Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(011)-1905/2023 12.07.2023 BAKI ŞƏHƏRİ XƏTAİ RAYON MƏHKƏMƏSİ Hakim Abbasova İlahə Namiq Kamal qızının sədrliyi, Osmanova Əfsanə Fəxrəddin qızının katibliyi, İddiaçı və onun nümayəndəsi Vəkil3, Cavabdehlər Cavabdeh1 nümayəndəsi Vəkil1, Cavabdeh3 nümayəndəsi Vəkil2 iştirakları ilə, İddiaçı cavabdehlər Cavabdeh1, Cavabdeh2 və Cavabdeh3 qarşı “bağışlama və alqısatqı müqaviləsinin etibarsızlığı, birgə nikah dövründə alınmış əmlaka mülkiyyət hüququnun tanınması” tələbinə dair iddiası üzrə mülki işə Bakı şəhəri Xətai Rayon Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq M Ü Ə Y Y Ə N E T D İ: İddiaçı cavabdehlər Cavabdeh1, Cavabdeh2 və Cavabdeh3 qarşı “bağışlama və alqısatqı müqaviləsinin etibarsızlığı, birgə nikah dövründə alınmış əmlaka mülkiyyət hüququnun tanınması” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, iddia ərizəsində göstərmişdir ki, Cavabdeh1 ilə 11.2006-cı il tarixdə rəsmi nikaha daxil olaraq ailə qurmuşdur. Rəsmi nikahdan 3 övladı – xx.xx.2008-ci il təvəllüdlü X12, xx.xx.2011-ci il təvəllüdlü X16, xx.xx.2015-ci il təvəllüdlü X13 vardır. Nikahdan sonra bir müddət kirayə yaşasalar da, xx.xx.2008-ci ildə Bakı şəhəri, Qaradağ rayonu, Müşfiqabad qəsəbəsi, Şamaxı yolu, ev 4q, 2 saylı mənzili alaraq həmin mənzilə köçüb yaşamışlar. xx.xx.2013-cü ildə isə həmin mənzili satıb hazırda mübahisələndirilən Bakı şəhəri 2942-ci məhəllə, giriş 4, ev 53, 83 saylı mənzili (yeni qaydalarla Bakı şəhəri, Xətai rayonu, M.Hadi küçəsi 265, M2, m2) alaraq həmin mənzildə yaşayırlar. O, hazırda da övladları ilə birlikdə həmin mənzildə yaşayırlar. Cavabdeh1la əvvəllər ailə münasibətləri çox yaxşı olsa da, xoşbəxt ailə kimi yaşasalar da, son illər aralarında olan ailə münasibətləri kəskin şəkil almış, nəticədə Cavabdeh1 iddiası əsasında ailəsi dağılmışdır. O, ailə münasibətlərini bərpa etməyə cəhd etsə də, Cavabdeh1 ailəsinin dağılmasını istəmiş və nəticədə buna nail olmuşdur. Bakı şəhəri Xətai Rayon Məhkəməsinin xx.xx.2021-ci il tarixli qətnaməsi ilə Cavabdeh1la aralarındakı nikah pozulmuş, uşaqların onun yanında saxlanımaları qət edilmişdir. Cavabdeh1 ailəsini dağıtdığı azmış kimi daha sonra onu yaşadığı evdən çıxartmaq istəmişdir. Belə ki, 2013-cü ildə torpaq satmaq üçün ona verdiyi etibarnamədən istifadə edərək, birgə nikah dövründə aldıqları mənzili Bakı şəhəri 2942-ci məhəllə, giriş 4, ev 53, mənzil 83-ü (yeni qaydalarla Bakı şəhəri, Xətai rayonu, M.Hadi küçəsi 265, M2, m2) 2020-ci ildə onun xəbəri və razılığı olmadan anası Cavabdeh2 bağlamış, anası Cavabdeh2 isə qeyd edilən mənzili yenə də eyni qaydada ondan xəbərsiz 2021-ci ilin yanvar ayında alqı-satqı müqaviləsi əsasında Cavabdeh3 guya ki, satmışdır. Hansı ki tərəflər arasında müqavilə bağlansa da, bu görüntü xarakteri daşımış, əslində hər hansı bir alqı-satqı olmamışdır. Nə Cavabdeh2 mübahisəli mənzildə gəlib yaşamamış, nə də Cavabdeh3 bir alıcı kimi həmin mənzilə gəlməmişdir. Bütün bunlar Cavabdeh1 onu və uşaqlarını həmin mənzildən məhrum etmək, ona əziyyət vermək üçün əvvəlcədən planlaşdırdığı proseslərdir. O, Cavabdeh1la birgə nikah dövründə alınmış əmlak bölgüsü ilə bağlı mediasiyaya müraciət etmiş, lakin Cavabdeh1 uşaqlarını yaşadıqları evdən çıxartmaq istədiyinə və əvəzində normal evlə təmin etmək istəmədiyinə görə mediasiya prosesi sazişlə nəticələnməmişdir. Cavabdehlə boşanma səbəbləri aydındır. Cavabdehin xəyanətinə görə ailələri dağılmışdır. Lakin cavabdehin onu və uşaqlarını çöldə qoymağa haqqı yoxdur. İddiaçının boşandıqdan sonra əmlak bölgüsünə dair məhkəməyə müraciət etməməsinə səbəb o olmuşdur ki, Cavabdeh1 uşaqlarını yaşadıqları evdən çıxardaraq çölə atacağı onun ağlına belə gəlməzdi. Lakin Bakı İnzibati Məhkəməsinin xx.xx.2022-ci il tarixli qərarından sonra iddiaçıya aydın olmuşdur ki, Cavabdeh1 müəyyən qüvvələrin təsirləri nəticəsində uşaqlarını çöldə qoymağı da artıq gözə almışdır. Bakı İnzibati Məhkəməsinin xx.xx.2022-ci il tarixli qərarına əsasən iddiaçı və uşaqları mübahisəli mənzildən qeydiyyatdan çıxarılmışlar. Hazırda həmin qərardan iddiaçı apellyasiya şikayəti vermişdir. O, mübahisəli mənzilə dair nə bağışlanma müqaviləsi, nə də alqı-satqı müqaviləsi bağlanarkən notarial qaydada razılıq verməmişdir. Ümumiyyətlə həmin proseslərdən iddiaçının xəbəri olmamışdır. Boşanma prosesində vəkil özü etiraf etmişdir ki, Cavabdeh1la onun ailə münasibəti son illər formal xarakter daşıyır. Belə olduğu halda Cavabdeh1 ona hansı bağışlanma və ya alqı-satqı barədə məlumat verərdi. Məlumat versəydi belə, iddiaçı sözsüz ki, birgə nikah dövründə aldıqları və içində övladları ilə birlikdə yaşadığı mənzilin nə bağışlanmasına, nə də satılmasına razılıq verməzdi. O, heç vaxt fikirləşməzdi ki, 2013-cü ildə torpaq alqı-satqısı üçün verdiyi etibarnamədən 2020- 2021-ci illərdə yaşadığı mənzilin ondan gizli başqa şəxslərin adlarına rəsmişləşdirilməsində istifadı etsin. O, hesab etmişdir ki, həmin etibarnamə ancaq həmin vaxt satılan torpağın alqı-satqısı üçün verilir. 7-8 il sonra həmin etibarnamədən digər çirkin məqsədlər üçün istifadə ediləcəyini heç vaxt düşünməzdi. 2020-ci ildə faktiki ailə münasibətləri olmaması özü o deməkdir ki, onun qeyd edilən mənzilin özgəninkiləşdirilməsinə razılığı olmamışdır. Sadəcə olaraq Cavabdeh1 başqa niyyətlə ona verilmiş etibarnamədən məharətlə istifadə etmişdir. Evin bağışlandığı adam da bu məsələni bilirdi. Evi alan adam isə sadəcə Cavabdeh1 “kömək” məqsədilə mənzili öz adına rəsmiləşdirmiş, niyyəti mənzili almaq olmamışdır. Əgər mənzili həqiqətən satmışdırsa, hansı səbəbdən onun və uşaqlarının payı bu günə kimi verilməmişdir. O, ailənin dağılmasında mühüm rol oynamış qayınanasının adına birgə nikah dövründə aldıqları və azyaşlı uşaqları ilə birlikdə yaşadığı mənzilin bağışlanmasına necə və nəyə görə razılıq verə bilərdi. İddiaçı hesab edir ki, heç bir normal adam bu addımı atmazdı. İddiaçı göstərilənləri nəzərə alaraq, Bakı şəhəri 2942-ci məhəllə, giriş 4, 53 saylı evin 83 saylı (yeni qaydalarla Bakı şəhəri, Xətai rayonu, M.Hadi küçəsi 265, M2, m2) mənzilinə dair bağışlanma, alqı-satqı müqavilələrinin və çıxarışın etibarsız hesab edilməsi, uşaqlarının mənafeyi nəzərə alınaraq, həmin mənzilin 2/3 hissəsinə onun mülkiyyət hüququnun tanınması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Məhkəmə iclasında çıxış edən İddiaçı və onun nümayəndəsi və eyni zamanda vəkili Vəkil3 hər biri ayrı-ayrılıqda iddia tələbini müdafiə etməklə yanaşı, iddia tələbinin təmin olunmasını məhkəmədən xahiş etmişdir. Bununla yanaşı İddiaçı bildirmişdir ki, o, güvənib Ceyhuna etibarnamə vermiş, Müşfiqdəki evin satışı zamanı Ceyhun onu qısqanırmış, evdən bayıra onu qoymurmuş. Ceyhun ona demişdir ki, evin satışı üçün o, icazə verməlidir və onu notariusa aparıb qol çəkdirmiş, ona notarial qaydada etibarnamə vermişdir. Çünki həmin ərəfələrdə aralarında heç bir mübahisəli məsələ olmamışdır. Həmin etibarnamənin neçə illik olduğu barədə məlumatı olmamışdır. Asya xanım təqaüdçüdür, onun elə pulu yoxdu ki, Ceyhuna ev almağa kömək etsin. Ceyhunun özü qohum-əqrəbasına kömək edir. Onun evin bağışlanmasından və satılmasından xəbəri olmamışdır, bilsə yəqin ki, etirazını bildirərdi. Cavabdeh1 onları özündən asılı vəziyyətə salmaq istəyir. Bununla yanaşı iddiaçı izahatında təsdiq etmişdir ki, Cavabdeh1 ilə 11.2006-cı il tarixdə rəsmi nikaha daxil olaraq ailə qurmuş, nikahdan sonra bir müddət kirayə yaşasalar da, xx.xx.2008-ci ildə Bakı şəhəri, Qaradağ rayonu, Müşfiqabad qəsəbəsi, Şamaxı yolu, ev 4q, 2 saylı mənzili alaraq həmin mənzilə köçüb yaşamışlar. xx.xx.2013-cü ildə isə həmin mənzili satıb hazırda mübahisələndirilən Bakı şəhəri 2942-ci məhəllə, giriş 4, ev 53, 83 saylı mənzili almışlar. Həmin vaxt Cavabdeh1 özünə məxsus olan torpaq sahəsini də 22000 manata satmışdır. İddiaçı bildirmişdir ki, mənzilin qiymətini bilmir, amma təxmin edir ki, 120 000 manata alınmışdır. Həmçinin iddiaçı bildirmişdir ki, Cavabdeh1 onlara başqa mənzil təklif etsə də, qəbul etmirlər, çünki bu mənzildə uzun müddətdir yaşayırlar. Məhkəmə iclasında çıxış edən Cavabdeh1 nümayəndəsi Vəkil1 iddia tələbini qəbul etməməklə yanaşı, iddia tələblərinin rədd olunması barədə qətnamə qəbul edilməsini məhkəmədən xahiş etmişdir. Nümayəndə izahatında bildirmişdir ki, mübahisələndirilən ev həqiqətən iddiaçı ilə cavabdehin birgə nikah dövründə alınsa da, həmin evin alınması üçün sərf olunmuş vəsaitə iddiaçının heç bir aidiyyəti yoxdur. Belə ki, iddiaçı və cavabdeh 15 noyabr 2006-cı ildə evlənmişlər. Bundan cəmisi bir il sonra 2007-ci ilin dekabr ayında Cavabdeh1 Bakı şəhərinin Qaradağ rayonunu Müşviqabad qəsəbəsində valideyinlərinin pulu ilə öz adına mənzil almışdır. Nəzərə alınmalıdır ki, həmin ev 22689 manata alınmışdır. Nümayəndə bildirmişdir ki, C.Məmmədov uzun illərdir “Azəriqaz” İstehsalat Birliyində işləmişdir, hazırda da orda işləyir, onun əmək haqqı ilə bağlı arayış təqdim olunmuşdur, başqa gəlir mənbəyi heç vaxt olmamışdır. Həmin dövrdə Cavabdeh1 əmək haqqı təxminən 500-600 manat civarında olmuşdur. İddiaçı heç vaxt işləməmişdir. Göründüyü kimi, evin alınmasına sərf olunmuş məbləğ cəmisi bir illik nikah dövründə toplana bilməzdi. Bundan sonra həmin mənzil 2013-cü ildə satılaraq və satışdan əldə edilən pulun hesabına Xətai rayonunda yerləşən hazırda mübahisələndirilən mənzil alınmışdır. Bundan başqa nəzərə alınmalıdır ki, Cavabdeh1 mübahisələndirilən mənzili anasına 2020-ci ildə bağışlamışdır. Həmin vaxt iddiaçı ilə cavabdeh boşanmamışdırlar. Həmçinin iş materiallarında olan sənədlərdən görünür ki, kommunal xidmət saldoları 2021ci ildən başlayaraq mənzilin yeni sahibi Cavabdeh3 adına olmuşdur. Bu barədə iddiaçının məlumatı olmaya bilməzdi. Məlum olduğu kimi, bütün kvitansiyalar evə gəlir. İddiaçı evdar qadın olduğu üçün hər ay evə gələn həmin kvitansiyaları görməməsi inandırıcı görünmür. Qeyd edilənlər bir qayda olaraq təsdiq edir ki, İddiaçı cavabdeh tərəfindən mənzilin bağışlanmasından və sonradan satılmasından xəbəri olmuşdur. Nümayəndə vurğulamışdır ki, etibarnaməni iddiaçının özü vermişdir və iddiaçı ali savadlı adamdır. Həmin etibarnamənin mülklərin satılması ilə bağlı verildiyini və hansı müddətə verildiyini bilmişdir. Ev Cavabdeh1 özünə məxsus olmuş və satılmışdır. Mübahisəli mənzil alınarkən Müşfiqdəki ev və satılmış torpaq sahəsinin pulundan istifadə olunmuşdur. Bunu iddiaçının özü də iclasda təsdiq etdi. Eyni zamanda valideynləri tərəfindən Ceyhuna köməklik də olunmuşdur. Ev Ceyhunun anasına bağışlanılıb və sonradan satılıb başqa şəxsə. Həmin mənzilin satılmasından Rahiyə xanımın xəbəri olmuşdur. Belə ki, ev satıldıqdan sonra mənzilə dair kommunal xərclərlə bağlı qəbzlər Asya xanımın adına gəlmişdir və iddiaçı onları görmüşdür. Həmçinin nümayəndə qeyd etmişdir ki, Cavabdeh1 iddiaçını və uşaqlarını başqa mənzillə təmin etmək firkrindədir və mediasiya dövründə bununla bağlı təklif etmişdir, lakin iddiaçı razılıq verməmişdir. Nümayəndə həmçinin bildirmişdir ki, mənzil satıldıqdan sonra C.Məmmədov Asya xanımdan bir müddət iddiaçının uşaqları ilə həmin mənzildə müvəqqəti qalmasını razılaşdırdığına görə iddiaçı həmin mənzildə qalmışdır. Lakin bir müddət sonra Cavabdeh3 Yunis qızı onların çıxarılmasını tələb etmiş və bu məqsədlə keçən il məhkəməyə müraciət etmişdir. Bakı İnzibati Məhkəməsinin 26 iyul 2022-ci il tarixli qərarı ilə ünvan 1 ünvanında yerləşən 83 saylı mənzildən Cavabdeh1, X17, X19, İddiaçı və X8 pasport qeydiyyatından çıxarılması vəzifəsinin cavabdeh Bakı şəhəri Xətai rayon Polis İdarəsinin üzərinə qoyulması qərara alınmış, İddiaçı apellyasiya şikayəti də təmin edilməmişdir. Göstərilənləri nəzərə alaraq, nümayəndə iddia tələbinin təmin edilməməsini məhkəmədən xahiş etmişdir. Məhkəmə iclasında çıxış edən Cavabdeh3 nümayəndəsi Vəkil2 iddia tələbini qəbul etməməklə yanaşı, iddia tələblərinin rədd olunması barədə qətnamə qəbul edilməsini məhkəmədən xahiş etmişdir. Nümayəndə bildirmişdir ki, Cavabdeh3 vicdanlı alıcıdır, mübahisəli mənzili bütün qanuni tələblərə riayət etməklə almışdır. Cavabdeh3 müddət iddiaçının uşaqları ilə həmin mənzildə müvəqqəti qalmasına icazə vermişdir, lakin bir müddət sonra Cavabdeh3 Yunis qızı onların çıxarılmasını tələb etmiş və bu məqsədlə keçən il məhkəməyə müraciət etmişdir. Bakı İnzibati Məhkəməsinin 26 iyul 2022-ci il tarixli qərarı ilə mübahisəli mənzildən Cavabdeh1, X17, X19, İddiaçı və X8 pasport qeydiyyatından çıxarılması vəzifəsinin cavabdeh Bakı şəhəri Xətai rayon Polis İdarəsinin üzərinə qoyulması qərara alınmış, İddiaçı apellyasiya şikayəti də təmin edilməmişdir. Göstərilənləri nəzərə alaraq, nümayəndə iddia tələbinin təmin edilməməsini məhkəmədən xahiş etmişdir. Məhkəmə iddiaçının, tərəflərin nümayəndələrinin çıxışlarını dinləyib, iş materiallarını tədqiq edib, sübutlara məcmu halda hüquqi qiymət verərək hesab edir ki, iddia təmin edilməməlidir. Belə ki, iş materiallarında olan Bakı şəhəri Xətai Rayon Məhkəməsinin 2(011)-6051/2021 saylı 19 noyabr 2021-ci il tarixli qətnaməsinin surətindən görünür ki, iddiaçı Cavabdeh1 cavabdeh İddiaçı qarşı “nikahın pozulması və s.” tələbi təmin edilərək, Cavabdeh1 ilə İddiaçı arasında xx.xx.2006-cı il tarixdə Göyçay rayon VVADQ şöbəsi tərəfindən 367 saylı aktla qeydə alınmış nikahın pozulması, xx.xx.2008-ci il təvəllüdlü X17, xx.xx.2011-ci il təvəllüdlü X19 və xx.xx.2015-ci il təvəllüdlü X8, anaları İddiaçı himayəsində saxlanılması, xx.xx.2008-ci il təvəllüdlü X17, xx.xx.2011-ci il təvəllüdlü X19 və xx.xx.2015-ci il təvəllüdlü X8 yetkinlik yaşına çatanadək saxlanması üçün xx.xx.2021-ci il tarixdən hesablanmaqla, Cavabdeh1 onun əmək haqqının ½ hissəsi miqdarında alimentin tutularaq İddiaçı ödənilməsi qət edilmişdir. İş materiallarında olan Əmlak Məsələləri Dövlət Komitəsinin yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 1 saylı ünvan 2 ünvanlanmış 28 yanvar 2022-ci il tarixli **********92 nömrəli məktubundan görünür ki, ünvan 5, 83 saylı mənzil "xxxx" MTK-nın xx.xx.2020-ci il tarixli 31 saylı protokolundan çıxarışa, xx.xx.2020-ci il tarixli maliyyə arayışına əsasən xx.xx.2020-ci il tarixdə Cavabdeh1 adına ilkin qeydiyyatdan keçmişdir. 14 saylı notariat ofisinin 4Ə-1167 reyestr nömrəli xx.xx.2020-ci il tarixli bağışlama müqaviləsinə əsasən xx.xx.2020-ci il tarixdə Cavabdeh2 adına qeydiyyatdan keçmişdir. 5 saylı notariat ofisinin 4Ə-545 reyestr nömrəli xx.xx.2020-ci il tarixli alqı-satqı müqaviləsinə əsasən xx.xx.2021-ci il tarixdə Cavabdeh3 Yunis qızının adına qeydiyyatdan keçmişdir və hazırda mülkiyyətindədir. İş materiallarında olan Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidməti hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət Reyestrindən çıxarışın surətindən görünür ki, Bakı şəhəri, Xətai rayonu, M.Hadi küçəsi, 2942-məhəllə, ev 53, mənzil 83 (Yeni qaydalarla: AZ 1129, Bakı şəhəri, Xətai rayonu, M.Hadi küçəsi, 265, M2, m2) tam mülkiyyət hüququ üzrə Cavabdeh1 adına daşınmaz əmlakın dövlət reyestrində xx.xx.2020-ci il tarixdə ********** qeydiyyat nömrəsi ilə qeydiyyata alınmışdır. İş materiallarında olan Bakı İnzibati Məhkəməsinin 26 iyul 2022-ci il tarixli 2-1(112)- 8751/2022 saylı qərarının surətindən görünür ki, iddiaçı Cavabdeh3 Yunis qızının mülkiyyətində olan ünvan 1 ünvanında yerləşən 83 saylı mənzildən Cavabdeh1, X17, X19, İddiaçı və X8 pasport qeydiyyatından çıxarılması vəzifəsi cavabdeh Bakı şəhəri Xətai rayon Polis İdarəsinin üzərinə qoyulması qərara alınmışdır. İş materiallarında olan Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının 12 may 2023-cü il tarixli 2-1(103)-1445/2023 saylı qərarının surətindən görünür ki, Bakı İnzibati Məhkəməsinin 26 iyul 2022-ci il tarixli 2-1(112)-8751/2022 saylı qərarından üçüncü şəxs İddiaçı tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilməmiş, Bakı İnzibati Məhkəməsinin 26 iyul 2022-ci il tarixli 2-1(112)-8751/2022 saylı qərarı yoxlanılan hissədə dəyişdirilmədən saxlanılmışdır. İş materiallarında olan Azərbaycan Respublikasının Daxili İşlər Nazirliyi tərəfindən verilmiş ******* nömrəli xx.xx.2022-ci il tarixli Yaşayış yeri üzrə qeydiyyat haqqında arayışdan görünür ki, Cavabdeh1, X17, X19, X18 ünvan 1 ünvanında yerləşən 83 saylı mənzildə qeydiyyatdadırlar. İş materiallarında olan Əmlak Məsələləri Dövlət Komitəsinin yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 1 saylı ünvan 3 ünvanlanmış 09 fevral 2023-cü il tarixli **********70 nömrəli məktubun surətindən görünür ki, İddiaçı, X9, X14, X8 Bakı şəhəri, Xətai rayonu, M.Hadi küçəsi, məhəllə 2942, ev 53, 83 saylı mənzilə dair istifadə hüquqlarının dövlət reyetsrində qeydiyyata alınması barədə məlumat aşkar edilməmişdir. İş materiallarında olan 13 dekabr 2007-ci il tarixli daşınmaz əmlakın alqı-satqı müqaviləsinin surətindən görünür ki, satıcı Rüstəmova (Məmmədova) Sünbül Nərman qızı ilə alıcı Cavabdeh1 arasında Bakı şəhəri, Qaradağ rayonu, Müşfiqabad qəsəbəsi, ünvan 4 ünvanında yerləşən ümumi sahəsi 28,88 kv.m olan 2 otaqdan ibarət 2 saylı mənzilə dair daşınmaz əmlakın alqı-satqı müqaviləsi bağlanmış, həmin mənzilin qiyməti 22 869 manat müəyyən edilmişdir. İş materiallarında olan Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidməti hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət Reyestrindən çıxarışın surətindən görünür ki, Bakı şəhəri, Qaradağ rayonu, Müşfiqabad qəsəbəsi, Şamaxı yolunda istifadədə olan 0.1046 ha torpaq sahəsindən ibarət 2 otaqlı 2 nömrəli mənzil tam mülkiyyət hüququ üzrə Cavabdeh1 adına daşınmaz əmlakın dövlət reyestrində 629 nömrəli reyestr kitabında 57740 nömrəli vərəqində xx.xx.2008-ci il tarixdə ********** qeydiyyat nömrəsi ilə qeydiyyata alınmışdır. İş materiallarında olan 06 iyul 2013-cü il tarixli daşınmaz əmlakın alqı-satqı müqaviləsinin surətindən görünür ki, satıcı Cavabdeh1 ilə alıcı X4 arasında Bakı şəhəri, Qaradağ rayonu, Müşfiqabad qəsəbəsi, ünvan 4 ünvanında yerləşən ümumi sahəsi 28,88 kv.m olan 2 otaqdan ibarət 2 saylı mənzilə dair daşınmaz əmlakın alqı-satqı müqaviləsi bağlanmış, həmin mənzilin qiyməti 27475 manat müəyyən edilmişdir. İş materiallarında olan 09 oktyabr 2020-ci il tarixli daşınmaz əmlakın bağışlanması müqaviləsinin surətindən görünür ki, hədiyyə verən Cavabdeh1 ilə hədiyyə alan X15 arasında ünvan 5 ünvanında yerləşən ümumi sahəsi 104.0 kv/m olan, 83 nömrəli mənzilə (Yeni qaydalarla: AZ 1129, Bakı şəhəri, Xətai rayonu, M.Hadi küçəsi, 265, M2, m2) dair daşınmaz əmlakın bağışlanması müqaviləsi bağlanmışdır. İş materiallarında olan 24 dekabr 2020-ci il tarixli daşınmaz əmlakın alqı-satqı müqaviləsinin surətindən görünür ki, satıcı X15 ilə alıcı Cavabdeh3 Yunis qızı arasında ünvan 5 ünvanında yerləşən ümumi sahəsi 104.0 kv/m olan, 83 nömrəli mənzilə (Yeni qaydalarla: AZ 1129, Bakı şəhəri, Xətai rayonu, M.Hadi küçəsi, 265, M2, m2) dair daşınmaz əmlakın alqı-satqı müqaviləsi bağlanmış, həmin mənzilin qiyməti 85000 manat müəyyən edilmişdir. İş materiallarında olan Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidməti hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət Reyestrindən çıxarışın surətindən görünür ki, Bakı şəhəri, Xətai rayonu, M.Hadi küçəsi, 2942-məhəllə, ev 53, mənzil 83 (Yeni qaydalarla: AZ 1129, Bakı şəhəri, Xətai rayonu, M.Hadi küçəsi, 265, M2, m2) tam mülkiyyət hüququ üzrə Cavabdeh2 adına daşınmaz əmlakın dövlət reyestrində xx.xx.2020-ci il tarixdə ********** qeydiyyat nömrəsi ilə qeydiyyata alınmışdır. İş materiallarında olan Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyini Mərkəzləşdirilmiş Elektron X11 şəxsi hesab haqqında arayışdan görünür ki, Cavabdeh1 2007-ci ildə yanvar ayından dekabr ayınadək hər aya müvafiq olaraq ortalama 500-700 manat əmək haqqı almışdır, 2008-ci ilin yanvar ayından dekabr ayınadək hər aya müvafiq olaraq ortalama 219-853 manat əmək haqqı almışdır, 2009-cu ilin yanvar ayından dekabr ayınadək hər aya müvafiq olaraq ortalama 440 manatdan 691 manatadək, 2010-cu ilin yanvar ayından dekabr ayınadək hər aya müvafiq olaraq ortalama 312 manatdan 536 manatadək, 2011-ci ilin yanvar ayından dekabr ayınadək hər aya müvafiq olaraq ortalama 407 manatdan 820 manatadək, 2012-ci ilin yanvar ayından dekabr ayınadək hər aya müvafiq olaraq ortalama 369 manatdan 1069 manatadək, 2013-cü ilin yanvar ayından dekabr ayınadək hər aya müvafiq olaraq ortalama 850 manatdan 1468 manatadək əmək haqqı almışdır. İş materiallarında olan X15 tərəfindən məhkəməyə ünvanlanmış ərizədən görünür ki, o, daimi olaraq Göyçay şəhərində yaşayır. Bu səbəbdən məhkəmə iclaslarında iştirak edə bilməyəcək. Ona qarşı qaldırılan iddia ilə bağlı qeyd edir ki, 2013-cü ildə o, rəhmətlik həyat yoldaşı ilə oğlu Cavabdeh1 sözügedən evi almağı üçün lazım olan məbləğin əsas hissəsini vermişlər. Uzun illər o, və mərhum həyat yoldaşı müxtəlif məktəblərdə direktor müavini vəzifələrində çalışmışlar və repititorluq fəaliyyəti ilə məşğul olmuşlar. Bu evin alınması üçün, əvvəl də maddi köməklik etdikləri Müşviqabad qəsəbəsindəki evi 28.500 manata satıb, üzərinə lazım olan əlavə məbləği oğluna vermişlər. (əvvəlcə 52.000 manat, sonra 14.000 manat). Ceyhun ailədə tək işləmiş, maaşı ailə ehtiyaclarını təmin etməyə çətinliklə çatırmış. Keçmiş gəlini nikahdan öncə və evlilik müddətində heç bir işdə işləməmişdir. Ceyhunun Bakı şəhərində işlədiyini və yaşadığını nəzərə alaraq, hətta onlarla bir evdə yaşayan digər övladları üçün nəzərdə tutduqları maddi köməkliyi etməmiş, müvəqqəti olaraq maddi dəstəyin tam olaraq hamısını sadəcə Ceyhun üçün etmişlər. Bu barədə oğlunun keçmiş həyat yoldaşı Rahiyə də bilirmiş və bütün danışıqlarda iştirak edib bu təşəbbüslərinə görə təşəkkür edirmiş. Elə o vaxtdan demişdir ki, imkan olan kimi özlərinə başqa bir ev alıb bu evi və ya məbləği onlara qaytaracaqlar. Bu evin Asiya Məcidovanın haqqı olduğunu bildiyi üçün müvafiq bağışlanma prosesinə də özü razılığı verərək baş tutmuşdur. Daha sonra isə pula ehtiyacı olduğundan ev satılmış və yeni ev alınana qədər həmin evdə yaşamaq şərti ilə alıcı ilə razılaşdırılmışdır. Hətta kommunal ödənişlərin də evə yeni sahibinin adına olmağını da qəbzlərdən görmüşdür. İş materiallarında olan "xxxx" ASC tərəfindən verilmiş çıxarışdan görünür ki, ünvan 7 ünvanı üzrə abonent Cavabdeh3 tərəfindən 155.86 manat məbləğində ödəniş həyata keçirilmişdir. İş materiallarında olan “Elektron notariat” X1 çıxarışdan görünür ki, İddiaçı tərəfindən Cavabdeh1 verilmiş etibarnaməyə xx.xx.2021-ci il tarixdə xitam verilmişdir. İlk növbədə məhkəmə hesab edir ki, iddiaçı tərəfindən bir neçə iddia tələbi iddia ərizəsində birləşdirildiyindən hər biri tələbə ayrıca hüquqi qiymət verilməlidir. Hər kəs özünün subyektiv hüququnun həyata keçirilməsi və ya bərpası üçün iddia irəli sürmək yolu ilə məhkəmə müdafiəsi vasitələrindən istifadə edə bilər. Lakin bu zaman mütləq nəzərə almaq lazımdır ki, iddia etmək hüququ öz daxilində iddianı təqdim etmə və iddianın təmin olunması hüquqlarını ehtiva edir. Birinci hüquq məhkəmədən yaranmış mübahisəyə baxılmasını və müvafiq prosessual qaydada həll edilməsini tələb etmək hüququdur. İkinci hüquq iddia tələblərinin məhkəmə vasitəsi ilə məcburi şəkildə həyata keçirilməsinin mümkünlüyünü nəzərdə tutur. Buna görə, məhkəmə əvvəlcə iddiaçının müvafiq subyektiv hüquqa malik olub-olmamasını və cavabdeh tərəfindən həmin hüququn pozulub-pozulmadığını araşdırmalıdır. Yalnız belə subyektiv hüququn mövcudluğu və onun cavabdeh tərəfindən pozulması faktı müəyyən edildikdən sonra pozulmuş hüququn məhkəmə tərəfindən bərpa edilməsinə yol verilə bilər. Ona görə də, məhkəmə icraatında olan hər bir iddia tələbi üzrə qabaqcadan iddiaçının müvafiq subyektiv hüquqa malik olubolmaması, subyektiv hüququn pozulub-pozulmaması, cavabdehin bu pozuntunu edibetməməsi məsələlərini araşdırılmalıdır. İddia irəli sürməyə imkan verən subyektiv mülki hüququn mövcudluğu məsələsini həll etməyən məhkəmə aktı daxilən ziddiyyətli və əsassız olardı. Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin subutların mümkünlüyünü müəyyən edən 81-ci maddəsi təsbit edir ki, qanuna və ya digər normativ hüquqi aktlara əsasən müəyyən sübutetmə vasitələri ilə təsdiq edilməli olan işin halları başqa sübutlarla təsdiq oluna bilməz. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Azərbaycan Respublikası Ailə Məcəlləsinin (bundan sonra bu Məcəllənin maddələrinə istinad ediləcək) 32.1-ci maddəsi təsbit edir ki, nikah müddətində ər-arvadın əldə etdikləri əmlak onların ümumi birgə mülkiyyəti sayılır. Həmin Məcəllənin 32.2.2-ci maddəyə uyğun olaraq ər-arvadın ümumi gəlirləri hesabına əldə edilən daşınar və daşınmaz əşyalar, qiymətli kağızlar, kredit idarələrinə və ya sair kommersiya təşkilatlarına qoyulmuş paylar, əmanətlər, kapitaldan olan paylar və əmlakın ər-arvaddan kimin adına əldə olunmasından, yaxud əmanətin kimin adına və ya kim tərəfindən qoyulmasından asılı olmayaraq nikah dövründə ər-arvadın qazandığı hər hansı sair əmlak daxildir. Eyni Məcəllənin 34.1-ci maddəsinə görə nikaha daxil olanadək onlara məxsus olan əmlak, habelə nikah dövründə hədiyyə şəklində və ya vərəsəlik qaydasında, digər əvəzsiz əqdlər üzrə əldə etdikləri əmlak ər-arvadın hər birinin ayrıca mülkiyyətindədir (ər-arvadın hər birinin əmlakıdır). Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 225.1-ci maddəsinə əsasən ərlə arvadın nikah dövründə qazandıqları əmlak, əgər nikah kontraktında və ya onlar arasındakı razılaşmada ayrı qayda nəzərdə tutulmayıbsa, onların ümumi mülkiyyətidir. Həmin Məcəllənin 225.6-ci maddəsinə əsasən daşınmaz əmlaka birgə hüququ olan ərin (arvadın) razılığı olmadan daşınmaz əmlakın dövlət reyestrində qeydə alınmış hüquq barədə bağlanmış müqavilə etibarsız hesab edilir. Bu, həmçinin əldə edənin belə hüququn yalnız müqavilə tərəfinə məxsus olması barədə vicdanlı olduğu hallara da aiddir. Əgər müqavilə üzrə tərəf müqavilənin etibarsızlığını bilirdisə və ya bilməli idisə, əldə edən həmin tərəfdən etibarsızlıqdan irəli gələn zərərin əvəzinin ödənilməsini tələb edə bilər. Məhkəmə Ailə Məcəlləsinin 32-ci və Mülki Məcəllənin 225.1-ci maddələrinə istinadən ilk növbədə qeyd edir ki, hər hansı əmlakın ər və arvadın ümumi birgə mülkiyyəti sayılması üçün iki şərtin eyni zamanda mövcud olması zəruridir. Birincisi, əmlak ər və arvadın mülkiyyətinə nikah müddətində daxil olmalı, ikincisi, əmlak nikah dövründə ər-arvadın ümumi gəlirləri hesabına əldə olunmalıdır. Belə ki, birgə mülkiyyət qanunvericilikdə nəzərdə tutulan əsaslardan əmələ gəlir. Birgə mülkiyyət rejiminin yaranmasını şərtləndirən əsaslardan biri nikahdır. Ümumi əmlakın bölünməsi dedikdə isə ər-arvadın nikah dövründə birgə ailə təsərrüfatı nəticəsində əldə etdikləri bütün hüquq və öhdəliklərin məcmusunun bölünməsi nəzərdə tutulur. Qanunverici ailə institutunu ər arvadın şəxsi münasibətlərindən yaranan birgəliyi ilə yanaşı, həm də təsərrüfat birliyi kimi nəzərdən keçirdiyindən onların nikah dövründə əldə etdikləri əmlakın da ər-arvadın birgə təsərrüfat fəaliyyətlərinin nəticəsi olaraq ümumi birgə mülkiyyətlərini təşkil etdiyini qəbul etmişdir. Bu baxımdan ər-arvadın məhz birgə təsərrüfat fəaliyyətinin nəticəsi olaraq əldə etdiyi hüquqlar və öhdəliklər onların ümumi əmlakının dairəsinə daxil olur. Azərbaycan Respublikası Mülki Məcəllənin (bundan sonra Mülki Məcəllə) 152.1-ci maddəsinə görə mülkiyyət hüququ—subyektin ona mənsub əmlaka (əşyaya) öz istədiyi kimi sahib olmaq, ondan istifadə etmək və ona dair sərəncam vermək üzrə dövlət tərəfindən tanınan və qorunan hüququdur. Azərbaycan Respublikasının Mülki Məcəlləsi müəyyən edir ki, mülki hüquq və vəzifələrin müəyyənləşdirilməsi, dəyişdirilməsi və ya xitamı haqqında iki və ya bir neçə şəxsin razılaşması müqavilə sayılır.( 389.1-ci maddəsi) Fiziki və hüquqi şəxslər azad surətdə müqavilələr bağlaya və bu müqavilələrin məzmununu müəyyənləşdirə bilərlər. Onlar bu Məcəllədə nəzərdə tutulmayan, lakin ona zidd olmayan müqavilələr də bağlaya bilərlər. 390.2. Müqavilə onun bağlandığı vaxt qüvvədə olan qanunla və digər hüquqi aktlar ilə müəyyənləşdirilmiş, tərəflər üçün məcburi qaydalara (imperativ normalara) uyğun gəlməlidir. (390-cı maddə). Azərbaycan Respublikası Mülki Məcəlləsinin 666.1-ci maddəsi müəyyən edir ki, bağışlama müqaviləsi sağ ikən bağlanan elə müqavilədir ki, onun əsasında hədiyyə verən öz əmlakının bir hissəsini bağışlamaqla hədiyyə alanı zənginləşdirir, həm də bu cür bağışlama hədiyyə alan tərəfindən heç bir cavab xidməti ilə şərtləndirilmir. Bağışlama müqaviləsi hədiyyə alanın hədiyyəni qəbul etməsi ilə bağlanmış sayılır. Əgər bağışlama öhdəliklə şərtləndirilməyibsə, hədiyyənin qəbul edildiyi ehtimal olunur. Bağışlama aşağıdakı hallarda etibarlıdır: daşınmaz əşyaların və ya həmin əşyalara hüquqların bağışlanması zamanı bağışlama müqaviləsi notariat qaydasında təsdiqləndikdə. (668-ci maddə). Mülki Məcəllədə müəyyənləşdirilmiş şərtləri pozmaqla bağlanmış əqd etibarsızdır. Etibarsız əqdlər mübahisə edilən əqdlər və ya əhəmiyyətsiz əqdlər ola bilər. Əqd barəsində mübahisə edildikdə, əqd bağlandığı andan etibarsızdır. Müqavilənin mübahisə edilməsi müqavilənin digər tərəfinə iradə ifadəsinin bildirilməsi yolu ilə həyata keçirilir. Digər tərəfə münasibətdə həyata keçirilmiş birtərəfli əqd həmin şəxsə qarşı mübahisə edilir. Etibarsız əqd onun etibarsızlığı ilə bağlı nəticələr istisna olmaqla, hüquqi nəticələrə səbəb olmur. Bu cür əqd bağlandığı andan etibarsızdır.( 337-ci maddə) Əqd etibarsız olduqda, əgər bu Məcəllədə onun etibarsızlığının ayrı nəticələri nəzərdə tutulmayıbsa, tərəflərdən hər biri əqd üzrə aldıqlarının hamısını digər tərəfə qaytarmağa, alınanları eyni ilə qaytarmaq mümkün olmadıqda isə (o cümlədən alınanlar əmlakdan istifadədə, görülmüş işdə və ya göstərilmiş xidmətdə ifadə olunduqda) onun dəyərini pulla ödəməlidir. (337.5-ci maddə) Hakimiyyətdən sui-istifadə, bir tərəfin nümayəndəsinin digər tərəflə pis niyyətlə razılığa gəlməsi nəticəsində bağlanmış əqd, habelə şəxsin ağır vəziyyətə düşməsi və digər tərəfin bundan istifadə etməsi nəticəsində həmin şəxsin özü üçün son dərəcə əlverişsiz şərtlərlə bağlamağa məcbur olduğu əqd (ağır şərtli əqd) zərərçəkən tərəfindən mübahisələndirilə bilər. (339.1-ci maddə) Şəxs əqd bağlanması məqsədi ilə aldadıldıqda, həmin əqdi mübahisələndirə bilər. Belə mübahisələndirmə əqdin aldatma olmadan bağlana bilməyəcəyinin aşkar olduğu hallarda həyata keçirilir. Əgər tərəflərdən biri aşkar edilsəydi, digər tərəfin əqd bağlamayacağı hallar barəsində susmuşsa, aldadılmış tərəf əqdi mübahisələndirə bilər. Barəsində susulan hallar barəsində məlumat vermək vəzifəsi yalnız o zaman ola bilər ki, digər tərəf vicdanla bunu gözləsin. (339.2-ci maddə) Azərbaycan Respublikası Mülki Məcəlləsinin 337, 339.6, 346.1 və 354-cü maddələrinin əlaqəli şəkildə şərh edilməsinə dair Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumun Qərarında göstərilmişdir ki, müəyyən bir əqd əsasında yarandığı hesab edilən hüquqla bağlı iddia tələbində məhkəmə icraatının ilk vəzifəsi həmin əqdin etibarlı olubolmadığını təsbit etməkdir. İddia tələbinin əsaslandığı əqdin etibarsız olması, birbaşa həmin əqd üzrə hüquqi nəticənin əmələ gəlmədiyini, yəni müqavilə üzrə iddia olunan subyektiv hüququn yaranmadığını göstərir. Ona görə də, hər hansı bir əqdə əsaslanaraq verilən iddianın düzgün hüquqi həlli üçün, ilk növbədə, istinad olunan həmin əqdin etibarlı olub-olmaması müəyyən edilməlidir. Etibarsız əqdə əsaslanaraq qaldırılan iddia tələblərində iddiaçının tələbinin əqd üzrə hüquqi əsası mövcud olmur. Çünki əqdin etibarsız olması həmin əqdin nəzərdə tutulan hüquqi nəticəni yaratmaması, yəni əqd üzrə mülki hüquq və öhdəliklərin əmələ gəlməməsi deməkdir. Əqdin etibarsızlığı əqdin bağlanması ilə əlaqədar yol verilən hüquqa zidd halların nəticəsi olmaqla, bağlandığı andan etibarən öz təsir və nəticələrini göstərir. Konstitusiya Məhkəməsinin Plenumu vurğulayır ki, hər hansı əqdə istinad edilərək iddia verildiyi təqdirdə, həmin iddianın necə əsaslandırılmasından asılı olmayaraq məhkəmənin ilk vəzifəsi həmin əqdin etibarlılığını müəyyən etməkdir. O da diqqətə alınmalıdır ki, əqdin etibarsızlığı ilə bağlı mübahisələrə baxan məhkəmələr əqdin etibarsız hesab edilməsindən sui-istifadə olunduğunu müəyyən edərlərsə, əqdin etibarsızlığını irəli sürmək vicdanlılıq prinsipinə zidd hesab edilməlidir. Beləliklə, işin mübahisəsiz halları ondan ibarətdir ki, İddiaçı ilə Cavabdeh1 arasında 15 noyabr 2006-ci il tarixdə rəsmi nikah bağlanmış, iki övladları doğulmuşdur. Bakı şəhəri Xətai Rayon Məhkəməsinin 2(011)-6051/2021 saylı, 19 noyabr 2021-ci il tarixli qətnaməsinə əsasən tərəflər arasında olan nikahın pozulması, tərəflərin birgə nikahlarından olan övladlarının analarının himayəsində saxlanılmaları və övladlarının saxlanılması üçün 18 avqust 2021-ci il tarixdən hesablanmaqla Cavabdeh1 əmək haqqının ½ hissəsi miqdarında alimentin tutularaq İddiaçı ödənilməsi qət edilmişdir. Azərbaycan Respublikası Əmək və Halinin Sosial Müdafiəsi Nazirliyinin Mərkəzləşdirilmiş Elektron İnformasiya Sistemindən çıxarılmış Fərdi şəxsi hesab haqqında arayışdan məlum olur ki, Cavabdeh1 (mübahisəli mənzillərin alınıb-satılmasına olan dövr nəzərə alınmaqla) 2007-ci ildən hal-hazıradək “Azəriqaz” İB-də işləmişdir, başqa gəlir mənbəyi ilə bağlı sübutlar mövcud deyil. İddiaçı isə həmin dövrlərdə əmək münasibətlərində olması və ya işləməsi ilə bağlı hər hansı sübut iş materiallarında mövcud deyildir və “Elektron Məhkəmə İnformasiya Sistemi”ndə də onun əmək münasibətlərində olması barədə məlumat aşkar edilməmişdir, iddiaçı özü iclasda işləmədiyini təsdiq etmişdir. Tərəflər nikaha daxil olandan təxminən 1 il 1 ay sonra 13 dekabr 2007-ci il tarixli daşınmaz əmlakın alqı-satqı müqaviləsi əsasında Cavabdeh1 Bakı şəhəri, Qaradağ rayonu, Müşfiqabad qəsəbəsi, ünvan 4 ünvanında yerləşən ümumi sahəsi 28,88 kv.m olan 2 otaqdan ibarət 2 saylı mənzili 22 869 manata almışdır. Daha sonra həmin mənzili Cavabdeh1 X3 06 iyul 2013-cü il tarixli daşınmaz əmlakın alqı-satqı müqaviləsinə əsasən 27475 manata satmışdır. Alqı-satqı müqaviləsi bağlanan zaman İddiaçı mənzilin satılmasına 43 saylı notariat kontorunda verilmiş ərizə ilə etiraz etməmişdir. Eyni zamanda iddiaçı tərəfindən Cavabdeh1 04 avqust 2013-cü il tarixdə etibarnamə verilmiş, həmin etibarnamə ilə harada yerləşməsindən və nədən ibarət olmasından asılı olmayaraq onun bütün əmlakını idarə etməyi və onun üzərində sərəncam verməyi və sair hüquqları etibar etmişdir. İddiaçı məhkəmə iclasında təsdiq etmişdir ki, həmin etibarnaməni Cavabdeh1 mülkiyyətində olan torpaq sahəsinin satılması üçün vermişdir və həmin torpaq sahəsi 22 000 manata satılmışdır. Eyni ildə Cavabdeh1 "xxxx" MTK-dan ünvan 5, 83 saylı mənzili almış, lakin həmin mənzili dövlət qeydiyyatına alınmasını 2020-ci ildə həyata keçirmişdir. Belə ki, həmin mənzil xx.xx.2020-ci il tarixdə Cavabdeh1 adına ilkin qeydiyyatdan keçmişdir. 14 saylı notariat ofisinin 4Ə-1167 reyestr nömrəli xx.xx.2020-ci il tarixli bağışlama müqaviləsinə əsasən isə həmin mənzil xx.xx.2020-ci il tarixdə Cavabdeh2 adına qeydiyyatdan keçmişdir. 5 saylı notariat ofisinin 4Ə-545 reyestr nömrəli xx.xx.2020-ci il tarixli alqı-satqı müqaviləsinə əsasən isə xx.xx.2021-ci il tarixdə Cavabdeh3 Yunis qızının adına qeydiyyatdan keçmişdir və hazırda onun mülkiyyətindədir. Cavabdeh1 anası X15 məhkəmə iclasında iştirak etməsə də, məhkəməyə ünvanlanmış ərizədə bildirmişdir ki, 2013-cü ildə o, rəhmətlik həyat yoldaşı ilə oğlu Cavabdeh1 sözügedən evi almağı üçün lazım olan məbləğin əsas hissəsini vermişlər. Beləliklə, işdə olan sübutlarla və tərəflərin izahatları ilə təsdiq edilir ki, tərəflərin nikaha daxil olarkən yaşadıqları mənzil, yəni Bakı şəhəri, Qaradağ rayonu, Müşfiqabad qəsəbəsi, ünvan 4 ünvanında yerləşən ümumi sahəsi 28,88 kv.m olan 2 otaqdan ibarət 2 saylı mənzil 13 dekabr 2007-ci il tarixdə, yəni tərəflər nikaha daxil olduqları və birlikdə yaşamağa başladıqları gündən 1 il 1 ay sonra 22 869 manata alınmış, 06 iyul 2013-cü il tarixli daşınmaz əmlakın alqı-satqı müqaviləsinə əsasən isə həmin tarixdə 27475 manata satılmış, həmçinin Cavabdeh1 özünə məxsus olan torpaq sahəsi 22000 manata (iddiaçının verdiyi məlumata görə) satılmış, eyni ildə mübahisəli mənzil alınmışdır. Mübahisəli mənzilin alış qiyməti ilə bağlı sübutlar təqdim edilməmişdir. Lakin sübutlarla təsdiq edilir ki, həmin mənzil xx.xx.2021-ci il tarixdə Cavabdeh3 Yunis qızına 85 000 manata satılmışdır. İşdə olan arayışda Cavabdeh1 əmək haqqı ilə bağlı məlumatları və iddiaçının işləmədiyini, həmçinin Cavabdeh1 anası X5 yazılı izahatını nəzərə alaraq, məhkəmə belə qənaətə gəlir ki, mübahisəli mənzil birgə nikah dövründə əldə edilsə də, onun birgə vəsait hesabına əldə edilməsi sübut olunmamışdır. Mənzilin bağışlanmasına münasibətdə isə təsdiq edilmişdir ki, mübahisəli mənzillə bağlı xx.xx.2021-ci il tarixdə bağışlama müqaviləsi bağlanmış, həmin daşınmaz əmlak Cavabdeh1 tərəfindən X6 bağışlanmışdır. Həmin müqavilə bağlanarkən qanunda müəyyən edilmiş bütün imperativ tələblərə riayət edilmişdir. İddiaçı əslində mübahisə predmeti olan daşınmaz əmlakın bağışlamaq niyyəti olmadan digər cavabdeh X5 adına keçirilməsini bildirsə də, bununla bağlı müvafiq mötəbər sübutları məhkəməyə təqdim etməmişdir. Digər tələbə münasibətdə, yəni X15 ilə Cavabdeh3 Yunis qızı ilə bağlanmış alqı-satqı müqaviləsinin etibarsız hesab edilməsi ilə bağlı məhkəmə hesab edir ki, həmin alqı-satqı müqaviləsi mülki qanunvericilikdə həmin növ müqavilələrin bağlanmasının imperativ tələblərinə riayət edilməklə, yəni notarial qaydaya əməl edilməklə bağlandığından, həmin əqdin bağlanması zamanı iddiaçı tərəfin iddia etdiyi kimi əqd bağlanan zaman hər hansı aldatma halı müəyyən edilmədiyindən, bununla yanaşı Cavabdeh3 Yunis qızı isə mübahisəli mənzillə bağlı alqı-satqı müqaviləsi bağlanarkən vicdanlı əldə edən olduğundan iddia tələbi həmin mənzillə bağlı bağlanmış alqı-satqı müqaviləsinin etibarsız hesab edilməsi hissəsində də təmin edilməməlidir. Məhkəmə mülki işdə olan sübutları qiymətləndirib, işin faktiki hallarını, tərəflərin birgə təsərrüfat apardığı vaxt kəsiyində əldə etdikləri qazanclarını nəzərə alaraq, belə qənaətə gəlir ki, mübahisənin predmeti olan mənzil birgə nikah dövründə əldə edilsə də, birgə vəsait hesabına əldə edilmədiyinə görə, həmçinin Bakı şəhəri 2942-ci məhəllə, giriş 4, 53 saylı evin 83 saylı (yeni qaydalarla Bakı şəhəri, Xətai rayonu, M.Hadi küçəsi 265, M2, m2) mənzilinə dair bağışlama və alqı-satqı müqavilələrinin etibarsızlığına əsas ola biləcək hallar mövcud olmadığından iddia tələbi təmin edilməməlidir. Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 119.1-ci maddəsinə uyğun olaraq məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 218.3-cü maddəsinə görə isə, hakim işdə iştirak edən şəxslərin verdiyi tələblər üzrə qətnamə çıxarır. Həmin məcəllənin 217.4 maddəsinə əsasən məhkəmə öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası MPM-nin 216-220, 233 və 360-cı maddələrini rəhbər tutaraq məhkəmə, Q Ə T E T D İ: İddiaçı cavabdehlər Cavabdeh1, Cavabdeh2 və Cavabdeh3 qarşı “bağışlama və alqısatqı müqavilələrinin etibarsızlığı, birgə nikah dövründə alınmış əmlaka mülkiyyət hüququnun tanınması” tələbinə dair iddiası təmin edilməsin. İddia təmin edilmədiyindən iddiaçı tərəfindən ödənilmiş 100 manat dövlət rüsumu iddiaçının özünə aid edilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Bakı şəhəri, Xətai Rayon Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Hakim: İlahə Abbasova
Məhkəmə qərarları › İş №2(011)-1905/2023
Bakı Şəhəri Xətai Rayon Məhkəməsi Qətnamə — İş №2(011)-1905/2023
12.07.2023 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Alqı-satqı müqaviləsi üzrə mübahisələr - Yaşayış sahəsi üzrə - Mənzil mübahisələri - Mənzilə mülkiyyət hüququnun tanınması
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver