Məhkəmə qərarları › İş №2(004)-921/2021

Bakı Şəhəri Yasamal Rayon Məhkəməsi Qətnamə — İş №2(004)-921/2021

12.02.2021 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Kredit müqaviləsi üzrə mübahisələr - İpoteka müqaviləsi üzrə mübahisələr - İpoteka borcunun ödənilməsinin əmlaka yönəldilməsinə dair mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(004)-921/2021 12.02.2021 BAKI ŞƏHƏRİ YASAMAL RAYON MƏHKƏMƏSİ Hakim Axundov Toğrul Bəhruz oğlunun sədrliyi, Həmidova Nargilə Akif qızının katibliyi, İddiaçı Açıq Səhmdar Cəmiyyətinin nümayəndəsi X1 iştirakı ilə, İddiaçı ASC-nin Cavabdeh qarşı pulun tutulması, tələbin ipoteka predmetinə yönəldilməsi, ipoteka predmetinin açıq hərracda satılması tələbinə dair mülki işə məhkəmənin binasında, açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: İddiaçı ASC Cavabdeh qarşı pulun tutulması, tələbin ipoteka predmetinə yönəldilməsi, ipoteka predmetinin açıq hərracda satılması tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, İddiaçı ASC-nin ilə Cavabdeh arasında bağlanmış xx.xx.2015-ci il tarixli, MFAVT-0067 saylı Baş kredit müqaviləsinə əsasən illik 14 (on dörd) faiz dərəcəsi olmaqla, 60 (altmış) ay müddətinə 59 330 (əlli doqquz min üç yüz otuz) ABŞ dolları məbləğində kredit verilmişdir. xx.xx.2015-ci il tarixli, MFAVT-0067 saylı Baş kredit müqaviləsindən irəli gələn öhdəliklərin icrasının təmini üsulu kimi Cavabdeh məxsus 2014-cü il buraxılışlı, ağ rəngli, ban nömrəsi ZAMRR56B001123064 olan, ** ZL *** qeydiyyat nişanlı, Maserati Quattroporte S Q4 minik markalı nəqliyyat vasitəsi İddiaçı ASC qarşısında xx.xx.2015-ci il tarixli, MFAVT-0067 ipoteka müqaviləsinə əsasən yüklü edilmişdir. İpoteka notarial qaydada təsdiq edilmiş və dövlət qeydiyyatına alınmışdır. xx.xx.2015-ci il tarixli, MFAVT-0067 saylı Baş kredit müqaviləsinin və xx.xx.2015-ci il tarixli, MFAVT-0067 saylı Baş kredit müqaviləsinin şərtlərinə görə Cavabdeh kredit üzrə hesablanmış dəbbə pulunu (cərimə, penya), faizləri və əsas borc məbləğini tam və vaxtında ödəməyi öhdəsinə götürsə də, kreditin ödənilməsinə dair öhdəlikləri vaxtında və lazımi qaydada icra etməmişdir. Bu barədə cavabdehə dəfələrlə yazılı və şifahi qaydada xəbərdar edilmələrinə baxmayaraq Cavabdeh öhdəliklərinin icra edilməsindən qərəzli olaraq yayınmışdır. Maliyyə arayışına əsasən Cavabdeh xx.xx.2015ci il tarixli, MFAVT-0067 saylı Baş kredit müqaviləsi üzrə borcunun məbləği əsas borca görə 6657,35 ABŞ dolları, faiz borcuna görə 849,14 ABŞ dolları, cərimə borcuna görə 0 ABŞ dolları olmaqla borcun cəmi məbləğində 7506,49 ABŞ dolları pul təşkil edir. Tərəflər arasında bağlanmış xx.xx.2015-ci il tarixli, MFAVT-0067 saylı Baş kredit müqaviləsinin 4.6cı bəndinə əsasən, “müştəri bu Müqavilə üzrə üzərinə düşən vəzifələri vaxtında icra etmədikdə, kredit faizlərinin ödənilməsi müddətini bir dəfə pozduqda girovsaxlayan (Bank) girova ödəniş yönəldə bilər”. Eyni zamanda həmin Müqavilənin 5.4-cü bəndinə əsasən (borcluya aid hissədə), “müştəri bir dəfə bu Müqavilədə nəzərdə tutulmuş vəzifələrini yerinə yetirməzsə, o cümlədən Bankın tələb və göstərişlərinə əməl etməzsə, kredit faizlərini ödəmə müddətini pozarsa çəkilən xərcləri ödəməzsə və digər şərtlərə əməl etməzsə, Bankın bu Müqaviləni pozmağa və bütün tələblərini vaxtından əvvəl ödəməyə hüququ vardır”. Göstərilənlərə əsasən məhkəmədən Cavabdeh xx.xx.2015-ci il tarixli, MFAVT-0067 saylı Baş kredit müqaviləsi üzrə əsas borca görə 6657,35 ABŞ dolları, faiz borcuna görə 849,14 ABŞ dolları, cərimə borcuna görə 0 ABŞ dolları olmaqla borcun cəmi məbləğində 7506,49 ABŞ dolları tutulması; tələbin Cavabdeh məxsus 2014-cü il buraxılışlı, ağ rəngli, ban nömrəsi ZAMRR56B001123064 olan, ** ZL *** qeydiyyat nişanlı, Maserati Quattroporte S Q4 minik markalı nəqliyyat vasitəsinə yönəldilməsi; həmin əmlakın hərracda satılması və onun satışından əldə olunmuş pul vəsaiti hesabına cavabdehlər Cavabdeh xx.xx.2015-ci il tarixli, MFAVT-0067 saylı Baş kredit müqaviləsi üzrə cəmi 7506,49 ABŞ dolları və 30 (otuz) manat dövlət rüsumu məbləğində pulun İddiaçı ASC-yə ödənilməsi; ipoteka predmetinin açıq hərracdan satılmasından əldə edilmiş vəsait qeyd olunan xx.xx.2015-ci il tarixli, MFAVT-0067 saylı Kredit müqaviləsi üzrə borcun ödənilməsi üçün yetərli olmazsa, qalan məbləğin Cavabdeh İddiaçı ASC-nin xeyrinə tutulması barədə qətnamə çıxarılması xahiş edilmişdir. İşə məhkəmədə baxılan zaman iddiaçının nümayəndəsi iddia tələbinin dəqiqləşdirilməsi barədə ərizə təqdim edərək, Cavabdeh xx.xx.2015-ci il tarixli, MFAVT- 0067 saylı Baş kredit müqaviləsi üzrə əsas borca görə 6 657,35 ABŞ dolları, müqavilənin bitmə tarixinə olan faiz borcu 425,83 ABŞ dolları, müqavilə bitdikdən sonra illik 5 faiz dərəcəsi 156 ABŞ dolları olmaqla cəmi 7239,18 ABŞ dolları tutulması; tələbin Cavabdeh məxsus 2014-cü il buraxılışlı, ağ rəngli, ban nömrəsi ZAMRR56B001123064 olan, ** ZL *** qeydiyyat nişanlı, Maserati Quattroporte S Q4 minik markalı nəqliyyat vasitəsinə yönəldilməsi; həmin əmlakın hərracda satılması və onun satışından əldə olunmuş pul vəsaiti hesabına cavabdehlər Cavabdeh xx.xx.2015-ci il tarixli, MFAVT-0067 saylı Baş kredit müqaviləsi üzrə cəmi 7239,18 ABŞ dolları və 30 (otuz) manat dövlət rüsumu məbləğində pulun İddiaçı ASC-yə ödənilməsi; ipoteka predmetinin açıq hərracdan satılmasından əldə edilmiş vəsait qeyd olunan xx.xx.2015-ci il tarixli, MFAVT-0067 saylı Kredit müqaviləsi üzrə borcun ödənilməsi üçün yetərli olmazsa, qalan məbləğin Cavabdeh İddiaçı ASC-nin xeyrinə tutulması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Məhkəmə iclasında İddiaçı Açıq Səhmdar Cəmiyyətinin nümayəndəsi X2 iddia tələbini müdafiə edərək iddia ərizəsinin məzmununa uyğun izahat verdi və məhkəmədən iddianın təmin edilməsi barədə qətnamə çıxarılmasını xahiş etdi. Cavabdeh məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada məlumat (həmçinin məhkəmə elektron SMS vasitəsi ilə) verilmiş, lakin cavabdeh məhkəmə iclasına gəlməmişdir. Məhkəmə işə cavabdehin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə iş materiallarını araşdırıb, iddiaçının nümayəndəsinin izahatını dinləyərək və iş üzrə toplanmış sübutlara hüquqi qiymət verərək belə hesab edir ki, iddia qismən təmin edilməlidir. Belə ki, məhkəmə iclasında tədqiq edilmiş yuxarıda qeyd edilən sənədlərlə müəyyən edildi ki, İddiaçı ASC ilə Cavabdeh arasında bağlanmış xx.xx.2015-ci il tarixli, MFAVT-0067 saylı Baş kredit müqaviləsinə əsasən bank cavabdehə illik 14 (on dörd) faiz dərəcəsi olmaqla, 60 (altmış) ay müddətinə 59 330 (əlli doqquz min üç yüz otuz) ABŞ dolları məbləğində kredit vermişdir. Kredit müqaviləsinin təminatı kimi xx.xx.2015-ci il tarixli, MFAVT-0067 ipoteka müqaviləsinə əsasən Cavabdeh məxsus 2014-cü il buraxılışlı, ağ rəngli, ban nömrəsi ZAMRR56B001123064 olan, ** ZL *** qeydiyyat nişanlı, Maserati Quattroporte S Q4 minik markalı nəqliyyat vasitəsi İddiaçı ASC qarşısında yüklü edilmişdir. İpoteka notarial qaydada təsdiq edilmiş və dövlət qeydiyyatına alınmışdır. Krediti aldığı vaxtdan cavabdeh üzərinə götürdüyü müqavilə öhdəliklərini pozaraq, banka olan kredit və faiz borcunu tam ödəməmiş və nəticədə cavabdehin bank qarşısında əsas borca görə 6 657,35 ABŞ dolları, müqavilənin bitmə tarixinə olan faiz borcu 425,83 ABŞ dolları borcu yaranmışdır. Azərbaycan Respublikasının MM-nin 739.1-ci maddəsinin tələblərinə görə borc müqaviləsinə görə iştirakçılardan biri (borc verən) pula və ya digər əvəz edilən əşyalara mülkiyyət hüququnu digər iştirakçıya (borc alana) keçirməyi öhdəsinə götürür, digər iştirakçı (borc alan) isə aldıqlarını müvafiq olaraq pul və ya eyni keyfiyyətdə və miqdarda eyni növlü əşyalar şəklində borc verənə qaytarmağı öhdəsinə götürür. Həmin Məcəllənin 739.2-ci maddəsinə görə borc müqaviləsinin predmeti hər hansı pul məbləği olduqda, o, kredit müqaviləsi adlandırılır. Məhkəmə belə hesab edir ki, tərəflər arasında kredit müqaviləsi bağlanmaqla Azərbaycan Respublikası MM-nin 386-cı maddəsinə əsasən həmin müqavilədən irəli gələn öhdəlik yaranmışdır. Həmin Məcəllənin 385.1-ci maddəsinə görə öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkətləri etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. Həmin Məcəllənin 442-ci maddəsinə görə öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. Həmin Məcəllənin 445.1-ci maddəsinə görə icranı gecikdirmiş borclu gecikdirmə nəticəsində vurduğu zərər üçün kreditor qarşısında məsuliyyət daşıyır. Həmin Məcəllənin 445.2.1-ci maddəsinə görə öhdəliyin onun icrası üçün müəyyənləşdirilmiş müddətdə icra edilməməsi borclunun icranı gecikdirməsi sayılır. Həmin Məcəllənin 439.1 və 439.2-ci maddələrinə əsasən pul öhdəliyi manatla ifadə edilməlidir. Əgər xarici valyutada olan pul öhdəliyi Azərbaycan Respublikasında ödənilməlidirsə, o manatla ödənilir. Yenidən hesablama ödəniş anında ödəniş yerinin məzənnə qiyməti üzrə aparılmalıdır. Məhkəmə qətnaməsi haqqında Azərbaycan Respublikası Ali Məhkəməsinin Plenum Qərarına əsasən qətnamədə alınması və yaxud ödənilməsi müəyyən edilən məbləğlər Azərbaaycan Respublikasının milli pul vahidi ilə ifadə olunmasıdır. Əgər iddia tələbi xarici valyuta ilə göstərilərsə alınan və ya ödənilən məbləğin qətnamənin icra olduğu günə olan manat məzənnəsi ilə hesablanmalıdır. Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 269.1-ci maddəsinə əsasən girov və ipoteka hüququ girov qoyanın əşyası barəsində girov saxlayanın əşya hüququdur və eyni zamanda borclunun girov saxlayan qarşısında pul və ya başqa öhdəliyinin icrasının təmin edilməsi üsuludur. Azərbaycan Respublikasının MM-nin 269.7-ci maddəsinə əsasən girovla və ipoteka ilə təmin edilmiş öhdəlik üzrə kreditorun (girov saxlayanın və ipoteka saxlayanın) hüququ var ki, borclunun həmin öhdəliyi icra etmədiyi halda girov qoyulmuş və ya ipoteka ilə yüklü edilmiş əşyanın dəyərindən həmin əşyanın mənsub olduğu şəxsin (girov qoyanın və ipoteka qoyanın) digər kreditorlarına nisbətən üstün qaydada təminat alsın. Həmin Məcəllənin 317.1-ci maddəsinə əsasən borclu təminat vasitəsi ipoteka olan əsas öhdəliyi icra etmədikdə və ya lazımınca icra etmədikdə, ipoteka saxlayan daşınmaz əşyanın satılmasını tələb edə bilər. Həmin Məcəllənin 319.1-ci maddəsinə əsasən əgər borclu icrasını təmin etmək üçün əşyanın ipotekaya verildiyi öhdəliklərin yerinə yetirilməsini gecikdirmişsə, ipoteka saxlayan ipoteka ilə yüklü edilmiş obyekti açıq hərracdan satmaq hüququna malikdir. İpoteka haqqında Azərbaycan Respublikasının Qanunun 33-cü maddəsinə əsasən borclu əsas öhdəliyi icra etmədikdə və ya lazımınca icra etmədikdə, ipoteka saxlayanın tələbinin ödənilməsi üçün ipoteka predmetinə tutma yönəldilə bilər. Həmin Qanunun 34.1-ci maddəsinə əsasən əsas öhdəliyin, yaxud onun bir hissəsinin vaxtında icra olunmaması, əsas öhdəlik üzrə faizlərin ödənilməsi müddətlərinin ardıcıl olaraq iki dəfə pozulması ipoteka saxlayanın ipoteka predmetinə tutmanın yönəldilməsi hüququnun yaranması anıdır. Məhkəmə iddia tələbinin cavabdehdən iddiaçının xeyrinə müqavilə bitdikdən sonra illik 5 faiz dərəcəsi 156 ABŞ dolları məbləğində pulun tutulması hissəsi ilə belə qərara gəlir ki, iddia tələbi bu hissədə əsaslı olduğundan təmin edilməlidir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 399.3, 399.4, 445 və 449-cu maddələrinin bəzi müddəalarının şəhr edilməsinə dair» xx xxxxxx 2014-cü il tarixli Qərarında Konstitusiya Məhkəməsi qeyd etmişdir ki, kreditor kredit müqaviləsindən irəli gələn öhdəliyin icrası üçün nəzərdə tutulmuş müddət bitənədək pul vəsaitindən istifadə haqqının (faizlərin), həmin müddətdən sonrakı dövr üçün isə öhdəliyin icra edilməməsinə görə mülki qanunvericilikdə nəzərdə tutulmuş və hesablanmış faiz formasında zərərin (real zərər və əldən çıxmış faydanın) ödənilməsini tələb edə bilər. Məhkəmə iddia tələbinin ipoteka predmetinin açıq hərracdan satılmasından əldə edilmiş vəsait qeyd olunan xx.xx.2015-ci il tarixli, MFAVT-0067 saylı Kredit müqaviləsi üzrə borcun ödənilməsi üçün yetərli olmazsa, qalan məbləğin Cavabdeh İddiaçı ASC-nin xeyrinə tutulması hissəsi ilə belə nəticəyə gəlir ki, ipoteka yüklü edilmiş avtomobilin satışdan əldə olunmuş vəsait qətnamənin icrasına kifayət etmədiyi halda çatışmayan məbləğin tutulması hissəsi “İcra Haqqında” Azərbaycan Respublikasının Qanuna əsasən icra mərhələsində həll edildiyindən iddia tələbi bu hissədə əsassız olduğu üçün təmin edilməməlidir. Beləliklə, məhkəmə iş üzrə toplanmış və tədqiq edilmiş sübutlara məcmu qaydada qiymət verərək hesab edir ki, iddia tələbi qismən təmin edilməli, xx.xx.2015-ci il tarixli, MFAVT-0067 saylı Baş kredit müqaviləsi üzrə 6657 (altı min altı yüz əlli yeddi) ABŞ dolları 35 (otuz beş) sent əsas borc, 425 (dörd yüz iyirmi beş) ABŞ dolları 83 (səksən üç) sent faiz borcu, müqavilə müddəti bitdikdən sonra illik 5 faiz dərəcəsi ilə hesablanmış 156 (bir yüz əlli altı) ABŞ dolları borc, cəmi 7239 (yeddi min iki yüz otuz doqquz) ABŞ dolları 18 (on səkkiz) sent (ödəniş günü ABŞ dollarının manata məzənnəsi nəzərə alınmaqla, manatla) məbləğində pul vəsaiti Cavabdeh tutularaq İddiaçı ASC-yə ödənilməli; tutma ipoteka ilə yüklü edilmiş Cavabdeh məxsus 2014-cü il buraxılışlı, ban nömrəsi ZAMRR56B001123064 olan, ağ rəngli, **-ZL-*** dövlət qeydiyyat nişanlı, Maserati Quattroporte S Q4 minik markalı avtomobilə yönəldilsin, həmin avtomobil açıq hərracdan satılsın, satışdan əldə olunan vəsait hesabına cavabdehin İddiaçı ASC-yə olan borcu ödənilməli; ipoteka predmetinin satışından əldə edilmiş vəsait hesabına borc ödənildikdən sonra artıq pul vəsaiti qalarsa, artıq qalmış pul vəsaiti Cavabdeh verilməlidir. Mülki Prosessual Məcəllənin 14.2-ci maddəsinə görə məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 77.1-ci maddəsinə görə isə hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Həmin Məcəllənin 217.4-cü maddəsinə əsasən məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Həmin Məcəllənin 119-cu maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Belə ki, iş üzrə ödənilmiş 30 (otuz) manat məbləğində dövlət rüsumu Cavabdeh tutularaq İddiaçı ASC-yə ödənilməlidir. Göstərilənlərə əsasən və Azərbaycan Respublikasının MPM-nin 216-220, 227, 358- 360 və 362-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddia qismən təmin edilsin. xx.xx.2015-ci il tarixli, MFAVT-0067 saylı Baş kredit müqaviləsi üzrə 6657 (altı min altı yüz əlli yeddi) ABŞ dolları 35 (otuz beş) sent əsas borc, 425 (dörd yüz iyirmi beş) ABŞ dolları 83 (səksən üç) sent faiz borcu, müqavilə müddəti bitdikdən sonra illik 5 faiz dərəcəsi ilə hesablanmış 156 (bir yüz əlli altı) ABŞ dolları borc, cəmi 7239 (yeddi min iki yüz otuz doqquz) ABŞ dolları 18 (on səkkiz) sent (ödəniş günü ABŞ dollarının manata məzənnəsi nəzərə alınmaqla, manatla) məbləğində pul vəsaiti Cavabdeh tutularaq İddiaçı ASC-yə ödənilsin. Tutma ipoteka ilə yüklü edilmiş Cavabdeh məxsus 2014-cü il buraxılışlı, ban nömrəsi ZAMRR56B001123064 olan, ağ rəngli, **-ZL-*** dövlət qeydiyyat nişanlı, Maserati Quattroporte S Q4 minik markalı avtomobilə yönəldilsin, həmin avtomobil açıq hərracdan satılsın, satışdan əldə olunan vəsait hesabına cavabdehin İddiaçı ASC-yə olan borcu ödənilsin. İpoteka predmetinin satışından əldə edilmiş vəsait hesabına borc ödənildikdən sonra artıq pul vəsaiti qalarsa, artıq qalmış pul vəsaiti Cavabdeh verilsin. İş üzrə ödənilmiş 30 (otuz) manat məbləğində dövlət rüsumu Cavabdeh tutularaq İddiaçı ASC-yə ödənilsin. Qalan hissədə iddia təmin edilməsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən bir ay müddətində Bakı şəhəri Yasamal Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Sədrlik edən: Toğrul Axundov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar