Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(004)-936/2021 24.02.2021 BAKI ŞƏHƏRİ YASAMAL RAYON MƏHKƏMƏSİ Hakim Axundov Toğrul Bəhruz oğlunun sədrliyi, X1, İddiaçı, cavabdeh Azərbaycan Respublikası Cavabdeh nümayəndəsi X6 iştirakı ilə, İddiaçı cavabdeh Azərbaycan Respublikası Cavabdehnə qarşı “işə bərpa və məcburi iş buraxmaya görə əmək haqqının ödənilməsi tələbinə dair” mülki işə açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: İddiaçı cavabdeh Azərbaycan Respublikası Cavabdehnə qarşı “işə bərpa və məcburi iş buraxmaya görə əmək haqqının ödənilməsi tələbinə dair” iddia ərizəsisi ilə məhkəməyə müraciət edərək, onun cavabdeh Azərbaycan Respublikası Cavabdehnə qarşı əmrin ləğvi, işə bərpa və məcburi iş buraxmaya görə əmək haqqının ödənilməsi tələbinə dair iddia ərizəsisinin təmin edilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Daha sonra iddiaçı iddia tələbinin dəqiqləşdirilməsinə dair ərizə ilə məhkəməyə müraciət edərək “əmək müqaviləsinə xitam verilməsi haqqında” xx.xx.2020-ci il tarixli, 219 saylı əmrinin ləğv edilməsi, əvvəlki vəzifəsinə bərpa olunması və məcburi iş buraxmaya görə əmək haqqının ödənilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddiaçı iddia tələbini onunla əsaslandırmışdır ki, xx.xx.1995-ci il tarixdən Azərbaycan Respublikası Müdafiə Nazirliyinin Mənzil-İstismar idarəsində əmək fəaliyyətinə başlamış və xx.xx.2020-ci il tarixdə Azərbaycan Respublikası Əmək Məcəlləsinin 70-ci maddəsinin “ç” bəndinə və 72-ci maddəsinin “e” bəndinə əsasən işdən azad edilmişdir. Əmək Məcəlləsinin 70-ci maddəsinin “ç” bəndinə əsasən işçi özünün əmək funksiyasını və ya əmək müqaviləsi üzrə öhdəliklərini yetirmədikdə, yaxud bu Məcəllənin 72-ci “e” bəndinə əsasən əmək fəaliyyəti zamanı yol verdiyi kobud səhvləri, hüquq pozuntuları nəticəsində işəgötürənin və ya mülkiyyətçinin qanuni mənafilərinə ciddi xələl gətirdikdə əmək müqaviləsi işəgötürən tərəfindən ləğv edilə bilər. İşdən azad olmasının səbəbinin əmək fəaliyyəti ilə heç bir aidiyyəti yoxdur. 25 il bu idarədə işləmiş, işlədiyi müddət ərzində rəhbərlik tərəfindən töhmət almamışdır. 2020-ci ilin iyun ayında idarəyə yeni rəis təyin olunmuş və onun ilk addımları kadr dəyişiklərindən başlamışdır. Bir çox işçilər kimi ona da, zor gücünə işdən çıxması ilə bağlı təziqlər başlamışdır. Lakin əldə hec bir əsas olmadığından bunu həyata keçirə bilməmişdir. Məlumat üçün bildirir ki, 2018-ci ildən bacanağanı ilə aralarında şəxsi münagişə başlamışdır. Keçmiş rəhbərlik dövründə həmin şəxs onun nufuzuna xələl gətirmək uçun dəfələrlə idarəyə böhtan xarakterli məlumatlar, işinə aid olmayan yazılar göndərmişdir. Lakin, həmin yazılar rəhbərlik tərəfindən araşdırıldıqdan sonra ona şəxsi məsələlərinin baxılması idarəyə aid olmadığı bildirilmişdir. X7 şikayət ərizəsinin müzakirəsi Həmkarlar komitəsinin sədrinə tapşırılmış və xx.xx.2020ci il tarixli iclasın qərarı ilə idarənin nufüzuna xələl gətirdiyindən tutduğu vəzifəyə uyğun olmadığını məqsədə uyğun hesab edilmişdir. xx.xx.2020-ci il tarixdə idarə rəisi vəzifəsindən azad edilmiş və yeni təyin olunmuş idarə rəisi təhvil-təslim prosesində ona təhvil verilmiş sənədlər sirasında Həmkarlar ittifağının qərarı əsasında onu xəbərdarlıq etmədən 02.11.20-ci il tarixdə əmrini vermişdir. İşdən çıxmasının səbəbi ona izah edilməmiş, 65 yaşına yaxınlaşan zaman ailədə əlil övladının olması və yeganə işləyən onun olması nəzərə alınmamış və heç olmasa, başqa işə keçirilməsinə də şərait yaradılmamışdır. Cavabdeh Azərbaycan Respublikası Cavabdeh iddia ərizəsinə etirazla məhkəməyə müraciət edərək göstərmişdir ki, iddia ərizəsi əsassız olduğundan aşağıdakı əsaslara görə rədd olunmalıdır. Belə ki, iddiaçı Əliyev X3 Nazirliyinin Mənzil-İstismar idarəsi rəisinin xx.xx.2020-ci il tarixli 219 nömrəli əmrinin ləğv edilməsini, işə bərpa olunması və məcburi iş buraxmaya görə əmək haqqının ödənilməsini tələb edir. 2019-2020-ci illər ərzində ayrıayrı şəxslər tərəfindən İddiaçı işdən kənar fəaliyyəti barədə yuxarı instansiyalara müxtəlif xarakterli şikayət ərizələri daxil olmuşdur. Qeyd olunan şikayət ərizələrinin bir çoxu baxılıb cavablandırılması üçün Mənzil-İstismar İdarəsinə yönləndirilmişdir. Məhz İddiaçı barədə daxil olan şikayət xarakterli ərizələrin çox olması səbəbindən onun tutduğu vəzifəyə uyğun olub-olmaması faktının Mənzil-X4 İttifaqı Komitəsinin iclasında müzakirə olunması qərara alınmış və Mənzil-X4 İttifaqı Komitəsi nəzdində X14 üzrə Komissiyasının iclasında İddiaçı tutduğu vəzifəyə uyğun olmadığı məqsədəuyğun hesab edilmişdir. Bundan başqa İddiaçı Mənzil-İstismar İdarəsində işlədiyi müddət ərzində işində yol verdiyi nöqsanlara və vəzifə borclarının icasına laqeyd yanaşdığına görə dəfələrlə rəhbərlik tərəfindən intizam qaydasında cəzalandırılmışdır. Odur ki, yuxarıda göstərilənləri nəzərə alaraq məhkəmədən dair iddia ərizəsinin təmin olunmamasını xahiş etmişdir. Məhkəmədə iclasında İddiaçı iddia tələbini müdafiə edərək iddia ərizəsində göstərilənlərə uyğun izahat verdi və əlavə olaraq bildirdi ki, bir neçə il öncə bacanağı mənzil alarkən sənədləşmə işlərindən başı çıxmadığı üçün ondan alqı-satqıda iştirak etməyini xahiş etmiş, o da, çox yaxşı münasibətləri olduğundan etiraz etməmişdir. Mənzilin sənədlərinə baxan zaman torpağın və evin çıxarışının olmaması müəyyən edilmiş, bacanağı satıcıya alqı-satqı pulundan 5000 manatı evin sənədləşdirilməsinə çıxacağını bildirmiş və daha sonrada ondan, özünün bu məsələlərdən başı çıxmadığından ona komək etməsini xahiş etmiş, o da, tanıdığı bir şəxs vasitəsi ilə evin bütün sənədlərinin qaydasına qoyulmasına köməklik etmiş, bunun üçün zəruri xərcləri isə bacanağı çəkmişdir. Bacanağı evin sənədlərini düzəldərək artıq necə ildir ki, həmin evdə yaşayır. Daha sonra onun ailədə problemləri yaranmış, o cümlədən də bacanağı ilə münasibətləri korlanmışdır. Bundan istifadə edən bacanağı, onu aldatdığını və sənədləşməyə həddən cox pul çıxdığını əsas gətirərək, o zaman evin sənədləşdirilməsinə çəkilən xərcləri ondan tələb etməyə başlamışdır. O, buna etiraz etdikdə isə, onu işdən çıxartdıracağı ilə hədələyərək, iş yerinə santaj xarakterli şikayət məktubları yazmış və nəticədə də, dediyinə nail olmuşdur. Onun işdən çıxarılması işi ilə ümumiyyətlə əlaqəli olmamış, yalnız hansısa vətəndaşın yalandan yazdığı şikayət xarakterli məktub əsasında qərəzli şəkildə olmuşdur. Bacanağı ondan əl çəkməyərək polisə də şikayət vermiş və barəsində olan cinayət işinə də, xitam verilmişdir. O, bacanağının ondan əl çəkmədiyini görərək məcbur qalaraq dediyi pulu ona qaytarmışdır ki, ondan əl çəksin. Hesab edir ki, o işdən əsassız olaraq çıxarılmış, ona qarşı haqsızlıq olmuşdur. Odur ki, məhkəmədən iddianın təmin edilməsi barədə qətnamə çıxarılmasını xahiş edir. Məhkəmə iclasında çıxış edən cavabdehin nümayəndəsi X10 iddiaya etiraz ərizəsinin məzmununa uyğun izahat verdi və əlavə olaraq göstərdi ki, mübahisə predmeti olan Azərbaycan Respublikası Cavabdeh rəisinin xx.xx.2020-ci il tarixli 219 nömrəli əmri tam qanunidir. Ona görə də, iddianın rədd edilməsi barədə qətnamə çıxarılmasını xahiş etdi. Məhkəmə, tərəflərin çıxışlarını dinləyib, iş materiallarını araşdırıb, hesab edir ki, iddia təmin edilməlidir. İş materiallarında olan və məhkəmədə tədqiq edilmiş: İddiaçı adına açılmış İT-İ seriyalı, ******* saylı əmək kitabçasından notarial qaydada təsdiq olunmuş çıxarışlardan görünür ki, o, xx.xx.1995-ci il tarixdən onunla bağlanılmış əmək müqaviləsinə xitam verildiyi xx.xx.2020-ci il tarixinədək Azərbaycan Respublikası Cavabdehndə fasiləsiz olaraq mühəndis vəzifəsində isləmisdir. Azərbaycan Respublikası Cavabdeh Hüquq bölməsi rəisinin vəzifəsini müvəqqəti icra edən Z.Səlimovun İdarənin rəisi C.Cəfərova ünvanladığı xx.xx.2020-ci il tarixli raportun məzmunundan görünür ki, Mənzil-İstismar İdarəsinin mənzil bölməsində aparıcı mühəndis vəzifəsində işləyən İddiaçı rüşvətalma, eləcə də digər qeyri-qanuni hərəkətləri barədə vətəndaş X8 Azərbaycan Respublikası Prezidentinə, Müdafiə nazirinə, baş Prokurora, Korrupsiya ilə Mübarizə idarəsinə və Daxili İşlər nazirinə ünvanladığı ərizəsi araşdırılmış, izahatı alınmış mülki işçi izahatında həqiqətən də yaxın qohumu Nicad Məmmədovdan 5050 manat məbləğində borc aldığını və həmin pulu N.Məmmədova qaytaracağını qeyd etmişdir. N.Məmmədovun ərizəsində İddiaçı tərəfindən ölümlə hədələndiyi faktı da qeyd edilmişdir. İddiaçı bu faktı təkzib edərək N.Məmmədovun ittihamını özünə qarşı qərəzli və əsassız olduğunu qeyd etmişdir. X2 Şirəli Əlihüseyn oğlu barəsində 2019-2020-ci illər ərzində müvafiq orqanlara dəfələrlə şikayət etmişdir. N.Məmmədovun xx.xx.2019-cu il tarixində İddiaçı barəsində eyni məzmunlu şikayət ərizəsi əsasında Azərbaycan Respubilkası Hərbi Prokurorluğunun Bakı Hərbi Prokurorluğunda araşdırma aparılmış və İddiaçı mülki şəxs olması və şikayət mülki xarakter daşıdığından toplanmış materiallar baxılması üçün aidiyyəti üzrə Abşeron rayon Polis idarəsinə göndərilmişdir. Hazırda N.Məmmədovun İddiaçı barəsində sözügedən şikayəti ilə bağlı Abşeron rayon Polis idarəsində araşdırma aparılır və bununla bağlı X9 bir daha ərazi aidiyyəti üzrə hüquq mühafizə orqanlarına müraciət etməsi tövsiyyə edilmişdir. X8 çoxsaylı şikayətlərini nəzərə alaraq, mənzil bölməsinin aparıcı mühəndisi İddiaçı tutduğu vəzifəyə uyğun olub-olmaması faktının Mənzil-X4 Komitəsi İttifaqının iclasında müzakirə olunması təklif edilmişdir. Müdafiə Nazirliyinin Mənzil-X4 İttifaqı Komitəsi nəzdində X14 üzrə Komissiyaların üzvlərinin iştirakı ilə keçirilmiş xx.xx.2020-ci il tarixli birgə iclasının 26 nömrəli protokolunun surətindən görünür ki, İddiaçı haqqında Azərbaycan Respublikasının Müdafiə Nazirliyindən və Müdafiə Nazirliyinin Şəxsi Heyət Baş İdarəsindən daxil olmuş X7 çoxsaylı şikayət ərizələri ilə əlaqədar Hüquq bölməsi rəisinin vəzifəsini müvəqqəti icra edən Elşad Əmirov çıxış edərək İddiaçı haqqında müvafiq araşdırma apardığını və nəticəsi barədə Mənzil-İstismar İdarəsinin rəisinə məruzə edildiyini bildirmişdir. E.Əmirov apardığı araşdırma haqqında komissiya üzvülərinə geniş məlumat vermiş və qeyd etmişdir ki, İddiaçı barəsində çoxsaylı şikayətlərin olması nəticədə Mənzil-İstismar fərəsinin adına və kollektivin nüfuzuna xələl gətirir. Komissiya üzvləri Mənzil-İstismar İdarəsinin Mənzil bölməsinin aparıcı mühəndisi İddiaçı ilə əlaqədar çoxsaylı şikayətlərin olması nəticəsində Mənzil-İstismar İdarəsinin adına və kollektivinin nüfuzuna xələl gətirdiyindən onun tutduğu vəzifəyə uyğun olmadığını məqsədəuyğun hesab etmişdir. Azərbaycan Respublikası Cavabdeh rəsinin xx.xx.2020-ci il tarixli 219 nömrəli əmrinin surətindən görünür ki, Azərbaycan Respublikasının Əmək Məcəlləsinin 70-ci maddəsinin “ç” bəndinə (işçi özünün əmək funksiyasını və ya əmək müqaviləsi üzrə öhdəliklərini yerinə yetirmədikdə) və 72-ci maddəsinin “e” bəndinə (əmək fəaliyyəti zamanı yol verdiyi kobud səhvləri, hüquq pozuntuları nəticəsində işə götürənin, müəssisəsinin və ya mülkiyyətçinin qanunu mənafeyinə ciddi xələl gətirməsi) əsasən mənzil bölməsinin aparıcı mühəndisi İddiaçı əmək müqaviləsinə xx.xx.2020-ci il tarixindən xitam verilmiş, istifadə etmədiyi əmək məzuniyyətinə görə 55 təqvim günü kompensasiya ödənilməsi əmr edilmişdir. Abşeron RPİ-nin İŞ-nin xx.xx.2021-ci il tarixli arayışından görünür ki, İddiaçı barəsində Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 178.1-ci maddəsi ilə istintaqı aparılan ********* saylı cinayət işi üzrə icraata Azərbaycan Respublikası CPM-nın 39.1.3 və 40.3-cü maddəsinə əsasən xx.xx.2021-ci il tarixdə xitam verilmişdir. X7 Abşeron RPİ-nin İŞ-nə ünvanladığı xx.xx.2021-ci il trixli ərizənin surətindən görünür ki, X12 ona dəymiş 4850 manat ziyanın İddiaçı tərəfindən tam olaraq ödənildiyini ona qarşı heç bir şikayətinin, tələbinin və iddiasının olmadığını göstərmişdir. Azərbaycan Respublikası Əmək Məcəlləsinin: 68-ci maddəsinin 1-ci hissəsinə əsasən əmək müqaviləsinə yalnız bu Məcəllə ilə müəyyən edilmiş əsaslarla və qaydada xitam verilə bilər. 68-ci maddəsinin 2-ci hissəsinin a) bəndinə əsasən tərəflərdən birinin təşəbbüsü əmək müqaviləsinə xitam verilməsinin əsaslarından biridir. 70-ci maddəsinin ç) bəndinə əsasən işçi özünün əmək funksiyasını və ya əmək müqaviləsi üzrə öhdəliklərini yerinə yetirmədikdə, yaxud bu Məcəllənin 72-ci maddəsində sadalanan hallarda əmək vəzifələrini kobud şəkildə pozduqda əmək müqaviləsi işəgötürən tərəfindən ləğv edilə bilər. 72-ci maddəsinin e) bəndinə görə əmək fəaliyyəti zamanı yol verdiyi kobud səhvləri, hüquq pozuntuları nəticəsində işəgötürənin, müəssisənin və ya mülkiyyətçinin qanuni mənafeyinə ciddi xələl gətirməsi işçi tərəfindən əmək vəzifələrinin kobud şəkildə pozulması hesab edilir. 80-ci maddəsinin 1-ci bəndinə görə bu Məcəllənin 70-ci maddəsinin b) və ç) bəndlərində göstərilən əsaslarla işəgötürən tərəfindən həmkarlar ittifaqının üzvü olan işçinin əmək müqaviləsi müəssisədə fəaliyyət göstərən həmkarlar ittifaqı təşkilatının qabaqcadan razılığı alınmaqla ləğv edilir. 80-ci maddəsinin 2-ci bəndinə görə isə həmkarlar ittifaqının üzvü olan işçinin əmək müqaviləsini bu maddənin 1-ci hissəsində nəzərdə tutulan hallardan hər hansı biri ilə əlaqədar ləğv etmək istəyən işəgötürən həmin müəssisənin həmkarlar ittifaqı təşkilatına əsaslandırılmış yazılı təqdimatla müraciət edir. Təqdimata müvafiq əsaslandırma sənədləri əlavə edilir. Həmkarlar ittifaqı təşkilatı bu təqdimatın daxil olduğu gündən ən geci on gün müddətində özünün əsaslandırılmış yazılı qərarını işəgötürənə təqdim etməlidir. 83-cü maddəsinin 1-ci hissəsinə əsasən əgər işçi ilə bağlanmış əmək müqaviləsində onun ləğv edilməsinin sənədləşdirilməsi barədə bu fəsildə müəyyən edilmiş qaydalardan fərqli olan başqa qaydalar nəzərdə tutulmayıbsa, onda istər işçi, istərsə işəgötürən tərəfindən və istərsə də tərəflərin iradəsindən asılı olmayan hallarda bu Məcəllənin 68, 69, 70, 73, 74 və 75-ci maddələrində nəzərdə tutulan əsaslara və qaydalara müvafiq olaraq əmək müqaviləsinin ləğv edilməsi işəgötürənin əsaslandırılmış əmri (sərəncamı, qərarı) ilə rəsmiləşdirilməlidir. 289-cu maddəsinə əsasən X14nin bir tərəfi işəgötürən, digər tərəfi isə öz əmək hüquqlarının və ya qanunla qorunan mənafelərinin pozulduğunu iddia edən işçi və ya qanunvericiliklə müəyyən edilmiş qaydada onun müvəkkil etdiyi şəxsdir. 300-cü maddəsinin 1-ci hissəsinə görə əgər, işəgötürən əmək müqaviləsinin bu Məcəllənin 68, 69, 70, 73, 74 və 75-ci maddələrində nəzərdə tutulmuş ləğv edilməsi əsaslarını pozaraq və ya 71, 76-cı maddələri ilə müəyyən edilmiş qaydaların tələblərinə əməl etmədən, habelə 79-cu maddəsində nəzərdə tutulmuş hallara əhəmiyyət vermədən işçi ilə əmək münasibətlərinə xitam vermişdirsə, əmək mübahisəsini həll edən məhkəmə iddia ərizəsini və işin faktik hallarını araşdıraraq məcburi iş buraxma müddəti üçün əmək haqqı ödənilməklə işçinin vəzifəsinə bərpa edilməsi barədə qətnamə və ya bu maddənin ikinci hissəsinə müvafiq olaraq tərəflərin barışıq sazişinin təsdiq edilməsi barədə qətnamə çıxarır. Məhkəmə qətnamədə işçiyə iddiası üzrə dəymiş zərərin məbləğinin işəgötürən tərəfindən ödənilməsini də nəzərdə tuta bilər. 300-cü maddəsinin 1-ci hissəsinə dair qeydə görə bu maddənin birinci hissəsində nəzərdə tutulmuş “dəymiş zərərin məbləği” dedikdə işçinin işdən çıxarılması ilə əlaqədar işləmədiyi müddətin orta əmək haqqı, fərdi əmək mübahisəsinə məhkəmədə baxılması ilə əlaqədar məhkəmədə hüququnun müdafiəsi üçün vəkil (müdafiəçi) tutması ilə əlaqədar çəkdiyi xərclərin məbləği, eləcə də işçinin iddia ərizəsi ilə tələb etdiyi mənəvi ziyanın, işsiz qalması ilə əlaqədar borc alması, şəxsi əşyalarının satılması nəticəsində çəkdiyi, habelə digər xərclərin məcmusu başa düşülməlidir. Azərbaycan Respublikası Konstitusiyasının İ hissəsi ilə insan və vətəndaş hüquqlarının və azadlıqlarının, Azərbaycan Respublikasının vətəndaşlarına layiqli həyat səviyyəsinin təmin edilməsinin dövlətin ali məqsədi olduğu təsbit edilmişdir. Azərbaycan Respublikası Əmək Məcəlləsinin 9-cu maddəsinin “q” bəndinə əsasən əmək müqaviləsi üzrə işçinin əmək hüquqlarının müdafiəsi üçün məhkəməyə müraciət etmək və hüquqi müdafiə olunmaq hüququ vardır. Həmin Məcəllənin 16-cı maddəsinin 1-ci bəndinə görə əmək münasibətlərində vətəndaşlığına, cinsinə, irqinə, dininə, milliyyətinə, dilinə, yaşayış yerinə, əmlak vəziyyətinə, ictimai-sosial mənşəyinə, yaşına, ailə vəziyyətinə, əqidəsinə, siyasi baxışlarına, həmkarlar ittifaqlarına və ya başqa ictimai birliklərə mənsubiyyətinə, qulluq mövqeyinə, həmçinin işçinin işgüzar keyfiyyətləri, peşəkarlıq səriştəsi, əməyinin nəticələri ilə bağlı olmayan digər amillərə görə işçilər arasında hər hansı ayrı-seçkiliyə yol verilməsi, həmin amillər zəminində bilavasitə və ya dolayısı ilə imtiyazların və güzəştlərin müəyyən edilməsi, habelə hüquqlarının məhdudlaşdırılması qəti qadağandır. Məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verərək hesab edir ki, Azərbaycan Respublikasının Müdafiə Nazirliyinin Mənzil-İstismar İdarəsinin Mənzil bölməsinin aparıcı mühəndisi İddiaçı əmək müqaviləsinə xx.xx.2020-ci il tarixdən Azərbaycan Respublikası Əmək Məcəlləsinin Azərbaycan Respublikasının Əmək Məcəlləsinin 70-ci maddəsinin “ç” bəndinə (işçi özünün əmək funksiyasını və ya əmək müqaviləsi üzrə öhdəliklərini yerinə yetirmədikdə) və 72-ci maddəsinin “e” bəndinə (əmək fəaliyyəti zamanı yol verdiyi kobud səhvləri, hüquq pozuntuları nəticəsində işə götürənin, müəssisəsinin və ya mülkiyyətçinin qanunu mənafeyinə ciddi xələl gətirməsi) əsasən xitam verilməsi barədə işəgötürən Müdafiə Nazirliyinin Mənzil-İstismar İdarəsinin rəisi E.Məmmədovun xx.xx.2020-ci il tarixli, 219 saylı əmr qanunsuz və əsassızdır. Belə ki, həmin əmrin qəbulu zamanı Azərbaycan Respublikası Əmək Məcəlləsinin 78 və 80-ci maddələrinin tələbləri kobud surətdə pozulmuşdur. İşin araşdırılmış hallarından müəyyən olunmuşdur ki, Əliyev X3 Nazirliyinin Mənzil-İstismar İdarəsində 25 il fasiləsiz xidmət etmişdir. Cavabdeh iddia ərizəsinə etiraz edərək, İddiaçı Mənzil-İstismar İdarəsində işlədiyi müddət ərzində işində yol verdiyi nöqsanlara və vəzifə borclarının icrasına laqeyd yanaşdığına görə dəfələrlə rəhbərlik tərəfindən intizam qaydasında cəzalandırıldığını göstərsə də, bu barədə etirazına heç bir sübut əlavə edə bilməmişdir. Eləcə də, Mənzil İstismar İdarəsinin Hüquq bölməsi rəisinin vəzifəsini müvəqqəti icra edən Z.Səlimovun İdarənin rəisi C.Cəfərova ünvanladığı xx.xx.2020-ci il tarixli raportda və Həmkarlar İttifaqı Komitəsi nəzdində X14 üzrə Komissiyaların üzvlərinin iştirakı ilə keçirilmiş xx.xx.2020-ci il tarixli birgə iclasının 26 nömrəli protokolunda İddiaçı tərəfindən özünün əmək funksiyasını və ya əmək müqaviləsi üzrə öhdəliklərini yerinə yetirməməsi, əmək fəaliyyəti zamanı yol verdiyi kobud səhvləri, hüquq pozuntuları barədə müvafiq sübutlarla əsaslandırılmamış, bunun nəticəsində işə götürənin hansı qanunu mənafelərinə ciddi xələl gətirməsi aydınlaşdırılmamışdır. Sadalanan sənədlərdə ümumi mülahizələrə istinad olunaraq eyni müəssisədə 25 il fasilsiz işləmiş iddiaçının tutduğu vəzifəyə uyğun olmadığı məqsədəuyğun hesab edilmişdir. Bundan başqa məhkəmə baxışı zamanı tədqiq edilmiş, Azərbaycan Respublikası Cavabdeh Hüquq bölməsi rəisinin vəzifəsini müvəqqəti icra edən Z.Səlimovun, idarənin rəisi C.Cəfərova ünvanladığı xx.xx.2020-ci il tarixli raportda, izahatı alınmış mülki işçi İddiaçı izahatında həqiqətən də, yaxın qohumu Nicat Məmmədovdan 5050 manat məbləğində borc aldığını etiraf edərək həmin pulu N.Məmmədova qaytaracağını qeyd etməsi öz əksini tapsa da, iş materiallarına əlavə edilmiş İddiaçı izahatının surətindən görünür ki, o, məhkəmə iclasında verdiyi izahata uyğun izahat verərək, ona verilmiş suallara cavab olaraq onun Nicat Məmmədova borcu olmamasını, ondan borc almamasını və bunun N.Məmmədovun uydurması olmasını, ödədiyi pulların isə əvvəldən axıra kimi işin görülməsinə sərf edilməsini bildirmişdir. Beləliklə iş materialları ilə müəyən edilmişdir ki, İddiaçı ilə yaxın qohumu N.Məmmədov arasında olmuş mübahisə mülki xarakter daşımaqla, ümumiyyətlə iddiaçının əmək fəaliyyətini yerinə yetirməklə əlaqəli olmamış, onun əmək fəaliyyətini yerinə yetirməsi zamanı yol verdiyi kobud səhvlər və hüquq pozuntuları nəticəsində işə götürənin, müəssisəsinin və ya mülkiyyətçinin qanunu mənafeyinə ciddi xələl gətirməsi halları isə müəyyən edilməmişdir. Yuxarıda sadalananlara əsasən məhkəmə hesab edir ki, iddia tələbi əsaslı olduğundan təmin olunmalı, Müdafiə Nazirliyinin Mənzil-İstismar İdarəsinin rəisi E.Məmmədovun xx.xx.2020-ci il tarixli, 219 saylı əmr ləğv edilərək Əliyev X3 Nazirliyinin Mənzil-İstismar İdarəsinin Mənzil bölməsinin aparıcı mühəndisi vəzifəsinə bərpa edilməli, əmək müqaviləsinə əsassız xitam verilməsi nəticəsində işləmədiyi müddətin orta əmək haqqı cavabdehdən iddiaçının xeyrinə tutulmalıdır. Azərbaycan Respublikası MPM-in 14.2-ci maddəsinin tələbinə görə, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 217.4-cü maddəsinin tələbinə görə, məhkəmə öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Qeyd olunanlara əsasən və Azərbaycan Respublikasının MPM-nin 216-220, 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddia təmin edilsin. Azərbaycan Respublikası Cavabdeh xx.xx.2020-ci il tarixli, 219 saylı əmri ləğv edilsin. İddiaçı Azərbaycan Respublikası Cavabdeh Mənzil bölməsinin aparıcı mühəndisi vəzifəsində işə bərpa edilsin. xx.xx.2020-ci il tarixdən qətnamə icra edilən müddətə İddiaçı məcburi işburaxma müddəti üçün əmək haqqı ödənilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətdə Bakı şəhəri Yasamal Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apelyasiya Məhkəməsinə apelyasiya şikayəti verilə bilər. Sədrlik edən: Toğrul Axundov
Məhkəmə qərarları › İş №2(004)-936/2021
Bakı Şəhəri Yasamal Rayon Məhkəməsi Qətnamə — İş №2(004)-936/2021
24.02.2021 · Əmək mübahisələri - İşə bərpa - Əmək mübahisələri - Əmək haqqı tələbi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver