Məhkəmə qərarları › İş №2(004)-979/2024

Bakı Şəhəri Yasamal Rayon Məhkəməsi Qətnamə — İş №2(004)-979/2024

13.02.2024 · Əmək mübahisələri - Əmək münasibətləri üzrə sair mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(004)-979/2024 13.02.2024 BAKI ŞƏHƏRİ YASAMAL RAYON MƏHKƏMƏSİ Hakim Sultanova-Məmmədova Ayşən Ramiz qızının sədrliyi, Qasımova Səmra Elçin qızının katibliyi ilə, İddiaçı iştirakı ilə, İddiaçı Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X6 Xidməti Bakı şəhər idarəsi müstəqil tələb irəli sürməyən üçüncü şəxs qismində cəlb edilməklə “X1 Evrascon” ASC-yə qarşı “əmək müqaviləsinin və işdən azad olunma əmrinin verilməsi” tələbinə dair iddia ərizəsi üzrə mülki işə Bakı şəhəri Yasamal Rayon Məhkəmə binasında, açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: İddiaçı cavabdeh “X1 Evrascon” ASC-yə qarşı “əmək müqaviləsinin və işdən azad olunma əmrinin verilməsi” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, “X1 Evrascon” ASC ilə, xx.xx.2019-cu il tarixli, 52 nömrəli əmək müqaviləsini, xx.xx.2020-ci il tarixli, 33 K/20 nömrəli işdən azad olma xitam əmri, xx.xx.2020-ci il tarixli, 194 nömrəli işdən azad olma xitam əmrinin ona təqdim olunması və mediasiya prosesinin keçirilməsi üçün ödənilmiş 60 manat (altmış) rüsumun geri qaytarılması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddia ərizəsi belə əsaslandırılmışdır ki, o, 14 yanvar 2009-cu il tarixli, 10 №-li əmrə əsasən, "xxxx" ASC ilə əmək müqaviləsi bağlanaraq 4-cü dərəcəli qazma maşınların elektriki peşəsinə işə qəbul edilmişdir. xx.xx.2010-cu il tarixdə işlədiyi "qazma işləri sahəsəsi"nin adı dəyişdirilərək "X8" MMC adı ilə yeni cəmiyyət yaradılmış və o 05 №-li əmrə əsasən, həmin vəzifəyə yenidən işə qəbul edilmişdir. xx.xx.2012-ci il tarixli, 11 №-li əmrə əsasən, Əmək Məcəlləsinin 69-cu maddəsinin 3-cü bəndinə əsasən, başqa işəgötürənlə əmək müqaviləsi bağlanmağını nəzərə alaraq əmək müqaviləsinə xitam verilmişdir. xx.xx.2012-cü il tarixli, 43 №-li əmrə əsasən, müddətli əmək müqaviləsi bağlanaraq "xxxx" ASC-yə 4-cü dərəcəli qazma maşınların elektriki peşəsinə işə qəbul edilmişdir. xx.xx.2013-cü il tarixdən, AR Vergilər Nazirliyi BŞVD-nın KHŞDQİ-də "xxxx" ASC- nin adı dəyişdirilərək, "X1 "xxxx" ASC adlandırılıb. xx.xx.2014-cü il tarixli, 167 №-li əmrə əsasən, elektromexanik vəzifəsinə keçirilmişdir. xx.xx.2019-cu il tarixli, 207 №-li əmrə əsasən, Əmək Məcəlləsinin 68.2-ci maddəsinin "a" bəndinə əsasən, əmək müqaviləsinə xitam verilmişdir. xx.xx.2019-cu il tarixli, 52 №-li əmrə əsasən, Əmək Məcəlləsinin 47-ci maddəsinin, "c" bəndinə əsasən, müddətli əmək müqaviləsi bağlanaraq "X3" MMC- də elektromexanik vəzifəsinə işə qəbul edilmişdir. xx.xx.2020-ci il tarixli, 33 K/20 №-li əmrə əsasən, Əmək Məcəlləsinin 68.2-ci maddəsinin "a" bəndinə əsasən, əmək müqaviləsinə xitam verilmişdir. xx.xx.2020-ci il tarixli, 99 №-li əmrə əsasən, müddətli əmək müqaviləsi bağlanaraq "X1 "xxxx" ASC-də elektromexanik vəzifəsinə işə qəbul edilmişdir. xx.xx.2020ci il tarixli, 194 №-li əmrə əsasən, Əmək Məcəlləsinin 68.2-ci maddəsinin "b" bəndinə əsasən, əmək müqaviləsinə xitam verilmişdir. Bildirir ki, cəmiyyətlə əmək müqaviləsi bağlanmasına baxmayarq həmin müqavilələrin bir nüsxəsi ona təqdim olunmamışdır. Lakin, Əmək Məcəlləsinin 44-cü maddəsinin, 3-cü bəndində qeyd olunur ki, əmək müqaviləsi iki nüsxədən az olmayaraq tərtib olunub tərəflərin imzası (möhürü) ilə təsdiq edilir və onun bir nüsxəsi işçidə, digər nüsxəsi isə işəgötürəndə saxlanılır. Cəmiyyətə müraciət edərək, işdən çıxma əmrini və bağlanan əmək müqavilələrinin bir nüsxəsinin iddiaçıya təqdim edilməsini xahiş etmişdir. Lakin, hazıradək işdən çıxma emri və əmək müqavilələri ona təqdim olunmamışdır. Bununla bağlı xx.xx.2021-ci il tarixdə, ərizə ilə, Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X6 Xidməti Bakı şəhər İdarəsinə müraciət etmişdir. Əmək hüquqlarının pozulması ilə bağlı tərəfindən xx.xx.2021-ci il və xx.xx.2021-ci il tarixdə Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X6 Xidməti Bakı şəhər idarəsinə müraciət olunmuşdur. xx.xx.2021-ci il tarixli, cavab məktubuyla bildirilmişdir ki, "Sizin "X3" MMC-də əmək hüquqlarınızın pozulması barədə Azərbaycan Respublikası Prezidentinin Administrasiyasına ünvanladığınız müraciətlərə X6 Xidmətinin Bakı şəhər İdarəsində baxılmışdır. Müraciətlərinin "Vətəndaşların müraciətləri haqqında" Azərbaycan Respublikası Qanununun tələblərinə uyğun olaraq Sizə aid olan sənədlərin təqdim olunması məqsədi ilə "X3" MMC-nin rəhbərliyinə tərəflərindən xx.xx.2021-ci il tarixli, **********5 saylı məktub göndərilmiş, lakin bu günə qədər sənədlər təqdim edilməmişdir. Qeyd olunanları nəzərə alaraq, tələb olunan sənədlərin təqdim olunmasında köməklik göstərilməsi məqsədilə tərəflərindən Azərbaycan Respublikasının Baş Prokurorluğuna məktub ünvanlanmışdır. Daha sonra, tərəfindən şikayət ərizəsi ilə, Baş Prokurorluğuna müraciət olunaraq "X3" MMC barəsində qanunvericilikdə nəzərdə tutulmuş qaydada cinayət məhsuliyyətinə cəlb olunması xahiş olunmuşdur. xx.xx.2022-ci il tarixli məktuba əsasən, Baş Prokurorluğ onun şikayət ərizəsi baxılması üçün Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin Aparatına göndərilmişdir. Həmçinin bildirir ki, "X3" MMC-nin rəsmi internet səhifəsindən də görünür ki, “X5” MMC 2018-ci ildə, "X1 "xxxx" ASC-nin törəmə müəssisələrindən biri olaraq təsis edilmişdir. Daha sonra, əmək hüquqlarını müdafiə etmək üçün, tərəfindən Bakı şəhəri Yasamal Rayon Məhkəməsinə müraciət olunaraq, cavabdeh "X1 "xxxx" ASC-nin rəisinin işdən azad edilməsinə dair 17 dekabr 2020-ci il tarixli, 194 saylı əmrinin ləğv edilməsinə, 2020-ci ilin aprel, may, iyun, iyul, avqust, sentyabr, oktyabr, noyabr, dekabr aylarına olan əmək haqlarının ödənməsinə haqq-hesabın, qanunvericiliyə uyğun hesablanmasına, məcburi iş buraxma müddəti üçün 17 dekabr 2020-ci il tarixdən hesablanmaqla işə bərpa edildiyi tarixədək məcburi iş buraxma müddəti üçün əmək haqqı ödənilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin 2(004)-4442/2021 saylı, xx.xx.2021-ci il tarixli qətnaməsi ilə, iddia tələbi rədd edilmişdir. Daha sonra Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin 2(004)-4442/2021 saylı xx.xx.2021-ci il tarixli qətnaməsindən tərəfimdən apellyasiya şikayəti verilmişdir. Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının 2(103)-9448/2021 saylı, xx.xx.2021-ci il tarixli qətnaməsi ilə, tərəfimdən verilmiş apellyasiya şikayəti təmin edilməmiş və birinci instansiya məhkəməsinin qətnaməsi dəyişdirilmədən saxlanılması qət edilmişdir. Daha sonra tərəfindən Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının 2(103)- 9448/2021 saylı, xx.xx.2021-ci il tarixli qətnaməsindən kassasiya şikayəti verilmişdir. Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki kollegiyasının 2(102)-3773/2022 saylı, 04 iyul 2022-ci il tarixli, iddiaçı Hüseynov Rassam Cəlil oğlunun kassasiya şikayəti qismən təmin edilmiş, Bakı Apellyasiya Məhkəməsi Mülki kollegiyasının 2(103)- 9448/2021 nömrəli, 16 noyabr 2021-ci il tarixli qətnaməsi 2020-ci ilin aprel, may, iyul, avqust, Sentyabr, oktyabr, dekabr aylarına olan əmək haqlarının ödənməsi, məbləğin qanunvericiliyə əsasən hesablanmasina aid hissədə ləğv edilməsi, iş həmin hissədə yeni apellyasiya baxışına qaytarılması qərara almışdır. Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının 2(103)- 5835/2022 saylı, xx.xx.2022-ci il tarixli qətnaməsi ilə, İddiaçı apellyasiya şikayəti qismən təmin edilmiş, Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin 2(004) 4442/2012 saylı 03 avqust 2022-ci il tarixli qətnaməsi iddia tələbinin "2020-ci ilin aprel, may, iyul, avqust, sentyabr, oktyabr, dekabr aylarına olan əmək haqlarının ödənməsi və məbləğin qanunvericiliyə uyğun hesablanmasının təmin edilməməsi hissəsində ləğv edilməsi, həmin hissədə iddia tələbi təmin edilməsi, 2020-ci ilin aprel, may, iyul, avqust, sentyabr, oktyabr, dekabr aylarına olan əmək haqlarının ödənməsi və məbləğin qanunvericiliyə uyğun hesablanmaqla iddiaçı X2 ödənilməsi öhdəliyi cavabdeh "X1 "xxxx" ASC-nin üzərinə qoyulması qət edilmişdir. Bununla da qətnamə qanuni qüvvəsini almış və icra olunması üçün Yasamal rayon icra şöbəsinə həvalə edilmişdir. Göründüyü kimi, cavabdehlə arasında yaranan mübahisəni danışıq yolu ilə həll etmək mümkün olmadığından məhkəməyə müraciət etmək məcburiyyətində qalmışdır. Hazırda isə, şikayət etdiyi dövlət qrumları ona köməklik etməkdə çətinlik çəkirlər və bu günədək işdən çıxma əmri və əmək müqavilələri ona təqdim olunmamışdır. Bundan əlavə bildirir ki, qanunvericilikdə nəzərə tutulmuş qaydada, cavabdehə ilkin olaraq işin mediasiyada həlli üçün təklif göndərilsə də o, mediasiya prosesindən yayınmışdır və nəticədə xx.xx.2023-cü il tarixdə mediator tərəfindən iclas keçirilərək ilkin mediasiya sessiyasında iştirak edilməməsi barədə arayış təqdim olunmuşdur. Bu səbəbdən də qanunvericilikdə nəzərdə tutulmuş hüquqlarını müdafiə etmək üçün məhkəməyə müraciət etmək məcburiyyətində qalmışdır. Məhkəmə iclasında iştirak edən İddiaçı iddia tələbinin məzmununa uyğun izahat verərək, iddia tələbinin təmin edilməsini məhkəmədən xahiş etmişdir. Cavabdeh “X1 Evrascon” ASC məhkəməyə ərizə ilə müraciət edərək bildirmişdir ki, iddiaçınıın qaldırdığı iddia tamamilə əsassızdır, təqdim etdikləri sənədlərdən aydın olur ki, İddiaçı həmin sənədlər vardır, Evrascon ASC-yə qarşı iddia qaldırdığı xx.xx.2021-ci il tarixdən həmin sənədlərin sürəti onda olmuşdur. Bildirirlər ki, Evrascon ASC-yə qarşı qərəzli şəkildə bu iddianın qaldırılması hazırda rədd edilən digər iddialardan qaynaqlandığını düşündüklərini bildirərək, məhkəmə iclasında iştirak edə bilməyəcəklərini, onların iştirakı olmadan baxış iclası təyin edilməsini və İddiaçı qaldırdığı iddianın tamamilə əsassız olduğunu bildirərək, iddianın rədd edilməsini barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Məhkəmə iddiaçının izahatlarını, iş materiallarında olan sənədləri nəzərdən keçirib, sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra hesab edir ki, iddia təmin edilməlidir. Belə ki, iş materiallarında olan: Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafıəsi Nazirliyi yanında X6 Xidməti Bakı şəhər idarəsinin xx.xx.2021-ci il tarixli, **********3 nömrəli müraciətə əsasən, müraciətlərinin “Vətəndaşların müraciətləri haqqında” Azərbaycan Respublikası Qanununun tələblərinə uyğun olaraq İddiaçı aid olan sənədlərin təqdim olunması məqsədi ilə “X3” MMC-nin rəhbərliyinə xx.xx.2021-ci il tarixli **********5 saylı məktub göndərilmiş, bu günə qədər sənədlər təqdim edilməmişdir. Qeyd olunanları nəzərə alaraq, tələb olunan sənədlərin təqdim olunmasında köməklik göstərilməsi məqsədilə Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafıəsi Nazirliyi yanında X6 Xidməti Bakı şəhər idarəsinin tərəfindən Azərbaycan Respublikasının Baş Prokurorluğuna məktub ünvanlanmışdır. Bildirilir ki, sənədlər təqdim olunduğu təqdirdə müraciətinə tərəflərindən yenidən baxılacaqdır. Razılaşmadığı təqdirdə müvafiq qaydada məhkəməyə müraciət etmək hüququ vardır. Azərbaycan Respublikası Bakı Apellyasiya Məhkəməsinin xx.xx.2022-ci il tarixli, 2(103)-5835/2022 saylı qətnaməsinə görə, İddiaçı apellyasiya şikayəti qismən təmin edilərək, Bakı şəhəri Yasamal Rayon məhkəmisinin 2(004)-4442/2021 saylı xx.xx.2022-ci il tarixli qətnaməsi iddia tələbinin “2020-ci ilin aprel, may, iyul, avqust, sentyabr, oktyabr, dekabr aylarına olan əmək haqlarının ödənməsi və məbləğin qanunvericiliyə uyğun hesablanmasının” təmin edilməməsi hissəsində ləğv edilərək, 2020-ci ilin aprel, may, iyul, avqust, sentyabr, oktyabr, dekabr aylarına olan əmək haqlarının ödənməsi və məbləğin qanunvericiliyə uyğun hesablanmaqla İddiaçı ödənilməsi öhdəliyi cavabdeh “X1 Evrascon” ASC-nin üzərinə qoyulması müəyyən olunmuşdur. Azərbaycan Respublikası Bakı Apellyasiya Məhkəməsinin xx.xx.2023-cü il tarixli 2(103)-5835/2022 saylı qərardadına, görə Bakı Apellyasiya Məhkəməsinin 2(103)- 5835/2022 saylı, xx.xx.2022-ci il tarixli qətnaməsinə izah verilməsi barədə cavabdeh “X1 Evrascon” ASC tərəfindən verilmiş ərizənin rədd edilməsi müəyyən olunmuşdur. Həmin qərardadın təsviri-əsaslandırıcı hissəsində məhkəmə kollegiyası qeyd etmişdir ki, Bakı Apellyasiya Məhkəməsinin 2(103)-5835/2022 saylı, xx.xx.2022-ci il tarixli qətnaməsində anlaşılmaz hər hansı xüsusat mövcud deyil və buna görə də qətnaməyə izah verilməsi zərurəti yoxdur. Belə ki, “X3” MMC-nin rəsmi internet səhifəsindən də görünür ki, “X3” MMC 2018-ci ildə X1 "xxxx" ASC-nin törəmə müəssisələrindən biri olaraq təsis edilmişdir. Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafıəsi Nazirliyi yanında X6 Xidməti Bakı şəhər idarəsinin xx.xx.2021-ci il tarixli, **********7 nömrəli məktubuna əsasən,araşdırma zamanı Evrascon ASC-nin rəhbərloiyi tərəfindən X7 Xidmətinin Bakı şəhər İdarəsinə təqdim edilən sənədlərdən məlum olmuşdur ki, İddiaçı ilə bağlanmış əmək müqaviləsinə xx.xx.2020-ci il tarixdə Azərbaycan Respublikası Əmək Məcəlləsinin 68-ci maddəsinin 2-ci hissəsinin “a” bəndinə əsasən xitam verilmişdir. Onun son haqqhesabının hesavlanıb ödənilməsində qanun pozuntusuna yol verildiyindənn müəssisənin vəzifəli şəxsi Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 192.4-cü maddəsinə əsasən inzibati məsuliyyətə cəlb edilmişdir. Eyni zamanda son haqq-hesabının qanunvericiliyə uyğun hesablanıb ödənilməsi üçün tərəflərindən müəssisənin rəhbərliyinə göstəriş xarakterli məktub göndərilmişdir. xx.xx.2023-cü il tarixli, ********** saylı mədaxil qəbzindən görünür ki, İddiaçı tərəfindən məhkəmədə iddia qaldırmaq üçün 60 manat (altmış) məbləğində dövlət rüsumu ödənilmişdir. Azərbaycan Respublikası Əmək Məcəlləsinin 44.3-cü maddəsinə əsasən, Əmək müqaviləsi iki nüsxədən az olmayaraq tərtib olunub tərəflərin imzası (möhürü) ilə təsdiq edilir və onun bir nüsxəsi işçidə, digər nüsxəsi isə işəgötürəndə saxlanılır. Həmin Məcəllənin 83.2-ci maddəsinə əsasən, Əmək müqaviləsinə xitam verilməsi barədə işəgötürənin əmri (sərəncamı, qərarı) onun tərəfindən imzalanmalı və müəssisənin möhürü ilə təsdiqlənməlidir. Bu əmrin surəti, işçinin əmək kitabçası və işəgötürənin son haqq-hesabı (istifadə edilməmiş əmək məzuniyyətinə görə pul əvəzi, işçiyə ödənilməli əmək haqqı və digər ödəmələr) ilə birlikdə sonuncu iş günü işçiyə verilməlidir. «Məhkəmələr və hakimlər haqqında» Azərbaycan Respublikasının Qanununun 100-cü maddəsinin 3-cü hissəsinə əsasən, məhkəmə qərarları hakimlərin sərbəst daxili inamına və məhkəmə araşdırmasının nəticələrinə əsaslanmalıdır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Beləliklə, məhkəmə hesab edir ki, iddia əsasslı olduğundan təmin edilməli, “X3” MMC ilə İddiaçı arasında bağlanmış xx.xx.2019-cu il tarixli, 52 nömrəli əmək müqaviləsi; xx.xx.2020-ci il tarixli, 33K/20 nömrəli işdən azad olunma əmri; xx.xx.2020-ci il tarixli, 194 nömrəli işdən azad olunma əmrinin İddiaçı təqdim olunması vəzifəsi cavabdeh “X1 Evrascon” ASC-nin üzərinə qoyulmalı, iddiaçı tərəfindən mediasiya prosesinin keçirilməsi üçün ödənilmiş 60 (altmış) manat məbləğində dövlət rüsumu cavabdeh “X1 Evracson” ASC-dən tutularaq İddiaçı ödənilməlidir. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası MPM-in 119, 216-220, 227, 233, 357, 360, 362-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddia təmin edilsin. “X3” MMC ilə İddiaçı arasında bağlanmış xx.xx.2019-cu il tarixli, 52 nömrəli əmək müqaviləsi; xx.xx.2020-ci il tarixli, 33K/20 nömrəli işdən azad olunma əmri; xx.xx.2020-ci il tarixli, 194 nömrəli işdən azad olunma əmrinin İddiaçı təqdim olunması vəzifəsi cavabdeh “X1 Evrascon” ASC üzərinə qoyulsun. İddiaçı tərəfindən mediasiya prosesinin keçirilməsi üçün ödənilmiş 60 (altmış) manat məbləğində dövlət rüsumu cavabdeh “X1 Evracson” ASC-dən tutularaq İddiaçı ödənilsin. Qətnamədən, qətnamə işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən bir ay müddətində “Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinetdən Bakı şəhəri Yasamal Rayon Məhkəməsi vasitəsilə Bakı Apelyasiya Məhkəməsinin Mülki Kollegiyasına apelyasiya şikayəti verilə bilər. Sədrlik edən: Ayşən Sultanova-Məmmədova

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar