Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(004)-937/2021 16.02.2021 BAKI ŞƏHƏRİ YASAMAL RAYON MƏHKƏMƏSİ Hakim Məmmədov Ayaz Süleyman oğlunun sədrliyi, X2 qızının katibliyi, İddiaçı, Cavabdeh Veerapandian Ramprasathın iştirakı ilə, İddiaçı cavabdeh Veerapandian Ramprasatha qarşı “pul tələbi”nə dair mülki işə Bakı şəhəri Yasamal Rayon Məhkəmə binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə Müəyyən e t d i: İddiaçı cavabdeh Veerapandian Ramprasatha qarşı “pul tələbi”nə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, cavabdehdən xx.xx.2020-ci il tarixli öhdəlik müqaviləsinə əsasən 4600 manat, xx.xx.2020-ci il tarixli icarə müqaviləsinə əsasən isə 4 aylıq icarə haqqı kimi 8000 manat, cəmi isə 12600 manat məbləğində pulun və 30 manat ödənilmiş dövlət rüsumunun onun xeyrinə tutulması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, cavabdeh X1 vətəndaşıdır. Cavabdeh ona məxsus olan ünvan 1 ünvanında kirayədə yaşayır. Evi icarəyə verməsi haqqında cavabdehlə aralarında xx.xx.2020-ci ildə notarial qaydada icarə müqaviləsi imzalanmışdır. Bununla yanaşı cavabdehin ona keçən aylardan qalan borcu olduğuna görə o, keçmiş borcunu ödəmək üçün xx.xx.2020-ci ildə öhdəlik müqaviləsi imzalamışdır. Həmin öhdəlik müqaviləsinə əsasən cavabdeh ona əvvəlki aylardan qalan 4600 manat məbləğində pulu ödəməyi öhdəsinə götürmüşdür. Lakin cavabdeh nə öhdəsinə götürmüş olduğu 4600 manat pulu, nə də ki icarə müqaviləsinə əsasən hər ay ödəməli olduğu 2000 manat pulu ödəmir. İcarə müqaviləsi xx.xx.2020-ci il tarixdə bağlansa da, cavabdeh bu günə qədər ona heç bir ödəniş etməmişdir. Dəfələrlə cavabdehə pulu ödəməsi barədə xəbərdarlıq etsə də heç bir nəticə verməmişdir. Bu səbəbdən də məhkəməyə müraciət etmək məcburiyyətində qalmışdır. Məhkəmə iclasında iştirak edən İddiaçı məhkəməyə verdiyi izahatında iddia tələbini müdafiə edərək, onun təmin edilməsini xahiş etmişdir. Məhkəmə iclasında iştirak edən cavabdeh Veerapandian Ramprasath iddia tələbini qismən qəbul edərək, iddiaçya cəmi 6000 manat borcunun olduğunu bildirmişdir. Odur ki, iddia tələbinin qismən təmin olunmasını məhkəmədən xahiş etmişdir. Məhkəmə tərəflərin izahatlarını dinləyib, sübutları və iş materiallarını tədqiq edərək hesab edir ki, iddia tələbi qismən təmin edilməlidir. Belə ki, məhkəmə Azərbaycan Respublikası Mülki Məcəlləsinin 385-386, 427.3, 429.1.3, 442, 448.1, 685.2.1, 700.1, 700.3, 705-ci maddələrinin tələblərini rəhbər tutaraq, məhkəmə araşdırması zamanı müəyyən etmişdir ki, tərəflər arasında notarial qaydada bağlanmış xx.xx.2020-ci il tarixli İcarə müqaviləsinə əsasən icarəyə verən İddiaçı tərəfindən Bakı şəhəri, Yasamal rayonu, Musabəyov Y/S, 263A nömrəli evi icarəçi Veerapandian Ramprasatha 1 illik müddətə, aylıq icarə haqqı 2000 manat olmaqla icarəyə verilmişdir. Tərəflər arasında notarial qaydada bağlanmış xx.xx.2020-ci il tarixli öhdəlik müqaviləsinə əsasən Veerapandian Ramprasath xx.xx.2020-ci il tarixədək ödənilməmiş 4600 manat icarə haqqını İddiaçı ödəməyi öhdəsinə götürmüşdür. Hazırda cavabdeh neçə aydır ki, icarə müqaviləsi ilə üzərinə düşən öhdəliyi yerinə yetirməyib, icarə haqqının ödənilməsini gecikdirmişdir. Mülki Məcəllənin tələblərinə görə icarəyə həmin Məcəllənin əmlak kirayəsi haqqında müddəaları müvafiq surətdə tətbiq edilir. Kirayəçi iki ardıcıl müddət üçün kirayə haqqının və ya onun xeyli hissəsinin ödənilməsini gecikdirdikdə Kirayəyə verən xəbərdarlıq müddətini gözləmədən kirayə müqaviləsini ləğv edə bilər. Belə olduğu halda, məhkəmə hesab edir ki, iddia tələbi qismən təmin edilməli, müvafiq icarə müqaviləsi ləğv edilməklə, cavabdehdən 6000 manat icarə haqqı və 30 manat məbləğində dövlət rüsümu tutularaq, iddiaçının xeyrinə ödənilməlidir. İddia tələbi qalan hissədə təmin edilməməlidir. Mülki Prosessual Məcəllənin 119.1-ci maddəsinə görə məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Yuxarıdakılara əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 14.2, 77.1, 88, 216-220, 227, 358, 360 və 362-ci maddələrini rəhbər tutaraq, məhkəmə qət etdi : İddia tələbi qismən təmin edilsin. İddiaçı ilə cavabdeh Veerapandian Ramprasath arasında bağlanmış xx xxxx 2020-ci il tarixli İcarə müqaviləsinə xitam verilsin. Cavabdeh Veerapandian Ramprasathdan 6000 (altı min) manat icarə haqqı və 30 (otuz) manat məbləğində dövlət rüsümu tutularaq, İddiaçı xeyrinə ödənilsin. İddia tələbi qalan hissədə təmin edilməsin. Qətnamədən tərəflərə rəsmi qaydada verildikdən sonra 1 (bir) ay müddətində Bakı şəhəri Yasamal Rayon Məhkəməsi vasitəsilə Bakı Apelyasiya Məhkəməsinə apelyasiya şikayəti verilə bilər. Sədrlik edən:Ayaz Məmmədov
Məhkəmə qərarları › İş №2(004)-937/2021
Bakı Şəhəri Yasamal Rayon Məhkəməsi Qətnamə — İş №2(004)-937/2021
16.02.2021 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - İcarə müqaviləsi üzrə mübahisələr - Digər icarə müqavilələri
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver