəfat etmiş atası X4 miras qalmış əmlaka dair qanun üzrə vərəsəlik hüququ haqqında şəhadətnamə verilməsini xahiş etmişdir. Vərəsəlik işini rəsmiləşdirməkdən ötrü mərhum X8 məxsus olan əmlak barəsində DƏDRXdən çıxarış verilməsi xahiş edilmişdir. Masallı Rayon İcra Hakimiyyəti Başçısının Şərəfə Kənd İnzibati Ərazi Dairəsi üzrə Nümayəndəliyi tərəfindən verilmiş 21.06.2021-ci il tarixli arayışdan görünür ki, mərhum X3 övladları- Ərizəçi, X9, X5 və X10r. Notarial qaydada təsdiq olunmuş 11.06.2021-ci il tarixli və 21.06.2021-ci il tarixli ərizələrdən görünür ki, X9, X5 və X12 13.09.2009-cu il tarixdəvəfat etmiş anaları X2 miras qalmış əmlakı faktiki qəbul etmədiklərini, qəbul etmək niyyətində də olmadığlarını, gələcəkdə bununla bağlı heç bir məhkəmə orqanlarına müraciət etməyəcəklərini göstərmişdirlər Azərbaycan Respublikası Konstitusiyasının 29.5-ci maddəsinə əsasən dövlət vərəsəlik hüququna təminat verir. Azərbaycan Respublikası MPM-nin 217.2-ci maddəsinə əsasən qətnamə mübahisəli hüquq münasibətinin yarandığı zaman qüvvədə olan maddi hüquq normalarına və işin baxılması zamanı qüvvədə olan prosessual hüquq normalarına uyğun çıxarılmalıdır. Həmin Məcəllənin 307.2.9-cu maddəsinə əsasən mirasın qəbul edilməsi faktının və vərəsəliyin açılma yerinin müəyyən edilməsi barədə işlərə baxır. Həmin Məcəllənin 308-ci maddəsinə əsasən məhkəmə hüquqi əhəmiyyəti olan faktları o zaman müəyyən edə bilər ki, ərizəçi həmin faktları təsdiq edən lazımi sənədləri başqa qaydada ala bilməsin, yaxud itirilmiş sənədlərin bərpası mümkün olmasın. Həmin Məcəllənin 309.1-ci maddəsinə əsasən hüquqi əhəmiyyəti olan faktların müəyyən edilməsi haqqında ərizələr ərizəçinin yaşadığı yerin məhkəməsinə verilir. Həmin Məcəllənin 311-ci maddəsinə əsasən məhkəmənin qətnaməsi faktı təsdiq edən sənədi, qeydə alınmalı faktlar üzrə isə qeydiyyatı həyata keçirən orqanların verdiyi sənədləri əvəz etməməklə, belə qeydəalınma üçün əsasdır. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 1133.1-ci maddəsinə əsasən, ölmüş şəxsin (miras qoyan) əmlakı başqa şəxslərə (vərəsələrə) qanun üzrə və ya vəsiyyət üzrə və ya hər iki əsasla keçir. Həmin Məcəllənin 1145 və 1146-cı maddələrinə görə miras fiziki şəxsin ölümü və ya məhkəmə tərəfindən ölmüş elan edilməsi ilə açılır. Miras qoyanın öldüyü gün və ya fiziki şəxsin ölmüş elan edilməsi barədə məhkəmə qərarının qüvvəyə mindiyi gün mirasın açıldığı vaxt sayılır. Həmin Məcəllənin 1147.1-ci maddəsinə əsasən miras qoyanın yaşayış yeri, bu məlum olmadıqda isə mirasın olduğu yer mirasın açıldığı yer sayılır. Həmin Məcəllənin 1159.1.1-ci maddəsinə əsasən birinci növbədə-ölənin uşaqları, miras qoyanın ölümündən sonra doğulmuş uşaq, arvad (ər), valideynlər (övladlığa götürənlər) vərəsə sayılırlar. Həmin Məcəllənin 1243.2-ci maddəsinə əsasən, vərəsə mirasın açıldığı yer üzrə notariat kontoruna mirası qəbul etdiyi barədə ərizə verdikdə və ya əmlaka sahiblik etməyə və ya əmlakı idarə etməyə faktiki başladıqda bununla da mirası qəbul etdiyini şəksiz nümayiş etdirdikdə miras vərəsə tərəfindən qəbul edilmiş sayılır. Həmin Məcələnin 1255-ci maddəsinə əsasən, qəbul edilmiş miras onun açıldığı gündən vərəsənin mülkiyyəti sayılır. Beləliklə, məhkəmə araşdırılması zamanı müəyyən edildi ki, Masallı rayonu, Şərəfə kəndində yerləşən 0.30 ha həyatyanı torpaq sahəsi mərhum X3 xüsusi mülkiyyətində olmuşdur. Sonuncunun 2009-cu il tarixdə vəfat etməsi ilə miras əmlak qızı Ərizəçi tərəfindən qəbul edilmişdir. Ərizəçi anasının ölümündən sonra miras əmlakı faktiki olaraq, idarə etməklə, onu birmənalı şəkildə qəbul etmişdir. Bu fakt iş materialları ilə öz təsdiqini tapmışdır. Belə olduğu halda, məhkəmə hesab edir ki, ərizə təmin edilməli, X2 qalan Masallı rayonu, Şərəfə kəndində yerləşən 0.30 ha həyatyanı torpaq sahəsindən ibarət mirasın açıldığı vaxtının 13.09.2009-cu il tarixi, yerinin Masallı rayonu, Şərəfə kəndi olması, ərizəçinin mirasın qəbul edilməsi faktı müəyyən edilməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəllənin 14.2-ci maddəsinə görə məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 77.1-ci maddəsinə görə isə hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Həmin Məcəllənin 217.3-cü maddəsinə əsasən qətnamə iş üzrə müəyyən edilmiş həqiqi hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır. Həmin Məcəllənin 217.4-cü maddəsinə əsasən məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Həmin Məcəllənin 218.3-cü maddəsinə müvafiq olaraq o, iddia tələblərinin hədlərindən kənara çıxmadan işdə iştirak edən şəxslərin verdiyi tələblər üzrə qətnamə çıxarmalıdır. Həmin Məcəllənin 220.5-ci maddəsinə əsasən qətnamənin nəticə hissəsində iddianın tam və ya qismən təmin edilməsi və ya rədd edilməsi haqqında məhkəmənin hansı nəticəyə gəldiyi, məhkəmə xərclərinin bölüşdürülməsi, qətnamədən şikayət vermə müddəti və qaydası göstərilməlidir. Göstrilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220, 227, 358, 360 və 362-ci maddələrini rəhbər tutaraq, məhkəmə Q Ə T E T D İ: Ərizə təmin edilsin. X1 qalan mirasın açılma vaxtı 13.09.2009-cu il tarixi, açılma yeri Masallı rayonu, Şərəfə kəndi müəyyən edilsin. Ərizəçi mərhum anası X2 miras qalan Masallı rayonu, Şərəfə kəndində yerləşən 0.30 ha həyatyanı torpaq sahəsinə dair mirası qəbul etməsi faktı müəyyən edilsin. Qətnamədən rəsmi qaydada verildikdən sonra tərəflər 1 (bir) ay müddətində işə baxan Yasamal Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinin mülki kollegiyasına apellyasiya şikayəti verə bilərlər. Sədrlik edən:Ayaz Məmmədov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar