Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(004)-919/2022 29.03.2022 BAKI ŞƏHƏRİ YASAMAL RAYON MƏHKƏMƏSİ Hakim Məmmədov Ayaz Süleyman oğlunun sədrliyi, Məmmədova Ayşən Müşviq qızının katibliyi, İddiaçı, Cavabdehin nümayəndəsi Nümayəndə iştirakları ilə, İddiaçı Cavabdeh QSC-yə qarşı "işə bərpa və məcburi işburaxmaya görə əmək haqqı tələbinə dair" mülki işə Bakı şəhəri Yasamal Rayon Məhkəmə binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə M Ü Ə Y Y Ə N E T D İ: İddiaçı Cavabdeh QSC-yə qarşı "işə bərpa və məcburi işburaxmaya görə əmək haqqı tələbinə dair" iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, cavabdehin 25.11.2021-ci il tarixili, 21-11 nömrəli əmrinin ləğv edilməsi, Cavabdeh QSC-də kiçik daxili auditor vəzifəsinə bərpa olunması, məcburi işburaxmaya görə orta əmək haqqının və mənəvi ziyana görə 5000 manat məbləğində pulun verilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Prosesin gedişində iddiaçı iddia tələbinin dəqiqləşdirilməsinə dair ərizə verərək, cavabdehin 25.11.2021-ci il tarixili, 21-11 nömrəli əmrinin ləğv edilməsi, məcburi iş buraxma müddəti üçün əmək haqqı ödənilməklə Cavabdeh QSC-də kiçik daxili auditor vəzifəsinə bərpa olunması, mənəvi ziyana görə 5000 manat məbləğində pulun verilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddia tələbini onunla əsaslandırmışdır ki, Cavabdeh QSC-nin X4 X5 Gashikulinanın 25.11.2021-ci il tarixili, 21-1137 №-li əmri ilə Cavabdeh QSC-də kiçik daxili auditor vəzifəsindən azad edilmişdir. Belə ki, 2020-ci ilin mart ayından “AccessBank" QSC-də Mikro kreditlər üzrə kiçik mütəxəssis vəzifəsində çalışmağa başlamış, işlədiyi dövrdə rəhbərliyin və kollektivin rəğbətini qazanmış, 2020-ci ilin dekabr ayından daxili audit departamentində kiçik daxili auditor vəzifəsində çalışmağa başlamışdır. Fəaliyyət göstərdiyi dövrdə işinə məsuliyyətlə yanaşmışdır. Lakin əmək haqqının məbləği az olduğundan onu tam qane etmirdi. Buna görə də əmək haqqı məsələsi ilə bağlı etdiyi müraciətdən sonra birbaşa rəhbəri vəzifə artımının ilin sonunda olacağını və bu zaman vəzifəsinin və əmək haqqının artırılacağını bildirmişdir. Bundan sonra başqa müəssisələrdə iş axtarmağa başlamışdır. Bir neçə müəssisə ilə görüşdükdən sonra bir müəssisənin təklifi onu qane etmişdir. 01.11.2021ci il tarixində Cavabdeh QSC-nin Daxili Audit Departamentinin rəhbəri X1 işdən ayrılmaq istədiyini və Kapital bankda iş fəaliyyətini davam etdirəcəyini bildirmişdir. Rəhbəri vəzifə və əmək haqqısının qısa zamanda artırılacağını bildirdiyi mən ona digər bankda olan vəzifə və əmək haqqının daha uyğun olduğunu bildirmiş və işdən ayrılması barədə razılaşmışdır. 02.11.2021-ci il tarixdə ona işlərini təhvil verib işdən ayrılması üçün noyabr ayının 7-i tarixinə işdən çıxa biləcəyini bildirmişdir. Daha sonra 02.11.2021-ci il tarixdə Cavabdeh QSC-nin X6 X5 Gashikulinaya 10.11.2021-ci il tarixdə əmək müqaviləsinə xitam verilməsi barədə ərizə ilə müraciət etmişdir. Daha sonra münasibəti bərpa etmək üçün başqa vəzifədə iş təklifi də edə biləcəklərini qeyd etdilər. O isə təklifi qəbul etmədi. Ərizəni insan resursları departamentinə təqdim etdiyi gündən 23 gün sonra 25.11.2021-ci il tarixdə əmək kitabçasını götürmək üçün çağırılmış və əmək kitabçasında bankın onu işdən azad etməsini görmüşdür. Lakin hesab edir ki, ona qarşı ədalətsizlik və haqsızlıqlar olunmuşdur. Mübahisələndirilən əmr birbaşa olaraq ona qarşı qərəz altında imzalanmışdır. Yaranmış mübahisəni yoluna qoymaq cəhdləri nəticə verməmişdir. Mübahisənin məhkəməyədək həll olunması üçün mediasiya proseduruna tərəfindən əməl olunmaqla Mediasiya Şurasına müraciət edilmiş və nəticədə mediasiya proseduru mediatorun ilkin mediasiya sessiyasından sonra prosesin davam etdirilə bilməməsi barədə 07.10.2021-ci il tarixli 2021-003918 saylı arayışı ilə rəsmiləşdirilmişdir. Cavabdeh QSC iddia ərizəsinə etiraz edərək göstərmişdir ki, iddiaçı ilkin mediasiya sessiyası tələbini gözləmədən məhkəməyə müraciət etmişdir. Hazırkı mübahisə ilə əlaqədar, iddiaçı mediasiyaya müraciət etmiş və mediator iqbal Nağiyev tərəfindən cavabdehə ilkin mediasiya sessiyasında iştirak etməklə bağlı 06.01.2022-ci il tarixli "Mediasiyaya dəvət məktubu" göndərilmişdir. Məktubda ilkin mediasiya sessiyasının 21.01.2022-ci il tarixində olacağı bildirilmişdir. Lakin iddiaçı ilkin mediasiya sessiyasını gözləmədən, birbaşa olaraq məhkəməyə müraciət etmişdir və bunun nəticəsidir ki, məhkəmə tərəfindən hazırlıq iclasının tarixi barədə 09.01.2022-ci il tarixli qərardad qəbul edilmişdir. "ilkin mediasiya sessiyasında iştirak edilməməsi" ilə bağlı arayışın cavabdehə təqdim olunmadığı da nəzərə alınaraq, aydın olur ki, ilkin mediasiya sessiyasının keçirilməsi tələbi ödənilməmişdir və iddiaçı tərəfindən "Mediasiya haqqında" Qanunun 28-ci və 29-cu maddəsinin tələbləri pozulmuşdur. Etirazın əsaslandırılması üçün bir sıra məsələlərin qeyd edilməsi vacibdir. Bu məsələlərə (a) kənar elektron poçt ünvanına kommersiya sirlərinin göndərilməsinin qadağan edilməsi və (b) İddiaçının hərəkətləri nəticəsində əmək və icra intizamının pozulması, habelə kommersiya sirrinin gizli saxlanılması üzrə öhdəliklərini yerinə yetirilməməsi sayılmağı daxildir. Bankın qeyd edilən kommersiya sirlərinin sahibi olaraq Kommersiya sirri haqqında Qanunun 5.0.1 və 5.0.2-ci maddələrinə əsasən hüququ var ki, kommersiya sirrinin rejimini müəyyən etsin, habelə həmin sirlərdən istifadə etmək, müqavilə əsasında başqa şəxslərə vermək, mülki dövriyyəyə daxil edilmənin digər üsullarını müəyyən etsin və tətbiq etsin. Kommersiya sirri haqqında Qanunun 10-cu maddəsi kommersiya sirri rejiminin əmək müqaviləsində və ya kommersiya sirrinin rejiminə əməl etmək barədə razılaşmada müəyyən edilməsinə icazə verir. Bank da burada qeyd edilmiş hüquqlarına uyğun olaraq kommersiya sirri rejimini Əmək Müqaviləsinin 7.4-cü bəndində, Razılaşmada və Davranış Kodeksində müəyyən etmişdir. İddiaçının müştəri məlumatlarını öz şəxsi elektron poçt ünvanına göndərməsi isə həmin məlumatların cavabdehin nəzarətindən kənara çıxarması hesab olunur və bankın həmin məlumatlar üzərindəki kommersiya rejiminin əməl edilməsinə nəzarət edə bilməməsinə səbəb olur. Bu da bankın Kommersiya sirri haqqında Qanunun 5-ci maddəsində qeyd edilən hüquqlarının pozulması deməkdir. Həmçinin, Davranış Kodeksinin "Müştəri gizliliyi və konfidensiallığı" bəndi işçinin evdən işlədiyi vaxt kommersiya sirlərindən istifadə qaydalarını müəyyən etmişdir. Həmin bəndə əsasən işçi evdən işləmək məqsədi olduqda belə məlumatı şəxsi elektron poçtuna göndərməməlidir. Məlumatın göndərilməsinin məcburi olduğu hallarda isə Davranış Kodeksi qeyd edir ki, işçi həmin elektron məktuba rəhbərini əlavə etməlidir. Bütün bunlardan isə aydın görünür ki, Bank heç bir zaman iddiaçıya məlumatları, xüsusilə də belə yüksək dəyərə malik kommersiya sirlərini şəxsi və ya kənar elektron poçt ünvanına göndərməsinə, habelə Bankın nəzarətindən kənara hər hansı bir yolla çıxarılmasına icazə verməmişdir. Əgər İddiaçı bu məlumatları göndərməyə məcbur idisə, bankın müəyyən etdiyi kommersiya sirri rejimi tələb edir ki, rəhbərini göndərdiyi elektron poçta əlavə etsin. Lakin iddiaçı bütün bu qaydaları pozmuş və kommersiya sirlərini bankın nəzarətindən kənara çıxarmışdır. Cavabdehin törətdiyi əməl əmək və icra intizamını pozmuş, habelə kommersiya sirrinin gizli saxlanılması üzrə öhdəliklərini yerinə yetirməmişdir. Beləliklə, iddiaçı həmin məlumatları özünə göndərməklə Əmək müqaviləsində və Davranış Kodeksində qeyd edilən əmək və icra intizamı qaydalarını pozmuş, işəgötürən olaraq cavabdehin Kommersiya sirri haqqında Qanunun 5-ci maddəsində qeyd edilən hüquqlarını pozmuş, habelə kommersiya sirlərinin gizli saxlanması barədə bankın qaydalarını pozmuşdur. Bütün bunlar isə cavabdehə əsas verir ki, iddiaçının əmək müqaviləsinə Əmək Məcəlləsinin 70-ci maddəsinin "ç" bəndi ilə xitam etsin. 18.03.2020-ci il tarixindən Mikro və Aqro Müştərilər üzrə kiçik mütəxəssis vəzifəsində, 15.12.2020-ci il tarixindən isə Kiçik daxili auditor vəzifəsində işləyən İddiaçının Cəmiyyətdə olan əmək fəaliyyəti ilə əlaqədar olaraq informasiya təhlükəsizliyi sahəsində yoxlama aparılmış və 04.11.2021-ci il tarixli yoxlamanın nəticələrinə dair Akt tərtib edilmişdir. Akta əsasən 19.04.2021-ci il tarixində iddiaçının Babak.ismayilli(a)accessbank.az adlı korporativ elektron poçt ünvanından banka məxsus olmayan babeknmrl(5>bk.ru kənar elektron poçt ünvanına Banka məxsus kommersiya, o cümlədən bank sirri və müştərilərin fərdi məlumatlarını əks etdirən elektron sənədi Excel fayl formasında göndərmişdir. Aktın məzmunu iddiaçıya izah olunmuş və imzalanmışdır, iddiaçı 04.11.2021-ci il tarixində aşkar olunmuş fakt barədə izahat verməyə dəvət edilmiş və faktla əlaqədar izahatlar vermişdir, izahatlarında o, həmin məlumatları kənara çıxardığını etiraf etmişdir. Xüsusi ilə qeyd edilməlidir ki, iddiaçının kənar elektron poçt ünvanına göndərdiyi faylda müştərilərin hesabları haqqında məlumatlar, aktiv olan POS-terminallar və digər məxfi məlumatlar qeyd edilmişdir. Bütün bunlar isə o deməkdir ki, iddiaçı bank üçün maddi dəyərə malik olan və yayılacağı təqdirdə Bankın gələcək fəaliyyətinə təsir edə biləcək məlumatları Bankdan kənara göndərmiş və elektron surətini çıxartmışdır. Bunları nəzərə alaraq bank 25.11.2021-ci il tarixli 21-1137 nömrəli əmri ilə İddiaçının əmək müqaviləsinə Azərbaycan Respublikasının Əmək Məcəlləsinin ("Əmək Məcəlləsi") 70-ci maddəsinin "ç" bəndinə əsasən xitam vermişdir. Tərəflər arasında imzalanmış əmək müqaviləsinin 5.1-ci bəndinə əsasən tərəflərdən biri digərinin əmlakına, səhhətinə, maddi, istehsal, kommersiya maraqlarına, qanunla qorunan mənafelərinə ziyan vurarsa, digər tərəf qarşısında qanunvericiliklə müəyyən olunmuş qaydada maddi və mənəvi məsuliyyət daşıyır. Müqavilənin 7.4-cii bəndinə görə, bankın işi üçün tələb olunmadığı halda İşçi elektron səkildə, kağız üzərində və digər formada saxlanılan məlumatları bankın sahəsindən kənara çıxara bilməz. Habelə müqavilənin 7.6-cı bəndinə əsasən işçi işəgötürənin kommersiya, istehsal və bank sirrinin qorunmasına cavabdehdir və bu sirləri yaymağa görə qanunvericiliklə və bu Əmək müqaviləsində nəzərdə tutulan məsuliyyət daşıyır. Tərəflər arasında imzalanmış 09.06.2020-ci il tarixli kommersiya sirri rejiminin tətbiqi barədə razılaşmanın 1-ci bəndinə əsasən Azərbaycan Respublikasının qanunvericiliyinə əsasən bank sirri təşkil edən və fərdi məlumatlar ",Kommersiya sirri" şifri ilə ifadə olunub-olunmamasından asılı olmayaraq, Azərbaycan Respublikasının qüvvədə olan qanunvericiliyinə, Qaydalara və Razılaşmaya müvafiq olaraq kommersiya sirri hesab edilir və n işçi tərəfindən yayılması qadağandır. Razılaşmanın 5-ci bəndinə görə, kommersiya sirri bankın yazılı razılığı olmadan heç bir halda (Azərbaycan Respublikasının qüvvədə olan qanunvericiliyi ilə tələb edilən hallar istisna olmaqla) üçüncü şəxslərə acıqlana bilməz. Razılaşmanın 10-cu bəndinə əsasən işçi Azərbaycan Respublikasının qüvvədə olan qanunvericiliyi və Razılaşmaya əsasən, kommersiya sirrinin tam məxfiliyinin qorunması və yalnız razılaşma və əmək müqaviləsi çərçivəsində istifadə edilməsi üzrə məsuliyyət daşıyır. 11-ci bəndinə görə isə, kommersiya sirrini üçüncü şəxslərə açıqlayan işçi bank qarşısında tam maddi məsuliyyət daşıyır və sonuncu iş yeri və vəzifəsi üzrə orta aylıq əmək haqqının 24 misli həcmində vəsaiti, habelə olduğu təqdirdə kommersiya sirrinin açıqlanması nəticəsində banka dəymiş zərəri tam həcmdə ödəməlidir. Həmçinin bankla işçiləri arasında digər münasibətlər Davranış Kodeksi ilə tənzimlənir. İddiaçı 05.11.2020-ci il tarixində "işçi heyətinə dair Davranış Kodeksi qaydalarının qəbul olunmasının və başa düşülməsinin təsdiqlənməsi" barədə sənəd imzalamişdır. X2 isə qeyd edilmişdir ki, əməkdaş, hətta evdən və ya ofisdən kənarda işləmək məqsədi üçün olduqda belə, məlumatı şəxsi elektron poçtuna göndərməməlidir. Əməkdaş hansısa məlumatı göndərməli olsa, elektron məktubun surətinə öz rəhbərini daxil etməlidir. Yuxarıda göstərilənləri nəzərə alaraq, iddianın rədd edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Məhkəmə iclasında iştirak edən İddiaçı iddia ərizəsinin məzmununa uyğun izahat verərək, onun təmin edilməsini məhkəmədən xahiş etmişdir. Məhkəmə iclasında cavabdehin nümayəndəsi Nümayəndə iddia tələbini qəbul etməyərək, iddia ərizəsinə etirazın məznuna uyğun izahat vermiş, iddia tələbi əsassız olduğundan təmin olunmamasını xahiş etmişdir. Məhkəmə proses iştirakçılarının izahatlarını dinləyib, iş materiallarını araşdırıb və sübutlara məcmu halda hüquqi qiymət verərək hesab edir ki, iddia tələbi təmin edilməməlidir. Belə ki, məhkəmə iş materiallarını araşdıraraq, müəyyən etmişdir ki, İddiaçı 18.03.2020ci il tarixindən Cavabdeh QSC-nin Mikro və Aqro Müştərilər üzrə kiçik mütəxəssis vəzifəsinə qəbul edilmiş, 15.12.2020-ci il tarixindən isə Kiçik daxili auditor vəzifəsinə keçirilmişdir. İş materiallarında olan Cavabdeh QSC ilə İddiaçı arasında imzalanmış 18.03.2020-ci il tarixli əmək müqaviləsinin 5.1-ci bəndinə əsasən tərəflərdən biri digərinin əmlakına, səhhətinə, maddi, istehsal, kommersiya maraqlarına, qanunla qorunan mənafelərinə ziyan vurarsa, digər tərəf qarşısında qanunvericiliklə müəyyən olunmuş qaydada maddi və mənəvi məsuliyyət daşıyır. Müqavilənin 7.4-cü bəndinə görə, işçi bankın işi üçün tələb olunmadığı halda İşçi elektron səkildə, kağız üzərində və digər formada saxlanılan məlumatları bankın sahəsindən kənara çıxara bilməz. Müqavilənin 7.6-cı bəndinə əsasən işçi işəgötürənin kommersiya, istehsal və bank sirrinin qorunmasına cavabdehdir və bu sirləri yaymağa görə qanunvericiliklə və bu Əmək müqaviləsində nəzərdə tutulan məsuliyyət daşıyır. İş materiallarında olan Cavabdeh QSC ilə İddiaçı arasında imzalanmış 09.07.2020-ci il tarixli kommersiya sirri rejiminin tətbiqi barədə razılaşmanın 1-ci bəndinə əsasən Azərbaycan Respublikasının qanunvericiliyinə əsasən bank sirri təşkil edən və fərdi məlumatlar ",Kommersiya sirri" şifri ilə ifadə olunub-olunmamasından asılı olmayaraq, Azərbaycan Respublikasının qüvvədə olan qanunvericiliyinə, Qaydalara və Razılaşmaya müvafiq olaraq kommersiya sirri hesab edilir və işçi tərəfindən yayılması qadağandır. Razılaşmanın 5-ci bəndinə görə, kommersiya sirri bankın yazılı razılığı olmadan heç bir halda (Azərbaycan Respublikasının qüvvədə olan qanunvericiliyi ilə tələb edilən hallar istisna olmaqla) üçüncü şəxslərə acıqlana bilməz. Razılaşmanın 10-cu bəndinə əsasən işçi Azərbaycan Respublikasının qüvvədə olan qanunvericiliyi və Razılaşmaya əsasən, kommersiya sirrinin tam məxfiliyinin qorunması və yalnız razılaşma və əmək müqaviləsi çərçivəsində istifadə edilməsi üzrə məsuliyyət daşıyır. 11-ci bəndinə görə isə, kommersiya sirrini üçüncü şəxslərə açıqlayan işçi bank qarşısında tam maddi məsuliyyət daşıyır və sonuncu iş yeri və vəzifəsi üzrə orta aylıq əmək haqqının 24 misli həcmində vəsaiti, habelə olduğu təqdirdə kommersiya sirrinin açıqlanması nəticəsində banka dəymiş zərəri tam həcmdə ödəməlidir. İş materiallarında olan "işçi heyətinə dair Davranış Kodeksi qaydalarının qəbul olunmasının və başa düşülməsinin təsdiqlənməsi" barədə sənəddən görünür ki, iddiaçı 18.03.2020-ci il tarixində həmin sənədlə tanış olmuş və imzalamişdır. Davranış Kodeksində qeyd edilmişdir ki, əməkdaş, hətta evdən və ya ofisdən kənarda işləmək məqsədi üçün olduqda belə, məlumatı şəxsi elektron poçtuna göndərməməlidir. Əməkdaş hansısa məlumatı göndərməli olsa, elektron məktubun surətinə öz rəhbərini daxil etməlidir. İş materiallarında olan 04.11.2021-ci il tarixli yoxlamanın nəticələrinə dair aktdan görünür ki, 19.04.2021-ci il tarixində İddiaçı Babak.ismayilli(a)accessbank.az adlı korporativ elektron poçt ünvanından banka məxsus olmayan babeknmrl(5>bk.ru kənar elektron poçt ünvanına Banka məxsus kommersiya, o cümlədən bank sirri və müştərilərin fərdi məlumatlarını əks etdirən elektron sənədi Excel fayl formasında göndərmişdir. 04.11.2021-ci tarixli izahatdan görünür ki, X3 14.10.2021-ci il tarixində bankın məlumatlarını əks etdirən faylları (hesabatları) iş kompyuterinə yüklədiyini göstərmişdir. Hansı ki, keçirilən Digital Channel adlı audit yoxlamasının aparılması məqsədilə yüklənmişdir. Yüklənən fayllar nəzərdən keçirildikdən sonra audit üçün məqsədəuyğun olmadığı aşkarlandı. Bu səbəbdən fayllar sonradan silinmişdir. Hansı müştərilərin hesabları haqqında məlumatı əks etdirən fayllar, aktiv olan pos terminalları seçmək üçün və digər yoxlamalar aparmaq üçün. Sonra desktopumda olan faylları öz iş mailimə göndərmişdir. Burda məqsəd iş maili yaddaşının dolması və göndərilən və ya qalan fayllar silindikdə həcminin azalmasını öyrənmək idi. Çünki, daha əvvəl mailləri sildikcə yaddaş dəyişmirdi. Daha sonra bir neçə maildə silmiş, mailində yer olması üçün. Hesabatların auditə lazımı olub olmaması yoxlamaqla mümkün idi. Həmin hesabatlar haqqında məlumatı Audit zamanı aidiyyəti əməkdaşlarla (digər departament) keçirilən görüşlərdə müəyyən etmişdilər. Sonra yoxlama zamanı müvafiq olmayanları istifadə etməmişdir. Əməkdaşlarla görüş oktyabr ayının əvvəllərindən indidək aparılmışdır. Təxminən 10.10.2021 tarixindən bəri. Audit zamanı digər əməkdaş Anar Məlikovla birlikdə görüşlər keçirilmişdir. Cavabdeh QSC-nin X4 X5 Gashikulinanın 25.11.2021-ci il tarixili, 21-1137 nömrəli əmrinin surətindən görünür ki, X3 ilə bağlanmış əmək müqaviləsinə Azərbaycan Respublikasının Əmək Məcəlləsinin ("Əmək Məcəlləsi") 70-ci maddəsinin "ç" bəndinə əsasən (işçi özünün əmək funksiyasını və ya əmək müqaviləsi üzrə öhdəliklərini yerinə yetirmədikdə), yaxud bu Məcəllənin 72-ci maddəsində sadalanan hallarda (qəsdən istehsal, kommersiya və ya dövlət sirrinin yayılması və ya bu sirrin gizli saxlanılması üzrə öhdəliklərini yerinə yetirməməsi) əmək vəzifələrini kobud şəkildə pozduğuna görə xitam verilmiş ve o tutduğu vəzifədən azad edilmişdir. Hazırda iddiaçı qeyd edilən əmri mübahisənləndirərək, işə bərpa olunması tələbi ilə məhkəməyə müraciət etmişdir. "Kommersiya sirri haqqında" Azərbaycan Respublikası Qanununun 2.0.1-ci maddəsinə əsasən kommersiya sirri "hüquqi və fiziki şəxslərin istehsal, texnoloji, idarəetmə, maliyyə və başqa fəaliyyəti ilə bağlı, sahibinin razılığı olmadan açıqlanması, onların qanuni maraqlarına ziyan vura bilən məlumatlar"dur. Kommersiya sirri haqqında Qanunun 2.0.7-ci maddəsinə əsasən isə kommersiya sirrini yaymaq dedikdə "müvafiq qanunvericiliyin, yaxud müqavilə şərtlərinin pozulması yolu ilə kommersiya sirrinin başqa şəxslərə açıqlanması" başa düşülür. Həmin Qanunun 10-cu maddəsinə görə, kommersiya sirrini təşkil edən məlumatların müəyyən edilmiş rejiminə əməl etmək öhdəliyi əmək müqaviləsinə və ya kommersiya sirrinin rejiminə əməl etmək barədə razılaşmaya əsasən kommersiya sirrinin konfidenti olan işçilərin üzərinə qoyulur. Bu isə o deməkdir ki, işəgötürən ona məxsus kommersiya sirrinin rejimini işçi ilə bağladığı əmək müqaviləsində və ya fərdi razılaşmaya uyğun olaraq müəyyən edir və işçi bu rejimə əməl etmək öhdəliyi daşıyır. Həmin Qanunun 2.0.8-ci maddəsinə görə isə kommersiya sirrinin əldə olunmasının qeyri-qanuni üsulları dedikdə "kommersiya sirrinin sənədləri oğurlamaq, fotoşəklini çəkmək, surətini çıxarmaq, zor tətbiq etmək və ya hədələmək, rüşvət vermək, kommersiya sirrinin rejiminə riayət olunması öhdəliklərini pozmaq və ya pozmağa təhrik (vadar) etmək, məlumatların ötürülmə kanallarına qoşulmaq, danışıqlara qulaq asmaq və müşahidə aparmaq kimi qeyri-qanuni üsullarla əldə edilməsi" başa düşülür. Azərbaycan Respublikasının Əmək Məcəlləsinin 10-cu maddəsinin d) bəndinə əsasən, dövlət sirrini, habelə işəgötürənin kommersiya sirrini müəyyən olunmuş qaydada və şərtlərlə gizli saxlamaq əmək müqaviləsi üzrə işçinin əsas vəzifələrindən biridir. Həmin Məcəllənin 68-ci maddəsinin 2-ci hissəsinin a) bəndi ilə tərəflərdən birinin təşəbbüsü əmək müqaviləsinə xitam verilməsinin əsaslarından biri kimi təsbit edilmişdir. Həmin Məcəllənin 70-ci maddəsinin ç) bəndinə əsasən, işçi özünün əmək funksiyasını və ya əmək müqaviləsi üzrə öhdəliklərini yerinə yetirmədikdə, yaxud bu Məcəllənin 72-ci maddəsində sadalanan hallarda əmək vəzifələrini kobud şəkildə pozduqda əmək müqaviləsi işəgötürən tərəfindən ləğv edilə bilər. Həmin Məcəllənin 72-ci maddəsinin d) bəndinə əsasən, Əmək Məcəlləsinin 70-ci maddəsinin "ç" bəndinə əsasən işçinin qəsdən istehsal, kommersiya və ya dövlət sirrinin yayılması və ya bu sirrin gizli saxlanılması üzrə öhdəliklərini yerinə yetirməməsi əmək vəzifələrinin kobud şəkildə pozması hesab edilir. Həmin Məcəllənin186-cı maddəsinin ç) bəndinə görə, işçi əmək funksiyasını tam və ya qismən yerinə yetirmədikdə, yaxud keyfiyyətsiz yerinə yetirdikdə, bu Məcəllənin 10-cu maddəsində nəzərdə tutulan, həmçinin əmək müqaviləsi ilə müəyyən edilmiş vəzifələrini, müəssisədaxili intizam qaydalarını pozduqda, işəgötürən əmək müqaviləsini bu Məcəllənin 70-ci maddəsinin «ç» bəndi ilə ləğv etmək intizam tənbehini verə bilər. İddiaçı X3 cavabdeh işəgötürən Cavabdeh QSC-nin 25.11.2021-ci il tarixili, 21-1137 nömrəli əmri ilə tutduğu vəzifədən qanunsuz azad olunmasını təsdiq edən sübutları məhkəməyə təqdim etməmiş, əksinə, cavabdeh tərəfindən təqdim olunmuş sübutlarla onun, tərəflər arasında imzalanmış əmək müqaviləsinin, “İşçi heyətinə dair kommersiya sirri rejiminin tətbiqi barədə” razılaşmanın, Davranış Kodeksinin şərtlərini pozması, nəticədə, qəsdən istehsal, kommersiya və ya dövlət sirrinin yayılması və ya bu sirrin gizli saxlanılması üzrə öhdəliklərini yerinə yetirməməsi, bununla da, əmək fəaliyyəti zamanı yol verdiyi kobud səhvləri, hüquq pozuntuları nəticəsində işəgötürənin, müəssisənin və ya mülkiyyətçinin qanuni mənafeyinə ciddi xələl gətirməklə əmək vəzifələrini kobud şəkildə pozması təsdiq edilmişdir. Belə olduğu halda, məhkəmə hesab edir ki, hazırki iddia tələbi əsassız və qanunsuz olduğuna görə rədd edilməlidir. Azərbaycan Respublikasının MPM-nin 14.2-ci maddəsinə görə məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 77.1-ci maddəsinə görə isə hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Məhkəmə iş üzrə sübutlara Azərbaycan Respublikasının MPM-nin 88-ci maddəsinin tələblərinə uyğun olaraq obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət vermiş, iddia ərizəsində qoyulmuş tələb üzrə nəticəyə gələrkən isə Azərbaycan Respublikasının MPM-nin 217.4-cü maddəsində təsbit edilmiş bilavasitəlilik prinsipinə uyğun olaraq yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlara əsaslanmışdır. Yuxarıdakılara əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 14.2, 77.1, 88, 216-220, 227, 358, 360 və 362-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏT E T D İ: İddiaçı Cavabdeh QSC-yə qarşı "işə bərpa və məcburi işburaxmaya görə əmək haqqı tələbinə dair" iddiası təmin edilməsin. Qətnamədən rəsmi qaydada verildikdən sonra tərəflər 1 (bir) ay müddətində işə baxan Yasamal Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinin mülki kollegiyasına apelllyasiya şikayəti verə bilərlər. Sədrlik edən:Ayaz Məmmədov
Məhkəmə qərarları › İş №2(004)-919/2022
Bakı Şəhəri Yasamal Rayon Məhkəməsi Qətnamə — İş №2(004)-919/2022
29.03.2022 · Əmək mübahisələri - İşə bərpa - Əmək mübahisələri - Əmək haqqı tələbi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver