Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(004)-947/2022 05.05.2022 BAKI ŞƏHƏRİ YASAMAL RAYON MƏHKƏMƏSİ Hakim Məmmədli Orxan Qədir oğlunun sədrliyi, İsmayılov Pərvin Pərviz oğlunun katibliyi, İddiaçının nümayəndəsi və vəkili Vəkil, Cavabdeh iştirakı ilə, İddiaçı Cavabdeh qarşı “mənzildən çıxarılma və mənzilin təhvil verilməsi” tələbinə dair mülki işə açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN E T D İ: İddiaçı Cavabdeh qarşı “mənzildən çıxarılma və mənzilin təhvil verilməsi” tələbinə dair iddia ərizəsi və iddia tələbinin dəqiqləşdirilməsinə dair ərizə ilə Yasamal Rayon Məhkəməsinə müraciət edərək, Cavabdeh azyaşlı övladı X10 ilə birlikdə özlərinə məxsus əşyalarla ona məxsus olan Yasamal rayonu, Yeni yasamal Y/M, 7-ci Alatava, bina 80, 1-ci blok, 6-cı mərtəbədə yerləşən 30 saylı mənzildən çıxarılmaları, mənzilin boşaldılaraq ona təhvil verilməsi, 500 manat məbləğində kirayə haqqının və iddianın təmin olunacağı günə qədər hər ay 500 manatdan hesablanmaqla kirayə haqqının Cavabdeh alınaraq ona ödənilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, 06 yanvar 2018-ci il tarixdə "xxxx" MMC-dən dəyərini tam ödəyərək Bakı şəhəri, Yasamal rayonu, Yeni Yasamal Y/M, 7-ci Alatava, bina 80, 1-ci blok, 6-cı mərtəbədə yerləşən 30 saylı mənzili almış və hazırda istifadəsindədir. Ona məxsus mənzili binanın komendatı Ağasəmədin vasitəsilə ev əşyaları ilə birlikdə siyahı tərtib edilərək cavabdehə kirayəyə vermişdir. Lakin cavabdeh hazırda kirayə haqqını vermədiyindən mənzilindən çıxmasını tələb etsə də, müxtəlif bəhanələrlə çıxmır və hazırda 2006-cı il təvəllüdlü övladı X10 ilə birlikdə orada yaşayır. Hazırda cavabdehin onun mənzilindən çıxmaması həm ona ciddi şəkildə ziyan vurur, həm də onun hüquqlarının kobud şəkildə pozulmasına gətirib çıxarır. Göründüyü kimi o faktiki olaraq öz mənzilindən, mülkiyyətindən məhrum olmuşdur. Məhkəmə iclasında iştirak edən iddiaçının nümayəndəsi və vəkili Vəkil izahatında bildirdi ki, müdafiə etdiyi şəxs mübahisəli mənzili maliyyə arayışına, müqaviləyə əsasən "xxxx" MMC-dən tam şəkildə birdəfəlik ödəmə ilə əldə etmişdir. Əldə etdikləri mənzili təmir edib qısa bir müddət yaşadıqdan sonra kirayə verməyi qərara almışlar. Daha sonra mənzili binanın komendatı tərəfindən hazırkı cavabdehə kirayə vermişlər. Tərəflər arasında kirayə müqaviləsi yoxdur, sadəcə şifahi müqavilə bağlanılmışdır. Həmin kirayəçini komendat tapmış və onları tanıdığını və yaxşı adam olduqlarını söyləmişdir. Bunun əsasında da iddiaçı mənzilini onlara kirayə vermişdir. Kirayə haqqı da oktyabr, noyabr. dekabr ayları üzrə 500 manat komendat vasitə ilə ödənilmışdır. Lakin yanvar ayı ödənilməmiş və cavabdeh tərəf bildirmişdir ki, o bu evi satın almışdır. İddiaçı tərəf isə ona bununla bağlı əlində hansı sənədin olduğunu soruşmuşudur. Çünki MMC 1 evi 2 adama satmış da ola bilər. Ancaq tərəf sübut qismində heç bir sənəd təqdim edə bilməmişdir. Lamiyə xanım özü də etiraf etmişdir ki, komendat 2 tərəfi də aldatmışdır. Ortada mübahisə olunmayacaq bir məsələ var ki, o da mənzilin hüquqlarını qoruduğu şəxsə məxsus olmasıdır. Qarşı tərəf də bunu inkar etmir. Cavabdeh özü də birinci oraya kirayəçi kimi gəldiyini sonra binanı bəyəndiyinə görə oradan mənzil almaq niyyətində olduğunu söyləmişdir. İlk öncə mübahisəli mənzildə 500 manatdan kirayə qalmış, lakin sonra komendat mənzilin satıldığını ona bildirdiyinə görə mənzili almağa görə komendata pul ödəmişdir. Komendatın isə tərəfi aldatdığı müəyyən olunmuşdur. Göstərilənləri nəzərə alaraq iddianın təmin olunmasını xahiş edir. Məhkəmə iclasında iştirak edən Cavabdeh izahatında bildirdi ki, tərəfin vəkilinin dedikləri həqiqət deyil. Çünki əvvəl o həmin binada 4-cü mərtəbədə yerləşən 17-ci mənzildə kirayə qalmışdır. Daha sonra bina xoşuna gəldiyinə görə oradan ev almağı qərara almışdır. Həmin binanın komendatı Ağasəmid Məhərrəmov ona həmin binada ona çox yaxın olan adamın 130000 evini satdığını söyləmişdir. Lakin həmin mənzili ona daha ucuz ala biləcəyini söyləmişdir. O isə komendanta həmin mübahisəli mənzil üçün 88000 manat pul vermişdir. Pulu ona verməsinin səbəbi isə odur ki, komendat həmin binanı tikənin yəni, Fərəcin bacısının yoldaşıdır. Belə ki, o ev sahibi Yusifi tanımır. Komendat dələduzluq edərək onun əvəzindən ona 600 dollar pul verərək, onun evinə İmişlidən olan qohumunu kirayəçi qoyduğunu söyləmişdir. Evin satın alınması üçün pulu isə Ağasəmid Məhərrəmova həm nağd şəkildə, həm də bank vasitəsiylə vermişdir. Həmin binada sənəd işlərini, mənzilin satılması, alınması işlərini Ağasəmid Məhərrəmov edirmiş, bu səbəbdən hər kəs də inam yaratmışdı. Ona görə də pulu ev sahibinə deyil Ağasəmid Məhərrəmova vermişdir. Hazırda o şəxsdən Prokurorluğa şikayət verilib, axtarışdadır. Həmçinin iddiaçının onun həmin evi alacağından xəbəri olmuşdur. Pulu ona verərkən həm özü, həm də Ağasəmid Məhərrəmov imza çəkmişlər. İddiaçı ilə heç bir müqavilələri olmamışdır. Məhkəmə işdə iştirak edən şəxslərin izahatını dinləyib, iş materiallarını araşdırıb və sübutlara məcmu halda hüquqi qiymət verərək hesab edir ki, iddia tələbi qismən təmin edilməlidir. İş materiallarında olan 06 yanvar 2018-ci il tarixli 129 nömrəli müqavilənin surətinə əsasən Sifarişçinin (İddiaçı) Bakı şəhəri ərazisində çoxmənzilli yaşayış binasında fərdi mənzil tikilməsi sifarişinə əsasən Podratçı ("xxxx" MMC) Bakı şəhəri, Yeni Yasamal massivində inşa edilmiş çoxmənzilli yaşayış binasının 1-ci bloku, 6-cı mərtəbəsində, 2 otaqlı, 30 saylı mənzili tikib sifarişçiyə təhvil verməsini və sifarişçi də öz növbəsində onun sifarişi ilə tikilən mənzili qəbul edib haqqını ödəməsini öz öhdəsinə götürmüşlər. Müqavilənin qiyməti 72000 manat müəyyən olunmuşdur. Müqaviləyə əsasən müqavilə imzalanarkən sifarişçi müqavilənin ümumi dəyərini 72000 manatı ödəməyi öhdəsinə götürmüşdür. İş materiallarında olan 06.01.2018-ci il tarixli Arayışın surətinə əsasən İddiaçı "xxxx" MMC-nin xəzinəsinə 06 yanvar 2018-ci il tarixdə 30 saylı mənzil üçün 72000 manat pul ödəmişdir. Qalıq borcu yoxdur. İş materiallarında olan 06 yanvar 2022-ci il tarixli zərərçəkmiş şəxs qismində tanınma haqqında Qərara əsasən özünü "xxxx" MMC-nin nümayəndəsi və binanın komendatı kimi təqdim edən X1 Lamiyə Akif qızına 30.06.2021-ci il tarixli saxta müqavilə və saxta maliyyə arayışı əsasında 88000 manata mənzil satmaqla sonuncuya məxsus 88000 manat pulu ələ keçirmişdir. ********* saylı cinayət işi üzrə Cavabdeh zərərçəkmiş şəxs qismində tanınmışdır. İş materiallarında olan 23-09-2021-17-27 nömrəli qəbzə əsasən X2 Ağasəmid Fərzulla oğlunun hesabına 30000 manat məbləğində pul köçürmüşdür. Azərbaycan Respublikası Konstitusiyasının 13-cü maddəsinin 1-ci hissəsinə əsasən, Azərbaycan Respublikasında mülkiyyət toxunulmazdır və dövlət tərəfindən müdafiə olunur. Konstitusiyanın 29-cu maddəsinə əsasən mülkiyyətçinin hüquqları qanunla qorunur. Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 152.1-ci maddəsinə əsasən mülkiyyət hüququ, subyektin ona mənsub əmlaka (əşyaya) öz istədiyi kimi sahib olmaq, ondan istifadə etmək və ona dair sərəncam vermək üzrə dövlət tərəfindən tanınan və qorunan hüququdur. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 152.1-ci maddəsinə əsasən mülkiyyət hüququ – subyektin ona mənsub əmlaka (əşyaya) öz istədiyi kimi sahib olmaq, ondan istifadə etmək və ona sərəncam vermək üzrə dövlət tərəfindən tanınan və qorunan hüququdur. Həmin Məcəllənin 157.2-ci maddəsinə əsasən mülkiyyətçi özgəsinin qanunsuz sahibliyindən öz əmlakını geri tələb edə bilər. Mülki Məcəllənin 228.1 və 228.2-ci maddələrinə əsasən yaşayış binasının tərkib hissəsi mülkiyyətçisinin ailə üzvləri və digər şəxslər yaşayış binasından istifadə hüququna bu şərtlə malikdirlər ki, həmin hüquq daşınmaz əmlakın dövlət reyestrində qeydə alınsın. Yaşayış binasının tərkib hissəsindən istifadə hüququnun əmələ gəlməsi, həyata keçirilməsi şərtləri və xitamı mülkiyyətçi ilə bağlanan, notariat qaydasında təsdiqlənən yazılı razılaşma ilə müəyyənləşdirilir. Beləliklə, məhkəmə araşdırılması zamanı müəyyən edilmişdir ki, iş materiallarında olan 06 yanvar 2018-ci il tarixli 129 nömrəli müqavilənin surətinə əsasən Sifarişçinin (İddiaçı) Bakı şəhəri ərazisində çoxmənzilli yaşayış binasında fərdi mənzil tikilməsi sifarişinə əsasən Podratçı ("xxxx" MMC) Bakı şəhəri, Yeni Yasamal massivində inşa edilmiş çoxmənzilli yaşayış binasının 1-ci bloku, 6-cı mərtəbəsində, 2 otaqlı, 30 saylı mənzili tikib sifarişçiyə təhvil verməsini və sifarişçi də öz növbəsində onun sifarişi ilə tikilən mənzili qəbul edib haqqını ödəməsini öz öhdəsinə götürmüşdür. İş materiallarında olan 06.01.2018-ci il tarixli Arayışın surətinə əsasən İddiaçı "xxxx" MMC-nin xəzinəsinə 06 yanvar 2018-ci il tarixdə 30 saylı mənzil üçün 72000 manat pul ödəmişdir. Qalıq borcu yoxdur. Belə ki, daha sonra Cavabdeh həmin mənzili satın almaq üçün binanın komendatına 88000 manat məbləğində pul ödəmişdir. Lakin cavabdeh şəxs həmin mənzili mənzilin mülkiyyətçisi olan şəxsdən deyil buna hüququ olmayan şəxsdən almış və pulu da həmin şəxsə ödəmişdir. Belə ki, iş materiallarında olan 06 yanvar 2022-ci il tarixli zərərçəkmiş şəxs qismində tanınma haqqında Qərardan görünür ki, özünü "xxxx" MMCnin nümayəndəsi və binanın komendatı kimi təqdim edən X1 Lamiyə Akif qızına 30.06.2021-ci il tarixli saxta müqavilə və saxta maliyyə arayışı əsasında 88000 manata mənzil satmaqla sonuncuya məxsus 88000 manat pulu ələ keçirmişdir. ********* saylı cinayət işi üzrə Cavabdeh zərərçəkmiş şəxs qismində tanınmışdır. Eyni zamanda cavabdehin qeyd olunan mübahisəli evdə hər hansı formada istifadə hüququnun olmadığı müəyyən edilmişdir. Cavabdehin mübahisəli evdə qanunsuz yaşaması iddiaçının bir mülkiyyətçi kimi hüquqlarını pozur. Belə ki, cavabdehin müvafiq evdə yaşaması üçün hər hansısa bir sənəd yoxdur və bununla bağlı hər hansı bir hüquqi əsas məhkəmə tərəfindən müəyyən edilməmişdir. Məhkəmə hesab edir ki, mübahisəli mənzil rəsmi müqavilə əsasında iddiaçının sahibliyinə və istifadəsinə verildiyindən, cavabdehin isə həmin mənzilə mülkiyyət hüququnu təsdiq edən və yaxud həmin mənzildən istifadə hüquqlarının yaranması üçün tərəflər arasında hər hansı bir müqavilə və digər qanuni əsas olmadığından, iddiaçı haqlı olaraq, cavabdehin evdən çıxarılması tələbi ilə məhkəməyə müraciət etmişdir. Odur ki, iddia tələbi cavabdehin və onun azyaşlı övladının mənzildən çıxarılması və mənzilin iddiaçıya təhvil verilməsi hissəsində qanuni və əsaslı olduğundan həmin hissədə təmin edilməli, Cavabdeh azyaşlı övladı X10 ilə birlikdə özlərinə məxsus əşyalarla Bakı şəhəri, Yasamal rayonu, Yeni Yasamal Y/M, 7-ci Alatava, bina 80, 1-ci blok, 6-cı mərtəbədə yerləşən 30 saylı mənzildən çıxarılmalı, həmin mənzil boşaldılaraq İddiaçı təhvil verilməlidir. Bundan əlavə məhkəmə hesab edir ki, iddia tələbi 500 manat məbləğində kirayə haqqının və iddianın təmin olunacağı günə qədər hər ay 500 manatdan hesablanmaqla kirayə haqqının Cavabdeh alınaraq iddiaçıya ödənilməsi hissəsində qanuni və əsaslı olmadığından iddia tələbi həmin hissədə təmin edilməməlidir. Belə ki iddiaçı tərəf bu tələbinin əsası kimi istinad etdiyi halları təsdiq edən sübutları məhkəməyə təqdim edə bilməmişdir. Tərəflər arasında kirayə müqaviləsi və bu müqavilədən irəli gələn hər hansı öhdəlik mövcud deyildir. Mülki Prosessual Məcəllənin 14.2-ci maddəsinə görə məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 77.1-ci maddəsinə görə isə hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Bundan başqa, MPM-in 218.3-cü maddəsinə müvafiq olaraq o, iddia tələblərinin hədlərindən kənara çıxmadan işdə iştirak edən şəxslərin verdiyi tələblər üzrə qətnamə çıxarmalıdır. Həmçinin, məhkəmə iş üzrə sübutlara Mülki Prosessual Məcəllənin 88-ci maddəsinin tələblərinə uyğun olaraq obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət vermiş, iddia ərizəsində qoyulmuş tələblər üzrə nəticəyə gələrkən isə Mülki Prosessual Məcəllənin 217.4-cü maddəsində təsbit edilmiş bilavasitəlilik prinsipinə uyğun olaraq yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlara əsaslanmışdır. Yuxarıdakılara əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220, 227, 358, 360 və 362-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddia ərizəsi qismən təmin edilsin. Cavabdeh azyaşlı övladı X10 ilə birlikdə özlərinə məxsus əşyalarla Bakı şəhəri, Yasamal rayonu, Yeni Yasamal Y/M, 7-ci Alatava, bina 80, 1-ci blok, 6-cı mərtəbədə yerləşən 30 saylı mənzildən çıxarılsın, həmin mənzil boşaldılaraq İddiaçı təhvil verilsin. İddia ərizəsi qalan hissədə təmin edilməsin. Qətnamədən tərəflərə rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Bakı Şəhəri Yasamal Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Hakim: Orxan Məmmədli
Məhkəmə qərarları › İş №2(004)-947/2022
Bakı Şəhəri Yasamal Rayon Məhkəməsi Qətnamə — İş №2(004)-947/2022
05.05.2022 · Mənzil mübahisələri - Mənzildən çıxarılma
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver