Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(004)-907/2024 20.02.2024 BAKI ŞƏHƏRİ YASAMAL RAYON MƏHKƏMƏSİ Hakim Hacıyev Vahid Məcid oğlunun sədrliyi, Həsənova Aysel Zaur qızının katibliyi, İddiaçı X1 və Cavabdeh MMC-nin direktoru Qanuni nümayəndə iştirakı ilə, İddiaçı X1 Cavabdeh MMC-yə qarşı “iş icazəsinin alınması üçün ödənilmiş dövlət rüsumunun cavabdehdən alınması” tələbinə dair iddiası üzrə mülki işə məhkəmənin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: İddiaçı X3 Cavabdeh MMC-yə qarşı “iş icazəsinin alınması üçün ödənilmiş dövlət rüsumunun cavabdehdən alınması” tələbinə dair iddia ərizəsi ilə xx.xx.2023-cü il tarixdə məhkəməyə müraciət edərək, onun Cavabdeh MMC-də xx.xx.2023-cü il tarixdən xx.xx.2024-cü il tarixədək işləməsi üçün iş icazəsinin verilməsinə görə "xxxx" ASC vasitəsilə xx.xx.2023-cü il tarixli ********** nömrəli qəbzə əsasən Azərbaycan Respublikası Dövlət Miqrasiya Xidmətinə dövlət rüsumu kimi ödədiyi 1000 manat pulun Cavabdeh MMC-dən tutularaq ona ödənilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddiaçı X3 məhkəmə iclasında iddia tələbini müdafiə etdi və izahatında bildirdi ki, xx.xx.1992ci ildə İran İslam Respublikasının Məlekan şəhərində doğulmuşdur. 2014-cü ildə Azərbaycan Tibb Universitetinin stomotologiya fakültəsinə daxil olmuşdur və 2019-cu ildə həmin universiteti bitirmişdir. xx.xx.2023-cü il tarixdən Cavabdeh MMC klinikası ilə əmək müqaviləsini bağlayaraq iş fəaliyyətinə başlamışdır. Lakin sonralar klinikanın rəhbəri Qanuni nümayəndə, iddiaçını heç bir səbəb olmadan Azərbaycan Respublikası ƏM-in 70-ci maddəsinin “ç” bəndinə əsasən Cavabdeh MMC ilə aralarında bağlanmışdır. XXX, xxxxxxxO000100 nömrəli əmək müqaviləsinin ləğv olunaraq, tutduğu vəzifədən azad edilməsi barədə xx.xx.2023-cü il tarixli 05 saylı əmr vermişdir. Həmin əmrin ləğv edilməsi, əvvəlki işə bərpa olunmağı, məcburi iş buraxmaya görə əmək haqqının ödənilməsi barədə iddia ərizəsi ilə məhkməyə müraciət etmişdir. Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin xx.xx.2023-cü il tarixli 2(004)-5163/2023 saylı qətnaməsi ilə iddiası təmin olunmuş, Cavabdeh MMC-nin xx.xx.2023-cü il tarixli 05 nömrəli əmri ləğv edilmiş, onun əvvəlki iş yerinə bərpa edilməsi, işə bərpa olunduğu günə qədər məcburi iş buraxma maddəti üçün hesablanmış əmək haqqının cavbdeh tərəfindən ona ödənilməsi qət edilmişdir. xx.xx.2023-cü il tarixdə Azərbaycan Respublikası Dövlət Miqrasiya Xidməti tərəfindən ona bir illik iş icazəsi verilmişdir. Həmin zaman Cavabdeh MMC-nin direktoru Qanuni nümayəndə onun xarıcı vətəndaş olmasından istifadə edərək, onu aldatmış, iş icazəsinin alınması üçün ödəniləcək dövlət rüsumunu onun tərəfindən ödənilməli olduğunu demişdir. Xarici vətəndaş olduğundan Qanuni nümayəndə inanaraq iş icazəsinin alınmasına görə 1000 manat dövlət rüsümunu xx.xx.2023-cü il tarixdə ödəmişdir. Sonradan ona məlum olmuşdur ki, iş icazəsinin alınması üçün dövlət rüsumu onun tərəfindən deyil, işəgötürən tərəfindən ödənilməlidir. Odur ki, iddia tələbinin təmin edilməsini xahiş etmişdir. Cavabdeh MMC-nin direktoru Qanuni nümayəndə məhkəmə iclasında iddia tələbini qəbul etmədi və izahatında bildirdi ki, xarici vətəndaşlara işə götürəndə həmişə onlara deyilir ki, get rüsumunu ödə və icazəni al. Onlar öz aralarında şifahi razılaşmışlar. Həm iş icazəsini, həmin sosial sığorta ödənişini işçilər özləri ödəyirlər. İş icazəsinin alınması üçün iddiaçı ilə birlikdə Dövlət Miqrasiya Xidmətinə getmişlər. O, iş icazəsinin alınmasına razılıq vermiş və ondan bir müddət sona iddiaçı ödəniş etmiş və iş icazəsini almışdır. Odur ki, iddia tələbinin rədd edilməsini xahiş edir. Məhkəmə tərəflərin izahatlarını dinləyib, iş materiallarında olan sənədləri nəzərdən keçirib, sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra hesab edir ki, iddia təmin edilməlidir. Belə ki, Azərbaycan Respublikası Dövlət Miqrasiya Xidmətinin xx.xx.2023-cü il tarixli İİ ******* nömrəli iş icazəsindən müəyyən edilir ki, xx.xx.1992-ci il təvəllüdlü İran İslam Respublikasının vətəndaşı Zhila Arshada xx.xx.2023-cü il tarixdən xx.xx.2024-cü il tarixədək Cavabdeh MMC-də (VÖEN **********) stomatoloq işləməsinə görə icazə verilmişdir. İddiaçı X3 xx.xx.2023-cü il tarixli ********** nömrəli qəbzə əsasən "xxxx" ASC vasitəsilə Azərbaycan Respublikası Dövlət Miqrasiya Xidmətinə iş icazəsinin verilməsinə görə 1.000 (min) manat dövlət rüsumu ödəmişdir. Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin xx.xx.2023-cü il tarixli 2(004)-5163/2023 nömrəli qətnaməsi ilə iddiaçı X3 Cavabdeh MMC-yə qarşı “əmrin ləğv edilməsi, işə bərpa və məcburi iş buraxmaya görə əmək haqqının ödənilməsi” tələbinə dair iddiası təmin edilmiş, Cavabdeh MMCnin xx.xx.2023-cü il tarixli 05 nömrəli əmri ləğv edilmiş, iddiaçı X1 əvvəlki iş yerinə bərpa edilməsi, xx.xx.2023-cü il tarixdən işə bərpa olunduğu günə qədər məcburi iş buraxma müddəti üçün hesablanmış əmək haqqının Cavabdeh MMC-dən X2 ödənilməsi qət edilmişdir. Azərbaycan Respublikası Baş prokurorunun birinci müavini, İİ dərəcəli dövlət ədliyyə müşaviri Elçin Məmmədovun xx.xx.2024-cü il tarixli 2-2/315/2-001385/2024 nömrəli qərarı ilə X1 müraciəti əsasında Nəsimi rayon Polis idarəsinin istintaq şöbəsində toplanmış HK-1/856 nömrəli material üzrə fakta görə Azərbaycan Respublikası CM-nin 151-ci maddəsi ilə ********* nömrəli cinayət işi başlanmışdır. Cinayət işi istintaqın Nəsimi rayon Polis idarəsinin istintaq şöbəsində aparılmasının təmin edilməsi üçün aidiyyəti üzrə Nəsimi rayon prokurorluğuna göndərilmişdir. Nəsimi rayon Polis idarəsinin istintaq şöbəsinin baş müstəntiqi Sübhan Zeynalovun xx.xx.2024-cü il tarixli qərarı ilə ********* nömrəli cinayət işi üzrə X3 zərər çəkmiş şəxs qismində tanınmışdır. Miqrasiya Məcəlləsinin 67.1-ci maddəsinə əsasən iş icazəsinin verilməsi üçün tələb olunan sənədlər yazılı və ya elektron müraciət formasında təqdim edilə bilər. Miqrasiya Məcəlləsinin 67.10-cu maddəsinə əsasən iş icazəsinin verilməsi haqqında qərar qəbul edildikdə, müvafiq icra hakimiyyəti orqanı 3 iş günü müddətində iş icazəsinin müəyyən olunmuş qaydada doldurulmasını və işəgötürənə təqdim olunmasını təmin edir. Miqrasiya Məcəlləsinin 67.12-ci maddəsinə əsasən iş icazəsi bu icazəni almaq üçün dövlət rüsumunun ödənilməsini təsdiq edən sənəd təqdim olunduqdan sonra işəgötürənə verilir. Miqrasiya Məcəlləsinin 67.13-cü maddəsinə əsasən işəgötürən tərəfindən 30 gün müddətində iş icazəsinin alınmasına görə dövlət rüsumu ödənilmədikdə, habelə əcnəbiyə və vətəndaşlığı olmayan şəxsə Azərbaycan Respublikasının ərazisində müvəqqəti yaşamaq üçün icazənin verilməsindən imtina olunduqda, müvafiq icra hakimiyyəti orqanı iş icazəsini ləğv edir. “Dövlət rüsumu haqqında” Azərbaycan respublikası Qanununun 18.58.3-2-ci maddsəinə əsasən Azərbaycan Respublikasının ərazisində haqqı ödənilən əmək fəaliyyəti ilə məşğul olmaq üçün əcnəbilərə və vətəndaşlığı olmayan şəxslərə iş icazəsinin verilməsinə və müddətinin uzadılmasına görə (iyirmi iş günü müddətində verildikdə) 1 ilədək müəyyən edildikdə 1000 manat dövlət rüsumu ödənilir. Göründüyü kimi, Dövlət Miqarsiya Xidmətinə iş icazəsinin alınması üçün 1000 manat dövlət rüsumu işəgötürən tərəfindən ödənilməli olduğu halda, işəgötürən həmin məbləği işçiyə ödətdirmişdir. Qanunvericiliyin tələbinə görə iş icazəsinin alınmasına görə dövlət rüsumu işəgötürən tərəfindən ödənilməli olduğuna görə, ödənilmiş dövlət rüsumu cavabdehdən tutularaq iddiaçıya qaytarılmalıdır. Məhkəmə sübutlara məcmu halında qiymət verərək belə qənaətə gəlir ki, iddia təmin edilməli, İddiaçı X1 Cavabdeh MMC-də xx.xx.2023-cü il tarixdən xx.xx.2024-cü il tarixədək işləməsi üçün iş icazəsinin verilməsinə görə "xxxx" ASC vasitəsilə xx.xx.2023-cü il tarixli ********** nömrəli qəbzə əsasən Azərbaycan Respublikası Dövlət Miqrasiya Xidmətinə dövlət rüsumu kimi ödədiyi 1.000 manat pul Cavabdeh MMC-dən (VÖEN:**********) tutularaq iddiaçı X2 ödənilməlidir. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası MPM-in 119, 216-220, 227, 233, 357, 360, 362-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddia təmin edilsin. İddiaçı X1 Cavabdeh MMC-də xx.xx.2023-cü il tarixdən xx.xx.2024-cü il tarixədək işləməsi üçün iş icazəsinin verilməsinə görə "xxxx" ASC vasitəsilə xx.xx.2023-cü il tarixli ********** nömrəli qəbzə əsasən Azərbaycan Respublikası Dövlət Miqrasiya Xidmətinə dövlət rüsumu kimi ödədiyi 1000 (min) manat pul Cavabdeh MMC-dən (VÖEN:**********) tutularaq iddiaçı X2 ödənilsin. Qətnamədən, işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 1 ay müddətində Bakı şəhəri Yasamal rayon Məhkəməsi vasitəsilə (Azərbaycan Respublikası MPM-in 10-1.3-cü maddəsinə əsasən “Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinet vasitəsilə) Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasına apellyasiya şikayəti verilə bilər. Sədrlik edən: Vahid Hacıyev
Məhkəmə qərarları › İş №2(004)-907/2024
Bakı Şəhəri Yasamal Rayon Məhkəməsi Qətnamə — İş №2(004)-907/2024
20.02.2024 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Sair öhdəliklər üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver