Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(004)-99/2023 30.05.2023 BAKI ŞƏHƏRİ YASAMAL RAYON MƏHKƏMƏSİ Hakim Əkbərli Günel Bəkir qızının sədrliyi, Hacıyev Ceyhun Kamal oğlunun katibliyi, cavabdehin nümayəndəsi və vəkili Vəkil iştirakı ilə, İddiaçı "xxxx" Mənzil Tikinti Kooperativinin Cavabdeh qarşı “çoxmənzilli binaların saxlanılmasına görə ödənilməmiş məbləğin tutulması” tələbinə dair iddia ərizəsi üzrə mülki işə məhkəmənin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: İddiaçı "xxxx" MTK Cavabdeh qarşı “çoxmənzilli binaların saxlanılmasına görə ödənilməmiş məbləğin tutulması” tələbinə dair iddia ərizəsi ilə xx.xx.2022-ci il tarixdə məhkəməyə müraciət edərək, Cavabdeh Bakı şəhəri, Xətai rayonu, Ceyhun Həsənov küçəsi, 83 ünvanında yerləşən 49 saylı mənzilin saxlanmasına görə 2021-ci ilin may ayından başlayaraq hər ay üçün 84 manat olmaqla, ümumilikdə 1176 (bir min bir yüz yetmiş altı) manat məbləğində pul vəsaitinin tutularaq iddiaçıya ödənilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, Cavabdeh ilə iddiaçı "xxxx" Mənzil-Tikinti Kooperativi arasında xx.xx.2021-ci il tarixdə Kooperativ Binada Kommunal-Təsərrüfat işləri haqqında müqavilə bağlanmışdır. Müqavilənin bəndlərinə əsasən cavabdeh və iddiaçı tərəfindən öz üzərlərinə öhdəliklər götürülmüşdür. Belə ki, müqavilənin birinci bəndinə əsasən iddiaçı öz üzərinə cavabdehin də mənzilinin yerləşdiyi ünvan 1 ünvanında yerləşən binanın ümumi təsərrüfat işlərinin yerinə yetirilməsini öz üzərinə götürmüşdür. Müqavilənin birinci bəndində göstərilən öhdəliklər müqavilədə öz əksini tapmışdır. Müqavilənin ikinci bəndinə əsasən bina sakini MTK tərəfindən müəyyən edilmiş aylıq kommunal xidməti (hər bir kv/m üçün 0.60 manat) ödəməsini öz üzərinə götürmüşdür. Cavabdeh mənzili 3 otaqdan ibarət olmaqla ümumi sahəsi 140.21 kv.m olduğu üçün aylıq kommunal ödəniş 84 manat təşkil edir. Cavabdehin mənzilin mülkiyyətçisi olduğu gündən, yaşayış binasının saxlanılması üçün zəruri olan xərcləri ödəmək vəzifəsi vardır. Dəfələrlə xəbərdarlıq olunmasına baxmayaraq Cavabdeh mülkiyyətində olan mənzil sahəsinə uyğun olaraq yaşayış kompleksinin saxlanılması üçün təyin edilən ödənişlərin həyata keçirilməsindən imtina edir. İş üzrə Cavabdeh "xxxx" MTK-ya qarşı “müqavilə öhdəliyinin icra edilməməsi nəticəsində vurulmuş maddi ziyanın və artıq hesablanmış pulun tələb edilməsi” tələbinə dair qarşılıqlı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək cavabdehin ilkin iddiasının rədd edilməsi və cavabdeh "xxxx" MTKdan müqavilə öhdəliyinin icra edilməməsi nəticəsində vurulmuş 23.200 manat maddi ziyanın, mənzilin dəyərindən artıq hesablanmış 2.788,8 manat, ümumilikdə 25.988,8 manat və məhkəməyə ərizənin verilməsi üçün ödənilmiş 168 manat dövlət rüsumunun tutularaq ona ödənilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin 2(004)-3934/2022 saylı, xx.xx.2022-ci il tarixli qərardadı ilə Cavabdeh "xxxx" MTK-ya qarşı qarşılıqlı iddia ərizəsi icraata qəbul edilməmiş, qarşılıqlı iddia ərizəsi və ona əlavə edilmiş sənədlər geri qaytarılmışdır. Həmin qərardaddan isə şikayət verilməmişdir. Məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada xəbərdar edilmiş iddiaçı məhkəmə iclasında iştirak etməmiş və bunun üzrlü səbəbləri barədə məlumat verməmişdir. Cavabdeh iddia tələbinə mahiyyəti üzrə baxılmasını tələb etdiyindən məhkəmə işə iddiaçının iştirakı olmadan baxılmasını mümkün hesab edir. Məhkəmə iclasında iştirak edən cavabdehin nümayəndəsi və vəkili Vəkil izahatında bildirdi ki, cavabdeh "xxxx" mənzil tikinti kooperativi ilə bağlanmış 30 iyul 2012-ci il tarixli, 138 saylı müqaviləyə əsasən Xətai rayonu, İlqar Zülfüqarov və Sadıqcan küçələrinin kəsişməsində məhəllə 2942A ünvanında (hazırkı ünvanı Ceyhun Həsənov küçəsi, 83, M 14,) inşa edilən çoxmənzilli binada üç otaqlı, ümumi sahəsi 140,21 kvadrat metr olan 49 saylı mənzilin 1 kvadrat metrinin dəyəri 480 manatdan olmaqla ümumi dəyərinin 30 faizini - 20180 manatını ilkin, qalan 47.121 manatını isə hər ay 1.964 manat ödəməklə almış və mənzilə görə 67.301 manat pul vəsaitini cavabdehin bank hesabına ödəmişdir. İddiaçının xx.xx.2020-ci il tarixli arayışı bunu təsdiq edir. Göründüyü kimi həmin müqavilə ilə cavabdeh üzərinə düşən öhdəlikləri vaxtında və vicdanla yerinə yetirmişdir. İddiaçı isə həmin müqavilə ilə üzərinə götürdüyü öhdəliyi yerinə yetirməmiş və üstəlik ondan 5,81 kvadrat metr sahənin 2.788,8 manat dəyərini artıq almışdır. Müqavilədə ona verilən mənzilin ümumi səhəsi 140,21 kvadrat metr qeyd olunmasına baxmayaraq həmin mənzilə mülkiyyət hüququnu təsdiq edən sənəddə, yəni AR Əmlak məsələləri dövlət komitəsinin yanında Daşınmaz əmlakın dövlət reyestri xidmətinin verdiyi texniki pasportda və çıxarışda mənzilin ümumi sahəsinin 134,4 kvadrat metr olduğu göstərilmişdir. İddiaçı 138 saylı müqavilədə mənzili 2013-cü ilin dekabr ayınadək ona təhvil verməyi, mənzilin daxili divar arakəsmələrinin suvanması, mənzilin girişinə yüksək keyfiyyətli dəmir seyf qapı, xarici pəncərələrinə yüksək keyfiyyətli PVC materialından pəncərələrin quraşdırılması, mənzilə qaz, elektrik, su və kanalizasiya xətlərini çəkməyi öhdəlik kimi götürsə də bunları etməmiş mənzilin xarici pəncərələrinə çox keyfiyyətsiz materialdan pəncərələr və giriş qapısına sınıq dəmir qapı qoymuş, mənzilin arakəsmə divarlarını suvamamış, mənzili qaz, su və elektriklə təmin etməmiş, mənzili bu günə kimi ona təhvil verməmiş və bununla cavabdehə 23.200 manat maddi ziyan vurmuşdur. İddiaçı ona aralarında bağlanmış 30 iyul 2012-ci il tarixli 138 saylı müqavilə ilə götürdüyü öhdəliyi yerinə yetirməyərək mənzili inşa edib müqavilədə göstərilən vaxtda təhvil vermədiyinə görə 8 il (96 ay) ərzində hər ay 200 manat olmaqla 19.200 (on doqquz, min iki yüz) manat, mənzilin giriş qapısına görə 1.000 manat, pəncərələrə görə 2.000 manat, daxili divarların suvanmasına görə 1.000 manat, mənzilin ümumi sahəsini müqavilədə faktiki olduğundan 5,81 kvadrat metr çox qeyd edərək artıq pul ödətdirdiyinə görə 2.788 manat, ümumilikdə 25.988,8 manat maddi ziyan ödənilməlidir. Bu öhdəliyi iddiaçı 30 iyul 2012-ci il tarixli 138 saylı müqavilə ilə rəsmiləşdirmişdir. Belə ki, həmin müqavilənin 4.1-ci bəndində qeyd edilmişdir ki, tərəfər bu müqavilə ilə nəzərdə tutulmuş öhdəliklərinin pozulmasına, vəzifələrinin yerinə yelirilməməsinə və ya lazımınca yerinə yetirilməməsinə görə məsuliyyət daşıyırlar və müqavilədən irəli gələn öhdəliklərin pozulmasına görə qarşı tərəfə vurulmuş ziyanı ödəməyə borcludurlar. Bütün bulara baxmayaraq hazırda iddiaçının məhkəməyə iddia ərizəsi ilə müraciət edərək mənzilin saxlanılması üçün kommunal xərclərin 2021-ci ilin may ayından hazıradək tərəfindən ödənilmədiyinə görə 1.200 manat pulun cavabdehdən tutularaq "xxxx" mənzil tikinti kooperativinə ödənilməsi barədə iddiası tamamilə əsassızdır. Belə ki, cavabdeh iddia ərizəsində mənzilin cavabdehə 2021-ci ilin may ayında təhvil verildiyini və ona məxsus mənzilin saxlanmasına görə kommunal xərclərin həmin vaxtdan hesablandığını qeyd etmişdir. Halbuki daşınmaz əmlaka mülkiyyət hüququ həmin əmlak dövlət reyestrində qeydiyyata alındığı gündən yaranır. Həmin mənzilə cavabdehin mülkiyyət hüququ məhz xx.xx.2021-ci ildə yaranmışdır. Bundan başqa iddiaçı yazdığı iddia ərizəsində cavabdehlə kommunal xərclərin ödənməsinə dair müqaviləni xx.xx.2021-ci il tarixdə bağladığını qeyd etmişdir. Halbuki cavabdeh iddiaçı ilə ümumiyyətlə kommunal xidmətlərə dair heç bir müqavilə bağlamamış və onun qarşısında belə bir öhdəlik götürməmişdir. Çünki müqavilə Cavabdeh özü tərəfindən imzalanmamışdır. Bundan başqa Mənzil Məcəlləsinin 136.4-cü maddəsində qeyd edilmişdir ki, kommunal xidmətlərə görə haqqa soyuq və isti su təminatı, kanalizasiya, elektrik təminatı, qaz təminatı və istilik təchizatına görə ödənilən haqlar daxildir. İddiaçı tərəfindən isə bunların heç biri ilə cavabdehə məxsus olmuş mənzildə təmin edilməmişdir. Belə olan halda iddiaçının bu əsaslarla cavabdehdən haqq tələb etməsi əsassızdır. Bundan əlavə iddiaçı iddia ərizəsində cavabdehin yaşayış kompleksinin saxlanması üçün təyin edilmiş xərcləri ödəməkdən imtina etdiyini göstərmişdir. Halbuki cavabdeh həmin mənzili satmış və bu barədə iddiaçıya da dəfələrlə məlumat vermişdir. Belə ki, xx.xx.2022-ci il tarixdə həmin mənzil X4 mülkiyyətinə keçmişdir. Məhkəmə tərəfindən təyin edilmiş məhkəməxəttşünaslıq ekspertizası üzrə verilmiş ekspert rəyindən də görünür ki, müqaviləni cavabdeh imzalamamışdır. Həmçinin qeyd edildiyi kimi, mənzil hazırda cavabdehin mülkiyyətində deyildir. Belə olan iddiaçının ona qarşı pulun ödənilməsi ilə bağlı subyektiv hüququ yaranmır. Odur ki, göstərilənlərə əsasən iddianın rədd edilməsini məhkəmədən xahiş edir. Verilmiş suala əsasən bildirir ki, mənzildə hazıradək yaşayış olmamışdır. Əvvəlki məhkəmə iclasında iştirak edən iddiaçının nümayəndəsi Nümayəndə izahatında iddia tələbini müdafiə edərək iddianın təmin olunmasını məhkəmədən xahiş edir. O, həmçinin məhkəmə ekspertizasının keçirilməsinə etirazının olmadığını, eləcə də mənzilin mülkiyyətçisinin dəyişməsi ilə bağlı cavabdeh tərəfindən əvvəllər onlara mötəbər sübut təqdim edilmədiyini bildirmişdir. Əvvəlki məhkəmənin iclasında iştirak edən Cavabdeh izahatında bildirmişdir ki, iddianı rədd edir, iddiaçı ilə kommunal xərclərin ödənməsinə dair xx.xx.2021-ci il tarixli müqavilə onun tərəfindən imzalanmayıb və məhkəmə-xətşünaslıq ekspertizasının keçirilməsini xahiş edir. Daha sonra o, məhkəmə iclasında imza-xətt nümunələrini ekspertiza keçirilməsi üçün məhkəməyə təqdim etmişdir. Məhkəmə tərəfindən mənzilin hazırki mülkiyyətçisi X6 müstəqil tələb irəli sürməyən üçüncü şəxs qismində cəlb edilmişdir. Məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada xəbərdar edilmiş müstəqil tələb irəli sürməyən üçüncü şəxs məhkəmə iclasında iştirak etməmiş və bunun üzrlü səbəbləri barədə məlumat verməmişdir. Məhkəmə işə onun iştirakı olmadan baxılmasını mümkün hesab edir. Məhkəmə tərəflərin izahatlarını dinləyib, iş materiallarında olan sənədləri nəzərdən keçirib, sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra hesab edir ki, iddia təmin edilməməlidir. Belə ki, iş materiallarında olan: - "xxxx" MTK ilə Cavabdeh arasında bağlanmış 30 iyul 2012-ci il tarixli 138 nömrəli müqavilədən görünür ki, İcraçı-"xxxx" MTK Bakı şəhəri, Xətai rayonu, İlqar Zülfüqarov və Sadıqcan küçələrinin kəsişməsində (hazırda Ceyhun Həsənov küçəsi), 2942 A saylı məhəllədə inşa edilən yaşayış binasının A blokunun 14-cü mərtəbəsində yerləşən ümumi sahəsi 140,21 kv.m olan, 3 otaqlı, 49 saylı mənzilin bütün tikinti-quraşdırma işlərinin görülməsini, Sifarişçi - Cavabdeh isə müqavilə ilə nəzərdə tutulmuş qaydada tərəflər arasında razılaşdırılmış şərtlərlə aldığı mənzilin dəyərini ödəməyi öhdəsinə götürmüşdür. Həmin müqavilənin 2.1-ci bəndiə əsasən mənzilin hər kv.m-i 480 manat olmaqla, ümumi dəyəri 67.301 manat məbləğində müəyyən edilmişdir. - 22 oktyabr 2021-ci il tarixli 132/21 saylı maliyyə arayışından görünür ki, Cavabdeh mənzilin ümumi dəyəri olan 67.301 manat məbləği tam ödəmiş və borcu qalmamışdır. -"xxxx" MTK ilə Cavabdeh arasında bağlanmış 22 oktyabr 2021-ci il tarixli “Kooperativ binada kommunal-təsərrüfat işləri haqqında” müqavilədən görünür ki, "xxxx" MTK binanın ümumi təsərrüfat işlərinin (ərazidən məişət tullantılarının daşınması, binanın girişlərinin, mərtəbələrdə dəhlizlərin və həyətin təmizlənməsi, binanın daimi su, elektrik enerjisi və qazla təmin edilməsi üçün tədbirlər görülməsi, binada girişlərin və həyətin işıqlanmasının təmin olunması, liftlərin daim işlək vəziyyətdə olmasının təmin edilməsi, liftlərin, nasosxananın və elektrik yarımstansiyasının cari təmir işlərinin aparılmasının təmin edilməsi, binanın mühafizəsinin təmin edilməsi və cari işlər) yerinə yetirilməsini və mənzil sahibi isə MTK tərəfindən müəyyənləşdirilmiş aylıq kommunal xidmət haqqını, yəni mənzilin ümumi sahəsinin hər kv.m-i üçün 0,60 AZN-dən az olmamaqla, cəmi 84 AZN məbləği ödəməyi öhdəsinə götürmüşdür. - 29 yanvar 2022-ci il tarixli AN-İ seriyalı ******* nömrəli Daşınmaz Əmlakın alqı-satqı müqaviləsindən görünür ki, Cavabdeh Bakı şəhəri, Xətai rayonu, Ceyhun Həsənov küçəsi, məhəllə 2942A, ev 79, 81, 83, mənzil 49 (yeni qaydalarla: ünvan 3 ünvanında yerləşən mənzili X1. Həmin müqavilədən müəyyən edilir ki, ƏMDK yanında DƏDRX-nin Bakı şəhər Ərazi İdarəsi tərəfindən xx.xx.2021-ci il tarixdə verilmiş **********63-05301-093094 reyestr nömrəli, ********** nömrəli dövlət reyestrindən çıxarışa əsasən mənzil tam mülkiyyət hüququ üzrə Cavabdeh məxsus olmuşdur. - Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Xidmətinin Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri Publik hüquqi şəxsi tərəfindən xx.xx.2022-ci il tarixdə verilmiş **********63-05301-093094 reyestr nömrəli, ********** nömrəli dövlət reyestrindən çıxarışa əsasən müəyyən edilir ki, Bakı şəhəri, Xətai rayonu, Ceyhun Həsənov küçəsi, məhəllə 2942A, ev 79, 81, 83, mənzil 49 (yeni qaydalarla: ünvan 3 ünvanında yerləşən mənzil xüsusi mülkiyyət hüququ ilə X4 adına qeydiyyata alınmışdır. - İş üzrə təyin edilmiş məhkəmə-xəttşünaslıq ekspertizası üzrə Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Məhkəmə Eskpertizası Mərkəzi tərəfindən verilmiş 4/501 saylı, xx.xx.2023-cü il tarixli ekspert rəyinə əsasən müəyyən edilir ki, ekspertizaya təqdim edilmiş 2(004)-99/2023 saylı mülki işdə olan xx.xx.2012-ci il tarixli, 138 №-li Müqavilənin “6.Tərəflərin rekvizitləri, ünvanı,imzası” bölməsinin “Sifarişçi” qrafasında "Cavabdeh o.” sözlərinin altındakı imza - Cavabdeh tərəfindən icra olunmuşdur. Ekspertizaya təqdim edilmiş, 2(004)-99/2023 saylı mülki işdə olan xx.xx.2021-ci il tarixli "Kooperativ binada kommunal-təsərrüfat işləri haqqında" müqavilənin aşağı sağ küncündə “Bakı şəhəri, Xətai rayonu Sadıqcan küçəsi 83, 49 saylı mənzilin sahibi Cavabdeh o.” sözlərinin üst hissəsindəki imza - Cavabdeh tərəfindən yox, başqa şəxs tərəfindən icra olunmuşdur. Ekspertizaya təqdim edilmiş, 2(004)-99/2023 saylı mülki işdə olan xx.xx.2021-ci il tarixli “Kooperativ binada kommunal-təsərrüfat işləri haqqında’ müqavilənin aşağı sağ küncündə “Bakı şəhəri, Xətai rayonu Sadıqcan küçəsi 83, 49 saylı mənzilin sahibi Cavabdeh o.” sözlərinin üst hissəsindəki imza – (İ qrup) ilə xx.xx.2012-ci il tarixli, 138 nöməli Müqavilənin”6 Tərəflrəin rekvizitləri, ünvanı, imzası” bölməsinin “Sifarişçi qrafasında “Cavabdeh o” sözlərinin altındakı imza- müxtəlif şəxslər tərəfindən icra olunmuşdur. Beləliklə məhkəmə araşdırması ilə müəyyən edilmiş işin mübahisəsiz halları ondan ibarətdir ki, tərəflər arasında 30 iyul 2012-ci il tarixli 138 nömrəli müqavilə bağlanaraq iddiaçı "xxxx" MTK Bakı şəhəri, Xətai rayonu, İlqar Zülfüqarov və Sadıqcan küçələrinin kəsişməsində (hazırda Ceyhun Həsənov küçəsi), 2942 A saylı məhəllədə inşa edilən yaşayış binasının A blokunun 14-cü mərtəbəsində yerləşən ümumi sahəsi 140,21 kv.m olan, 3 otaqlı, 49 saylı mənzili 67.301 manata Cavabdeh satmışdır. Cavabdehin hazırda mənzilin dəyəri ilə bağlı borcu qalmamışdır. Daha sonra cavabdeh mənzili xx.xx.2021-ci il tarixdə mülkiyyət hüququ ilə dövlət reyestrində adına qeydiyyata aldırmış, 29 yanvar 2022ci il tarixdə isə alqı-satqı müqaviləsinə əsasən X2 və sonuncunun mülkiyyət hüququ xx.xx.2022-ci il tarixdə dövlət reyestrində qeydiyyata alınmaqla, hazırda da onun mülkiyyətindədir. Hazırda iddiaçı 22 oktyabr 2021-ci il tarixli “Kooperativ binada kommunal-təsərrüfat işləri haqqında” müqaviləyə istinad edərək, Bakı şəhəri, Xətai rayonu, Ceyhun Həsənov küçəsi, 83 ünvanında yerləşən 49 saylı mənzilin saxlanmasına görə həmin mənzilin mülkiyyəçisi olduğu tarixdən, yəni 2021-ci ilin may ayından hər ay üçün 84 manat olmaqla, ümumilikdə 1.176 (bir min bir yüz yetmiş altı) manat məbləğində pul vəsaitinin tutularaq iddiaçıya ödənilməsini xahiş edir. Cavabdeh isə iddia tələbinə etiraz edib, 22 oktyabr 2021-ci il tarixli “Kooperativ binada kommunal-təsərrüfat işləri haqqında” müqavilənin cavabdeh tərəfindən imzalanmadığını, həmin müqavilənin etibarsız olması əsası ilə cavabdehin iddiaçı qarşısında hər hansı öhdəliyinin yaranmadığını, eləcə də 29 yanvar 2022-ci il tarixdən mənzilin hazırki mülkiyyətçisinin digər şəxs olmasını əsas gətirərək iddianın rədd olunmasını xahiş edir. Məhkəmə əvvəla tərəflər arasında bağlanmış müqavilələrə münasibətdə qeyd edir ki, məhkəmə araşdırması zamanı təyin edilmiş məhkəmə-xəttşünaslıq ekspertizası üzrə Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Məhkəmə Eskpertizası Mərkəzi tərəfindən verilmiş 4/501 saylı, xx.xx.2023-cü il tarixli ekspert rəyinə əsasən 30 iyul 2012-ci il tarixli 138 nömrəli müqavilənin cavabdehin özü tərəfindən imzalanması müəyyən edilməsinə baxmayaraq, iddiaçının hüquqi əsas kimi istinad etdiyi 22 oktyabr 2021-ci il tarixli “Kooperativ binada kommunal-təsərrüfat işləri haqqında” müqavilənin cavabdeh tərəfindən imzalanmadığı aşkar edilmişdir. Göründüyü kimi 22 oktyabr 2021-ci il tarixli müqavilənin bağlanması zamanı mülki qanunvericiliklə müəyyən edilmiş şərtlər pozulmuşdur. Belə ki, AR MM-nin tələblərinə əsasən yazılı əqd onu bağlayan şəxs və ya onun lazımınca vəkil etdiyi şəxs (və ya şəxslər) tərəfindən imzalanmalıdır. Məhkəmə həmçinin qeyd edir ki, Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Məhkəmə Eskpertizası Mərkəzi tərəfindən verilmiş 4/501 saylı, xx.xx.2023-cü il tarixli ekspert rəyi iş materiallarında toplanmış hər hansı mötəbər sübutla təkzib edilmədiyindən məhkəmə tərəfindən rəy mötəbər sübut kimi qəbul edilir. Bundan əlavə məhkəmə tərəfindən qeyd olunan müqavilələrdəki Cavabdeh adından atılmış imzalar müqayisəli şəkildə təhlil edildikdə də vizual olaraq ilkin baxışdan aşkar surətdə görünür ki, imzalar tamamilə bir-birindən fərqlidir. Odur ki, göstərilənlərə əsasən məhkəmə hesab edir ki, 22 oktyabr 2021-ci il tarixli “Kooperativ binada kommunal-təsərrüfat işləri haqqında” müqavilə etibarsız olduğundan, həmin müqavilə üzrə cavabdehin iddiaçı qarşısında hər hansı öhdəliyi yarana bilməz. Göstərilənlərlə yanaşı, iddiaçı ərizəsində kommunal xərclərin 2021-ci ilin may ayından, yəni mənzilin cavabdehin mülkiyyətinə keçdiyi vaxtdan hesablanmasını iddia etməsinə baxmayaraq, işin mübahisəsiz hallarından müəyyən edilir ki, mənzil xx.xx.2021ci il tarixdə mülkiyyət hüququ ilə cavabdehin adına qeydiyyata alınmışdır. İddiaçı isə bunun əksinə olaraq mənzilin nə vaxtdan cavabdehin sahibliyinə təhvil verilməsinə dair mötəbər sübut təqdim etməmişdir. Eyni zamanda məhkəmə araşdırması zamanı tərəflərin izahatları ilə mübahisəli mənzildə hazıradək yaşayış olmadığı və mənzilin mülkiyyətçisinin xx.xx.2022-ci il tarixdən dəyişdiyi müəyyən edilmişdir. İddiaçının istinad etdiyi 22 oktyabr 2021-ci il tarixli müqavilənin məzmunundan da göründüyü kimi, iddiaçı ümumi təsərrüfat işlərinin yerinə yetirilməsi ilə bağlı kommunal xərclərin ödənilməsini cavabdehdən tələb edir. Həmin təsərrüfat işlərinə isə ərazidən məişət tullantılarının daşınması, binanın girişlərinin, mərtəbələrdə dəhlizlərin və həyətin təmizlənməsi, binanın daimi su, elektrik enerjisi və qazla təmin edilməsi üçün tədbirlər görülməsi, binada girişlərin və həyətin işıqlanmasının təmin olunması, liftlərin daim işlək vəziyyətdə olmasının təmin edilməsi, liftlərin, nasosxananın və elektrik yarımstansiyasının cari təmir işlərinin aparılmasının təmin edilməsi, binanın mühafizəsinin təmin edilməsi və cari işlər daxildir. Qeyd olunan işlərin xarakterindən isə göründüyü kimi həmin xidmətlər bilavasitə mənzildən istifadə ilə bağlıdır. İddiaçı isə hansı mülkiyyətçiyə nə zamandan qeyd olunan xidmətlərin göstərilməsi, mənzilin nə vaxtdan mülkiyyətçilərə, yəni koorperativ üzvlərinə təhvil verilməsinə dair məhkəməyə hər hansı mötəbər sübut təqdim etməmişdir. İşin hallarından göründüyü kimi, iddiaçı təşkilati hüquqi formasına görə mənzil mülkiyyətçilərinin müştərək cəmiyyətləri formasına çevrilməmiş və mənzil tikinti koorperativi qismində fəaliyyət göstərir. Mənzil Məcəlləsinin 135.2.3-cü maddəsinə görə isə mənzil-tikinti kooperativi üzvləri üçün – mənzil-tikinti kooperativi tərəfindən yaşayış sahəsinin verildiyi andan mənzil sahiblərinin yaşayış sahəsinə və kommunal xidmətlərə görə haqqın ödənilməsi vəzifəsi yaranır. Odur ki, göstərilənlərə əsasən məhkəmə hesab edir ki, iddiaçının hazırki tələbi təmin edilə bilməz. Məhkəmə həmçinin qeyd edir ki, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 6.1.5ci maddəsinə əsasən müqavilələr azadlığı mülki qanunvericiliyin prinsiplərindən biridir. Həmin Məcəllənin 324-cü maddəsinə əsasən, əqd mülki hüquq münasibətinin əmələ gəlməsinə, dəyişdirilməsinə və ya xitamına yönəldilmiş birtərəfli, ikitərəfli və ya çoxtərəfli iradə ifadəsidir. Əqdlər birtərəfli və müqavilə şəklində (ikitərəfli və ya çoxtərəfli) ola bilər. Müqavilənin bağlanması üçün iki tərəfin razılaşdırılmış iradə ifadəsi (ikitərəfli əqd) və ya üç və ya daha çox tərəfin razılaşdırılmış iradə ifadəsi (çoxtərəfli əqd) zəruridir. İradə ifadəsinin təfsiri zamanı onun həqiqi məzmunu təkcə hərfi mənaya görə deyil, həm də ağlabatan mühakimə əsasında müəyyənləşdirilməlidir. Həmin Məcəllənin 337.1-ci maddəsinə əsasən bu Məcəllədə müəyyənləşdirilmiş şərtləri pozmaqla bağlanmış əqd etibarsızdır. Etibarsız əqdlər mübahisə edilən əqdlər və ya əhəmiyyətsiz əqdlər ola bilər. Həmin Məcəllənin 331.1-ci maddəsinə əsasən yazılı əqd onun məzmununu ifadə edən və əqdi bağlayan şəxs və ya şəxslər və ya onların lazımınca vəkil etdikləri şəxslər tərəfindən imzalanmış sənədin tərtibi yolu ilə bağlanmalıdır. Həmin Məcəllənin 386.1-ci maddəsinə əsasən öhdəliyin zərər vurulması, əsassız varlanma və ya bu Məcəllədə nəzərdə tutulmuş digər əsaslar nəticəsində əmələ gəlməsi halları istisna olmaqla, öhdəliyin əmələ gəlməsi üçün onun iştirakçıları arasında müqavilə olmalıdır. Həmin Məcəllənin 387.3-cü maddəsinə əsasən öhdəlik tərəf kimi onda iştirak etməyən şəxslər (üçüncü şəxslər) üçün vəzifələr yaratmır. Azərbaycan Respublikası Mənzil Məcəlləsinin 38.1-ci maddəsinə əsasən çoxmənzilli binanın ümumi əmlakının saxlanması üzrə xərclər binanın sahə mülkiyyətçilərinin hesabına ödənilir. Həmin Məcəllənin 38.2-ci maddəsinə əsasən çoxmənzilli binanın sahə mülkiyyətçisinin hesabına ödənilən binanın ümumi əmlakının saxlanması üzrə məcburi xərclərdə mülkiyyətçinin payı onun binanın ümumi əmlakına mülkiyyət hüququnda payına mütənasib olaraq müəyyənləşdirilir. Həmin Məcəllənin 135.2-ci maddəsinə əsasən yaşayış sahəsinə və kommunal xidmətlərə görə haqqın ödənilməsi vəzifəsi aşağıdakı andan yaranmış hesab edilir: 135.2.3. mənzil-tikinti kooperativi üzvləri üçün – mənzil-tikinti kooperativi tərəfindən yaşayış sahəsinin verildiyi andan. Həmin Məcəllənin 137.4-cü maddəsinə əsasən mənzil mülkiyyətçiləri müştərək cəmiyyətinin, mənzil-tikinti kooperativinin və ya vətəndaşların yaşayış sahəsinə olan ehtiyaclarını ödəmək üçün müvafiq qanuna uyğun olaraq yaradılmış digər ixtisaslaşmış istehlak kooperativinin (bundan sonra – ixtisaslaşmış istehlak kooperativi) üzvləri çoxmənzilli binanın ümumi əmlakının saxlanmasına, cari və əsaslı təmirinə xərclərin çəkilməsi, habelə kommunal xidmətlərin ödənilməsi ilə bağlı mütləq ödənişləri və (və ya) haqları mənzil mülkiyyətçiləri müştərək cəmiyyətinin idarəetmə orqanı və ya mənzil-tikinti kooperativinin idarəetmə orqanı və ya digər ixtisaslaşmış istehlak kooperativinin idarəetmə orqanı tərəfindən müəyyənləşdirilmiş qaydada ödəyirlər. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Beləliklə, göstərilənlərə əsasən məhkəmə hesab edir ki, iddiaçı "xxxx" Mənzil Tikinti Kooperativinin Cavabdeh qarşı “çoxmənzilli binaların saxlanılmasına görə ödənilməmiş məbləğin tutulması” tələbinə dair iddiası rədd edilməlidir. Azərbaycan Respublikası 119-cu maddəsinə əsasən, məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Məhkəmə hesab edir ki, iddia tələbi rədd edildiyindən iş üzrə keçirilmiş ekspertiza xərci və ödənilmiş dövlət rüsumu iddiaçıya aid edilməlidir. İş materiallarında olan keçirilmiş ekspertiza tədqiqatının dəyəri 110 (yüz on ) manat təşkil edir. Yuxarıda göstərilənlərə əsasən və Mülki Prosessual Məcəllənin 216-220-ci, 358-ci və 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddia rədd edilsin. Ödənilmiş dövlət rüsumu iddiaçıya aid edilsin. Keçirilmiş ekspertiza xərcinin əvəzi olan 110 (yüz on ) manat məbləğində pul iddiaçı "xxxx" Mənzil Tikinti Kooperativindən tutularaq Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin hesabına (Az.MEM, VÖEN **********, AZ34CTRE********************, X3, Kod 210005, VÖEN **********, Müxbir hesab AZ41NABZO**********003003944, S.W.İ.F.T. Bik: CTREAZ22) ödənilsin. Qətnamədən, qətnamə işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən bir ay müddətində “Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinetdən Bakı şəhəri Yasamal Rayon Məhkəməsi vasitəsilə Bakı Apelyasiya Məhkəməsinin Mülki Kollegiyasına apelyasiya şikayəti verilə bilər. Sədrlik edən: Günel Əkbərli
Məhkəmə qərarları › İş №2(004)-99/2023
Bakı Şəhəri Yasamal Rayon Məhkəməsi Qətnamə — İş №2(004)-99/2023
30.05.2023 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Sair öhdəliklər üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver