Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(004)-935/2021 11.03.2021 BAKI ŞƏHƏRİ YASAMAL RAYON MƏHKƏMƏSİ Hakim Əyyubov Fərid İlham oğlunun sədirliyi, Şirinova Lamiyyə Fehruz qızının katibliyi, İddiaçının nümayəndəsi və vəkili X2, Cavabdehin nümayəndəsi X4, Müstəqil tələb irəli sürməyən üçüncü şəxs Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Əmək Müfəttişliyi Xidmətinin nümayəndəsi X1 iştirakları ilə, İddiaçı cavabdeh Əlibəy Hüseynzadə adına Cavabdehnə və müstəqil tələb irəli sürməyən üçüncü şəxs Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Əmək Müfəttişliyi Xidmətinə qarşı “işə bərpa və əmək haqqı” tələbinə dair mülki işə Bakı şəhəri Yasamal Rayon Məhkəmə binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə M ü ə y y ə n e t d i: İddiaçı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, cavabdeh Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət Universitetinin xx.xx.2020-ci il tarixli, 1/260 saylı əmrinin ləğv edilməsi, onunla müddətsiz əmək müqaviləsinin bağlanılması, əvvəlki ştat vahidi üzrə işə bərpa edilməsi və xx.xx.2020-ci il tarixdən başlayaraq işə bərpa edildiyi tarixədək məcburi iş buraxma müddəti üçün əmək haqqı məbləğinin hesablanaraq ona ödənilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddiaçı tələbini onunla əsaslandırmışdır ki, o, fəlsəfə doktoru, dosentdir, 1976-cı ildən Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət Universitetində müəllim vəzifəsində çalışır. Əmək müqaviləsi xx.xx.2018-ci il tarixində yenilənib, xx.xx.2019-cu il tarixinədək uzadılmış müddətli əmək müqaviləsinə dəyişdirilmişdir. Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin Mərkəzləşdirilmiş Elektron İnformasiya Sistemindən çıxarılmış elektron sistemində isə əmək müqaviləsinin bitmə tarixi xx.xx.2021-ci il göstərilmişdir. 2020/2021-ci ilin tədris ilinin başlanğıcında sentyabrın əvvəli online olaraq bir neçə dərs keçdikdən sonra ona əmək müqaviləsinə xitam verildiyi bildirilmişdir. Səbəbini soruşduqda 65 yaşının tamam olması və müqavilə müddətinin bitməsi səbəbindən əmək müqaviləsinə xitam verildiyi, elektron bildirişdə isə texniki səhvə yol verildiyi bildirilmişdir. Lakin əmək müqaviləsinin xitam olunması barədə əmrin surəti və əmək kitabçası ona təqdim edilməmişdir. xx.xx.2020-ci il tarixində vəkil sorğusuna əsasən əmək müqaviləsinin surəti və əmrdən çıxarış ona təqdim edilsə də, əmək kitabçası təqdim edilməmişdir. xx.xx.2020-ci il tarixli əmrdən çıxarışda əmək müqaviləsinin müddətinin bitməsi ilə əmək müqaviləsinə xitam verildiyi görünür. Azərbaycan Respublikası Əmək Məcəlləsinin 4-cü maddəsinə əsasən Azərbaycan Respublikasının qanunlarında müəyyən edilmiş dövlət büdcəsindən maliyyələşən müəssisələrdə çalışmanın yaş həddi elmi müəssisə və təşkilatlar, ali təhsil müəssisələrinə şamil edilmir. Göründüyü kimi çalışdığı müəssisə ali təhsil müəssisədir, bu səbəbdən yaş senzi ona tətbiq edilə bilməz. Göründüyü kimi, 1976-cı ildən həmin Universitetdə çalışır. Həmin dövr ərzində müddətsiz əmək müqaviləsi üzrə işləmişdir. 2018-ci il tarixdə müddətsiz əmək müqaviləsinin dəyişdirilməsinin heç bir hüquqi əsası yoxdur. Əmək müqaviləsində göstərilən ƏM-nin 47ci maddəsinin f bəndi ona deyil, ilkin işə göstürülən şəxsə şamil edilə bilər. Eyni zamanda xx.xx.2018-ci il tarixli müqavilədə ümumiyyətlə hansı müddətə bağlanması göstərilməmişdir. Qanunvericilik norması müddətli əmək müqaviləsi bağlanmasının əsaslarını dəqiq göstərməklə, işçinin hüquqlarının qorunması mahiyyəti daşıyır. Əmək Məcəlləsinin 47-ci maddəsinin f) yarımbəndi o halda tətbiq edilə bilər ki, bu barədə əmək müqaviləsində birbaşa və aydın şəkildə qeydin aparılması, tərəflərin hüquq bərabərliyinə və qarşılıqlı razılığa dəlalət edə bilər. Lakin hazırkı mübahisədə işçi 42 il çalışdığı müəssisədə müddətsiz müqavilənin müddətli müqaviləyə çevrilməsi halında hansı hüquq bərabərliyi, hansı razılıqdan söhbət gedə bilər?! Bu əmək müqaviləsinin müəyyən müddətə bağlanmasının əsaslılığını şübhə altına qoyur. Bütün bunlar qanunvericilik normasına ziddir. Bu səbəbdən xx.xx.2020-ci il tarixli əmr ləğv edilməli və onunla müddətsiz əmək müqaviləsi bağlanılmalıdır. Cavabdeh Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət Universiteti iddia ərizəsinə etiraz edərək, eyni zamanda, iddia müddətinin tətbiqinə dair ərizə verərək göstərmişdir ki, iddiaçı, xx.xx.1974-cü ildən universitetdə əvvəlcə preoperator, sonra laborant və baş laborant işləyib. Eyni zamanda, saat hesabı ilə dərs deyib. 1983-cü ildən İddiaçı müsabiqə yolu ilə beş il müddətinə müəllim vəzifəsinə seçilib. Analıq məzuniyyətində olduğu üçün beş illik müddət bitəndən sonra xx.xx.1989-cu il tarixdə keçirilən müsabiqədə Xarici dillər kafedrasına müəllim seçilib. xx.xx.1993-cü il tarixdə İddiaçı yenidən müsabiqədən keçib və göstərilən kafedraya baş müəllim vəzifəsinə təyin olunub. 1994-cü ildə elmlər namizədi elmi dərəcəsi alıb. xx.xx.1998-ci ildə yenidən müsabiqədən keçib və xx.xx.1999-cu il tarixli əmrlə “vaxtlı FƏM (kontraktla)” göstərilən kafedraya baş müəllim təyin edilib. xx.xx.2002-ci il tarixdə müsabiqə yolu ilə dosent seçilib. xx.xx.2008-ci ildə növbəti müsabiqədən keçdiyinə görə yenidən Xarici dillər kafedrasına beş il müddətinə dosent təyin olunub. xx.xx.2013-cü ildə yenidən müsabiqə yolu ilə müddətli əmək müqaviləsi ilə xx.xx.2018-ci ilədək müddətə dosent vəzifəsinə qəbul olunub. 2014-cü ildən Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin elektron informasiya sistemi tətbiq olunduğu üçün əmək müqaviləsi bildiгişi vurulmuş, orada son müddət qanuna uyğun olaraq xx.xx.2018-ci il göstərilmişdir. Universitetdə müsabiqələrin keçirilməsi və müəllimlərin vəzifəyə təyin olunması müddəti Azərbaycan Respublikası Təhsil Nazirinin xx.xx.1996-cı il tarixli 40 nömrəli əmri ilə təsdiq olunmuş “Ali təhsil müəssisələrində kafedra müdiri, professor-müəllim vəzifələrinin tutulması Qaydaları haqqında” Əsasnaməyə uyğun aparılmışdır. Əsasnamənin 1.1-ci bəndində göstərilir ki, ali təhsil müəssisələrində kafedra müdiri, professor, dosent, baş müəllim, müəllim və assistent vakant vəzifələri bir qayda olaraq müsabiqə yolu ilə beş il müddətinə tutulur. xx.xx.2018-ci il tarixdə müddət bitdiyinə görə qanuna uyğun olaraq İddiaçı əmək müqaviləsinə xitam verilib. xx.xx.2018-ci ildə İddiaçı ərizəsinə, kafedra müdirinun təqdimatına əsasən onunla xx xxxxxx 2018-ci ildən xx.xx.2019-cu il tarixədək dərs ilinin sonunadək müddətli əmək müqaviləsi bağlanıb. İddiaçı xx.xx.2019-cu il tarixli ərizəsinə əsasən dekanın və kafedra müdirinin təqdimatı ilə 2019-2020-ci dərs ili üçün, yəni xx.xx.2019-cu ildən xx.xx.2020-ci ilədək bir illik əmək müqaviləsi uzadılmışdır. xx.xx.2020-ci ildə müddəti başa çatan müddətli əmək müqaviləsi İddiaçı ərizəsi əsasında dekanın və kafedra müdirinin təqdimatı ilə xx.xx.2020-ci ilədək uzadılmışdır. Bu qısa müddətli uzadılma əməkdaşın xahişi ilə 2020/2021-ci tədris ili üçün dərs yükünün formalaşmasına qədər həyata keçirilmişdir. Bununla əlaqədar əmr verilmiş, müqaviləyə dəyişiklik edilmişdir. Ərizədə, təqdimatda, dərkənarlarda müqavilənin uzadılması müddəti xx.xx.2020-ci il göstərildiyi halda, düzəliş aparan əməkdaş bildirişdə mexaniki olaraq xx.xx.2021-ci il tarixini yazıb. Bununla əlaqədar düzəliş aparılıb, texniki səhvə yol vermiş əməkdaş cəzalanıb. xx.xx.2020-ci ildə müddəti başa çatan əmək müqaviləsinə xx.xx.2020-ci ildə 1/260 nömrəli əmrlə Azərbaycan Respublikası Əmək Məcəlləsinin 68-ci maddəsinin ikinci hissəsinin “b” bəndinə əsasən xitam verilmişdir. Əmrin verildiyi xx.xx.2020-ci il tarixdə Universitetin İnsan Resursları şöbəsində İddiaçı onunla bağlanmış əmək müqaviləsinə xitam verilməsi haqda məlumat verilmiş, əmrin surətini və əmək kitabçasını götürməsi təklif olunmuşdur. İddiaçı əmri və əmək kitabçasını götürməkdən imtina etmişdir. Bu haqda akt tərtib edilmişdir. Universitetin mühasibatı İddiaçı ilə vaxtında son haqq-hesab aparıb əmək haqqını onun əmək haqqı kartına köçürmüşlər. Təqdim olunan sənədlər göstərir ki, İddiaçı iddia ərizəsində göstərilən iddiaları həqiqəti əks etdirmir. Onunla bağlanmış bütün əmək müqavilələri, işə qəbul əmrləri onun öz iradəsini əks etdirir. Müqavilələrin müddətinin uzadılması və müqavilənin müddətinin bitməsi ilə bağlı müqaviləyə xitam verilməsi İddiaçı bilgisi, istəyi ilə həyata keçirilmişdir, qanuna uyğundur. Azərbaycan Respublikası Əmək Məcəlləsinin fərdi əmək mübahisələrinin həllində iddia müddətlərinin müəyyənləşdirildiyi 296-cı maddəsinin 2-ci hissəsində göstərilir ki, fərdi əmək mübahisələrinin həll edilməsi üçün işçi hüququnun pozulduğunu aşkar etdiyi gündən etibarən bir təqvim ayı ərzində məhkəməyə müraciət edə bilər. İddiaçı məhkəməyə təqdim etdiyi iddia ərizəsində xx.xx.2020-ci il tarixi göstərmişdir. İddia ərizəsində göstərilən tarixin məhkəməyə müraciət etmə tarixi ilə eyni olduğunu nəzərə alınarsa belə, iddiaçı ehtimal olunan hüququnun pozulduğu gündən (xx xxxxxxxx 2020-ci il) bir ay 12 gün sonra məhkəməyə müraciət etmişdir. Bununla, məhkəməyə müraciət etmək üçün qanunla müəyyən edilən müddəti buraxmış, iddia müddətinin üzrlü səbəbdən buraxılmasını sübut edən heç bir sənəd təqdim etməmişdir. Göstərilənləri nəzərə alaraq İddiaçı iddiasının əsassız olmasına və iddia müddti ötürülməklə verildiyinə görə rədd edilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Məhkəmə iclasında iştirak edən iddiaçının nümayəndəsi və vəkili X5 qarşı tərəfin bəzi sənədləri sonradan hazırladığını bildirmişdir. İddiaçının nümayəndəsi və vəkili izahatını bununla əsaslandırmışdır ki, qarşı tərəfə sənədləri kuriyer vasitəsilə götürməyi təklif etsələr də, sənədi özlərinin təqdim edəcəyini bildirmişlər. Lakin həmin sənədlər məhkəməyə təqdim olunmamışdır. Universitenin prorektoru ilə görüşdüyü zaman beş müəllimin olduğunu, həmin şəxslərin hər birinin ünvanına əmək müqaviləsinə dəyişikliklər, uzadılmalar və xitamla bağlı əmək qanunvericiliyinin tələblərinə uyğun olmayan şəkildə həyata keçirilməmişdir. Qarşı tərəf etiraz əvəzi izahat vermiş və bildirmişdir ki, xx xxxx 2019-cu il tarixdən 2019/1020-ci dərs ili üçün dekan və kafedra müdirinin nəzarəti ilə xx xxxx 2020-ci il tarixədək müddətsiz əmək müqaviləsi bağlanmışdır. Cavabdeh təqdimatın, əmrin, bildirişin, müqavilənin surətinin iddiaçıya təqdim olunduğunu qeyd etsə də, iddiaçının nümayəndəsi və vəkili bunu qəbul etməmiş, təqdimatı, əmri, bildirişi və müqavilənin surətini qəbul etmədiklərini qeyd etmişdir. Eyni zamanda xx xxxx 2019-ci il tarixdən xx xxxx 2020-ci il tarixədək bağlanmış müqaviləyə əsasən bildirmişdir ki, müddətsiz müqviləni müddətli müqaviləylə dəyişdikdən sonra müqaviləni bir neçə dəfə bir il uzatmışdırlar. 1 ildən sonra 08 iyuldan 15 sentyabradək İddiaçı ərizəsi əsasən müqaviləni dəyişərək 2020-ci ilə qədər əməkdaşın xahişi ilə 4 ayı dəyişərək 5 ay etmişdirlər. Müqavilələrdə uzatma yoxdur, ancaq işçi tərəfindən müəyyən olunmuş ərizəni qeyd edirlər uzatmalarda. Müddət İddiaçı ərizəsi əsasında uzadılıb. Uzatma müqavilələri yoxdur. 2019-cu ildəki 1 illik müqavilə əsasında müddət 1 il müddətlərlə uzadılmalı olduğunu bildirmişdir. İyuldan sentyabra qədər uzatma ediblər. Müqavilənin uzadıldığını yazıblar ancaq şəxsin mütləq imzası olmalıydı. Müqavilə öhdəlikləri ərizə ilə yox imza ilə tənzimlənir. Xitamı düz etməmişlər. Uçuton qaydaları var. Əmək kitabçasını sorğu verərək tələb etsə belə əmək kitabçasını verməmişlər. Əmək kitabçası əmək müqaviləsinə xitam olduğu gün verilir. Cəriməni ödəmiş, şikayət verməmişdirlər. Bildirmişdir ki, bununla da təqsirlərini qəbul etdiklərini hesab edir. Məhkəmədən iddia tələbinin təmin edilməsini xahiş etmişdir. Məhkəmə iclasında iştirak edən cavabdehin nümayəndəsi X7 bildirmişdir ki, İddiaçı bildiriş göndərilmişdir. Əmək Müfəttişliyinin təqdim etdiyi protokolun qanuniliyi araşdırılmalıdır. Protokol həqiqətə uyğun deyil. Pandemiya dövrünə düşdüyü və cavabdehin nümayəndəsi xəstə olduğu üçün protokoldan şikayət vermək mümkün olmamışdır, beləliklə cərimə ödənilmişdir. Məhkəmədən iddia tələbinin təmin edilməməsini xahiş etmişdir. Müstəqil tələb irəli sürməyən üçüncü şəxsin nümayəndəsi X3 izahatında göstərdi ki, iddiaçının Azərbaycan Dövlət Mədəniyyət və incəsənət Universitetində əmək hüquqlarının pozulması barədə müraciətinə Dövlət Əmək Müfəttişliyi Xidmətinin Bakı şəhər İdarəsində baxılmış, Universitetin rəhbərliyi tərəfindən təqdim edilmiş sənədlərdən onunla bağlanmış müddətli əmək müqaviləsinə xx.xx.2020-ci il tarixində Azərbaycan Respublikasının Əmək Məcəlləsinin 68-ci maddəsinin 2-si hissəsinin “b” bəndinə (əmək müqaviləsinin müddətinin qurtarması) əsasən xitam verildiyi, son haqq-hesabın hesablanaraq ödənildiyi məlum olmuşdur. Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət Universitetində iddiaçının əmək müqaviləsinə xitam verilərkən Azərbaycan Respublikasının Əmək Məcəlləsinin 73-cü maddəsinin 1-ci bəndinin tələblərinin pozularaq, Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 192.6-cı maddələrində nəzərdə tutulmuş inzibati xətanın törədildiyi müəyyən olunmuş, bu səbəbdən Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət Universitetinin rəhbəri barəsində Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 192.6-cı maddəsinə müvafiq olaraq, xx.xx.2020-ci il tarixli MN ******* nömrəli inzibati Xəta haqqında protokol tərtib edilmiş, xx.xx.2020-ci il tarixli, MN № ******* saylı İnzibati tənbeh vermə haqqında qərarla Universitetin rektoru X6 1500 manat məbləğində cərimə edilmişdir. Qeyd olunanları nəzərə alaraq iddianın təmin olunb-olunmamasını məhkəmənin mülahizəsinə buraxdığını bildirmişdir. Məhkəmə proses iştirakçılarının izahatlarını dinləyib, iddia ərizəsini və işin faktiki hallarını araşdıraraq, işdə olan sənədləri tədqiq edərək və sübutları qiymətləndirərək hesab edir ki iddia qismən təmin edilməlidir. Belə ki, məhkəmə araşdırması zamanı iş materiallarında olan sübutlara əsasən məhkəmə tərəfindən müəyyən edilmişdir ki, İddiaçı xx.xx.1974-cü ildən Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət Universitetində əvvəlcə preporator, sonra laborant və baş laborant işləmiş, eyni zamanda, saat hesabı ilə dərs demişdir. 1983-cü ildən İddiaçı müsabiqə yolu ilə beş il müddətinə müəllim vəzifəsinə seçilmiş, analıq məzuniyyətində olduğu üçün beş illik müddət bitəndən sonra xx.xx.1989-cu il tarixdə keçirilən müsabiqədə Xarici dillər kafedrasına müəllim seçilmişdir. xx.xx.1993-cü il tarixdə İddiaçı yenidən müsabiqədən keçərək göstərilən kafedraya baş müəllim vəzifəsinə təyin olunmuşdur. 1994-cü ildə elmlər namizədi elmi dərəcəsi almışdır. xx.xx.1998-ci ildə yenidən müsabiqədən keçərək xx.xx.1999-cu il tarixli əmrlə “vaxtlı FƏM (kontraktla)” göstərilən kafedraya baş müəllim təyin edilmişdir. xx.xx.2002-ci il tarixdə müsabiqə yolu ilə dosent seçilmiş, xx.xx.2008-ci ildə növbəti müsabiqədən keçdiyinə görə yenidən Xarici dillər kafedrasına beş il müddətinə dosent təyin olunmuşdur. xx.xx.2013-cü ildə yenidən müsabiqə yolu ilə müddətli əmək müqaviləsi ilə xx.xx.2018-ci ilədək müddətə dosent vəzifəsinə qəbul olunmuşdur. xx.xx.2018-ci il tarixdə müddət bitdiyinə görə İddiaçı əmək müqaviləsinə xitam verilmiş, iddiaçının ərizəsinə, kafedra müdirinun təqdimatına əsasən onunla xx.xx.2018-ci ildən xx.xx.2019-cu il tarixədək müddətli əmək müqaviləsi bağlanmışdır. İddiaçı xx.xx.2019-cu il tarixli ərizəsinə əsasən dekanın və kafedra müdirinin təqdimatı ilə 2019-2020-ci dərs ili üçün, yəni xx.xx.2019-cu ildən xx.xx.2020-ci ilədək bir illik əmək müqaviləsi uzadılmışdır. xx.xx.2020-ci ildə müddəti başa çatan müddətli əmək müqaviləsi İddiaçı ərizəsi əsasında dekanın və kafedra müdirinin təqdimatı ilə xx.xx.2021ci ilədək uzadılmış, bu barədə bildiriş Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin elektron informasiya sisteminə daxil edilmişdır. Əmək müqaviləsinə xx.xx.2020-ci ildə 1/260 nömrəli əmrlə Azərbaycan Respublikası Əmək Məcəlləsinin 68-ci maddəsinin ikinci hissəsinin “b” bəndinə əsasən xitam verilmişdir. İş materiallarına əlavə edilmiş Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Əmək Müfəttişliyi Xidmətinin xx.xx.2020-ci il tarixli MN ******* nömrəli inzibati Xəta haqqında protokolundan və xx.xx.2020-ci il tarixli, MN № ******* saylı İnzibati tənbeh vermə haqqında qərarından görünür ki, İddiaçı müraciəti əsasında aparılmış araşdırma nəticəsində Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət Universitetinin rektoru X6 tərəfindən iddiaçının əmək müqaviləsinə xitam verilərkən Azərbaycan Respublikasının Əmək Məcəlləsinin 73-cü maddəsinin 1-ci bəndinin tələblərinin pozularaq, Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 192.6-cı maddələrində nəzərdə tutulmuş inzibati xətanın törədildiyi müəyyən olunmuş, buna görə 1500 manat məbləğində cərimə edilmişdir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 2.1-ci maddəsinə əsasən mülki işlər üzrə məhkəmə icraatının vəzifələri hər bir fiziki və yaxud hüquqi şəxsin Azərbaycan Respublikasının Konstitusiyasından, qanunlarından və digər normativ hüquqi aktlarından irəli gələn hüquq və mənafelərinin məhkəmədə təsdiq olunmasıdır. Həmin Məcəllənin 7-ci maddəsinin 2-ci hissəsinə əsasən bu Məcəllənin 7-ci maddəsinin 2-1-ci hissəsi ilə müəyyən edilmiş hallar istisna olmaqla, əmək münasibətləri elektron informasiya sisteminə gücləndirilmiş elektron imza vasitəsi ilə daxil edilmiş əmək müqaviləsi bildirişinin qeydiyyata alınmasından və bu barədə işəgötürənə elektron qaydada məlumat göndərilməsindən sonra yaranır. Həmin Məcəllənin 68-ci maddəsinin 2-ci hissəsinin b) bəndi ilə əmək müqaviləsinin müddətinin qurtarması əmək müqaviləsinə xitam verilməsinin əsaslarından biri kimi təsbit edilmişdir. Həmin Məcəllənin 73-cü maddəsinin 1-ci hissəsinə əsasən, müddətli əmək müqaviləsinin müddəti qurtardıqda xitam verilir. Bu Məcəllənin 45-ci maddəsinin beşinci hissəsi nəzərə alınmaqla, müddətli əmək müqaviləsində göstərilən müddət qurtardıqda əmək münasibətləri davam etdirilərsə və müddət bitdikdən sonrakı bir həftə ərzində tərəflərdən heç biri müqaviləyə xitam verilməsini tələb etmirsə, həmin əmək müqaviləsi əvvəl müəyyən olunmuş müddətə uzadılmış hesab olunur. Azərbaycan Respublikası Əmək Məcəlləsinin 83-cü maddəsinin 1-ci hissəsinə görə əgər işçi ilə bağlanmış əmək müqaviləsində onun ləğv edilməsinin sənədləşdirilməsi barədə bu fəsildə müəyyən edilmiş qaydalardan fərqli olan başqa qaydalar nəzərdə tutulmayıbsa, onda istər işçi, istərsə işəgötürən tərəfindən və istərsə də tərəflərin iradəsindən asılı olmayan hallarda bu Məcəllənin 68, 69, 70, 73, 74 və 75-ci maddələrində nəzərdə tutulan əsaslara və qaydalara müvafiq olaraq əmək müqaviləsinin ləğv edilməsi işəgötürənin əsaslandırılmış əmri (sərəncamı, qərarı) ilə rəsmiləşdirilməlidir. Həmin maddənin 2-ci hissəsinə görə isə, əmək müqaviləsinə xitam verilməsi barədə işəgötürənin əmri (sərəncamı, qərarı) onun tərəfindən imzalanmalı və müəssisənin möhürü ilə təsdiqlənməlidir. Bu əmrin surəti, işçinin əmək kitabçası və işəgötürənin son haqq-hesabı (istifadə edilməmiş əmək məzuniyyətinə görə pul əvəzi, işçiyə ödənilməli əmək haqqı və digər ödəmələr) ilə birlikdə sonuncu iş günü işçiyə verilməlidir. Məcəllənin 84-cü maddəsinin tələblərinə görə isə: Əmək müqaviləsinin ləğv edilməsi haqqında işəgötürənin əmrinin (sərəncamının, qərarının) məzmununda aşağıdakı məlumatlar göstərilir: müəssisənin adı, hüquqi ünvanı, əmrin (sərəncamın, qərarın) sıra nömrəsi, tarixi və onu imzalayan işəgötürənin vəzifəsi, adı, atasının adı və soyadı; işçinin adı, atasının adı və soyadı; əmək müqaviləsi üzrə işçinin vəzifəsinin (peşəsinin) adı; əmək müqaviləsinin ləğv edilməsinin əsası; həmin əsasla əmək müqaviləsinin ləğv edilməsi qaydası nəzərdə tutulmuş bu Məcəllənin müvafiq maddəsi, hissəsi və bəndi; əmək müqaviləsi ləğv edilən gün, ay və il; əmək müqaviləsinin ləğv edilməsi barədə əmrin (sərəncamın, qərarın) verilməsi üçün əsas hesab olunan rəsmi sənədlər.
2. Bu maddənin birinci hissəsində nəzərdə tutulmuş məlumatlardan hər hansı biri və ya bir neçəsi göstərilməyən əmr (sərəncam, qərar) əmək mübahisəsini həll edən məhkəmə tərəfindən etibarsız hesab edilə bilər. Göründüyü kimi, cavabdeh Əlibəy Hüseynzadə adına Cavabdeh İddiaçı əmək müqaviləsinə Azərbaycan Respublikası Əmək Məcəlləsinin 68-ci maddəsinin 2-ci hissəsinin b) bəndi əsasən əmək müqaviləsinin müddətinin qurtarması əsas götürülməklə xitam verilməsi barədə əmri Azərbaycan Respublikasının Əmək Məcəlləsinin 73-cü maddəsinin 1-ci bəndinin tələblərinin pozulması ilə qəbul edilmiş, göstərilən qanun pozuntusuna görə cavabdeh təşkilatın rəhbəri inzibati məsuliyyətə cəlb edilərək, cəzalandırılmışdır. Şərh olunanlara əsasən məhkəmə bu nəticəyə gəlir ki, cavabdeh Əlibəy Hüseynzadə adına Cavabdeh İddiaçı ilə bağlanmış əmək müqaviləsinə xitam verilməsi barədə xx.xx.2020-ci il tarixli, 1/260 nömrəli əmri ləğv edilməli, məcburi iş buraxma müddəti üçün əmək haqqı ödənilməklə iddiaçı tutduğu vəzifəyə bərpa olunmalıdır. Bununla yanaşı, məhkəmə hesab edir ki, iddia tələbi müddətsiz əmək müqaviləsinin bağlanılması hissəsində əsassız olduğundan, təmin edilməməlidir. Belə ki, Azərbaycan Respublikası Təhsil Nazirinin xx.xx.1996-cı il tarixli 40 nömrəli əmri ilə təsdiq olunmuş “Ali təhsil müəssisələrində kafedra müdiri, professor-müəllim vəzifələrinin tutulması Qaydaları haqqında” Əsasnamənin 1.1-ci bəndinə əsasən ali təhsil müəssisələrində kafedra müdiri, professor, dosent, baş müəllim, müəllim və assistent vakant vəzifələri bir qayda olaraq müsabiqə yolu ilə 5 il müddətinə tutulur. Ali təhsil müəssisəsi və ya kafedralar yeni təşkil edildikdə yüksək ixtisaslı mütəxəssisləri işə cəlb etmək zərurəti yarandıqda və digər müstəsna hallarda ayrı-ayrı şəxslər həmin vəzifələrə sonradan yalnız müsabiqədən keçməklə (bir ildən çox olmamaq şərtilə) müddətli əmək müqaviləsi bağlamaqla rektorun əmri ilə təyin olunurlar. Həmin müqavilənin müddətinin təkrar uzadılmasına yol verilmir. Həmçinin məhkəmə cavabdehin iddia müddətinin keçməsi ilə bağlı vəsatətini də əsassız hesab edir, belə ki cavabde əmək kitabsanın surətinin iddiaçıya təqdim edilməsinə dair məhkəməy sübut təqdim edə bilməmişdir. Məhkəmə iddiaçının Azərbaycan Respublikası Əmək Məcəlləsinin 47-ci maddəsinin f) bəndinin ona tətbiq olunmaması haqqında mülahizələri ilə bağlı qeyd edir ki, həmin mülahizələr təqdim olunmuş sübutlarla təsdiqlənmir. Habuki mülki qanunvericiliyin tələblərinə əsasən öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etmək iddiaçının vəzifəsidir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 77.1-ci maddəsinə müvafiq olaraq hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 78.1-ci maddəsinə görə sübutlar işdə iştirak edən şəxslər tərəfindən birinci instansiya məhkəməsinə təqdim edilir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 80-cı maddəsinə əsasən məhkəmə işin gedişində təqdim olunmuş ancaq o sübutları qəbul edir və nəzərə alır ki, onlar işdə tərəflərin tələblərini müəyyən edən faktlarla və hallarla əlaqədardır. Məcəllənin 81-ci maddəsinə görə isə, qanuna və ya digər normativ hüquqi aktlara əsasən müəyyən sübutetmə vasitələri ilə təsdiq edilməli olan işin halları başqa sübutlarla təsdiq oluna bilməz. Həmin məcəllənin 217.4-cü maddəsinə əsasən məhkəmə öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası MPM-nin 216-220, 233 və 360-cı maddələrini rəhbər tutaraq məhkəmə,
QƏT ETDİ:
İddia tələbi qismən təmin edilsin. Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət Universitetinin xx.xx.2020-ci il tarixli, 1/260 saylı əmr ləğv edilsin. İddiaçı Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət Universitetində əvvəlki ştat vahidi üzrə işə bərpa edilsin. İddiaçı xx.xx.2020-ci il tarixdən başlayaraq işə bərpa edildiyi tarixədək məcburi işburaxma müddəti üçün əmək haqqı ödənilsin. İddia tələbi qalan hissədə təmin edilməsin. Qətnamədən rəsmi qaydada verildikdən sonra tərəflər 1 (bir) ay müddətində işə baxan Yasamal Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apelyasiya Məhkəməsinin mülki kollegiyasına apelyasiya şikayəti verə bilərlər. Qətnamədən şikayət verilmədikdə, qəbul edildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir.
Sədrlik edən Fərid Əyyubov