Məhkəmə qərarları › İş №2(004)-899/2023

Bakı Şəhəri Yasamal Rayon Məhkəməsi Qətnamə — İş №2(004)-899/2023

09.08.2023 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Sair öhdəliklər üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(004)-899/2023 09.08.2023 BAKI ŞƏHƏRİ YASAMAL RAYON MƏHKƏMƏSİ Hakim Məmmədov Ayaz Süleyman oğlunun sədrliyi, Hacıyeva Aysel Nazim qızının katibliyi, İddiaçı nümayəndəsi və vəkili Vəkil iştirakı ilə, İddiaçı cavabdeh X5 qarşı "maddi zərərin ödənilməsi” tələbinə dair iddia ərizəsi üzrə mülki işə Bakı şəhəri Yasamal Rayon Məhkəmə binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: İddiaçı cavabdeh X5 qarşı "maddi zərərin ödənilməsi” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, cavabdeh X2 onun xeyrinə 4437 manat və ödənilmiş dövlət rüsumunun tutulması barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddiaçı tələbini onunla əsaslandırmışdır ki, X6 ilə onun arasında 27 fevral 2021-ci il tarixdə öhdəlik müqaviləsi balanmışdır. Müqaviləyə əsasən mülkiyyətçisi olduğu “Ravon Nexia R3” markalı **-LD-*** dövlət qeydiyyat nişanlı avtomobilin 27.000 manata hissəhissə ödənilməklə sonuncuya satmışdır. Müqavilənin şərtlərinə əsasən X6 müqaviləyə əsasən aylıq 750 manat pul ödəməli idi. Öhdəlik tam icra edildikdən sonra avtomobilin sonuncunun adına keçirilməli idi. X1 arasında olan razılaşmaya əsasən onun əri FəridAxundovun adına etibarnamə verilmişdir. Qarşılıqlı iddia üzrə cavabdeh tərəfindən aylıq ödənişlər qismən icra edilmişdir. Öhdəlik icra edilmədikdə tərəfindən xx.xx.2021-ci il tarixdə müqavilə öhdəliklərinin icra edilməsi üçün qarşılıqlı iddia ərizəsi üzrə cavabdeh X5 rəsmi olaraq pretenziya ünvanlamışdı. Qarşılıqlı iddia üzrə cavabdehin əri Fərid Axundov avtomaşınla qəza törətdikədn cavabdeh avtomaşın üzrə borcunun ödənilməsini dayandırşmış və pulu Fərid Axundovdan tələb etməyini bildirmişdir. İddia ərizəsi üzrə cavabdehə 27 fevral 2021-ci il tarixli notarial öhdəlik müqaviləsinin mövcudluğu barədə xatırlatma etdikdən və ödənişin onun tərəfindən icra edilməsini bildirəndə sonra sonuncu əri ilə boşandığını və avtomobil üzrə etibarnamənin Fərid Axundova verildiyini əsassız surətdə bildirərək öhdəliyin icrasından yayınmağa başladı. Qəza nəticəsində iddia ərizəsi üzrə cabdeh X6 tərəfindən avtomobilin yararsız hala salınması nəticəsində avtomobilə aid hissədə 4437 manat ziyan dəymişdir. Bununla bağlı 31 may 2022-ci il tarixdə avtomobilə baxış keçirilmiş və ********** saylı VÖEN-ə əsasən “X9” avtotəmir mərkəzinin məsul şəxsi Yaşar Əlixanov tərəfindən qüsur aktı tərtib edilməklə təsdiq edilmişdir. Müqavilə üzrə cavabdeh formal alıcı olmasını bildirir, lakin öhdəliyi icra etməkdən yayınmaq üçün məhkəmə qaydasında müqavilənin ləğv edilməsi barədə iddia tələbi irəli sürmüşdür. Bakı Kommersiya Məhkəməsinin xx.xx.2022-ci il tarixli qətnaməsinə əsasən iddiaçı olmuş X3 ona qarşı müqavilənin ləğv edilməsi tələbinə dair iddiası rədd edilmişdir. Bakı İnzibati Məhkəməsi belə bir qənaətə gəlmişdir ki, tərəflər arasında bağlanmış öhdəlik müqaviləsinin 2-ci bəndinə uyğun olaraq X6 tərəfindən **-LD-*** dövlət nömrə nişanlı “Ravon Nexia R3” markalı avtomobil texniki saz vəziyyətdə mülkiyyətçi İddiaçı təhvil vermədiyinə görə müqavilə ləğv edilə bilməz. Cavabdeh X6 öhdəliyinin olmasını həm müqavilə üzrə həm də şifahi olaraq etiraf edir. Lakib öhdəliklə bağlı ödənişlərini etməkdən isə bilərək yayınır. Məhkəmə iclasında iştirak edən İddiaçı nümayəndəsi və vəkili Vəkil iddia tələbi ilə eyni məzmunlu izahat verərək təmin olunmasını məhkəmədən xahiş etmişdir. Məhkəmə iclasının vaxtı və yeri barədə lazimi qaydada məlumatlandırılmış cavabdeh məhkəmə iclasına gəlməmiş və işə onun iştirakı olmadan baxılmasını xahiş etməmişdir. Məhkəmə Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 185.5-ci maddəsini rəhbər tutaraq, cavabdehin iştirakı olmadan işə baxılmasını mümkün hesab etmişdir. Məhkəmə iddiaçının nümayəndəsinin izahatını dinləyib, iş materiallarını araşdırıb və sübutlara məcmu halda hüquqi qiymət verərək hesab edir ki, iddia tələbi qismən təmin edilməlidir. Belə ki, iş materiallarında olan “X10” tərəfindən 31 may 2022-ci il tarixdə tərtib olunan avtomaşının qüsur aktından görünür ki, xx.xx.2021-ci il tarixli AD seriyalı 429557 nömrəli nəqliyyat vasitəsinin qeydiyyat şəhadətnaməsinə əsasən 2017-ci il buraxılışlı **-LD-*** dövlət nömrə nişanlı “Ravon Nexia R3” markalı avtomobilə “X10” ustaları tərəfindən baxış keçirilmiş və avtomobilə cəmi 4437 manat məbləğində ziyan dəymişdir. İş materiallarında olan Bakı Kommersiya Məhkəməsinin xx.xx.2022-ci il tarixli 2- 2(113)-2402/2022 saylı qətnaməsinə əsasən iddiaçı X3 cavabdeh İddiaçı qarşı 27 fevral 2021-ci il tarixli öhdəlik müqaviləsinə xitam verilməsi barədə iddiasının rədd edilməsi qət edilmişdir. Həmin qətnaməsinə əsasən müqavilənin 2-ci bəndinə uyğun olaraq X6 tərəfindən **- LD-*** dövlət nömrə nişanlı “Ravon Nexia R3” markalı avtomobil texniki saz vəziyyətdə mülkiyyətçi İddiaçı təhvil verilmədiyinə görə müqavilə ləğv edilə bilməz. Mülki Prosessual qanunvericiliyin tələblərinə görə bir mülki iş üzrə qanuni qüvvəyə minmiş məhkəmə qətnaməsi ilə müəyyən edilmiş faktlar həmin işdə iştirak edən şəxslər tərəfindən başqa məhkəmə prosesində mübahisələndirilmir və yenidən sübut edilmir. Odur ki, müvafiq qətnamə məhkəmə üçün preyudisial əhəmiyyət kəsb edir. Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin xx.xx.2023-cü il tarixli 2(004)-899/2023 saylı qərardadı ilə iş üzrə məhkəmə-əmtəəşünaslıq ekspertizasının təyin edilməsi qərara alınmışdır. Məhkəmə Ekspertiza Mərkəzinin 22 iyun 2023-cü il tarixli 9/2507 nömrəli ekspert rəyi 12 iyul 2023-cü il tarixdə məhkəməyə daxil olmuşdur. Məhkəmə Ekspertiza Mərkəzinin 22 iyun 2023-cü il tarixli 9/2507 nömrəli ekspert rəyindən görünür ki, **-LD-*** dövlət nömrə nişanlı “Ravon Nexia R3” markalı avtomobilin təmir-bərpa xərci hadisə baş verən tarixə təxminən 4117 manat müəyyən edilir. Azərbaycan Respublikası mülki Prosessual Məcəlləsinin 82.3-cü maddəsinə əsasən bir mülki iş üzrə qanuni qüvvəyə minmiş məhkəmə qətnaməsi ilə müəyyən edilmiş faktlar həmin işdə iştirak edən şəxslər tərəfindən başqa məhkəmə prosesində mübahisələndirilmir və yenidən sübut edilmir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 21.1-ci maddəsinə əsasən hüququ pozulmuş şəxs ona vurulmuş zərərin əvəzinin tam ödənilməsini tələb edə bilər. Həmin Məcəllənin 1096.1-ci maddəsinə əsasən mülki hüquq pozuntusu (delikt) hüquqla və ya qanunla müdafiə edilən başqa şəxsə (zərərçəkənə) birbaşa ziyan və zərər vurulmasına gətirib çıxaran təqsirli, hüquqa zidd (mülki qanunvericiliyin normalarmı pozan) əməldir (hərəkət və ya hərəkətsizlik). Delikt törətmiş şəxs mülki hüquq məsuliyyəti daşıyır. Məhkəmə araşdırması zamanı müəyyən edilmişdir ki, İddiaçı məxsus **-LD-*** dövlət nömrə nişanlı “Ravon Nexia R3” markalı avtomobilə X6 tərəfindən dəymiş zərərin ödənilməsini tələb edir. Beləliklə məhkəmə hesab edir ki, İddiaçı **-LD-*** dövlət nömrə nişanlı “Ravon Nexia R3” markalı avtomobilə dəymiş zərərin 4437 manat olduğunu bildirsə də, avtomobilə dəymiş zərər Məhkəmə Ekpsertiza Mərkəzi tərəfindən 4117 manat müəyyən edilmişdir, Odur ki, iddia tələbi bu hissədə qismən təmin edilməlidir. AR Mülki Prosessual Məcəlləsinin 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Məhkəmə dövlət rüsumunun ödənilməsi hissəsində hesab edir ki, iddiaçı tərəfindən ödənilmiş 65 manat dövlət rüsumu cavabdeh X2 iddiaçının xeyrinə tutulmalıdır. Məhkəmə hesab edir ki, ekspertiza xərcini təşkil edən 50 manat məbləğində pul cavabdeh X2 tutularaq, dövlət büdcəsinə ödənilməlidir. Belə olan halda məhkəmənin gəldiyi qənaətə görə, hazırki iddia tələbi qanuni və əsaslı olub qismən təmin edilməli, cavabdeh X2 4117 manat məbləğində pul vəsaiti və dövlət rüsumu üçün ödənilmiş 65 manat pul tutularaq İddiaçı xeyrinə ödənilməlidir. Yuxarıdakılara əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 14.2, 77.1, 88, 216-220, 227, 358, 360 və 362-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddia tələbi qismən təmin edilsin. Cavabdeh X2 4117 (dörd min yüz on yeddi) manat məbləğində pul vəsaiti və dövlət rüsumu üçün ödənilmiş 65 (altmış beş) manat pul tutularaq İddiaçı xeyrinə ödənilsin. İddia tələbi qalan hissədə təmin edilməsin. Ekspertiza xərcini təşkil edən 50 (əlli) manat məbləğində pul cavabdeh X2 tutularaq, X4, Kod 210005, VÖEN **********, müxbir hesab AZ 41 NABZ******************** SFİFT BİK: CTREAZ 22, Məhkəmə Ekspertiza Mərkəzi VÖEN **********, AZ34CTRE******************** nömrəli hesabına köçürülsün. Qətnamə işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində “Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinetdən Bakı şəhəri Yasamal Rayon Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasına apellyasiya şikayəti verilə bilər. Sədrlik edən: Ayaz Məmmədov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar