Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(004)-947/2021 08.02.2021 BAKI ŞƏHƏRİ YASAMAL RAYON MƏHKƏMƏSİ Hakim Axundova Günay Təyar qızının sədrliyi, Hacıyev Ceyhun Kamal oğlunun katibliyi, ərizəçi X2 iştirakı ilə, Ərizəçi X2 Maraqlı şəxsnə qarşı “hüquqi əhəmiyyəti olan faktın müəyyən edilməsi” barədə ərizəsinə xüsusi icraat qaydasında Bakı şəhəri Yasamal Rayon Məhkəmə binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: Ərizəçi X5 Maraqlı şəxsnə qarşı “doğum akt qeydinin bətpa edilməsi” barədə ərizə ilə xx.xx.2020-ci il tarixdə məhkəməyə müraciət edərək, onun xx.xx.1971-ci il tarixdə Ermənistan Respublikasının Amasiya rayonunu (Güllübulaq kəndi), ata qrafasında – X3 (milliyyəti azərbaycanlı), ana qrafasında – X4 (milliyyəti erməni) kimi qeyd olunaraq doğum akt qeydinin bərpa edilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Daha sonra, iddiaçı X5 xx.xx.2020-ci il tarixdə iddia tələbinin dəyişdirilməsinə dair ərizə məhkəməyə təqdim edərək, onun xx.xx.1971-ci il tarixdə Ermənistan Respublikasının Amasiya rayonunda(Güllübulaq kəndi) doğulması, ata qrafasında – X3 (milliyyəti azərbaycanlı), ana qrafasında – X4 (milliyyəti erməni) kimi qeyd olunaraq doğum akt qeydinin bərpa edilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Ərizəçi X5 məhkəmə iclasında ərizəsini müdafiə edərək izahatında bildirir ki, o, xx.xx.1971-ci il tarixdə Ermənistan Respublikasının Amasiya rayonunun Güllübulaq kəndində anadan olmuşdur. Hazırda ünvan 1 ünvanında yaşayır. Onun şəxsiyyət vəsiqəsi yoxdur. Şəxsiyyət vəsiqəsinin verilməsi üçün doğum haqqında şəhadətnamə tələb olunur. Onun doğum akt qeydi xx.xx.1971-ci il tarixdə 35 saylı № ilə Ermənistan Respublikası, Amasiya rayonu, Güllübulaq icra nümayəndəliyi tərəfindən qeydə alınmışdır. Doğum akt qeydinin bərpa olunması üçün Maraqlı şəxsnə müraciət etmişdir. Lakin Qeydiyyat şöbəsi tərəfindən şəxsiyyət vəsiqəsi olmadığı və səənədlər arasında ziddiyət olduğu üçün imtina olunaraq məhkəməyə müraciət etməsi məsləhət olunmuşdur. Ərizənin təmin olunmasını xahiş edir. Məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada xəbərdar olunmuş maraqlı şəxs Yasamal rayon Qeydiyyat Şöbəsinin nümayəndəsi məhkəmə iclasına gəlməmiş və gəlməməsinin səbəbləri barədə məlumat verməmişdir. Məhkəmə Azərbaycan Respublikası MPM-in 185.5-ci maddəsinə əsasən işə maraqlı şəxsin nümayəndəsinin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə ərizəçinin izahatını dinləyib, iş materiallarını araşdırıb, toplanmış sübutlara hüquqi qiymət verərək hesab edir ki, ərizə təmin edilməlidir. Belə ki, iş materiallarında olan Ermənistan SSR Amasiya rayon Güllübulaq kənd soveti tərəfindən verilmiş İ-ZJ № 106878 saylı doğum haqqında şəhadətnaməyə əsasən, X5 xx.xx.1971-ci il tarixdə Ermənistan Respublikasının Amasiya rayonunun Güllübulaq kəndində anadan olmuşdur. X1 milliyyəti azərbaycanlı, anası X4, milliyəti ermənidir. İş materiallarında olan Maraqlı şəxs xx.xx.2020-ci il tarixli, xx/xx-1253/15 nömrəli məktubuna əsasən X2 ərizəsinə baxılmış və vətəndaşın şəxsiyyətini təsdiq edən sənəd təqdim olunmadığı və sənədlər arasında ziddiyət olduğu üçün üçün xahişinin təmin edilməsi imkanları xaricindədir. İş materiallarında olan Azərbaycan Respublikası Dövlət Miqrasiya Xidmətinin “Şəxsin Azərbaycan Respublikasının vətəndaşlığına mənsubiyyətinin tanınması haqqında” xx.xx.2020-ci il tarixli, ******* saylı qərarına əsasən xx.xx.1971-ci il təvəllüdlü X2 Azərbaycan Respublikasının vətəndaşlığına mənsubiyyəti tanınmışıdır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 307.1-ci maddəsinə əsasən, məhkəmə fiziki və hüquqi şəxslərin şəxsi və ya əmlak hüquqlarının əmələ gəlməsi, dəyişməsi, xitam verilməsinin asılı olduğu faktları müəyyən edir. Həmin Məcəllənin 307.2.3-cü maddəsinə əsasən, məhkəmə doğumun, övladılğa götürmənin, nikahın, boşanmanın, ölümün qeyd edilmə faktının müəyyən edilməsi barədə işlərə baxır. Həmin Məcəllənin 308-ci maddəsinə əsasən, məhkəmə hüquqi əhəmiyyətli olan faktları o zaman müəyyən edə bilər ki, ərizəçi həmin faktları təsdiq edən lazımi sənədləri başqa qaydada ala bilməsin, yaxud itirilmiş sənədlərin bərpası mümkün olmasın. Azərbaycan Respublikası Ailə Məcəlləsinin 162.1-ci maddəsinə əsasən, vətəndaşlıq vəziyyəti aktları bərpası bu cür qeydlərin həqiqətən olduğunu təsdiq edən sənədlər əsasında ərizə verənlərin yaşadıqları ərazidə müvafiq icra hakimiyyəti orqanı tərəfindən icra edilir. Həmin Məcəllənin 162.2-ci maddəsinə əsasən, itmiş yazının müvafiq icra hakimiyyəti orqanları tərəfindən bərpası mümkün olmadıqda, vətəndaşlıq vəziyyəti aktının qeydiyyatı faktı məhkəmə qaydası ilə müəyyən edilir. Məhkəmə iclasında müəyyən edilmişdir ki, ərizəçi X5 xx.xx.1971-ci il tarixdə Ermənistan Respublikasının Amasiya rayonunu Güllübulaq kəndində anadan olmuşdur. X1 milliyyəti azərbaycanlı, anası X4 milliyəti ermənidir. Ərizəçinin 2020-ci ildə Azərbaycan Respublikasının vətəndaşlığına mənsubiyyəti tanınmışdır. Ərizəçinin şəxsiyyətini təsdiq edən sənədi hal-hazırda yoxdur. Şəxsiyyətini təsdiq edən sənədi olmadığından və sənədləri arasında ziddiyət olduğundan Qeydiyyat Şöbəsi tərəfindən məhkəməyə müracət etmək məsaləhət görülmüşdür. Göstərilənlərə əsasən məhkəmə qeyd edir ki, ərizə təmin edilməli, ərizəçi xx.xx.1971-ci ildə tarixdə Ermənistan Respublikasının Amasiya rayonunda anadan olmuş X2 doğumunun qeyd edilməsi faktı müəyyən edilməli, doğum haqqında akt qeydləri kitabında X7 oğlunun doğum tarixi xx.xx.1971-ci il, doğulduğu yer Ermənistan Respublikasının Amasiya rayonunu (Güllübulaq kəndi), ata qrafasında – X3 (milliyyəti azərbaycanlı), ana qrafasında – X4 (milliyyəti erməni) kimi məlumatlar göstərilməklə ona yeni doğum haqqında şəhadətnamənin verilməsi qeydiyyat şöbəsinə həvalə edilməlidir. Şərh olunanlara əsasən və AR MPM-in 216-220-ci maddələrini rəhbər tutub məhkəmə QƏT ETDİ: Ərizə təmin edilsin. xx.xx.1971-ci ildə tarixdə Ermənistan Respublikasının Amasiya rayonunda anadan olmuş X7 oğlunun doğumunun qeyd edilməsi faktı müəyyən edilsin. Doğum haqqında akt qeydləri kitabında X7 oğlunun doğum tarixi xx.xx.1971-ci il, doğulduğu yer Ermənistan Respublikasının Amasiya rayonunu (Güllübulaq kəndi), ata qrafasında – X3 (milliyyəti azərbaycanlı), ana qrafasında – X4 (milliyyəti erməni) kimi məlumatlar göstərilsin. Qətnamə qeydiyyat şöbəsi tərəfindən X2 adına göstərilən məlumatlar əsasında yeni doğum haqqında şəhadətnamənin verilməsi üçün əsasdır. Ödənilmiş dövlət rüsumu ərizəçiyə aid edilsin. Qətnamədən, qətnamə işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 1 ay müddətində Bakı şəhəri Yasamal rayon Məhkəməsi vasitəsilə Bakı Apelyasiya Məhkəməsinin Mülki Kollegiyasına apelyasiya şikayəti verilə bilər. Sədrlik edən: Günay Axundova
Məhkəmə qərarları › İş №2(004)-947/2021
Bakı Şəhəri Yasamal Rayon Məhkəməsi Qətnamə — İş №2(004)-947/2021
08.02.2021 · Hüquqi əhəmiyyəti olan faktların müəyyən edilməsi haqqında - Doğumun qeyd edilmə faktı
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver