Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(004)-980/2021 20.05.2021 BAKI ŞƏHƏRİ YASAMAL RAYON MƏHKƏMƏSİ Məmmədov Ayaz Süleyman oğlunun sədrliyi, X9 qızının katibliyi, İddiaçılar İddiaçı1, İddiaçı2, onların nümayəndəsi və vəkili, eyni zamanda İddiaçı3 vəkili Vəkil iştirakı ilə, İddiaçılar İddiaçı1, İddiaçı2 və İddiaçı3 cavabdehlər Cavabdeh1, X3 və Cavabdeh3 qarşı "pul tələbinə dair" mülki işə Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: İddiaçılar İddiaçı1, İddiaçı2 və İddiaçı3 cavabdehlər Cavabdeh1, X3 və Cavabdeh3 qarşı "pul tələbinə dair" iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, cavabdehlədən iddiaçıların xeyrinə 61.900 Avro və 32.300 ABŞ dolları məbləğində əsas və maddi-mənəvi zərər daxil olmaqla pul vəsaitinin, ödənilmiş 30 manat dövlət rüsumunun tutulması, tutmanın cavabdehlərin mülkiyyətində və istifadəsində olan Bakı şəhəri, Yasamal rayonu, A.Abbasov küçəsi, ev 11, 100 saylı mənzilə yönəldilməsi, cavabdehlərin həmin mənzildən çıxarılaraq, mənzilin hərracda satılması və əldə olunmuş vəsait hesabına pulun ödənilməsi barədə qətnamə çıxarılmasın xahiş etmişdirlər. İddiaçılar iddia tələbini onunla əsaslandırmışdırlar ki, İddiaçı1, Cavabdeh1 məşq etdiyi idman zalından uzun müddətdir tanıyır. 2019-cu ilin yanvar-fevral aylarında ona bildirmişdir ki, qızıl ticarəti ilə məşğuldur, ona pul versə ticarət dövriyyəsini genişləndirər və almış olduğu pulların əvəzində qazancın 80 faizini ona verəcək, 20 faizini isə özü götürəcək. Bu barədə evdə həyat yoldaşi, diqər İddiaçı2 ilə danışıb razılaşmışdıe ki, cavabdehə qızıl alışı ilə əlaqədar pul versinlər. Bu şifahi razılaşmadan sonra 05.02.2019cu il tarixdə Nikolaya 7400 avro, 30.03.2019-cü il tarixdə 20.990 ABŞ dolları, 16.04.2019cu il tarixdə 11.310 ABŞ dolları və 03.06.2019-cu il tarixdə 1500 avro pul vermişdir. Qeyd olunan məbləqləri biz, cavabdehlərə məxsus evlərində, onların iştirakı ilə vermiş və bu barədə qəbz yazmışlar. Bir müddət sonra Nikolaydan, əldə olunan gəlirdən ona verməməsinin səbəbini soruşmuş, Nikolay da qazanc pulunu ticarətə sərf edərək pulunun məbləğini artırdığını bildirmişdir. Həmin vaxt ondan qızıl-zinət əşyalarını haradan aldığını soruşmuş, o da 2 kiloqram qızıl üçün sertifikat göstərərək alıb satdığı qızılların sertifikatlarının olduğunu bildirmişdir. Bundan əlavə, Nikolay ondan qızıl-zinət əşyalarını alan kompaniyaların əməkdaşlarının 2 kiloqramdan az çəkidə qızıl almadıqlarını, əlavə 37.000 avro pul lazım olduğunu bildirmişdir. Qeyri-rəsmi yaşadığı X1 yeznəsi Frederik Ştenbauerlə danışıb vəziyyəti ona izah etmiş, o da Nikolaya 37.000 avro borc pul verməyə razı olmuşdur. 17.05.2019-cu il tarixdə Frederik Rabitəbankdan 37000 avro pul götürmüşdür. 18.05.2019-cu il tarixdə Nikolayla birlikdə Frederikin yaşadığı evə getmiş və Frederik həmin məbləği ona vermişdir. Onlar razılaşdılar ki, Frederik pulu istəyən zaman Nikolay qaytaracaqdır. 10-15 gün sonra Nikolaya zəng edib işin necə olması barədə maraqlanmış, gah zənglərinə cavab verməmiş, gah da kobud danışırarq söhbətdən qaçmışdır. Onun yalan danışdığını hiss edib pulları və qızılları qaytarmasını tələb etmiş, Nikolay qaçmağa başlamışdır. Münəvvərlə birlikdə yenə də cavabdehlərin yanına, yaşadıqları evə getmiş, cavabdehlər, puluu qaytaracaqlarını deyib şikayət etməməyi xahiş etmişdir. Nikolay anasının iştirakı və təsdiqi ilə 13.06.2019-cu il tarixdə qəbz yazaraq pulu qaytaracağına söz verdi, onlara növbəti dəfə inanmış, amma sonradan yenə qörüşlərdən yayınmaqa başlamışdır. Ona görə məcbur olub Nərimanov RPİ-nə şikayət etmişdir. Təhqiqat zamanı müəyyən olunmuşdur ki, cavabdehlər, heç bir qızıl-zinət alveri və biznesi ilə məşqul olmamışlar, bütün ailə üzvlərini cəlb etməkdə onları inandırmaq məqsədləri olmuşdur, təqdim etdikləri sertifikatları saxta üsulla hazırlayıb cavabdehlərin məqsədi pulun mənimsəməsi olmuşdur. Təhqiqat orqanı cinayət işinin rədd olunması barədə qərar qəbul edərək, məhkəməyə müraciət etməyi məsləhət görmüşdür. Qəbul olunmuş qərardan dəfələr ilə şikayət etmələrinə baxmayaraq nəticə olmamışdır. Beləliklə 2019-cu il fevralmay ayları ərzində cavabdehlərə 45900 avro və 32300 ABŞ dolları məbləğində pul vermişlər. 13.900 avro və 32300 ABŞ dolları pul vəsaitini, 37.000 avro məbləğində əsas pul vəsaitini başqa bir işə yatırsaydılar, həmin məbləğdən 4.000 avro, Frederik isə 5.000 avro gəlir götürərdi. Hesab edirlər ki, həmin məbləğlər də cavabdehdən tutulmalıdr. Bundan başqa, Cavabdeh1 ona olan inamdan istifadə etməklə onları aldatması, pulun alınması üçün məhkəməyə müraciət etmələri nəticəsində mənəvi sarsıntı və iztirab keçirmişlər ki, bununla da cavabdeh onlara mənəvi ziyan vurmuşdur. Cavabdehin sadaladığı qanunsuz hərəkət və hərəkətsizlikləri nəticəsində uzun müddət sağlamlıqlarının pozulması nəticəsində fiziki əzab çəkmişlər. Ona görə də vurulmuş mənəvi zərəri ayrıayrılıqda hər birinə 2.000 avro məbləğində qiymətləndirirlər. Cavabdehlər, bir ailə olaraq, qrup şəklində bir-birilərindən istifadə edərək onları rahat aldadaraq pullarını mənimsəyiblər və qarşı qərəzli olaraq pullarını qaytarmırlar. Cavabdehlər həmin pulun hesabına, öz adlarına olmamaq şərti ilə bir neçə daşınar və daşinmaz əmlak əldə etmişlər. Vəkilin sorğusuna əsasən müəyyən olunmuşdur ki, cavabdehlərin istifadəsində və mülkiyyətində ünvan 1 ünvanda yerləşən mənzil mövcuddur. Cavabdehlər mənzildən çıxarılaraq mənzil hərracda satılıb, əldə olan vəsait borcun ödənilməsinə yönəldilməlidir. Məhkəmə iclasında iştirak edən iddiaçılar İddiaçı1, İddiaçı2, onların nümayəndəsi və vəkili, eyni zamanda İddiaçı3 vəkili Vəkil iddia ərizəsinin məzmununa uyğun izahat verərək, onun təmin edilməsini məhkəmədən xahiş etmişdirlər. Məhkəmə iclasının vaxtı və yeri barədə lazimi qaydada məlumatlandırılmış cavabdehlər məhkəmə iclasına gəlməmiş və işə onların iştirakı olmadan baxılmasını xahiş etməmişdirlər. Məhkəmə AR MPM-nin 185.5-ci maddəsini rəhbər tutaraq, cavabdehlərin iştirakı olmadan işə baxılmasını mümkün hesab etmişdir. Məhkəmə iclasında şahid qismində dindirilmiş X8 ifadəsində göstərmişdir ki, İddiaçı1 uşaqlıq dostudur. İddiaçı1 bir dəfə 20990 ABŞ dolları, bir dəfə isə 11310 ABŞ dollarını onun yanında Cavabdeh1 və X3 vermişdir. Məhkəmə iclasında şahid qismində dindirilmiş X5 ifadəsində göstərmişdir ki, İddiaçı2 qohumudur. O da, İddiaçı3 tərəfindən Cavabdeh1 və X3 pul verilməsinin şahidi olmuşdur. Məhkəmə proses iştirakçılarının izahatlarını, şahidlərin ifadələrini dinləyib, iş materiallarını araşdırıraq, məhkəmə baxışı zamanı tədqiq olunmuş sübutlara məcmu halda hüquqi qiymət verərək hesab edir ki, iddia tələbi qismən təmin edilməlidir. Belə ki, məhkəmə Azərbaycan Respublikası Mülki Məcəlləsinin 385, 386.1 və 739-cu maddələrinin tələblərini rəhbər tutaraq, məhkəmə araşdırması zamanı müəyyən etmişdir ki, iş materiallarına əlavə edilmiş, Cavabdeh1 tərəfindən tərtib olunaraq imzası ilə təsdiq olunmuş qəbzdən müəyyən olunur ki, o, İddiaçı1 30.03.2019-cu il tarixdə 20990 ABŞ dolları, 16.04.2019-cu il tarixdə 11310 ABŞ dolları və 03.06.2019-cu il tarixdə 1500 Avro pul aldığını göstərmiş və ilk tələb etmə anında pulu qaytarmağı öhdəsinə götürmüşdür. Qeyd olunan əqdləri X6 və X8 şahid qismində imzalamışdırlar. Cavabdeh1 tərəfindən tərtib olunaraq imzası ilə təsdiq olunmuş qəbzdə müəyyən olunur ki, o, İddiaçı3 27.06.2019-cu il tarixdə 37000 Avro pul aldığını göstərmiş və ilk tələb etmə anında pulu qaytarmağı öhdəsinə götürmüşdür. İş materiallarına əlavə edilmiş Nərimanov RPİ-nin Təhqiqat şöbəsinin baş təhqiqatçısı, polis mayoru X7 31.08.2019-cu il tarixli cinayət işi başlanılmasının rədd edilməsi haqqında qərarına əsasən, 08.07.2019-cu il tarixdə İddiaçı1 ərizə ilə müraciət edərək tanıdığı Cavabdeh1 18.05.2019-cu il tarixədək olan müddət ərzində ondan 44.000 Avro pul aldığını və söz verdiyi vaxtda almış olduğu pulları geri qaytarmadığını bildirmişdir. Eyni zamanda İddiaçı2 ərizə ilə müraciət edərək 18.05.2019-cu il tarixdə Cavabdeh1, qızının əri Frederikdən 37.000 Avro borc pul aldığını və söz verdiyi vaxtda almış olduğu pulu geri qaytarmadığını bildirmişdir. Ərizələr əsasında aparılan təhqiqat araşdırması üzrə izahatı alınmış Cavabdeh1 qeyd etmişdir ki, o İddiaçı2 hər hansı bir məbləğdə pul almamış və onun bu barədə yazdıqları həqiqətə uyğun deyil. Ancaq iş birliyi qurmaq üçün İddiaçı1 hissə-hissə olmaqla 4-5 ay ərzində ümumilikdə 80.000 avro pul almışdır. İddiaçı1la aralarında olan şifahi razılaşmaya əsasən sonuncu ona pul verməli, o da 2 il ərzində qızılzinət əşyalarının ticarəti ilə məşğul olub qazancın 80 faizini İddiaçı1 verməli, 20 faizi isə özünə qalmalı olmuşdur. 2 ildən sonra İddiaçı1 almış olduğu pulu geri qaytarmalı olmuşdur. İddiaçı1 almış olduğu pullarla Bakı şəhərində ayrı-ayrı şəxslərdən qızıl-zinət əşyaları alıb sataraq qazanc əldə etmiş və İddiaçı1la razılaşdığı kimi qazancın 80 faizini sonuncuya vermiş, 20 faizi özünə qalmışdır. 3-4 ay ərzində ticarətlə məşğul olmuş və təxminən bu müddət ərzində İddiaçı1 25.000 avro qazanc vermişdir. 3-4 ay keçəndən sonra internetdə qızıl satışı ilə məşğul olan adı yadında qalmayan, internetdə hüquqi ünvanlarını Rusiya Federasiyasının Moskva şəhərində yerləşdiyi qeyd olunmuş şirkətlə internet vasitəsi ilə əlaqə saxlamış və həmin şirkətdən qızıl-zinət əşyaları almaq üçün bir həftə ərzində şirkətə hissə-hissə olmaqla, ayrı-ayrı ödəniş məntəqələri vasitəsi ilə ümumilikdə 80.000 avroya yaxın məbləğdə pul göndərmişdir. Lakin şirkət tərəfindən ona qızıl-zinət əşyaları göndərilməmiş və təxminən 10 gün keçəndən sonra həmin şirkətin saytı bağlanmışdır. Çox çalışmışdır ki, şirkətin əməkdaşlarını tapsın, ancaq tapa bilməmişdir. Digər şəxslər kimi o da aldandığını başa düşmüşdür. Bundan sonra İddiaçı1 bu barədə məlumat verib onun narahat olmamasını, əvvəlcədən danışdıqları kimi 2 il ərzində ondan almış olduğu 80.000 avro pulu qaytaracağını bildirmişdir. Tərəflər arasında olan mübahisə mülki xarakterli olduğundan, toplanmış material üzrə cinayət işinin başlanması rədd edilmiş və ərizəçilərə mülki mühakimə icraatı qaydasında məhkəməyə müraciət etmək hüququ izah olunmuşdur. Beləliklə, məhkəmədə araşdırılmış sübutlarla müəyyən edilmişdir ki, cavabdehlər Cavabdeh1 və X6 iddiaçılar- İddiaçı1 cəmi 32300 ABŞ dolları və 8900 Avro, İddiaçı3 isə 37000 Avro pul almış, həmin pulları ilk tələb etmə anında qaytarmağı öhdəsinə götürməsinə baxmayaraq, borcun qaytarılmasından yayınmışdırlar. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 385.1-ci maddəsinə görə öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkətləri etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. Həmin Məcəllənin 739.1-ci maddəsinə əsasən borc müqaviləsinə görə, iştirakçılardan biri (borc verən) pula və ya digər əvəz edilən əşyalara mülkiyyət hüququnu digər iştirakçıya (borc alana) keçirməyi öhdəsinə götürür, digər iştirakçı (borc alan) isə aldıqlarını müvafiq olaraq pul və ya eyni keyfiyyətdə və miqdarda olan eyni növlü əşyalar şəklində borc verənə qaytarmağı öhdəsinə götürür. Həmin Məcəllənin 425.1-ci maddəsində qeyd edilmişdir ki, öz hüquqlarını həyata keçirərkən və vəzifələrini icra edərkən tərəflərdən hər biri vicdanlılığın tələb etdiyi tərzdə, yəni şərtləşdirilmiş vaxtda və yerdə lazımi şəkildə, öhdəliyin şərtlərinə və bu Məcəllənin tələblərinə müvafiq surətdə, belə şərtlər və tələblər olmadıqda isə işgüzar adətlərə və ya adətən irəli sürülən digər tələblərə müvafiq surətdə hərəkət etməlidir. Öhdəliyin yerinə yetirilməməsi anlayışını müəyyən edən Mülki Məcəllənin 442-ci maddəsinə görə isə öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi başa düşülür. Bu mənada, öhdəliyin lazımınca icra edilməməsi dedikdə öhdəliyin vaxtında icra edilməməsi, xammalın, işin və xidməti qüsurlu icrası və ya öhdəliyin tərkibini müəyyən edən digər şərtlərin pozulması başa düşülməlidir. Mülki Məcəllənin tələblərinə görə bu Məcəllə ilə və müqavilə ilə ayrı qayda müəyyənləşdirilməyibsə, borclu onun risk dairəsində daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdehdir. Həmin maddənin 2-ci bəndinə əsasən isə borclu öz öhdəliklərinin hər bir təqsirli pozuntusu (hərəkət və ya hərəkətsizlik) üçün məsuliyyət daşıyır. Odur ki, iddiaçılar İddiaçı1 və İddiaçı3 haqlı olaraq, hazırki tələblə məhkəməyə müraciət etmişdirlər. Beləliklə, məhkəmənin gəldiyi qənaətə görə, iddia tələbi qanuni və əsaslı olduğundan qismən təmin edilməli, cavabdehlər Cavabdeh1 və X2 müştərək qaydada 32300 ABŞ dolları və 8900 Avro məbləğində pul tutularaq, İddiaçı1 xeyrinə, müştərək qaydada 37000 Avro məbləğində pul tutularaq, İddiaçı3 xeyrinə ödənilməli, iddia tələbi əldən çıxmış faydaya görə pulun və mənəvi zərərin tutulması hissəsində isə əsaslandırılmadığından təmin edilməməlidır. Bundan başqa, pul məbləğlərinin İddiaçı2 xeyrinə tutulması hissəsində də iddia təmin edilməməlidır. Belə ki, iddiaçıların həmin tələbin əsası kimi məhkəməyə təqdim etdikləri qəbzlərdən və digər sübutlardan görünür ki, Cavabdeh1 və X6 iddiaçılar İddiaçı1 və İddiaçı3 müxtəlif məbləğlərdə pul götürüb qaytarmaması müəyyən olunur. Onların İddiaçı2 borcu olmamışdır. Həmçinin, Cavabdeh3lə iddiaçılar İddiaçı1 və İddiaçı3 arasında hər hansı bir öhdəlik münasibətinin yaranması müəyyən olunmadığından iddia tələbi ona münasibətdə təmin edilməməlidir. Məhkəmə iddia tələbinin tutmanın cavabdehlərə məxsus mənzilə yönəldilməsi və mənzilin boşaldılaraq hərracda satılması hissəsinə münasibətdə qeyd edir ki, qeyd olunan məsələ qətnamə qanuni qüvvəsini alıb icraya yönəldildikdən sonra icra mərhələsinə aid olduğundan, iddia həmin hissədə təmin təmin edilməməlidir. Bununla yanaşı məhkəmə qeyd edir ki, Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin 25.11.2020-ci il tarixli, 2(004)-6152/2020 saylı qərardadı ilə hazırki iş üzrə qəbul edilmiş qətnamənin icrasının təmin edilməsi məqsədi ilə cavabdeh X3 məxsus Bakı şəhəri, Yasamal rayonu X11 küçəsi, ev 11, 100 saylı mənzilin üzərinə həbs qoyularaq, özgəninkiləşdirilməsi qadağan edilmişdir.Ona görədə cavabdeh X3 məxsus Bakı şəhəri, Yasamal rayonu X11 küçəsi, ev 11, 100 saylı mənzilə borcun yönəldilməsi, hərracda satılması və mənzildən çıxarılması icra qaydasında həll edildiyindən iddia tələbi həmin hissədə təmin edilməməlidir. Azərbaycan Respublikası MPM-nin 14.2-ci maddəsinə əsasən, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 77.1-ci maddəsinə əsasən, hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Həmin Məcəllənin 217.4-cü maddəsinə əsasən, məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. AR Mülki Prosessual Məcəlləsinin 119.1-ci maddəsinə görə məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Yuxarıdakılara əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 14.2, 77.1, 88, 216-220, 227, 358, 360 və 362-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddia tələbi qismən təmin edilsin. Cavabdehlər Cavabdeh1 və X2 müştərək qaydada 32300 (otuz iki min üç yüz) ABŞ dolları və 8900 (səkkiz min doqquz yüz) Avro məbləğində pul (ödəniş günü Azərbaycan Respublikası Mərkəzi Bankının rəsmi məzənnəsinə uyğun olaraq manatla) tutularaq, İddiaçı1 xeyrinə ödənilsin. Cavabdehlər Cavabdeh1 və X2 müştərək qaydada 37000 (otuz yeddi min) Avro məbləğində pul (ödəniş günü Azərbaycan Respublikası Mərkəzi Bankının rəsmi məzənnəsinə uyğun olaraq manatla) tutularaq, İddiaçı3 xeyrinə ödənilsin. Cavabdehlər Cavabdeh1 və X2 müştərək qaydada 30 (otuz) manat məbləğində dövlət rüsumu tutularaq iddiaçılar İddiaçı1 və İddiaçı3 ödənilsin. İddia tələbi qalan hissədə təmin edilməsin. Qətnamə rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Bakı şəhəri Yasamal Rayon Məhkəməsi vasitəsilə Bakı Apelyasiya Məhkəməsinə apelyasiya şikayəti verilə bilər. Sədrlik edən: Ayaz Məmmədov
Məhkəmə qərarları › İş №2(004)-980/2021
Bakı Şəhəri Yasamal Rayon Məhkəməsi Qətnamə — İş №2(004)-980/2021
20.05.2021 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Sair öhdəliklər üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver