Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № e-2(011)-1319/2024 19.03.2024 BAKI ŞƏHƏRİ XƏTAİ RAYON MƏHKƏMƏSİ Hakim Eyvazova Samirə Əli qızının sədrliyi, Hüseynli Mehriban Qalib qızının katibliyi, Cavbdehin nümayəndəsi X1 iştirakı ilə, İddiaçı Cavabdeh qarşı “müqavilənin etibarsız hesab edilməsi və və mülkiyyət hüquqlarının tanınması” tələbinə dair iddia ərizəsi üzrə mülki işə açıq məhkəmə hazırlıq iclasında baxaraq, MÜƏYYƏN ETDİ:
1. İddiaçı Cavabdeh qarşı “müqavilənin etibarsız hesab edilməsi və və mülkiyyət hüquqlarının tanınması” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir.
2. Mülki iş üzrə ilk məhkəmə hazırlıq iclası xx.xx.2024-cü il tarixinə təyin edilmiş, Cavabdeh nümayəndəsi X3 məhkəmə iclasında iştirak etmiş, lakin iddiaçıya məhkəmə iclasının vaxtı və yeri barədə məlumat verilsə də məhkəmə iclasında iştirak etməmişdir.
3. Mülki iş üzrə növbəti məhkəmə hazırlıq iclası xx.xx.2024-cü il tarixinə təyin edilmiş, İddiaçı nümayəndəsi (vəkili) Vəkil və Cavabdeh nümayəndəsi X3 məhkəmə iclasında iştirak etmişdirlər.
4. Mülki iş üzrə növbəti məhkəmə hazırlıq iclası xx.xx.2024-cü il tarixinə təyin edilmiş, iddiaçıya məhkəmə iclasının vaxtı və yeri barədə məlumat verilsə də məhkəmə iclasında iştirak etməmiş, İddiaçı nümayəndəsi (vəkili) Vəkil məhkəməyə ərizə ilə müraciət edərək Bakı Apellyasiya Məhkəməsinin icraatında onun və X2 Cavabdeh qarşı eyni tələbin mümkünlüyü məsələsinə baxılır. Həmin iş üzrə qərardad qanuni qüvvəyə minənədək hazırkı işin dayandırılmasını xahiş etmişdir. Cavabdeh nümayəndəsi X3 məhkəmə iclasında iştirak etmişdir.
5. Mülki iş üzrə növbəti məhkəmə hazırlıq iclası xx.xx.2024-cü il tarixinə təyin edilmiş, iddiaçıya məhkəmə iclasının vaxtı və yeri barədə məlumat verilsə də məhkəmə iclasında iştirak etməmiş və iştirak etməməsinin üzrlü səbəbləri barədə məhkəməyə heç bir məlumat verməmişdir. Cavabdeh nümayəndəsi X3 məhkəmə iclasında iştirak etmişdir.
Tətbiq edilən hüquq:
6. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsi (MPM): 114.1. ödənilmiş dövlət rüsumu aşağıdakı hallarda qaytarılır: 114.1.5. bu Məcəllə ilə nəzərdə tutulmuş əsaslarla ərizə baxılmamış saxlanılarsa; 185.1. İşdə iştirak edən şəxslər, məhkəməyə gəlməyə və ya gəlməməyin səbəbini və ya mümkünsüzlüyünü bildirməyə və bu səbəblərin üzürlü olması barədə sübutlar təqdim etməyə borcludurlar. 185.4. Tərəflər və yaxud iddiaçı məhkəmə baxışının vaxtı və yeri haqqında lazımi qaydada xəbərdar edilib, lakin onlar məhkəmə iclasına təkrar gəlmədikdə məhkəmə həmin işə baxmağa haqlıdır. Belə hallarda bu Məcəllənin müvafiq olaraq 259.0.6-cı və 259.0.7-ci maddələri tətbiq edilir. 259.0. məhkəmə aşağıdakı hallarda iddia ərizəsini baxılmamış saxlayır: 259.0.6. işə onların iştirakı olmadan baxmağı xahiş etməmiş tərəflər məhkəməyə gəlmədikdə;
7. Ərizənin baxılmamış saxlanılması barədə qanunvericiliyin məhkəmələr tərəfindən tətbiq edilməsi təcrübəsi haqqında Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun Qərarı: 9.1. Məhkəmələrə izah edilsin ki, Azərbaycan Respublikası MPM-nin 259.0.6-cı maddəsinə əsasən işə onların iştirakı olmadan baxmağı xahiş etməmiş tərəflər məhkəmə iclasına gəlmədikdə ərizə baxılmamış saxlanılır. Lakin iddiaçı məhkəmənin birinci çağırışına gəlmədikdə cavabdeh isə işin mahiyyəti üzrə baxılmasını tələb etdikdə ərizənin baxılmamış saxlanılmasına yol verilmir. Cavabdehin iddiaçının iştirakı olmadan işə baxılmasını tələb etməsi onun məhkəməyə yazdığı ərizə ilə və yaxud məhkəmə iclası protokolunda bu barədə müvafiq qeydiyyat aparılmaqla rəsmiləşdirilir. 9.2. Məhkəmələr nəzərə almalıdırlar ki, qanunla müəyyən edilmiş qaydada işə baxılmasının vaxtı və yeri barədə xəbərdar edilmiş iddiaçı üzürsüz səbəbdən məhkəmə iclasına gəlmədikdə və buna görə ərizə baxılmamış saxlanıldıqda məhkəmə iddiaçının ərizəsi ilə icraatı təzələməyə və işə baxmağa haqlı deyildir. Həmin şəxs ümumi qaydada ərizə ilə məhkəməyə müraciət etməlidir.
İşə baxan məhkəmənin mövqeyi:
8. Məhkəmə hesab edir ki, iddia ərizəsi baxılmamış saxlanılmalıdır.
9. Belə ki, Azərbaycan Respublikası MPM-nin 259-cu maddəsinə əsasən mülki iş üzrə tərəflər məhkəmə iclasının vaxtı və yeri barədə məlumatlandırılmasına baxmayaraq, heç bir üzrlü səbəb təqdim etmədən məhkəmə iclasında iştirak etmirsə, iddia ərizəsinin baxılmamış saxlanılması mümkündür. Məhkəmə xx.xx.2024-cü il, xx.xx.2024-cü il, xx.xx.2024-cü il və xx.xx.2024-cü il tarixlərində 4 hazırlıq iclası keçirmiş, yalnız xx.xx.2024cü il tarixli məhkəmə iclasında İddiaçı nümayəndəsi (vəkili) Vəkil iştirak etmişdir. Mülki iş üzrə iddiaçı hazırlıq iclasları barəsində lazımi qaydada məlumatlandırılmış, lakin heç bir məhkəmə hazırlıq iclaslarında iştirak etməmiş və iştirak etməmələrinin üzrlü səbəbləri barədə məhkəməyə məlumat verməmişdir.
10. İddiaçının nümayəndəsi (vəkili) Vəkil xx.xx.2024-cü il tarixində məhkəməyə ərizə ilə müraciət edərək bütün məhkəmə iclaslarının onun iştirakı olmadan keçirilməsini xahiş etsə də mülki iş materiallarına əlavə edilmiş sənədlər arasında uyğunsuzluq, sübutların kifayyət qədər olmaması səbəbindən məhkəmə araşdırmasının davam etdirilməsi mümkün olmamışdır.
11. Eyni zamanda iddiaçının təqdim etdiyi sənədlər sırasında sübutların kifayət qədər olmaması, o cümlədən, prosessual müddətlə bağlı müəyyən vaxt məhdudiyyətinin olması səbəbindən məhkəmə araşdırmasının davam etdirilməsi mümükün olmamışdır. Məhkəmə hesab edir ki, sadalanan hallar mülki iş üzrə iddia ərizəsinin baxılmamış saxlanılması üçün əsasdır.
12. Həmçinin, iddiaçının iddia ərizəsi baxılmamış saxlanıldığından ödənilmiş dövlət rüsumu da geri qaytarılmalıdır.
13. Şərh olunanlara əsasən və Azərbaycan Respublikasının MPM-nin 114, 259.0.6, 263-264, 266-268-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARA ALDİ:
1. İddiaçı Cavabdeh qarşı “müqavilənin etibarsız hesab edilməsi və və mülkiyyət hüquqlarının tanınması” tələbinə dair iddia ərizəsi baxılmamış saxlanılsın.
2. X4 tərəfindən xx.xx.2023-cü il tarixdə Kapital Bank ödəniş sistemi vasitəsilə Bakı şəhəri Xətai Rayon Məhkəməsinin hesabına ödənilmiş ********** qəbz nömrəli 100 manat dövlət rüsumu geri qaytarılsın.
3. Qərardadın rüsumun qaytarılması hissəsində icrası Azərbaycan Respublikası Maliyyə Nazirliyi Bakı şəhəri üzrə Baş Maliyyə İdarəsinə həvalə edilsin.
4. Qərardaddan rəsmi qaydada verildiyi gündən 10 (on) gün müddətində Bakı şəhəri Xətai Rayon Məhkəməsinə (“Elektron məhkəmə” informasiya sistemində yaradılan kabinetdən elektron qaydada) şikayət verilə bilər.
Sədrlik edən: Samirə Eyvazova