Məhkəmə qərarları › İş №2(010)-4807/2020

Bakı Şəhəri Suraxanı Rayon Məhkəməsi Qərardad — İş №2(010)-4807/2020

20.10.2020 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Alqı-satqı müqaviləsi üzrə mübahisələr - Yaşayış sahəsi üzrə - Mənzil mübahisələri - Mənzilə mülkiyyət hüququnun tanınması
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 2(010)-4807/2020 20.10.2020 BAKI ŞƏHƏRİ SURAXANI RAYON MƏHKƏMƏSİ Bakı şəhəri Suraxanı Rayon Məhkəməsinin hakimi Mahmudova Təranə Nəriman qızı İddiaçı cavabdeh X2 qarşı “alqı-satqı müqaviləsinin bağlanmış hesab edilməsi, əmlak bölgüsü və mülkiyyət hüququnun tanınması” tələbinə dair məhkəməyə daxil olmuş iddia ərizəsinin məhkəmə icraatına götürülməsinin mümkünlüyünə baxaraq, müəyyən etdi: İddiaçı cavabdeh X2 qarşı “alqı-satqı müqaviləsinin bağlanmış hesab edilməsi, əmlak bölgüsü və mülkiyyət hüququnun tanınması” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Cavabdeh X1 ilə Bakı şəh., Suraxanı r-nu., Hövsan qəs., Elçin Məmmədov kiiç., ev 4A, mən.45 (Hövsan qəs., 4-cü mkr., ev 4A, mən.45) yerləşən ünvanda mənzilə dair alqı-satqı müqaviləsinin bağlanmış hesab edilməsi, Bakı şəhəri, Hövsan qəsəbəsi, E.Məmmədov küçəsi ev 4A, mənzil 45 (Hövsan qəsəbəsi, 4 mkr, ev 4A, mənzil 45) ünvanında yerləşən mənzilin birgə mülkiyyət hesab edilməsi, birgə mülkiyyətdə payların müəyyən edilməsi, Bakı şəhəri, Hövsan qəsəbəsi, E.Məmmədov küçəsi, ev 4A, mənzil 45 (Hövsan qəsəbəsi, 4-cü mkr, ev 4A, mənzil 45) ünvanında yerləşən mənzilin 1/2 hissəsinə onun mülkiyyət hüququnun tanınması, qalan 1/2 hissəsinin cavabdehin mülkiyyətinə verilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Məhkəmə iddia ərizəsini və ona əlavə edilmiş sənədləri nəzərdən keçirərək hesab edir ki, iddia ərizəsi ona əlavə edilmiş sənədlərlə birlikdə geri qaytarılmalıdır. Belə ki, İddiaçı cavabdeh X2 qarşı “alqı-satqı müqaviləsinin bağlanmış hesab edilməsi, əmlak bölgüsü və mülkiyyət hüququnun tanınması” tələbinə dair iddia ərizəsinə əlavə olunmuş ASAN 2 tərəfindən xx.xx.2018-ci il tarixdə verilmiş şəxsiyyət vəsiqəsinin surətindən görünür ki, cavabdeh X3 “ünvan 2 inzibati bina” ünvanında qeydiyyatdadır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 35.1-ci maddəsinə əsasən qanunla başqa hal nəzərdə tutulmamışdırsa, iddia cavabdehin rəsmi qeydə alındığı yerin məhkəməsinə verilir. Həmin Məcəllənin 39.1-ci maddəsinə görə tikintiyə, qurğuya, torpaq sahəsinə mülkiyyət hüququnun tanınması, tikintinin, qurğunun, torpaq sahəsinin başqasının qeyriqanuni sahibliyindən götürülməsi, mülkiyyət hüququndan məhrum etmə ilə əlaqədar olmayan sahibkarın və yaxud başqa qanuni sahibin hüquqlarının pozulmasını aradan qaldırmaq haqqında iddialar tikintinin, qurğunun, torpaq sahəsinin olduğu yerə görə verilir. Hazırki mübahisənin predmetini (hüquq haqqında mübahisə olduğunu) nəzərə alaraq məhkəmə hesab edir ki, işə Mülki Prosessual Məcəlləsinin 35.1-ci maddəsinin tələblərinə uyğun olaraq cavabdehin rəsmi qeydə alındığı məhkəmədə baxılmalıdır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 31.1-ci maddəsinə əsasən aidiyyət qaydalarının pozulmasına yol verilmir. Həmin Məcəllənin 151.1-ci maddəsinə əsasən iddia ərizəsi bu Məcəllənin tələblərinə riayət edilməklə verildikdə, onun məhkəmə icraatı mümkündür. Həmin Məcəllənin 152.1.3-cü maddəsinə əsasən əgər iş ərazi aidiyyatı üzrə həmin məhkəmədə baxılmalı deyildirsə hakim iddia ərizəsini və ona əlavə edilmiş sənədləri geri qaytarır. Həmin Məcəllənin 152.2-ci maddəsinə əsasən iddia ərizəsinin qaytarılması haqqında hakim qərardad çıxarır. Həmin Məcəllənin 152.4-cü maddəsinə əsasən iddia ərizəsinin qaytarılması nöqsanlar aradan qaldırıldıqdan sonra ümumi qaydada ikinci dəfə məhkəməyə müraciət etməyə mane olmur. Göstərilənlərə əsasən məhkəmə hesab edir ki, İddiaçı cavabdeh X2 qarşı “alqısatqı müqaviləsinin bağlanmış hesab edilməsi, əmlak bölgüsü və mülkiyyət hüququnun tanınması” tələbinə dair iddia ərizəsi və ona əlavə edilmiş sənədlər iddiaçıya geri qaytarılmalıdır. Qeyd olunanları nəzərə alaraq və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 149-152, 263, 264 və 268-ci maddələrini rəhbər tutaraq məhkəmə, qərara aldı : İddiaçı cavabdeh X2 qarşı “alqı-satqı müqaviləsinin bağlanmış hesab edilməsi, əmlak bölgüsü və mülkiyyət hüququnun tanınması” tələbinə dair iddia ərizəsi və ona əlavə edilmiş sənədlər iddiaçıya geri qaytarılsın. İddiaçıya izah edilsin ki, göstərilən nöqsan aradan qaldırıldıqdan sonra iddiaçı təkrarən ümumi qaydada iddia ərizəsi ilə aidiyyət qaydalarına riayət etməklə məhkəməyə müraciət edə bilər. Qərardaddan, qərardad rəsmi qaydada verildikdən sonra 10 gün müddətində Bakı şəhəri Suraxanı Rayon Məhkəməsinə şikayət verilə bilər. Hakim Təranə Mahmudova

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar