Məhkəmə qərarları › İş №2(004)-96/2021

Bakı Şəhəri Yasamal Rayon Məhkəməsi Qətnamə — İş №2(004)-96/2021

23.02.2021 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Kredit müqaviləsi üzrə mübahisələr - İpoteka müqaviləsi üzrə mübahisələr - İpoteka borcunun ödənilməsinin əmlaka yönəldilməsinə dair mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(004)-96/2021 23.02.2021 BAKI ŞƏHƏRİ YASAMAL RAYON MƏHKƏMƏSİ İHakim Əyyubov Fərid İlham oğlunun sədirliyi, Şirinova Lamiyyə Fehruz qızının katibliyi, İddiaçının nümayəndəsi X3 iştirakı ilə, İddiaçı ləğv prosesində olan İddiaçı ASC-nin Ləğvedicisi Əmanətlərin Sığortalanması Fondunun cavabdehlər Cavabdeh2, Cavabdeh1, Cavabdeh3 qarşı “kredit müqaviləsi üzrə yaranmış borcun ipoteka predmetinə yönəlməsi və ipoteka ilə yüklü edilmiş əmlakın açıq hərracda satılaraq əldə olunmuş vəsait hesabına borcun ödənilməsi” tələbinə dair iddia ərizəsi üzrə mülki işə açıq məhkəmə iclasında baxaraq, məhkmə Müəyyən etdi: İddiaçı ləğv prosesində olan İddiaçı ASC-nin Ləğvedicisi Əmanətlərin Sığortalanması Fondu cavabdehlər Cavabdeh2, Cavabdeh1, Cavabdeh3 qarşı “kredit müqaviləsi üzrə yaranmış borcun ipoteka predmetinə yönəlməsi və ipoteka ilə yüklü edilmiş əmlakın açıq hərracda satılaraq əldə olunmuş vəsait hesabına borcun ödənilməsi” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, xx.xx.2012-ci il tarixli, 402/F23 saylı kredit müqaviləsinə əsasən cavabdehlərdən 7929,33 manat əsas, 1457,04 manat faiz, 927,80 manat cərimə, kredit üzrə müddət bitəndən sonra Konstitusiya Məhkəməsinin Plenumunun xx.xx.2014-cü il tarixli qərarına əsasən 5%-lə hesablanan borc üzrə 1683 manat, cəmi 11997,17 manat məbləğində kredit borcunun və ödənilmiş 30 manat dövlət rüsumunun və 0,40 manatın tutularaq ləğv prosesində olan İddiaçı ASC-nin xeyrinə ödənilməsi, tutmanın Cavabdeh1 xüsusi mülkiyyət hüququ ilə məxsus olan Bakı şəhəri, Binəqədi rayonu, Biləcəri qəsəbəsi, Hərbi Şəhərcik küçəsində yerləşən Dos-3 nömrəli, 2 mərtəbəli binanın, ümumi sahəsi 32.0 kv.m, yaşayış sahəsi 32.0 kv.m, köməkçi sahəsi 0 kv.m olan, 2 otaqlı, 15 nömrəli mənzilə yönəldilərək açıq hərrac yolu ilə satılması, satışdan əldə olunan vəsaitin ödənişə yönəldilməsi və satıldıqdan bir ay sonra boşaldılması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Məhkəmə iclasında iştirak edən iddiaçının nümayəndəsi iddia ərizəsinə uyğun izahat vermiş və əlavə olaraq bildirmişdir ki, MBA X2 tərəfindən verilən rəy əsas götürürlər, həmin rəyə əsasən Bakı şəhəri, Binəqədi rayonu, Biləcəri qəsəbəsi, Hərbi Şəhərcik küçəsi, Dos-3 nömrəli binada yerləşən 15 saylı mənzilin likvid dəyəri 27000 manat təşkil edir. Göstərilənlərə əsasən iddia tələbinin təmin edilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada xəbərdar edilmələrinə baxmayaraq, cavabdehlər heç bir üzrlü səbəb təqdim etmədən məhkəmə iclasına gəlməmişlər. Məhkəmə, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 185.5-ci maddəsinə əsasən işə cavabdehlərin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə araşdırması zamanı müəyyən edilmişdir ki, İddiaçı ASC ilə Cavabdeh2 arasında bağlanmış xx.xx.2012-ci il tarixli, 402/F23 saylı təminatlı kredit müqaviləsinə əsasən borcalana 36 ay müddətinə, illik 6% faiz ödənilmək şərtilə, 15.000 manat məbləğində kredit verilmişdir. Həmin kredit müqaviləsinin təminatı olaraq İddiaçı ASC ilə Cavabdeh1 arasında bağlanmış xx.xx.2012-ci il tarixli ipoteka müqaviləsinə əsasən ipoteka qoyanın mülkiyyətndə olan Bakı şəhəri, Binəqədi rayonu, Biləcəri qəsəbəsi, Hərbi Şəhərcik küçəsində yerləşən Dos-3 nömrəli, 2 mərtəbəli binanın, ümumi sahəsi 32.0 kv.m, yaşayış sahəsi 32.0 kv.m, köməkçi sahəsi 0 kv.m olan, 2 otaqlı, 15 nömrəli mənzil bank qarşısında ipoteka ilə yüklü edilmişdir. Eyni zamanda, kredit müqaviləsinin təminatı olaraq Cavabdeh3 və Cavabdeh1 ilə İddiaçı ASC arasında xx.xx.2012-ci il tarixli, 402/F23 saylı zaminlik müqavilələri bağlanmış, zaminlər borcalanın kreditor qarşısında yaranmış öhdəliyini tamamilə icra etməsi üçün məsuliyyəti öz üzərinə götürmüşdür. RX seriyalı, ******* saylı çıxarışdan görünür ki, Bakı şəhəri, Binəqədi rayonu, Biləcəri qəsəbəsi, Hərbi Şəhərcik küçəsində yerləşən Dos-3 nömrəli, 2 mərtəbəli binanın, ümumi sahəsi 32.0 kv.m, yaşayış sahəsi 32.0 kv.m, köməkçi sahəsi 0 kv.m olan, 2 otaqlı, 15 nömrəli mənzil Cavabdeh1 tam mülkiyyətindədir və o, həmin mənzil xx.xx.2012-ci il tarixli, 402/F23 saylı təminatlı kredit müqaviləsinə əsasən İddiaçı ASC-nin xeyrinə ipoteka ilə yüklü edilmişdir. xx.xx.2019-cu il tarixli maliyyə arayışına əsasən Cavabdeh2 xx.xx.2019-cu il tarixə banka olan borcu 7929,33 manat əsas, 1457,04 manat faiz, 927,80 manat cərimə, kredit üzrə müddət bitəndən sonra Konstitusiya Məhkəməsinin Plenumunun xx.xx.2014-cü il tarixli qərarına əsasən 5%-lə hesablanan borc üzrə 1683 manat, cəmi 11997,17 manat təşkil edir. İddiaçı ASC xx.xx.2019-cu il tarixdə ərizə ilə ipoteka predmetinə tutmanın yönəldilməsi haqqında bildirişin qeydə alınmasına dair ƏMDK yanında DƏDRX-nin Bakı Ərazi İdarəsinə müraciət etmişdir və həmin bildiriş İdarədə qeydə alınmışdır. “xxxx” MMCnin qiymətləndirməyə dair hesabat rəyinə əsasən, Bakı şəhəri, Binəqədi rayonu, Biləcəri qəsəbəsi, Hərbi Şəhərcik küçəsində yerləşən Dos-3 nömrəli, 2 mərtəbəli binanın, ümumi sahəsi 32.0 kv.m, yaşayış sahəsi 32.0 kv.m, köməkçi sahəsi 0 kv.m olan, 2 otaqlı, 15 nömrəli mənzilin bazar dəyəri 30.000 manat, likvid dəyəri 27.000 manat məbləğində müəyyənləşdirilmişdir. xx.xx.2020-ci il tarixdə məhkəmə dəftərxanası vasitəsilə daxil olmuş Məhkəmə Ekspertizası Mərkəzinin rəyinə əsasən, Cavabdeh2 xx.xx.2015-ci il tarixə (sualda göstərilən tarix) banka olan əsas və faiz borcu 7.856,10 manat məbləğində və xx.xx.2019-cu il tarixə (sualda göstərilən tarix) banka olan əsas və gecikdirilmiş vaxt üçün illik 5 faizlə hesablanan borcu 8.906,50 manat məbləğində müəyyən edilir, o cümlədən: xx.xx.2015-ci il tarixə: əsas borc üzrə 7.741,27 manat; faiz borcu üzrə 114.83 manat (illik 6%-lə). xx.xx.2019-cu il tarixə: əsas borc üzrə 7.741,27 manat; faiz borcu üzrə 0,00 mana; gecikmə borcu üzrə 1.165,22 manat (illik 5%-lə). Beləliklə, məhkəmə hesab edir ki, müqaviləyə əsasən borcverən öhdəliklərini yerinə yetirmiş, borcalan isə bunun əksinə olaraq öz öhdəliklərini yerinə yetirməmişdir. Məhkəmə iş materiallarını nəzərə alaraq hesab edir ki, iddiaçının tələbi qismən təmin edilməlidir. Cavabdeh2 kredit müqaviləsindən irəli gələn öhdəliyi lazımınca icra etmədiyinə görə banka ödənilməmiş 7741,27 manat əsas borc, 100 manat cərimə borcu, 1165,22 manat müqavilə şərtlərinin pozulması nəticəsində dəymiş zərər (əldən çıxmış fayda) olmaqla, cəmi 9006,49 manat borc tutularaq İddiaçı -nin xeyrinə ödənilməli, tutma Cavabdeh1 xüsusi mülkiyyət hüququ ilə məxsus olan Bakı şəhəri, Binəqədi rayonu, Biləcəri qəsəbəsi, Hərbi Şəhərcik küçəsində yerləşən Dos-3 nömrəli, 2 mərtəbəli binanın, ümumi sahəsi 32.0 kv.m, yaşayış sahəsi 32.0 kv.m, köməkçi sahəsi 0 kv.m olan, 2 otaqlı, 15 nömrəli mənzilə yönəldilməli, daşınmaz əmlakın ilkin satış qiyməti 27000 manat müəyyən edilməli, ipoteka predmeti açıq hərrac vasitəsi ilə satılaraq, satışdan əldə olunmuş pu ödənişə yönəldilməli, mənzilə tutma yönəldikdə və o satıldıqda ən geci bir ay ərzində boşaldılmalıdır. Məhkəmə iddia tələbinin kredit müqaviləsi üzrə yaranmış borcu müştərək qaydada zaminlər Cavabdeh1 və Cavabdeh3 tutulmasına dair hissəsi ilə razılaşmır. Məhkəmə hesab edir ki, zaminlik müqaviləsinin şərtləri Mülki Məcəllənin 477.0.4-cü maddəsinin müddəaları nəzərə alınmaqla tətbiq edilməlidir. Qeyd olunan maddəyə görə zaminliyin verilməsinin konkret müddəti göstərilə bilər və ya belə müddət müəyyən edilməyə bilər. Əgər müddət müəyyənləşdirilməmişdirsə, öhdəliyin icrası müddətinin çatdığı gündən bir il ərzində kreditorun zaminə qarşı iddia irəli sürmədiyi halda zaminliyə xitam verilməlidir. Həmçinin nəzərə almaq lazımdır ki, müddət hüquqi anlayış kimi həmişə özündə konkretliyi ehtiva edir. Mülki Məcəllənin 367-ci maddəsi də bunu təsdiq edir. Həmin maddəyə görə müddət mülki hüquq və vəzifələrin əmələ gəlməsinin, dəyişdirilməsinin və xitamının bağlı olduğu vaxtdır. Əqdlə müəyyənləşdirilən və ya məhkəmə tərəfindən təyin edilən müddət təqvim tarixi ilə və ya illər, aylar, həftələr, günlər və ya saatlar ilə hesablanan vaxtın bitməsi ilə müəyyənləşdirilir. Müddət həmçinin verməli olan hadisənin göstərilməsi ilə müəyyənləşdirilə bilər. Bu baxımdan məhkəmə qeyd edir ki, bankla Cavabdeh1 və Cavabdeh3 arasında bağlanmış xx.xx.2012-ci il tarixli, 402/F23 saylı zaminlik müqavilələri üzrə zaminlik müddət müəyyən edilmədən verilmişdir və buna görə də, Mülki Məcəllənin 477.0.4-cü maddəsinə əsasən zaminliyə onun təmin etdiyi öhdəliyin icrası vaxtının çatdığı gündən bir il ərzində kreditorun zaminə qarşı iddia irəli sürmədiyi halda xitam verilməlidir. Bundan başqa İddiaçı ASC ilə Cavabdeh2 arasında bağlanmış xx.xx.2012-ci il tarixli kredit müqaviləsinə əsasən borcalan aldığı krediti 36 ay ərzində ödəməyi öhdəsinə götürmüşdür. Tərəflər arasında bağlanılmış müqavilənin şərtlərindən göründüyü kimi onlar kredit borcunun və ona hesablanmış faizlərin ən geci xx.xx.2015-ci il tarixdə qaytarılmasını razılaşdırmışlar. Beləliklə məhkəmə hesab edir ki, iddiaçı bank zaminlərə qarşı xx.xx.2015-ci il tarixədək iddia qaldırmaq hüququna malik olduğu halda, bu hüququndan istifadə etməmiş, zaminlik müqavilələri üzrə öhdəliyin və eləcə də, əsas öhdəliyin icrası vaxtının çatdığı gündən müqavilənin icrası ilə bağlı bir il müddətində zaminlərə qarşı heç bir tələb irəli sürülməmişdir. Bilavasitə qanundan irəli gəldiyi, eləcə də bankın zaminlərə qarşı tələbinin yaranmasının mühüm şərtlərindən biri kimi çıxış etdiyi üçün qanunla müəyyən edilmiş müddətlər ərzində kreditor tərəfindən zaminə qarşı tələb irəli sürülmədikdə, zaminlik müqaviləsinə xitam verilmiş hesab edilir. Həmçinin məhkəmə qeyd edir ki, zaminliyə müddətin keçməsi əsası ilə xitam verilməsinin mümkünlüyünü təsbit edən Mülki Məcəllənin 477.0.4-cü maddəsi iddia müddəti deyildir, buna görə də, onun tətbiqi üçün tərəfin ərizə verməsi və ya müstəqil olaraq belə tələblə çıxış etməsi tələb olunmur. Məhkəmə hesab edir ki, yuxarıda qeyd olunanlara əsasən iddiaçı bank tərəfindən zaminlərə qarşı hər hansı iddia irəli sürülmədiyindən Mülki Məcəllənin 477.0.4cü maddəsinin tələbləri baxımından zaminin hazırki tələb üzrə məsuliyyəti istisna edilir və iddia tələbi zaminlərə aid hissədə rədd edilməlidir. Məhkəmə hesab edir ki, xx.xx.2012-ci il tarixli, 402/F23 saylı kredit müqaviləsi üzrə 927,80 manat məbləğində cərimə tənasübsüz surətdə yüksək hesab olunmalı, buna görə də azaldılaraq 100 manat məbləğində müəyyən edilməlidir. Məhkəmə həmçinin qeyd edir ki, ipoteka predmeti Bakı şəhəri, Binəqədi rayonu, Biləcəri qəsəbəsi, Hərbi Şəhərcik küçəsi, Dos-3 nömrəli binada yerləşən 15 saylı mənzilin ilkin satış məbləği 27000 manat müəyyən edilməlidir. Belə ki, MBA X2 tərəfindən verilmiş MB 05/681 nömrəli, xx xxxx 2012-ci il tarixli rəydən görünür ki, Bakı şəhəri, Binəqədi rayonu, Biləcəri qəsəbəsi, Hərbi Şəhərcik küçəsi, Dos-3 nömrəli binada yerləşən 15 saylı mənzilin likvid dəyəri 27000 manat təşkil edir. Məhkəmə mənzilin likvid dəyərinin MBA X1 qiymətləndirməyə dair rəyinə əsasən, yəni 27000 manat dəyərində qiymətləndirilməsini əsaslı hesab edir. Həmçinin məhkəmə hesab edir ki, iddia qismən təmin edildiyindən iş üzrə ödənilmiş 30 (otuz) manat dövlət rüsumu və 0,40 manat bank xidmət haqqı tutularaq ləğv prosesində olan İddiaçı ASC-nin xeyrinə ödənilməli, ekspertiza tədqiqatının dəyəri olan 200 manat Cavabdeh2 dövlət nəfinə tutulmalıdır. Mülki Məcəllənin 739.1-ci maddəsinə əsasən borc müqaviləsinə görə, iştirakçılardan biri (borc verən) pula və ya digər əvəz edilən əşyalara mülkiyyət hüququnu digər iştirakçıya (borc alana) keçirməyi öhdəsinə götürür, digər iştirakçı (borc alan) isə aldıqlarını müvafiq olaraq pul və ya eyni keyfiyyətdə və miqdarda olan eyni növlü əşyalar şəklində borc verənə qaytarmağı öhdəsinə götürür. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 445.7-ci maddəsinə əsasən borclu pul məbləğinin ödənilməsini gecikdirdikdə, əgər kreditor digər əsaslardan çıxış edərək daha böyük məbləğ tələb edə bilmirsə, gecikdirilmiş vaxt üçün illik beş faiz ödəməyə borcludur. Faizdən faiz ödənilməsi yolverilməzdir. Mülki Məcəllənin 470.1-ci maddəsinə əsasən zaminlik müqaviləsi üzrə zamin başqa şəxsin öz öhdəliyini tamamilə və ya hissə-hissə icra etməsi üçün məsuliyyəti öz üzərinə götürür. MM-nin 467-ci maddəsinə əsasən məhkəmə işin hallarını nəzərə alaraq tənasübsüz surətdə yüksək dəbbə pulunu azalda bilər. Tənasüb müəyyənləşdirilərkən kreditorun həm əmlak mənafeləri, həm də bütün əsaslı mənafeləri nəzərə alınır. "İpoteka haqqında" Azərbaycan Respublikası Qanununun 33-cü maddəsinə əsasən borclu əsas öhdəliyi icra etmədikdə və ya lazımınca icra etmədikdə, ipoteka saxlayanın tələbinin ödənilməsi üçün ipoteka predmetinə tutma yönəldilə bilər. Həmin Qanunun 34-cü maddəsinə uyğun olaraq, əsas öhdəliyin, yaxud onun bir hissəsinin vaxtında icra olunmaması və ya əsas öhdəlik üzrə faizlərin ödənilməsi maddələrinin ardıcıl olaraq iki dəfə pozulması ipoteka saxlayanın ipoteka predmetinə tutmanın yönəldilməsi hüququnun yaranması anı hesab edilir. Mülki Prosessual Məcəllənin 119.1-ci maddəsinə görə məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Yuxarıdakılara əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220, 227, 358, 360 və 362-ci maddələrini rəhbər tutaraq, məhkəmə Qət etdi: İddia tələbi qismən təmin edilsin. Cavabdeh2 7741,27 manat əsas borc, 100 manat cərimə borcu, 1165,22 manat müqavilə şərtlərinin pozulması nəticəsində dəymiş zərər (əldən çıxmış fayda) olmaqla, cəmi 9006,49 (doqquz min altı manat 49 qəpik) manat məbləğində borc, ödənilmiş 30 (otuz) manat dövlət rüsumu və 0,40 manat bank xidmət haqqı tutularaq ləğv prosesində olan İddiaçı ASC-nin xeyrinə ödənilsin. İpoteka predmeti olan Cavabdeh1 xüsusi mülkiyyət hüququ ilə məxsus olan Bakı Şəhəri, Binəqədi rayonu, Biləcəri qəsəbəsi, Hərbi şəhərcik küçəsində yerləşən dos-3 saylı, 2 mərtəbəli binanın, ümumi sahəsi 32 kvadratmetr olan, 2 otaqlı, 15 nömrəli mənzilin ilkin satış qiyməti 27000 (iyirmi yeddi min) manat müəyyən edilsin. Tutma ipoteka predmeti olan Cavabdeh1 xüsusi mülkiyyət hüququ ilə məxsus olan Bakı Şəhəri, Binəqədi rayonu, Biləcəri qəsəbəsi, Hərbi şəhərcik küçəsində yerləşən dos-3 saylı, 2 mərtəbəli binanın, ümumi sahəsi 32 kvadratmetr olan, 2 otaqlı, 15 nömrəli mənzilə yönəldilərək, açıq hərracdan satılsın və satıldıqdan bir ay sonra boşaldılsın və satışdan əldə ediləcək məbləğdən iddia tələbi həcmində iddiaçının xeyrinə ödənilsin. İddia tələbi ödənildikdən sonra ipoteka predmetinin satışından qalan məbləğ Cavabdeh1 ödənilsin. İş üzrə aparılmış məhkəmə-mühasibatlıq ekspertizasının tədqiqatının dəyəri 200 (iki yüz) manat Cavabdeh2 tutularaq VÖEN **********, m/h: AZ41NABZ********************, SFİFT BİK CTREAZ22, MEM VÖEN **********, Hesab AZ34CTRE******************** hesabına köçürülsün. İddia tələbi qalan hissədə təmin edilməsin. Qətnamədən onun tərəflərə rəsmi qaydada təqdim edildiyi gündən 1 (bir) ay müddətində Bakı Şəhəri Yasamal Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apelyasiya Məhkəməsinə apelyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədikdə, qəbul edildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir. Sədrlik edən: Fərid Əyyubov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar