Məhkəmə qərarları › İş №2(005)-1011/2023

Bakı Şəhəri Nərimanov Rayon Məhkəməsi Qətnamə — İş №2(005)-1011/2023

29.03.2023 · Hüquqi əhəmiyyəti olan faktların müəyyən edilməsi haqqında - Digər hüquqi hallar
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(005)-1011/2023 29.03.2023 BAKI ŞƏHƏRİ NƏRİMANOV RAYON MƏHKƏMƏSİ Hakim Nuriyeva Səbinə Vidadi qızının sədrliyi, Məhkəmə iclas katibi Fətəlizadə Rufanə Xıdır qızının katibliyi, Ərizəçi “nikah və doğum akt qeydlərinin bərpası” tələbinə dair ərizəsi üzrə mülki işə məhkəmənin binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: Ərizəçi ərizə ilə müraciət edərək Balayeva (Tahirova) Dilbər Eylazovnanın doğum akt qeydinin bərpa edilməsi və Ərizəçi ilə X1 nikah akt qeydinin bərpası barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Ərizə onunla əsaslandırılmışdır ki, ərizəçi Balayeva (Tahirova) Dilbər Eylazovna xx.xx.1955-ci ildə Ermənistanın Artaşat rayonu, Əbil kəndində doğulmuşdur. Balayeva (Tahirova) Dilbər Eylazovnanın ata adı X12, ana adı isə X2r. Doğum akt qeydində soyadı Tahirova olaraq qeyd edilmiş, milliyvətcə kürddür. Ərizəçi xx.xx.1975-ci ildə X5 ilə nikaha daxil olmuş, nikah Masis rayonunda qeydə alınmışdır. Balayeva (Tahirova) Dilbər Eylazovna nikahdan sonra Balayeva soyadını qəbul etmişdir. Həmin nikahdan onların 5(beş) uşaqları doğulmuşdur. Ərizəçinin həyat yoldaşı Zakir Balayev xx.xx.2017-ci ildə vəfal etmişdir. Ərizəçi 1988-ci ildə məlum hadisələrdən sonra ailəsi ilə birlikdə Ermənistandan Azərbaycana köçərək Bakı şəhəri, Nərimanov rayonu ərazisində məskunlaşmışdır. Ərizəçi nikah və doğum haqqında şəhadətnamələrini naməlum şəraitdə itirmişdir. Hesab edir ki, nikah və doğum haqqında şəhadətnamələrini itirdiyi üçün nikah və doğum haqqında akt qeydləri bərpa edilməlidir. Ərizəçi ilk öncə Ədliyyə Nazirliyi Nərimanov rayon Qeydiyyat Şöbəsinə ərizə ilə müraciət etmiş, lakin, Şöbənin xx.xx.2022-ci il tarixli 178 və 179 saylı məktubları ilə doğum və nikah haqqında akt qeydləri Ermənistanda edildiyi üçün onun bərpa edilməsinin məhkəmə qaydasında mümkün olması bildirilmişir. Ərizəçi həqiqətən nikahda olmalarının sübutu kimi uşaqlarının doğum haqqında şəhadətnamələrini təqdim edərək, həmin şəhadətnamələrdən uşaqların valideynləri barədə məlumatlar qrafasında atası kimi Balayev Zakir (Abbasəliyeviç) Abbasəli oğlu, anası kimi Ərizəçi qeyd olunduğunu bildirmişdir. Tərəflərə məhkəmə iclasının vaxtı və yeri barədə məlumat verilməsinə baxmayaraq, onlar məhkəmə iclasına gəlməmiş və bunun üzürlü səbəbləri barədə məhkəməyə məlumat verməmişdir. Məhkəmə Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 185.1-ci maddəsinə əsasən işə tərəflərin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Əvvəlki məhkəmə iclasında iştirak etmiş şahid X6 ifadəsində bildirmişdir ki, o ərizəçinin qohumudur. Ərizəçinin ərinin adı Zakirdir və o, bizim kəndimizə gəlin kimi köçüb. Ərizəçinin atasının adı Eylaz olub. Eyni zamanda ərizəçi ilə həm Bakı şəhərində, həm də Ermənistanda qonşu olmuşuq. Əvvəlki məhkəmə iclasında iştirak etmiş şahid X7 ifadəsində bildirmişdir ki, o ərizəçinin xalası qızıdır, həm də ərizəçi ilə qonşu olmuşdur. Ərizəçinin atasının adı Eylazdır, ərinin adı isə Zakirdir. Məhkəmə şahid ifadələrini, iş üzrə təqdim olunmuş digər sübutlarla yanaşı yoxlayaraq, ərizə tələbinin dəlillərini nəzərə alaraq, işdə olan sübutları işin bütün faktiki hallarının tam hərtərəfli və obyektiv araşdırılmasına əsaslanmaqla hesab edir ki, ərizə təmin edilməlidir. Belə ki, iş materiallarında olan; - Bakı şəhəri, Nərimanov rayon qeydiyyat şöbəsi tərəfindən verilmiş xx.xx.2022-ci il tarixli 178 və 179 nömrəli məktublardan görünür ki, nikah akt qeydinin və doğum akt qeydinin bərpa edilməsi üçün zəruri sənədlər olmadığında onların bərpa edilməsi məhkəmə qaydasında mümkündür. - AA 3921570№-li şəxsiyyət vəsiqəsinin surətindən görünür ki, Ərizəçi Elyazovna xx.xx.1955-ci il tarixdə Ermənistanda anadan olmuşdur. - İş materiallarına əlavə edilmiş V-СЛ 284868 nömrəli doğum haqqında şəhadətnamənin surətindən görünür ki, X14 xx.xx.1978-ci ildə Ermənistanın Masis rayonunun Dəmirçi kəndində doğulmuşdur. Atası X15yeviç, anası Ərizəçi Eylaz qızıdır. - İş materiallarına əlavə edilmiş İ-AZ 000429 nömrəli doğum haqqında şəhadətnamənin surətindən görünür ki, X9 xx.xx.1980-ci ildə Ermənistanın Masis rayonunun Dəmirçi kəndində doğulmuşdur. Atası X15yeviç, anası Ərizəçidır. - İş materiallarına əlavə edilmiş İ-AZ 000430 nömrəli doğum haqqında şəhadətnamənin surətindən görünür ki, X11 xx.xx.1981-ci ildə Ermənistanın Masis rayonunun Dəmirçi kəndində doğulmuşdur. Atası X15yeviç, anası Ərizəçidır. - İş materiallarına əlavə edilmiş AZ-İ 033581 nömrəli doğum haqqında şəhadətnamənin surətindən görünür ki, X10 xx.xx.1987-ci ildə Ermənistanın Masis rayonunda doğulmuşdur. Atası X15yeviç, anası Ərizəçidır. - İş materiallarına əlavə edilmiş İ-ЗЖ 073759 nömrəli doğum haqqında şəhadətnamənin surətindən görünür ki, X8 xx.xx.1957-ci ildə Ermənistanın Artaşat rayonunda doğulmuşdur. X23 Həsənoviç, anası isə X2r. - İş materiallarına əlavə edilmiş AZ-İ 866713 nömrəli ölüm haqqında şəhadətnamənin surətindən görünür ki, X5 xx.xx.1917-ci ildə Rusiya Federasiyasının Qoryaçiy Klyuç şəhərində ölmüşdür. - Azərbaycan Respublikası DİN yaşayış yeri üzrə qeydiyyat haqqında ******* №-li arayışdan görünür ki, Ərizəçi xx.xx.1955-cı ildə Ermənistanın Artaşat rayonunu Əbil kəndində anadan olmuş və ünvan 1 ünvanında qeydiyyatdadır. Məhkəmə baxışında tədqiq olunmuş sübutlarla müəyyən edildi ki, Ərizəçi xx.xx.1955ci ildə Ermənistanın Artaşat rayonunun Əbil kəndində doğulmuşdur. Atası X12 anası isə X2r. Həmçinin övladlarının doğum haqqında şəhadətnamələrində müəyyən olunur ki, Ərizəçi həyat yoldaşı X3r. Lakin, bu faktı təsdiq edən sənədləri (doğum haqqında şəhadətnaməni və nikah haqqında şəhadətnaməni) digər qaydada əldə edə bilmir. Bu səbəbdən, hazırkı ərizə ilə məhkəməyə müraciət etmişdir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 4.1 -ci maddəsinə əsasən bütün fiziki və hüquqi şəxslər özlərinin qanunla qorunan hüquq və azadlıqlarını, eləcə də maraqlarını qorumaq və təmin etmək məqsədi ilə qanunla müəyyən edilmiş qaydada məhkəmə müdafiəsindən istifadə etmək hüququna malikdirlər. Azərbaycan Respublikası Konstitusiyasının 60-cı maddəsinə görə hər kəsin hüquq və azadlıqlarının məhkəmədə müdafiəsinə təminat verilir. Azərbaycan Respublikası Konstitusiyasının 125-ci maddəsinin Vİİ bəndinə əsasən məhkəmə icraatı həqiqətin müəyyən edilməsini təmin etməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin: 305.1.1-ci maddəsinə əsasən, məhkəmə hüquqi əhəmiyyəti olan faktların müəyyən edilməsi haqqında işlərə xüsusi icraat qaydasında baxır. 307.1- ci maddəsinə əsasən, məhkəmə fiziki və hüquqi şəxslərin şəxsi və ya əmlak hüquqlarının əmələ gəlməsi, dəyişməsi, xitam verilməsinin asılı olduğu faktian müəyyən edir. 307.2.3-cü maddəsinə əsasən, məhkəmə doğumun qeyd edilmə faktının müəyyən edilməsi barədə işlərə baxır. 307.2.5-ci maddəsinə əsasən, məhkəmə şəxsin sənəddə göstərilən adı, atasının adı və ya soyadı onun şəxsiyyəti təsdiq edən sənəddə göstərilən adı, atasının adı və ya soyadı ilə düz gəlmədiyi halda hüquq müəyyənedici sənədlərin (həmkarlar ittifaqı və digər ictimai birliklərin, siyasi partiyaların bileti, hərbi sənədlər, pasport və müvafiq icra hakimiyyəti orqanları tərəfindən verilən şəhadətnamələrdən başqa) həmin şəxsə məxsus olması faktının müəyyən edilməsi barədə işlərə baxır, 307.2.11-ci maddəsinə əsasən qanunvericilikdə müəyyən edilməsinin başqa qaydası nəzərdə tutulmamışsa, hüquqi əhəmiyyətli oian digər faktlar məhkəmə tərəfindən müəyyən edilir. 308-ci maddəsinə əsasən, məhkəmə hüquqi əhəmiyyəti oian faktları o zaman müəyyən edə biiər ki, ərizəçi həmin faktları təsdiq edən lazımi sənədləri başqa qaydada ala bilməsin yaxud itirilmiş sənədlərin bərpası mümkün olmasın. 311-ci maddəsinə əsasən, məhkəmənin qətnaməsi faktı təsdiq edən sənədi, qeydə alınmalı faktlar üzrə isə qeydiyyatı həyata keçirən orqanların verdiyi sənədləri əvəz etməklə, belə qeydə alınma üçün əsasdır. Azərbaycan Respublikası Ailə Məcəlləsinin: 158.1 -ci maddəsinə əsasən vətəndaşlıq vəziyyəti aktlarının qeydə alınması həm dövlət mənafeyi və ictimai mənafe üçün, həm də vətəndaşların şəxsi və əmlak hüquqlarının qorunması məqsədilə aparılır. 162.2-ci maddəsinə əsasən itmiş yazının müvafiq icra hakimiyyəti orqanları tərəfindən bərpası mümkün olmadıqda, vətəndaşlıq vəziyyəti aktının qeydiyyatı faktı məhkəmə qaydası ilə müəyyən edilir. Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx.xx.2001-ci il tarixli, 52 nömrəli qərarı ilə təsdiq edilmiş «Vətəndaşlıq vəziyyəti aktlarının qeydində dəyişiklik, bərpa və ləğv qaydalarını müəyyən edən əsas müddəalar»ın 16-cı bəndinə əsasən doğum, nikahın bağlanması, nikahın pozulması, övladlığa götürmə, atalığın müəyyən edilməsi, adın, soyadın və ata adının dəyişdirilməsi, ölüm haqqında aktların itirilmiş qeydləri yalnız müvafiq qeydin əvvəllər olduğunu təsdiq edən sənədiər olduqda və ya məhkəmənin qətnaməsinə əsasən bərpa edilir. Beləliklə, məhkəmə obyektiv həqiqət prinsipini rəhbər tutaraq, sərbəst daxili inamına və məhkəmə araşdırmasının nəticələrinə əsaslanaraq hesab edir ki, həmin faktların müəyyən edilməsinin qanunvericilikdə başqa qaydası nəzərdə tutulmamışdır, ərizəçi qeyd olunan faktı təsdiq edən lazımi sənədi başqa qaydada ala bilməz və bu səbəbdən ərizə təmin edilməli, Ərizəçi xx.xx.1955-cı ildə Ermənistanın Artaşat rayonunun Əbil kəndində doğulması, ata qrafasında X12, ana qrafasında isə X4 yazılmaqla doğum haqqında akt qeydi bərpa edilməli, habelə ərizəçi ilə X1 nikahda olma faktı müəyyən edilir. Qeyd olunan hallar ərizəçinin hüquqlarının bərpasına yönəlmişdir. Məhkəmə hazırki halda ərizəçinin tələbi üzrə müəyyən edilməli halların ona məxsus olan hüquq müəyyənedici sənədlər olmasını və məhkəmə araşdırması zamanı müəyyən edilmiş faktları nəzərə alaraq ərizəçinin doğum haqqında şəhadətnamə və nikah qeydi bərpa edilməldir. Mülki Prosessual Məcəllənin 217.3-cü maddəsinə əsasən qətnamə iş üzrə müəyyən edilmiş həqiqi hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır. Mülki Prosessual Məcəllənin 217.4-cü maddəsinə əsasən, məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Beləliklə məhkəmə yuxarıda göstərilən maddi hüquq normaları və məhkəmə araşdırması zamanı müəyyən edilən halları nəzərə alaraq hesab edir ki, Ərizəçi xx.xx.1955-cı ildə Ermənistanın Artaşat rayonunun Əbil kəndində doğulması, ata qrafasında X12, ana qrafasında isə X4 yazılmaqla doğum haqqında akt qeydi bərpa edilməli, habelə ilə X1 arasında bağlanmış nikaha dair nikah akt qeydinin bərpa edilməlidir. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası MPM-in 119, 216-220, 227, 233-cü maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ Ərizə təmin edilsin. Ərizəçi xx.xx.1955-ci ildə Ermənistanın Artaşat rayonunun Əbil kəndində doğulması, ata qrafasında X12, ana qrafasında isə X4 yazılmaqla doğum haqqında akt qeydi bərpa edilsin. Yeni doğum şəhadətnamənin verilməsi vəzifəsi Bakı şəhəri Nərimanov rayon Qeydiyyat şöbəsinə həvalə edilsin. Ərizəçi ilə X1 arasında bağlanmış nikaha dair nikah akt qeydinin bərpa edilməsi vəzifəsi Bakı şəhəri Nərimanov rayon Qeydiyyat şöbəsinə həvalə edilsin. Qətnamədən onun rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Bakı Şəhəri Nərimanov Rayon Məhkəməsinə “Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinet vasitəsilə apellyasiya şikayəti verilə bilər. Sədrlik edən: Səbinə Nuriyeva

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar