Məhkəmə qərarları › İş №2(004)-938/2021

Bakı Şəhəri Yasamal Rayon Məhkəməsi Qətnamə — İş №2(004)-938/2021

25.02.2021 · Hüquqi əhəmiyyəti olan faktların müəyyən edilməsi haqqında - Doğumun qeyd edilmə faktı
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(004)-938/2021 25.02.2021 BAKI ŞƏHƏRİ YASAMAL RAYON MƏHKƏMƏSİ Hakim Məmmədli Orxan Qədir oğlunun sədrliyinin, Ağalı Tural Qara oğlunun katibliyi, Ərizəçinin nümayəndəsi və vəkili Vəkil, Ərizəçi maraqlı şəxs qismində Bakı Şəhəri Maraqlı şəxs cəlb edilməklə “doğumun qeyd edilmə faktının müəyyən edilməsi” tələbinə dair mülki işə Bakı Şəhəri Yasamal Rayon Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: Ərizəçi maraqlı şəxs qismində Bakı Şəhəri Maraqlı şəxs cəlb edilməklə “doğumun qeyd edilmə faktının müəyyən edilməsi” tələbinə dair ərizə və ərizənin dəqiqləşdirilməsinə dair ərizə ilə Yasamal Rayon Məhkəməsinə müraciət edərək, xx xxxx 1952-ci il tarixdə Qubadlı rayonunda doğumun qeyd edilmə faktının müəyyən edilməsi, doğum haqqında akt qeydinin bərpa edilməklə doğum haqqında şəhadətnamədə ata qrafasında X5, ana qrafasında X6 qeyd edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, xx xxxx 1952-ci ildə Qubadlı rayonu Dəmirçilər kəndində anadan olmuşdur. Qubadlı rayonu işğal olunduqdan sonra doğum haqqında şəhadətnaməni itirmişdir. Təkrar doğum haqqında şəhadətnamənin verilməsi ilə əlaqədar Azərbaycan Respublikası Ədliyyə Nazirliyi X4nın Reyestri Xidmətinə müraciət etmişdir. Həmin orqanın xx xxxxxx 2020-ci il 05(2-222)-69 nömrəli məktubu ilə ona bildirilmişdir ki, 1949-1955-ci illər Qubadlı Rayon Qeydiyyat şöbəsi, Dondarlı icra nümayəndəliyi üzrə ilkin, 1959-1969-cu illər bərpa akt qeydləri X4nın reyestri xidmətinin arxivində saxlanılan akt qeydləri, habelə "X4 "X1 Sistemindəki məlumatlar danılmış və doğumun qeydə alınması halı müəyyən edilməmişdir. Bakı şəhəri Maraqlı şəxsnə müraciət etmişdir. Yasamal Rayon Qeydiyyat Şöbəinin xx.xx.2020-ci il tarixli məktubu ilə ona məhkəməyə müraciət etməsi məsləhət görülmüşdür. Məhkəmə iclasında iştirak edən ərizəçinin vəkili və nümayəndəsi Vəkil ərizəni müdafiə edərək, təmin edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etdi. Məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada xəbərdar olunmuş Maraqlı şəxs məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada xəbərdar edilməsinə baxmayaraq məhkəmə iclasında səlahiyyətli nümayəndəsinin iştirakını təmin etməmiş və bunun səbəbi barədə məlumat verməmişdir. Azərbaycan Respublikası MPM-nin 185-ci maddəsinə əsasən işə maraqlı şəxsin səlahiyyətli nümayəndəsinin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə ərizəçinin nümayəndəsi və vəkilinin izahatlarını dinləyib, iş materiallarını araşdıraraq belə hesab edir ki, ərizə əsaslı olduğundan təmin edilməlidir. İş materiallarında olan: Azərbaycan Respublikası Vətəndaşının Şəxsiyyət Vəsiqəsindən görünür ki, Ərizəçi xx.xx.1952-ci il tarixdə Qubadlı rayonunda anadan olmuşdur. Maraqlı şəxs nikah haqqında şəhadətnamədən görünür ki, X8 ilə X2 Rayon Qeydiyyat şöbəsində nikaha daxil olmuşlar və bu barədə Maraqlı şəxs tərəfindən seriya İ- ЖГ277568, xx.xx.1974-cü il tarixli nikah haqqında şəhadətnamə verilmişdir. Evləndikdən sonra arvada Abdullayeva soyadını almışdır. 769158 saylı Fərqlənmə diplomundan görünür ki, X3 1969-cu il tarixdə S.M.Kirov adına X13 Ordenli Azərbaycan Dövlət Universitetinə daxil olmuş və 1974-cü il tarixdə Azərbaycan dili və ədəbiyyatı ixtisası üzrə tam kursu bitirmişdir. X4nın reyestri xidməti tərəfindən verilmiş Arayışdan görünür ki, xx.xx.1952-ci il tarixdə Qubadlı rayonu, Dəmirçilər kəndində anadan olmuş Ərizəçi doğumu haqqında məlumatın müəyyən edilməsi məasədilə “X4” X1 sisteminə xx.xx.2020-ci il tarixədək daxil edilmiş bütün vətəndaşlıq aktları üzrə yoxlama aparılmış və doğum haqqında akt qeydi aşkar olunmamışdır. Maraqlı şəxs tərəfindən Ərizəçi ünvanlanmış məktubdan görünür ki, doğum akt qeydinin bərpa edilməsi üçün həmin qeydin əvvəllər olmasını təsdiq edən sənəd təqdim edilməlidir. Azərbaycan Respublikası Nazirlər Kabinetinin x xxxx 2001-ci il tarixli, 52 nömrəli qərarı ilə təsdiq edilmiş “X4nın qeydində dəyişiklik, bərpa və ləğv qaydalarını müəyyən edən Əsas müddəalar”a əsasən X4nın itmiş qeydinin bərpası bu cür qeydlərin həqiqətən olduğunu təsdiq edən sənədlər əsasında ərizə verənlərin yaşadıqları ərazidə qeydiyyat şöbələri tərəfindən icra edilir. Doğum haqqında aktların itirilmiş qeydləri yalnız müvafiq qeydin əvvəllər olduğunu təsdiq edən sənədlər olduqda və ya məhkəmənin qətnaməsinə əsasən bərpa edilir. İtmiş yazının qeydiyyat şöbələri tərəfindən bərpası mümkün olmadıqda, vətəndaşlıq vəziyyəti aktının qeydiyyatı faktı məhkəmə qaydasında müəyyən edilir. Doğum haqqında akt qeydinin əvvəllər olmasını təsdiq edən sənədi təqdim etmədiyi üçün xahişin təmin edilməsi imkan xaricindədir. X4nın reyestri xidməti tərəfindən Ərizəçi ünvanlanmış məktubdan görünür ki, 1949- 1955-ci illər Qubadlı Rayon Qeydiyyat Şöbəsi, Dondarlı icra nümayəndəliyi üzrə ilkin, 1959-1969-cu illər bərpa akt qeydləri üzrə X4nın reyestri xidmətinin arxivində saxlanılan akt qeydləri, habelə “X4” X1 Sistemindəki məlumatlar yoxlanılmış və doğumun qeydə alınması halı müəyyən edilməmişdir. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2001ci il 1 mart tarixli 52 nömrəli qərarı ilə təsdiq edilmiş “X4nın qeydində dəyişiklik, bərpa və ləğv qaydalarını müəyyən edən Əsas Müddəalar”ın 13-cü və 14-cü bəndlərinin tələbinə uyğun olaraq X4nın itmiş qeydinin bərpası bu cür qeydlərin həqiqətən olduğunu təsdiq edən sənədlər əsasında ərizə verənlərin yaşadıqları ərazidə qeydiyyat şöbələri tərəfindən icra edilir. Doğum haqqında akt qeydinin bərpa edilməsi üçün zəruri sənədləri təqdim etməklə daimi yaşadığı yerin qeydiyyat şöbəsinə, akt qeydinin qeydiyyat şöbəsi tərəfindən bərpası mümkün olmazsa, bununla əlaqədar məhkəməyə müraciət edə bilər. Şəxsən gedə bilmədikdə isə notariat qaydasında təsdiq olunmuş etibarnamə əsasında səlahiyyətli nümayəndə vasitəsi ilə müraciət etməsi tövsiyə edilmişdir. Bununla yanaşı doğum haqqında akt qeydinin aşkar olunmaması barədə arayış məktuba əlavə olunmuşdur. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 307.1-ci maddəsinə əsasən, məhkəmə fiziki və hüquqi şəxslərin şəxsi və ya əmlak hüquqlarının əmələ gəlməsi, dəyişməsi, xitam verilməsinin asılı olduğu faktları müəyyən edir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 307.2, 307.2.3-cü maddəsinə əsasən, məhkəmə doğumun qeyd edilmə faktının müəyyən edilməsi barədə işlərə baxır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 311-ci maddəsinə əsasən, məhkəmənin qətnaməsi faktı təsdiq edən sənədi, qeydə alınmalı faktlar üzrə isə qeydiyyatı həyata keçirən orqanların verdiyi sənədləri əvəz etməməklə, belə qeydəalınma üçün əsasdır. Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun xx xxxxx 2019-cu il tarixli, 03 saylı qərarının 4-cü bəndində qeyd edilmişdir ki, “Azərbaycan Respublikası MPM-nin 307.2.3-cü maddəsi doğum, övladlığa götürmə, nikah, boşanma, ölüm faktının deyil, X4nın, yəni doğumun, övladlığa götürmənin, nikahın, boşanmanın, ölümün qeyd edilmə faktının müəyyən edilməsini nəzərdə tutur. Məhkəmə qaydasında bu faktlar o halda müəyyən edilir ki, X4nın dövlət qeydiyyatını aparan orqanlarda müvafiq qeydlər saxlanılmamışdır və onların bərpası (X4nın qeydləri saxlanılan arxivin itməsi, müharibə, təbii fəlakət, yanğın və sair nəticəsində arxivin məhv olması və sair səbəbdən) mümkün deyildir və belə qeyd yalnız vətəndaşlıq vəziyyəti aktının qeyd edilməsi faktının məhkəmə qaydasında müəyyən edilməsi barədə qətnamə əsasında bərpa edilə bilər”. Həmin qərarın 4.1-ci bəndinə qeyd edilmişdir ki, “Hər bir halda məhkəmə, hüquqi faktın müəyyən edilməsini xahiş edən şəxsdən doğumun, övladlığa götürmənin, nikahın, boşanmanın və ya ölümün qeydinin əldə edilməsinin və ya onun bərpasının mümkün olmamasını təsdiq edən sənədləri (məsələn: X4nın dövlət qeydiyyatını aparan orqanın müvafiq qeydi verməsinin mümkün olmamasına dair arayışı) tələb etməlidir. Doğum, nikah, boşanma, övladlığa götürmə, atalığın müəyyən edilməsi, adın, soyadın və ata adının dəyişdirilməsi, ölüm haqqında aktların itirilmiş qeydləri yalnız müvafiq qeydin əvvəllər mövcud olduğunu təsdiq edən sənədlər olduqda bərpa edilə bilər.” Beləliklə, məhkəmə ərizəçinin nümayəndəsi və vəkilinin izahatını dinləyib, iş materiallarını tədqiq edib əldə olunmuş sübutlara qiymət verərək hesab edir ki, Abdullayeva (Məhərrəmova) Qızılgül Ağaəli qızının xx xxxx 1952-ci il tarixdə Qubadlı rayonunda doğumunun qeyd edilmə faktı müəyyən edilməli, doğum haqqında akt qeydi bərpa edilməsi, doğum haqqında şəhadətnamədə Ərizəçi Ağaəli qızının atasının adı qrafasında – “X5”, anasının adı qrafasında – “X6”göstərilməlidir. Göstərilənləri nəzərə alaraq və Azərbaycan Respublikası MPM-nin 216-220, 227, 307.2.3 və 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: Ərizə təmin edilsin. Abdullayeva (Məhərrəmova) Qızılgül Ağaəli qızının xx xxxx 1952-ci il tarixdə Qubadlı rayonunda doğumunun qeyd edilmə faktı müəyyən edilsin. Doğum haqqında akt qeydi bərpa edilsin. Doğum haqqında şəhadətnamədə Ərizəçi Ağaəli qızının atasının adı qrafasında – “X5”, anasının adı qrafasında – “X6”göstərilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən bir ay müddətinə Bakı Şəhəri Yasamal Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Hakim Orxan Məmmədli

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar