Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(005)-1004/2022 13.04.2022 BAKI ŞƏHƏRİ NƏRİMANOV RAYON MƏHKƏMƏSİ Hakim Əsədova Gültəkin Akif qızının sədrliyi, Məhkəmə iclas katibi X1, İddiaçı Heydərovnanın, onun nümayəndəsi və vəkili Vəkil1, Cavabdeh1 Fehmi oğlunun nümayəndəsi və vəkili Vəkil2, Cavabdeh2 Abdullah oğlunun nümayəndəsi və vəkili Vəkil3 iştirakları ilə, İddiaçı Heydərovnanın cavabdehlər Cavabdeh1 Fehmi oğlu və Cavabdeh2 Abdullah oğluna qarşı “alqı-satqı müqaviləsinin etibarsız hesab edilməsi və paylı mülkiyyətə hüququnun tanınması” tələbinə dair iddia ərizəsi üzrə mülki işə məhkəmənin inzibati binasında, açıq məhkəmə iclasında baxaraq MÜƏYYƏN ETDİ: İddiaçı Heydərovna cavabdehlər Cavabdeh1 Fehmi oğlu və Cavabdeh2 Abdullah oğluna qarşı “alqı-satqı müqaviləsinin etibarsız hesab edilməsi və paylı mülkiyyətə hüququnun tanınması” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, 08.10.2021-ci il tarixli 4Ə-1029 reyestr nömrəli alğı-satqı müqaviləsinin etibarsız hesab edilməklə Bakı şəhəri, Nərimanov rayonu, Kazım Kazımzadə küçəsi, ev 30, 224 saylı mənzilin 1/2 hissəsinə İddiaçı Heydərovnanın paylı mülkiyyət hüququnun tanınması barədə qətnamə qəbul edilməsini məhkəmədən xahiş etmişdir. İddiaçı Heydərovna iddia ərizəsini onunla əsaslandırmışdır ki, İddiaçı Heydərovna və Türkiyə Respublikası vətəndaşı Cavabdeh1 Fehmi oğlu 28 noyabr 2013-cü ildə 2155 nömrəli akt qeydi ilə nikaha daxil olmuşlar. İddiaçı Heydərovnamn iddiası əsasında nikahın pozulması ilə bağlı Xəzər Rayon Məhkəməsində başlanılmış 2(003)-4609/202l nömrəli iş üzrə icraat davam edir. DƏDRX 1 saylı Bakı Ərazi idarəsinin 04.11.2021-ci il tarixli **********79 nömrəli məktubundan da görünür ki, Bakı şəhəri, Nərimanov rayonu, Kazım Kazımzadə küçəsi, 30 saylı evin 224 saylı mənzili tərəflərin birgə nikahda olduqları 27.07.2017-ci il tarixdə Cavabdeh1 adına qeydiyyatdan keçmişdir. Qanunvericiliyin normalarından da göründüyü kimi, Bakı şəhəri, Nərimanov rayonu, Kazım Kazımzadə küçəsi, 30 saylı evin 224 saylı mənzili İddiaçı ilə Cavabdeh1 birgə nikalıda olduqları dövrdə (27.07.2017-ci il tarixdə) əldə edilməklə onların ümumi birgə mülkiyyəti olmuşdur. Lakin DƏDRX 1 saylı Bakı Ərazi İdarəsinin 04.11.2021-ci il tarixli **********79 nömrəli məktubundan da göründüyü kimi, həmin mənzil 29 saylı notariat ofisinin xüsusi notariusu tərəfindən təsdiq edilmiş 08.10.2021-ci il tarixli 40-1029 reyestr nömrəli alğı-satqı müqaviləsinə əsasən Cavabdeh2 adına özgəninkiləşdirilmişdir. Belə ki, Cavabdeh1 boşanma ərəfəsində, İddiaçı hər hansı daşınmaz əşya qalmamasını təmin etmək üçün Bakı şəhəri, Nərimanov rayonu, Kazım Kazımzadə küçəsi, ev 30, 224 saylı mənzili satmaq niyyəti olmasa da, 08.10.2021-ci il tarixli 40-1029 reyestr nömrəli alqısatqı müqaviləsi ilə formal olaraq dostu Cavabdeh2 satmışdır. Bunu edərkən onun (Cavabdeh1) əsas məqsədi rəsmiyyətdə adına daşınmaz olmamasını təmin etmək, bununla da həmin mənzili tərəflərin ümumi birgə mülkiyyəti kateqoriyasından çıxarmaq olmuşdur. Nəticə etibarilə, nə Cavabdeh1 həmin mənzili satmaq niyyəti, nə də Cavabdeh2 almaq niyyəti olmamış, sadəcə həqiqi hüquqi vəziyyəti pərdələmək məqsədi ilə uydurma əqd bağlanmışdır. Mülki Məcəllənin 340.1 -ci maddəsinə görə "Uydurma əqd ona uyğun hüquqi nəticələr yaratmaq niyyəti olmadan yalnız görünüş üçün bağlanmış əqddir. Uydurma əqd əhəmiyyətsizdir". Maddədən göründüyü kimi 08.10.2021-ci il tarixli 4Ə-1029 reyestr nömrəli alğı-satqı müqaviləsi uydurma əqd olduğundan əhəmiyyətsiz dərəcəsində etibarsızdır. Bu səbəbdən həmin alqı-satqı müqaviləsi əsasında Cavabdeh2 DƏDRX-dən çıxarış verilmişdirsə, bu çıxanş qanunsuzdur və ləğv edilməlidir. Digər tərəfdən birgə mülkiyyətdə olan daşınmaz əmlak arvadın (ərin) indiki halda İddiaçı razılığı olmadan özgəninkiləşdirilə bilməzdi. Özgəninkiləşdirilsə belə, bu cür əqd etibarsızdır. Cavabdeh1 qanunun bu tələbləri formal olaraq yerinə yetirmək üçün İddiaçı başqa məqsədlər üçün aldığı etibarnamədən istifadə etmiş və mənzili tələm-təsəlik dostu Cavabdeh2 satmışdır. İddiaçı Cavabdeh1 boşanma niyyətini öyrəndikdən sonra dərhal etibarnaməni ləğv etdirmişdir. Əgər üçüncü şəxs etibarnamənin qüvvəsinə xitam verildiyini bilirdisə və ya bilməli idisə, bu qayda tətbiq edilmir". Bu tənzimləmədəki məntiqdən yola çıxaraq, təmsilçi səlahiyyətindən kənar hərəkət edərkən, üçüncü şəxs təmsilçinin səlahiyyətindən kənar hərəkət etdiyini bilirdisə vəya bilməli idisə, səlahiyyətsiz təmsilçinin etdiyi hərəkətlər vəkalət verən üçün hüquqi qüvvəyə malikdir. 08.10.2021-ci il tarixli 4Ə-1029 reyestr nömrəli alğı-satqı müqaviləsinin qarşı tərəfi olan üçüncü şəxs (Cavabdeh2) təmsilçinin (Cavabdeh1) dostu olduğundan Cavabdeh1 mənzili vəkalət verənin, yəni İddiaçı mənafeyinə uyğun olmayaraq saldığını, dolayısı ilə səlahiyyətsiz olduğunu bilirdi və ya bilməli idi. Çünki Cavabdeh1 dostu olan Cavabdeh2 dostu ilə İddiaçı arasında münasibətlərin pisləşdiyini və onların ayrıldıqlarını, ayrı evdə yaşadıqlarını, boşanma ərəfəsində olduqlarını bilirdi. Bütün bu əsaslar da 08.10.2021-ci il tarixli 40-1029 reyestr nömrəli alğı-satqı müqaviləsinin etibarsız hesab edilməli olduğunu göstərir. Cavabdeh1 İddiaçı mənafeyindən çıxış etmədiyi Cavabdeh1 mənzilin alqısatqısından əldə etdiyi məbləğin yarısını İddiaçı verməməsi ilə bağlı işin faktiki halı ilə də öz təsdiqini tapır. Bununla yanaşı, Cavabdeh1 qeyd edilən hərəkəti tapşırıq müqaviləsinə də zidd davranışdır. Belə ki, Cavabdeh1 və İddiaçı arasındakı münasibət həmçinin tapşırıq müqaviləsi münasibətidir. Daha sonra İddiaçı Heydərovna 18.02.2022-ci il tarixdə iddia tələbinin dəqiqləşdirilməsinə dair ərizə təqdim edərək, Cavabdeh1 Fehmi oğlu tərəfindən nikah dövründə satılmış, dəyəri ******* manat məbləğində Bakı şəhəri, Nərimanov rayonu, Kazım Kazımzadə küçəsi, 30 saylı evin 224 saylı mənzilinin dəyərinin ½ -ni, yəni ******* manat pulun Cavabdeh1 Fehmi oğlundan tutularaq İddiaçı Heydərovnaya verilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Məhkəmə iclasında İddiaçı Heydərovna, onun nümayəndəsi və vəkili Vəkil1 ayrı-ayrılıqda iddia tələbini müdafiə edərək iddianın təmin edilməsinə dair qətnamə qəul edilməsini xahiş etmişlər. Cavabdeh1 Fehmi oğlunun nümayəndəsi və vəkili Vəkil2 məhkəmə iclasında iddia tələbini qəbul etmədi və izahatında bildirdi ki, alqı-satqı müqaviləsindən əldə edilmiş gəlir birgə nikahda olduqları dövrdə ailənin banka olan borclarına sərf edilmişdir. Cavabdeh2 Abdullah oğlunun nümayəndəsi və vəkili Vəkil3 məhkəmə iclasında iddia ərizəsinin əsassız olduğunu bildirərək rədd edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etdi. Belə ki, Cavabdeh2 vicdanlı alıcı olmaqla qanuna uyğun alqı-satqı müqaviləsi əsasında evi almışdır. Məhkəmə işdə iştirak edən şəxsin izahatını iş üzrə təqdim olunmuş digər sübutlarla yanaşı yoxlayaraq, iddia tələblərinin dəlillərini, işdə olan sübutları işin bütün faktiki hallarının tam, hərtərəfli və obyektiv araşdırılmasına əsaslanmaqla qiymətləndirərək belə hesab edir ki, aşağıda göstərilənlərə əsasən iddia tələbi qismən təmin edilməlidir. İş materiallarında olan və məhkəmə baxışında tədqiq olunmuş sübutlarla müəyyən olunmuşdur ki: Bakı Nikah Evi tərəfindən verilmiş 02.11.2021-ci il tarixli, 05/Q-662/69 nömrəli nikah haqqında arayışından görünür ki, Cavabdeh1 və X3 arasında 28.11.2013-cü il tarixdə 2155№-li akt qeydi tərtib edilmişdir. Arvada Tayat soyadı verilmişdir. Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 1 saylı Bakı Ərazi İdarəsinin 04.11.2021-ci il tarixli, **********79 nömrəli məktubundan görünür ki, Cavabdeh1 Fehmi oğlunun adına Azərbaycan Respublikası ərazisində daşınmaz əmlakın olub-olmaması ilə müraciətə Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 1 saylı Bakı Ərazi İdarəsində baxılmışdır. Bununla əlaqədar olaraq bildirilir ki, Bakı şəhəri, Nərimanov rayonu, Kazım Kazımzadə küçəsi, ev 30, 224 saylı mənzil 27.07.2017-ci il tarixdə Cavabdeh1 adına qeydiyyatdan keçmişdir, lakin 29 saylı notariat ofisinin xüsusi notariusu tərəfindən təsdiq edilmiş 08.10.2021-ci il tarixli 4Ə-1029 reyestr nömrəli alqı-satqı müqaviləsinə əsasən Cavabdeh2 adına özgəninkiləşdirilmişdir. Cavabdeh1 Fehmi oğlunun adına respublika üzrə qeydiyyatdan keçmiş digər daşınmaz əmlak aşkar edilməmişdir. Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 1 saylı Bakı Ərazi İdarəsinin 14.12.2021-ci il tarixli, **********64 nömrəli məktubundan görünür ki, Bakı şəhəri, Nərimanov rayonu, Kazım Kazımzadə küçəsi, ev 30, 224 saylı mənzil 27.07.2017-ci il tarixdə Cavabdeh1 adına qeydiyyatdan keçmişdir, lakin 29 saylı notariat ofisinin xüsusi notariusu tərəfindən təsdiq edilmiş 08.10.2021-ci il tarixli 4Ə-1029 reyestr nömrəli alqı-satqı müqaviləsinə əsasən Cavabdeh2 adına özgəninkiləşdirilmişdir. X2 və İddiaçı Heydərovnanın adlarına Bakı şəhərində qeydiyyatdan keçmiş daşınmaz əmlak aşkar edilməmişdir. Əlavə olaraq bildiririk ki, ünvan 1 ünvanına dair ətraflı məlumat təqdim edildikdən sonra sorğunuza yenidən baxıla bilər. Cavabdeh1-satıcı ilə Cavabdeh2 qızı-alıcı arasında bağlanmış AN-İ seriyalı ******* nömrəli, 08.10.2021-ci il tarixli daşınmaz əmlakın alqı-satqı müqaviləsinin surətindən və məzmunundan görünür ki, satıcı mülkiyyətində olan Bakı şəhəri, Nərimanov rayonu, Kazım Kazımzadə küçəsi, ev 30, 224 saylı mənzili satıcıya 300.000 (üç yüz min) manat qiymətə satmağı, alıcı isə müvafiq əmlakı həmin qiymətə satmağı öz üzərinə götürmüşdür; Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidməti Hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən çıxarışın surətindən görünür ki, Bakı şəhəri, Nərimanov rayonu, Kazım Kazımzadə küçəsi, ev 30, blok F2, mənzil 224 Cavabdeh1 adına 27.07.2017-ci il tarixdə xüsusi mülkiyyət kimi qeydiyyatdan keçmişdir. Reyestrdə 8İ-157 №-li Bakı şəhəri 7 saylı notariat ofisində tərtib etdiyi İddiaçı tərəfindən 12.01.2019-cu il tarixli ərizəsindən görünür ki, əri Cavabdeh1 məxsus Bakı şəhəri, ünvan 2 ünvanında yerləşən mənzilin satılmasına etiraz etmir. Məhkəmə araşdırması zamanı müəyyən olunmuşdur ki, İddiaçı Heydərovna ilə Cavabdeh1 Fehmi oğlu 28.11.2013-cü il tarixdə ailə quraraq rəsmi nikaha daxil olmuşlar. Bakı şəhəri, Nərimanov rayonu, Kazım Kazımzadə küçəsi, ev 30, mənzil 224, 27.07.2017-ci il tarixdə, yəni birgə nikahda olduqları dövrdə Cavabdeh1 adına qeydiyyatdan keçmişdir. Qeyd edilən mənzil 08.10.2021-ci il tarixdə AN-İ ******* №-li alqı-satqı müqaviləsi üzrə 300000 manata Cavabdeh2 satılmışdır. Məhkəmə tərəfindən alqı-satqı müqaviləsi üzrə notariat işinin materiallarına baxış keçirilərkən İddiaçı Heydərovnanın 10.01.2019-cu il tarixdə Bakı şəhəri, Nərimanov rayonu, Kazım Kazımzadə küçəsi, ev 30, mənzil 224-ün satılmasına etirazının olmamasına dair notarial qaydada verilmiş ərizəsi aşkar edilmişdir. Bu səbəbdən məhkəmə hesab edir ki, alqı-satqı müqaviləsi bağlanarkən qanunvericiliyin normaları pozulmamışdır. Lakin əmlak tərəflərin birgə nikahı dövründə əldə olundugundan və iddiaçının razılığı ilə satıldıgından, alqı-satqıdan əldə edilmiş 300.000 manat məbləgin yarısı iddiaçıya məxsusdur. İddiaçının həmin mənzilin dəyərinin ******* manat məbləğində olması ilə bağlı arqumenti inandırıcı deyil. Belə ki, mülkiyyətçi əmlakını satarkən onun satış məbləgi ilə bağlı sərbəstdir, dəyənini tərəflər müəyyən edir. Azərbaycan Respublikası Konstitusiyasının: 13-cü maddəsinə əsasən mülkiyyət toxunulmazdır və dövlət tərəfindən müdafiə olunur; 29-cu maddəsinin İ və İİ bəndlərinə əsasən hər kəsin mülkiyyət hüququ vardır. Mülkiyyətin heç bir növünə üstünlük verilmir. Mülkiyyət hüququ, o cümlədən xüsusi mülkiyyət hüququ qanunla qorunur; 125-ci maddəsinin 7-ci bölməsinə əsasən məhkəmə icraatı həqiqətin müəyyən edilməsini təmin etməlidir. “İnsan hüquqlarının və əsas azadlıqların müdafiəsi haqqında” Konvensiyanın 1 nömrəli protokolunun 1-ci maddəsinə əsasən hər bir fiziki və hüquqi şəxs öz mülkiyyətindən maneəsiz istifadə hüququna malikdir. Azərbaycan Respublikası Ailə Məcəlləsinin: 31.1-ci maddəsinə əsasən ər-arvadın birgə mülkiyyətinin rejimi onların əmlakının qanuni rejimi hesab olunur; 31.2-ci maddəsinə əsasən nikah müqaviləsində başqa hal nəzərdə tutulmayıbsa, ər-arvadın əmlakının qanuni rejimi fəaliyyət göstərir; 32.1-ci maddəsinə əsasən nikah müddətində ər-arvadın əldə etdikləri əmlak onların ümumi birgə mülkiyyəti sayılır; 32.2.1-ci maddəsinə əsasən onların hər birinin əmək, sahibkarlıq və intellektual fəaliyyəti nəticəsində əldə etdikləri gəlirlər, aldıqları pensiya və müavinətlər, eləcə də xüsusi təyinatı olmayan digər pul ödəmələri (şikəstlik, sağlamlığın bu və ya digər formada pozulması nəticəsində əmək qabiliyyətinin itirilməsinə görə ödənilən məbləğ, maddi yardımın məbləği və s.) ər-arvadın ümumi birgə mülkiyyətinə daxildir; 32.2.2-ci maddəsinə əsasən ər-arvadın ümumi gəlirləri hesabına əldə edilən daşınar və daşınmaz əşyalar, qiymətli kağızlar, kredit idarələrinə və ya sair kommersiya təşkilatlarına qoyulmuş paylar, əmanətlər, kapitaldan olan paylar və əmlakın ər-arvaddan kimin adına əldə olunmasından, yaxud əmanətin kimin adına və ya kim tərəfindən qoyulmasından asılı olmayaraq nikah dövründə ər-arvadın qazandığı hər hansı sair əmlak ər-arvadın ümumi birgə mülkiyyətinə daxildir; 36.1-ci maddəsinə əsasən ər-arvadın ümumi əmlakının bölünməsi nikah dövründə, eləcə də onlardan birinin tələbi ilə nikah pozulduqdan sonra, habelə kreditor ödəməni ər-arvadın ümumi əmlakında olan onlardan birinin payına yönəltmək üçün ümumi əmlakın bölünməsi tələbi barədə ərizə verdikdə həyata keçirilir; 36.3-cü maddəsinə əsasən mübahisə olduqda, ər-arvadın ümumi əmlakının bölünməsi, eləcə də bu əmlakda ər-arvadın paylarının müəyyən olunması məhkəmə qaydasında həyata keçirilir; Azərbaycan Respublikası Mülki Məcəlləsinin: 213.2-ci maddəsinə əsasən əşya mülkiyyət hüququnda mülkiyyətçilərin hər birinin payı müəyyənləşdirilməklə (paylı mülkiyyət) və ya belə paylar müəyyənləşdirilmədən (birgə mülkiyyət) ümumi mülkiyyətdə ola bilər; 213.5-ci maddəsinə əsasən birgə mülkiyyət iştirakçılarının razılaşması ilə, razılaşma əldə edilmədikdə isə məhkəmənin qərarına əsasən ümumi əşyaya bu şəxslərin paylı mülkiyyəti müəyyənləşdirilə bilər; 220.2-ci maddəsinə əsasən paylı mülkiyyətin mülkiyyətçisi öz payının ayrılmasını tələb edə bilər; 225.1-ci maddəsinə əsasən ərlə arvadın nikah dövründə qazandıqları əmlak, əgər nikah kontraktında və ya onlar arasındakı razılaşmada ayrı qayda nəzərdə tutulmayıbsa, onların ümumi mülkiyyətidir. Azərbaycan Respublikası Ailə Məcəlləsinin: 37.1-ci maddəsinə əsasən ər-arvad arasındakı müqavilədə başqa hal nəzərdə tutulmayıbsa, onların ümumi əmlakının bölünməsi zamanı bu əmlakdakı payları bərabər hesab edilir. 37.2-ci maddəsinə əsasən ayrı-ayrı hallarda məhkəmə yetkinlik yaşına çatmayan uşaqların mənafeyini və (və ya) ərin (arvadın) diqqətəlayiq mənafeyini, o cümlədən ər-arvaddan biri üzürsüz səbəbdən gəlir əldə etmədiyi və ya birgə mülkiyyəti ailənin mənafeyinə zidd olaraq sərf etdiyi hallarda nəzərə alıb onların birgə mülkiyyətinin bölünməsi zamanı payları bərabər bölməyə bilər. Məhkəmə hesab edir ki, Bakı şəhəri, Nərimanov rayonu, Kazım Kazımzadə küçəsi, ev 30, mənzil 224 tərəflərin birgə nikah dövründə əldə etdikləri əmlak olduğundan İddiaçı Heydərovnanın həmin mənzilin satışından əldə edilmiş gəlirə payı müəyyən edilməlidir. Təqdim edilmiş alqı-satqı müqaviləsindən görünür ki, 08.10.2021-ci il tarixli AN-İ ******* №-li alqı-satqı müqaviləsi üzrə mənzilin alqı-satqı dəyəri 300.000 manat təşkil etmişdir. Məhkəmə hazırkı işin hallarını nəzərə alaraq İddiaçı Heydərovnanın mənzilin satışından əldə edilmiş gəlirə 1/2 hissədə payının müəyyən edilməsi qənaətinə gəlir. Yəni 300000:2=150000 (bir yüz əlli min manat) manat Cavabdeh1 Fehmi oğlundan tutularaq İddiaçı Heydərovnaya ödənilməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin: 217.3-cü maddəsinə əsasən qətnamə iş üzrə müəyyən edilmiş həqiqi hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır; 217.4-cü maddəsinə əsasən, məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəllənin 216-220, 227, 233-cü maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddia qismən təmin edilsin. İddiaçı Heydərovnanın Bakı şəhəri, Nərimanov rayonu, 802-803-cü məhəllə Kazım Kazımzadə küçəsi, ev 30, 224 saylı mənzilin satışından əldə edilmiş gəlirə 1/2 hissədə payı müəyyən edilsin və 150.000 (bir yüz əlli min manat) manat məbləğində pul vəsaiti Cavabdeh1 Fehmi oğlundan tutularaq İddiaçı Heydərovnaya verilsin. Qalan hissədə iddia təmin olunmasın. Qətnamədən, onun rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Bakı şəhəri Nərimanov Rayon Məhkəməsi vasitəsilə Bakı Apelyasiya Məhkəməsinə apelyasiya şikayəti verilə bilər. Hakim: Gültəkin Əsədova
Məhkəmə qərarları › İş №2(005)-1004/2022
Bakı Şəhəri Nərimanov Rayon Məhkəməsi Qətnamə — İş №2(005)-1004/2022
13.04.2022 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Alqı-satqı müqaviləsi üzrə mübahisələr - Yaşayış sahəsi üzrə - Mənzil mübahisələri - Mənzilə mülkiyyət hüququnun tanınması
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver