Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(005)-1033/2022 18.03.2022 BAKI ŞƏHƏRİ NƏRİMANOV RAYON MƏHKƏMƏSİ Hakim Əsədova Gültəkin Akif qızının sədrliyi, Məmmədhəsənov Fərman Salman oğlunun katibliyi, İddiaçı nümayəndəsi və vəkili Vəkil, Cavabdeh1, onun vəkili X2, Cavabdeh3 iştirakları ilə, İddiaçı cavabdehlər Cavabdeh1, Cavabdeh2, Cavabdeh3 və üçüncü şəxs Bakı şəhəri Maraqlı şəxsə qarşı “digər yaşayış sahəsi verilməklə yaşayış sahəsindən (mənzildən) çıxarılma və tikililərin sökülməsi” tələbinə dair iddia ərizəsi üzrə mülki işə Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: İddiaçı cavabdehlər Cavabdeh1, Cavabdeh2, Cavabdeh3 və üçüncü şəxs Bakı şəhəri Maraqlı şəxsə qarşı “digər yaşayış sahəsi verilməklə yaşayış sahəsindən (mənzildən) çıxarılma və tikililərin sökülməsi” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Bakı şəhəri Maraqlı şəxs başçısının 12.12.2016-cı il tarixli 130 №-li Sərəncamı ilə Bakı şəhəri, Nərimanov rayonu, Təbriz, F.Məmmədov, Qarabağ və Nemət Quliyev küçələrinin kəsişməsindəki ünvanlarda yeni hündürmərtəbəli çoxmənzilli yaşayış binalarının tikintisi üçün “İnteks" MMC-nə ayrılmış torpaq sahəsində yerləşən: Əliəşrəf Əlizadə küçəsi 2 saylı evin 5A saylı mənzilindən Cavabdeh1, Cavabdeh2 və Cavabdeh3 ailə üzvləri ilə birlikdə çıxarılmaları, həmin yaşayış sahəsinin sökülməsi, cavabdehlərin paylı mülkiyyətində olan mənzilin qanuni sahəsindən 20% əlavə yaşayış sahəsi əlavə etdirməklə, həmin ərazidə tikiləcək çoxmərtəbəli yaşayış evində tam təmirli yaşayış sahəsi ilə təmin edilməsi və İddiaçı MMC-nin vəsaiti hesabına tikiləcək çoxmərtəbəli yaşayış binasında yerləşən vaşavış sahəsinə köçürülənədək 400 manat aylıq kirayə haqqının "İnteks“ MMC tərəfindən verilməsi barədə qətnamə çıxarılmasını məhkəmədən xahiş etmişdir. Daha sonra İddiaçı iddia ərizəsinə dəqiqləşmə verərək, Bakı şəhəri Maraqlı şəxs başçısının 12.12.2016-cı il tarixli 430 №-li Sərəncamı ilə Bakı şəhəri Nərimanov rayonu, Təbriz, F.Məmmədov, Qarabağ və Nemət Quliyev küçələrinin kəsişməsindəki ünvanlarda yeni hündürmərtəbəli çoxmənzilli yaşayış binalarının tikintisi üçün İddiaçı MMC-nə ayrılmış torpaq sahəsində yerləşən, Əliəşrəf Əlizadə küçəsi 2 saylı evin 5A saylı mənzilindən cavabdehlər Cavabdeh1, Cavabdeh2 və Cavabdeh3 ailə üzvləri ilə birlikdə çıxarılmaları, həmin yaşayış sahəsinin sökülməsi, cavabdehlərin paylı mülkiyyətində olan mənzilin əvəzində həmin ərazidə inşa edilmiş çoxmərtəbəli yaşayış evində tam təmirli 78,81 kv.m yaşayış sahəsinin İddiaçı MMC tərəfindən cavabdehlərə verilməsi barədə qətnamə çıxarılmasını məhkəmədən xahiş etmişdir. İddiaçı iddia ərizəsini onunla əsaslandırmışdır ki, "Azərbaycan Respublikasının Şəhərsalma və Tikinti Məcəlləsinin təsdiq edilinəsi, qüvvəyə minməsi və bununla bağlı hüquqi tənzimləmə haqqında" Azərbaycan Respublikasının 2012-ci il 29 iyun tarixli 392-İVQ N-li Qanununun tətbiqi barədə Azərbaycan Respublikasının Prezidentinin 2012-ci il A sentyabr tarixli 695 nömrəli Fərmanının 1.8-ci bəndinə əsasən Bakı şəhərinin Suraxanı, Nəsimi, Xətai, Nərimanov, Nizami, Yasamal, Səbail və Pirallahı rayonlarının ərazisinin abadlıq quruculuq işlərinin davam etdirilməsi, qəzalı vəziyyətdə olan binaların sökülərək, verində müasir tələblə;ə uyğun yenilərinin tikilməsi və qəzalı v əziyyətdə olan binalarda yaşayan sakinlərin mənzil- məişət şəraitinin yaxşılaşdırılması məqsədi ilə Azərbaycan Respublikasının Nazirlər Kabineti 25 fevral 2016-cı il tarixli. 86 nömrəli “Bakı şəhərinin Suraxanı, Nəsimi, Xətai, Nərimanov, Nizami, Səbail, Pirallahı, Yasamal, Xəzər rayonlarının sosial-iqtisadi inkişafının sürətləndirilməsinə dair əlavə tədbirlər barədə" Qərarı (bundan sonar "Nazirlər Kabinetinin Qərarı" adlandırılacaq) qəbul edilmişdir. Sözügedən Qərarın 1-ci bəndinə əsasən: 5 il müddətində mülki, mənzil, şəhərsalma və tikinti qanunvericili) inin tələblərinə əməl elməklə qəzalı vəziyyətində olan və mövcud şəhərsalma normalarına cavab verməyən yaşayış və qeyri-yaşayış binalarının sökülməsi, sakinlərin mənzil məişət şəraitlərinin yaxşılaşdırılması məqsədilə hündürmərıəbəli çoxmənzilli yaşayış binalarının tikintisi üçün sökülməsi nəzərdə tutulan qeyri-yaşayış və yaşayış evlərinin ərazilərindən istifadə edilməsi və dövlət mülkiyyətində olan torpaqların daimi istifadəyə və icarəyə verilməsi Maraqlı şəxsə (RİH) tapşırılmışdır. Həmin Qərarın 1.1-ci bəndinə əsasən, habelə bu ıav onların ərazisində yaşayış üçün yararsız olan digər binaların, sosial və digər təyinatlı qeyri-yaşayış obyektlərinin sökülməsini və yenidən qurulmasını, ərazi hissələrinin yenidən qurulması üçün tələb olunan ərazi planlaşdırma sənədlərinin hazırlanması (tikinti layihələrinin işlənməsindən əvvəl) və Azərbaycan Respublikasının Dövlət Şəhərsalma və Arxitektura Komitəsi ilə razılaşdırmaqla təsdiqini, habelə yeni tikiləcək yaşayış binalarının və qeyri-yaşayış obyektlərinin lahiyələrinə razılığın, tikintiyə və tikinti obyektinin istismarına icazənin verilməsini, həmçinin bu məqsədlə dövlət mülkiyyətində olan torpaqların daimi istifadəyə və icarəyə verilməsinin təmin edilməsi nəzərdə tutulmuşdur. Həmin Qərarın 1.3. bəndinə əsasən qanunvericiliyin tələblərinə uyğun olaraq qəzalı vəziyyətdə olan binaları sökərək onların verində yeni yaşayış binası tikilənədək bu binalardan köçürülən sakinlərin müvəqqəti olaraq kirayə edilmiş mənzillərdə yerləşdirilməsi iiyün lazımi maliyyə vəsaitinin ödənilməsini və həmin sakinlərə sökülmüş tikililərin yerində yeni tikiləcək yaşayış binasında müvafiq mənzillərin ayrılması nəzərdə tutulmuşdur. Bakı şəhərinin təsdiq olunmuş Baş planına uyğun Dövlət Proqramının yerinə yetirilməsi və Nazirlər Kabinetinin Qərarının icrasını təmin etmək və Nərimanov rayonunun Təbriz, F.Məmmədov, Qarabağ və Nemət Quliyev küçələrinin kəsişməsində yeni hündürmərtəbəli çoxınənzilli yaşayış binaların tikintisinin təmin etmək məqsədilə. Azərbaycan Respublikası Bakı şəhəri Maraqlı şəxs başçısı 12.12.2016-cı il tarixli 430 Xv’-li Sərəncam vermişdir. Sərəncama əsasən Nərimanov rayonunun Təbriz, F.Məmmədov. Qarabağ və Nemət Quliyev küçələrinin kəsişməsində 3.82 ha torpaq sahəsi İddiaçı MMC-nin daimi istifadəsinə verilmişdir. Bu məsələlərlə əlaqədar Nərimanov RİH ilə “İnteks" MMC arasında 19.12.2016-cı il tarixli Müqavilə imzalanmışdır. Müqavilə öhdəliyinə əsasən Azərbaycan Respublikası Nazirlər Kabinetinin 25.02.2016-cı il tarixli 86 №-li Qərarının tələblərinə uyğun sözügedən ərazidə istismar müddətini çoxdan başa vurmuş, şəhərsalma prinsiplərinə cavab verməyən yaşayış evlərində yaşayan sakinlərin köçürülməsi, köçürülmə ilə əlaqədar həmin sakinlərə istifadələrində (mülkiyyətlərində) olan sahədən 20% artıq olmaqla həmin ərazidə yeni inşa ediləcək çoxmərtəbəli yaşayış binasında digər tam təmirli abad yaşayış sahələrinin (mənzillərin) verilməsi, yaşayış sahəsi verilənədək hər bir ailəyə yaşayış otaqlarının sayından asılı olaraq 300-500 manat miqdarında kompensasiyaların verilməsi və digər xidmətlərin göstərilməsi İddiaçı MMC yə həvalə edilmişdir. İddiaçı MMC tərəfindən hıı istiqamətdə böyük işlər görülmüş, sözügedən ərazidəki sakinlərin böyük əksəriyyəti aylıq kirayə haqları verilməklə müvəqqəti yaşayış sahələrinə köçürülmüşdür. Sərəncama əsasən İddiaçı MMC-nə Nərimanov rayonunun Təbriz, F.Məmmədov, Qarabağ və Nemət Quliyev küçələrinin kəsişməsində qəzalı vəziyyətdə olan və mövcud şəhərsalma normalarına cavab verməyən yaşayış və qeyri-yaşayış binalarının sökülməsi, sakinlərin mənzil-məişət şəraitinin yaxşılaşdırılması məqsədilə hündürmərtəbəli çoxmənzilli yaşayış binalarının tikintisi üçün sökülməsi nəzərdə tutulan qeyri-yaşayış və yaşayış evlərinin ərazilərindən istifadə edilməsi və dövlət mülkiyyətində olan torpaqlarının daimi istifadəyə və icarəyə verilməsi tapşırılmışdır. Həmin sərəncama əsasən İddiaçı MMC Azərbaycan Respublikasının Nazirlər Kabinetinin 25.02.2016-ci il tarixli 86 nömrəli Qərarının tələblərinə uyğun sözügedən ərazidə istismar müddətini çoxdan haşa vurmuş, şəhərsalma prinsiplərinə cavab verməyən yaşayış evlərində yaşayan sakinlərin köçürülməsi, köçürülmə ilə əlaqədar həmin sakinlərə istifadələrində (mülkiyyətlərində) olan sahədən 20 % artıq olmaqla həmin ərazidə yeni inşa ediləcək çoxmərtəbəli yaşayış binasında digər tam təmirli abad yaşayış sahələrinin verilməsi, yaşayış sahəsi verilənədək hər bir ailəyə yaşayış otaqlarının sayından aslı olaraq 300-500 ınanal miqdarımla kompensasiyaların verilməsi və digər xidmətlərin göstərilməsi "xxxx" MMC-və həvalə edilmişdir. Qeyd olunan sərəncamla İddiaçı MMC-nə yuxanda göstərilən torpaq sahəsinin qəbulu və onun sanitar vəziyyətinə nəzarəti ayrılmış torpaq sahəsinə qanunla nəzərdə tutulmuş qaydada istifadə, ərazinin və obyektin memarlıq-planlaşdırma həllini layihələndirmə ərəfəsində RİH ilə razılaşdırma, tikinti işlərinə başlamazdan öncə Dövlət Şəhərsalma Arxitektura Komitəsi ilə razılaşdırmaqla Fövqəladə Hallar Nazirliyinin təsisatdan kənar Dövlət Baş Ekspertiza idarəsindən xüsusi rəy alınması, ərazidə layihə-axtarış işləri aparılarkən mühəndis kommunikasiya xətləri aşkar edildikdə. Baş plana işlənilmədən əvvəl həmin kommunikasiya xəttlərinin köçürülməsi RİH və əlaqədar təşkilatlarla razılaşdırmaqla həmin kommunikasiya xətlərinin köçürülməsi, Təbriz, F.Məmmədov. Qarabağ və Nemət Quliyev küçələrinin kəsişməsindəki ünvanlarda yerləşən yaşayış binalarının sakinləri qarşılıqlı razılaşma əsasında, yeni mənzillərlə təmin edilənədək hər ay kirayə haqqı ödənilməklə müvəqqəti olaraq başqa mənzillərə köçürülməsi həvalə edilmişdir. 02 fevral 2017-ci il tarixli fövqəladə Hallar Nazirliyinin Tikintidə X1 Agentliyinin “Azərinşaatlayihə” Dövlət Baş Layihə Konstruktor və Texnoloji İnstitutunun rəyinə əsasən, Nərimanov rayonu, Təbriz, F.Məmmədov, Qarabağ və Nemət Quliyev küçələrinin kəsişməsindəki ünvanlarda yerləşən yaşayış binalarına vizual texniki baxış keçirilmişdir və akt (bundan sonar Akt adlandırılacaq) tərtib etmişlər.(göstərilən Akta əsasən evlər uzun müddət təmirsiz istismar olunduğundan, fiziki aşınmalara məruz qalmışdır. Binaların divarlarında suvaq qatının tökülməsi, aşınma», mövcuddur, evlərinin dam örtüyünün yararsız olması, atmosfer sularını istiqamətləndirən suötürücü xətlərinin olmaması, olanlarının isə yarasız vəziyyətdə olması halları müşahidə olunmuş. həyətdə sakinlər tərəfindən, müxtəlif illərdə yaşayış sahələrini artırmaq məqsədi ilə əlavə tikililər inşa edilmiş, bu da həyətin ümumi istifadə olunan sahəsinin azalmasına səbəb olmuşdur. Evlərdə istismar olunan kommunikasiya xətləri (elektrik, su kanalizasiya) nizamsız şəkildə, inşaat norma və təhlükəsizlik qaydalarına əməl olunmadan çəkilmişdir. Kommunikasiya xətlərinin nizamsız olması və evlərin konstruksiyalarının əksər hissəsinin ağac materialından olması, gələcəkdə baş verə biləcək yanğın və digər arzuolunmaz hadisələrin baş verməsinə səbəb ola bilər. Həyətin daralması yanğın və bu kimi digər arzuolunmaz hadisələrdə tədbir görülməsi üçün müdaxiləni məhdudlaşdırıb. Evlər fiziki və mənəvi cəhətdən köhnəlmiş, istismar müddəti başa çatmış, tarixi abidə baxımından heç bir əhəmiyyət kəsb etmir və şəhərin görünüşünə uyğun deyil. Həyətdəki evlərin texniki vəziyyəti məhdud işlək kimi qiymətləndirilir. İddiaçı MMC tərəfindən yuxarda göstərilən istiqamətdə böyiik işlər görülmüş, həmin ərazidə hazırki iş üzrə cavabdehlər istisna olmaqla bütün sakinlərə müavinətlər verilməklə onlar müvəqqəti yaşayış sahələrinə köçürülmüşdür. Nərimanov rayonunun Ə.Əlizadə küçəsi 2 saylı binanın sakini olan cavabdehlər ailə üzvləri ilə İddiaçı MMC-nin ofisinə dəvət olunmuş və onlarla danışıqlar aparılmışdır. İddiaçı, Nazirlər Kabinetinin Qərarının icrası məqsədilə cavabdehlərə bu ərazidə inşa ediləcək hündürmərtəbəli çoxmənzilli yaşayış binalarında yeni təmirli mənzilin verilməsi şərtilə, onların mülkiyyətində olan yaşayış sahəsinin, iddiaçı ilə müqavilə bağlayaraq boşaldılmasını təklif etmişdir. Cavabdehə izah edilmişdir ki, onların mülkiyyətində olan mənzilin yerləşdiyi evin köhnəlməsi, istismar müddətinin başa çalması səbəbindən bu sahələr sökülərək əvəzində bu ərazidə inşa ediləcək hündürmərtəbəli çoxmənzlli yaşayış binalarında təzə mənzillər veriləcəkdir. Lakin cavabdehlər qərəzli şəkildə İddiaçı MMC-nin təkliflərindən iddiaçı tərəfindən yaşayış sahələrinə əlavə 20% sahə əlavə çiməklə tam təmiri mənzilin verilməsi təklifindən imtina etmişlər və İddiaçına, təklifləri ilə razılaşmayaraq ondan dəyəri qat- qat çox olan sahələr tələb etməkdədir. Həmçinin, iddiaçı tərəfindən cavabdehlərə yeni yaşayış binası tikilənədək və ona ailə üzvləri ilə birlikdə bu binada yeni mənzil təhvil verilənədək kompensasiya şəklində vəsait təklif edilmişdir. Bundan əlavə, iddiaçı tərəfindən Cavabdehə əşyaların daşınması üçün nəqliyyat vəsaitinin və işçi qüvvəsinin verilməsi təklif edilmişdir. Lakin, cavabdehlər iddiaçı tərəfindən onlara edilən ədalətli kompensasiya təkliflərinə baxmayaraq, qeyri-real kompensasiyaların verilməsini tələb edərək icrası mümkün olmayan şərtlər irəli sürməkdə davam edirlər. Nəticə etibarı ilə Dövlət Proqramının tərkib hissəsi olan Normativ Hüquqi və İnzibati Aktların icrası gecikməklə yanaşı, həmin ərazidən köçürülən bütün sakinlərin də hüquqları pozulmaqla davam edir və İddiaçı MMC ciddi maliyyə ilkisi ilə üzləşmişdir. Belə olan halda, yəni Dövlət Proqramının tərkib hissəsi olan Normativ Aktların icrasının təmin edilməsi məqsədi ilə "xxxx" MMC məhkəməyə müraciət elmək məcburiyyətində qalmışdır. Cavabdehlər istismar müddəti başa çatmış, sanitariya normalarına və qaydalarına, gigiyena normativlərinə cavab verməyən, yanğın və bu kimi digər hadisələr baş verə biləcək binada y erləşən mənzili istismar etməklə özlərinin, ailə üzvlərinin, o cümlədən, qonşuların, azyaşlı uşaqların və üçüncü şəxslərin hüquqlarını, o cümlədən təhlükəsiz və sağlam ətraf mühitdə yaşamaq hüquqlarını pozurlar. Məhkəmə iclasında İddiaçı nümayəndəsi və vəkili Vəkil iddia tələbinin dəlillərinə uyğun izahat verərək iddia ərizəsinin təmin edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Eyni zamanda çoxmərtəbəli yaşayış binasının tam hazır vəziyyətdə olduğunu bildirərək, iddia ərizəsində kirayə haqqı verilməsinin nəzərdə tutulmadığını bildirmişdir. Cavabdeh1, onun vəkili X4 məhkəmə iclasında ayrı-ayrılıqda bildirmişlər ki, iddia ərizəsi əsassızdır və mübahisənin məhkəmədənkənar həəli üçün iş üzrə icraata xitam verilməsi barədə qərardad qəbul edilməsini xahiş etmişlər. Cavabdeh3 məhkəmə iclasında izahat verərək iddia tələbini qəbul etmədiyini bildirdi və rədd edilməsinə dair qətnamə qəbul edilməsini xahiş etmişdir. Məhkəmə iclasının vaxtı və yeri barədə digər cavabdeh və müstəqil tələb irəli sürməyən şəxsə qanunla müəyyən olunmuş qaydada məlumat verilsə də, onlar şəxs heç bir səbəb göstərmədən məhkəmə iclasına gəlməmişdir. Məhkəmə Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 185.5-ci maddəsinə əsasən işə onların iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə işdə iştirak edən şəxslərin izahatlarını iş üzrə təqdim olunmuş digər sübutlarla yanaşı yoxlayaraq, iddia tələblərinin dəlillərini, işdə olan sübutları işin bütün faktiki hallarının tam, hərtərəfli və obyektiv araşdırılmasına əsaslanmaqla qiymətləndirərək belə hesab edir ki, aşağıda göstərilənlərə əsasən iddia tələbi təmin edilməlidir. İş materiallarında olan və məhkəmə baxışında tədqiq olunmuş sübutlarla müəyyən olunmuşdur ki: Məhkəmə tərəfindən mübahisəli ünvana yerli baxış keçirilmiş və müəyyən edilmişdir ki, Həmin ərazidə Yalnız cavabdehlərə məxsus yaşayış sahəsi qalmış, digər evlər İddiaçı tərəfindən sökülərək ərazidə tikinti işləri aparılmış və yerində çoxmərtəvəli yeni yaşayış binaları inşa edilmişdir. Yerli baxış zamanı cavabdehlərə məxsus ev köhnəlmiş, istismara yararsız vəziyyətdə olduğu müəyyən olunmuşdur. Divarlarda suvaq qatının tökülməsi, aşınması, tavanda və divarlarda nəmişlik əlamətləri müşahidə olunmuşdur. Bakı şəhəri Maraqlı şəxs başçısının 12.12.2016-cı il tarixli, 430 №-li sərəncamından görünür: Rayonun Təbriz, F.Məmmədov, Qarabağ və Nemət Quliyev küçələrinin kəsişməsində yem hundürmərtəbəli çoxmənzilli yaşayış binalannın tikintisinin aparılması məqsədilə, rayonun Təbriz, F.Məmmədov, Qarabağ və Nemət Qutiyev küçələrinin kəsişməsində 3,82 ha torpaq sahəsi İddiaçı MMC-nin daimi istifadəsinə verilsin. Rayonun Təbriz, F.Məmmədov, Qarabağ və Nemət Quliyev küçələrinin kəsişməsində yeni çoxmənzilli yaşayış ve qeyri-yaşayış binalarının tikintisinə başlanma məqsədi ilə İddiaçı MMC-yə aşağıdakılar həvalə edilsin: 2.1 İddiaçı MMC-yə aynknş torpaq sahəsini yerində qəbul etsin və onun sanitar vəziyyətinə nəzarət etsin; 2.2 Ayrılmış torpaq sahəsinə İddiaçı MMC tərəfindən qanunda nəzərdə tutulmuş qaydada istifadə hüququ ətdə edilsin; 2.3 Ərazinin və obyektin memarlıq-planlaşdırma həllini layihələndirmə ərəfəsində RİH ilə razilaşdırılsın; 2.4 Tikinti işlərinə başlamazdan öncə Dövlət Şəhərsalma və Arxitektura Komitəsi ilə razılaşdırmaqla, Fövqəladə Hallar Nazirliyinin Təsisatdankənar Dövlət Baş Ekspertiza İdarəsindən xüsusi rəy alınması İddiaçı MMC-yə tapşırılsın; 2.5 Ərazidə layihə-axtanş işləri aparllarkən mühəndis kommunikasiya xətləri aşkar edildikdə, Baş Plan işlənilməzdən əvvəl həmin kommunikasiya xətlərinin köçürülməsi RİH və əlaqədar təşkilatlarla razılaşdırmaqla İddiaçı MMCnin vəsaiti hesabına həyata keçirilsin; 2.6 Rayonun Təbriz, F.Məmmədov. Qarabağ və Nemət Qufiyev küçələrinin kəsişməsində yerləşən yaşayış binalarının sakinləri qarşılıqlı razılaşma əsasında, yeni mənzillərlə təmin edilənədək hər ay kirayə haqqı ödənilməklə müvəqqəti otaraq başqa mənzillərə köçürülsünlər. 3.Azərbaycan Respublikası Şəhərsalma və Tikinti Məcəlləsinin tələblərinə uyğun olaraq rayonun Təbriz, F.Məmmədov, Qarabağ va Nemət Quliyev küçələrinin kəsişməsində yerləşən yaşayış binaları sökülsün. 4. Sərəncamın İ və lİ bəndlərinin tələbləri İddiaçı MMC tərəfindən tam yerinə yetirildikdən sonra Azərbaycan Respublikasının Şəhərsalma və Tikinti Məcəlləsinə uyğun olaraq tikinti layihəsinin razılaşdırılması, tikintiyə icazə barədə sərəncamın verilməsi va tikinti işlərinə başlanılması üçün əsas olan xüsusi nişanın alınması məqsədlə RİH-ə müraciət edilsin. 5 Bu sərəncam ilkin olaraq yalnız layihələndirmə üçün əsasdır. 6.Ayrılmış torpaq sahəsinin zəbt olunmasının, həmin ərazidə yaşıllıqların qanunsuz məhv edilməsinin qarşısının alınması və sanitar vəziyyətin nəzarətdə saxlanılması RİH başçısı Aparatının Rayon təsərrüfatı şöbəsinə tapşırılsın. 7.Sərəncamın aidiyyəti ünvanlara göndərilməsi Sənədlərlə və vətəndaşların müraciətləri ilə İş şöbəsinə tapşınlsın. İddiaçı MMC-nin 11.01.2022-ci il tarixli, 006, 007, 005, №-li bildirişindən görünür ki, müvafiq olaraq Cavabdeh1, Cavabdeh2 və Cavabdeh3 İddiaçı MMC Azərbaycan Respublikası Nazirlər Kabinetinin 25 fevral 2016-cı il tarixli, 86 saylı qərarını və Bakı şəhəri Maraqlı şəxs başçısının 430 saylı 12.12.2016-cı il tarixli sərəncamını əsas tutaraq yalnız hüquqi əsaslarla mülkiyyətində və ya istifadəsində olan şəxslərlə söküntü ərazisinə aid olan sakinlərə məxsus mənzillərin əvəzləşdirmək yolu ilə müqavilə bağlayaraq “Pilot" layihə üzrə tikinti işlərini həyata keçirir. Bakı şəhəri, Nərimanov rayonu Əliəşrəf Əlizadə küçəsi 2 ünvanının ərazisindəki mənzillərin də sökülüb yeni, müasir üslubda çoxmərtəbəli yaşayış binasının inşa olunması da müvafiq qərarla İddiaçı MMC-nə həvalə edilib. Belə ki, Azərbaycan Respublikası Fövqəladə Hallar Nazirliyi Tikintidə X1 Agentliyi "Azərdövlətlayihə" Dövlət Baş Layihə İnstitutu tərəfindən verilmiş "ünvan 2 ünvanında yerləşən yaşayış binasında keçirilən vizual texniki baxışın nəticəsi haqqında 02 fevral 2017-ci il tarixli Rəyə (bundan sonra - "Azərdövlətlayihə” DBLİ-nin Rəyi) əsasən, sözügedən ünvanda yerləşən evlər ümumiyyətlə mövcud tikinti norma və qaydalarına, şəhərin ümumi görünüşünə, mövcud şəhərsalma tələblərinə cavab vermir. Yaşayış binasının mövcud vəziyyəti texniki cəhətdən qəzalıdır, istismar üçün təhlükəlidir. Binada təmir, bərpa və gücləndirmə işlərinin aparılması texniki və iqtisadi cəhətdən məqsədəuyğun hesab edilmir. Ona görə də digər paylı mülkiyyətçilər Cavabdeh1 və Cavabdeh2 ilə birlikdə "xxxx" MMC-nə (ünvan 3 ünvanına) gəlib paylı mülkiyyətinizdə olan ünvan 4 ünvanda inşa olunacaq yeni çoxmərtəbəli binadakı mənzillə əvəzləşdirilməsi barədə müqavilə bağlanılması xahiş edilmiş, əks halda məhkəməyə müraciət ediləcəyi barədə xəbərdarlıq edilmişdir. Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidməti Hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən çıxarışın surətindən görünür ki, Bakı şəhəri, Nərimanov rayonu, Əliəşrəf Əlizadə küçəsi, 2 nömrəli evin 5a nömrəli mənzilinin ümumi sahəsi 31,52 kv.metr olmaqla 1/3 hissəsi Cavabdeh2 adına 24.11.2020-ci il tarixdə, 1/3 hissə- Cavabdeh3 adına 24.11.2020-ci il tarixdə, 1/3 hissə Cavabdeh1 adına 24.11.2020-ci il tarixdə **********57-05101-093008 reyestr nömrəsi ilə qeydiyyata alınmışdır; 10.01.2019-cu il tarixli Obyektin tikintisinə 1№-li icazədən görünür ki, Bakı şəhəri Maraqlı şəxs tərəfindən Təbriz, F.Məmmədov, Qarabağ va Nemət Quliyev küçələrinin kəsişməsində tikinti işlərinin aparılmasına icazə verilmişdir. Bakı şəhəri, Nərimanov rayonu, Təbriz, F.Məmmədov, Qarabağ va Nemət Quliyev küçələrinin kəsişməsində yerləşən yaşayış binalarının texniki vəziyyəti haqqında 02.02.2017-ci il tarixli Aktdan görünür ki, Əliəşrəf Əlizadə küçəsi, ev 2 (ümumi həyət) – Yaşayış evləri 1895-ci ildə ümumi həyətdə inşa edilmişdir. Həyət planda trapes formada olub, uzunluğu 34,9 metr, eni 25,7 metrdir. Həyət birgirişli olmaqla kommunal şəraitlidir. Evlər kürsüsüz, bir mərtəbəli olmaqla, yeddi hissədən ibarətdir. Planda ölçüləri 30,5 x 8,4. 25,7 x 3,4; 30,8 x 8,0; 4,4 x 8,4; 2,0 x 2,0; 2.0 x 13,0; 15,2 x 3,4 metrdir. Divarları 0,5 metr qalınlığında but daşından ibarətdir. Mərtəbə hündürlüyü 3,4 metrdir. Döşəməsi, dam örtüyü ağac materialındandır. Damı yastı tipli olub, ruberoidlə izolyasiya olunmuşdur. Dam bəzi yerlərdə asbest-şifer dalğalı vərəqələrlə örtülmüşdür. Həyətdə ümümi istifadədə olan sanitar qovşaqlarının divarları 0,2 metr qalınlığında mişarlanmış əhəngdaşından, damı asbest - şiferdən ibarətdir. Evlər uzun müddət təmirsiz istismar olunduğundan, fiziki aşınmalara məruz qalmışdır. Binanın divarlarında suvaq qatının tökülməsi, aşınması, tavanda və divarlarda nəmişlik əlamətləri, navalçaların, dam örüyünün nasazlığı müşahidə olundu. Həyətdə sakinlər tərəfindən müxtəlif illərdə, evlərin yaşayış sahələrini artırmaq məqsədi ilə əlavə tikililər inşa edilmişdir. Bu da həyətin ümümi istifadədə olan sahəsinin azalmasına, giriş hissəsində yolun daralmasına səbəb olmuş və yanğın təhlükəsizliyi baxımından yolverilməzdir. Evlərdə istismarda olan kommunikasiya xətləri (elektrik, su, kanalizasiya) nizamsız şəkildə, inşaat və təhlükəsizlik normalarına əməl olunmadan çəkilmişdir. Kommunikasiya xətlərinin nizamsız olması və evlərin konstruksiyalarının əksər hissəsinin ağac materialından olması, gələcəkdə baş verə biləcək yanğın və digər arzuolnmaz hadisələrin baş verməsinə səbəb ola bilər. Həyətdə giriş yolunun daralması, yanğın və bu kimi digər hadisələrdə tədbir görülməsi üçün müdaxiləni məhdudlaşdırır. Evlər fiziki və mənəvi cəhətdən köhnəlmiş, istismar müddəti başa çatmış, tarixi abidə baxımından heç bir əhəmiyyət kəsb etmir, memarlıq baxımından şəhərin görünüşünə uyğun deyil. Həyətdəki evlərin texniki vəziyyəti məhdud işləkdir. Məhkəmə hesab edir ki, ilk növbədə ilkin iddia tələbinə mülki və mülki prosessual qanunvericiliyin tələblərinə uyğun hüquqi qiymət verilməlidir. Belə ki, Azərbaycan Respublikası Konstitusiyasının: 12-ci maddəsinin İ hissəsin əsasən insan və vətəndaş hüquqlarının və azadlıqlarının, Azərbaycan Respublikasının vətəndaşlarına layiqli həyat səviyyəsinin təmin edilməsi dövlətin ali məqsədidir; 13-cü maddəsinin İ hissəsinə əsasən Azərbaycan Respublikasında mülkiyyət toxunulmazdır və dövlət tərəfindən müdafiə olunur; 13-cü maddəsinin İİİ hissəsinə əsasən mülkiyyətdən insan və vətəndaş hüquqları və azadlıqları, cəmiyyətin və dövlətin mənafeləri, şəxsiyyətin ləyaqəti əleyhinə istifadə edilə bilməz; 29-cu maddəsinin İV hissəsinə əsasən heç kəs məhkəmənin qərarı olmadan mülkiyyətindən məhrum edilə bilməz. Əmlakın tam müsadirəsinə yol verilmir. Dövlət ehtiyacları üçün mülkiyyətin özgəninkiləşdirilməsinə yalnız qabaqcadan onun dəyərini ədalətli ödəmək şərti ilə yol verilə bilər; 43-cü maddəsinin İİ hissəsinə əsasən dövlət yaşayış binalarının və evlərin tikintisinə rəvac verir, insanların mənzil hüququnu gerçəkləşdirmək üçün xüsusi tədbirlər görür. Azərbaycan Respublikasının Mülki Məcəlləsinin: 5.3-cü maddəsinə əsasən mülki hüquq münasibətlərinin subyektləri öz hüquq və vəzifələrini vicdanla həyata keçirməyə borcludurlar; 16.1-ci maddəsinə əsasən fiziki və hüquqi şəxslərin yalnız və yalnız başqa şəxsə ziyan vurmaq niyyəti ilə həyata keçirdikləri hərəkətlərə, habelə hüquqdan digər formalarda sui-istifadə edilməsinə yol verilmir; 152.6-cı maddəsinə əsasən hüquqdan sui-istifadə mülkiyyətdən başqalarına ziyan vuran şəkildə istifadədir; bu zaman mülkiyyətçinin mənafe üstünlüyü dəqiq ifadə edilməmişdir və onun hərəkətlərinin zəruriliyi əsaslı deyildir; 560.1-ci maddəsinə əsasən mülki hüquqlar hüquqa uyğun həyata keçirilməlidir. Hüquqdan yalnız başqalarına ziyan vurmaq məqsədi ilə istifadə edilməsi yolverilməzdir; 560.2-ci maddəsinə əsasən hüquqdan sui-istifadəyə yol verilmir, bu əsas üzərində həyata keçirilən razılaşmalar və hərəkətlər isə etibarsızdır. Azərbaycan Respublikası Mənzil Məcəlləsinin: 5.3-cü maddəsinə əsasən bu Məcəllədə və digər qanunlarda nəzərdə tutulmuş əsaslar və qayda istisna olmaqla, heç kəs yaşayış sahəsindən çıxarıla bilməz və ya heç kimin yaşadığı sahədən istifadə hüququ, o cümlədən kommunal xidmətlərdən istifadə etmək hüququ məhdudlaşdırıla bilməz; 18-ci maddəsinə əsasən mülkiyyət formasından asılı olmayaraq mənzil fondunun istifadəsi və saxlanılmasına, habelə yaşayış sahələrinin və kommunal xidmətlərin müəyyən edilmiş tələblərə uyğunluğuna dövlət nəzarəti qanunvericilikdə müəyyən olunmuş qaydada həyata keçirilir; 152.1-ci maddəsinə əsasən mülkiyyət hüququ - subyektin ona mənsub əmlaka (əşyaya) öz istədiyi kimi sahib olmaq, ondan istifadə etmək və ona dair sərəncam vermək üzrə dövlət tərəfindən tanınan və qorunan hüququdur. Azərbaycan Respublikası Ali Məhkəməsinin Plenumu “Ədalət mühakiməsinin həyata keçirilməsi zamanı “İnsan Hüquqularının və X3 Haqqında” Avropa Konvensiyasının müddəalarının və İnsan Hüquqları üzrə Avropa Məhkəməsinin Presedentlərinin tətbiqi haqqında” 30 mart 2006-cı il tarixli 5 nömrəli Qərarının 2-ci bəndində məhkəmələrə milli qanunvericiliklə yanaşı, Avropa Konvensiyasının müddəlarını rəhbər tutmağı və bu zaman İnsan Hüquqları üzrə Avropa Məhkəməsinin təcrübəsinə istinad etməyi tövsiyə etmişdir. “İnsan hüquqlarının və X3 haqqında” Avropa Konvensiyasına 1 saylı Əlavə protokolun 1-ci maddəsinə əsasən hər bir fiziki və ya hüquqi şəxs öz əmlakından maneə olmadan istifadə etmək hüququna malikdir. Cəmiyyətin mənafelərinə beynəlxalq hüququn qanunları və ümumi prinsiplərinə nəzərdə tutulmuş şərtlərdən başqa, heç kəs öz əmlakından məhrum edilə bilməz. Yuxarıdakı müddəalar dövlətin ümumi maraqlara müvafiq olaraq, mülkiyyətdən istifadəyə nəzarəti həyata keçirmək üçün, yaxud vergilərin və ya digər rüsum və ya cərimələrin ödənilməsini təmin etmək üçün zəruri hesab etdiyi qanunları yerinə yetirmək hüququnu məhdudlaşdırmır. İnsan Hüquqları üzrə Avropa Məhkəməsinin “Kozacıoğlu Türkiyəyə qarşı” iş üzrə 19 fevral 2009-cu il tarixli Qərarının 64-cü bəndində göstərilmişdir ki, müvafiq milli qanunvericiliyə əsasən kompensasiya şərtləri mübahisələndirilən tədbirin zəruri ədalətli balans yarardığını və xüsusilə də, ərizəçinin üzərinə həddindən artıq yük qoyub qoymadığı qiymətləndirmək üçün mühüm əhəmiyyət kəsb edir. Bununla əlaqədar olaraq, məhkəmə bundan öncə qət etmişdir ki, mülkiyyətin onun dəyərinə uyğun məbləğ ödənilmədən müsadirə olunması, bir qayda olaraq, qeyri-mütənasib müdaxilədir. Lakin, 1 saylı Protokolun 1-ci maddəsi bütün hallarda tam kompensasiya hüququna zəmanət vermir. Qanuni “ictimai maraq” məqsədlərini özgəninkiləşdirilən əmlakın tam bazar dəyərinin ödənilməsindən daha az əhəmiyyətli hesab etmək olar. Həmin Qərarın 65-ci bəndində müəyyən edilmişdir ki, bu halda, müdaxilənin qanunilik tələbinə cavab verdiyi və özbaşına olmadığının artıq müəyyən edilməsi faktını nəzərə alaraq, tam kompensasiyanın ödənilməməsi, eo ipso (bununla) ərizəçinin əmlakının alınmasını, xüsusilə də bu tədbirin ölkənin mədəni irsinin mühafizəsi proqramı kontekstndə həyata keçirildiyini nəzərə alaraq, qanunazidd etmir. Buna görə də, bu halda ərizəçiyə kompensasiyanın ödənməsi üçün milli hakimiyyət orqanlarının əsaslandığı meyar və mexanizmlərin zəruri ədalətli tarazlığı pozub pozmadığı və ərizəçi üçün qeyri-mütənasib və həddindən artıq yük yaradıb yaratmadığını müəyyən etmək qalır. Beləliklə, məhkəmə tərəfindən müəyyən edilmişdir ki, Əliəşrəf Əlizadə küçəsi 2 saylı evin 5A saylı mənzilin ümumi sahəsi 31,52 kv.m olmaqla Cavabdeh1, Cavabdeh3, Cavabdeh2 paylı mülkiyyətidir. Bu barədə daşınmaz əmlakın dövlət reyestrində 24.11.2020-ci il tarixdə **********57- 05101-093008 reyestr nömrəsi ilə qeydiyyat aparılmışdır. Eyni zamanda müəyyən edilmişdir ki, “Azərbaycan Respublikasının Şəhərsalma və Tikinti Məcəlləsinin təsdiq edilməsi, qüvvəyə minməsi və bununla bağlı hüquqi tənzimləmə haqqında” Azərbaycan Respublikasının 2012-ci il 29 iyun tarixli 392-İVQ nömrəli Qanununun tətbiqi barədə Azərbaycan Respublikasının Prezidentinin 2012-ci il 04 sentyabr tarixli 695 nömrəli Fərmanının 1.8-ci bəndinə əsasən Bakı şəhərinin Suraxanı, Nəsimi, Xətai, Nərimanov, Nizami, Yasamal, Səbail, Pirallahi və Xətai rayonlarının ərazisinin abadlıq-quruculuq işlərinin davam etdirilməsi, qəzalı vəziyyətdə olan binaların sökülərək, yerində müasir tələblərə uyğun yenilərinin tikilməsi və qəzalı vəziyyətdə olan binalarda yaşayan sakinlərin mənzil-məişət şəraitinin yaxşılaşdırılması məqsədi ilə Azərbaycan Respublikası Nazirlər Kabineti tərəfindən qəbul edilmiş 25 fevral 2016-cı il tarixli, 86 nömrəli “Bakı şəhərinin Suraxanı, Nəsimi, Xətai, Nərimanov, Nizami, Yasamal, Səbail, Pirallahi, Xəzər rayonlarının sosial-iqtisadi inkişafının sürətləndirilməsinə dair əlavə tədbirlər barədə” Qərarı qəbul edilmişdir. Həmin qərarın 1-ci bəndinə əsasən, 5 il müddətində mülki, mənzil, şəhərsalma və tikinti qanunvericiliyinin tələblərinə əməl etməklə qəzalı vəziyyətində olan və mövcud şəhərsalma normalarına cavab verməyən yaşayış və qeyri-yaşayış binalarının sökülməsi, sakinlərin mənzilməişət şəraitinin yaxşılaşdırılması məqsədilə hündürmərtəbəli çoxmənzilli yaşayış binalarının tikintisi üçün sökülməsi nəzərdə tutulan qeyri-yaşayış və yaşayış evlərinin ərazilərindən istifadə edilməsi və dövlət mülkiyyətində olan torpaqların daimi istifadəyə və icarəyə verilməsi Bakı şəhəri Maraqlı şəxsə tapşırılmışdır. Həmçinin müəyyən edilmişdir ki, Bakı şəhəri Maraqlı şəxs başçısının 12 dekabr 2016-cı il tarixli 430 nömrəli sərəncamı ilə Bakı şəhərinin təsdiq edilmiş Baş Planına uyğun Dövlət Proqramının yerinə yetirilməsi və Azərbaycan Respublikası Nazirlər Kabinetinin müvafiq Qərarının icrasını təmin etmək üçün Bakı şəhəri, Nərimanov rayonunun Təbriz, F.Məmmədov, Qarabağ və Nemət Quliyev küçələrinin kəsişməsində yeni hündürmərtəbəli çoxmənzilli yaşayış binaların tikintisini təmin etmək məqsədilə Bakı şəhəri, Nərimanov rayonunun Təbriz, F.Məmmədov, Qarabağ və Nemət Quliyev küçələrinin kəsişməsində 3,82 ha torpaq sahəsi İddiaçı daimi istifadəsinə verilmişdir. Bakı şəhəri Maraqlı şəxs ilə İddiaçı arasında 19 dekabr 2016-cı il tarixli müqavilə ilə Azərbaycan Respublikası Nazirlər Kabinetinin 25 fevral 2016-cı il tarixli 86 nömrəli qərarının tələblərinə uyğun sözügedən ərazidə istismar müddətini çoxdan başa vurmuş, şəhərsalma prinsiplərinə cavab verməyən yaşayış evlərində yaşayan sakinlərin köçürülməsi, köçürülmə ilə əlaqədar həmin sakinlərə istifadələrində (mülkiyyətlərində) olan sahədən 20% artıq olmaqla həmin ərazidə yeni inşa ediləcək çoxmərtəbəli yaşayış binasında digər tam təmirli abad yaşayış sahələrinin (mənzillərin) verilməsi, yaşayış sahəsi verilənədək hər bir ailəyə yaşayış otaqlarının sayından asılı olaraq 300-500 manat miqdarında kompensasiyaların verilməsi və digər xidmətlərin göstərilməsi İddiaçınə həvalə edilmişdir. Məhkəmə hesab edir ki, istismar müddəti keçmiş, qəzalı mənzillərdə və evlərdə cavabdehlərin yaşamağa davam etməsi onların həyat və sağlamlıqlarına ciddi təhlükə olmaqla yanaşı, cavabdehlərin müvafiq cəmiyyətin təklifini qəbul edərək yaşayış sahəsindən çıxmamaları ərazidə standartlara uyğun, yeni yaşayış binasının tikilməsi ilə bağlı sərəncamın icrasına maneçilik yaradır. Bütün bunlar onu deməyə əsas verir ki, cavabdehlərin yaşayış üçün tam yararsız, insan həyatı üçün təhlükəli və qəzalı vəziyyətdə olan mənzillərdən çıxarılması ilk növbədə onlar üçün həyati vacib məsələdir. Hansı ki, onların mənzilləri boşaltdıqları halda, mülkiyyətlərində olan mənzillər uyğun tam təmirli mənzillərin verilməsi sərəncamla İddiaçı üzərinə qoyulmuş vəzifədir və cəmiyyət də bu vəzifəsini yerinə yetirməkdən imtina etmir, əksinə, iddia ərizəzəsi ilə məhkəməyə müraciət edilməsinədək və hazırkı iş üzrə iddia ərizəsinin verilməsindən sonra hal-hazıradək olan müddətdə mübahisənin məhkəmədən kənar həlli üçün yetərincə hərəkətlər etmiş, cavabdehlərə əlverişli təkliflər etmişdir. Bundan başqa, MMC tərəfindən də mübahisənin məhkəmədən kənar həlli üçün tərəflərə müvafiq şərait yaradılmış, tərəflərin barışması üçün tədbirlər görülmüşdür. Hazırkı cavabdehlərdən fərqli olaraq, mübahisəli ərazidə yaşayan digər cavabdeh şəxslər onlara yaradılmış şəraitdən və İddiaçı əlverişli təkliflərindən yararlanaraq, habelə texniki və təhlükəsizlik baxımından istismara yararsız və insanların yaşaması üçün təhlükə törədə biləcək qəzalı vəziyyətdə olan mənzillərdə yaşamaqdan qurtularaq əvvəlki yaşayış yerlərini tərk etmişlər. Məhkəmə bu zaman xüsusi qeyd edir ki, Bakı şəhəri Maraqlı şəxsin sərəncamını icra edən İddiaçı tərəfindən cavabdeh şəxslərin mülkiyyət hüququ tanınır, qorunur, onlar tərəfindən cavabdehlərin mülkiyyət hüququnun pozuntusu hallarına yol verilməmişdir, cavabdehlərə mülkiyyətlərində olan əmlakın dəyərinin ödənilməsi üçün ədalətli təkliflər edilir. Bu isə, cavabdehlərin öz mülkiyyətlərində olan yaşayış sahələrindən qanunsuz və əsassız olaraq çıxarılmaları kimi qəbul edilə və qiymətləndirilə bilməz. Bakı Şəhər Maraqlı şəxsin məlum sərəmcamı Azərbaycan Respublikası Mənzil Məcəlləsinin 10-cu maddəsi ilə müəyyən edilmiş vəzifələrin yerinə yetirilməsi nöqteyi-nəzərindən icra olunmalıdır. Həmin maddənin tələbinə əsasən mənzil münasibətləri sahəsində dövlətin vəzifələrinə yaşayış sahələrinə, onların yararlı vəziyyətdə saxlanılmasına, çoxmənzilli binalarda ümumi mülkiyyətin qorunması və yararlı vəziyyətdə saxlanılmasına dair tələblər müəyyən etmək, yaşayış sahələrinin yenidən qurulması və yenidən planlaşdırılması şərtləri və qaydasını müəyyən etmək və belə yenidən qurulma və yenidən planlaşdırılmanı razılaşdırmaq, yaşayış sahələrinin yaşayış üçün yararsız hesab edilməsinin əsaslarını və qaydasını müəyyən etmək, mənzil fondunun yaşayış sahələrini müəyyən edilmiş qaydada yaşamaq üçün yararsız hesab etmək, yaşayış sahələrindən istifadə qaydalarını müəyyən etmək, vətəndaşların yaşayış sahələrindən çıxarılmasının əsaslarını, qayda və şərtlərini müəyyən etmək, yaşayış sahələri barəsində ayrı-ayrı əqdlərin hüquqi tənzimlənməsi, dövlət mənzil fondunun yaşayış sahələrindən istifadəyə və saxlanmasına, bu fondun yaşayış sahələrinin müəyyən edilmiş sanitariya və texniki norma və qaydalara, qanunvericiliyin digər tələblərinə uyğunluğuna nəzarəti həyata keçirmək və sair aiddir. Məhkəmə əlavə olaraq onu da vurğulayır ki, cavabdehlərin istismar müddətini uzun müddətdir keçmiş, qəzalı vəziyyətdə olan yaşayış binalarından köçürülmələri, yerində isə yüksəkmərtəbəli, standartlara uyğun yeni yaşayış binalarının tikilməsi ilk növbədə yararsız binalarda yaşayan insanların həyat və sağlamlıqlarının qorunmasının qarantı olmaqla yanaşı, Azərbaycan Respublikasının paytaxtı olan Bakı şəhərinin abadlaşdırılmasına, gözəlləşdirilməsinə, ən əsası isə digər insanların mənzil əldə etmək hüququnun gerçəkləşdirilməsinə xidmət etmiş olur. Bundan başqa məhkəmə qeyd edir ki, cavabdeh şəxslərin qeyd edilən hərəkətləri məhz hüquqdan sui-istifadədir, cavabdehlər qanunla tanınan və qorunan mülkiyyət hüquqlarından cəmiyyətə ziyan vuran şəkildə sui-istifadə edirlər ki, onların bu hüquqdan sui-istifadələrinə yol verilməməli, bu zaman İnsan Hüquqları üzrə Avropa Məhkəməsinin yuxarıda qeyd edilən qərarında müəyyən edilmiş müddəalar da rəhbər tutulmalıdır. Bu sui-istifadə isə cavabdehlərin mənzillərə görə müvafiq cəmiyyətdən əsassız olaraq real olmayan qiymətlər tələb etmələrində, mühəndis kommunikasiya xəttlərinin mövcud olmadığı, yaşayış üçün tam yararsız və qəzalı olan mənzillərdən təyinatı üzrə istifadə etməmələrində ifadə olunur. Həmçinin Konstitusiya Məhkəməsi Plenumunun "xxxx" Mənzil-Tikinti Kooperativinin şikayəti üzrə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasının 11 oktyabr 2019-cu il tarixli qərarının Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair 31 may 2021-ci il tarixli qərarında göstərilmişdir ki, Ayrılmaz və bölünməz əsas insan və vətəndaş hüquq və azadlıqlarından biri kimi bu hüquqa verilən təminat da mülki hüquq münasibətləri iştirakçılarına onu hüquqi bərabərlik, mülkiyyətin toxunulmazlığı prinsiplərinə uyğun əmlak müstəqilliyi, iradə azadlığı şəraitində həyata keçirmək imkanının yaradılmasını, pozulduğu təqdirdə isə məhkəmədə müdafiəsini nəzərdə tutur. Mülkiyyət hüququnun məzmunu Konstitusiyanın 13-cü maddəsinin müddəaları nəzərə alınmaqla başa düşülməlidir. Vətəndaş cəmiyyətinin mühüm institutu olan mülkiyyət iqtisadiyyatın inkişafının əsasını təşkil edən ən vacib amillərdən biridir. Buna görə də mülkiyyət Konstitusiyanın 13-cü maddəsi ilə toxunulmaz elan olunaraq dövlət tərəfindən qorunur. Mülkiyyət hüququ isə cəmiyyətdəki hər bir fərdin azadlığının əsası kimi çıxış edir və şəxsiyyətin inkişafı üçün zəruri şərtdir. Bununla belə, qeyd olunan hüququn əhəmiyyətinə baxmayaraq, o, mütləq deyil və məhdudlaşdırıla bilər. Nəzərə almaq lazımdır ki, mülkiyyət insanın xüsusi maraqlarının həyata keçirilməsində vacib funksiya daşımaqla yanaşı, Konstitusiyanın 15-ci maddəsinin məzmununa əsasən, sosial yönümlü dövlətdə həm də mühüm sosial funksiyaya malikdir (Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası Mülki Məcəlləsinin 107-2.1 və 107-5.1-ci maddələrinin şərh edilməsinə dair” 2011-ci il 16 dekabr tarixli Qərarı). Həmçinin nəzərə almaq lazımdır ki, Konstitusiyada mülkiyyət hüququ təsbit edilməklə yanaşı, onun ümumi və xüsusi məhdudiyyətlərinin hədləri də müəyyən olunmuşdur (Konstitusiyanın 13-cü maddəsinin İİİ hissəsi, 29-cu maddəsinin İİ hissəsi və 71-ci maddəsinin İİ hissəsi, “Azərbaycan Respublikasında insan hüquq və azadlıqlarının həyata keçirilməsinin tənzimlənməsi haqqında” Azərbaycan Respublikası Konstitusiya Qanununun 3.3-cü maddəsi). Belə ki, mülkiyyət hüququnun məhdudlaşdırılması qanunçuluğun tələbinə cavab verməli, başqa şəxslərin hüquq və azadlıqlarının müdafiəsi məqsədi ilə tətbiq edilməli, mütənasib olmalı və bu konstitusion hüququn mahiyyətini dəyişməməlidir. Bu cür məhdudiyyətin mümkünlüyü və onun xarakteri layiqli həyat səviyyəsi də daxil olmaqla konstitusion əhəmiyyətli dəyərlərin müdafiəsi ilə şərtləndirilməlidir. Vətəndaşın sosial müdafiəsi və layiqli həyat səviyyəsinin qayğısı dövlətin sosial sahədə konstitusion məqsədləri sırasında göstərilməsi və Konstitusiyada heç kəsin yaşadığı mənzildən qanunsuz məhrum olunmasının mümkünsüzlüyünün müəyyən edilməsi mənzil münasibətləri sahəsində dövlətin siyasətinin vacibliyinə və konstitusiya əhəmiyyətli olduğuna dəlalət edir. Ona görə, konstitusiya əsasları olan dövlətin mənzil siyasəti üzrə qəbul etdiyi qərarlar Konstitusiyadan irəli gələn şərtlərə riayət olunmaqla, mülkiyyət hüququnun məhdudlaşdırılması üçün əsas kimi çıxış edə bilər. Lakin hər bir halda belə məhdudiyyət qarşıya qoyulmuş məqsədə ağlabatan şəkildə mütənasib olmaqla mülkiyyətçinin üzərinə fərdi və həddən artıq yük qoymamalıdır (Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikasında mənzil fondunun özəlləşdirilməsi haqqında” Azərbaycan Respublikası Qanununun 1-ci, 5-ci və 12-ci maddələrinin şərh edilməsinə dair” 2012-ci il 21 dekabr tarixli Qərarı). Qərarda eyni zamanda göstərilir ki: Nazirlər Kabinetinin Qərarı “Azərbaycan Respublikasının Şəhərsalma və Tikinti bununla bağlı hüquqi tənzimləmə haqqında” Azərbaycan Respublikasının 2012-ci il 29 iyun tarixli 392-İVQ nömrəli Qanununun tətbiqi barədə” Azərbaycan Respublikası Prezidentinin 2012-ci il 4 sentyabr tarixli 695 nömrəli Fərmanının 1.8-ci bəndinə əsasən, Bakı şəhərinin Suraxanı, Nəsimi, Xətai, Nərimanov, Nizami, Yasamal, Səbail, Pirallahı, Xəzər rayonlarının ərazisində abadlıq-quruculuq işlərinin davam etdirilməsi, qəzalı vəziyyətdə olan binaların sökülərək, yerində müasir tələblərə uyğun yenilərinin tikilməsi və qəzalı vəziyyətdə olan binalarda yaşayan sakinlərin mənzil-məişət şəraitinin yaxşılaşdırılması məqsədi ilə qəbul edilmişdir. Bu Qərar qəzalı vəziyyətdə olan əmlakın mülkiyyətçidən alınması deyil, insanların yaşaması və ya istifadəsi üçün nəzərdə tutulmuş tikinti obyektlərində sağlam və təhlükəsiz yaşayışın təmin edilməsi üçün əmlakın yenidən qurulub, istismara yararlı vəziyyətə salınıb mülkiyyətçinin istifadəsinə qaytarılması məqsədi daşıyır. Eyni zamanda qeyd olunmalıdır ki, məhkəmələr tərəfindən mübahisəli məsələyə baxılarkən həmin normativ hüquqi akt qüvvədə olmuşdur; Eyni zamanda Mənzil Məcəlləsinin müvafiq maddələri məhz qəza vəziyyətində olan mənzilin (yaşayış binasının) mülkiyyətçisi tərəfindən yenidən qurulmasının və (və ya) yenidən planlaşdırılmasının əsaslarını və qaydalarını tənzimləyir. Həmin maddələr Şəhərsalma və Tikinti Məcəlləsinin müddəalarına uyğun olaraq həyata keçirilən və əsas məqsədlərindən biri insanların həyatına, sağlamlığına, əmlakına təhlükə yaranmasının və ya zərər vurulmasının qarşısının alınması olan şəhərsalma və tikinti fəaliyyəti sahəsində dövlət siyasətinin reallaşdırılması və qəzalı mənzil fondunun yenidən qurulması prosesində tətbiq ediləcək norma kimi qəbul edilə bilməz; Konstitusiya Məhkəməsi Plenumunun formalaşdırdığı hüquqi mövqeyə görə, məhkəmə müdafiəsi hüququ yalnız məhkəməyə müraciətlə məhdudlaşmır, habelə pozulmuş hüquqları və azadlıqları səmərəli bərpa etmək iqtidarında olan ədalət mühakiməsini də nəzərdə tutur. Ədalət mühakiməsi mahiyyət etibarı ilə ədalət anlayışına cavab verməli və pozulmuş hüquqların bərpa olunmasını təmin etməlidir; Konstitusiya Məhkəməsinin Plenumu onu da qeyd etməyi vacib hesab edir ki, mövcud qanunvericilikdə Şəhərsalma və Tikinti Məcəlləsinin müddəalarına uyğun olaraq ərazi planlaşdırılması, mənzil fondunun yenilənməsi məqsədi ilə qəzalı vəziyyətdə olan tikililərin yenidən qurulmasına dair qaydalar aydın göstərilməmişdir. Bu qaydaların dəqiq müəyyən olunmaması bəzi hallarda mülkiyyətçilərin öz əmlak hüquqlarından sui-istifadə etməsi, sökülən mənzillərin əvəzinə bazar qiymətinə uyğun olmayan yüksək kompensasiya tələb etməsi ilə nəticələnir. Mülkiyyətçilərlə razılığın əldə olunmasının qeyri-mümkünlüyü isə digər mülkiyyətçilərin hüquqlarının pozulmasına, söküntü və tikinti işlərinin əsassız uzanmasına və nəticədə mülkiyyət hüququna müdaxilə ilə bağlı mütənasiblik prinsipinin pozulmasına səbəb olur. Qeyd olunanlara əsasən məhkəmə hesab edir ki, hazırki mübahisə baxımından iddiaçının hazırki tələblə çıxış etməsi cavabdehərin mülkiyyət hüquqlarına müdaxilə hesab edilə bilməz. Məhkəmə toplanmış və tədqiq olunmuş sübutlara məcmu halda hüquqi qiymət verərək hesab edir ki, iddia ərizəsi təmin edilməli, cavabdehlər Cavabdeh1, Cavabdeh2 və Cavabdeh3 ailə üzvləri ilə birlikdə Əliəşrəf Əlizadə küçəsi 2 saylı evin 5A saylı mənzilindən çıxarılmalı və həmin yaşayış sahəsi İddiaçı hesabına sökülməli, cavabdehlər Cavabdeh1, Cavabdeh2 və Cavabdeh3 paylı mülkiyyətində olan mənzilin əvəzində həmin ərazidə inşa edilmiş çoxmərtəbəli yaşayış evində tam təmirli 78,81 kv.m yaşayış sahəsi İddiaçı MMC tərəfindən cavabdehlərə verilməlidir. Bundan başqa, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin: 107-ci maddəsinə əsasən, məhkəmə xərcləri dövlət rüsumundan və işə baxılması ilə əlaqədar olan məsrəflərdən ibarətdir; 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Məhkəmə xərcləri ilə əlaqədar məsələyə münasibətdə məhkəmə belə qənaətə gəlir ki, iş üzrə ödənilmiş dövlət rüsumları tərəflərin özlərinə aid edilməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 218.1-ci maddəsinə əsasən qətnamə çıxarıldıqda hakim sübutları qiymətləndirir, iş üçün əhəmiyyətli olan nə kimi halların müəyyən edildiyini, nə kimi halların müəyyən edilmədiyini, tərəflərin hansı hüquqi münasibətdə olmalarını, həmin iş üzrə hansı qanunun tətbiq edilməli olduğunu və iddianın təmin olunubolunmadığını müəyyən edir. “Məhkəmələr və hakimlər haqqında” Azərbaycan Respublİkasının Qanununun 100-cü maddəsinin 3-cü hissəsinə əsasən, məhkəmə qərarları hakimlərin sərbəst daxili inamına və məhkəmə araşdırmasının nəticələrinə əsaslanmalıdır. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 216-220ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddia təmin edilsin. Cavabdehlər Cavabdeh1, Cavabdeh2 və Cavabdeh3 ailə üzvləri ilə birlikdə Əliəşrəf Əlizadə küçəsi 2 saylı evin 5A saylı mənzilindən çıxarılsınlar və həmin yaşayış sahəsi İddiaçı hesabına sökülsün. Cavabdehlər Cavabdeh1, Cavabdeh2 və Cavabdeh3 paylı mülkiyyətində olan mənzilin əvəzində həmin ərazidə inşa edilmiş çoxmərtəbəli yaşayış evində tam təmirli 78,81 kv.m yaşayış sahəsi İddiaçı MMC tərəfindən cavabdehlərə verilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Bakı şəhəri Nərimanov Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Hakim: Gültəkin Əsədova
Məhkəmə qərarları › İş №2(005)-1033/2022
Bakı Şəhəri Nərimanov Rayon Məhkəməsi Qətnamə — İş №2(005)-1033/2022
18.03.2022 · Mənzil mübahisələri - Mənzildən çıxarılma - Mənzil mübahisələri - Mənzil münasibətləri üzrə sair mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver