Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(004)-925/2021 12.03.2021 BAKI ŞƏHƏRİ YASAMAL RAYON MƏHKƏMƏSİ Hakim Məmmədov Ayaz Süleyman oğlunun sədrliyi, X7 qızının katibliyi, İlkin iddia üzrə iddiaçı, qarşılıqlı iddia üzrə cavabdeh İddiaçı, onun nümayəndəsi və vəkili Vəkil, İlkin iddia üzrə cavabdeh, qarşılıqlı iddia üzrə iddiaçı Cavabdeh iştirakları ilə, İddiaçı Cavabdeh qarşı “pul tələbinə dair” ilkin, iddiaçı Cavabdeh İddiaçı qarşı “mənəvi zərərin ödənilməsi tələbinə dair” qarşılıqlı iddia ərizələri üzrə mülki işə Yasamal Rayon Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə müəyyən etdi: İddiaçı Cavabdeh qarşı “pul tələbinə dair” iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, cavabdehdən 4300 manat məbləğində pulun alınaraq ona ödənilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddiaçı Cavabdeh İddiaçı qarşı “mənəvi zərərin ödənilməsi tələbinə dair” qarşılıqlı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, İddiaçı ona münasibətdə davranışının qərəzli olmaqla qanunsuz hesab edilməsi, 10.000 manat mənəvi zərərin və 30 manat dövlət rüsumunun cavabdehdə tutularaq onun xeyrinə ödənilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Məhkəmə iclasında iştirak edən ilkin iddia üzrə iddiaçı, qarşılıqlı iddia üzrə cavabdeh İddiaçı ilkin iddia tələbini müdafiə edərək, qarşılıqlı iddia tələbini qəbul etməyərək izahatında göstərmişdir ki, 2019-cu ilin iyun ayının ortalarında əməkdaşı olduğu Azərbaycan Milli Elmlər X2 adına Ədəbiyyat İnstitunun işçisi Cavabdeh ona zəng edərək onunla söhbəti olduğunu bildirmiş, həmin gün oğlu ilə Azadlıq prospekti metrostansiyasının qarşısında Elmira ilə görüşmüşdür. Söhbət əsnasında Elmira ev almaq üçün 500 manat pul lazım olduğunu ona demiş, o da, həmin məbləği ona verməyə razılıq vermişdir. 500 manat pulu Bakı Dövlət Universitetinin yaxınlığında Ekspress Bankın qarşısında Elmiraya vermiş və yaxın vaxtlarda Ukraynaya müalicəyə getməli olduğunu demişdir. Bütün bunlara baxmayaraq Elmira hər gün ona zəng edib öz minnətdarlığını ona bildirməklə ondan yenidən pul qoparmaq istəyindən əl çəkməmişdir. Bu minvalla Elmira ondan yenidən 100 manat, az sonra 20 manat və sonra 100 ABŞ dolları alaraq ümumi borcu 790 manata çatdırmışdır. Ondan pul almaq az imiş kimi, daha kimlərdən pul almağın mümkün olduğunu soruşmuş, o da məcburiyyət qarşısında qalıb yaxın qohumu Hacı Həmidə müraciət etmiş və Hacı ona etibar edib 2000 manat pulu Elmiraya bacısı Gülbəniz Babayevanın maaş kartından aybaay ödəmək şərti ilə vermişdir. xx.xx.2019-cu il tarixdə müalicədən Bakıya qayıtmışdır.Elmira elə həmin günü ona ehtiyac içində yaşadığını, pulsuzluqdan qayğılarını yerinə yetirə bilmədiyini söyləmiş, guya ondan başqa güman gəlməyən heç kimin olmadığını deməklə onu inandırmağa çalışmışdır. O da məcbur olub avqust ayının 15-də onun alə üzvlərinin Kapital Banka məxsus pensiya kartına 202 manat göndərmişdir. Sentyabr ayının əvvəllərində Elmira yenidən Hacı Həmiddən onun üçün 1000 ABŞ dolları alınması üçün canfəşanlıq etmiş və həmin pulu 1 ay müddətinə qaytaracağını inandırmağa çalışmışdır. O da Hacı Həmidlə telefon əlaqəsi saxlayıb həmin vəsaitin onun vasitəsilə çatdırılmasın nail olmuşdur. Əvvəlki 2000 manat borcdan Cavabdeh ödəyə bilmədiyi 220 manatı Hacı Həmidə əvvəl o verəsi olmuşdur. Bir müddət sonra 2-ci məbləğin ödənilmə vaxtı gəlib çatmışdır. Elmira oynayacağı lotoreya vasitəsilə Hacıya ödəniləsi pulları bağlayacağını bildirmişdir. Bu borcdan da 600 dolları o uşağın müalicəsi üçün nəzərdə tutulan puldan götürərək Hacıya çatdırmışdır. Bundan sonra Cavabdeh müxtəlif bəhanələrlə ondan və ailə üzvlərindən pullar almağa başlamışdır. Belə ki, xx.xx.2019-cu il tarixdə Beynəlxalq Banka kredit borcun ödənilməsi üçün 47 manat, Bakıda işıq pulu 50 manat, xx.xx.2019-cu ildə 72 manat, xx.xx.2019-cu ildə 220 manat, xx.xx.2019-cu ildə 100 ABŞ dolları, xx.xx.2019-cu ildə ailə üzvlərinin Kapital Banka məxsus təqaüd kartına 253 manat, 03- 04-05-xx xxxxxxx 2019-cu il tarixlərdə 400 manat, xx.xx.2019-cu ildə 150 manat, xx.xx.2019-cu ildə 90 manat, xx.xx.2019-cu ildə 80 manat, xx.xx.2019-cu ildə həyat yoldaşının maaşından 600 manat, yenə ondan xx.xx.2019-cu ildə 90 manat, xx.xx.2019-cu ildə Beynəlxalq Banka kredit ödəmək üçün Cavabdeh özünün nişan verdiyi başqa bir institut əməkdaşından 60 manat almışdır. Həmin vəsait 2-3 gün ərzində onun tərəfindən ödənilmişdir. Cavabdeh onlardan almağa müvəffəq olduğu ümumi məbləği bu mərhələ üçün 2282 manat təşkil etmişdir. Həyat yoldaşını telefon vasitəsilə Elmira dilə tutaraq ondan aldığı 700 manatı, səhhətində ciddi problemlər olan oğlunun müalicəsi üçün nəzərdə tutulan 2800 manatı heç olmasa, hissə-hissə qaytarılmasını ona bildirəndə Elmira bunları inkar etmiş və onun səsini yazmaqla məhkəməyə göndərəcəyi ilə şantaj etmişdir. Onun və həyat yoldaşının təkidlərindən sonra Elmira onları müvəqqəti susdurmaq üçün maaş kartını borclarının ödənilməsi üçün akademiyanın qarşısında ona çatdırmışdır. Dekabr ayının 28-də Elmira həmin maaş kartını bloka saldırmış, məhz bu səbəbdən kartdan pul çıxara bilməmişlər. Bu hadisəni xx.xx.2020-ci ildə Cavabdeh şöbə müdirinə təfsilatı ilə çatdırmışdır. Cavabdeh həyat yoldaşına borclu olduğu məbləğdə yalnız ciddi təzyiqlərdən sonra cəmi 2 dəfə xx.xx.2019-cu ildə 250 manat, xx.xx.2020-ci ildə yenə 250 manat ödəniş etmişdir. xx.xx.2020-ci ildə Cavabdeh ona telefon açaraq bildirmişdir ki, institutda biabır olmuş, bir daha orada qalıb işləyə bilməyəcək. Lotoreyaya onun əvəzindən borc ödəməsini dilə gətirmişdir. Əslində Elmira bunu ödəməli idi, danışıq belə olmuşdu. Əksinə o Elmiraya həmin gün 100 manat, səhəri gün 150 manat və ailə üzvlərinin Kapital Banka məxsus təqaüd kartına son olaraq 36 manat ödəməli olmuşdur. Həmin məbləğin qəbzini təqdim edə bilər. Pandemiya ilə bağlı Elmira Bərdə rayonun Soğanverdilər kəndinə getmişdir. Guya lotoreya pullarını elə oradaca nizamlayacaqdır. Lakin hər şey əksinə olmuşdur. Ayrı-ayrı şəxslərə çatacaq vəsaitləri lərigitmişdir. Bu aylarla davam etmişdir. Ciddi təzyiqlərdən sonra Elmira 2 dəfə onun əvəzinə lotoreya pulunu 400 manat olmaqla 800 manat ödəməyə nail olmuşdur. Beləliklə həyat yoldaşına ödədiyi 500 manatla son ödənişlə birlikdə 1300 manat təşkil etmişdir. lyun və iyul aylarının əvvəllərində o və həyat yoldaşı Elmiraya heç olmasa lotoreyanın onlara tam halda çatdırılmasını bildirmişlər. Elmira iyulun birinci 10 günlüyündə ödəyəcəyini söz vermişdir. Ödəniş cəmi 300 manat idi. Beləliklə Cavabdeh borclu olduğu 4600 manatın yalnız 1300 manatını ödəmişdir.Ona çatacaq lotoreyadan mənimsədiyi 1000 manat bura əlavə edilərsə, bu artıq 4300 manatdan artıq bir məbləğ edir. Sonuncu dəfə o Cavabdeh Binəqədi rayonu 7-ci mikrorayon S.S.Axundov küçəsi 3c ünvanında yerləşən Araz marketin daxilində olan Milliön aparatından ödəmişdir. Həmin məbləği ödəyərkən yanında heç kim olmamışdır. Odur ki, ilkin iddia tələbinin təmin, qarşılıqlı iddia tələbinin rədd edilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Məhkəmə iclasında iştirak edən ilkin iddia üzrə iddiaçının nümayəndəsi və vəkili Vəkil ilkin iddia tələbini müdafiə edərək təmin, qarşılıqlı iddia tələbini qəbul etməyərək rədd edilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Məhkəmə iclasında iştirak edən ilkin iiddia üzrə cavabdeh, qarşılıqlı iddia üzrə iddiaçı Cavabdeh ilkin iddia qəbul etməyərək, qarşılılıq iddia tələbini müdafiə edərək izahatında göstərmişdir ki, iş üzrə iddiaçının tələbinin əsasını guya müxtəlif vaxtlarda ona verilən borcun geri qaytarılması təşkil edir. İddiaçı müxtəlif vaxtlarda özünün yaşadığı ərazilərdə, ona yaxın şəxslər vasitəsilə, (yəni hüquq mühafizə orqanlarında işləyən tanışları nəzərdə tutulur) ona müxtəlif vaxtlarda təzyiqlər etməyə cəhd etmiş, bu təzyiqlər və hədə-qorxular bir nəticə vermədiyi üçün, sonda məhkəməyə müraciət etmişdir. İddiaçı iddiası əsassız olduğu üçün, onu şər və böhtan kimi qiymətləndirir və iddianı qəbul etmir. Belə olduğu halda, iddiaçının iddiasının heç bir hüquqi əsası yoxdur. Belə çıxır ki, iddiaçıdan istənilən vaxt borc pul istəmiş, o da vermiş, indi isə guya o pulları qaytarmır. Bu şəxs onunla birlikdə işləyir. İddiaçının məqsədi onu şantaj etmək və özündən asılı vəziyyətə salmaqdır. Özündən asılı vəziyyətə sala bilmədiyi üçün, müxtəlif üsullara əl atır. İddiaçının ona qarşı etdiyi qanunazidd hərəkətlər psixikasına təsir etmiş, cəmiyyətdə tutduğu alim mövqeyinə aşağılayıcı təsir etmiş və ona mənəvi ziyan vurmuşdur. İddiaçının vurduğu mənəvi ziyanı 10.000 manat məbləğində qiymətləndirir. Belə ki, onun bu hərəkətləri nəticəsində mütəmadi olaraq mənəvi sarsıntı, iztirab keçirərək fəal ictimai həyatdan mərhum olmuşdur. Bundan başqa, onun şərəf və ləyaqətini ləkələməklə cəmiyyətdə fəal fəaliyyətini məhdudlaşdırmışdır. Ona görə də, hazırkı iddia tələbi ilə məhkəməyə müraciət edərək, ilkin iddia tələbinin rədd, qarşılıqlı iddianın təmin edilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Məhkəmə proses iştirakçılarının izahatlarını dinləyib, iş materiallarını araşdırıraq, məhkəmə baxışı zamanı tədqiq olunmuş sübutlara məcmu halda hüquqi qiymət verərək hesab edir ki, ilkin iddia tələbi qismən təmin edilməli, qarşılıqlı iddia tələbi təmin edilməməlidir. Beləliklə məhkəmə Azərbaycan Respublikası Mülki Məcəlləsinin 386.1, 427.3, 429.1.3, 442, 443.4, 448.1, 448.2, 739.1, 739.2-ci, maddələrini nəzərə alaraq müəyyən etmişdir ki, iş materiallarında olan Binəqədi RPl-nin 5-ci PB-nin baş təhqiqatçısı N.Məmmədlinin xx.xx.2020-ci il tarixli “Cinayət işi başlanmasının rədd edilməsi haqqında” qərarına əsasən İddiaçı Cavabdeh tərəfindən aldadılaraq pulunun ələ keçirilməsi barədə müraciət etmişdir. Araşdırma zamanı izahatı alınmış Cavabdeh göstərmişdir ki, o, X1 ilə 2001-ci ildən etibarən bu günədək bir kollektivdə işləyir. 2019-cu ildə ailəsində sıxıntılar olduğu üçün Qürbər Mirzazadədən 500 manat borc pul istəmiş, Qürbət Mirzazadə isə öz növbəsində ona 300 ABŞ dolları borc vermişdir. Bundan sonra müəyyən vaxt keçdikdən sonra o, Qürbət Mirzazadədən yenə borc pul istəmiş və ümümmilikdə ona 1750 manat borcu yaranmışdır. Buna baxmayaraq həmin məbləği o, kollektivdə lotoreya oynayaraq İddiaçı qaytarmış və sonuncu 300 manat borcunu isə ödəmə vasitəsi ilə sonuncuya qaytarmışdır. Hazırda isə onun Qürbət Mirzazadəyə heç bir borcunun olmadığı qeyd etmişdir. Mövcud qanunvericiliyin tələblərinə görə tərəflər arasında borcun qaytarılması prosesində yaranan mübahisələr müvafiq olaraq mülki qanunvericilik əsasında tənzimlənməli olduğu, aparılmış araşdırma zamanı tərəflər arasında olan mübahisənin mülki xarakterli olmaqla öz həllini məhkəmə yolu ilə tapmalı olduğu sübuta yetirildiyinə görə, toplanmış material üzrə cinayət işinin başlanması rədd edilmiş və ərizəçiyə mülki mühakimə icraatı qaydasında məhkəməyə müraciət etmək hüququ izah olunmuşdur. Beləliklə, iş materiallarından müəyyən olunur ki, ilkin iddia üzrə cavabdeh müxtəlif vaxtlarda ilkin iddia üzrə iddiaçıdan müxtəlif vaxtlarda 1750 manat borc pul almış, aldığı borcundan cəmi 1300 manat ödəniş etmiş, qalan 450 manatı isə qaytarmamışdır. İlkin iddia üzrə iddiaçı ilkin iddia üzrə cavabdehə cəmi 4600 manat pul verdiyini iddia etsə də, bu barədə məhkəməyə heç bir mötəbər sübut təqdim edə bilməmişdir. Halbuki, hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Belə olduğu halda, məhkəmə hesab edir ki, ilkin iddia tələbi qismən təmin edilməli, Cavabdeh 450 manat məbləğində borc tutularaq, İddiaçı xeyrinə ödənilməlidir. Bununla yanaşı, məhkəmə hesab edir ki, qarşılıqlı iddia tələbi aşağıda göstərilənlərə əsasən təmin edilməməlidir. Belə ki, “İnsan hüquqlarının və X5 haqqında” Konvensiyanın 6-cı maddəsinin 1-ci bəndində hər kəsin onun mülki hüquq və vəzifələri müəyyən edilərkən qanun əsasında yaradılmış müstəqil və qərəzsiz məhkəmə vasitəsi ilə işinin ədalətli araşdırılması hüququna malik olması təsbit edilmişdir. Mənəvi zərərin ödənilməsi barədə iddialara baxarkən Azərbaycan Respublikasının Konstitusiyasını, “İnsan Hüquqlarının və X5 Haqqında Konvensiya”nı, bu Konvensiyaya dair Protokolları, mənəvi zərərin ödənilməsini nəzərdə tutan milli qanunvericilik aktlarını, habelə Avropa İnsan Hüquqları Məhkəməsinin presedentlərini rəhbər tutmalıdırlar. “İnsan Hüquqlarının və X5 Haqqında Konvensiya”nın 41-ci maddəsinə və Avropa İnsan Hüquqları Məhkəməsinin presedentlərinə əsasən mənəvi zərər şəxsə qeyri - əmlak, habelə əmlak zərəri vurulduqda ödənilə bilər. Konkret hüquq münasibəti üzrə milli qanunvericilik aktında mənəvi zərərin ödənilməsinin mümkünlüyü barədə birbaşa göstərişin olmaması bu barədə tələbin rədd edilməsi üçün əsas deyildir. Mənəvi zərərin vurulması ilə əlaqədar yaranan hüquq münasibətlərinə müvafiq qanunvericilik aktları, habelə Azərbaycan Respublikası Mülki Məcəlləsinin İX bölməsinin (Mülki hüquq pozuntularından (deliktlərdən ) əmələ gələn öhdəliklər) qaydaları tətbiq edilir. “Mənəvi zərərin ödənilməsi barədə qanunvericiliyin məhkəmələr tərəfindən tətbiqi təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun xx xxxxxx 2008-ci il tarixli, 07 saylı Qərarında göstərilir ki, mənəvi zərər, insanın anadangəlmə və ya qanun əsasında ona məxsus olan şəxsi qeyri-əmlak xarakterli hüquq və azadlıqların, habelə əmlak hüquqlarının pozulması nəticəsində fiziki əzab çəkməsi kimi başa düşülür.Fiziki şəxsin mənəvi sarsıntı keçirməsi dedikdə isə ona qarşı törədilmiş qanunsuz hərəkətin və ya hərəkətsizliyin onun şüurunda müəyyən mənfi psixi reaksiyaya səbəb olması, iztrab keçirməsi dedikdə isə onun sağlamlığının pozulması nəticəsində fiziki əzab çəkməsi başa düşülür.Şəxsə mənəvi zərər vurulması onun yaxın qohumlarını və ya iş yerini itirməsi, fəal ictimai həyat tərzindən məhrum olması, şəxsi, ailə və tibbi sirlərinin açıqlanması, şərəf, ləyaqət və işgüzar nüfuzunun ləkələnməsi, hər hansı başqa hüquqlarının müvəqqəti olaraq məhdudlaşdırılması və ya həmin hüquqlardan məhrum olması, sağlamlığına xəsarət yetirilməsi və s. hallarda özünü biruzə verir. Mənəvi ziyanın müəyyən edilməsi üçün dəqiq meyarlar mövcud deyildir. Mənəvi ziyan xüsusi xarakterə malikdir həm qurbanın şəxsiyyəti, həm də pozuntunun xarakterindən asılıdır. Məhkəmə mənəvi ziyanın məbləğini müəyyən etmək üçün bu və ya digər hüququn pozulması nəticəsində baş vermiş emosional amilləri – inamsızlıq, narahatlıq, məyusluq hissələrini, stresləri, əzab və əziyyətləri nəzərə alır. Məsələn, Avropa Məhkəməsi “Koinq Almaniyaya qarşı” işdə ərizəçiyə “mənəvi narahatlıq yetirilməsinə”, “Artiko İtaliyaya qarşı” işdə “tənhalıq və kimsəsizlik hisslərinə”, “Younq, Cames və X3rşı” işdə “alçaldıcı və təhqiredici hərəkətlərə” görə mənəvi zərər ödənilməsi qərarına gəlmişdir. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumunun “Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.5-ci maddəsinin həmin Məcəllənin 155, 156 və 372.4-cü maddələri ilə müqayisəli şəkildə şərh edilməsinə dair” xx xxxxxx 2012-ci il tarixli Qərarında göstərilmişdir ki, “Qarşılıqlı iddianın qəbul olunmasının digər şərti ondan ibarətdir ki, belə iddianın təmin olunması ilkin iddianın tam və ya qismən təmin olunmasını istisna edir. Bu əsasla müxtəlif iddialar irəli sürülə bilər. Qarşılıqlı iddia iddiaçının dəlillərinin dəf edilməsinə yönəlir. Qarşılıqlı iddia bilavasitə ilkin iddianı mahiyyəti üzrə təkzib etməsə də, onun təmin olunmasını imkansız edir. İlkin iddia təmin olunduğu təqdirdə qarşılıqlı iddia təmin oluna bilməz.” Məhkəmə hesab edir ki, qarşılıqlı iddia üzrə iddiaçı Cavabdeh qarşılıqlı iddia üzrə cavabdeh İddiaçı qarşı “mənəvi zərərin ödənilməsi tələbinə”dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, cavabdehin qabubsuz hərəkətləri nəticəsində mənəvi zərərə məruz qaldığını iddi etməsinə baxmayaraq, bu barədə məhkəməyə heç bir mötəbər sübut təqdim edə bilməmişdir. təmin edilməməlidir. Məhkəmə qeyd edir ki, sübuta yetirilməyən tələb əsaslı hesab edilə bilməz. İşin obyektiv həlli üçün yalnız mötəbər sübutlardan istifadə oluna bilər. Sübutlar sübut edilən faktla birmənalı bağlı olmalı, yəni, həmin faktın varlığı barədə güvənli nəticə çıxarmağa əsas verməlidir. Ona görə də, qarşılıqlı iddia ərizəsi rədd olunmalıdır. Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 14.2-ci maddəsinin tələbinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 77.1-ci maddəsinin tələbinə görə hər bir tərəf öz tələb və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 217.3-cü maddəsinin tələbinə əsasən qətnamə iş üzrə müəyyən edilmiş həqiqi hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır. Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 217.4-cü maddəsinin tələbinə görə məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 218.3-cü maddəsinin tələbinə əsasən hakim işdə iştirak edən şəxslərin verdiyi tələblər üzrə qətnamə çıxarır. Yuxarıdakılara əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 14.2, 77.1, 88, 216-220, 227, 358, 360 və 362-ci maddələrini rəhbər tutaraq, məhkəmə qət etdi: İlkin iddia tələbi qismən təmin edilsin. Cavabdeh 450 (dörd yüz əlli) manat pul və ödənilmiş (otuz) manat dövlət rüsumu tutularaq İddiaçı xeyrinə ödənilsin. İlkin iddia tələbi qalan hissədə təmin edilməsin. Qarşılıqlı iddia üzrə iddiaçı Cavabdeh İddiaçı qarşı “mənəvi zərərin ödənilməsi tələbinə dair” iddia tələbi təmin edilməsin. Qarşılıqlı iddia tələbi təmin edilmədiyinə görə ödənilmiş dövlət rüsumu iddiaçıya aid edilsin. Qətnamədən tərəflərə rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Bakı Şəhəri Yasamal Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apelyasiya Məhkəməsinə apelyasiya şikayəti verilə bilər. Sədrlik edən:Ayaz Məmmədov
Məhkəmə qərarları › İş №2(004)-925/2021
Bakı Şəhəri Yasamal Rayon Məhkəməsi Qətnamə — İş №2(004)-925/2021
12.03.2021 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Sair öhdəliklər üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver