Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(004)-904/2024 13.02.2024 BAKI ŞƏHƏRİ YASAMAL RAYON MƏHKƏMƏSİ Hakim Xudayev Kərim Bahəddin oğlunun sədrliyi, Almasova Aytən Asəf qızının katibliyi, İddiaçı nümayəndəsi və vəkili Vəkil iştirakı ilə, İddiaçı Cavabdeh MMC-yə qarşı “pul” tələbinə dair mülki işə məhkəmənin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: İddiaçı Cavabdeh MMC-yə qarşı “pul” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Cavabdeh MMC-dən 26600 manat məbləğində pulun və ödənilmiş 170 manat dövlət rüsumunun alınaraq ona ödənilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Daha sonra, İddiaçı iddia tələbinin dəqiqləşdirilməsi barədə ərizə ilə məhkəməyə müraciət edərək Cavabdeh MMC-dən 26598 manat məbləğində pulun və ödənilmiş 170 manat dövlət rüsumunun alınaraq ona ödənilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, 16 sentyabr 2020-ci il tarixində onunla Cavabdeh MMC arasında CG2020/03 saylı “xidmət müqaviləsi” bağlanılmışdır. Sözügedən müqavilənin 1-ci bəndinə əsasən, Cavabdeh MMC yəni icraçı, onun (sifarişçinin) Kanada dövlətindən iş vizası alması üçün ona viza dəstəyi (Caregiver proqramı çərçivəsində) xidmət göstərməyi öhdəsinə götürmüşdür. Eyni zamanda, müqavilənin 3-cü bəndində göstərilən - Kanada iş Vizasına sponsorluq edən Kanada şirkətindən və ya ailədən iş dəvətinin alınması; Proses ərzində sənədlərin düzgün hazırlanmasında məsləhətlərin verilməsi; Kanada dövlətindən işə qəbul sənədi gəldikdən sonra Kanada vizasına müraciət üçün formaların doldurulması; Hüquqi konsultasiya və xidmət dəstəyi; Sifarişçinin öz hesabına təyyarə biletinin alınmasına köməklik göstərilməsi; Sifarişçinin Toronto şəhərində qarşılanması və Toronto daxilində istədiyi ünvana çatdırılması kimi vəzifələri üzərinə götürmüşdür. Həmin müqavilənin 5.1-ci maddəsinə əsasən, nəzərdə tutulan xidmət haqqı 25500 (iyirmi beş min beş yüz) manat müəyyən edilmişdir. Eyni zamanda ona bildirilmişdir ki, əlavə xərclərin meydana çıxması istisna deyil. Ola bilər ki, iş prosesi zamanı əlavə xərclər yaransın və o həmin xərcləri də ödəməlidir. Beləliklə, müqavilə imzalanmış və o, xx.xx.2020-ci il tarixində Cavabdeh MMC-yə 5100 (beş min yüz) manat, xx.xx.2020-ci il tarixində 5100 (beş min yüz) ABŞ dolları, xx.xx.2022-ci il tarixində 6800 (altı min səkkiz yüz) manat, xx.xx.2022-ci il tarixində 5000 (beş min) ABŞ dolları və xx.xx.2022-ci il tarixində 2500 (iki min beş yüz) ABŞ dolları məbləğində pul ödəmişdir. Ümumilikdə ödədiyi məbləğ 29750 manat təşkil edir. Cavabdeh MMC tərəfindən muqavilənin 1 və 3-cü bəndlərinin tələbləri kobud şəkildə pozulmuş, ona heç bir xidmət göstərilməmişdir. Dəfələrlə Şirkətə müraciət etməyinə və onun direktorunun yanında olmağına baxmayaraq nə müqavilə üzrə öhdəliklərini yerinə yetirmiş, nə də ödənişi geri qaytarılmışdır. Sonuncu dəfə 2023-cü ilin dekabr ayında Cavabdeh MMC-nin direktoru Rüfət Piriyev 3000 manat məbləğində vəsaitini geri qaytarmış və qalıq məbləği, yəni 26598 manat məbləğində pulu xx.xx.2023-cü il tarixində ona qaytaracağına dair razılaşçışlar və bu barədə müqaviləyə əlavə şəklində qeyd yazıb möhür ilə təsdiq etmişlər. Daha sonra, xx.xx.2023-cü il tarixində sözügedən məbləği almaq üçün Cavabdeh MMC-nin direktoru Rüfət Piriyevin yanına getmiş, lakin pulunu ən qısa zamanda ona geri qaytaracağını bildirmişdir. O isə pulun geri qaytarılması üçün vaxtı dəqiləşdirilməsini onlara bildirmişdir. Bu səbəbdən, Cavabdeh MMC- nin direktoru Rüfət Piriyev müqaviləyə yenə əlavə şəklində qeyd yazıb möhür ilə rəsdiq etdi və həmin qeyddə 30 (otuz) iş günü ərzində 26600 (iyirmi altmı min altı yüz) manat məbləğində vəsaiti ona geri qaytaracağını bildirmişdir. Lakin qeyd edilən vaxtda da pulu yenə də qaytarılmamışdır. Danışıqlarla mübahisənin həlli mümkün olmadığı üçün, hətta müqavilədə pretenziya məktubun göndərilməsi nəzərdə tutulmadığı halda belə tərəfindən cavabdeh təşkilata pretenziya məktubu göndərilmişdir. Məhkəmə iclasında iştirak edən İddiaçı nümayəndəsi və vəkili Vəkil iddia ərizəsinin məzmununa uyğun izahat vermiş və məhkəmədən iddianın təmin olunması barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada xəbərdar edilmiş Cavabdeh MMC məhkəmə iclasında nümayəndənin iştirakını təmin etməmiş və bunun səbəbləri barədə məlumat verməmişdir. Məhkəmə işə cavabdehin iştirakı olmadan baxılmasını mümkün hesab edir. Məhkəmə iddiaçının izahatını dinləyib, iş materiallarını araşdırıb və sübutlara məcmu halda hüquqi qiymət verərək hesab edir ki, iddia tələbi əsaslı olduğundan təmin edilməlidir. Belə ki, iş materiallarında olan Cavabdeh MMC ilə İddiaçı arasında bağlanmış 16 sentyabr 2020-ci il tarixli, CG2020/03 saylı xidmət müqaviləsinə əsasən Cavabdeh MMC yəni icraçı, İddiaçı (sifarişçinin) Kanada dövlətindən iş vizası alması üçün ona viza dəstəyi (Caregiver proqramı çərçivəsində) xidmət göstərməyi, sifarişçi isə müqavilə ilə nəzərdə tutulan 25500 manatı ödəməyi öhdəsinə götürmüşdür. Eyni zamanda, müqavilənin 3-cü bəndində göstərilən - Kanada iş Vizasına sponsorluq edən Kanada şirkətindən və ya ailədən iş dəvətinin alınması; Proses ərzində sənədlərin düzgün hazırlanmasında məsləhətlərin verilməsi; Kanada dövlətindən işə qəbul sənədi gəldikdən sonra Kanada vizasına müraciət üçün formaların doldurulması; Hüquqi konsultasiya və xidmət dəstəyi; Sifarişçinin öz hesabına təyyarə biletinin alınmasına köməklik göstərilməsi; Sifarişçinin Toronto şəhərində qarşılanması və Toronto daxilində istədiyi ünvana çatdırılması kimi vəzifələri üzərinə götürmüşdür və müqavilənin 4.7-ci bəndinə əsasən müqavilənin icra olunması icraçının hərəkətləri nəticəsində baş tutmadıqda sifarişçinin qanuni tələblərini icra etmək öhdəliyi Cavabdeh MMC-nin üzərinə düşür. İş materialalrında olan üzərində Cavabdeh MMC-nin möhürü olan qarşılıqlı razılaşmadan görünür ki, Cavabdeh MMC ilə İddiaçı aralarında bağlanmış 16 sentyabr 2020ci il tarixli xidməti müqaviləyə qarşılıqlı razılaşma ilə xitam vermiş, müqavilə və ödənişlər üzrə geri qaytarılacaq məbləğ 26598 manat razılaşdırılmışdır və xx.xx.2023-cü il tarixdə sifarişçiyə qaytarılmalıdır. Razılaşma Cavabdeh MMC-nin direktoru Rüfət Piriyev və İddiaçı tərəfindən imzalanmışdır. İş materiallarında olan qəbzlərdən görünür ki, İddiaçı xx.xx.2020-ci il tarixində Cavabdeh MMC-yə 5100 (beş min yüz) manat, xx.xx.2020-ci il tarixində 5100 (beş min yüz) ABŞ dolları, xx.xx.2022-ci il tarixində 6800 (altı min səkkiz yüz) manat, xx.xx.2022-ci il tarixində 5000 (beş min) ABŞ dolları və xx.xx.2022-ci il tarixində 2500 (iki min beş yüz) ABŞ dolları məbləğində pul ödəmişdir. İş materiallarında olan İddiaçı qərəfindən Cavabdeh MMC-yə ünvanlanmış xx.xx.2023cü il tarixli pretenziya məktubundan görünür ki, İddiaçı Cavabdeh MMC ilə onun arasında bağlanmış 16 sentyabr 2020-ci il tarixli, CG2020/03 saylı xidmət müqaviləsi üzrə ona qaytarmalı olan pulun 3 gün ərzində qaytarılmasını, əks təqdirdə məhkəməyə müraciət edəcəyini bildirmişdir. İşin mübahisəsiz halıdır ki, tərəflər arasında yazılı qaydada bağlanmış xidmət müqaviləsi üzrə öhdəlik münasibətləri yaranmışdır. İddiaçı xx.xx.2020-ci il tarixində Cavabdeh MMC-yə 5100 (beş min yüz) manat, xx.xx.2020-ci il tarixində 5100 (beş min yüz) ABŞ dolları, xx.xx.2022-ci il tarixində 6800 (altı min səkkiz yüz) manat, xx.xx.2022-ci il tarixində 5000 (beş min) ABŞ dolları və xx.xx.2022-ci il tarixində 2500 (iki min beş yüz) ABŞ dolları məbləğində ödəniş etmiş, lakin cavabdeh razılaşdırılmış qaydada müəyyən edilmiş müddət ərzində iddiaçıya xidmət göstərməmişdir. Nəticədə Cavabdeh MMC ilə İddiaçı aralarında bağlanmış 16 sentyabr 2020-ci il tarixli xidməti müqaviləyə qarşılıqlı razılaşma ilə xitam vermiş, müqavilə və ödənişlər üzrə geri qaytarılacaq məbləğ 26598 manat razılaşdırılmışdır və Cavabdeh MMC həmin məbləği xx.xx.2023-cü il tarixdə sifarişçiyə qaytarılacağına dair öhdəlik götürmüş, lakin 26598 manat məbləğində pulun qaytarılmasına dair öhdəliyini yerinə yetirməmişdir. Məhkəmə qeyd edir ki, Cavabdeh MMC xidmət müqaviləsi və həmin müqavilə ilə bağlı qarşılıqlı razılaşma üzrə üzərinə düşən öhdəliyi lazımi qaydada və vaxtında icra etmədiyindən, iddia tələbi əsaslıdır. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 385.1-ci maddəsinə əsasən, öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 425.1-ci maddəsinə əsasən, öz hüquqlarını həyata keçirərkən və vəzifələrini icra edərkən tərəflərdən hər biri vicdanlılığın tələb etdiyi tərzdə, yəni şərtləşdirilmiş vaxtda və yerdə lazımi şəkildə, öhdəliyin şərtlərinə və bu Məcəllənin tələblərinə müvafiq surətdə, belə şərtlər və tələblər olmadıqda isə işgüzar adətlərə və ya adətən irəli sürülən digər tələblərə müvafiq surətdə hərəkət etməlidir. Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 430.1-ci maddəsinə əsasən əgər bu Məcəllədə ayrı qayda nəzərdə tutulmayıbsa, öhdəliyin icrasından birtərəfli imtinaya və onun şərtlərini birtərəfli dəyişdirməyə yol verilmir. Həmin məcəllənin 442-ci maddəsinə əsasən öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 14.2-ci maddəsinə görə məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 77.1-ci maddəsinə görə isə hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Beləliklə, məhkəmə qeyd edir ki, iddia təmin edilməli, Cavabdeh MMC-dən 26598 (iyirmi altı min beş yüz doxsan səkkiz) manat məbləğində pul İddiaçı xeyrinə tutulmalıdır. Məhkəmə qeyd edir ki, iddia təmin edildiyindən ödənilmiş dövlət rüsumunun əvəzi olan 170 (bir yüz yetmiş) manat məbləğində pul Cavabdeh MMC-dən tutularaq İddiaçı ödənilməlidir Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 119.1-ci maddəsinə görə, məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası MPM-in 216-220-ci maddələrini rəhbər tutaraq, məhkəmə, QƏT ETDİ: İddia təmin edilsin. Cavabdeh MMC-dən 26598 (iyirmi altı min beş yüz doxsan səkkiz) manat məbləğində pul İddiaçı xeyrinə tutulsun. Ödənilmiş dövlət rüsumunun əvəzi olan 170 (bir yüz yetmiş) manat məbləğində pul Cavabdeh MMC-dən tutularaq İddiaçı ödənilsin. Qətnamədən, qətnamə işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən bir ay müddətində “Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinetdən Bakı şəhəri Yasamal Rayon Məhkəməsi vasitəsilə Bakı Apelyasiya Məhkəməsinin Mülki Kollegiyasına apelyasiya şikayəti verilə bilər. Sədrlik edən: Kərim Xudayev
Məhkəmə qərarları › İş №2(004)-904/2024
Bakı Şəhəri Yasamal Rayon Məhkəməsi Qətnamə — İş №2(004)-904/2024
13.02.2024 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Sair öhdəliklər üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver