Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(004)-967/2021 03.02.2021 BAKI ŞƏHƏRİ YASAMAL RAYON MƏHKƏMƏSİ Hakim Axundov Toğrul Bəhruz oğlunun sədrliyi, Həmidova Nargilə Akif qızının katibliyi, İddiaçı, Cavabdeh nümayəndəsi və eyni zamanda vəkili X3 iştirakı ilə, İddiaçı Cavabdeh qarşı pul tələbinə dair mülki işə məhkəmənin binasında, açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: İddiaçı Cavabdeh qarşı pul tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, Cavabdeh ilə o xeyli müddət bank sistemində birgə fəaliyyəti sayəsində tanış olmuşdur. 2007-ci ilin orta aylarında Cavabdeh valyuta dəyişmə məntəqəsində işləyən oğlu X1 20-25000 civarında ABŞ dollarına böyük ehtiyacının olduğunu ona bildirərək və tezliklə geri qaytaracağına dair vədlər vermiş, oğlu Eldəniz Hüseynovun iştirakı ilə ondan 22000 ABŞ dolları məbləğində borc pul vəsaitini almışdır. Cavabdeh ona olan borcundan xx.xx.2008-ci il tarixdə 2100 ABŞ dolları, daha sonra, 2009-cu ilin may ayında isə daha 400 ABŞ dolları (150+150+100) ümumilikdə 2500 ABŞ dolları ona geri qaytarsa da, borcunun qalıq hissəsini, 19500 ABŞ dollarını ona qaytarmamışdır. Ona olan borcundan 2500 ABŞ dollarını qaytardığı, 19500 ABŞ dolları borcunun qaldığı və borcunu hissə-hissə qaytaracağı barədə Cavabdeh xx.xx.2012-ci il tarixdə, öz dəsti xətti ilə (oğlu Eldəniz Hüseynovun iştirakı ilə) qəbz də yazaraq ona vermişdir. Lakin sonradan Cavabdeh ona olan 19.500 ABŞ dolları məbləğində borcunu qaytarmadığından tərəfindən məsələ ilə bağlı Cavabdeh və oğlu X4 qarşı hazırkı tələblə Bakı şəhəri Yasamal rayon Məhkəməsində iddia qaldırılmışdır ki, həmin iş məhkəmədə araşdırılan zaman cavabdeh Güllü Hüseynovnın borcunu qaytaracağına dair bir daha ona verdiyi çoxsaylı vədlərə inandığından, ərizəsinə əsasən Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin xx xxxxxx 2012-ci il tarixli qərardadı ilə həmin iş baxılmamış saxlanılmışdır. Ötən müddət ərzində Cavabdeh ona olan borcundan bir manat belə olsun qaytarmamış və borcun qaytarılması ilə bağlı tərəfindən ona edilən çoxsaylı xahişləri üzrə də hər hansı bir müsbət nəticə əldə edilməmişdir ki, həmin səbəbdən də məsələ ilə bağlı məhkəməyə müraciət etməyimə zərurət yaranmışdır. Göstərilənlərə əsasən Cavabdeh 19500 ABŞ dolları məbləğində pul vəsaitinin tutularaq onun xeyrinə ödənilməsi barədə qətnamə qəbul edilməsi xahiş edilmişdir. Məhkəmə iclasında iştirak edən İddiaçı iddia tələbini müdafiə edərək, iddia ərizzəsinin məzmununa uyğun izahat verdi və əlavə olaraq bildirdi ki, cavabdeh uzun illərdi ki, borcunu qaytaracağına söz verdiyindən məhkəməyə müraciət etməmişdir. Sonuncu dəfə 2012-ci il tarixdə məhkəmə müraciət etdiyində də, cavabdeh hissə-hissə pulunu qaytaracağına söz verdiyi üçün o da, iddiasına baxılmasına təkid etməmişdir. Düzdür ondna sonra cavab hissə-hissə borcundan qaytarmışdır. Lakin o bu barədə qeydlər aparmadığı və artıq uzun illər keçdiyi üçün onun nə qədər qaytarması və nə qədər borc qalması yadında deyildir. Bunu cavabdeh daha dəqiq deye və bu barədə sənədləri, qəbzləri varsa təqdim edə bilər. Hər bir halda hesab edir ki, cavabdehin ona borcu qalmışdır. Odur ki, məhkəmədən iddianın təmin edilərək, cavabdehin ona olan borcunu müəyyən edərək tutulub verilməsi barədə qətnamə çıxarılmasını xahiş edir. Cavabdeh nümayəndəsi və eyni zamanda vəkili X5 iddia tələbinə etiraz edərək bildirdi ki, cavabdeh iddiaçıdan ümumiyyətlə borca pul almamışdır. Yaranmış borc cavabdehin oğlunun borcu olmuşdur. Cavabdeh daima öz oğlanlarının borclarını ödəmişdir. Oğlu xəstəlikdən əziyyət çəkirdi. İddiaçı onlara gələrək oğlu ölüm döşəyində olduğu halda səs-küy salaraq borcunun qaytarılmasını istəmiş, evlərində səs-küy salmış, bu səbəbdən də, cavabdeh məcbur olaraq oğlunun borcunu ödəməsi barədə öhdəlik götürmüş və buna dair də, qəbzlərə imza etmişdir. Oğlu vəfat etdikdən sonra isə, bu illər ərzində cavabdeh həmdə dindar olduğu üçün bunun boynunda bir yük olduğuna inanaraq iddiaçıya olan borcunu hissə-hissə tamami ilə ödəmişdir. Sonuncu dəfə isə 2016-ci il tarixdə qalıq qalmış 50 dollar borcu ödəyərək borcun olmamasına dair yazılı qəbz almışdır. Bundan başqa iddiaçı məhkəməyə müraciət etmək üçün qanunvericiliklə müəyyən edilmiş iddia müddətini də, ötürmüşdür. Qeyd edilənlərə əsasən iddia müddətinin tətbiq edilərək iddia tələbinin rədd edilməsini məhkəmədən xahiş edir. Məhkəmə iş materiallarını araşdırıb, tərəflərin izahatını dinləyərək və iş üzrə toplanmış sübutlara hüquqi qiymət verərək belə hesab edir ki, iddia tələbi rədd edilməlidir. Belə ki, iş materiallarında olan əlyazma qəbzindən görünür ki, X7 İskəndərovdan 22000 ABŞ dolları məbləğində pul almış, həmin borcdan ümumilikdə 2500 ABŞ dolları məbləğini ödəmiş, qalan borcu isə Cavabdeh hissə-hissə ödəməyi öhdəsinə götürmüşdür. İş materiallarında olan Güllü Hüseynov və İddiaçı tərəfindən tərtib edilmiş əlyazma qəbzindən görünür ki, İddiaçı Cavabdeh ona borcunun olmadığını xx.xx.2016-cı il tarixdə öz imzası ilə təsdiq etmişdir. Azərbaycan Respublikasının MPM-nin 80-cı maddəsinə əsasən məhkəmə işin gedişində təqdim olunmuş ancaq o sübutları qəbul edir və nəzərə alır ki, onlar işdə tərəflərin tələblərini müəyyən edən faktlarla və hallarla əlaqədardır. Azərbaycan Respublikası MPM-nin 88-ci maddəsinə əsasən isə məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. Həmin Məcəllənin 106.1-ci maddəsinə əsasən işdə iştirak edən şəxslərin iş üçün əhəmiyyətli olan və onlara məlum olan faktlar barədə izahatları iş üzrə toplanmış digər sübutlarla yanaşı yoxlanılmalı və qiymətləndirilməlidir. Azərbaycan Respublikası MPM-nin 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Azərbaycan Respublikasının MPM-nin 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələb və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Normanın tələbinə görə sübut edilməli hallar dedikdə həmin hallara mübahisəli hüquq münasibətinin mövcudluğu ilə əlaqədar olan faktlar və cavabdeh tərəfindən iddiaçının hüququnun pozulmasını və mübahisələndirilməsini təsdiqləyən faktlar başa düşülür. Məhkəmə iclasında tədqiq edilmiş sübutların məcmusu ilə müəyyən olundu ki, İddiaçı Cavabdeh oğlu Eldəniz Hüseynova qaytarmaq şərtiylə ümumilikdə 22000 ABŞ dolları məbləğində borc pul vermişdir. Cavabdehin oğlu müxtəlif vaxtlarda iddiaçıya olan borcundan ödənişlər etmişdir. Daha sonra Cavabdeh oğlunun xəstəliyi ilə əlaqədar borcu hissə-hissə ödəmək barədə öhdəlik götürmüşdür. Cavabdeh sonuncu dəfə iddiaçıya xx.xx.2016-cı il tarixdə 50 dollar məbləğində ödəniş etmiş və iddiaçı cavabdehin ona borcunun olmamasına dair imzalı qəbz qəbz təqdim etmişdir. Məhkəmə hesab edir ki, tərəflər arasında yaranmış mübahisəyə Azərbaycan Respublikasının MM-nin borc müqaviləsi üzrə müddəaları tətbiq edilməldir. Azərbaycan Respublikasının MM-nin 739.1-ci maddəsinin tələblərinə görə borc müqaviləsinə görə iştirakçılardan biri (borc verən) pula və ya digər əvəz edilən əşyalara mülkiyyət hüququnu digər iştirakçıya (borc alana) keçirməyi öhdəsinə götürür, digər iştirakçı (borc alan) isə aldıqlarını müvafiq olaraq pul və ya eyni keyfiyyətdə və miqdarda eyni növlü əşyalar şəklində borc verənə qaytarmağı öhdəsinə götürür. Həmin məcəllənin 740-cı maddəsinə əsasən borc müqaviləsi şifahi bağlanır. Tərəflərin razılaşması ilə yazılı formadan da istifadə edilə bilər. Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 385.1-ci maddəsinə görə öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkətləri etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. Həmin Məcəllənin 442-ci maddəsinə görə öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. Həmin Məcəllənin 445.1-ci maddəsinə görə icranı gecikdirmiş borclu gecikdirmə nəticəsində vurduğu zərər üçün və gecikdirmə zamanı təsadüfən baş vermiş icra mümkünsüzlüyünün nəticələri üçün kreditor qarşısında məsuliyyət daşıyır. Həmin Məcəllənin 445.2.1-ci maddəsinə görə öhdəliyin onun icrası üçün müəyyənləşdirilmiş müddətdə icra edilməməsi borclunun icranı gecikdirməsi sayılır. İddiaçı, cavabdehin ona verilmiş borcdan hələ də, borcu qaldığını iddia etsə də, məhkəməyə bununla bağlı eləcə də, borcun tam məbləği ilə bağlı heç bir sübutlar təqdim edə bilməmiş, bunun əksi olaraq məhkəmə iclasında tədqiq edilmiş, tərəflərin izmaları ilə təsdiqlənmiş xx.xx.2016-cı il tarixli qəbzdən görünür ki, cavabdeh iddiaçıya borclu olduğu puldan qalıq qalmış 50 dolar məbləği həmin tarixdə ödəmiş, iddiaçı isə cavabdehin ona borcu qalmamasını təsdiq etmişdir. Məhkəmə eyni zamanda qeyd edir ki, hətta cavabdehin iddiaçıya borcu qalmış olsa belə, iş materilları ilə müəyyən edilir ki, cavabdeh tərəfndən borc üzrə sonuncu ödəniş xx.xx.2016-cı il tarixdə ödənilmişdir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 373.2–ci maddəsinə əsasən müqavilə tələbləri üzrə iddia müddəti 3 ildir. Həmin Məcəllənin 377.1-ci maddəsinə əsasən iddia müddətinin axımı şəxsin öz hüququnun pozulduğunu bildiyi və yaxud bilməli olduğu vaxtdan hesablanır. Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 375.2-ci maddəsinə əsasən məhkəmə tərəfindən iddia müddəti yalnız mübahisə tərəfinin məhkəmə qərarı çıxarılanadək verdiyi ərizə əsasında tətbiq edilir. Mübahisə tərəfinin tətbiq edilməsi barədə ərizə verdiyi iddia müddətinin keçməsi məhkəmənin iddiadan imtina barəsində qərar çıxarması üçün əsasdır. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin xx.xx.2001-ci il tarixli «Azərbaycan Respublikası MM-nin 373-cü maddəsinin şərh edilməsinə dair» Qərarında qeyd edilmişdir ki, iddia müddəti hüquq münasibətləri iştirakçılarını intizamlandırır, onları öz hüquqlarını müdafiə etməyə məcbur edir ki, müqavilə və maliyyə intizamının nizamlanmasına kömək edir, mülki hüquq münasibətlərində qeyri-müəyyənliyin, qeyrisabitliyin aradan qaldırılmasına xidmət göstərir, tərəflərin üzərindən çox vaxt ötmüş, mötəbərliyinin yoxlanılması çətin və ya qeyri-mümkün olan sübutlara istinad etməsini aradan qaldıraraq, ədalət mühakiməsi orqanlarına mübahisələri obyektiv əsaslarla həll etmək imkanı yaradır. İddia müddətinin tətbiq edilməməsi yaranmış münasibətlərin daim mübahisələndirilməsinə zəmin yaradardı. «R.Salamovun şikayəti ilə əlaqədar Azərbaycan Respublikasının Ali Məhkəməsinin MİÜMK-nın xx.xx.2007-ci il tarixli qərarının Azərbaycan Respublikası Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair» Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun xx xxxxxxx 2007-ci il tarixli qərarında qeyd edilmişdir ki, iddia müddətləri mübahisələrin həlli baxımından mülki qanunvericiliyin mühüm əhəmiyyət daşıyan institutlarından biridir. Mülki işin qanuna uyğun həlli baxımından qanunvericiliyin iddia müddətlərinə dair müddəalarına düzgün tətbiqi mühüm əhəmiyyətə malikdir. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumu özünün «N.Məmmədovanın şikayəti üzrə məhkəmə aktlarının Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair» xx xxxxxx 2006-cı il tarixli qərarında göstərmişdir ki, «məhkəmə qətnaməsi hüquqla bağlı mübahisəyə baxıldıqdan sonra məhkəmə iclasında müəyyən olunmuş işin faktiki halları və hüquq normaları əsasında çıxarılır. İddiaçının hüququnun pozulması təsdiqlənərsə, məhkəmə öz qətnaməsilə bu hüququ müdafiə etməlidir. Əgər iddiaçının hüququnun pozulması təsdiqlənməzsə, məhkəmə onun iddiasını rədd etməli və bununla da cavabdehin iddiaçının əsassız hərəkətləri və ya fikirləri ilə pozula biləcək hüquqlarını müdafiə etməlidir. Hər bir halda məhkəmənin qətnaməsi ilk növbədə məhz mübahisə tərəflərinin fərdi hüquqlarını və qanuni mənafelərini müdafiə edən akt kimi çıxış etməlidir». Məhkəmə tədqiq edilmiş sübutlara əsaslanaraq və qanunvericiliyin yuxarıda göstərilən normalarını rəhbər tutaraq iddia tələbi üzrə belə nəticəyə gəlir ki, iddia tləbi əsassız olduğundan və eləcə də, iddiaçı hüququnun müdafiəsi üçün hazırkı tələblə müraciət edənədək, iddia müddətini keçirdiyindən və cavabdeh tərəf iddia müddətinin tətbiq edilməsini xahiş etdiyindən İddiaçı Cavabdeh qarşı pul tələbinə dair iddiası rədd edilməlidir. Azərbaycan Respublikası MPM-nin 218.1-ci maddəsinə əsasən qətnamə çıxarıldıqda hakim sübutları qiymətləndirir, iş üçün əhəmiyyətli olan nə kimi halların müəyyən edildiyini, nə kimi halların müəyyən edilmədiyini, tərəflərin hansı hüquqi münasibətdə olmalarını, həmin iş üzrə hansı qanunun tətbiq edilməli olduğunu və iddianın təmin olunub-olunmadığını müəyyən edir. Azərbaycan Respublikası MPM-nin 218.3-cü maddəsinə əsasən hakim işdə iştirak edən şəxslərin verdiyi tələblər üzrə qətnamə çıxarır. Lakin hakim qanunda göstərilən müstəsna hallarda iddia tələblərindən kənara çıxa bilər. Azərbaycan Respublikası MPM-nin 81-ci maddəsinə əsasən qanuna və ya digər normativ hüquqi aktlara əsasən müəyyən sübutetmə vasitələri ilə təsdiq edilməli olan işin halları başqa sübutlarla təsdiq oluna bilməz. Həmin Məcəllənin 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Məhkəmə hesab edir ki, iddia tələbi rədd olduğundan, iş üzrə ödənilmiş 30 (otuz) manat dövlət rüsumu iddiaçıya aid edilməlidir. Göstərilənlərə əsasən və Azərbaycan Respublikasının MPM-nin 216-220, 227, 358-360 və 362-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddiaçı Cavabdeh qarşı pul tələbinə dair iddiası rədd edilsin. İş üzrə ödənilmiş 30 (otuz) manat dövlət rüsumu iddiaçıya aid edilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Bakı şəhəri Yasamal Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Sədrlik edən: Toğrul Axundov
Məhkəmə qərarları › İş №2(004)-967/2021
Bakı Şəhəri Yasamal Rayon Məhkəməsi Qətnamə — İş №2(004)-967/2021
03.02.2021 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Sair öhdəliklər üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver